Şəfqətli fəaliyyət ilə bağlı təcrübəyə qoyulmayan sözlər və fikirlər rəngli, lakin qoxusu olmayan gözəl çiçəklər kimidir.
Tik Nhat Hanh

2-ci fəsildəki hər bir məşğələdə “Fəaliyyət üçün fikirlər” bölməsinin olması diqqətinizi çəkmişdir. Niyə? Çünki, bizim fikrimizcə, sinif otağında və ya gənclər mərkəzində qalan İHT (İnsan hüquqları təhsili, HRE) natamamdır. Hərəkətə keçmək İHT-nin ayrılmaz hissəsidir – qismən ona görə ki, məhz onun sayəsində insan hüquqları mövzusu gənclər üçün “real” məna kəsb edir, həmçinin, ona görə ki, insan hüquqları təhsili dəyişiklik təhsili olmalıdır. İHT hərəkətə keçməyə təkan verməlidir.

1-ci fəsildən İHT-nin insan hüquqları haqqında, insan hüquqları vasitəsilə və insan hüquqları uğrunda təhsil olduğunu xatırlayın. Buna görə də, insan hüquqları üçün hərəkətə keçmək əlavə deyil, təhsil prosesinin önəmli bir hissəsidir: hərəkətə keçmək dedikdə ənənəvi təhsil arenasından kənarda fəaliyyət nəzərdə tutulur, daha yaxşı insan hüquqları dünyası üçün, insan hüquqlarını reallığa çevirmək üçün nəsə etmək.

Bu fəsil İHT-nin praktiki tərəfini təqdim edir. Bu hissə 2-ci fəsilin klub və sinif otağı məşğələləri ilə 4-cü fəsildəki daha “profesional” aktivizm arasında keçid nöqtəsi kimi görülə bilər. Burada əsas diqqət tədris məsələlərinə yönəldilsə də, eyni zamanda, gənclər insan hüquqlarının qorunması və təbliğində daha fəal rol oynamağa çağrılır.

  • Birinci bölmədə, biz aktivizimin nə demək olduğu, hərəkətə keçməyin nə demək olduğu və onların İHT ilə əlaqəsini nəzərdən keçiririk.
  • İkinci bölmədə, gənclərdən ibarət qrupla apara biləcəyiniz fəaliyyət üzrə bir neçə sadə metod və fikirləri təklif edirik. 2-ci fəsildəki sonrakı fəaliyyət üçün təkliflərin çoxunda bu metodlardan istifadə olunur.
  • Üçüncü bölmədə, qrupun uzunmüddətli strategiya hazırlamaqla, eləcə də öz ma-raq və bacarıqlarına əsaslanmaqla bu məsələ ilə daha dərindən məşğul olması üçün müəyyən planlaşdırma metodlarını təmin edirik.

Bölmələrin hər birinə ayrıca baxıla bilər, bununla belə, 1-ci və 2-ci fəsillərə baxılması 3-cü fəsilin başa düşülməsinə kömək edə bilər.

The Free University

In the spring of 2008, Lithuanian students and other active youth groups organised a series of protests against a proposed reform which would put an end to free higher education. Dissatisfied students took part in various actions and occupied the central square at Vilnius University. Although they did not succeed in stopping the reforms, the actions had brought them together and convinced them of the need to ensure that those who wanted an education should not be excluded because of lack of funds. So they decided to create an alternative space, free from the traditional university disciplines and open to all. The Free University (LUNI) became a centre of learning for anyone wanting to learn or to teach, a place free from racism, sexism, discrimination, and a place where knowledge is not seen as the property of "experts", but something to be shared by all.

Put "Free University Luni" into your search engine for more information.