Image: Theme 'Culture and sport' by Pancho

Gənclər adətən çox zaman dünya üçün ümidləri və ambisiyaları böyük olan şəxslər kimi təsvir olunurlar və buna görə də, mədəni dəyişikliklərin aparıcı qüvvələri hesab edilirlər. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu gələcək mədəniyyətin formalaşmasında gənclərə aid gözləntiləri çox yaxşı təsvir edir:
Yetkinləşdikcə gənclər öz kimliklərini inkişaf etdirir və müstəqil fərdlərə çevrilirlər. Gənclər yaşlıların təcrübə və xatir ələrini bölüşmürlər. Onlar öz dərk etmə, qiymətləndirmə, təsnifat və fərql əndirmə yollarını və onları yazıda ifadə etmək üçün öz kodlarını, simvol və dillərini irəli sürürlər. Gənclərin dəyişən dünyaya cavabları və onların öz məxsusi təcrübələrini izah etmək və çatdırmaq yolları mədəniyyətlərini kökündən dəyişməyə və cəmiyyətlərini yeni çağırışlara hazırlamağa kömək edə bilər. Onların dinamizmi, yaşlı nəslin səssiz qaldığı bəzi arxaik və zərərli mədəni aspektləri dəyişə bilər. 1

Mədəniyyət hər şeydir. Bizim  necə geyinməyimiz, necə başımızı hərəkət etdirməyimiz, yolu necə getməyimiz, qalstuku necə bağlamagımız bir mədəniyyətdir. Bu yalnız kitab yazmaq və ya bina tikmək faktı deyil.
Aimé Cesaire3

İdman bütün mədəniyyətlərdə universal bir vasitə hesab edilir və buna görə də biz idmanı Kompasın mövzusu kimi seçmək qərarına gəldik. İdman xüsusilə gənclər arasında məşhurdur; Statistik rəqəmlər göstərir ki, 15 ilə 24 yaş arasında olan gənclərin 61%-i Aİ-dəki idman fəaliyyətlərində mütəmadi (həftədə ən azı bir dəfə) iştirak edirlər.2 İdmanın daxil edilməsinin başqa bir səbəbi isə onun gənclərin vətəndaş cəmiyyətində tam iştirakı ilə əlaqəli zəruri hesab edilən bilikləri, bacarıqları və davranışları inkişaf etdirmək vasitəsilə gəncləri sosial qarşılıqlı əlaqə yarada bilmələri üçün imkanlarla təmin edə bilməsidir.

Mədəniyyət və idman insan hüquqlarıdır və digər insan hüquqları ilə əlaqəlidirlər. Bunlar həmçinin tez-tez problem və zorakılığa məruz qalan insan hüquqlarının, o cümlədən gənclərin hüquqlarının əsaslarıdır.

"Mədəniyyət" sözündən biz nə anlayırıq?

“Mədəniyyət" sözü bir çox müxtəlif formalarda istifadə olunur. Məsələn, populyar mədə niyyət, kütləvi mədəniyyət, şəhər mədəniyyəti, feminist mədəniyyət, azlıqların mədəniyyəti, korporativ mədəniyyət və əlbətt ə ki, vacib sayılan gənclik mədəniyyəti. Biz həmçinin mədəni insan - yaxşı davranışı olan və ədəbiyyat, sənət sahəsində rəsmi olaraq təhsil almış biri haqqında və yaxud mədəniyyət şoku haqqında da danışa bilərik: tanış olmayan mədəniyyəti təcrübədən keçirdikdə şəxsin özünü itirməsi və məyusluğu. “Mədəniyyət” anlayışının bu mənalarından heç birinə adətən mədəniyyət nazirlikləri və ya bənzər hökumət qurumları tərəfindən baxılmır.

"Mədəniyyət" sözü latın dilindən gəlir və “cultura” - bəsləmək, qorumaq, becərmək, yetişdirmək anlamı verir. İlk dəfə bu söz eramızdan əvvəl təxminən 1500-ci ildə məcazi mənada "təhsil vasitəsi ilə becərilmə" kimi ortaya çıxmağa başladı və yalnız 19-cu əsrin ortasında bu söz müxtəlif cəmiyyətlərin kollektiv adətləri və həyat yolları haqqında fikirlərlə əlaqələndirildi.4 Mədəniyyətin bu mənası, bizim bu bölmədə toxunacağımız ortaq məna və ümumi anlayışlardan miras qalmış nümunələr kimidir.

Heç bir mədəniyyət eynicinsli deyil. Hər bir mədəniyy ətin daxilində, "alt mədəniyyətl əri" müəyyən etmək mümkündür: Fərqli vərdişləri və davranışları olan qruplar bu xüsusiyyətlərinə görə daha böyük mədəniyyətlərdən digər alt mədəniyyətlərə aid edilirlər. Mədəniyyəti müəyyən etmək onu tutmaq kimi çox çətindir; mədəniyyətlər hər zaman inkişaf edir və dəyişir. Bizim bu gün gördüyümüz m ədəniyyət, dünən gördüyümüz mədəniyyətlə eyni deyil. Lakin fikirlərimizdə və duyğularımızda həqiqətən də eynidir.

Sual: Son on ildə hansı yeni fikirlər və ya texnologiyalar mədəniyyətinizi dəyişmişdir?

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqları Komitəsi mədəniyyəti aşağıdakı kimi təyin edir:
Mədəniyyət ... fərdi şəxslərin, şəxslər qrupunun və cəmiyyətlərin bəşəriyyətə münasibətlərindən və mövcudluqlarına verdikləri mənadan və həyatlarına təsir edən kənar faktorların əsasında dünya görüşlərinin formalaşmasından irəli gələrək həyat tərzi, dil, şifahi və yazılı ədəbiyyat, musiqi və mahnı, qeyri-şifahi ünsiyyət, din və ya inanc sistemləri, ayinlər və mərasimlər, idman və oyunlar, istehsal və ya texnologiya metodları, təbii və texnoloji mühit, yemək, geyim, sığınacaq, sənət, adət və ənənələr kimi məsələləri özündə əks etdirir.5

Mədəniyyətin bəzi aspektləri, məsəl ən, insanların geyim tərzləri kimi cəhətl ər daha çox görünən olur. Digər aspektlər əsasən qeyri-iradidir, demək olar ki, instinktivdir. Mədəniyyət haqqında düşünmənin bir yolu aysberq metaforunu istifadə etməkdir. Aysberqin su xəttindən yuxarıda görünən hissəsi və o xəttdən aşağıda görünməyən daha böyük bir hissəsi vardır. Eyni şəkildə, mədəniyyətində bizim görə bildiyimiz müşahidə oluna bil ən bə zi aspektləri və yalnız dialoq və introspeksiya vasitəsil ə əldə edilən, təsəvvür və güman edilə bilən digər aspektləri vardır. Aysberqin aşağı hissəsinin yuxarı hissəsindən daha böyük olduğu kimi mədəniyy ətin də böyük bir hissəsi “görünməz”-dir. Biz görünən şeylərə diqqət yetirərək (və bizə elə gəlir ki, onları "anlayırıq") insanlarda olan əsas vacib mədəniyyətləri görməmək riskini yaradırıq.

