Image: Theme 'Health' by Pancho

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığı "yalnız xəstəliklərin və ya zəifliyin olmaması kimi deyil, tamamilə fiziki, əqli və sosial rifah halı kimi"2 müəyyən edir.
Bəşəriyyət dünyada sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyişlər əldə etmişdir. Biz milyonlarla insanı öldürən xəstəliklərin necə müalicə olunmasını və onlara nəzar.ət etməyi öyrəndik. Biz su və sanitariyaya çıxış imkanlarını yaxşılaşdırmaqla kompleks səhiyyə sistemlərini yaratdıq. Səhiyyə ilə əlaqəli bilik və təcrübələrimiz sürətlə inkişaf edir və əvvəlki illərlə müqayisədə bizim sağlamlığımız üçün daha çox imkanlarımız mövcuddur.
Bunlara baxmayaraq, sağlamlıqla əlaqəli irəliləyişlər son dərəcə qeyri-bərabərdir. Məsələn, bu gün İsveçdə doğulmuş bir uşağın t əxminən 80 ildən çox yaşaması gözlənilir. Lakin əgər bu uşaq Braziliyada doğulmuş olsa idi, onun 72 ildən az, Hindistanda doğulmuş olsa idi, 63 ildən az və Lesotoda doğulmuş olsa idi, 50 ildən az yaşaması gözlənilə bilərdi. İrlandiyada hamiləlik və ya doğum zamanı ölən anaların riski 47 600-dən 1-ə, Əfqanıstanda isə bu əmsal 8-dən 1-ə bərabərdir. Uzun ömürlülüyümüz və sağlamlığımız bizim yaşadığımız və böyüdüyümüz yerdən asılı olaraq çox fərqli ola bilər; ancaq sağlamlıqla əlaqəli olan geniş bərabərsizliklər yalnız ölkələr arasında deyil, həm də ölkələrin daxilində də mövcuddur. Şotlandiyanın Qlazqo şəhərinin Kalton rayonunda doğulmuş bir uşağın bu rayondan yalnız 13 kilometr uzaqlıqda yerləşən Şotlandiyanın Lenzie qəsəbəsində yaşayan başqa bir uşaqla müqayisədə 28 il daha qısa bir ömür sürməsi gözlənilir. Boliviyada təhsilsiz qadınlardan doğulan körpəl ərin 1 yaşdan qabaq ölməsi ehtimalı 10%-ə bərəbər olduğu halda, ən azı orta təhsilə malik olan bir qadından doğulmuş uşaqlarda isə bu rəqəm 0,4%- ə bərabərdir. Böyük Britaniyada yoxsul məhəllələrdə yaşayan yetkinliklərin ölüm nisbəti az əlverişli məhəllələrlə müqayisədə 2,5 dəfə çoxdur.3
Statistik rəqəmlərlə ilə aşkar olan sağlamlıqdakı mövcud dramatik bərabərsizliklər insan biologiyası ilə izah edilə bilməz. Ölkələr arasındakı və ölkəl ər daxilindəki sağlamlıq fərqləri insanların doğulduğu, böyüdüyü, yaşadığı və işlədiyi ətraf mühiti müəyyən edə n sosial və iqtisadi siyas ətin nəticəsidir.5 Sağlamlıq üzrə qeyri-bərabərlik ədalətsizdir və onun qarşısını almaq olar. Bir çox hallarda bu hətta iqtisadi artım məs ələsi belə deyil. İqtisadi artım, inkişaf üçün əhəmiyyətli olsa belə, resursların bərabər paylanması olmadan milli iqtisadi artım sağlamlıq bərabərsizliyini daha da dərinləşdirə bilər. Ümumdünya Səhiyyə Təşkilatı Kuba, Kosta Rika və ya Şri Lanka kimi bəzi inkişaf etməkdə olan ölkələrin nisbətən aşağı milli iqtisadi artımının olmasına baxmayaraq, yaxşı səviyyədə sağlamlığa nail ola bildiklərini diqqətə çatdırmışdı.6 Sağlamlıq bərabərsizliyinə qarşı mübarizə sosial ədalət və insan hüquqları məsələsidir.

"Sahib ola biləcəyimiz ən vacib azadlıqlardan biri sağlamlıq problemindən qoruna bilmə və ölümdən xilas olma azadlığıdır."1
Amartya Sen

Hər kəsin sağlamlığı na dair qlobal öhdəlik Minilliyin İnkişaf Məqsədlərində öz əksini tapır. Hökumətlərimiz 2015-ci ilə qədər yoxsulluğun azaldılması üzrə s əkkiz məqsədə nail olacağına vəd etmişdirlər. Ancaq vətəndaş cəmiyyətinin fəal iştirakı olmadan bu qlobal səylər ə nail olmaq mümkün olmayacaqdır. İnsanlar öz hüquqlarını və hökumətl ərinin öhdəliklərini bilməlidirlər; Hökümətlərin yaratdığı və ya dəyişdirdiyi sosial və iqtisadi siyasətin sağlamlıq bərabərsizliyinin dərinl əşməsinə səbəb olmamasını hökumətdən tələb etmək lazımdır. Sağlamlıq yalnız yaxşı olmaq üçün bir arzu deyil; bu bir insan hüququdur.

