Narahatlıq keçirən vətəndaşların göstərdiyi birgə qlobal səy fərq yarada bilər.

Zaki Axmat, Müalicə Hərəkatı Kampaniyası

Xülasə

Bu məşğələ 2001-ci ildə Cənubi Afrikada “QİÇS dərmanı” adlı məhkəmə işinin simulyasiyasıdır. Aşağıdakı məsələləri əhatə edir:

• QİÇS və dərmanların əldə olunması
• Hüquqlarla bağlı mübahisəli iddiaları necə həll etməli.

Əlaqədar hüquqlar

• Yaşamaq və ləyaqət hüququ
• Elmi istehsal nəticəsində meydana çıxan maddi və mənəvi maraqlarınqorunması hüququ
• Sağlamlıq hüququ

Məqsədlər

• Xüsusilə dərman və müalicənin əldə olunması və QİÇS-in qarşısının alınması olmaqla, sağlamlıq hüququ barədə maarifləndirmənin aparılması
• Ünsiyyət, əməkdaşlıq və ümumi razılıq əldə edilməsi bacarıqlarının inkişafı
• Həmrəylik və ədalət ideallarının təşviq edilməsi

Materiallar

• Flipçart kağızı və qələmlər
• Məhkəmə rol kartları
• Hər iştirakçı üçün bir təlimat olmaqla kiçik qrup işi üçün təlimatlar
• Kiçik kartlar (10 sm x 6 sm). Hər iştirakçı üçün bir qırmızı və bir yaşıl kart
• Plenar iclas və kiçik qrup işi üçün yer

Hazırlıq

1-ci hissə üçün:

• Məhkəmə rol kartlarının nüsxələrini hazırlayın; hər şəxs üçün 1 rol kartına ehtiyacınız olacaqdır

2-ci hissə üçün:

• Hər iştirakçı üçün bir nüsxədə olmaqla kiçik qrup işi üçün təlimatların nüsxələrini hazırlayın.
• Hər iştirakçı üçün bir qırmızı və bir yaşıl kart hazırlayın.

Key Date
  • 1 DekabrDünya QİÇS Günü

Təlimatlar

Bu tapşırıq 2 hissədən ibarətdir. 1-ci hissə sınağın simulyasiyası, 2-ci hissə isə konsen-susun əldə olunması mərhələsidir.

1-ci hissə. Sınaq (ümumi vaxt 65 dəqiqə)
1. Səhnəni qurun. HİV/QİŞS bütün dünyada yayılmış çox ciddi epidemiyadır. Bu, ehtiyacları olan bahalı dərmanları əldə edə bilmədikləri üçün əziyyət çəkən və həyatını itirən milyonlarla kasıb insanın olduğu Cənubi Afrikada çox böyük problemdir. Onların yeganə alterna-tiv yolu bu dərmanların ucuz kopyalarını almaqdır.
2.    Aparıcı əczaçılıq şirkətləri buna qarşı çıxır. Onlar öz mülkiyyət hüquqlarını qorumaq istəyir, belə ki, onlar hər hansı bir ölkənin onların məhsullarını kopyalaması və daha ucuz qiymətə satmasına qarşı qüvvələrini birləşdiriblər. Onlar anti-HİV/QİÇS dərmanlarının ucuz kopyalarının paylanılması və satışını həyata keçirən Cənubi Afrika Hökumətinə qarşı hüquqi hərəkata başlayıblar.
3.    İştirakçıların birinci hissənin - və ya ilkin dinləmənin - 2001-ci ildə Cənubi Afrikada keçirilən məhkəmənin simulyasiyasında iştirak edəcəklərini izah edin. Suallar bunlardır: Bir qrup insanın həyat və ləyaqət hüququnu təhlükə altına almaq üçün mülkiyyət hüququ yetərli arqument sayıla bilər? Yaşamaq və sağlamlıq hüququ mülkiyyət hüquqununun pozulması üçün kifayət edən arqumentdir?
4.    İştirakçıları Pharma İnc. Şirkəti, Cənubi Afrika Hökuməti, Müalicə Hərəkatı Kampaniyasının üzvləri və Hakimləri təmsil etmək üçün 4 bərabər qrupa ayırın.
5.    Məhkəmə rol kartlarını müvafiq qruplara paylayın. Qruplara rol kartlarını oxumaq və məhkəmə üçün öz işləri və/və ya suallarını hazırlamaq üçün 25 dəqiqə vaxt verin. Hər bir qrup, həmçinin, qruplarını təmsil etmək üçün bir təmsilçi və təmsilçiyə dəstək olmaq və məhkəmə zamanı sualları cavablandırmağa yardım etmək üçün 1 və ya 2 resurs şəxs seçməlidir.
6.    Qruplardan hər biri hazır olduqda, insanları plenar iclasa geri dönməyə dəvət edin. On-lar əvvəlki kimi öz qruplarında qalmalı və 4 qrup olmalıdırlar.
7.    İndi Pharma İnc. Şirkəti, Cənubi Afrika Hökuməti, Müalicə Hərəkatı Kampaniyasının hər birinə öz mövqeyini bildirməsi və hər hansı sual qaldırması üçün 5 dəqiqə vaxt verilir. Hakimlər hər qrupu təqdim etməli və növbə ilə onlara söz haqqı verməlidirlər.
8.    Hakimlər özləri qrupların qaldırdıqları məsələləri və onlara ünvanlanan hər hansı prose-dur suallarını cavablandırmaq və müxtəlif arqument və mövqeləri yekun şəkildə təqdim etmək üçün 10 dəqiqə vaxta malikdirlər.

