Sual: Əgər ədalətsizlik görürsünüzsə və ya aparılan siyasətin ədalətli olduğuna inanmırsınızsa, bununla bağlı nə edirsiniz? Nə hiss et diyinizi başqalarına necə göstərirsiniz?

Güclü və gücsüz arasındakı münaqişədə tərəfsiz qalmaq güclünün tərəfində durmaq, neytral olmamaq deməkdir.
Paulo Frayre

Bu bölmə İHT-ni icma səviyyəsinə qaldırmaq üçün istifadə edə biləcəyiniz müəyyən yanaşmaları nəzərdən keçirir. Təkliflər radikal deyil və siz öz hazırki işinizdə onların bir çoxundan istifadə edirsiniz: bannerlər hazırlamaq, məsələlər barəsində debatlar aparmaq, mədəni tədbirlər təşkil etmək, müxtəlif təşkilatlarla görüşmək, məktublar yazmaq və s. Bu cür sadə metodlar əslində peşəkar aktivistlər tərəfindən istifadə olunanlarla eynidir və onlar effektivdir!

Aşağıdakı siyahı qrupla edə biləcəklərinizin yalnız bir hissəsini əhatə edir. Bura-da niyyət fəaliyyət üçün resept təklif etmək deyil, fikirləri canlandırmaqdır. Yaradıcı olun, iştirakçılardan nəyin ən səmərəli və ya ən maraqlı ola biləcəyi, nəyin fəaliyyəti həyata keçirənlərin bacarıqlarına uyğun gələ biləcəyi barəsində fikirlərini soruşun.

İctimai fəaliyyət

İctimai fəaliyyət, məsələn, küçə teatrı, etiraz yürüşü, petisiyalar və ya oturaq aksiyaların müxtəlif məqsədləri var, lakin aşağıdakılar onlar arasında ən vacibləridir:

  • Məsələ ilə bağlı maarifləndirmə
  • Digərlərini fəaliyyətə cəlb etmək
  • KİV-in işıqlandırmasına nail olmaq
  • Siyasətçilərə və ya güc sahibi olanlara insanların xəbərdar olduğunu göstərmək.

Əgər siz ictimai fəaliyyət barəsində düşünürsünüzsə, diqqəti cəlb edəcək nəsə etməyin əhəmiyyətini yadda saxlayın: insanları gülməyə vadar edin və ya onların dayanıb nəzər yetirməsinə nail olun; siz, həmçinin, onları təəccübləndirməyə çalışa bilərsiniz. İnsanların bu barədə danışmasına nail olmalısınız!

Əhəmiyyətli kütlə                                                                                                                                            Bir çox Avropa şəhərlərində, adətən hər ayın sonuncu cümə günündə, onlarla, hətta yüzlərlə velosipedçi küçələri maşınlardan almaq üçün bir araya toplanırlar. Bu akt spontan şəkildə baş verir: tədbirin təşkilatçıları və əvvəlcədən planlaşdırılmış marşrut yoxdur. Velosipedçilər kütləsi küçələrdə toplu şəkildə nəqliyyatın sürətini aşağı salmaq, diqqəti çirklənməyə və ya maşınla dolu yollarda velosiped sürməyin təhlükələrinə yönəltmək yaxud sadəcə insanların normal şəhər həyatının sürətini aşağı salmaq qüvvəsini göstərmək və ümumi məqsəd və ortaq idealların sevincini qeyd etmək üçün velosiped sürürlər. İnsanları motivasiya edən faktorlar fərqlənir, eləcə də, velosipedçilərin bir çoxunun öz bannerləri və ya ictimaiyyətin diqqətinə çatdırmaq istədikləri kampaniyaları olur. Bir neçə velosipedçinin birgə velosiped sürməsi ilə başlayan fəaliyyət artıq kütləvi tədbirə və bir çox şəhərlərdə aylıq ənənəyə çevrilib. Daha ətraflı məlumat üçün baxın - www.critical-mass.info 

Qrup üçün təkliflər:

Məşğələlərlə əlaqələr: Məşğələlərin bir çox-unda maarifləndirmə kampaniyasının mövzusu ola biləcək qlobal məsələlər qaldırılır, məs., Aşığın hekayəsi (uşaq əməyi), Gəlin cinsi əlaqədən danışaq (gender/homofobiya), İrqçiliyə cavab vermək (irq, ayrı-seçkilik).

