Sual: Bütün dünyada hüquqlarının pozulmasından əziyyət çəkən insanlar varkən insan hüquqlarının universal olduğunu necə deyə bilərik?

Bu insanların yenə də hüquqları var. Onlara belə bir münasibətin göstərilməsi yalnız mənəvi normalara deyil, həmçinin, beynəlxalq səviyyədə qəbul olunmuş normalara ziddir. Onların dövlət rəsmiləri beynəlxalq hüquq altında günahkardırlar və bəzi ölkələr əslində sanksiyalar və ya hətta hərbi qüvvələr vasitəsilə beynəlxalq cəmiyyət tərəfindən “cəzalandırılır”. Lakin belə proseslər adətən hüquq pozuntusunun dərəcəsindən daha çox digər dövlətin maraqlarına əsasən ixtiyaridir. Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması müəyyən formada bu boşluğun aradan qaldırılması yolunda müəyyən irəliləyiş oldu. Roma Statutu ilə yaradılmaqla ilk daimi, müqaviləyə əsaslanan cinayət məhkəməsi olan Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq ictimaiyyət üçün ən ci-ddi cinayətlər sayılan soyqırım, bəşəriyyətə qarşı cinayətlər və müharibə cinayətləri törədənlərin cəzasız qalmasına son qoymağa yardım etməklə bağlı səlahiyyətlidir.

Sual: Əgər Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hüquqi qüvvəsi yox-dursa, onun mənası nədir?

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin maddələri altında hökumətlərin sorğulana biləcəyi beynəlxalq məhkəmənin (hələ də) mövcud olmamasına baxmaya-raq, bu sənədin çox böyük tarixi əhəmiyyəti var və bu gün belə o, hökumətlərin ona əsasən beynəlxalq səviyyədə mühakimə olunduğu meyar olaraq fəaliyyət göstərir. Hökumətlər bu gün iradi olaraq sənəddə əks olunan hüquqları pozduqları təqdirdə, digər hökumətlərin qınağı və bəzi sanksiya formalarının tətbiq olunması ehtimalı ilə qarşılaşacaqlarından xəbərdardırlar. Proses həmişə tam olaraq obyektiv olmur (!), lakin bu başlanğıcdır. Bəyannamə, həmçinin, demək olar ki, tərtib edilmiş (böyük və ya kiçik səviyyədə hüquqi qüvvə daşıyan) bütün beynəlxalq müqavilələr üçün əsas yaratmışdır.

Sual: Mənim hökumətim gündəlik həyatda adi insanların hüquqlarını pozur və beynəlxalq ictimaiyyətin etirazı ilə bağlı heç bir narahatlıq keçirmirsə, “insan hüquqları”nın mənim üçün mənası nədir?

Yenə də – onlar başlanğıcdır; onlar heç nə olmamağından daha yaxşıdır və doğru şərait altında və düzgün yanaşma ilə onlar hökumətə bütün təcrübələrini olmasa da, ən azından bəzilərini dəyişdirməyə təsir edə biləcəkdir. Hökumətlərin törətdiyi hüquq pozuntuları halları çox kəskin olduqda və ya tez-tez baş verdikdə bu çox uzaq bir ümid kimi görünə bilər, lakin tarix sübut etmişdir ki, bu mümkündür. Həmçinin, biz hal-hazırda bugünə qədər olduğundan daha yaxşı imkanlara sahibik. Dəyişikliyi təşviq etmək yavaş proses ola bilər, lakin fərdlərin bu hüquqlara sahib olması və gündən-günə bütün dünyada bu hüquqların daha da çox tanınması və buna görə də, hökumətlər üçün ən azından müəyyən narahatlıq yaratması faktı bizi güclü silah və dəyərli bir başlanğıcla təmin edir.

Sual: Mən digərlərinin insan hüquqlarına hörmətlə yanaşdığım təqdirdə, bu, onlara istədiklərini etməyə icazə verir?

Əgər onların istəkləri sizin və ya digər insanın hüquqlarını pozmağı özündə ehtiva edirsə, xeyr, icazə vermir. Lakin siz öz hüquqlarınızın dərəcəsinə görə çox tələbkar  olmamaq üçün ehtiyatlı olmalısınız: siz digər bir şəxsin davranışının qıcıqlandırıcı və ya səhv olduğunu düşünə bilərsiniz, lakin bu, mütləq şəkildə sizin hüquqlarınızın pozulması demək deyil. Buna görə də, əgər siz digər insanların sizin istədiyiniz kimi davranmağınıza icazə verməsini istəyirsinizsə, siz özünüz də digərlərinin davranışı ilə bağlı daha tolerant yanaşma inkişaf etdirməlisiniz!