2-ci hissə. Konsensus əldə olunması mərhələsi (ümumi vaxt – 100 dəqiqə)1.    İştirakçılara hər biri 4 nəfərdən ibarət kiçik qruplara bölünməyi tapşırın. Hər bir qrupda Pharma İnc. şirkətinin keçmiş bir üzvü, Cənubi Afrika Hökumətinin keçmiş bir üzvü, Müalicə Hərəkatı Kampaniyasının bir keçmiş üzvü və bir keçmiş hakim olmalıdır.
2.    Kiçik qruplar üçün təlimatların nüsxələrini və hər bir iştirakçı üçün bir qırmızı və bir yaşıl kartı paylayın. Hər kəsin nə etməli olduğunu anladığını və rəngli kartların məqsədini və onlardan necə istifadə etməli olduqlarını anladıqlarını dəqiq yoxlayın.
3.    Qruplara mübahisə olunan iddialarla bağlı konsensus əldə etmək üçün 30 dəqiqə vaxt verin.
4.    Hər kəsi plenar iclasa geri çağırın və müzakirələrinin nəticələri ilə bağlı məruzə verməyi xahiş edin. Hər bir qrupa öz məruzəsini təqdim etmək üçün 5 dəqiqə vaxt verin. Flip-çartda əsas həll yolları və məsələləri qeyd edin.
5.    Bütün qruplar öz mövqelərini/həll yollarını təqdim etdikdən sonra, qərar qəbul olunması prosesi üzrə müzakirəyə keçid alın. Siz aşağıdakı sualları ünvanlaya bilərsiniz:
• Konsensus əldə etmək nə dərəcədə asan oldu?
• Bu yanaşmanın güclü və zəif cəhətləri hansılardır?
• Qərar qəbul olunması prosesinə bütün qrup üzvlərini cəlb etmək və həll yolu ilə bağlı razılıq əldə olunmasında gərginlik yaşandı?
• Ən mübahisəli məsələlər hansılar oldu?
6.    Məşğələnin bu mərhələsini məhkəmənin 2001-ci il 19 aprel tarixli qərarından aşağıdakı hissəni oxumaqla bitirə bilərsiniz:
“Ucuz dərmanların təşviqi (…) məqsədi (…) təqdirəlayiqdir və HİV/QİÇS epidemiyası kontekstindən yanaşdıqda, insan ləyaqəti və həyatı hüququ da (bütün digər hüquqların mənbəyi hesab olunur) daxil olmaqla, bir sıra fundamental hüquqlara hörmət edilməsi, qorunması və yerinə yetirilməsi üzrə Dövlətin öhdəliyi ilə bağlı ən yüksək quruluşun konstitusional öhdəliyini təşkil edir (…) Müraciət edənlər (məs. əczaçılıq şirkətləri) tərəfindən hazırlanan qərara problem yaratmaqla heç nəyə nail olmaq mümkün deyil (…)