Sağlamlıq hüququ

Sağlamlıq hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən (25- ci maddə) başlayaraq İqtisadi, Sosial Hüquqlar üzrə Beynəlxalq Paktda (12-ci maddə), Uşaq Hüquqları Konvensiyasında (6-cı maddə), Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Konvensiyada (Maddə 10, 11, 12, 14) və Avropa Sosial Xartiyası da daxil olmaqla bir çox beynəlxalq və regional sənədlərdə tanınır.
Sağlamlıq hüququ sağlam olmaq hüququ kimi başa düşülməməlidir: Hər bir insanın xəstəliyə qarşı qorunmasını təmin etmək mümkün deyildir. Bu, hər bir kəsin ayrı-seçkiliyə yol verilmədən müxtəlif xidmətlərdən, avadanlıqlardan və mallardan, habelə mümkün qədər sağlam qala bilmək üçün zəruri olan uyğun yaşayış şəraitindən istifadə etmək hüququdur. Sağlamlıq hüququna yalnız sağlamlıq xidmətləri daxil deyildir, bura həmçinin sağlamlığımızı müəyyən edən aşağıdakı şərtlər də daxildir: təhlük əsiz içməli suya çıxış imkanı, müvafiq sanitariyaya və mənzilə sahib olmaq, kifayət qədər qida, sağlam iş və ətraf mühit şəraiti və sağlamlıqla əlaqəli təhsilə və maariflənməyə çıxış imkanları kimi bir çox təminatları aid etmək olar.7

Sual: SHər kəs, onların statusu və iqtisadi imkanlarından asılı olmayaraq, tibbi müalicə almaq hüququna malik olmalıdır?

Ayrı-seçkiliyə yol verilmədən hər kəsin müxtəlif xidmətlərdən, qurğulardan və mallardan, eləcə də uyğun yaşayış şəraitindən istifadə hüququ mümkün qədər sağlam qalmağı zəruri edir.

Beynəlxalq insan hüquqları sənədlərinə görə, səhiyyə xidmətləri və imkanları hər kəs üçün ayrı- seçkiliyə yol verilmədən mövcud, əlçatan, uyğun və keyfiyyətli olmalıdır.

2010-cu ilin sentyabr ayında BMT- nin İnsan Hüquqları Şurası su və kanalizasiya çıxış imkanını insan hüququ kimi tanıyan qətnamə qəbul etmişdir

Mövcudluq, dövlət səhiyyə müəssisələrinin, malların və xidmətlərin, eləcə proqramların ölkə daxilində kifayət miqdarda mövcud olması anlamına gəlir.

Mümkünlük, səhiyyə müəssisələrinin, mallların və xidmətlərin fiziki və iqtisadi cəhətdən hər kəsə ayrı-seçkiliyə yol verilmədən əlçatan olması deməkdir və burada sağlamlıq məsələləri ilə bağlı məlumatları axtarmaq, qəbul etmək və yaymaq imkanı olmalıdır. Məsələn, gənclər üçün səhiyyə müəssisələri gənclərin yaşadıqları yerə yaxın olmalıdır (kənd yerləri və kiçik şəhərlərdə daxil olmaqla) və insanların asanlıqla səhiyyə müəssisələrinə çata bilməsi üçün ictimai nəqliyyat olmalıdır. Səhiyyə müəssisələri ya pulsuz, ya da çox ucuz qiymət ə xidmət göstərməlidir. Belə şərait yaradıldığı halda gənclər bu xərcləri ödəmək qabiliyyətində ola bilərlər. Cinsi və reproduktiv sağlamlıqla bağlı məlumatlar da daxil olmaqla, sağlamlıqla əlaqəli digər məlumatlar gənclər üçün ayrı-seçkilik edilmədən əlçatan olmalıdır.

Uyğunluq, mal və xidmətl ərin mədəni cəhətdən uyğun olması və tibbi etikaya hörmət edilməsi deməkdir. Məsələn, həkimlər və tibb bacıları gənclər və uşaqlarla necə danışmalı olduqları ilə əlaqəli təlimlər keçməlidirlər. Sağlamlıq mərkəzindəki mühit gənclərə dəstək verməli və qərəzsiz olmalıdır.

"... sağlamlıq nəhayət ki, arzu olunan bir nemət kimi deyil, uğrunda mübarizə aparılan bir insan hüququ kimi qəbul ediləcəkdir.”
Kofi Annan

Keyfiyyət, səhiyyə müəssisələrinin, malların və xidmətlərin elmi və tibbi cəhətdən uyğun və keyfiyyətli olması deməkdir.8 Məsələn, sağlamlıq haqqında məlumatlar elmi cəhətdən düzgün olmalı və xidmətlərin, eləcə də dərmanların keyfiyyəti yaxşı olmalıdır.

Sual: Sığınacaq axtaran şəxslərin və sənədsiz insanların sizin yaşadığınız yer üzrə səhiyyə xidmətlərindən istifadəyə çıxış imkanı vardır?

İştirak

Sağlamlıq hüququnun daha vacib bir cəhəti əhalinin, o cümlədən gənclərin cəmiyyətdə, milli və beynəlxalq səviyyədə səhiyyə ilə bağlı qərarların qəbulunda fəal və məlumatlı iştirakıdır.9 BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsi vurğulayır ki, "İştirakçı dövlətlər yeniyetmələri onların sağlamlığına təsir göstərən qərarlarda iştirak etmək, həyat bacarıqlarını inkişaf etdirmək, müvafiq məlumatları əldə edə bilmək, məsləhət almaq və sağlam davranış seçimlərini müzakirə etməklə bağlı imkanlar yaratmaq üçün onları təhlükəsiz və dəstəkləyici bir mühit ilə təmin etməlidirlər"10

Gənclər səhiyyə problemləri ilə əlaqəli olan tədbirlərdə və proqramlarda strateji tərəfdaş ola bilərlər və olmalıdırlar. Müxtəlif sağlamlıq məsələləri ilə bağlı gənclər ilə əməkdaşlıq edən bir sıra beynəlxalq təşkilatlar və şəbəkələr mövcuddur: Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Sağlamlığı Təşviq edən Məktəblərin Avropa Şəbəkəsi, Gənc Yaşıd Təhsili Şəbəkəsi, Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası və digərləri.