  • Mahnı, musiqili tamaşa və ya öz tamaşanızı yazın və onu küçədə təqdim edin.
  • Banner hazırlayın, yerli şirkətin qarşısında çirklənmə, subpodratçılıq, əmək hüquqları və ya digər əlaqədar məsələ ilə bağlı etiraz aksiyası keçirin.
  • Məsələ ilə bağlı posterlər və ya broşurlar hazırlayın və onları paylayın yaxud ictimai yerlərdə yerləşdirin.
  • Məsələnizlə bağlı danışmaq üçün Facebook səhifəsi hazırlayın; daha sonra, izləyiciləri cəlb etmək üçün sosial şəbəkələrin digər formalarından istifadə edin.

Sual: İnsanlar adətən nümayişlərin boş yerə vaxt sərfi olduğunu düşünürlər, lakin heç kimin nümayiş keçirməməsi hansı mesajı verir?


 

"99%"in səsi                                                                                                                                            “İşğal et” Hərəkatı 2011-ci ildə 80-dən artıq ölkədə 1,000-ə yaxın şəhərdə vüsət almışdı. Nümayişçilər qismən “Ərəb Baharı”ndan ilhamlana-raq tələbləri qəbul olunana qədər yerlərini tərk etməyəcəklərini bildirirdilər, aktivistlər, gənclər və bir çox digərləri dünyanın müxtəlif yerlərində şəhər mərkəzlərindəki açıq məkanları “işğal edərək” çadırlar və özünü təmin edən icmalar qururdular. Onlar kiçik azlıq tərəfindən var-dövlətin böyük hissəsinə sahib olunmasını, və, bunun nəticəsində, demokratiyanın pozulmasını, eləcə də əksəriyyətə təsir edən xidmətlərin ciddi şəkildə ixtisara salınmasındakı ədalətsizliyi vurğulamaq məqsədilə “Biz 99%-ik” şüarını istifadə edirdilər.

Gənclərin tədrisi

Tədris edənlərin səlahiyyətləri çox vaxt
öyrənmək istəyənlər üçün maneə törədir.

Siseron

Əvvəlki bölmədə göstərilən kimi ictimai fəaliyyətlər əslində tədrislə bağlı deyillər; onlar daha çox dərhal və sadə mesajın çatdırılması, maarifləndirmə və toxumların atılması ilə bağlıdır. Gənclər mükəmməl tədrisçilər ola bilərlər və onlar adətən, xüsusilə iştirakçılar öz yaşıdları olduqda, məsələ və ya dəyişən yanaşmalarla bağlı digərlərinin hazırlanmasında daha effektiv olurlar. Həmçinin, məsələni digərlərinə izah etmək gənclərin öz mövqelərini aydınlaşdırmasına və özlərinə daha böyük inam əldə etməsinə kömək edəcəkdir.

Powerpod Layihəsi - http://www.edinburgh-powerpod.org

Edinburq Woodcraft Folk Şotlandiyanın Lotians şəhərindəki gənclərə dayanıqlı enerjinin tədrisində istifadə olunması üçün praktiki vasitə kimi günəş panelləri və külək turbinlərindən bəhs edən treyler hazırlanması üçün qrant udmuşdu. Powerpod kimi tanınan treyler yerli universitetdəki tələbələr tərəfindən külək enerjisinə alternativ kimi günəş enerjisi və günəş termal gücünü nümayiş etdirmək məqsədilə hazırlanmışdı. Woodcraft Folk-un gənc tədrisçilərinin ilk qrupu Alternativ Texnologiya Mərkəzinə səfər etmiş və Powerpod-un elmi əsası və texniki aspektləri barəsində öyrənmişdilər. Qayıtdıqdan sonra onlar yaşıdları olan uşaqlar və gənclər üçün seminarlar keçirmişdilər. Bu, ərazidəki digər Woodcraft qruplarına sistemli şəkildə seminarların təqdim olunmasına gətirib çıxardı. Seminarlar həm formal, həm də infor-mal təhsil sektorlarında böyük marağa səbəb oldu. Mənbə: http://www.scotland.gov.uk/Topics/SustainableDevelopment/EWFenergytrailer