Təhlil və qiymətləndirməGoto top

Qiymətləndirmə mərhələsi 2-ci hissədəki müzakirələr zamanı artıq başlamışdır. İndi isə iştirakçıları ümumi proses üzərində düşünməyə sövq etmək və daha sonra məhkəmənin arxasında dayanan əsas insan hüquqları məsələlərini müəyyənləşdirməklə davam edin. Əsas suallara aşağıdakılar daxildir:
•    İştirakçılar bu məsələ barəsində daha öncədən eşitmişdilər?
•    Məşğələ başlayarkən bu məsələ ilə bağlı onların ilkin fikirləri nədən ibarət idi?
•    Məşğələ davam edərkən iştirakçıların məsələni dərk etməsi necə dəyişdi?
•    İnsanlar qərar qəbuletmə prosesinin 2 formasını, qarşıdurma və konsensus, necə müqayisə edir? Bu formalardan hansı daha qənaətbəxş nəticələr ortaya çıxarır? Uğurlu nəticə sizin üçün nədir?
•    Məhkəmənin arxasında dayanan əsas insan hüquqları məsələləri hansılar idi?
•    Hər zaman müxtəlif insan hüquqlarına olan iddiaların bir-biri ilə müqayisə edilməsi halları baş verir. Müxtəlif iddiaları siz necə prioritetləşdirirsiniz? Siz hansı kriteriyadan istifadə edirsiniz?
•    HİV-ə yoluxmuş insanların məhkəməsinin nəticələrinin icraatı sizin yaşadığınız ölkədə necə olur? Məsələn, patentləşdirilməmiş dərmanlar əldə etmək olur?
•    Yaşadığınız yerdə ictimaiyyəti HİV/QİÇS-lə bağlı məlumatlandırmaq üçün nə işlər görülür? Bununla yanaşı, daha nə edilə bilər və edilməlidir?

Fasilitator üçün məsləhətlərGoto top

Sizin bu məşğələ üçün çox vaxta ehtiyacınız var, çünki məsələlər çox qarışıqdır və iştirakçılar onlarla bağlı dərindən düşünməlidir. Nəzərə almalısınız ki, hər iki hissə eyni gündə aparılmamalıdır; onlar iki müxtəlif sessiyada həyata keçirilə bilər.

Siz qırmızı və yaşıl kartlardan istifadənin məqsədinin insanların qərar qəbul etmə prosesinə nəyin yardım etdiyini, nəyin isə maneə törətdiyini müəyyən etmək olduğunu izah etməlisiniz. 2-ci hissədəki müzakirələr və danışıqların sonunda bütün iştirakçıların yaşıl kartlarını göstərməsi və ümumi həll yolu ilə razılaşması ideal nəticədir.

2-ci hissədə bəzi qruplar konsensus əldə etmiş ola bilər, bəziləri isə yox. Müzakirədə siz qərar qəbul etmə prosesinə konsensus yanaşmasının güclü və zəif cəhətlərini müəyyənləşdirmək imkanından istifadə etməlisiniz. Konsensus əldə etmiş qruplardan yalnız öz yekun mövqeləri deyil, həmçinin, onun arxasında dayanan əsas arqumentlər barədə məruzə etməyi xahiş edin. Konsensus əldə etməmiş digər qruplardan isə onları ortaq mövqeyə gətirən və bir-birlərindən ayıran faktorları təsvir etməyi xahiş edin. Qeyd: 5-ci Fəsilin Sülh və Zorakılıq mövzusundakı ümumi məlumat hissəsində konsensusun əldə edilməsi ilə bağlı daha geniş məlumat əldə edə bilərsiniz.

Yerli cəmiyyətdə HİV/QİÇS-lə yaşayan insanların hazırki vəziyyətinin yoxlanması və məşğələni onlara aid məsələlərə uyğunlaşdırmaq/əlaqələndirmək vacibdir. Qeyd: Əczaçılıq şirkətlərinin koalisiyasının adları, Pharma İnc. bu məşğələnin məqsədləri üçün hazırlanmışdır.