Avropa Gənclər Forumu həmçinin gənclərlə əlaqəli sağlamlıq siyasətinin inkişafında əsas tərəfdaş kimi gənclər təşkilatlarının rolunu vurğulayır. Avropa Gənclər Forumunun gənclərin sağlamlığına və rifahına dair 2008-ci ildəki siyasət sənədində yazılır: "Onlar [gənclər təşkilatları] gənclər arasında müşavirələr təşkil etmək üçün yaxşı bir platformadır və gənclərin geniş çeşidli problemlərinin səsləndirilməsi üzrə ən çox təmsil olunan orqanlardır. Bir çox gənclər təşkilatları sağlamlıq sahəsində müəyyən səlahiyyətlərə malikdir və buna görə də, belə müzakirələr üçün kifayət qədər uyğun tərəfdaşdırlar.”11

Sual: Cəmiyyətinizdə və ya ölkənizdə sağlamlıqla əlaqəli qərarların qəbul edilməsində necə iştirak edə bilərsiniz?

Hesabatlılıq

İnsan hüquqları dövlətlərin sağlamlıq hüququ ilə bağlı öhdəlikl əri necə yerinə yetirdiyini göstərmək, izah etmək və öz hərəkətlərinə haqq qazandırmaq üçün onların hesabat verməsini tələb edir. QHT-lər və dünyanın bütün fəalları, sağlamlıq hüququ üzrə hesabatlılığın tələb edilməsi məqsədi il ə müxtəlif metodlardan, məsələn, media kampaniyaları, beynəlxalq müqavilə qurumlarına "kölgə" hesabatlarının təqdim edilməsi, milli, regional və beynəlxalq məhkəmələrə şikayət verilməsi, milli və regional seçkilərdən əvvəl sağlamlıq hüquqlarının təşviqatı kimi bir çox üsullardan istifadə ediblər və təşəbbüslərin monitorinqində də fəal yer alıblar.

Sual: Hökumətinizin səhiyyə hüququna görə məsuliyyətini necə dəyərləndirə bilərsiniz?

Sağlamlıq hüququ və Avropa Sosial Xartiyası

Avropada sağlamlıq hüququ Avropa Sosial Xartiyasında nəzərdə tutulmuşdur. Sağlamlıq hüququ ilə əsas əlaqəli olan 11-ci maddə Avropa dövlətlərinə sağlamlığı təşviq etmək üçün tədbirlər görməyi və insanların xəstəlik halında səhiyyə xidmətləri ilə təmin etməyi öhdəlik kimi tətbiq edir.

Avropa Sosial Xartiyası – Maddə 11 – Sağlamlığın qorunması hüququ
Sağlamlığın müdafiəsi hüququnun effektiv şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə tərəflər birbaşa və ya dövlət yaxud özəl təşkilatlarla əməkdaşlıqda aşağıdakılara yönəldilmiş müvafiq tədbirləri görməyi üzərinə götürür:
1.    Mümkün dərəcədə naxoşluğun səbəblərinin aradan qaldırılması;
2.    Sağlamlığın möhkəmləndirilməsi və sağlamlıq məsələlərində fərdi məsuliyyət hissinin inkişaf etdirilməsi üçün məsləhət və təhsil vasitələrinin təqdim edilməsi;
3.    Mümkün dərəcədə epidemik, endemik və digər xəstəliklərin, həmçinin hadisələrin qarşısının alınması.

Avropa Sosial Hüquqlar Komitəsi tərəfindən Xartiyaya nəzarət edilir. Komitə hər il iştirakçı dövlətlər tərəfindən təqdim edilən hesabatları nəzərdən keçirir və ölkələrdə sağlamlıq hüququ ilə əlaqəli və digər sosial və iqtisadi hüquqlarla bağlı vəziyyətin Avropa Sosial Xartiyasına uyğun olub-olmadığını müəyyən edir. Bununla yanaşı, bəzi Avropa təşkilatları və milli QHT-lər dövlətin əleyhinə Komitəyə kollektiv şikayət təqdim edə bilərlər.

Avropa Şurası və sağlamlıq

Yoxsullar üçün zəif sağlamlıq olmamalıdır.
Avropa Şurası, Sağlamlıq siyasəti veb səhifəsi

Avropa Sosial Xartiyasının monitorinqi və həyata keçirilməsi ilə bağlı davam edən işlərlə yanaşı, Avropa Şurası azlıqları və həssas qrupları nəzərə almaqla Səhiyyə Xidmətlərində Yaxşı İdarəetmə üzrə Ekspertlər Komitəsi ilə birlikdə üzv dövlətl ərə "Hamı üçün sağlamlıq və insan hüquqları" yanaşmasının həyata keçirilməsi ilə bağlı yardım edir. Dərman və Səhiyyə Xidmətlərinin Keyfiyyəti üzrə Avropa Direktorluğu qanköçürmə, orqan nəqli, dərman və əczaçılıq sahəsində standartlaşdırma, harmonizasiya, koordinasiya və nəzarət vasitəsi ilə keyfiyyətli tibb xidmətinə çıxış hüququnu təmin etməyə kömək edir.

Avropa Şurası daima dəyişən bioetika sahəsində t ədqiqat azadlığı ilə şəxslərin qorunması arasında balans tapmağı hədəfləyir. Milli Etik Komitələrin Avropa Konfransı üzv dövlətlərdə fəaliyyət göstər ən milli etika orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinə yardım edir və biotibbi və sağlamlıq elmləri sahələrində baş verən hadisələrlə əlaqədar müzakirələrin təşviqində rol oynayır. 1997-ci ildə insan hüquqları və bioloji təbabət üzrə Oviedo Konvensiyası biotibbi etikanın əsas prinsiplərini müəyyən etmişdir. O zamandan etibarən bu sənəddə insanların klonlanması, orqan nəqli və biotibbi tədqiqatların qadağan edilməsi ilə bağlı üç əlavə protokol yer almışdır.