Məşğələlərlə əlaqələr: Gənclərə maraqlı mövzuları tapmaq və onların arqumentlərini və debat bacarıqlarını məşq etməsinə kömək göstərmək üçün Harada dayanırsınız? və ya Seçkiqabağı kampaniya məşğələlərindən istifadə edin. İnsan hüquqları barəsində kreativ düşüncəni təşviq etmək və pantomima və ya teatr məşğələsi üçün əsas kimi Bunu həyata keçirin məşğələsindən istifadə edin. Təhsil barəsində düşünməyə başlamaq üçün – onun nə demək olduğu, nəyə görə əhəmiyyət daşıdığı və həyatın müxtəlif aspektlərinə necə toxunduğu - Hamı üçün təhsil məşğələsindən istifadə edin.

Qrup üçün təkliflər:

  • Maraq doğuran məsələ ilə bağlı ictimai debat təşkil edin, məsələn, təhsil xərclərində azalmalar, cinayətkarların insan hüquqlarına malik olmağa layiq olub-olmaması və ya yoxsulluğu azaltmaq üçün hərbi proqramların büdcəsinin kəsilməsi. Dövlət rəsmiləri və dostlarınızı iştirak etməyə dəvət edin.
  • İnsan hüquqları mövzusunda öz videonuzu hazırlayın və ya teatr tamaşası təşkil edin.
  • Yerli (milli) qəzet üçün məqalə yazın və ya yerli radio/televiziya kanalından müsahibə götürməyi xahiş edin. Bunu daha nəzərəçarpan etmək üçün şəkil təmin edə bilərsiniz?
  • Qrupun yaxşı başa düşdüyü bir mövzunu seçin və digər qruplarla və ya ye-rli məktəbdəki şagirdlərlə birlikdə yaşıdlar arasında təhsil proqramı təşkil edin. Gənclər qrupuna insan hüquqları barədə danışa və ya 2-ci Fəsildəki məşğələlərdən birini apara bilərsiniz?

Canlı Kitabxana layihəsi                                                                 Polşanın Vrotslav şəhərindəki qrup kitabların müxtəlif mədəni, sosial və digər qruplarından olan insanlarla əvəz olunduğu və 30 dəqiqəlik söhbət üçün “borc alına bildiyi” Canlı Kitabxana təşkil etmişdi. Burada cəmiyyətdən təcrid olunan və mütəmadi şəkildə insan hüquqları pozulan qruplar, məsələn, roma insanlar, əlillər, dini azlıqlar və digərləri təmsil olunmuşdu. Kitabxanaya 2 gün ərzində 600 nəfər baş çəkmiş və onlardan 100-dən artıq şəxs “kitab” götürmüşdü. Tədbirə böyük diqqət göstərilmiş, dövlət və özəl televiziya və radio şəbəkələrində, çap mətbuatda işıqlandırılmışdı Canlı Kitabxananın məqsədi müəyyən icmalardan olan şəxslər haqqında qərəzli fikirlərə malik şəxsləri onlarla görüşməyə, danışıb qulaq asmağa sövq etməklə əvvəlki yanaşmalarını aradan qaldırmaq idi. “Kitablarla” söhbətdən sonra “oxucular” aşağıdakı rəyləri bildirdilər: “Bu, öz həyatımla bağlı qərar verməyimə yardım etdi.” “Mən bir çox yeni məlumatlar əldə etdim; bəzi şəxslərlə söhbətlər, həqiqətən də, mənim stereotiplərimi dəyişdi.” Canlı Kitabxana metodologiyası ilə bağlı daha ətraflı məlumat üçün baxın -  www.coe.int/compass.

Özün hərəkətə keçmək

Partizan teatr gözlənilməz ictimai məkanlarda xəbərdar olmayan tamaşaçılara təqdim olunan spontan, təəccüb doğuran tamaşalar üçün istifadə olunur. Adətən, bu tamaşalarda məqsəd satirik, etiraz ifadə edən və karnavalsayağı metodlarla tamaşaçıların diqqətini siyasi/sosial məsələlərə çəkməkdir.
Wikipedia

Qrupunuz bir sıra yollarla siyasətçilər, ictimaiyyət və ya digər vasitəçilərə müraciət etmədən birbaşa dəyişikliyi gətirə bilər. Bu, bütün fəaliyyətlərin ən diqqətəlayiqidir, çünki onun nəticəsi dərhal görünür və qrup dəyişikliyin səbəbinin öz fəaliyyətləri olduğunu anlayır.

