“Cəmiyyətin hər bir fərdi və qurumu … bu hüquq və azadlıqlara hörməti təbliğ etmək məqsədilə öyrətmək və təhsil yolu ilə mübarizə aparmalıdır”.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin preambulası, 1948

“Bu hüquq və azadlıqlara hörməti təbliğ etmək məqsədilə öyrətmək və təhsil” insan hüquqları üzrə təhsilin əsasıdır. Lakin insan hüquqları üzrə təhsilin nə olduğu və necə praktikadan keçirildiyi haqqında danışmazdan əvvəl insan hüquqları üzrə təhsilin məşğul olduğu bu “hüquq və azadlıqlar”ı aydınlaşdırmağa ehtiyac var. Bu səbəbdən, biz insan hüquqlarına qısa girişlə başlayırıq.

İnsan hüquqları nədir?

İnsanlar insan hüquqları haqqında heç vaxt öyrənməyiblərsə, onları necə müdafiə edə bilərlər?

Tarix boyunca hər bir cəmiyyət öz vətəndaşlarının hüquq və məsuliyyətlərini kodifikasiya etməklə sosial bərabərliyi təmin etmək üçün sistemlər inkişaf etdirmişdir. Nəhayət ki, 1948-ci ildə beynəlxalq ictimaiyyət bütün dövlətlər üçün məcburi olacaq hüquqlar toplusu ilə bağlı razılığa gəlmək üçün bir araya toplaşdı; bu toplu Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (ÜİHB) oldu. 1948-ci ildən bəri, 1950-
ci ildə qəbul olunmuş Avropa İnsan Hüquqları Konvensiyası və 1990-cı ildə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyası da daxil olmaqla, insan hüquqları üzrə digər sənədlər imzalanmışdır.

İnsan hüquqları insanın sadə ehtiyaclarını əks etdirir; bu hüquqlar insanların onlar olmadan ləyaqətlə yaşaya bilməyəcəkləri əsas standartları müəyyən edir. İnsan hüquqları bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət haqqındadır. Ayrıseçkiliyə məruz qalmamaq, yaşamaq hüququ, söz azadlığı, evlənmək hüququ və təhsil hüququ bu hüquqların nümunələrinə daxildir. (Əlavələr bölməsində ÜİHB-nin qısa məzmunu və tam mətni yerləşdirilmişdir).

İnsan hüquqları bütün şəxslər üçün bərabər, universal və daimidir. İnsan hüquqları universaldır, yəni onlar hər bir ölkədəki insanlar üçün eynidir. Onlar ayrılmaz, bölünməz və bir-birinə bağlıdır, bu, o deməkdir ki, onlar heç vaxt insanlardan alına bilməzlər; bütün hüquqlar eyni dərəcədə vacibdir və tamamlayıcıdır, məsələn, hökumətdə və azad seçkilərdə iştirak etmək hüququ söz azadlığından asılıdır.

İnsanlar insan hüquqlarından necə istifadə edə və onlara necə riayət edə bilərlər və ya onlar haqqında heç nə bilmirlərsə onlara necə riayət edə bilərlər? Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (ÜİHB) preambulası və 26-cı maddəsində deyilir ki, hər kəsə “insan hüquqlarına və əsas azadlıqlarına hörməti gücləndirən” təhsil hüququ verilir. İnsan hüquqları təhsilinin məqsədi insan hüquqları mədəniyyətinə sahib bir dünya yaratmaqdır. Bu, hər kəsin hüquqlarına hörmət edildiyi və hüquqların özünə hörmət edildiyi bir mədəniyyətdir; insanların öz hüquqları və məsuliyyətlərini başa düşdükləri, insan hüquqları pozuntularını müəyyən etdiyi və digərlərinin hüquqlarının qorunması üçün tədbir gördüyü bir mədəniyyət. Bu, dil, adətlər, incəsənət və müəyyən yerlə əlaqədar bağlılıqları kimi insan hüquqlarının da fərdlərin həyatının bir parçası olduğu mədəniyyətdir.

İnsan hüquqları üzrə təhsilin xarakterizə edilməsi

1948-ci ildən etibarən insan hüquqları təhsili naminə kifayət qədər çox miqdarda və müxtəlif işlər görülmüşdür və hələ də görülür. İnsan hüquqları təhsilini həyata keçirməyin bir çox yolu var, çünki fərdlər dünyanı müxtəlif şəkidə görür, müəllimlər müxtəlif vəziyyətlərdə işləyir və müxtəlif təşkilatlar və dövlət orqanlarının müxtəlif qayğıları var; beləliklə, prinsiplər eyni olsa da, praktika dəyişə bilər. Tədris üsulları və məşğələlərin hansı müxtəlif formalarda həyata keçirildiyini anlamaq üçün müxtəlif “cəmiyyətlərin müxtəlif fərdləri və qurumlarının” rol və maraqlarını nəzərdən keçirməklə onların insan hüquqları üzrə təhsilə olan maraqlarının əsas aspektlərinin və həcminin qeyd olunan məsələlərdə necə əks olunduğunu görə bilərsiniz.

1993- cü ildə İnsan Hüquqları üzrə Dünya Konfransı insan hüquqları təhsilini “cəmiyyətlər arasında sabit və ahəngdar əlaqələrin təşviqi və əldə olunması və qarşılıqlı anlaşma, dözümlülük və sülhün təbliği üçün vacib” elan etdi. 1994-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası BMT-nin İnsan Hüquqları Təhsili Onilliyini (1995-2004) elan etdi və bütün üzv dövlətləri “universal insan hüquqları mədəniyyətinin qurulmasına yönəlmiş məlumatların və təlimlərin yayılmasının” təşviqinə çağırdı. Nəticədə, hökumətlər, əsasən, dövlət təhsil proqramları vasitəsilə İnsan Hüquqları üzrə Təhsili təbliğ etmək üçün daha çox səy göstərdilər. Hökumətlər beynəlxalq əlaqələr, hüquq və qaydaların qorunması və cəmiyyətin ümumi fəaliyyəti barədə narahat olduqlarından İnsan Hüquqları üzrə Təhsilini sülh, demokratiya və sosial rifahın təmin olunması üçün bir vasitə kimi görməyə başlamışdılar.

İnsan ləyaqəti üzrə bərabərliyin təşviqinə yönəlmiş təhsil proqramları və fəaliyyətləri

Avropa Şurasının məqsədi Avropa qitəsinin bütün ərazisində ortaq demokratik və hüquqi bir quruluş yaratmaq, insan hüquqları, demokratiya və qanunun aliliyi kimi əsas dəyərlərinin qorunmasını təmin etməkdir. Bu dəyərlərə diqqət edilməsi İnsan Hüquqları üzrə Təhsilin bütün təriflərində əks olunmuşdur. Məsələn, gənclərin yerli  və regional səviyyədə qərarların qəbul olunması və həyata keçirilən fəaliyyətdə aktiv iştirakının təmin olunması ilə bağlı öhdəliyinə istinad edərək, Avropa Şurasının İnsan Hüquqları Təhsili üzrə Gənclər Proqramında İnsan Hüquqları üzrə Təhsilin tərifi belə verilir:
“... mədəniyyətlərarası təhsil, azlıqların iştirakı və səlahiyyətləri təşviq edən digər proqramlarla yanaşı təhsil sahəsində insan ləyaqəti üzrə bərabərliyi1 təşviq edən təhsil proqramları və fəaliyyətləri”.