Gənclər və sağlamlıq

"Əgər biz sağlamlıq işçiləri, müəllimlə r, tələ bələr və ya məmurlar olaraq özümüzün və ya aid olduğumuz qrupların və təşkilatların həyatımıza və ya ətrafdakıların həyatına təsir edə biləcək siyasətini dəyişdirən bir gücə malik deyiliksə, s əhər yuxudan niyə dururuq?
Gill Valt4

Sağlam həyat tərzi hər kəs üçün fərqli bir anlam ifadə edir. Ümumiyyətl ə, sağlam həyat tərzi bir insanın fiziki və əqli rifahının təmin edilməsi ilə həyatı yaxşı yaşamasına imkan verən bir tərzdir. Gənclər üçün uşaqlıq dövründə və yeniyetməlik dövründə baş verən müxtəlif risk faktorları vardır ki, bu da çox vaxt qeyri-kafi qidalanmaya, fiziki fəaliyyətin olmamasına və / və ya aludəçiliyə gətirib çıxara bilər - bunların hamısının nəticəsi onların həyatlarının qalan hissəsində də davam edə bilər. Həyatının çox erkən illərində işləməyə başlayan gənclər peşə sağlamlığı riski ilə üzləşirlər və bu da bəzən həyat boyu davam edəcək müəyyən nəticələrə gətirib çıxara bilər. Bütün Avropada gənclərin yaşlılara nisbətən iş yerində yaralanma ehtimalı ən azı 50% daha çoxdur, həm də gənclər peşə xəstəliyindən əziyyət çəkirlər.12Avropa Şurasının gənclər siyasəti, həmçinin Avropa Şurasının gənclər siyasətinə dair 2020-ci il Gündəliyi çərçivəsində gəncl ərin rifahı məsələsini gənclər siyasətinin əsas məqsədi kimi qəbul edir. Belə ki, bu, son illər ərzində bir çox Avropa ölkəsində gənclər tərəfindən alkoqol, narkotika və tütündən istifadənin artması və onların sosial-iqtisadi müstəqilliklərinin pisləşməsi kimi narahateedici tendensiyalardan qaynaqlanır.

Tütün: Qlobal olaraq, hər il 5,4 milyon insan tütün epidemiyasından vəfat edir - Bu göstərici, HİV / QİÇS, malyariya və vər əm xəstəliyindən həyatlarını itirən insanların sayından çoxdur. Avropadakı, ölümlərin 21% - ə qədəri siqaret çəkmək səbəbindən baş verir. Hər həftə orta hesabla 15 yaşda olan uşaqların 24%-i siqaret çəkir.13

Sual: Tütün qeyri-qanuni olmalıdır?

Alkoqol: Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropada spirtli içkilərin istehlakı dünya miqyasında spirtli içkilər üzrə orta istehlakın iki qatına bərabərdir. Böyüklər arasında alkoqoldan istifadə ölüm və əlillik üçün ikinci böyük risk faktoru, gənclər arasında isə ən böyük risk faktoru hesab edilir. Avropada hər il 618 min insan alkoqoldan vəfat edir. Həddindən artıq içki içmək yalnız xəstəliyə deyil, həm də təhsil və iş yerində məhsuldarlığın itirilməsinə, cinayət törədilməsinə və şiddətə səbəb olur.14

"AKTİV - Sağlam düşüncəli, Dostluq və Sülh" ayıq yaşamağa qərar verə n və hər bir fərdin həyatı boyu alkoqolsuz və digə r narkotik vasitələrdən uzaq yaşaya biləcəyi, demokratik, müxtəlif və sülhsevər bir dünya üzrə fikirləri bölüşən gəncləri birləşdirən bir Avropa təşkilatıdır”
www.activeeurope.org

Narkotik maddələr: Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq üzrə Təşkilatının məlumatlarına əsasən, dünya üzrə 155 milyondan 250 milyona qədər insan və ya 15-64 yaş arasındakı əhalinin 3,5-5,7 faizi 2009-cu ildə ən azı bir dəfə qanunsuz olaraq narkotik maddələrdən istifadə ediblər. Qanunsuz narkotik istifadəçiləri arasında ilk yeri "xaş-xaş" -dan istifadə edənlər tutur; lakin zərər baxımından opiatlar (narkotik vasitə) üst sıralarda yer alır.15

Sual: Həddən artıq çox içki içən və qanunsuz dərmanlardan istifadə edən gənclər üçün nəticələrin nələr olduğunu bilirsiniz?

Çəki artıqlığı: ÜST-in məlumatına görə, Avropada olan böyüklərin 30-80 faizi, uşaq və yeniyetmələrin isə təxminən 20 faizi artıq çəkili və 7 faizi isə çox şişmandırlar.16 Şişmanlıq insanlarda ür ək-damar xəstəlikləri, diabet, ortopedik problemlər və ruhi pozğunluqlar riskini yaradır. Hesabatlar göstərir ki, ayrı-seçkiliklər, təhdidlər və sataşmalar kilo artımının həm səbəbləri, həm də təsirləri ola bilər.17

Əslində, insanların öz sağlamlıqları üçün tamamilə məsuliyyət daşıdıqlarını, buna görə də, onlar siqaret çəkməyə başladıqları, sağlam olmayan qidalar yedikləri və ya narkotik vasitələrdən istifadə etdikləri zaman, bunun onların öz seçimi olduğunu demək çox asandır. Sağlam olmayan davranışların "həlli" kimi qurbanların günahlandırılması halı ən məşhur yanaşmadır və əfsuslar olsun ki, bu yanaşma bir sıra Avropa ölkələrində mövcud olan səhiyyə siyas ətlərində və proqramlarında da tətbiq olunur. İctimai səhiyyə mütəxəssisləri bildirirlər ki, əgər sağlamlıq siyasəti mövcud bərabərsizlikl əri inkar edərsə və bu siyasət yalnız sağlamlıq üzrə təhsil və maarifləndirmə kampaniyalarına yönəldilərsə, çox sayda insan sağlamlıq hüququndan istifadə edə bilməyəcəkdir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının Avropada köklük ilə bağlı hesabatı göstərir ki, daha aşağı sosial-iqtisadi statusa və aşağı təhsil səviyyəsinə malik olan ail ələrdən doğulan uşaqlar adətən daha çox təhsilli ailələrdən və daha yüksək sosial-iqtisadi statusa malik olan ailələrin övladlarına nəzərən daha aşağı keyfiyyətli qidanı seçirlər.18

Sual: Sizcə nə üçün cəmiyyətdə nisbətən daha yaxşı təminatlı qrupların sağlam olmayan qidaları yeməsi və ya narkomaniyadan əziyyət çəkməsi ehtimalı daha azdır?