Bir çox gənclər qrupları, məsələn, hüquqlarına hörmət olunmayan həssas şəxslərə birbaşa yardım göstərilməsində fəaldırlar. Belə insanlara əslində dövlət tərəfindən yardım göstərilməlidir, çünki insanların hüquqlarının pozulmamasını təmin etmək dövlətin məsuliyyətindədir. Buna baxmayaraq, dövlət öz öhdəliklərini yerinə yetirə bilmədikdə cəmiyyət dərhal kömək göstərmək üçün müdaxilə etməli olur.

Gənclər bu boşluğu doldurmağa yardım edə bilərlər – adətən, sadəcə ətrafda olmaqla, çətinliklərlə üzləşən şəxslərlə görüşməklə, onların problemlərinə qulaq asmaqla və ya onlarla söhbət etməklə. Bu, həmişə hər iki tərəfin zəngin təcrübə əldə etməsinə imkan yaradır.

Sual: Müəyyən bir qrup barəsində düşünün: gənclərin onlara baş çəkməsi hansı in-san hüquqları məsələlərinin qaldırılmasına kömək edə bilər?

 Məşğələlərlə əlaqələr: İştirakçıları yerli məkan və onun necə istifadə olunduğu barədə düşünməyə sövq etmək üçün Bizim Gələcəyimiz məşğələsindən istifadə edin. Gənclərin yerli icmanın həyatında daha çox birbaşa iştirak edə bilməsinin yollarını araşdırmq üçün Nərdivanda məşğələsindən istifadə edin. Cəmiyyətdən təcrid olunmuş insanların hisləri və bu cür münasibətin ədalətliliyi məsələsini araşdırmaq üçün Güc və var-dövlət uğrunda mübarizə aparmaq məşğələsindən istifadə edin.

Qrup üçün digər təkliflər:

  • Yerli icmanın tərk edilmiş ərazisini nəzarətə götürün: güllər və ya tərəvəzlər əkin və həmin məkanı insanların olmaq istəyəcəyi yerə çevirin.
  • İcmadakı insanlara bağçılıq və ya digər bacarıqlarınızla xidmət göstərməyi təklif edin. Sizin qrupunuz öyrənmə mərkəzinə çevrilə bilər?
  • Köhnə rəngləmə və dekorasiya ləvazimatları axtarıb tapın: gənclər mərkəzini, yerli icma mərkəzini və ya kiminsə evini qaydaya salın!
  • Nəsə bişirin və evsizlər sığınacağına və ya tənha yaşayan qonşunuza aparın.
  • Və ya bişirdiklərinizi vərəqlərlə birlikdə paylamaqla müəyyən məsələyə diqqət çəkin.

Toxumları əkmək
Dünyanın bir çox ölkələrində istifadə olunmayan ictimai məkanların istifadəyə yararlı hala gətirilməsi və bağçalar salınması üzrə təşəbbüslər göstərilir. Bu fəaliyyət bəzən “partizan bağçılıq” adlandırılır. Brüssel fermerləri adlandırılan qrup tərəfindən mayın 1-i Beynəlxalq Partizan Günəbaxan Bağçılığı Günü elan edilib. 2010-cu ildə bu tədbirdə iştirak edən təqribən 5,000 şəxs yerli ərazilərdə günəbaxan toxumları əkiblər.

Dövlət nümayəndələrinin siyasətini və ya davranışını dəyişmək

Dövlətin və ya onun nümayəndələrinin insan hüquqlarına hörmətin təmin olunmasına görə məsuliyyət daşıdığını nəzərə alaraq, adətən insan hüquqları uğrunda hərəkatda yekun hədəf siyasət, qanun və ya qaydada dəyişiklik etmək olur.