Avropa Şurası Demokratik Vətəndaşlıq və İnsan Hüquqları Təhsili Xartiyası (2010)2 İnsan Hüquqları üzrə Təhsili tələbələri bilik, bacarıq və anlaşma ilə təmin etmək və onların münasibət və davranışlarını inkişaf etdirmək, insan hüquqlarının və əsas azadlıqlarının təşviqi və qorunması baxımdan tələbələrə cəmiyyətdə insan hüquqlarının universal mədəniyyətinin qurulması və qorunması üzrə səlahiyyət vermək məqsədi daşıyan təhsil, təlim, maarifləndirmə, məlumat, təcrübə və fəaliyyətlər kimi müəyyən edir.

İnsan Hüquqları üzrə Təhsilin digər tərifləri də mövcuddur. Məsələn, Beynəlxalq Amnistiya Təşkilatı ona belə tərif verir: İnsan Hüquqları üzrə Təhsil müştərək və interaktiv tədris çərçivəsində insanların öz hüquqları və digər insanların hüquqları barədə öyrəndikləri prosesdir.

İnsan Hüquqları Təhsili üzrə Asiya-Sakit Okean Regional Resurs Mərkəzi insan hüquqları və İnsan Hüquqları Təhsilinə cəlb olunmuş insanlar arasında münasibətə xüsusi olaraq belə istinad edir: İnsan ləyaqəti üzrə bərabərliyin təşviqinə yönəlmiş təhsil proqramları və fəaliyyətləri İnsan hüquqları üzrə təhsil və Kompas: ümumi məlumat 18 Kompas – Gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə Təlimat Vəsaiti – Avropa Şurası İnsan Hüquqları üzrə Təhsil ümumi cəmiyyətin öz təcrübələrini anlaması və öz həyatına nəzarəti ələ keçirməsinə şərait yaratmağa yönəlmiş, insan hüquqları bilikləri, dəyərləri və bacarıqlarından məzmun kimi istifadə etməklə məqsədli şəkildə hazırlanmış tədris məşğələlərini özündə birləşdirən iştirakçı bir prosesdir.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Təhsili üzrə Dünya Proqramı İnsan Hüquqları üzrə Təhsili aşağıdakı kimi təyin edir:
Universal insan hüquqları mədəniyyətinin qurulmasına yönəlmiş təhsil, təlim və informasiya.” İnsan hüquqları sahəsində hərtərəfli təhsil yalnız insan hüquqları və onları qoruyan mexanizmlər haqqında bilik təmin etmir, həm də gündəlik həyatda insan hüquqlarını təşviq etmək, müdafiə etmək və tətbiq etmək üçün lazım olan bacarıqları verir. İnsan hüquqları təhsili cəmiyyətin bütün üzvləri üçün insan hüquqlarını təmin etməkdən ötrü lazım olan yanaşma və davranışları təbliğ edir.

İnsan hüquqlarının öyrənildiyi, yaşandığı və uğrunda “fəaliyyət göstərildiyi” mədəniyyət.

İnsan Hüquqlarının Öyrənilməsi üzrə Xalq Hərəkatı insan hüquqlarının öyrənilməsini insan hüquqları təhsilindən daha üstün tutur və insan hüquqlarına həyat tərzi olaraq xüsusi diqqət ayırır. Təhsilin əvəzinə öyrənməyin vurğulanması insan hüquqlarının araşdırılmasının fərdi proses olmasını və onları gündəlik həyata tətbiq etməyi nəzərdə tutur.

Cəmiyyətin digər qurumlarına QHT-lər və adətən zərərçəkmiş qrupları dəstəkləmək, ətraf mühiti qorumaq, hökumətlərə, biznes və müəssisələrə nəzarət etmək və sosial dəyişikliyi təşviq etmək üçün fəaliyyət göstərən yerli təşkilatlar aiddir. Hər bir QHT İnsan Hüquqları üzrə Təhsilə öz perspektivini gətirir. Belə ki, məsələn, Beynəlxalq Amnistiya Təşkilatı inanır ki, “insan hüquqları üzrə təhsil insan hüquqlarının pozulmasının əsasında duran səbəblərin həlli, insan hüquqlarının pozulmasının qarşısının alınması, ayrı-seçkiliklə mübarizə, bərabərliyin təşviq edilməsi və demokratik qərar qəbulu prosesində insanların iştirakının genişləndirilməsi üçün olduqca vacibdir”.3

İnsan hüquqları üzrə təhsil gender fərqliliyini əsas istiqamət kimi götürməli və mədəniyyətlərarası təhsil ölçüsünü özündə birləşdirməlidir.

2009-cu ilin oktyabr ayında Budapeştdə keçirilmiş İnsan Hüquqları üçün Yaşamaq, Öyrənmək və Davranmaq Gənclər ilə və Gənclər tərəfindən İnsan Hüquqları üzrə Təhsil Forumunda bu gün Avropadakı gənclərin vəziyyəti belə təqdim olundu: “təhlükəli ve qeyri-stabil, bir çox gənclərə cəmiyyətdə lazımi bir yer tutmaq üçün imkanların bərabərliyi faktorunu təhlükə altına alan [...] insan hüquqları, xüsusilə sosial hüquqlar və ayrı-seçkilikdən azad olmaq hüququ boş sözlər, daha pis halda isə yalan vədlər kimi səslənir. Ayrı-seçkilik və sosial təcridin davam etməsi qəbul edilə bilməz və dözülə bilməz”. Beləliklə, forum iştirakçıları razılığa gəldilər ki, “Gender fərqliliyi və gender bərabərliyi perspektivləri İnsan hüquqları üzrə təhsilin sistematik şəkildə əsas istiqaməti olmalıdır. Bundan əlavə, buraya mədəniyyətlərarası təhsil ölçüsü daxil olmalıdır; [...] Biz Avropa Şurasından insan hüquqları üzrə təhsil proqramları daxilində gender, etnik mənsubiyyət, din və ya inam, qabiliyyət məsələləri kimi azlıqların məsələlərinin həll edilməsini də əsas istiqamət kimi seçməyi gözləyirik”.