Mən söylədiyim hər şeyi başa düşsəydiniz, onda siz mən
olardınız.
Miles Davis

Sual: Sizin fikrinizcə, mədəniyyətinizin hansı aspektləri digərləri üçün görünməzdir?

Mədəniyyət həmçinin bizim gördüyümüz və başa düşdüyümüz həyat və cəmiyyətləri əks etdirən bir obyektivdir. Mədəniyyət yeni elementlər daxil edilməklə və digərl əri çıxılmaqla bir nəsildən digərinə ötürülür. Biz anamızın südü ilə üstünlük t əşkil edən mədəniyyətdən o qədər aspektı mənimsəmişik ki, öz məd əniyyətimizi obyektiv şəkildə n əzərd ən keçirmək olduqca çə tindir; bizim mədəniyyətdə normal, təbii və “düzgün” hesab edilən işlər digər fərqli düşüncə tərzlərinə malik mədəniyyətlərdə qeyri-adi və hətta, ola bilər ki, səhv kimi görünsün. Mədəniyyət, həmçinin insanların ehtiyaclarına cavab olaraq onlar tərəfindən yaradılan dinamik bir quruluş kimi də izah edilir. Bir anlıq İsveçin şimalının arktik mühitini düşünün; oradakı insanlar Aralıq dənizinin isti sahillərində yaşayan insanlardan fərqli olaraq digər çətinliklərlə üzləşirlər. Nəticədə onlar bu çətinlikərə müxtəlif əks-cavablar hazırlamışlar – həyatın fərqli yolları – mədəniyyətlər.

Günümüzdə müasir texnologiya və qloballaşmanın nətic əsi olaraq, iki mədəniyyət arasında onların keçmişdə etdiklərinə nəzərən daha çox ümumilik var. Lakin yenə də bir çox fərqliliklər mövcuddur, Avropalı olmağın nə demək olması barəsində müxtəlif cür yanaşmalar daxil olmaqla.
Bizim kim olmağımız və ya inancımız böyüdüyümüz mədəniyyətlər ilə böyük dərəcədə bağlıdır. Lakin hər birimiz eyni zamanda unikal insanlarıq. Bunlar sadəcə bizim doğulduğumuz yerdən asılı olaraq müəyyənləşən hadisələrdir. Məsəl ən, danışmaq üçün öyrəndiyimiz ilk dil, ən xoşladığımız yeməklər, sitayiş etdiyimiz və ya etmədiyimiz dinlər. İdentiklik, mədəniyyət kimi, yuxarı və aşağı hissələri olan, zaman və məkanla dəyişən şüur xəttini əks etdirən kompleks bir konseptir. Biz şəxsi identiklikdən, gender identikliyindən, milli, mədəni, etnik, sinfi və ya ailəvi identiklikdən və əslində hər hansı bir identiklik növü haqqında danışa bilərik. Kimliyimizin mürəkkəb, fərqli, dinamik və məxsusi olduğunu qəbul etmək, eyni zamanda digərlərinin öz kimliklərini ifadə etmək hüquqlarını qəbul etmək və tanımaq hər kəsin bərabər hüquq və hörmətə malik olduğu insan hüquqları mədəniyyətini yaratmaq üçün vacibdir. İdentiklik bizim hər birimizi unikal edir. Lakin bu unikallıq bizim həyatımız boyunca eyni qalmır və daim dəyişir.

Müasir cəmiyyətlərdə mədəniyyət identiklik, mənsubluq, legitimlik və ixtiyar üzərində mübarizə və münaqişə sahəsidir.6

 

“İdman” deyəndə biz nə nəzərdə tuturuq?

“İdman”, fiziki sağlamlığın və zehnin inkişafının təkmilləşdirilməsi, bütün səviyyələrdə sosial münasibətlərin formalaşdırılması və ya rəqabət əsasında nəticələrin əldə edilməsi məqsədi ilə təsadüfi və ya planlaşdırılmış iştirak vasitəsil ə fiziki fəaliyyətin bütün formaları anlamına gəlir.7
Avropa İdman Xartiyası

Tamaşaçı və ya iştirakçı olmağımızdan asılı olmayaraq idman, xüsusi ilə də komanda oyunları həyatımızın vacib bir hissəsidir. Çoxları üçün futbol sonu olmayan müzakirə mənbəyidir, azarkeşlər komandalarına qarşı dərin bir rəğbət hissi bəsləyir və ulduz oyunçulara qəhrəman statusu verirlər. İnsanlar üçün günümüzün dəbi olan yaxşı, cavan, atletik və sağlam görünməyi ist əmək hissi, yeni açılan fitnes klublarının sayının artması, arıqlamaq haqqında nəşr olunan jurnalların sayı və eyni zamanda parklarda idman eləyən insanların dolu olması ilə idman özünü büruzə verir. Fiziki gücdən daha çox zehni işlədən şahmat kimi digər fəaliyyətl ər də idman hesab edilir. Bütün zövqlərə və insanın təbiətinə uyğun idman növləri var dır və bu idman növünün həyatımızın hər hansı bir anında bizim şəxsiyyətimizlə və mədəniyyətimizl ə olduqca yaxından bağlılığı ola bilər. Əgər biz idmanın və oyunların (bura kiçik uşaqların oyunu da daxildir) əsas məqsəd və dəyərlərindən daha dərininə nəzər yetirsək, aydın olur ki, bütün idman növləri istər futbol, istərsə də nizə atma və ya yoqa ilə məşğul olma zəruri həyat bacarıqlarının öyrədilməsi vasitəsi kimi inkişaf etmişdir. Buna görə də idman, həm rəsmi, həm də qeyri-rəsmi olaraq təhsil proqramının mühüm bir hissəsi kimi qəbul edilir.

Mədəniyyət hüquqları

Mədəniyyət hüquqları ilk dəfə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (ÜİHB) 27-ci maddəsində təsbit olunmuşdur:
Hər bir insan, cəmiyyətin mədəni həyatında iştirak etmək, incəsənətdən zövq almaq, elmi tərəqqidə iştirak etmək və onun faydalarından istifadə etmək hüququna malikdir.