VariantlarGoto top

Siz məhkəmə prosesi üçün jurnalistlərdən ibarət qrup yaratmaq istəyə bilərsiniz. Sizin əlavə materiallara ehtiyacınız olacaqdır: kameralar, kompyuter və printer. Siz onlara məhkəmənin sonunda öz məruzələrini təqdim etmək üçün müəyyənləşdirilmiş və limitli vaxt verməlisiniz. Vaxtın uzunluğu onlar seçdiyi formatdan, məsələn, qəzet, radio və ya TV yayımı və ya bloq, asılı olacaqdır. Əgər siz bu variantı seçsəniz, jurnalistlər üçün də rol kartları hazırlamalı olacaqsınız. Siz, həmçinin, məşğələ üçün əlavə 15 dəqiqə və jurlanistlərin işinin qiymətləndirilməsi üçün əlavə 10 dəqiqə verməli olacaqsınız.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Ölkənizdə yaşamaq və insan ləyaqəti hüququnun səhiyyə məsələləri ilə əlaqəsinin aspektlərini müzakirə edin. Xəbərlərdəki kritik hadisələr (tematik araşdırmalar) xüsusilə kiçik qruplardakı müzakirələr üçün yaxşı başlanğıc ola bilər.

Özünüzü qlobal səviyyədə səhiyyə və insan hüquqları məsələləri barədə məlumatlandırın. Əsas QHT-lərin (MSF (Sərhədsiz Həkimlər), TAC (Müalicə Hərəkatı Kampaniyası), Xristian Yardımı (Christian Aid), Oxfam, Uşaqları Qoruyaq (Save the Children) və beynəlxalq təşkilatların (Dünya Səhiyyə Təşkilatı) vebsaytlarını ziyarət edin və ya nəşrlərini əldə edin. Səhiyyə məsələlərini təbliğ edən hərəkatlar barədə məlumat əldə edin və onların siyahısını flipçartda qeyd edin.

TAC (Müalicə Hərəkatı Kampaniyası) çox uğurlu kampaniya aparır və hələ də Cənubi Afrika və ondan kənarda çox aktivdir ( www.tac.org.za). Təəssüf ki, bütün kampaniyalar öz məqsədlərinə nail ol-maqda TAC qədər müvəffəqiyyətli deyil. Bunun bir çox səbəbi ola bilər, lakin müvafiq təşkilat kasıb ola və ya qeyri-effektiv təbliğat apara bilər. Qrup “Ehtiyatlı olun, biz görürük” məşğələsi və “Dosta” məşğələsi vasitəsilə bu problemləri araşdıra və effektiv kampaniya aparmaq üçün bacarıqlarını inkişaf etdirə bilərlər.

Fəaliyyət üçün fikirlərGoto top

Sizin yerli qurumda səhiyyə məsələləri ilə bağlı fəaliyyəti kimin təşviq etdiyini və sizin necə töhfə verə biləcəyinizi öyrənməyə çalışın.

Əlavə məlumatGoto top

Bu məşğələ 2001-ci ildə Cənubi Afrika məhkəməsi qarşısında qaldırılmış məhkəmə işinin əsasında hazırlanmışdır. Cənubi Afrikanın Əczaçılıq İstehsalçıları Assosiasiyası Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandela və TAC da daxil olmaqla, digərlərini onların HİV dərmanları üzərindəki patentlərinə əhəmiyyət verməmək və QİÇS-dən əziyyət çəkən milyonlarla vətəndaşın müalicəsi üçün ucuz patentləşdirilməmiş dərmanların idxalı ilə bağlı günahlandıraraq məhkəməyə cəlb etmişdir.

Hakimlər müxtəlif maraqları və hər iki tərəfin hüquqlarını balanslaşdırmağa məcbur idilər. Bir tərəfdən, Əczaçılıq İstehsalçıları Assosiasiyası mülkiyyət, bərabərlik və ticarətin azad seçimi, işləmək və peşə hüququna iddia edir, digər tərəfdən isə, hökumət və TAC insan ləyaqəti və vətəndaşların həyatı ilə bağlı fundamental hüquqlara hörmət edilməsi, qorunması, təşviqi və yerinə yetirilməsinin dövlətin səlahiyyəti olduğunu iddia edirdi.