Dünya, pislik edənlərə görə yox, bunu görüb heç nə etməyən insanlara görə təhlükəli yerdir.
Albert Eynşteyn

Bu, gənclər üçün həddən artıq “ciddi” və ya dəyişiklik edə bilməyəcəkləri sahə kimi görünə bilər. Buna baxmayaraq, siyasətdə - milli, beynəlxalq və ya yerli səviyyədə - dəyişikliklər bir-birinin ardınca müxtəlif mənbələrdən göstərilən çoxsaylı təzyiqlər nəticəsində baş verir. İnsan hüquqları uğrunda mübarizə aparan gənclər bu prosesdən nəticə əldə etməkdə təcrübəli aktivistlər qədər bacarıqlı ola bilərlər. Onların yerli və ya qurumlar səviyyəsində uğur əldə etmək ehtimalları daha çoxdur, çünki onların şəbəkələri daha kiçikdir və hakimiyyətdə olanlara çıxış əldə etmələri daha realdır. Buna baxmayaraq, qrup istədiyi halda milli və ya beynəlxalq səviyyədə iş aparmaqdan imtina etməyin.

Bəzən, dövlət nümayəndələrinə təzyiq göstərməyin ən yaxşı yolu onlarla əməkdaşlıq etmək, onlara öz arqumentlərinizi başa salmaqdır. Bəzən isə, seçilməli yol etiraz aksiyası ilə təzyiq göstərməkdir. Ümumiyyətlə, siyasətlər müxtəlif istiqamətlərdən, həm əməkdaşlıq, həm də rəqabət əsaslı təsirlər nəticəsində dəyişdirilirlər.

Sual: Birlikdə işlədiyiniz gənclər siyasi nümayəndələrinin – yerli, milli və Avropa səviyyəsində - kimlər olduğunu bilirlər?

Tələbə aksiyası nəticəsində təxirə salınmış təhsil islahatları

Bir çox ölkələrdə tələbə aksiyalarının güclü tarixi var və əksər hallarda, tələbələrin fəaliyyətinə siyasətə birbaşa təsir edən və ya siyasi qərarlardan narazı qalan digər qrupların öz narazılığını ifadə etməsinə təkan verən faktor kimi baxılıb. 2008-ci ildə Fransa hökuməti təhsil kurrikulumunda bir sıra dəyişikliklər, o cümlədən müəllimlik peşəsində olan şəxslərin nəzərəçarpan hissəsinin işdən çıxarılması və tədris saatlarında azalma təklif etdi. Tələbələr ölkə boyunca bir çox şəhərlərdə küçələrə çıxdılar və hökumət islahatları təxirə salmalı oldu. 

Məşğələlərlə əlaqələr: Minilliyin inkişaf məqsədləri və hökumətin onları yerinə yetirmə öhdəlikləri ilə bağlı Bizim nə qədərə ehtiyacımız var? məşğələsinə baxın. Avropa Məhkəməsində məhkəmə işi üzrə rol oyunu təşkil etmək üçün Çahal Birləşmiş Krallığa qarşı məşğələsindən istifadə edin. İştirakçılar öz ölkələri əleyhinə qəbul edilmiş qərarlara baxa və milli siyasətə təsirin nə olduğunu görə bilərlər. Danışıqlar aparmaq bacarıqlarını məşq etdirmək və işə götürən – işçi münasibətlərini nəzərdən keçirmək üçün Həmkarlar İttifaqı Görüşü məşğələsindən istifadə edin. 

Qrup üçün təkliflər:

  • Müəyyən qərara görə məsuliyyət daşıyan yerli xadimlərlə əlaqəyə keçin; siyasətçilər və ya siyasət üzərində təsirə malik digər şəxslərlə əlaqəyə keçin. Görüş xahiş edin və ya ictimai dinləmə təşkil edin və onların hamısını iştiraka dəvət edin.
  • Petisiya hazırlayın və mümkün qədər çox imza toplayın. Təsir göstərməyə ümid etdiyiniz şəxsə onu təqdim edərkən KİV-i də iştirak etməyə dəvət edin.
  • Hökumətin insan hüquqlarına hörmətlə bağlı öhdəlikləri və imzaladığı müqavilələrlə bağlı məlumat toplayın. Siz hüquqşünas və ya bu sahədə fəal olan QHT ilə əlaqə saxlaya və onlardan məsləhət ala bilərsiniz. Bundan son-ra, parlament üzvünə və ya müvafiq yerli siyasətçiyə məktub yazıb onlardan bu öhdəliklərin yerinə yetirilməsi üçün nə etdiklərini soruşun. Mətbuata xəbər verin!
  • Məsələ ilə bağlı şikayət etmək və ya rəsmi orqan tərəfindən baxılmasını tələb etmək üçün istifadə edə biləcəyiniz digər mexanizmləri – istər milli, istərsə də beynəlxalq səviyyədə – nəzərdən keçirin.