Fərdi şəxlərin və cəmiyyətlərin gücləndirilməsi prosesi üçün mədəniyyət hüquqlarının qorunması və təşviqi zəruridir. Mədəniyyət hüquqlarının tanınması cəmiyyətlərin heysiyyətinin yaradılmasına kömək edir və onların təcrübələrinə və dəyərlərinə hörmət edilməsi ənənələrinin qorunması üçün həvəsli olmağa sövq edir.

"Mədəniyyət" termini insan hüquqları qanununda aydın şəkildə müəyyənləşdirilmir. İnsan hüquqları qanununda mədəniyyətin qorunması iki konseptdə əks olunur. Birincisi, insanların ənənələri və fəaliyyətlərini davam etdirmək və istifadə etmək hüququdur. İkincisi isə, beynəlxalq hüquqda mədəniyyətin qorunması cəmiyyətin elmi, ədəbi və bədii fəaliyyətlərini əhatə edir. 8

İnsan Hüquqları Təhsili Birliklərinə əsasən, insan hüquqlarında mədəniyyət hüququ bəşəriyyətin yaradıcılığını və ənənələrini qorumaq və qeyd etməklə bağlıdır. Bir insanın dövlətin müdaxiləsi olmadan mədəniyy ətdən zövq almaq, mədəniyyətdən v ə elmdə n bəhrələnmək hüququ insan hüququdur. Beynəlxalq insan hüquqları qanununa əsasən, hökumətlərin də mədəni fəaliyyətləri və nümunəl əri, xüsusilə də bəşəri dəyərə malik olanları təbliğ etmək və qoruyub saxlamaq öhdəlikləri vardır. İnsan hüquqları sənədlərinin böyük əksəriyyətində mədəniyyət müsbət bir şəkildə qarşılanır. Mədəniyyət hüququ müxtəlif komponentlərdən ibarətdir:

  • Mədəni həyatda iştirak hüququ
  • Elmi nailiyyətlərin faydalarından istifadə etmək hüququ
  • Şəxsin müəllifi olduğu elmi, ədəbi və ya bədii istehsala aid mənəvi və maddi mənafelərin   qorunmasından bəhrələnmək hüququ.
  • Dövlətin elmi və ya yaradıcılıq fəaliyyətinə müdaxiləsindən azad olmaq hüququ.9

Mədəniyyətin bir çox digər aspektləri də beyn əlxalq insan hüquqları ilə qorunur. Məsələn, ail ə qurmaq və ailə tapmaq hüququ, fikirlərin sərbəst şəkildə ifadə edilməsi hüququ, təhsil hüququ, məlumat almaq və yaymaq hüququ, istirahət və asudə vaxta malik olmaq hüququ, düşüncə, din və vicdan azadlığı.

Mədəniyyət həyatın bütün aspektlərinə təsir etdiyi üçün mədə niyyət hüquqları hər hansı digər hüquqlardan daha əhatəli bir şəkildə bölünməzliyi və bütün hüquqların qarşılıqlı asılılığını tərənnüm edir… mədəniyyət hüquqları çox vaxt digər hüquqların ayrılmaz hissəsi olur.10 
Minnesota Universitetinin İnsan Hüquqları Resurs Mərkəzi

Sual: Mədəniyyət hansı digər insan hüquqları ilə əlaqəlidir?

Uşaqlarla əlaqədar, UHK müəyyən edir ki, uşağın təhsili ”uşağın tam potensialına uyğun şəkildə onun şəxsiyy ətinin, bacarıqlarının, mənəvi və fiziki bacarıqlarının inkişaf etdirilməsinə” yönəl əcəkdir və 31 -ci maddə uşaqların yaşına uyğun gələn oyunlarda və əylənc əli tədbirlərdə iştirak etməklə bağlı istirahət və asudə vaxta malik olma hüququna əsaslanır. Uşaqların və gənclərin şəxsi və sosial inkişafı, böyüməsi və rifahı üçün idman və oyunlar əsas fəaliyyət növləridir.
1966-cı ildə İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Saziş (ICESCR) mədəniyyətin əhəmiyyətini vurğuladı: Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə uyğun olaraq, qorxudan və təqibdən uzaq olan ideal azad insana yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni hüquqlarından, eləcə də mülki və siyasi hüquqlarından istifadə edə bildiyi bir mühitin yaradılması ilə nail oluna biləcəyi qəbul edilir.

Beynəlxalq Mədəniyy ət Əməkdaşlığı üzrə YUNESKO-nun prinsipləri (1966) də həmçinin, mədəniyyətin geniş yayılmasının və insanlığa, azadlığa və sülhə dair maarifləndirilmənin insan ləyaqəti üçün zəruri olduğunu vurğuladı. Birinci maddədə vurğulanır:
1.    Hər bir mədəniyyət hörmət və qorunması lazım olan şərəf və dəyərə sahibdir.
2.    Hər kəs öz mədəniyyətini inkişaf etdirmək hüququna və vəzifəsinə malikdir.
3.    Zəngin çeşidlilik və müxtəliflik, eləcə də biri-birinə qarşılıqlı təsirlərlə bütün mədəniyyətlər insanlığa məxsus olan ümumi mirasın bir hissəsini formalaşdırır 11

Bütün mədəniyyətlər insanlığa məxsus olan ümumi mirasın bir hissəsini formalaşdırır.
YUNESKO

2007-ci ildə Yerli Xalqların Hüquqları Bəyannaməsinin12 qəbul edilməsi, insan hüquqları qanunları çərçivəsində mədəniyyət konsepsiyasını aydınlaşdırmaqda mühüm addım idi. Bu Bəyannamə bütün insanların fərqli olması hüquqlarını, özlərini fərqli hesab etmələrini və olduqları kimi hörmət bəslənmələrini və həmçinin bütün xalqların bəşəriyyətin ümumi irsini təşkil edən sivilizasiyaların müxtəlifliyinə və zənginliyinə qatqı təmin etdiyini təsdiqləyərək, yerli xalqların bütün digər xalqlara bərabər olduğunu təsdiqləyir.

Yerli Xalqların Hüquqları Bəyannaməsi
Maddə 8
1.    Yerli xalqların və fərdlərin öz mədəniyyətinin assimilyasiyasına və ya məhv edilməsinə məcbur edilməmə hüququ vardır.
2.    Dövlətlər aşağıdakıların qarşısının alınması və aradan qaldırılması üçün effektiv mexanizmləri təmin etməlidirlər:
(a)    onların fərqli xalqlar kimi bütövlüyündən, mədəni dəyərlərindən, etnik identikliklərindən məhrum edilməsi təsiri və ya məqsədi daşıyan istənilən hərəkətlər;
Maddə 11
1.    Yerli xalqlar öz mədəni adət ənənələrini həyata keçirmək və canlandırmaq hüququna malikdirlər. Bura onların arxeoloji və tarixi məkanları, əsərləri, dizaynları, mərasimləri, texnologiyaları, vizual və ifaçılıq sənətləri və ədəbiyyatı kimi mədəniyyətlərinin keçmiş, indiki və gələcək təzahürlərini saxlamaq, qorumaq və inkişaf etdirmək hüquqları aiddir.

