İnsan hüquqları heç kəsin sizin əlinizdən ala bilməyəcəkləridir.  Rene Kassin

İnsan hüquqları olmadan insan hüquqları təhsili də ola bilməz. İstənilən insan hüquqları tədrisçisi üçün insan hüquqlarının nə olduğunu başa düşmək ən vacib bacarıqdır. İnsan hüquqları həm çox sadə, həm də mürəkkəb şəkildə başa düşülə və izah oluna bilər; onlar abstrakt və konseptual formada və ya praktiki nümunələr vasitəsilə olduqca real şəkildə təqdim edilə bilər; onlara qlobal perspektivdən yaxud olduqca yerli səviyyədə baxıla bilər. Buna baxmayaraq, insan hüquqları təhsilinə daxil olan istənilən şəxsin özünü insan hüquqlarını təqdim etməyə və onlarla bağlı sual-lara cavab verməyə hazır hiss etməsi vacibdir.

Fasilitatorların əsas işi gəncləri insan hüquqları barəsində öyrənməyə cəlb etmək olsa da, onlar, həmçinin, dəqiq məlumat verməli, insan hüquqlarının mürəkkəbliyi ilə bağlı mifi aradan qaldırmalı və bir çox əlaqədar dilemmalara toxunmalıdırlar. Lakin bunları edərkən insan hüquqlarının əsasında dayanan başlıca anlayış və dəyərlər diqqətdən kənarda qalmamalıdır: universallıq, bölünməzlik və ayrılmazlıq. İnsan hüquqları təhsili üzrə fasilitator həm də insan hüquqları vəkili və “səfiri”dir. İnsan hüquqları ilə bağlı əsas sualların nəzərə alınmaması və ya onlara cavab verilməməsi insan hüquqları təhsilinin uğursuzluğu ilə nəticələnəcək. İnsan hüquqları ilə bağlı bir çox digər məsələlərdə olduğu kimi heç kim fasilitatorların bütün sualların cavabını bilməsini gözləmir. Bununla belə, təbii ki, fasilitatorların cavabları harada tapmağın mümkün olduğunu bilməsi və iştirakçıları öz cavablarını tapmağa istiqamətləndirməsi gözləniləndir.

İnsan hüquqlarının mənşəyi ilə bağlı, xüsusilə onların “Qərbsayağı” təbiəti ilə bağlı, eləcə də onların universallığı, tətbiqi və həyata keçirilməsi ilə bağlı yanlış fikirlər xoşniyyətli insan hüquqları təhsilini mövcud şübhə və fikirləri aydınlaşdırmaq yerinə onları təsdiqləyən bir təcrübəyə çevirə bilər. İnsan hüquqları təhsilində insan hüquqları barəsində öyrənmək əhəmiyyətli və müzakirəyə qoyulmayan məsələdir; bu hissə ol-madan qalan məsələlərin heç bir mənası qalmır.

İnsan hüquqları təkcə ekspertlər tərəfindən deyil, hamı tərəfindən başa düşülməlidi

Bu fəsildə biz Kompas istifadəçilərinə insan hüquqları, onların nə olduğu, onların necə təkamül etdiyi, onların necə qoruna və təmin oluna biləcəyi haqqında əlavə məlumat veririk. Əlbəttə, biz insan hüquqları anlayışları və sistemləri ilə bağlı bütün məlumatı burada təqdim edə bilmərik. Bununla belə, Kompas-ın digər bölmələrində olduğu kimi istifadəçilər mühüm başlanğıc nöqtələri və əsas məlumat əldə edirlər. Fasilitatorlar öz proqramlarının təbiəti və öyrənənlərin ehtiyaclarına uyğun olaraq əlavə məlumat toplamalıdırlar. Həmçinin, bu fəsil “hər kəsin insan hüquqları barəsində bilməli olduqları” kimi başa düşülməməlidir. Bunun əvəzində, hazırki fəsildə insan hüquqlarının bir çox mühüm aspektlərinə toxunulur. Ayrı-ayrı fasilitator və iştirakçılar insan hüquqlarının necə inkişaf etdiyi və öz ölkələrində necə qorunduğu barəsində daha çox (və ya az) bilməlidir.

Bu fəsilin sonunda insan hüquqları haqqında suallar, cavablar və çətin tapşırıqlar hissəsində insan hüquqları ilə bağlı ən geniş yayılmış şübhələr və sualların bəziləri nəzərdən keçirilir..

İnsan hüquqları daima çağırışlarla üzləşir, inkişaf edir və yaxşılaşdırılır.

(Mükəmməl olmayan) insanların (mükəmməl olmayan) yaradıcılığının nəticəsi olan insan hüquqları daim çağırışlarla üzləşir, inkişaf edir və yaxşılaşdırılır. Biz Kompas istifadəçilərinin yeniliklərlə bağlı, xüsusilə Kompas nəş olunduqdan sonra baş vermiş inkişafla əlaqədar məlumat toplayacağına ümid edirik.