Hökumətlər və QHT-lər İnsan Hüquqları üzrə Təhsili arzuolunan hüquqlar və azadlıqlar formasında əldə ediləcək nəticə olaraq görürlər, lakin onlardan fərqli olaraq akademiklər dəyərlərə, prinsip və mənəvi seçimlərə diqqət yetirirlər. Betti Reardon İnsan Ləyaqəti üçün Tədris etmə (1995) kitabında bildirir ki, “İnsan hüquqları üzrə təhsil çərçivə, prinsiplər və standartlara əsaslanan sosial təhsildir [...] mənəvi seçimlər etmək üçün bacarıqları inkişaf etdirir, məsələlər üzrə prinsipial mövqelər tutur, bir sözlə, mənəvi və intellektual bütövlüyü inkişaf etdirir”.4      Təlimçilər, fasilitatorlar, müəllimlər və gənclərlə birbaşa işləyən digər İnsan hüquqları üzrə təhsil işçiləri səlahiyyətlər və metodika baxımından düşünürlər.

Human rights education is about learning human rights

Ümid edirik sizə aydındır ki, müxtəlif təşkilatlar, tədris müəssisələri və insan hüquqları üzrə təhsildə iştirak edənlər öz fəlsəfələri, məqsədləri, hədəf qrupları və ya üzvlüyə uyğun olaraq, müxtəlif təriflərdən istifadə edirlər. Lakin insan hüquqları üzrə təhsilə üç meyarın daxil olması ilə bağlı açıq-aşkar bir razılıq var:

  • İnsan hüquqlarını öyrənmək, insan hüquqları haqqında biliklər, onlar nədir və necə qorunur;
  • İnsan hüquqları vasitəsilə öyrənmək, insan hüquqları təhsilinin təşkilinin məzmunu və üsulunun insan hüquqları dəyərləri ilə (məsələn, iştirak, düşüncə və ifadə azadlığı və s.) uyğunluq təşkil etməli olduğunu və insan hüquqları təhsilində öyrənmə prosesinin öyrənmə məzmunu qədər əhəmiyyətli olduğunu aşkar etmək;
  • İnsan hüquqlarını öz gündəlik həyatlarında tətbiq etmək üçün tələbələrdə bacarıqlar, münasibətlər və dəyərləri inkişaf etdirmək, fərdi şəkildə və ya digərləri ilə birgə insan hüquqlarını təbliğ etmək və qorumaq məqsədilə tədbir görmək yolu ilə insan hüquqları üçün öyrənmək.

Buna görə də, İnsan Hüquqları üzrə Təhsili necə tədris etmək və insanların insan hüquqları mədəniyyəti daxilində öz rollarını ala bilməkdən ötrü lazımi bilik, bacarıq və davranışları əldə etmələri üçün onlara necə kömək etmək barədə düşündükdə görürük ki, biz insan hüquqları təhsilini “tədris edə” bilmərik, o, təcrübə vasitəsilə öyrənilməlidir. Beləliklə, insan hüquqları üzrə təhsil praktikada insan hüquqlarına məruz qalmaq vasitəsilə həyata keçirilir. Bu o, deməkdir ki, insan hüquqları üzrə təhsilin necəharada həyata keçirilməsi insan hüquqları dəyərlərini (insan hüquqları daxilində öyrənmək) əks etdirməlidir; məzmun və məşğələlər elə olmalıdır ki, ləyaqət və bərabərlik praktikanın daxili hissəsi olsun.

Kompasda biz metod və məşğələlərin nə qədər maraqlı ola biləcəyindən asılı olmayaraq, insan hüquqlarına istinadın insan hüquqları barədə həqiqətin öyrənilməsinə töhfə verməsi göstərmək üçün xüsusi səy göstərmişik. Tədbirlər görmək üçün də müxtəlif təkliflər verilmişdir.

İnsan hüquqları üzrə təhsil başlıca insan hüququdur

Təhsil şəxsiyyətin tam inkişafı və insan hüquqları və azadlıqlarına hörmətin gücləndirilməsinə yönləndirilməlidir.  Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 26-cı maddə           

İnsan hüquqları ona görə vacibdir ki, heç bir fərd təklikdə yaşaya bilməz və ədalətsizliklər şəxsi, yerli və qlobal səviyyədə həyat keyfiyyətini aşağı salır. Bizim Avropada etdiyimiz bir şey dünyanın başqa bir ucunda baş verən nəyəsə təsir edir. Məsələn, bizim geyindiyimiz paltarlar Asiyada uşaq əməyi nəticəsində ərsəyə gəlmiş ola bilər, həmçinin, Avropanın müstəmləkəçilik tarixi irsi İraq, Somali və Əfqanıstanda siyasi və dini iğtişaşlara təsir edir və onlar da bizim qapımızı döyən, sığınacaq axtaran insanları göndərir. Eynilə, Afrikada və Asiyada milyonlarla insan sənayeləşmiş dövlətlərin gördüyü işlər nəticəsində meydana çıxan iqlim dəyişikliyinin nəticələrinə məruz qaldıqları üçün evlərini tərk edirlər.  İnsan hüquqları üzrə təhsil və Kompas: ümumi məlumat 20 Kompas – Gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə Təlimat Vəsaiti – Avropa Şurası Lakin bu, yalnız dünyanın başqa bir yerində baş verən insan hüquqları pozuntusunun bizə təsir göstərməsi ilə əlaqədar deyil; digərlərinin qayğısına qalmaq vəzifəsi bütün mədəniyyətlərdə və dinlərdə əsas mənəvi dəyərdir. İnsan hüquqları pozuntusu hər yerdə baş verir, yalnız digər dövlətlərdə deyil, həmçininöz ölkəmizdə, məhz buna görə də, insan hüquqları üzrə təhsil vacibdir. Yalnız insan hüquqları haqqında tam məlumatımız olduqda, onları tam başa düşdükdə və onlara hörmət etdikdə biz insan hüquqlarının pozulmasından daha çox onlara hörmət edildiyi mədəniyyəti yaratmağa nail ola bilərik. Buna görə də, insan hüquqları üzrə təhsil getdikcə daha çox insan hüququ olaraq qəbul edilir.

İnsan hüquqları üzrə təhsil yalnızca mənəvi hüquq deyil, həmçinin beynəlxalq hüquqa əsasən qanuni hüquqdur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 26-cı maddəsində deyilir ki, hər kəsin təhsil hüququ var və “Təhsil şəxsiyyətin tam inkişafı və insan hüquqları və azadlıqlarına hörmətin gücləndirilməsinə yönləndirilməlidir. Təhsil anlamanı, dözümlülüyü və xalqlar, irqi və ya dini qruplar arasında dostluğu təşviq etməli və Birləşmiş Millətlər Təşkilatının sülhün qorunub saxlanması istiqamətindəki fəaliyyətinə kömək etməlidir”. Bununla yanaşı, Uşaq Hüquqları Konvensiyasının 28-ci maddəsində deyilir ki, “məktəb intizamı uşağın ləyaqətinə uyğun şəkildə gözlənilməlidir. Təhsil uşağın şəxsiyyəti, istedadı və bacarıqlarının inkişafı, insan hüquqları və əsas azadlıqlarına hörmət, azad cəmiyyətdə məsuliyyətli həyat, anlama, dözümlülük və bərabərlik, təbii mühitə hörmətin təşviq edilməsinə yönləndirilməlidir”.