Mədəniyyət təcrübələri insan hüquqlarını poza bilər?

Beynəlxalq mədəni əməkdaşlıq üzrə YUNESKO-nun prinsipl ərində hər bir mədəniyyətin hörmət edilməsi və qorunması lazım olan şərəf və dəyərə malik olduğu bildirilir. Bu prinsip praktikada nə anlama gəlir?
Buğa döyüşləri, futbol klubuna fanatik dəstək göstərmək, isti bir pivə içmək, balinaları ovlamaq və ya at əti yemək kimi ə nənələr bəziləri üçün əhəmiyyətli ola bilər, ancaq bunlar digərlərinə axmaqlıq və ya hətta onları incidən bir hal kimi də görünə bilər. İnsan hüquqları və ləyaqəti üçün daha fundamental nəticələri olan digər mə dəni təcrübələr də mövcuddur, məsəl ən, ölüm cəzası, evlilikdən öncə cinsi cəhətdən aktiv olmaq (və ya olmamaq), dini simvollar taxmaq və ya uşaqlara cismani cəza verməklə bağlı.

Adətən bizim digər insanlara baxış tərzimiz
onları öz məhdud doğrularına həbs edir.
Amin Maalouf 14

Sual: Bütün mədəniyyət təcrübələrinə hörmət edilməlidir?

Birləşmiş Millətlər təşkilatının bu mövzu ilə bağlı aydın bir mövqeyi vardır: Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd edildiyi kimi bir hüquq digər hüquqları pozmaq üçün istifadə edilə bilməz:
[…]    Mədəniyyət hüquqları bir fəaliyyətin digər insan hüquqları və fundamental azadlıqlarının inkarına və ya pozulmasına bəraət qazandırılmasına səbəb olacaq şəkildə təşəbbüs irəli sürə və ya şərh edilə bilməz. Məsələn, mədəni relativizmin insan haqlarının inkarı və pozulması üçün bəraət olaraq istifadə edilməsi mədəniyyət hüququndan sui-istifadədir. Mədəniyyət təcrübələrinin, hətta dərin köklərə malik ənənələrin də qanuni, maddi məhdudiyyətləri var. Məsələn, bu gün heç bir mədəniyyət qanuni olaraq quldarlığın tətbiqi hüququnu tələb edə bilməz. Tarix boyunca bir çox mədəniyyətdə tətbiq olunmasına baxmayaraq, quldarlıq günümüzdə qanuni, hüquqi yaxud hər hansı bir şəkildə qorunma hüququ olan mədəni irsin bir hissəsi ola bilməz. Əksinə, quldarlığın bütün növləri, müasir köləlik kimi təcrübələr də daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində insan haqlarının ciddi şəkildə pozulmasıdır.
Oxşar şəkildə, mədəni hüquqlar işgəncə, cinayət, soyqırım, cinsi, irqi, dili və ya dini əsaslarla ayrı-seçkilik və ya beynəlxalq hüquqda yaradılan digər universal insan hüquqlarının və əsas azadlıqlarının pozulmasına bəraət qazandırmır. Mədəniyyət əsasında bu cür pozuntulara haqq qazandırmaq cəhdləri beynəlxalq hüquq çərçivəsində qüvvədə deyil.13

Mədəni hüquqlarla bağlı lazımınca düşünülməmiş iddiaların irəli sürülməsi ilə bağlı xətalar arasında biz insanların damğalanması tələsinə düşə, onları mədəniyyətlərinə uyğun olaraq "bir qutuya qoya" və nəticə etibarilə davam edən stereotiplər və qərəzli fikirlərlə qarşı-qarşıya qala bilərik. Bu, xüsusilə, çoxluq mədəniyyətinin nümayəndələrinin azlıq qrupunun üzvlərinin bütün seçimlərini, hərəkətlərini və ya qərarlarını onların mədəniyyətinə aid bir hadisə kimi qiymətl əndirdikləri halda öz hərəkətlərini, seçimlərini və ya qərarlarını mədəniyyətdən təsirlənməyən, "obyektiv" hesab etmələri üçün tipikdir.

Fərqliliklər məni alçaltdıqda mənim bərabər olmaq hüququm var və bərabərlik mənə məxsus olan xarakterimi inkar etdikdə mənim fərqli olmaq hüququm var.
Boaventura Sousa Santos

Mədəni müxtəliflik insan ləyaqətinin və insan hüquqlarının bütünlüklə birləşməsinin təbii nəticəsidir. İnsan hüquqları düşüncə, din, inanc, mədəniyyətin ifadə edilməsi, təhsil və s. kimi azadlıqlara zəmanət verir.
Çoxluqların gücünün azlıqların insan hüquqlarını məhv etmək üçün istifadə edilə bilməyəcəyi kimi, azlıqların mədəni hüquqları da azlıqların özləri və ya çoxluqlar tərəfindən həyata keçirilməklə, insan hüquqlarının pozulmasına bəraət qazandırmaq üçün istifadə edilə bilməz. Müxtəlifliyə hörmət insan hüquqları çərçivəsində baş verməlidir və ayrı-seçkilik s əbəbi kimi istifadə olunmamalıdır. Müxtəliflik yalnız ləyaqət daxilində mümkündür; bərabərlik müxtəliflik ilə birlikdə mövcud olmalıdır.

İdman və insan hüquqları

Pierre de Coubertin - müasir Olimpiya Oyunlarının "atası" – ümumilikdə idman tədbirlərinin və xüsusilə də beynəlxalq tədbirlərin insan hüquqlarının təşviqi üçün zəruri vasitə olduğuna inanırdı: İdman müxtəlif mənşələrdən, ideologiyalardan və dinlərdən olan insanlar arasında qarşılıqlı hörmət ruhunda sülhü, beynəlxalq anlaşmaları təşviq etmək üçün aydın funksiyaya malik olmalıdır.