 

Polisə nəzarət etmək                                                             “LegalTeam” Rusiyada çalışan hüquq məsləhətçiləri, aktivistləri və mütəxəssislərinin qrupudur. Onlar ictimai toplantılarda və ya nümayişlərdə iştirak etdiyinə görə polisin təzyiqinə məruz qalan insanlara hüquqi yardım göstərilməsi və onların hüquqlarının müdafiəsi üzrə ixtisaslaşıblar. Bənzər təşəbbüslər bir çox ölkələrdə mövcuddur. Rusiyadakı qrup ilkin olaraq 2006-cı ildə Sankt Peterburqdakı Böyük 8-lik sammiti zamanı insan hüquqları pozuntularının aşkarlanması və qarşısının alınması məqsədilə yaradılmışdı. Daha sonra, bu qrup aktivistləri etirazla bağlı qanunlar və öz səlahiyyətlərindən sui-istifadə edən qu-rumlara qarşı işin necə qaldırılması barəsində maarifləndirən bir kollektivə çevrildi. Qrup seminarlar keçirir və bir sıra məlumat xarakterli materiallar istehsal edir. Onların LiveJournal səhifəsi müzakirə və konsultasiya üçün virtual görüş nöqtəsinə çevrilib və fəaliyyətlər üçün koordinasiya aləti kimi istifadə olunur.(http://community.livejournal.com/legal_team).

Digər qruplar və ya hərəkatlarla əlaqə yaratmaq

Gənclərin fəaliyyət göstərməyə təşəbbüs irəli sürməsi faydalı olsa belə, daha böyük hərəkatın bir hissəsi olmaq və ya digər təşkilatlarla birgə çalışmaqla təcrübə əldə etmək də fayda gətirə bilər. İnsan hüquqları üzrə çalışan bir çox təşkilatlar, o cümlədən “peşəkar” QHT-lər və spontan şəkildə baş qaldıran hərəkatlar var və onların bir çoxu gəncləri öz sıralarına qatmaq və onların dəstəyini əldə etməyə şad olarlar. Təşkilatın öz işini heç də hər zaman “insan hüquqları” üzrə iş kimi təqdim etməyəcəyini nəzərə alın; buna baxmayaraq, evsizlər, uşaqlar arasında yoxsulluq, məişət zorakılığı, irqçilik və ayrı-seçkilik və ya digər bənzər məsələlərlə məşğul olan bir çox təşkilatlar bunu açıq şəkildə bəyan etməsələr də, əlbəttə ki, insan hüquqları üzrə çalışırlar.

Əgər bəxtiniz gətirərsə, yeganə bir fantaziya bir milyon reallığa çevrilə bilər.
Maya Anjelou

Gənclər belə təşkilatların təşkil etdiyi hərəkatlarda iştirak edə və ya daha sub-stantiv iştirak üçün tədbirin planlaşdırılması və təşklinə yardım etməyi təklif edə bilərlər. Sadə insanlar tərəfindən yaradılmış müvafiq maliyyələşməsi olmayan təşkilatlar arzulayan könüllülərin uzatdığı yardım əlini qəbul etməyə şad olacaqlar, ümumulikdə, onlar könüllülərin təşəbbüsdə iştirakı üçün daha böyük imkan təmin edəcəklər. Daha böyük QHT-lər müəyyən yarım-ştat könüllü yardımı müqabilində yerində təcrübə keçmək imkanı təklif edə bilərlər. Bu yolla, gənclərə müvafiq sahədəki peşəkar aktivistlərlə birgə işləmək, lazımi iş təcrübəsi əldə etmək, eləcə də üçüncü sektorun işi ilə bağlı məlumat almaq imkanı təmin edilə bilər.