Məhkəmənin tarixi qərarında belə nəticəyə gəlindi ki, mülkiyyət hüququ insan ləyaqəti və həyatından daha az əhəmiyyətlidir və ona görə də, məhdudlaşdırılmalıdır. Nəticədə, dərman istehsalçıları məhkəmədə uduzdu. Bu məsələ “Yalnız bizim üçün burada, Cənubi Afrikada deyil, həmçinin sağlamlıq uğrunda mübarizə aparan digər inkişaf etməkdə olan ölkələrdəki insanlar üçün Davidin Goliat üzərindəki real qələbəsi” (QHT-lərin 2001-ci il 19 aprel tarixli birgə bəyanatı) kimi geniş şəkildə yayılmışdır. “Bu, kasıbların güclü çoxmillətli şirkətlər üzərində çox nadir və çox əhəmiyyətli qələbəsidir! Lakin indi bizim qarşımızda duran məsələ dərman istehsalçıları və hökumətlə birgə çalışaraq, dərmanlara ehtiyacı olan insanlara onları çatdırmaqdır (Oxfamdan Kevin Vatkinz). Time.com ünvanında məsələlərin qısa xülasəsi yer alır. Onu tapmaq üçün axtarış bölməsində “QİÇS Dərmanları Məhkəmə İşi Bizim Dərmanlarla Bağlı İdeyalarımızı Məhkəmə Qarşısına Qoyur” (“AIDS Drugs Case Puts Our Ideas About Medicine on Trial”) yazın.

Yardımlar və qloballaşma trendləri

HİV/QİÇS-lə mübarizə BMT-nin Minilliyin 8 İnkişaf Məqsədlərindən biridir.

Varlı ölkələrdə HİV/QİÇS-ə yoluxmuş insanlar dövlət tərəfindən pulsuz təmin edilən antiretrovirus preparatlarından istifadə etdiklərinə görə daha yaxşı yaşayır. Cənub ölkələrində HİV-ə yoluxmuş insanlar HİV dərmanlarını əldə edə bilmədikləri üçün daha çox əziyyət çəkir və ya daha tez vəfat edir. Orta hesabla, onların illik adam başına düşən sağlamlıq xərcləri 10 Amerika dollarından Şimal ölkələrində insanlara göstərilən üç dəfə daha artıq müalicə - illik 10000-15000 Amerika dollarına qədər dəyişir. Yoxsulluq, təhsilsizlik və sosial bərabərsizlik epidemiyanın yayılmasını daha da sürətləndirir, lakin problem hökumətlər, beynəlxalq qurumlar və əczaçılıq şirkətləri də daxil olmaqla, siyasi səviyyədən daha yüksəkdir. Effektiv olmaq üçün QİÇS-ə qarşı mübarizəyə beynəlxalq mexanizmlər və qurumlar cəlb olunmalıdır. Beynəlxalq Valyuta Fondu (İMF), Dünya Səhiyyə Təşkilatı (WTO), İntellektual Mülkiyyət hüquqlarının Ticarətlə Əlaqədar aspektləri (TRİPS), Ticarət və Xidmətlərlə bağlı Ümumi Müqavilə (GATS) və Dünya Səhiyyə Təşkilatının tribunal kimi fəaliyyət göstərən Münaqişələrin Həlli Qurumu bunlardan ən önəmliləridir.

Paylanmalı materiallarGoto top

PDFPDF

Məhkəmə rol kartları

Məhkəmə rol kartı: Pharma Inc.
Siz Pharma İnc. şirkətinin rəhbərliyindən ibarət qrupsunuz. Sizin şirkətiniz dünyanın aparıcı dərman istehsalçılarından biridir. Siz HİV və QİÇS dərmanlarının kommersiyalaşdırılması üzrə əsas hüquqları almısınız. Siz öz gəlirinizin həcmini saxlamalı və öz səhmdarlarınızı razı salmalısınız. Buna görə də, siz araşdırma xərcləri, istehsal xərcləri və işçi qüvvənizin maaşlarını nəzərə almaqla, şirkətinizin məhsullarının satış qiymətini müəyyənləşdirmək hüququnu qorumaq istəyirsiniz. Digər bir şirkətə sizin məhsullarınızı kopyalayıb daha aşağı qiymətə satmağa icazə vermək sizin gəlirinizi və şirkətinizin davamlılığını təhlükə altına alacaqdır. Bu səbəbdən, hər hansı bir Dövlətin sizin məhsullarınızın kopyalanıb ucuz qiymətə satılmasına icazə verməsinin qarşısını almaq və lazım olduğu təqdirdə, onları məhkəməyə vermək üçün aparıcı əczaçılıq şirkətləri ilə birlikdə qüvvələrinizi birləşdirmisiniz. Cənubi Afrika Hökumətinə qarşı hüquqi prosesi başlatmısınız.
Öz mövqeyinizi müdafiə etmək üçün arqumentlərinizi hazırlamalısınız. Məhkəmə zamanı onları təqdim etmək üçün sizə 5 dəqiqə vaxt veriləcəkdir.