Heç bir insan hüquqları bəyannaməsi və ya sazişlərində idman xüsusi olaraq əks etdirilmir. Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi (BOK) öz Olimpiya Xartiyasında belə qeyd etmişdir: "idmanla məşğul olmaq insan hüququdur. Hər bir kəs ayrı-seçkiliyə məruz qalmadan və olimpiya ruhunda idmanla məşğul olmaq imkanına sahib olmalıdır”.15

İdmanda iştirak demokratik vətəndaşlıq üçün lazım olan ümumi maraq və dəyərl əri yaratmaqla və sosial bacarıqları öyrətməklə insan hüquqlarını inkişaf etdirə bilər. İdman, fərdi şəxsləri və cəmiyyətləri bir araya gətirərək sosial və mədəni həyatı inkişaf etdirir. İdman fərqlilikləri aradan qaldırmağa və dialoqlara dəstək olmağa və bununla da qərəzli fikirlərin, stereotiplərin, mədəni fərqliliklərin, cahilliyin, dözümsüzlüyün və ayrı-seçkiliyin azalmasına kömək edə bilər.

İdman tez- tez həssas və təcrid olunmuş qrupları cəlb etmək üçün ilk addım kimi istifadə olunur. Bir çox şəhərdaxili ərazilərdə küçə futbolundan işləyə n gənclərin təcrid olunmuş gənclərlə təmasda ola bilməsi üçün istifadə olunur. Evsiz İnsanların Dünya Kuboku elə bir beynəlxalq futbol turniridir ki, burada iştirakçı komandalar bütünlükdə evsiz insanlardan ibarət olur. Bu tədbir 2003-cü ildən etibarən hər il keçirilir. Təşkilatın rəsmi saytından biz aşağıdakılar ilə tanış ola bilərik:
“...2007-ci ildə Kopenhaqendə keçirilən Evsiz İnsanların Dünya Kubokunun təsirləri ilə bağlı aparılan araşdırma bu turnirin oyunçuların həyatı üçün əhəmiyyətli bir dəyişiklik olduğunu bir daha nümayiş etdirdi. Belə ki, oyunçuların 71% - i futbol oynamağa davam edərk ən narkotik vasitələr və spirtli içkilər kimi pis vərdişlərdən iş yerlərinin tapılmasına, evə yiyələnməyə, təlimlər və təhsillə məşğul olmağa doğru müsbət irəliləyişlər edərək dəyişmişdirlər”.16

İdmançılar örnək kimi

Ən vacib məsələ qalib olmaq deyil, iştirak etməkdir.
Olimpiya oyunlarının şüarı

Çox zaman idmançı kişilər və qadınlar statuslarına, nailiyyətlərinə və bəzən də onların ilhamverici uğur yollarına görə pərəstiş olunurlar. Bir çox gənclər də onların sosial ədalət və insan hüquqları na dair mübarizə ilə əlaqədar göstərdikləri səyl ərdən nümunə götürürlər. Məsələn, Fransa milli futbol komandasının tarixində ən məhdudiyyətli oyunçu olan Liliyan Thuram irqçiliyə qarşı mübarizəsi və gənclərin müdafiəsi üçün göstərdiyi səyləri ilə tanınır. Erik Kantona da həmçinin keçmiş məşhur futbolçudur. O, kasıb bir immiqrant ailəsində dünyaya gəlmişdi və hal-hazırda evsizlərə dəstək fəaliyyəti ilə yaxşı tanınır.

BMT öz fəaliyyətinə diqqəti cəlb etmək və təşkilatın missiyasını təşviq etmək üçün incəs ənət, musiqi, film, ədəbiyyat və idman dünyasından olan bir sıra görkəmli şəxsiyyətlərə etibar edir. Belə şəxslərə nümunə olaraq bu insanları göstərmək olar: futbolçu Leo Messi, YUNİSEF-in xoşməramlı səfiri; tennis ulduzu Mariya Şarapova, BMT-nin İnkişaf Proqramının (UNDP) xoşməramlı səfiri; və müğənni Selin Dion, YUNESKO-nun Sülh Sənətçisi.17

Sərhədsiz İdman18

Sərhədsiz İdman qeyri-kommersiya təşkilatı olmaqla müxtəlif idman növlərindən olan bir qrup idmançı tərəfindən yaradılmışdır. Bu təşkilat idman oyunlarında iştirak və oynamaqla əlaqəli hüquqların müdafiəsinə çalışır: Hər bir uşağın sosial-iqtisadi statusu və ya yaşadığı kontekstdən asılı olmayaraq idman oyunlarında iştirak və oynamaq üçün hüquqları olmalıdır ; Bu qurum risk altında olan əhali ilə işləyərək idman vasitəsilə təhsili təşviq edir və bununla da bərabərsizliyə qarşı mübarizə aparır. Bu təşkilatın şüarı belədir: "Həmrəylik ilk növbədə kollektiv idman növüdür".
www.playthegame.org

İdmanla əlaqəli insan hüquqlarının pozuntuları

Performansı artıran dərmanlardan istifadə, yəqin ki, insan ləyaqətinin və sağlamlığının ən yaxşı bilinən istismarıdır. Burada həmçinin hormon müalicəsi və qadın idmançılarının cinsi-testi kimi mübahisəli məsələlər də var və bu mübahisələr hörmətlə, insan ləyaqəti il ə və gizlilik hüququna uyğun olaraq aparılmalıdır. Sponsorlar idmançı kişiləri və qadınları istismar edə və ya ambisiyalı valideynlər qabiliyyətlərini erkən nümayiş etdirən uşaqlarını istismar edə bilərlər. İntensiv məşq və rəqabət təzyiqi idman zədələrinə səbəb ola və zehni sağlamlığı risk altına sala bilər.
İdman eləmək imkanları hər zaman hamı üçün inkluziv deyil və burada qadınlara, dini və ya mədəni azlıqlara və ya digər qruplara idman obyektlərinə giriş üçün ayrı -seçkiliyin izlərinə tez-rez rast gəlinir. Məsələn, məktəblərdə futbol dərsləri yalnız oğlanlara keçirilir. Kommersiya maraqları və təzyiqləri digərlərinin hörmət və l əyaqətini sarsıdaraq insan hüquqlarının istismarına səbəb ola bilər. Məs ələn, bəzi oyunçular futbolda "professional faul" törətmək və ya kriket matçlarında nəticəyə təsir etmək üçün rüşvət alırlar.
Bəzi insan hüququ pozuntuları idman malları sənayesinin qloballaşması ilə bağlıdır. Məsələn, idman geyimləri və avadanlıqları üzrə təchizatçıların uşaq əməyindən istifadə edilən zavodlar ilə müqavilə bağlamaları tənqid edilir.

Sual: Hər bir gənc üçün bütün idman növlərinə çıxış imkanı eynidir?