Sual: İnsan hüquqları sahəsində çalışan yerli təşkilatları tanıyırsınız? Effektiv şəkildə əhatə olunmayan müəyyən məsələlər var?

Bombalar deyil, Ərzaq                                                                                                                                  Bombalar deyil, Ərzaq ABŞ-da yerli səviyyədə başladılmış sülh hərəkatıdır və hazırda dünya üzrə bir çox ölkələrdə mövcuddur. Ərzaq və bombalar haqqında məlumatlarla silahlanmış kiçik könüllü qrupları təkcə evsizlərə deyil, məhdudiyyət qoyulmadan hamıya pulsuz vegetarian yeməkləri təklif edirlər. Bununla, onlar qida tapa bilməyən şəxslərə kömək etməklə yanaşı hərbi büdcənin fərqli şəkildə istifadəsi və ərzaq israfına son qoymaqla dünyada aclığı aradan qaldırmağın mümkün olması faktına diqqəti çəkirlər. Hərəkatın rəsmi təşkilatı yoxdur, lakin insanlar öz şəhərlərində “yerli şöbələr” qurmağa və siyasi jest kimi başqalarını qida ilə təmin etməyə həvəsləndirilirlər. Bombalar deyil, Ərzaq şöbələri bütün ABŞ ərazisində, həmçinin, Avropanın bir çox şəhərlərində fəaliyyət göstərir. Daha ətraflı məlumat üçün baxın - http://www.foodnotbombs.net/  “Mənim fikrimcə, Bombalar deyil, Ərzaq hərəkatı davam edir, çünki burada nəticələri görə bilmək komponenti var, eləcə də insanlar ərzaq toplayıb, yeməkləri və məhsulları bölüşməklə digərlərinin həyatlarına birbaşa təsir edə biləcəklərini hiss etdikdə özləri də dəyişilirlər. Onun davamlılığını təmin edən digər bir aspekt bizim heç kimin lider olmaması və hər qrupu konsensusla qərar verməyə istiqamətləndirmək prinsipinə əsaslanır. Könüllülər heç kimin göstərişlərini icra etmir və ya onlar işləsələr də, ofisdəki digər şəxslərə ödəniş edildiyi hissini keçirmirlər. Onlar Bombalar deyil, Ərzaq kampaniyasının reallaşması üçün fərdi məsuliyyət daşıyırlar.” Keith Makhenri, Bombalar deyil, Ərzaq hərəkatının banisi.

Təkliflər:

  • Hansı yerli təşkilatların qrupu maraqlandıran məsələlər üzrə çalışdığını müəyyən edin: bu təşkilatların nümayəndələri ilə görüş keçirin və qrupu bu fəaliyyətə necə cəlb oluna biləcəkləri barədə düşünməyə vadar edin.
  • Daha böyük və tanınmış insan hüquqları təşkilatları tərəfindən təşkil olunan kampaniyaları nəzərdən keçirin, məsələn, Sərhədsiz Həkimlər, Beynəlxalq Amnistiya Təşkilatı, Uşaqları Qoruyaq, Beynəlxalq İnsan Hüquqları Liqası Federasiyası (FIDH) və ya Qrinpis, və qrupla hansı məsələlər və ya kampani-yalar üzrə işləmək istədiklərini müzakirə edin.
  • Bu fəsilin Planlaşdırma və Hərəkət bölməsinə baxın və qrupun müəyyən məsələ üzrə çalışmaq üçün öz təşkilatını yaratmaq istəyib-istəmədiyini aşkar edin. Onlar yeni bacarıqlar və fikirləri cəlb etmək və sayı artırmaq üçün digər gənclər qrupları ilə əlaqə saxlamaq və ya dostlarını dəvət etmək istəyə bilərlər. Bu isə, öz növbəsində insan hüquqları təşkilatlarının öz fəaliyyətinə necə başladığını əks etdirir!

Gənclərin Beynəlxalq İnsan Hüquqları Hərəkatı

Gənclərin Beynəlxalq İnsan Hüquqları Hərəkatı (YHRM) əsasən Mərkəzi və Şərqi Avropadan olan gənclər və gənclər təşkilatlarının beynəlxalq şəbəkəsidir. Gənclər insan hüquqları fikirləri və prinsiplərini qorumaq və təbliğ etmək üçün birgə çalışır, bir-birlərinin hərəkatlarını dəstəkləyir əinsan hüquqları müdafiəçilərinin yeni nəslini formalaşdırırlar. YHRM 1998-ci ildə gənclərin kiçik qrupunun təşəbbüsü ilə başladılmışdır. Bu gün isə, 37 ölkədən 1000-dən artıq insanı birləşdirir. Daha ətraflı məlumat üçün baxın - www.yhrm.org.