Sual: Mən öz hüquqlarımı qorumaq məqsədilə, digər bir şəxsə qarşı zorakılıq tətbiq etmək də daxil olmaqla, hər şey edə bilərəm?

Ümumilikdə, yox. Lakin bu, həqiqətən, özünümüdafiə hadisəsi olduğu təqdirdə, sizə qarşı törədilən təhlükəyə uyğun olaraq hüquqi güc tətbiqi qəbul edilə bilər. Bu, sizə qarşı edilən səhvə görə “cəza” olaraq deyil, yalnız sizi daha sonrakı zərərdən qorumaq üçün tətbiq edilə bilər. İşgəncə hər bir halda qəbuledilməzdir.

Sual: Digərləri mənim hüquqlarıma hörmət etmirsə, mən nə üçün onların hüquqlarına hörmət etməliyəm?

Qismən ona görə ki, əgər siz digərlərinin hüquqlarına hörmət etməsəniz, siz özünüzə narahatlıq yarada bilərsiniz; qismən ona görə ki, sadəcə insan olduqları səbəbindən digərləri sizin hörmətinizə layiqdir; və qismən ona görə ki, siz digərlərinə nümunə ola bilərsiniz və bu da onların sizə hörmət etmək ehtimalını artırır. Sonda onu qeyd etmək olar ki, bu sadəcə sizdən və sizin necə insan olmaq və ya necə bir dünyada yaşamaq istəməyinizdən asılıdır. Beləliklə, siz digərlərində bəyənmədiyiniz formada davranış nümayiş etdirdiyiniz halda, bu-nun sizin haqqınızda nə fikir formalaşdırdığı barədə düşünə bilərsiniz. Və ya hər kəs digərinin hüquqlarını əvəz-əvəz formasında pozduğu bir dünyanın necə bir yer olacağı barədə düşünün.

Sual: Nəyə görə digərlərinin hüquqlarını ən qeyri-insani formada pozan şəxslər “insan” hüquqlarının subyekti olaraq görülməlidir?

Bu, yəqin ki, insan hüquqları nəzəriyyəsinin qəbul edilməli olan ən çətin, lakin, eyni zamanda, ən önəmli hissəsidir. Bəzən elə görünür ki, bəzi fərdlər insan xüsusiyyətlərindən o dərəcədə məhrumdur ki, yalnız kor-koranə inam bizə onları insan kimi görməyə imkan verə bilər. Önəmli məqamlar aşağıdakılardır:

        • İlk növbədə, bəzi insanların açıq-aşkar qeyri-insanlığına baxmayaraq, hər bir fərd müəyyən dərəcədə insanlığa sahibdir. Cinayətkarlar öz analarını, övladlarını, həyat yoldaşlarını – və ya kimisə sevir. Cinayətkarlar da ağrı, rədd, ümidsizlik və qısqanclıq hiss edir; onlar dəyər verilməyi, qiymətləndirilməyi, dəstəklənməyi və başa düşülməyi arzu edir. Onlar hamısı, onların hər biri insan emosiyalarının hamısına olmasa da, müəyyən hissəsinə sahibdir. Bu, onları insan edir və bizim hörmətimizə layiq edir.
        • İkinci növbədə, biz cinayətkarları onların digərlərini incitdiyi dərəcədə incitmək istəməklə özümüz də yaxşı bir şey etmirik: bu cür hislər yalnız bizi daha az hörmətəlayiq edir.
        • Üçüncü növbədə, əgər təsadüfən hər hansı bir cinayətkar bizim qarşımızda heç bir insani xüsusiyyətləri olmadan (və heç vaxt da olmayıb) “insan” formasında peyda olsa, bizim aramızdan kim tam əminliklə onun insan olmadığını deyə bilər? Hansı kriteriyaya əsasən? Onların sevmək və ya sevilməyə qadir olmamalarına əsaslanaraq? Bəs əgər bizim inamımız yalnışdırsa?