Bərabərsizlik və ayrı-seçkilik idmanla əlaqəli ən çox yayılmış insan hüquqları problemləridir. İdmana bərabər çıxış imkanının effektiv həyata keçirilməsi müxtəlif iqtisadi, sosial və logistik maneəl ərlə üzləşir: idman obyektlərinin mövcudluğu, onlara daxil ola bilmək və xidmətlərə görə öd əniş edə bilmək, idman klubları və obyektlər tərəfindən qəbul edilə bilmək, obyektlərə əlçatanlığın mövcud olması və digər maneələr. İdmanın geniş yayılmış inteqrasiya roluna baxmayaraq, əksər ölkələrdə bir çox gənclər idmana çıxış imkanından əslində məhrumdurlar.

İdman və Siyasət

İdman artıq uzun zamandır ki, ədalətsizliyə qarşı siyasi hərəkatın dinc vasitəsi kimi istifadə olunur. “Aparteid” dövründə bir çox ölkəl ər Cənubi Afrika ilə idman əlaqələrindən imtina etdilər və bununla da bu ölkədə siyasi dəyişikliklərə böyük töhf ə verdilər. 1992-ci ildə Yuqoslaviya Federal Respublikası UEFA Avropa Futbol Çempionatında Danimarka ilə əvəzlənmişdi, buna səbəb isə keçmiş Yuqoslaviyada respublikalar arasındakı müharibə vəziyyəti idi.
Bununla belə, idman milli və siyasi məqsədlər üçün düzgün istifadə edilməyə də bil ər. Məsələn,1972-ci ildə Münxen Olimpiya Oyunlarında 8 fələstinli terrorist İsrail komandasının qərargahına insanları girov götürmək məqsədi ilə hücum etdi. İki idmançı dava-dalaşda öldürüldü və 9 girov isə Alman polisinin uğursuz xilasetmə əməliyyatından sonra qətlə yetirildi. Olimpiya Oyunları, uzun müddətdir ki, millətlərin siyasi bəyanatlar verməsi üçün bir forum olaraq istifadə olunur. Məsələn, Amerika Birləşmiş Ştatları 65 başqa ölkə ilə birlikdə 1980-ci ildə keçirilən Moskva Olimpiya Oyunlarını Sovetlərin Əfqanıstanı işğal etməsi səbəbindən boykot etdi.
1984- cü ildə Sovet İttifaqı və onun on beş müttəfiq ölkələri təhlükəsizlik səbəbləri və siyasi sığınacaq qorxusu ilə 1984-cü ildə Los-Ancelesdəki növbəti Olimpiya Oyunlarını boykot etdi.
Daha yaxın tarixdə Pekinin 2008-ci il Olimpiya Oyunları üçün seçilməsi Çində demokratiyanın olmaması və insan hüquqları vəziyyəti baxımdan tənqid edildi.

İdman və irqçilik

İdmanda irqçilik idmanın bütün növlərinə təsir edə bilər və bir neçə səviyyədə, həvəskar idmanda və institusional və beynəlxalq səviyyədə, habelə kütləvi informasiya vasitələrində özünü göstərə bilər.
İrqçilik əsasən yerli səviyyə də oyunçular, komandalar, məşqçilər, tamaşaçılar və həmçinin hakimlər arasında və ya onlara qarşı əlaqədə (gerçək və ya təsəvvür edilən dəri rəngi, dini, milli və ya etnik mənşəli səbəblərə görə) baş verə bilər.
İdmanda irqçiliyə qarşı mübarizə üçün məsuliyyət hamının üzərinə düşür. Bura dövlət orqanları (qanunverici, məhkəmə, polis, idman və yerli hakimiyyət orqanlarına cavabdeh olan dövlət orqanları), qeyri hökumət təşkilatları (peşəkar və həvəskar milli idman növləri assosasiyaları və s) və fərdi şəxslər daxildir.

Mondiali Antirazzisti (Anti-irqçi dünyalar)

Bu, beynəlxalq bir futbol turniridir və hər il İtaliyanın Bolonya şəhəri yaxınlığında irqçiliyə qarşı təşkil edilən böyük bir festivaldır. Bu tədbir fanat qrupları, anti-irqçi təşkilatlar, immiqrant birlikləri, gənclər qrupları və “ədalətli oyun” futbolundan zövq alan hər bir kəs üçün açıqdır. Turnir rəqabətə əsaslanmır və insanları bir araya gətirmək məqsədi daşıyır. Oyunlardan başqa, müzakirələr, seminarlar, film nümayişləri, konsertlər və s. kimi digər bir çox tədbirlər təşkil edilir.
http://www.mondialiantirazzisti.org

Sual: Şübhəli bir xuliqanın hər hansı bir oyunda iştirak etmək üçün başqa ölkəyə səyahəti qadağan edilməlidir? Bəs onların azad hərəkət edə bilmə hüquqları necə olsun?

Mədəniyyət və Gənclər

Gənclərimizdə nə baş verir? Onlar ağsaqqallarına hörmətsizlik edirlər, valideynlərinə itaət göstərmirlər. Onlar qanuna məhəl qoymurlar. Onlar vəhşi düşüncələr ilə küçələrdə hərəkət edirlər. Onların əxlaqları çürüyür. Onlardan biri olmaq nə anlamına gəlir?
Platon, b.e 4-cü əsr

Mədəniyyət çox sistemlidir. Eynilə də gənclərin mədəniyyətinin eynicinsli olduğu haqqında danışmaq yanlışdır. Avropada İkinci Dünya müharibəsindən sonra baş verən sosial, iqtisadi dəyişikliklər gənclərin alt mədəniyyətlərinin kök salmasına səbəb oldu. Gə nclər öz xüsusi ehtiyacları, bilikləri, prinsipləri, təcrübələri, maraqları, davranışları və xəyalları ilə böyüdükləri mədəniyyəti yenidən yaradır və özününküləşdirir. Bəziləri bunu mədəniyyəti tam qəbul etməklə, digərləri isə onu qəbul etmədən reallaşdırır.

Mədəni fəaliyyət ə çıxış imkanı və iştirak uyğunlaşmanın və inteqrasiyanın vektoru ola və fəal vətəndaşlığı təşviq etdirə bilər. Beləliklə, gənclərin istər istehlakçı kimi (məsələn, kitabxanalar, muzeylər, operalar və futbol oyunlarının istehlakçıları), istərsə də yaradıcı kimi ( musiqi və video filmlərinin istehsalçısı və ya rəqs və ya idmanda aktiv iştirakçılar) “mədəniyyətə çıxışı" olması vacibdir.

Sual: Ölkənizin bütün vətəndaşları cəmiyyətin mədəni həyatında iştirak etmək üçün bərabər imkanlara malikdirlər?