İnsan hüquqları ruhlandırmadan daha böyük
bir şeydir.

İnsan hüquqları üzrə təhsil həmçinin siyasi tələbdir. İnsan hüquqları uğrunda Yaşamaq, Öyrənmək, Davranmaq Forumunun mesajında deyilir ki, “Avopa Şurasının fəaliyyətini yönləndirən dəyərlər bizim hamımız üçün universal dəyərlərdir və hər bir insanın haqqı olan ləyaqət üzərində cəmlənmişdir”. Bundan irəli gələrək mesajda deyilir ki, insan hüquqları sadəcə ruhlandırma deyil: onlar həmçinin insanlar və dövlətlər arasındakı münasibətlərə, həm də insanlar və dövlətlərin öz aralarındakı münasibətlərə tətbiq olunan mənəvi və siyasi hökmdür.

Birləşmiş Millətlər Təşkilatında İnsan Hüquqları üzrə Təhsil

Birləşmiş Millətlər Təşkilatı dünyada insan hüquqları üzrə təhsillə bağlı əvəzedilməz rola malikdir. 1993-cü ildə Vyanada keçirilən İnsan Hüquqları üzrə Dünya Konfransında insan hüquqlarının təşviqində insan hüquqları üzrə təhsilin, təlimlərin və ictimai informasiyanın önəmli rolu təsdiq olunmuşdur. 1994-cü ildə Baş Assembleya tərəfindən 1 yanvar 1995-ci il tarixindən 31 dekabr 2004-cü il tarixinə qədər olan dövrü əhatə edən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Təhsili üzrə Onilliyi elan olunmuşdur.

2004-cü ildə insan hüquqları mədəniyyətinin təşviqi məqsədilə İnsan Hüquqları Təhsili üzrə Dünya Proqramı təsis olunmuşdur.

Onilliyin qiymətləndirilməsi nəticəsində, 2004-cü ildə İnsan Hüquqları Təhsili üzrə Dünya Proqramı təsis olunmuşdur. Proqramın birinci mərhələsi ibtidai və orta məktəb sistemlərində insan hüquqları üzrə təhsilin təsis olunmasına yönləndirilmişdir. Bütün dövlətlər Dünya Proqramı və onun Fəaliyyət Planı çərçivəsində təşəbbüs göstərməyə çağrılırdı. İnsan Hüquqları Şurası qərara aldı ki, ikinci mərhələ (2010-2014) insan hüquqları üzrə təhsilin ali təhsildə tətbiqi və İnsan hüquqları üzrə təhsil və  insan hüquqları üzrə təlimlərin müəllimlər, dövlət qulluqçuları, hüquq mühafizə orqanları əməkdaşları və bütün hərbi personala tətbiqinə yönəlsin. Müvafiq olaraq, 2010-cu ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanmış ikinci mərhələ üçün Fəaiyyət Planı qəbul olundu. Bu, həmçinin üzv ölkələri ibtidai və orta məktəblərdə insan hüquqları təhsilinin tətbiqinin davam etdirilməsinə sövq etdi. Açıq Dünya Proqramı Hökumətlər və digər tərəflər arasında əməkdaşlıq üçün platforma, həmçinin, fəaliyyət üçün ümumi kollektiv çərçivə olaraq qalır.

“cəmiyyətin hər bir fərdi və qurumu öyrətmək və təhsil vasitəsilə insan hüquqları və əsas azadlıqlarına hörmətin təbliğ edilməsi üçün çalışmalıdır”                                                     

BMT-nin İnsan Hüquqları üzrə Təhsil və Təlim Bəyannaməsinin preambulası

2011-ci ilin dekabrında Baş Assambleya tərəfindən BMT İnsan Hüquqları üzrə Təhsil və Təlim Bəyannaməsi qəbul edildi. Bəyannamə insan hüquqları üzrə təhsilə həsr olunmuş ilk vasitə olduğundan inqilabi hesab olunur, buna görə də, insan hüquqları üzrə təhsilin vacibliyi barədə maarifləndirmə və təbliğat vasitəsi kimi çox dəyərlidir. Bəyannamədə bildirilir ki, “Hər kəsin insan hüquqları və əsas azadlıqları haqqında məlumata malik olmaq, axtarmaq və qəbul etmək hüququ var və hər kəs insan hüquqları üzrə təhsil və təlimə çıxış əldə etməlidir” və “İnsan hüquqları üzrə təhsil və təlim insan hüquqlarının universallığı, bölünməzliyi və bir-birindən asılılığı prinsiplərinə uyğun olaraq, hər kəs üçün insan hüquqları və əsas azadlıqlarına hörmət və onlara riayət edilməsinin təbliği üçün əhəmiyyətlidir”. Bəyannamə, həmçinin, insan hüquqları üçün, haqqında və vasitəsilə təhsili əhatə edən insan hüquqları üzrə təhsil və təlimin geniş izahını özündə birləşdirir.
Bəyannamə ölkələr üzərinə “insan hüquqları üzrə təhsil və təlimi təbliğ və təmin etmək” öhdəliyini qoyur (Maddə 7).

BMT sistemi çərçivəsində insan hüquqları üzrə təhsil İnsan Hüquqları Şurasının rəhbərliyi altında, Cenevrədə yerləşən BMT Ali Komissarlığının İnsan Hüquqları üzrə Ofisi tərəfindən əlaqələndirilir.

Avropada insan hüquqları üzrə təhsilGoto top

Avropa Şurası

İnsan hüquqları qarşısında öhdəlik, həmçinin,
insan hüquqları təhsili qarşısında öhdəlikdir. İnsan hüquqları üzrə təhsilə qoyulan sərmayə hər kəsin gələcəyini təhlükəsiz edir; təhsildən nəyisə əsirgəmək uzunmüddətli itkilərə səbəb olur.
İnsan Hüquqları üçün Yaşamaq, Öyrənmək, Fəaliyyət göstərmək forumunun mesajı 2009

Avropa Şurasının üzv ölkələri üçün insan hüquqları iddialardan daha artıq olmalıdır: insan hüquqları onların hüquqi çərçivəsinin bir hissəsi olduğundan gənclərin təhsilinin ayrılmaz hissəsi olmalıdır. Avropa xalqları 20-ci əsrin insan hüquqları üzrə ən vacib müraciətnaməsinə - 1948-ci il, 10 dekabr tarixində BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinə - çox böyük töhfə veriblər. Avropa Şurasına üzv olan bütün ölkələr üzərində hüquqi gücü olan Avropa İnsan Hüquqları Konvensiyasının prinsipləri BMT sənədindən götürülmüşdür və 2 il sonra qəbul olunmuşdur. Bizim bu gün tanıdığımız insan hüquqlarının mövcudluğu İkinci Dünya Müharibəsi dövründə Avropa və ondan kənarda baş verən böyük insan hüquqları pozuntuları sayəsində meydana çıxmışdır.