Sübut toplamaq

Gənclər və iştirak - “Sizin nəyə ehtiyacınız var?”
Polşanın kiçik bir şəhərində yerli gənclər assosiasiyası gənclər arasında iştirak səviyyəsinin aşağı olmasından narahat idi. Onlar yerli dövlət qurumlarının gənclərin ehtiyacları və profili barəsində kifayət qədər məlumata malik olmadığını bildiklərindən tam mənzərəni nümayiş etdirmək üçün daha çox məlumat toplamağa qərar verdilər. Onlar müxtəlif üsul və metodlardan istifadə etdilər, məsələn, sosial şəbəkələr, mətn mesajları, küçələrdə müsahibələr, dostları, iş yoldaşları və ailələri ilə danışmaq. Bundan sonra, qrup sorğuların nəticələri üzrə ictimai sərgi təşkil etdi. Mütəxəssisin köməyi ilə nəticələri əks etdirən rəsmi sənəd hazırlayıb yerli merə göndərdilər. Beləcə, ilk dəfə şəhərdə gənclərin səsi eşidildi.

Tədqiqat və nəzarət istənilən aktivist üçün, həm hərəkətə keçməli qrupun ehtiyacları və problemləri üzrə mənzərəni təqdim etmək, həm də lobbiçilik metodu və ya ictimaiyyəti məlumatlandırma yolu kimi, vacib vasitələrdir. Məsələnin müxtəlif aspektlərini başa düşmək addımları effektiv şəkildə planlaşdırmaq üçün olduqca əhəmiyyətlidir. Yaxud yuxarıda göstərilmiş nümunədəki kimi, məlumat hakimiyyətdə olanlara təsir göstərmək üçün effektiv vasitə ola bilər.

Qruplar yuxarıda verilmiş nümunədəki kimi məlumat toplanmasında necə iştirak edə bilər və məlumatın yalnız özləri üçün deyil, müəyyən məsələnin həlli üçün faydalı olmasını necə təmin edə bilər? Başqa sözlə, məlumat toplanması necə bir hərəkatın, eləcə də tədris fəaliyyətinin başlanğıcı ola bilər?

Məşğələlərlə əlaqələr: Gənclərin sorğu keçirmək təcrübəsi qazanması üçün Səs vermək yoxsa verməmək məşğələsindən istifadə edin. Ətraf mühit və çirklənmə ilə bağlı məsələləri araşdırmaq üçün Həyat şəbəkəsi məşğələsindən istifadə edin; daha sonra, onlayn “karbon hesablayıcı” tapın və iştirakçılara öz karbon ayaq izini hesablamağa kömək edin.

  • Məlumatın yeni, təəccübləndirici və ya çox bilinməyən olması təmin edilməlidir - məsələn, şəhərinizdə küçələrdə yatan gənclərin sayı, onların yaşları, niyə bu vəziyyətə düşdükləri və ehtiyacları barəsində nə deyə biləcəkləri.
  • Kimin məlumatı bilməli olduğunu və onların bu məlumatla nə etməsini istədiyinizi düşünməklə. Bundan yerli siyasətçini öz mövqeyinizə inandırmaq üçün istifadə edəcəksiniz yoxsa ictimai fikir yaxud beynəlxalq təşkilatlardan istifadə edərək təsir göstərməyə çalışacaqsınız?
  • Məlumatın necə təqdim olunduğu barədə düşünməklə: polyak qrup tərəfindən təşkil olunmuş sərgi kimi təqdimat geniş ictimaiyyət üçün statistik sıralamadan daha cəlbedici ola bilər!
  • KİV-i də tədqiqatın nəticələri barədə məlumatlandırmaqla, hətta onlar birbaşa hədəf olmasalar da. Onlar məsələnin sadəcə “yoxa çıxmamasını” təmin edəcəklər.