Məhkəmə rol kartı: Cənubi Afrika Hökuməti
Siz Cənubi Afrika Hökumətinin yüksək səviyyəli rəsmilərisiniz. Hökumətiniz sizə qarşı hüquqi proses başladan əczaçılıq şirkətlərinin tələbnaməsinə cavab verməyə çalışır. Pharma İnc. şirkəti hər hansı bir ölkənin bu şirkətin məhsullarını kopyalayıb, daha ucuz qiymətə, yəni onların topdan satış qiymətlərindən daha ucuza satmasına icazə verməməyə çalışır. Prinsipcə, siz Pharma İnc. şirkətinin mövqeyi ilə razısınız.
Lakin TAC tərəfindən aparılan məşhur kampaniyalar xüsusilə HİV/QİÇS epidemiyası kontekstində dərmanların daha ucuz qiymətə olmasını təmin etməyin Dövlətin konstitusional öhdəliyi olduğunu iddia edir. Siz artan siyasi təzyiqə cavab vermisiniz və İndoneziya kimi ölkələrdən ucuz dərmanların (kopyaların) idxalına icazə verməyə başlamısınız.
Siz öz mövqeyinizi müdafiə etmək üçün arqumentlər hazırlamalısınız. Məhkəmə vatı onları təqdim etmək üçün sizə 5 dəqiqə vaxt veriləcək.

Məhkəmə rol kartı: Müalicə Hərəkatı Kampaniyası
Siz Cənubi Afrikadakı Müalicə Hərəkatı Kampaniyasını (TAC) təmsil edən aktivist qrupusunuz. Kampaniya Dövlətin, xüsusilə HİV/QİÇS epidemiyası məsələsində, ucuz dərmanların təmin edilməsi üzrə öhdəlik daşıdığını iddia edir. Hökumət buna cavab vermiş və daha ucuz dərmanların idxalına başlamışdır.
Siz, həmçinin HİV/QİÇS xəstəlikləri ilə mübarizə aparan insanlar və təşkilatların maddi təminatına görə də Dövlətin öhdəlik daşıdığını iddia edirsiniz.
Lakin Cənubi Afrika Hökuməti əczaçılıq şirkətləri tərəfindən onların məhsullarının kopyalanıb ucuz qiymətə satılmasının qarşısını almaq üçün məhkəmə qarşısına çıxarılmışdır. Bu səbəbdən, siz Dövlətin ucuz dərmanların təmin edilməsi rolunu müdafiə etmək üçün hökumət ilə qüvvələrinizi birləşdirmək qərarına gəlmisiniz.
Siz öz mövqeyinizi müdafiə etmək üçün arqumentlər hazırlamalısınız. Məhkəmə zamanı onları təqdim etmək üçün sizə 5 dəqiqə vaxt veriləcək.

Məhkəmə rol kartı: Hakimlər
Siz Cənubi Afrika Hökumətinə qarşı məhkəmə iddiası qaldırmış və hökumətin onların məhsullarını kopyalayıb daha ucuz qiymətə satmağının qarşısını almaq istəyən aparıcı əczaçılıq şirkətlərinin məhkəmə işinə sədrlik edən hakimlər qrupusunuz. Müalicə Hərəkatı Kampaniyasını (TAC) təmsil edən aktivistlər hökumətin mövqeyini müdafiə edir. Sizin rolunuz 3 tərəfi, öz növbəsində, mövqelərini nümayiş etdirməyə dəvət etməkdir. Bu təqdimatların sonunda siz hər hansı bir qərar çıxarmalı və ya müəyyən nəticəyə gəlməli deyilsiniz. Sizin işiniz məsələlərin aydınlaşdırlmasına yardım etmək və mübahisəli iddiaların dəstəyi məqsədilə arqumentlərin yekunlaşdırılmasıdır.
Məsələnin əsas məğzi mübahisəli iddiaları insan hüquqları baxımından həll etməkdir. Müdafiə tərəfi (hökumət və TAC) yaşamaq və ləyaqət hüquqularını və məhkəməyə verən tərəf (Pharma İnc.) isə mülkiyyət hüququnu iddia edir. Rəsmi məhkəmə bunu belə dəyərləndirir:
Yaşamaq və ləyaqət hüququ insan hüquqlarının ən vacibi və bütün digər fərdi hüquqların mənbəyidir. İnsan hüquqlarının tanınması üzərinə qurulmuş bir cəmiyyətə xidmət etməklə biz bu iki hüququ digər bütün hüquqlardan daha çox qiymətləndirməliyik. Bu Dövlət tərəfindən onun atdığı bütün addımlarda, həmçinin, cinayətkarların cəzalandırılması üsulunda belə özünü göstərməlidir”.
Müqayisədə
Mülkiyyət hüququ Cənubi Afrika Konstitusiyasının 25-ci Paraqrafı tərəfindən qorunur və belə deyilir: “Mülkiyyət 25 (1) Ümumi tətbiq edilən qanunun şərtlərindən başqa heç bir halda heç kəs mülkiyyətdən məhrum edilə bilməz və heç bir qanun qeyri-qanuni mülkiyyətdən məhrumetməni qəbul edə bilməz”.
Siz hər üç tərəf üçün suallar hazırlamalısınız. Suallarınızı ünvanlamaq və cavabları dinləmək üçün 10 dəqiqə vaxtınız olacaqdır.