1985-ci ildə Nazirlər Komitəsi Avropa Şurası ölkələrinə məktəblərdə insan hüquqlarının tədris olunması barədə R (85) 7 Tövsiyəsini çap etdi. Tövsiyə bütün gənclərin plüralist demokratiya şəraitində insan hüquqlarını öz həyatlarının bir hissəsi kimi öyrənməli olduğunu vurğulayır.

Tövsiyə Avropa Şurasının İkinci Sammiti (1997) çərçivəsində üzv dövlətlərin Dövlət və Hökumət Başçıları “vətəndaşları demokratik cəmiyyətdə öz hüquqları və öhdəlikləri barədə məlumatlandırmaq məqsədilə demokratik vətəndaşlıq üçün təhsil təşəbbüsü irəli sürməyi” qərara aldıqda yenidən qüvvəyə mindi. Demokratik Vətəndaşlıq üçün Təhsil layihəsi məktəb sistemlərində demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsilin təşviqi və onlara dəstək göstərilməsində əsas rola malikdir. 

İnsan Hüquqları Təhsili üzrə Gənclər Proqramının təsis olunması, Kompas və daha sonra Kompasitonun nəşri və tərcüməsi, xüsusilə qeyri-formal təhsil və gənclərlə iş vasitəsilə olmaqla, insan hüquqları üzrə təhsilin tanınmasına səbəb oldu.

Üzv dövlətlər “öz ərazisi daxilindəki hər bir insanı demokratik vətəndaşlıq və insan hüquqları təhsili imkanı ilə təmin etməyi” qarşıya məqsəd qoymalıdır.
Avropa Şurasının Demokratik Vətəndaşlıq və insan Hüquqları Təhsili Xartiyası

2010-cu ildə Nazirlər Komitəsi tərəfindən CM/Rec (2010) 7 Tövsiyəsi çərçivəsində Demokratik Vətəndaşlıq və İnsan Hüquqları Təhsili üzrə Avropa Şurası Xartiyası qəbul olundu. Xartiya üzv dövlətləri demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsili məktəbəqədər təhsil, ibtidai və orta məktəb
səviyyələrinə, ümumilikdə, peşə təhsili və təliminin kurrikulumuna əlavə edilməsinə çağırır. Xartiya, həmçinin üzv dövlətləri “demokratik vətəndaşlıq və
insan hüquqları üzrə təhsildə, xüsusilə onun qeyri-formal formasında, qeyrihökumət təşkilatlarının rolunun artırılmasına çağırır. Onlar QHT-ləri və onların
fəaliyyətini təhsil sisteminin dəyərli bir hissəsi kimi qiymətləndirməli, ehtiyac olduğu sahələrdə onlara dəstəyi təmin etməli və təhsilin hər növünə verə biləcəkləri ekspert dəstəyindən tam istifadə etməlidirlər”.
“Öz ərazisi daxilindəki hər bir insanı demokratik vətəndaşlıq və insan hüquqları təhsili imkanı ilə təmin etmək” dövlət siyasəti və xartiyaya uyğun olaraq, İnsan hüquqları üzrə təhsilin daxil olduğu qanunverciliyin məqsədi olmalıdır. Xartiyada insan hüquqları təhsili üçün məqsəd və prinsiplər müəyyənləşdirilmiş və monitorinq, qiymətləndirmə və tədqiqat üzrə fəaliyyət tövsiyə olunmuşdur. Xartiyaya məzmun və onun praktiki istifadəsi ilə bağlı
nümunələri özündə birləşdirən izahedici memorandum əlavə olunmuşdur.

Avropa Şurasında insan hüquqları üzrə təhsilin insan hüquqlarının qorunması və təbliğində rolu 1999-cu ildə İnsan Hüquqları üzrə Komissar vəzifəsinin yaradılması ilə daha da qüvvətləndirildi. Komissara “insan
hüquqları üzrə təhsil və maarifləndirmənin təşviqi”, həmçinin, insan hüquqları standartlarının tətbiqi üzrə üzv dövlətlərə yardım, hüquq və praktikada mümkün çatışmazlıqların müəyyən olunması və bütün Avropa daxilində insan hüquqlarının qorunması üzrə məsləhət vermək səlahiyyətləri verilmişdir.
Mandatını icra etməklə Komissar insan hüquqları üzrə təhsilə xüsusi diqqət ayırır və hesab edir ki, insan hüquqları yalnız insanlar öz hüquqları haqqında məlumatlandırıldıqda və onlardan necə istifadə etməli olduqlarını öyrəndikdə qoruna bilər. Buna görə də, insan hüquqları üzrə təhsil Avropa standartlarının effektiv şəkildə yerinə yetirilməsində önəmli rol oynayır. Bir çox bəyanatlarda Komissar yerli hökumətləri insan hüquqları təhsilini qüvvətləndirməyə çağırır. Məktəb şagirdləri və gənclər, həmçinin, müəllimlər və dövlət rəsmiləri digərlərinə qarşı dözüm və hörmət dəyərlərini təşviq etmək üçün təhsil almalıdırlar. “İnsan hüquqları üzrə təhsil prioritetdir – daha konkret fəaliyyət lazımdır” başlıqlıməruzədə Komissar bildirir ki, “şagirdlərdə insan hüquqları dəyərlərini həyata keçirmək üçün vacib olan həyat bacarıqlarını inkişaf etdirməkdən daha çox onları əmək bazarına hazırlamağa diqqət ayrılmışdır”. “Təhsil vasitəsilə insan hüquqları” və “təhsildə insan hüquqları” birlikdə mövcud olmalıdır.

Bu səbəbdən, Avropa Şurasında insan hüquqları üzrə təhsil hüququ çoxtərəfli və çoxsahəlidir. Avropa Şurası İnsan hüquqları təhsili üzrə fəaliyyəti YUNESKO, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) və Avropa İttifaqının Əsas Hüquqlar üzrə Agentliyi ilə birgə həyata keçirilir və əlaqələndirilir. Avropa Şurası həmçinin BMT-nin İnsan Hüquqları Təhsili üzrə Dünya Proqramının regional əlaqələndiricisi kimi fəaliyyət göstərmişdir.