Üçüncü bənd bizə mühakimənin nəticələri dəhşətli və bərpa olunmaz olduğu halda, bəzi in-sanlara digərlərini mühakimə etmək səlahiyyəti verməklə bütün bəşəriyyətin üzləşə biləcəyi riskləri nəzərə almağı xatırladır. Biz, həqiqətən, belə mühakimələrin irəli sürüldüyü və bəzi insanların insan hüquqlarına sahib olmamalarına görə qeyri-insan olaraq müəyyənləşdirildiyi bir dünyaya sahib olmaq istəyirik? Bütün insan hüquqlarının tam universallığı olmadan biz elə bir dünyaya sahib olacağıq.

İstinadlar

“Avropa, Gənclər, İnsan Hüquqları, İnsan Hüquqları Həftəsinin Hesabatı”, Yael Ohana, Avropa Gənclər Mərkəzi, Budapeşt, 2000.
Garzón Valdés, E., “Confusiones acerca de la relevancia moral de la diversidad cultural”, CLAVES de Razón Práctica, No.74, Madrid, Julio/Agosto, 1997.
İnsan Hüquqları, BMT işçiləri üçün təlimat vəsaiti, İnsan Hüquqları üzrə Ali Komissarın ofisi, Birləşmiş Millətlər Təşkilatı, Cenevrə. 2001
http://www.ohchr.org/Documents/Publications/HRhandbooken.pdf ünvanında əldə edə bilərsiniz
Levin, L., İnsan Hüquqları, Suallar və Cavablar, YUNESKO, Paris, 1996
Donnelly, Jack, Universal İnsan Hüquqları nəzəriyyədə və praktikada, Cornell Universiteti Nəşriyyatı, 1989.
Freeman, Michael, İnsan Hüquqları: Əsas Nəzəriyyələr, Polity Nəşriyyatı, London, 2002.
Ishay, Micheline R. red., İnsan Hüquqları Oxuyucusu, Routledge, London, 1997.
Rishmawi, M., İnsan Hüquqları və Ərəb Ölkələri Liqası üzrə Ərəb Xartiyası: Yenilənmə, İnsan Hüquqları Qanununun nəzərdən keçirilməsi, 10.1, pp. 169-178
Symonides, Janusz red., İnsan Hüquqları: Yeni Ölçülər və Çağırışlar, İnsan Hüquqları üzrə Təlimat vəsaiti, YUNESKO/Dartmouth Nəşri, Paris, 1998.
Robertson A. və Merrills J, Dünyada insan hüquqları, Mançester Universiteti Nəşriyyatı, 1996. Bioetika ilə bağlı Avropa Şurası vebsaytı: www.legal.coe.int/bioethics
http://www.udhr.org/history/biographies/bioer.htm, Eleanor Rooseveltin sitatı.
Hanski, R., Suksi, M. (eds.), İnsan hüquqlarının beynəlxalq müdafiəsinə giriş: dərslik, Åbo Akademi İnsan hüquqları üzrə Universitet İnstitutu, 1999.
Faktlar vərəqi No. 2 (Rev. 1), Beynəlxalq İnsan Hüquqları Billi, İnsan Hüquqları üzrə Ali Komissarın Ofisi, www.unhchr.ch/html/menu6/2/fs2.htm.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı,  www.unhchr.ch.
Avropa İnsan Hüquqları Konvensiyası üzrə bələdçi, Avropa Şurası Nəşriyyatı.
Avropa İnsan Hüquqları Məhkəməsi, www.echr.coe.int.
İşgəncə və Qeyri-insani və ya Alçaldıcı rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitə,  www.cpt.coe.int.
Avropa Şurasının Gender Bərabərliyi üzrə Vebsaytı, www.coe.int/t/dghl/standardsetting/equality/default_en.asp
Avropa Sosial Xartiyası, www.coe.int/T/DGHL/Monitoring/SocialCharter.
Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyası,  www. coe.int/t/dghl/monitoring/minorities.
İrqçilik vəə Qeyri-tolerantlığa qarşı Avropa Komissiyasının Vebsaytı,  www.coe.int/t/dghl/monitoring/ecri.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı,  www.ohchr.org.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, www.coe.int/t/commissioner
Risse T., Ropp S., Sikkink K., İnsan hüquqlarının Gücü, Cambridge Universiteti Nəşriyyatı, 1999.
Forsythe, D., Beynəlxalq Münasibətlərdə İnsan hüquqları, Cambridge Universiteti Nəşriyyatı, 2000.  www.speaktruth.org
Qadınların və qız uşaqlarının sağlamlığına təsir edən ənənəvi təcrübələr üzrə BMT-nin xüsusi məruzəçisi www.udhr.org/history/biographies/bioer.htm