Sağlam olmayan davranışlara gətirib çıxara biləcək digər bir element cəmiyyətdə təqdir edilən və kütləvi informasiya vasitələrində irəli sürülən dəyərl ər və həyat hədəfləridir. Qərbin sənayel əşmiş cəmiyyətləri maliyyə uğuru, populyarlıq, güc, nüfuz, sosial status və istehlak kimi həyat hədəflərinə daha çox istinad edirlər. Reklam kampaniyaları çox zaman müəyyən qurğuları və ya dəbdəbəli geyiml əri olmayan, yeni çıxmış müəyyən bir içki növünü içməyən və ya televiziyada görsəndiyi kimi mükəmməl saça və ya mükəmməl bir bədən quruluşuna sahib olmayan gəncl əri özlərinin kifayət qədər yaxşı olmadığını düşündürməyə hədəflənir. Yaxşı görünmək və yeni şeylər almaqla bağlı böyük təzyiq gənclərin əqli və fiziki sağlamlığına mənfi şəkildə təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatı kütləvi informasiya vasitələrində arıqlığın təbliği ilə bağlı olan qlamurlaşma və stress ilə mübarizədəki çətinlikləri, sosial təzyiqləri, təhdidləri və özünə hörmətin aşağı olmasını anoreksiya və bulimiya kimi yemək xəstəliklərinin inkişafında risk faktorları olaraq müəyyən etmişdir.19

Ölçüsü Sıfır olan Model Qadağası

2006-cı ildə Madrid Moda Həftəsi həddindən artıq arıq modellərin iştirakını qadağan etmişdi. Bu hadisənin eynisi daha sonra Milanda da təkrarlanmışdı. Səhiyyə təşkilatları və vətəndaş cəmiyyəti qrupları digər şəhərlərdə həmin təcrübəni təqib etmək üçün bir o qədər də böyük uğuru olmayan kampaniyalar yürütmüşdülər. İspaniyada olan qadağa Cənubi Amerikada iki gənc modelin aclıq və anoreksiya səbəbindən ölümünün nəticəsi olaraq başlamışdır.20

Cinsi və reproduktiv sağlamlıq

Cinsi və reproduktiv sağlamlıq çox vaxt gənclərlə əlaqəli, onların ailələri və səhiyyə işçiləri üçün həssas və mübahisəli məsələləri əhatə edir. Yeniyetmələr və gənclər cinsi və reproduktiv sağlamlıqla bağlı bir çox problemlərlə üzləşirlər. Cinsi yetkinlik və sürətli psixoloji inkişaf səbəbindən gəncl ər cəmiyyətin təzyiqlərinə və yaşıdlarının riskli sağlamlıq davranışlarını, xüsusilə riskli cinsi davranışlarını qəbul etməyə həssasdırlar.
Gənclər ailələrindən kənar cinsi təhsil ala bilməli və ya 18 yaşından kiçik gənclər valideynlərinin icazəsi olmadan anonim məsləhət və ya müalicə qəbul edə bilməlidirlər. Cinsi və reproduktiv sağlamlıq qadınlara və kişilərə fərqli təsir edir.

Sual: Sizin ölkənizdə gənclərin cinsi və reproduktiv sağlamlığına mənfir təsir göstərəcək hansı baxışlar var?

Cinsi və reproduktiv sağlamlıq üzrə faktlar
Dünyada hər dəqiqə ən azı bir qadın doğum zamanı və ya hamiləlik dövründə baş verən ağırlaşmalar səbəbindən vəfat edir; bu isə ildə 529.000 qadın ölümü deməkdir.21
UNFPA-nın məlumatına görə dünyada ən azı 200 milyon qadın ailə planlaşdırılmasının təhlükəsiz və effektiv metodlarından istifadə etmək istəyir, ancaq çıxış imkanlarının olmaması səbəbindən bu metodlardan istifadə edə bilmirlər.
Hər il hamilə qalmış qadınların dörddə birindən çoxu abort etdirir; bu abortların əksəriyyəti təhlükəli bir şəraitdə gizli şəkildə həyata keçirilir.22
2008-ci ildə aparılan qiymətləndirmələrə görə, 33,4 milyon insanda HİV / QİÇS xəstəliyi mövcud idi və belə insanların da böyük əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayırdılar.23 Gənclər (15-24 yaş arası) dünyanın bütün yeni HİV infeksiyaları daşıyıcılarının təxminən 40% -ni təşkil edir.

Bir dövlətin insan hüquqları üzrə öhdəliklər ə hörmət etməməsi, onları qorumaması və yerinə yetirməməsi səbəbindən baş verən xəstəliklər insan hüquqlarının pozulması halına çevrilir.24 Dövlətlərimiz bizi xəstəlikl ərdən qorumaq üçün mümkün olan hər bir vasitəni, məsələn, cinsi və reproduktiv sağlamlıq üzrə təhsil, müvafiq məsləhətlər, əlçatan və yaxşı keyfiyyətli səhiyyə xidmətləri kimi, habelə stiqma, ayrı-seçkilik və təhlükəli mədəni təcrübələrlə mübarizə proqramları da daxil olmaqla müxtəlif tədbirlər görməyə borcludurlar.