Avropa Vercland Mərkəzi

Avropa Vercland Mərkəzi Norveçin Oslo şəhərində yerləşən, Mədəniyyətlərarası Anlaşma, İnsan Hüquqları və Demokratik Vətəndaşlıq üzrə Təhsil sahəsində fəaliyyət göstərən Tədqiqat Mərkəzidir. Mərkəz 2008-ci ildə Norveç və Avropa Şurası arasında əməkdaşlıq layihəsi kimi təsis olunmuşdur. Əsas hədəf qrupları təhsil mütəxəssisləri, tədqiqatçılar, qərar qəbul edənlər və digər multiplikatorlardır.

Vercland Mərkəzinin fəaliyyətinə aşağıdakılar daxildir:

  • müəllim təlimçilər, müəllimlər və digər tədris edən şəxslər üçün təlim
  • tədqiqat və inkişaf fəaliyyətləri
  • konfranslar və şəbəkə xidmətləri, həmçinin, onlayn mütəxəssis bazası
  • informasiya, tədris materialları və təcrübələrin paylaşılması üçün elektron platforma.

Avropa İttifaqı

2007-ci ildə Avropa İttifaqı ərazisində yaşayan insanların əsas hüquqlarının qorunmasını təmin etmək məqsədilə Avropa İttifaqının Əsas Hüquqlar üzrə Agentliyi (FHA) yaradılmışdır. Avstriyanın Vyana şəhərində yerləşən və Avropa İttifaqının müstəqil qurumu olan FHA Avropa İttifaqı və onun üzv dövlətlərinə əsas hüquqlar məsələləri üzrə İctimai hüququ həyata keçirdikdə yardım və ekspert dəstəyini təmin etmək məqsədilə yaradılmışdır. FHA-nın həmçinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Avropa İttifaqının Əsas Hüquqlar üzrə Nizamnaməsində göstərilmiş insan hüquqlarını özündə birləşdirən əsas hüquqlar üzrə ictimaiyyətin məlumatlandırılmasını həyata keçirmək öhdəliyi var.

Avropa İttifaqının gənclər proqramları illər ərzində bərabərlik, aktiv vətəndaşlıq və insan hüquqları təhsilinə xüsusi diqqət ayırmışdır.

Gənclər və Erasmus proqramları çərçivəsində həyata keçirilən gənclər layihələrinin bir çoxu qeyri-formal təhsilə əsaslanır və gənclər üçün insan hüquqları və insan hüquqları üzrə təhsili ilə bağlı vacib imkanlar yaradır.

Gənclər siyasəti və insan hüquqları üzrə təhsilGoto top

Avropa Şurası uzun müddətdir ki, Avropa inkişaf prosesinə gəncləri cəlb edir və gənclər siyasətini öz fəaliyətinin ayrılmaz bir hissəsi kimi görür. Gənc liderlər üçün ilk fəaliyyət 1967-ci ildə Avropa Gənclər Mərkəzi və 1972-ci ildə Avropa Gənclər Fondunun yaradılması ilə başlamışdır. Bundan sonra, Avropa Şurası və gənclər arasındakı münasibət müvafiq olaraq inkişaf etdi, gənclər və gənclər təşkilatları Şura və Avropa üçün əsas həlledici məqamlarda vacib iştirakçı və tərəfdaşa çevrildi. İstər keçmiş kommunist ölkələrinin demokratikləşmə prosesində, münaqişəli ərazilərdə sülhün bərqərar olması və münaqişə transformasiyasında, istərsə də irqçilik, anti-semitizm, ksenofobiya və dözümsüzlüklə mübarizədə gənclər və onların təşkilatları Avropa Şurasına arxalanmış və Şura da, öz növbəsində, onlara etibar etmişdir. Avropa qitəsində yumşaq və dərin təhlükəsizlik insan hüquqları üzrə təhsil və demokratik iştirakın töhfəsi olmadan əldə oluna bilməzdi.

Avropa Şurasının gənclər siyasətinin məqsədi “gənclərin, yəni qızlar və oğlanların, gənc qadın və kişilərin cəmiyyətin aspektlərində tam iştirakının təmin olunması məqsədilə lazım olan bilik, bacarıq və səriştəni inkişaf etdirmək üçün bərabər imkanlar və təcrübəni təmin etmək”dir6.

Gənclərin cəmiyyət həyatında tam iştirakına şərait yaratmaq məqsədilə bərabər imkanlar və təcrübənin təmin olunması.

Gənclərin, gənclər təşkilatlarının və gənclər siyasətinin insan hüquqları təhsili hüququnun təşviq olunmasında rolu həmçinin Avropa Şurasının gənclər siyasətinin prioritetlərində (onlardan biri İnsan Hüquqları və Demokratiyadır) qeyd olunmuşdur və aşağıdakılara xüsusi diqqət ayrılmışdır:

• insan hüquqları və insan ləyaqətinin gənclər üçün tam əlçatan olmasını təmin etmək və bununla bağlı, onları öhdəliyə sövq etmək
• gənclərin demokratik proseslər və strukturlarda aktiv iştirakını təmin etmək
• bütün gənclərin öz gündəlik həyatlarının bütün aspektlərində iştirakı üçün bərabər imkanlar təmin etmək
• gender bərabərliyinin effektiv şəkildə təmin olunması və gender əsaslı zorakılığın bütün formalarının qarşısının alınması
• ətraf mühit və davamlı inkişafla bağlı fəaliyyət və təhsil üzrə məlumatlandırılmanın təşviq edilməsi
• bütün gənclər üçün məlumat və məsləhət xidmətlərinin təmin edilməsinin asanlaşdırılması.

Avropa Şurasının gənclər siyasəti uşaqlar və gənclər siyasətləri arasında sıx əməkdaşlığı nəzərdə tutur, belə ki, iki qrup, uşaqlar və gənclər, çox böyük dərəcədə bir-biri ilə uyğunlaşır.

2000-ci ildə, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 50 illiyində, Gənclər və İdman Direktorluğu İnsan Hüquqları üzrə Gənclər Proqramını təsis etdi. Proqram Avropa Şurasının gənclərlə iş və gənclər siyasətində İnsan Hüquqları üzrə təhsildən əsas istiqamət kimi istifadə edilməsini təmin etdi. Gənclər və gənclər təşkilatlarıproqram çərçivəsində insan hüquqları üzrə tədrisçilər və müdafiəçilər kimi başlıca rolda çıxış edir və Avropa Şurasının işinə önəmli töhfə verir.