The European Youth Forum is the platform of European youth organisations.
www.youthforum.org

Gənclərin mədəniyyətə çıxış imkanları müxtəlif yollarla asanlaşdırıla bilər. Məsələn, subsidiya olunmuş qiymətlər, mövsümi biletl ər, abunəçilik qiymətlərinin azaldılması və ya gənclərə muzeylərə, sənət qalereyalarına, operalara, teatrlara və simfonik orkestr konsertlərinə sərbəst giriş imkanı vermək vasitəsi ilə bunu etmək olar.
Mədəniyyətə çıxış imkanı həmçinin təhsil və asudə vaxt fəaliyyəti ilə də təşviq olunur, məsələn, gənc teatr qruplarına subsidiya vermək və gənclər klubları, ictimai mərkəzləri, gənclər və mədəniyyət mərkəzlərini təchiz etmək və s.
Gənclərin İctimai Həyatda Yerli və Regional Səviyyədə İştirakına dair yenilənmiş Avropa Xartiyası yerli və regional orqanların gənclərin assosasiyaları və təşkilatları, gənclər qrupları və ictimai mərkəzləri tərəfindən ailələri və məktəbləri və ya iş yerləri ilə birlikdə təşkil etdikləri “sosial-mədəni fəaliyyətlərə” dəstək göstərməsini tövsiyyə edir və bunu bələdiyələrdə və ya regionlarda sosial birliyin əsaslarından biri hesab edir. Bunlar idman, mədəniyyət, sənətkarlıq və ticarət, yaradıcılığın bədii və digər formaları, eləcə də sosial fəaliyyət sahəsində gənclərin iştirakı və gənclər siyasətinin həyata keçirilməsi üçün ideal bir yoldur.
Xartiyadan anlaşılır ki, sosial və mədəni iştirak bir-biri ilə çox əlaqəlidir. Əksər gənclər təşkilatları fəaliyyətlərini bu ruhda qurur. Onların ilk məqsədlərinin mədəniyyət və ya idman olub-olmamasından asılı olmayaraq, onlar mövcuddurlar və gənclərin rifahını təşviq edirlər və bu fəaliyyətlərini sosial, mədəni və idman komponentləri olmadan həyata keçirilə bilməzlər. Bəzi gənclər təşkilatları (Mədəniyyətlərarası Təhsil üzrə Avropa Federasiyası, Dəyişiklik və Anlayış üçün Gənclər və ya Avropada Ekümenik Gənclər Şurası) birbaşa olaraq mədəni iştirak və beynəlxalq mədəniyyət mübadiləsi formalarına müraciət edirlər; Digərləri isə Beynəlxalq İdman və Mədəniyy ət Assosiasiyası və ya Avropa İdmanı Qeyr Hökumət Təşkilatı kimi idmana daha çox diqqət yetirirlər. Bu təşkilatların hamısı, xüsusilə də yerli səviyyədə fəaliyyət göstərən böyük və kiçik təşkilatların çoxu gənc şəxslərə sosial və mədəni həyatda iştirakçı olmaq üçün imkanlar təklif edir, bu isə digərləri tərəfindən təklif edilən sadəcə mədəniyyətin istehlakçısı olmaqdan daha böyük anlama gəlir.

Avropa Şurasının Fəaliyyəti

Avropa Gənclər Kartı bir çox Avropa ölkəsində gənclər üçün mədəniyyət, səyahət, yaşayış, alış-veriş və digər xidmətlərə endirimlər təklif edən bir kartdır.
www.eyca.org

Avropa Mədəniyyət Konvensiyası 19

Bu Avropa Şurası Konvensiyasının tarixi 1954-cü ilə dayanır. “Konvensiyanın məqsədi, Avropa xalqları arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsini və eyni fundamental dəyərlərə uyğun olaraq onların ümumi mədəni irsinin qarşılıqlı qiymətl əndirilməsini, xüsusilə də Konvensiyaya Tərəfdaş ölkələrin dillərinin, tarixlərinin və mədəniyyətlərinin öyrənilməsini təşviq etməkdir. Bu Konvensiya Avropa maraqlarına uyğun mədəni fəaliyyətləri təşviq etməklə birgə fəaliyyətə yardım edir.”

Biz siyasi mədəniyyəti insan hüquqları əsasında inkişaf etdirməliyik.
Nelson Mandela

Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab

2008-ci ildə Avropa Şurası Nazirləri, Avropa Şurasının Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab, “Ləyaqətlə Bərabərhüquqlu Birgə Yaşama” layihəsinin icrasını həyata keçirməyə başladı. Avropa Şurasında mədəniyyətlərarası dialoq maarifləndirmə, anlaşma, barışıq və tolerantlığın təşviq etdirilməsi, həmçinin münaqişələrin qarşısının alınması, cəmiyyətin inteqrasiyası və bərabərliyinin təmin edilməsi kimi qiymətləndirilir. Ağ Kitab təşkilatın əsas dəyərləri əsasında mədəniyyə tlərarası dialoqun, qarşılıqlı hörmətin və anlayışın təşviqini müxtəlif istiqamətlərə uyğun təmin edir. Nazirlər Ağ Kitabın müvafiq görünüşünün təmin edilməsinin vacibliyini vurğuladılar və Avropa Şurasını və onun üzvlərini, eləcə də digər müvafiq maraqlı tərəfləri Ağ Kitabın tövsiyələrinə lazımi qaydada əməl etməyə verməyə çağırdılar.

Dopinqə qarşı mübarizə Konvensiyası

Dopinqə qarşı mübarizə Konvensiyası dopinqlə mübarizədə beynəlxalq hüquqi istinad alətidir. Bu Konvensiya 1989-cu ildə imzalanmaq üçün hazırlanmış və indiyəd ək 51 ölkə onu ratifikasiya etmişdir. Konvensiya tərə fləron idman sahəsində dopinqlə mübarizə ilə əlaqədar qanunverici, maliyyə, texniki, pedoqoji və digər sahələr üzrə tədbirlər görməsini tələb edən ümumi standartlar və qaydalar müəyyən edir.

Tamaşaçı Zorakılığına dair Avropa Konvensiyası

Konvensiya tamaşaçıların şiddət və yalnış davranışlarının qarşısını almaq və nəzarət etmək, habelə idman tədbirlərində tamaşaçıların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Konvensiya 41 dövlət tərəfindən ratifikasiya olunub. Bu sənəd, xüsusilə futbola, ümumilikdə isə bütün idman növlərinə aiddir. Konvensiya şiddətin qarşısını almaq və nəzarət etmək üçün dövlətləri praktiki tədbirlər görməyə məcbur edir. Bu sənəd həmçinin cinayətkarı müəyyənləşdirmək və təqsirləndirmək üçün tədbirləri də özün ehtiva edir.