K.L. Peruya qarşı, qəddar və qeyri-insani münasibətlərdən azad olmaq

17 yaşında K.L. adında bir qız, “anensefalik” döl il ə (beyni qismən və ya tamamilə olmayan bir döldür və bu döl doğuş zamanı sağ qala bilməz və ya doğumdan bir neçə saat sonra, ya da bir neçə gün içində ölə bilər) hamilə qaldı. Hamiləlik zamanı ananın həyatı və ya sağlamlığı təhlükə içərisində oduğu hallarda Peru dövlətinin abort üzrə mövcud qanunvericiliyinə əsasən ona abort etdirməsinə icazə nəzərdə tutulsa da, K.L.-in abort etdirməsinə icazə verilmədi və o, uşağı doğmalı və sağ qaldığı dörd gün müddətinə qədər onu ana südü ilə təmin etməli oldu.
2005-ci ildə BMT-nin İnsan Hüquqları Komitəsi Perunun K.L.-in qəddar, qeyri -insani və alçaldıcı rəftara məruz qalmamaq (ICCPR-ın 7-ci maddəsi) və şəxsi həyat hüququnu (17-ci maddə) pozduğunu təsbit etdi.Komitə qərar verdi ki, dövlət hamiləlik dövründə və ondan sonra "həmin qadının xüsusi hallarında zəruri olan tibbi və psixoloji dəstəyi" təmin etməlidir.25

Psixi sağlamlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) psixi sağlamlığı “ hər bir şəxsin öz qabiliyyətlərini həyata keçirə bilməsi, həyatın normal streslərinin öhdəsindən gələ bilməsi, məhsuldar və səmərəli işləyə bilməsi və öz cəmiyyətinə töhfə verə bilməsi halı kimi" müəyyən edir.26

ÜST-ün məlumatına görə, dünyada yaşayan hər dörd nəfərdə n biri həyatının hər hansısa bir anında psixi və ya nevroloji xəstəliklərin t əsiri altına düşəcəkdir. 27 Xüsusil ə də gənclər kimdənsə asılı həyatdan müstəqil həyata və ya yetkinlik həyatına keçdiklərinə görə psixi sağlamlıq pozuntularının irəliləməsində risk altındadırlar. Yeni təzyiqlər və cinsi yetkinliklə əlaqəli olan dəyişikliklər, məsələn, yeni münasibətlər, valideyni ilə birgə yaşadığı evdən ilk dəfə ayrılmaq, maddi vəziyyət üzrə qeyri-stabillik, təhsillə və məşğulluqla əlaqəli narahatlıqlar kimi hadisələr yüksək stresə səbəb ola bilər ki, bu da öz növbəsində psixi sağlamlığın pozulmasına gətirib çıxarda bilər. Depressiya, şizofreniya, yemək pozğunluqları və spirtli içkilər və ya narkotik maddələrdən sui-istifadə kimi bir çox pozğunluqların gənc yaşlarda başladığı müəyyən edilmişdir.28 Bundan əlavə, dünyada 10-24 yaşda olan uşaqlar və gənclər arasında ikinci əsas ölüm səbəbi kimi intihar yer alır.

"Istər kasıb, istərsə də zəngin ölkələrdə gərəksiz xəstəliklər və əlverişsiz mühitdən əziyyət çəkmək cəmiyyətdə işlərimizi necə təşkil etməyimizin bir nəticəsidir.”
Mixael Marmot30

Psixi sağlamlıq problemi olan gənclərin yalnız 10-15% -nin peşəkar mütəxəssisl ər tərəfindən müalicə olunduğu müəyyən edilmişdir. 29 Buna görə də, yalnız əlçatan psixi sağlamlıq xidmətlərinə malik olmaq əsas deyildir, bununla yanaşı, ümumi ictimaiyyəti mövcud peşəkar mütəxəssislərin yardımı haqqında və habelə gənclərə kömək axtarmağa mane olan stiqmatizasiya və stereotiplərlə mübarizə ilə əlaqədar maarifləndirmək vacibdir.

Sual: Yaşadığınız məkanda hər hansı bir gəncin psixi sağlamlıq xidməti üzrə harada müalicə ala biləcəyini bilirsiniz?

Yoxsulluq və dərmanları əldə etmək imkanı

Yüksək və aşağı gəlirli ölkələrdə ictimai səhiyyə xərclərindən əksər hallarda yoxsullardan daha çox zənginlər bəhrələnirl ər. Qlobal səviyyədə istehsal olunan dərmanların 90%- dən çoxu dünya əhalisinin yalnız 15%-i tərəfindən istehlak olunur. Məsələn, 1975-2004-cü illər arasında 1,556 yeni dərman qlobal bazar üçün təsdiqlənmişdir. Tropik xəstəliklər və vər əm xəstəliyi qlobal sağlamlıq problemlərinin 11,4% -ni təşkil etsə belə, bunlardan yalnız 21-i bu xəstəliklər üçün xüsusi hazırlanmışdır.31 Malyariya, cüzam, çaqas xəstəliyi və digər tropik xəstəlikləri "baxımsız" xəstəliklər adlandırırlar, çünki dünyada bir milyarddan çox insanın bu xəstəliklərə yoluxmasına baxmayaraq, onlar ən kasıb və ən təcrid olunmuş cəmiyyətlərə təsir göstərdikləri üçün tez-tez unudulurlar.32 Həmçinin hesablanmışdır ki, inkişaf etməkdə olan ölkələrdə xəstələr öz ciblərindən zəruri dərmanların dəyərinin 50-90% -ini ödəməlidirlər.
Dünyada demək olar ki, iki milyard insanın zəruri dərman vasitələrinə çıxış imkanı yoxdur. Dərmanların qiymətinin yüksək olması insanlara lazım olan dərman vasitələrinin əldə edə bilməməsinin əsas səbəblərindən biridir. Birləşmiş Millətlər Təşkilatının sağlamlıq hüququ üzrə xüsusi məruzəçisi iddia edir ki, mövcud dərmanlara çıxış imkanının yaxşılaşdırılması hər il 10 milyon insanın həyatını xilas edə bilər.34