Proqramın daha bir aspekti 2002-ci ildə Kompasın nəşri və onun 30-dan çox dilə tərcümə olunması oldu. Təlimçilər və multiplikatorlar üçün Avropa və milli təlim kursları proqramı İnsan hüquqları üzrə təhsilin tədrisçiləri və müdafiəçiləri üçün gözlə görünən nəticələr yaradan formal və qeyri-formal şəbəkələrin mövcudluğuna gətirib çıxardı, lakin bu bir ölkədən digərinə tamamilə fərqlənir. İnsan Hüquqları Təhsili üzrə Gənclər Proqramının uğuru aşağıdakı faktorlar üzərində qurulmuşdur:

  • Üzv ölkələrdə müəllimlər və gənclər üzrə işçilərin təlimçilərinin əsas re-gional və yerli səviyyədə təlim fəalliyətinə yerli təşkilatlar və qurumlarla əməkdaşlıq çərçivəsində verilmiş dəstək
  • Avropa və yerli səviyyədə qeyri-formal təhsil yanaşmaları vasitəsilə in-san hüquqları təhsilinin tədrisçiləri və təşkilatlarının formal və qeyri-formal şəbəkələrinin inkişafı
  • Avropa Şurasının gənclər sektorunun ümumi fəaliyyət proqramındakı insan hüquqları təhsili üzrə yanaşmalar və metodların geniş yayılması
  • İnsan hüquqları təhsili və qeyri-formal təhsil üçün İnsan Hüquqları Təhsili üzrə Kompas Təlimi vasitəsilə elektron təhsilin təqdim olunması kimi inno-vativ təlim və tədris yanaşmalarının və keyfiyyət standartlarının tətbiqi
  • Müxtəliflik, İnsan Hüquqları və İştirak üzrə Hər kəs Fərqli - Hər kəs Bərabər Avropa gənclərinə yönəlmiş Proqram üçün təhsil yanaşmaları və resurslarının təmin olunması
  • Mədəniyyətlərarası təhsil, stereotiplər və qərəzli fikirlərlə mübarizə üçün metodologiya kimi Canlı Kitabxananın tətbiqi
  • Mədəniyyətlərarası dialoq faəliyyəti üçün siyasi və təhsil çərçivəsinin tətbiqi

Proqram, həmçinin Avropa Gənclər Fondu tərəfindən insan hüquqları təhsili üzrə pilot layihələrə dəstək yolu ilə bütün Avropadan minlərlə gənci bir araya topladı.

2009-cu ildə, Avropa Şurasının 60 illiyi münasibətilə, insan hüquqları təhsili üzrə gənclər forumu – İnsan Hüquqları üçün Öyrənmək, Yaşamaq, Fəaliyyət göstərmək– Budapeşt və Strazburqda 250-dən çox iştirakçını bir araya topladı. Forumun iştirakçıları Avropa Şurasının Nazirlər Komitəsinə mesaj ünvanladılar. Mesajda aşağıdakılar vasitəsilə insan hüquqları üzrə təhsili təmin etmək üçün Avropada əsas prinsip və ehtiyaclar vurğulanırdı:

  • layihələr, dövlət və yerli səviyyədə tərəfdaşlar vasitəsilə Avropa, dövlət və yerli fəaliyyət səviyyələri arasında optimal əlaqənin qurulması yolu ilə artırılma və yenidən ötürmənin adekvat səviyyələrinin təmin olunması;
  • milli insan hüquqları təhsili proqramlarının təsis olunması məqsədilə formal və qeyri - formal təhsil iştirakçıları ilə insan hüquqları qurumları arasında müttəfiqliyin yaradılması;
  • hökumətdə gənc tərəfdaşların cəlb olunmasının daha da genişləndirilməsi istiqamətində çalışarkən qeyri-hökumət tərəfdaşlarının sayının artırılması;
  • insan hüquqları təhsili üçün transmilli əməkdaşlıq və şəbəkələrin dəstəklənməsi;
  • gənclərə təsir edəcək xüsusi insan hüquqları məsələləri üzrə (məs. şiddət və təcrid) məlumatlandırmanın genişləndirilməsi;
  • gender məlumatlılığı perspektivi və mədəniyyətlərarası meyarı insan ləyaqətində bərabərlik anlayışına daxil etmək;
  • insan hüquqları təhsili fəaliyyətini gənclər, gənclərlə iş, gənclər siyasəti və qeyri-formal təhsil ilə sıx əlaqələndirmək;
  • insan hüquqları üzrə təhsilin uşaqlar və gənclərlə uyğunlaşan və tamamlayıcı xüsusiyyətini nəzərə almaq;
  • insan hüquqları üzrə təhsili insan hüququ və onunla bağlı məlumatlandırma kimi tanımaq və inkişaf etdirmək;
  • insan hüquqları fəalları və tədrisçilərinin azadlığı və təhlükəsizliyinin qorunması məsələsini nəzərə almaq;
  • gender, etnik mənsubiyyət, din və ya inam, bacarıq məsələləri də daxil ol-maqla, azlıqların problemlərini əsas istiqamət etmək;
  • gənclər və uşaqların təhsil proseslərində aktiv iştirakı və sahibliyinə dəstək olmaq;
  • formal və qeyri-formal təhsil sahələrində insan hüquqları üzrə təhsilə dəstək və təşviqdə ölkələr və dövlət orqanlarının məsuliyyəti barədə məlumatlandırma aparmaq.

Gənclərlə insan hüquqları üzrə təhsil

Aydındır ki, gənclər insan hüquqları üzrə təhsillə maraqlanmalıdırlar, lakin reallıq odur ki, Avropada bir çox gənc insanın insan hüquqları üzrə təhsilə çıxışı yoxdur. Kompas bu reallığı dəyişmək üçün ərsəyə gətirilmişdir.

Gənclərlə insan hüquqları üzrə təhsil yalnız cəmiyyətə deyil, həmçinin gənclərin özlərinə fayda verir. Müasir cəmiyyətlərdə gənclər sosial təcrid, dini, etnik və milli fərqlər və qloballaşmanın müsbət və mənfi tərəfləri kimi proseslərlə üzləşirlər. İnsan hüquqları üzrə təhsil bu məsələlərə yönəlmişdir və insanlara yaşadıqları müasir çoxmədəniyyətli cəmiyyətlərin müxtəlif inamları, yanaşmaları, dəyərləri və aydın ziddiyyətlərini anlamağa yardım edir.

Avrobarometrin xüsusi “Avropa vətəndaşlarının ətraf mühitə qarşı yanaşmaları” adlı 2008- ci il mart hesabatında deyilir ki, avropalılar ətraf mühitin qorunmasına çox böyük diqqət ayırır və onlardan 96%-i bildirir ki, bu, onlar üçün çox və ya old-uqca əhəmiyyətlidir. Gənclər onlara aid olan məsələlərə öz enerji və həvəslərini sərf etməyə xüsusilə çox meyllidirlər. Buna bir nümunə olaraq, 2009-cu ilin dekabr ayında Kopenhagendə 100,000 gəncin iqlim dəyişikliyi ilə mübarizə üçün nümayiş keçirməsini göstərmək olar. Onların ideyalar qaldırıb həmin ideyalar üzrə hərəkət edəcəkləri hal-hazırda gənclər üçün mövcud olan çoxsaylı proqramlarda (fərdi gənc klubları və məktəblərdə xüsusi əsasda həyata keçirilən kiçik miqyaslı tədbirlərdən Avropa Şurası və Avropa İttifaqı tərəfindən həyata keçirilən əsas beynəlxalq pro-qramlara qədər) özünü göstərir.