Paralimpiya Oyunları
Paralimpiya Oyunları, əlləri və ya ayaqları amputasiya olunmuş, görmə qabiliyyəti pozulmuş, beldən aşağı iflic olmuş və serebral iflic olmuş insanlar da daxil olmaqla əlilliyi olan insanlar üçün atletik bir yarışdır. Paralimpiya Oyunları 1948-ci ildə yaradılmışdır və 1952-ci ildən Paralimpiya Oyunları Olimpiya Oyunları səhnəsində yer almışdır. Qış Paralimpiya Oyunları ilk dəfə 1976-cı ildə keçirilmişdir. Olimpiya Oyunlarına paralel olaraq ilk dəfə 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərində keçirilmişdir, burada idmançıların Paralimpik kəndləri olmuş və Olimpiya əraziləri yarışlar üçün istifadə edilmişdir. Paralimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən tanınır və dəstəklənir və Beynəlxalq Paralimpiya Komitəsi (İPC) tərəfindən idarə olunur.

Biz müxtəlif mədəniyy ətlərdə və "alt mədəniyyətlər"də müxtəlif yollar və formalarla ünsiyyət qursaq da, ilk növbədə və hər şeydən əvvəl, insanıq və bu səbəbdən də ümumbəşəri mədəniyyətin - insan hüquqları mədəniyyətinin oyunçuları və iştirakçılarıyıq. Bu elə bir mədəniyyətdir ki, burada insanlar bir-birini tanıyır və hörmət edir və hər gün insan hüquqlarının prinsiplərinə əlaqəli şəkildə hərəkət edir. Bu yeni bir mədəniyyət və ya yeni bir ideologiya və ya fəlsəfə yaratmaq deyil, bu, hər bir mədəniyyətin insan hüquqları prinsiplərini öz qanunlarına, siyasi sistemlərinə və mədəni təcrübələrinə inteqrasiya etmək üçün dəstəklənməsi məsələsidir. Bəlkə də bu işə başlamaq üçün yaxşı bir yol, ətrafınızdakı dünyanı insan hüquqları nəzərindən görmək və nəticəyə uyğun hərəkət etməkdir. Çünki insan hüquqlarının qorunması və təşviqi hər hansı bir mədəniyyət, dini və ya etnik mənsubiyyətin xüsusiyyəti deyil: Bu, bizim hamımızı müxtəlif mədəniyyətlərimizdə və identikliklərimizdə birləşdirməli olan bir səbəbdir. 23 

İstinadlar

1 “Generation of change, young people and culture”, Youth Supplement to UNFPA’s State of the World Population Report, 2008: www.unfpa.org/webdav/site/global/shared/documents/publications/2008/swp_youth_08_eng.pdf
ec.europa.eu/public_opinion/archives/ebs/ebs_334_fr.pdf
3 Aime Cesair, Martinikli yazıçı, Parisdə Qaradərili Yazıçı və Rəssamların Dünya Konqresində danışarkən: www.wsu.edu/gened/learn-modules/top_culture/quotations-on-culture
4 Onlayn etimologiya lüğəti: www.etymonline.com/index.php?term=culture (traduction libre en français)
5 İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Paktın 15-ci maddəsi, 1 (a) paraqrafına 21 saylı ümumi rəy 21, İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi, 2009
6 Təlim Əsasları üzrə T-Kit, Avropa Şurası və Avropa Komissiyası, 2002: www.youth.partnership-eu.coe.int/youth-partnership/publications/T-kits/6/Tkit_6_FR
7 Avropa İdman Xartiyası, Avropa Şurası, 1993
8 İnsan Hüquqları Təhsili Birlikləri: www.hrea.org/index.php?base_id=157
www.un.org/en/documents/udhr/
10 Hüquqlar Dövrəsi, İnsan Hüquqları Resurs Mərkəzi, Bölmə 5 Modul 17: www1.umn.edu/humanrts/edumat/IHRIP/circle/modules/module17.htm
11 portal.unesco.org/en/ev.php-URL_ID=13147&URL_DO=DO_PRINTPAGE&URL_SECTION=201.html
12 www.un.org/esa/socdev/unpfii/documents/DRIPS_en.pdf
13 Ayton-Shenker Diana, “İnsan Hüquqları Çağırışı”, BMT İctimai Məlumat Departamenti DPI/1627/HR 1995: www.un.org/rights/dpi1627e.htm
14 Amin Maalouf, Kimlik naminə: Zorakılıq və aid olmaq ehtiyacı, Nyu York: Arcade Nəşriyyatı 2000.
15 Olimpiya Xartiyası, Beynəlxalq Olimpiya Komitəsi, 2011: www.olympic.org/Documents/olympic_charter_en.pdf
16 Daha ətraflı məlumat üçün, baxın: www.homelessworldcup.org/
17 Daha ətraflı siyahılar üçün baxın www.un.org/sg/mop/gwa.shtml ve http://portal.unesco.org/en/ev.php-URL_ID=4049&URL_DO=DO_TOPIC&URL_SECTION=201.html   
18Daha ətraflı məlumat üçün, baxın: www.sportsansfrontieres.org
19 conventions.coe.int/Treaty/Commun/QueVoulezVous.asp?NT=018&CL=FRE&NT=018
20 www.coe.int/t/dg4/intercultural/Source/Pub_White_Paper/White%20Paper_final_revised_FR.pdf
21 http://conventions.coe.int/Treaty/Commun/QueVoulezVous.asp?CL=FRE&NT=135
22 http://conventions.coe.int/Treaty/Commun/QueVoulezVous.asp?CL=FRE&NT=120
23 Bu məsələ barəsində maraqlı müzakirə İnsan Hüquqları Təhsili Birliyi Forumunda: www.hrea.org/lists/hr-education/markup/msg01188.html

Image: Theme 'Culture and sport' by Pancho

KOMPASS

Gənclərin iştirakı ilə insan hüquqlarının
təhsili üzrə təlimat vəsaiti

Web Content Display

Key Date
  • 21 FevralBeynəlxalq Ana Dili Günü
  • 21 MartDünya Şeir Günü
  • 23 AprelDünya Kitab və Müəlliflik Hüququ Günü
  • 3 MayDünya Mətbuat Azadlığı Günü
  • 21 MayDialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü
  • 28 MayAvropa Qonşuları Günü
  • 9 AvqustBeynəlxalq Təqaüdçülər Günü
  • 12 AvqustBeynəlxalq Gənclər Günü
  • 1 OktyabrBeynəlxalq Yaşlılar Günü
  • 1 OktyabrBeynəlxalq Musiqi Günü
  • 25 OktyabrBeynəlxalq Rəssamlar Günü
  • 11 NoyabrBeynəlxalq Elm və Sülh Günü
  • 21 NoyabrDünya Televiziya Günü