Hər il 100 milyondan çox insan öz xəstəlikləri ilə əlaqəli olan xərcləri ödəməli olduqları üçün yoxsulluq səviyyəsinə düşürlər.33

Eyni tərkibli əvəzedici dərmanlar

Qiymətləri aşağı salmağın və dərman vasitələrinə çıxış imkanının artırılmasının ən yaxşı yollarından biri eyni tərkibli əvəzedici dərmanlara icazə vermək və onları təbliğ etməkdir. Eyni tərkibli əvəzedici dərman başqa bir markalı (brend) dərman vasitəsinin bir nüsxəsidir. Bu cür dərmanlar brend olan digər dərman vasitələri kimi eyni effektlidir; ən böyük fərq isə onun qiymətindədir. Eyni tərkibli əvəzedici dərmanları istehsal etmək ucuz başa gəlir, çünki istehsalçılar dərmanların ixtira xərclərini və ekstensiv təhlükəsizlik və təsirləri ilə əlaqəli klinik tədqiqatlar üzrə xərcləri ödəmək məcburiyyətində deyillər. Eyni tərkibli əvəzedici dərmanların aşağı qiymətinə görə belə dərmanlar çox zaman yoxsulluq içində yaşayan insanların əldə edə biləcəyi yeganə dərman vasitələri olur.

Əczaçılıq şirkətləri iddia edirlər ki, eyni tərkibli əvəzedici dərman vasitələri onların mənfəətlərinin azalmasına səbəb olur və bu da öz növbəsində onlar tərəfindən yeni dərmanların tədqiqi və inkişaf etdirilməsi üçün investisiyanın qoyulmasına təsir edir. Əczaçılıq şirkətlərinə yeni dərman preparatları tapmağa kömək etmək üçün və yeni dərmanların yaradılması ilə əlaqədar sərf etdikləri pulları bərpa etmək və ixtiralardan gəlir götürə bilmələri məqsədi ilə onlara patentlər verilir. Patent və ya ə qli mülkiyyət hüququ ixtiraçıya ixtiranı icad edə bilməsi, istifadə edə bilməsi, sata bilməsi və satış üçün təklif ed ə bilmə si və ya idxal edə bilməsi üçün dövlət tər əfindən ona verilmiş eksklüziv hüquqlar kompleksidir. Patent adətən iyirmi il müddətinə verilir və bu müddət ərzində digər şirkətlər patentləşdirilmiş dərman vasitələrinin istehsalı, satışı, satış təklifləri və ya idxalı ilə məşğul ola bilməzlər.

Sual: Əczaçılıq şirkətlərinin insan hüquqları üzrə məsuliyyəti var?

Əqli mülkiyyət məsələləri qlobal Şimal və Cənub arasında böyük bir gərginlik yaradıbdır. İnkişaf etməkdə olan ölkələr qlobal əqli mülkiyyət hüquqlarının onların inkişafına maneə törədəcəyini iddia etdilər, çünki onlar bu standartlar üçün lazımi hazırlığa və ya təchizata malik deyillər.
Əqli Mülkiyyət Hüquqlarının Ticari Aspektləri üzrə Beynəlxalq Saziş (TRİPS sazişi) 1995-ci ildə qüvvəyə minibdir və bu Saziş Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən idarə olunur. Bu qanunvericilik s ənədi eyni tərkibli əvəzedici dərmanların istehsalına böyük təsir göstərmişdir; Nəticədə, inkişaf etmə kdə olan ölkələrdə keçid dövrünə və 2000 -ci ilə q ədər eyni tərkibli əv əzedici dərmanların inkişafının davam etdirilməsinə icazə verilmişdir və daha az inkişaf etmiş ölkələrə isə 2016-cı ilə qədər əczaçılıq patentləri və açıqlanmayan məlumatlar üzrə keçid dövrü verilmişdir.35

Əqli mülkiyyət hüquqlarının sağlamlıq hüququ üzərində təsiri
“TRIPS Sazişinin nəticəsi olaraq yeni və daha yaxşı də rman vasitələri yalnız yüksək qiymə tləri qarşılaya bilən ölkələrdə mövcud oldu. […] İnkişaf etməkdə olan dünyada ümumi, effektiv, lakin ucuz anti-QİÇS müalicəsini t əmin etmək imkanları mövcud olduğu bir zamanda, milyonlarla insanın həyatını qurtaracaq dərmanların istehsalına imkan verməmək əxlaq qaydalarına ziddir. 36
AVERT - HİV və QİÇS üzrə Beynəlxalq Xeyriyyə Təşkilatı (www.avert.org)
Sərhədsiz Həkimlər (MSF) təşkilatının məlumatına görə, TRİPS Sazişinin tələbinə uyğun olaraq bir çox inkişaf etməkdə olan ölkələr patent qanunvericiliyində daha çox məhdud şərtlər tətbiq etmək üçün təzyiq altında qalırlar. İnkişaf etməkdə olan ölkələrin beynəlxalq qanunlara görə patent üzrə qanunlarının möhkəmləndirilməsinə dair öhdəliklərinin olmamasına baxmayaraq, çox zaman məhdudlaşdırma olə bağlı müddəalar Birləşmiş Ştatlarla və ya Avropa İttifaqı ilə ticarət sazişlərinin bir hissəsi kimi gəldiyinə görə onların başqa bir seçimi olmur.37
Avropa İttifaqı ilə Asiya və Latın Amerikası ölkələri arasında azad ticarət sazişi müzakirələrinə reaksiya olaraq, MSF "Avropa! Əlinizi Təbabətimizdən götürün" adlı bir kampaniya başlatmışdı.
Kampaniya haqqında daha ətraflı məlumatı www.msfaccess.org saytında tapa bilərsiniz www.msfaccess.org