Avropada insan hüquqları üzrə təhsil almış gənclərin töhfələrinə bir misal kimi Azlıqların Hüquqları Qrupu üçün hazırlanmış ölkə hesabatlarını göstərmək olar. Hökumətlər, QHT-lər, jurnalist və alimlər tərəfindən istifadə olunan bu hesabatlar azlıqların problemlərinin təhlilini təklif edir, bu icmaların səslərini özündə birləşdirir və daha böyük addımlar atmaq üçün praktiki məsləhət və tövsiyələr verir. Bu-nunla əlaqədar, insan hüquqları üzrə təhsil Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən heç bir hüquq pozuntusunun qəbul olunmaması ilə bağlı verilən aydın mesajlara tamamlayıcı iş olaraq görülə bilər. Lakin insan hüquqları üzrə təhsil daha çox şey təklif edir: bu, ilk növbədə, həmin hüquq pozuntularının qarşısının alınması üçün müsbət yoldur, buna görə də, daha yaxşı fəaliyyət və daha effektiv qarşısı alınma və sanksiya mexanizmlərini təmin edir. Hörmət və bərabərlik dəyərləri, şəfqət və məsuliyyət yanaşmalarına sahib olmuş, əməkdaşlıq çərçivəsində işləmək və tənqidi düşünmək bacarıqlarını inkişaf etdirmiş insanlar, ilk növbədə, digər insanların hüquqlarını pozmağa ən az hazır olacaq insanlar olacaqlar.

Gənclər, həmçinin, insan hüquqları təhsili proseslərinin tədrisçiləri və vasitəçiləri qismində çıxış edəcəklər. Buna görə də, gənclər insan hüquqları təhsili üzrə dövlət və yerli səviyyədə planların hazırlanmasına mühüm dəstək və mənbə hesab olunurlar.

İnsan hüquqları mədəniyyətinə doğruGoto top

Sən bütün gülləri kəsə bilərsən, lakin yazın gəlişinin qarşısını ala bilməzsən
Pablo Neruda

“Bütün yollar Romaya aparır” öz məqsədinə çatmaq üçün bütün yolların labüd olduğu mənasını verən ifadədir. Bütün yollar Romaya apardığı kimi, insan hüquqları üzrə təhsili insanlara çatdırmaq üçün də bir çox müxtəlif yol var. Buna görə də, insan hüquqları üzrə təhsil ən yaxşı şəkildə qarşısına qoyduğu məqsədlər baxımından izah oluna bilər: insan hüquqlarının anlaşıldığı, müdafiə olunduğu və hörmət edildi-yi mədəniyyətin yaradılması və ya 2009-cu il Gənclərlə İnsan Hüquqları üzrə Təhsil Forumunun iştirakçılarının sözlərinə istinad etməklə “insan hüquqlarının öyrənildiyi, yaşandığı və uğrunda fəaliyyət göstərildiyi bir mədəniyyət qurmaq”.

İnsan hüquqları mədəniyyəti yalnızca hər kəsin öz hüquqlarının bildiyi bir mədəniyyət deyil, çünki bilik mütləq şəkildə hörmətə bərabər deyil və hörmət ol-madan həmişə hüquq pozuntuları baş verir. Bəs insan hüquqları mədəniyyətini biz necə izah edirik və onun tərəfdarları hansı keyfiyyətlərə sahib olmalıdır? Bu vəsaitin müəllifləri bu suallar üzərində işləmişlər və bəzi (lakin qeyri-adi olmayan) cavablar formalaşdırmışlar. İnsan hüquqları mədəniyyəti elə bir mədəniyyətdir ki, insanlar:

  • Səlahiyyətli İnsan hüquqları və əsas azadlıqları barədə məlumata sahibdirlər və onlara hörmət edirlər
  • Özünə hörmət və digər insanlara qarşı hörmətə sahibdirlər; insan ləyaqətinə dəyər verirlər
  • Digərlərinin hüquqlarına hörmət nümayiş etdirən yanaşma və davranışlara sahibdirlər
  • Bütün sahələrdə həqiqi gender bərabərliyi nümayiş etdirirlər
  • Mədəni fərqliliyə, xüsusilə müxtəlif milli, etnik, dini, dil və digər azlıqlar və icmalara qarşı hörmət, anlama və dəyər göstərirlər və aktiv vətəndaşdırlar
  • İnsanlar və xalqlar arasında demokratiya, sosial ədalət, icma ahəngi, həmrəylik və dostluğu təşviq edirlər
  • İnsan hüquqları, beynəlxalq anlaşma, dözümlülük və qeyri-zorakılığın dünyəvi dəyərləri üzərində qurulmuş sülh mədəniyətinin yaradılmasını nəzərdə tutan beynəlxalq qurumların fəaliyyətinin davam etdirilməsində aktivdirlər

Müxtəlif sosial, iqtisadi, tarixi və siyasi təcrübələr və reallıqlar səbəbindən bu ideallar müxtəlif cəmiyyətlərdə müxtəlif ola bilər. Bu o deməkdir ki, in-san hüquqları üzrə təhsilə də müxtəlif yanaşmalar ola bilər. İnsan hüquqları mədəniyyətini inkişaf etdirmək üçün ən yaxşı və ən uyğun yolun hansı olduğu barədə müxtəlif fikirlər ola bilər və bu belə də olmalıdır. Fərdlər, fərdlərdən ibarət qruplar, cəmiyyətlər və mədəniyyətlər müxtəlif başlanğıc nöqtələrə və problemlərə sahibdir. İnsan hüquqları mədəniyyəti bu fərqləri nəzərə almalı və onlara hörmətlə yanaşmalıdır

Notes

1 Redaktorlar tərəfindən vurğulanmış sözlər
2 Nazirlər Komitəsinin Avropa Şurasının Demokratik Vətəndaşlıq və İnsan Hüquları üzrə Təhsillə bağlı Xartiyasına CM/Rec(2010)7 saylı Tövsiyəsi
3 http://www.amnesty.org/en/human-rights-education
4 Betty A. Reardon: İnsan Ləyaqəti üçün Təhsil – Hüquq və məsuliyyətlər barədə öyrənmək, Pensilvaniya Universiteti Nəşriyyatı,1995
5 www.fra.europa.eu (13 oktyabr 2010-cu ildə əldə olunmuşdur)
6Nazirlər Komitəsinin Avropa Şurasının gənclər siyasəti ilə bağlı CM/Res(2008)23 saylı qətnaməsi, BMT, İnsan Hüquqları Təhsili üzrə Dünya Proqramının Fəaliyyət Planı – Birinci mərhələ, Cenevrə, 2006