İstinadlar

1 Amartya Sen, “İnkişafda Sağlamlıq,” Ümumdünya Səhiyyə Təşkilatının Bülleteni
2  Beynəlxalq Sağlamlıq Konfransı tərəfindən qəbul edilmiş Ümumdünya Səhiyyə Təşkilatı Konstitusiyasının Preambulası, Nyu York, 19 - 2, iyun, 1946; 22 iyul 1946-cı ildə 61 dövlət tərəfindən imzalanmışdır (Ümumdünya Səhiyyə Təşkilatının Rəsmi Qeydləri, no. 2, s. 100) və 7 aprel 1948-ci ildə qüvvəyə minmişdir.
3 Sağlamlığın Sosial Göstəriciləri üzrə Komissiya, Nəsillərdə Fərqi Aradan qaldırmaq: Sağlamlığın Sosial Göstəriciləri üzrə Fəaliyyət vasitəsilə Bərabər Sağlamlıq. Son Hesabat (ÜST, 2008)
4 Gill Walt, Sağlamlıq Siyasəti: prosesə giriş və güc, s.
5 Pres reliz, http://www.who.int/mediacentre/news/releases/2008/pr29/en/index.html
6 ibid. 
7 İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi, Ümumi rəy 14, Mümkün ən üstün sağlamlıq standartı hüququ (İyirmi ikinci sessiya 2000). Mətn üçün baxın BMT Sən əd E/C.12/2000/4 (2000): İnsan Hüquqları Müqaviləsi Qurumları tərəfindən qəbul edilmiş Ümumi Rəylər və Ümumi Tövsiyələr Toplusu, BMT Sənəd. HRI/GEN/1/Rev.6 at 85 (2003).
8 Ümumi Rəy 14, supra, n. 7, at, para 12.
9 Ümumi Rəy 14, supra, n.7, at, para 11.
10 Ümumi Rəy 14, supra, n.7, at, para 23.
11 Avropa Gənclər Forumu, 2008, Gənclərin Sağlamlığı və Rifahı üzrə Siyasət Sənədi, s. 14.
12 http://osha.europa.eu/en/priority_groups/young_people
13 http://www.euro.who.int/en/what-we-do/health-topics/disease-prevention/tobacco/facts-and-figures
14 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) (20) Alkoqol xərclərini müəyyən etmək üzrə mütərəqqi təcrübə
15 BMT-nin Narkotik və Cinayət üzrə Ofisi (2010), Dünya Narkotika Hesabatı 2010.
16 ÜST (2007) ÜST Avropa regionunda şişmanlıq problemi və cavab strategiyaları, s. 1.
17 ÜST (2007) ÜST Avropa regionunda şişmanlıq problemi və cavab strategiyaları, s. 158.
18 ÜST (2007) ÜST Avropa regionunda şişmanlıq problemi və cavab strategiyaları, s.
19 ÜST (2004) Əqli pozğunluqların qarşısının alınması: effektiv müdaxilə və siyasət seçimləri.
20 http://www.telegraph.co.uk/news/uknews/1540595/Fashion-leaders-refuse-to-ban-size-zero-models.html
21 http://www.who.int/research/en/
22 BMT Əhali Fondu; http://www.unfpa.org/rh/planning.htm
23 http://www.who.int/research/en/
24 Paul Hunt, Judith Bueno de Mesquita. (2005) Cinsi və Reproduktiv Sağlamlıq Essex Universiteti.
25 K.L. Peruya qarşı, Məlumat No. 1153/2003, BMT Sən. CCPR/C/85/D/1153/2003, 2005.
26  ÜST (2005) Əqli sağlamlığı təşviq etmək: Anlayışlar, Yeni sübutlar, Təcrübə : ÜST hesabatı , Əqli sağlamlıq və Substantiv istismar Departamenti Viktoriya Sağlamlıq Təşviqi Fondu və Melburn Universiteti ilə birgə. ÜST, Cenevrə.
27 ÜST (2001) Əqli sağlamlıq: Yeni anlayış, Yeni Ümid,
28 ÜST (2010) Gənclər arasında əqli sağlamlığın təşviqi – Gələcəyə İnvestisiya.
29 ÜST (2010) Gənclər arasında əqli sağlamlığın təşviqi – Gələcəyə İnvestisiya.
30 Marmot, M. Bərabər olmayan dünyada sağlamlıq. Lancet, (2006) s. 2,081.
31 http://www.dndi.org/index.php/media-centre.html?ids=6 
32 http://www.who.int/neglected_diseases/en/
33 Bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, o cümlədən inkişaf hüququnun qorunması və təmin olunması üzrə Hesabat, 31 Mart 2009, A/HRC/11/12.
34 Hər kəsin fiziki və əqli sağlamlığın mümkün ən yüksək standartından faydalanmaq hüququ üzrə Xüsusi Məruzəçinin Hesabatı, 11 Avqust 2008, A/63/263, s.15.
35 http://www.wto.org/english/thewto_e/whatis_e/tif_e/agrm7_e.htm
36 http://www.avert.org/generic.htm
37 http://www.msfaccess.org/main/access-patents/introduction-to-access-and-patents/trips/going-beyond-trips-trips-plus-provisions/

KOMPASS

Gənclərin iştirakı ilə insan hüquqlarının
təhsili üzrə təlimat vəsaiti

Web Content Display Web Content Display
Key Date
  • 24 MartÜmumdünya Vərəmlə Mübarizə Günü
  • 7 AprelÜmumdünya Sağlamlıq Günü
  • 31 MayÜmumdünya “Tütünə YOX!” Günü
  • 1 DekabrÜmumdünya QİÇS-lə mübarizə Günü