Məhkəmə rol kartları: Jurnalistlər (Məcburi deyil – yuxarıda “variantlar” bölməsinə baxın)
Siz jurnalist qrupusunuz və məhkəməni işıqlandırmaq üzrə səlahiyyətlisiniz. Sizin tapşırığınız məhkəməyə məruzə etmək və bütün tərəflərin fikirlərini təqdim etməkdən ibarətdir. Siz müxtəlif qruplar – hakimlər, TAC, Cənubi Afrika Hökuməti və Pharma İnc. – tərəfindən təşkil olunan ayrı-ayrı görüşlərə girmək hüququna maliksiniz. Görüşlərdə iştirak edərkən siz yalnız müşahidəçi qismində ola bilərsiniz; narahatlıq yarada, müdaxilə edə və ya qrupların işinə töhfə verə bilməzsiniz. Lakin siz görüşlərin prosesinə mane olmadığı təqdirdə, fərdi müsahibələr təşkil edə bilərsiniz. Siz, həmçinin, şəkillər çəkə bilərsiniz və öz işinizi görmək üçün kompyuter, printer və İnternetlə təchiz olunacaqsınız.
Siz məhkəmənin sonunda öz işinizi təqdim edəcəksiniz. Formatı, məsələn, bloq, tvit, qəzet məqaləsi, radio və ya TV yayımı olmasını siz seçirsiniz. Məruzənizi təqdim etmək üçün sizə 10 dəqiqə vaxt veriləcək.

Kiçik qruplar üçün 2-ci hissə üzrə təlimatlar
Siz 4 nəfərdən ibarət qrupsunuz və hər biriniz 4 tərəfdən birini təmsil edirsiniz:
    Pharma Inc.
    Cənubi Afrika Hökuməti
    Müalicə Hərəkatı Kampaniyasını (TAC) təmsil edən aktivistlər
    Məhkəmə işi üzrə hakimlər.
Təlimatlar
   1. Hər bir şəxs növbə ilə özünü və təmsil etdiyi təşkilatı, yəni oynadıqları rolu təqdim etməlidir.
   2. Daha sonra, hər bir şəxs məhkəmənin sonunda vəziyyətlə bağlı öz hislərini ifadə etməlidir. Əgər onlar həll yolunun asanlıqla müəyyənləşdiriləcəyini düşünürsə, yaşıl kartı göstərməlidir, bunun çətin olacağını düşündükdə isə, qırmızı kartı göstərməlidir (Kartlardan istifadə etməkdə məqsəd hər kəsin konsensusun əldə olunması prosesinin necə getdiyi ilə bağlı daha məlumatlı olmasını təmin etməkdir).
  3. İndi isə sizin tapşırığınız 4 üzv arasında konsensusa əsaslanan qənaətbəxş qərar qəbul etməkdir. Siz mərhələlər üzrə müzakirə aparmalısınız. Hakim müzakirəyə sədrlik edir və öz mövqeyini ən sonda bildirir.
    Birinci mərhələ: mövqeyinizi bildirin.
    İkinci mərhələ: həll üçün öz fikirlərinizi bildirin.
    Üçüncü mərhələ: təklif olunmuş həll yolu üzrə danışıqlar aparın.
  4. Bir-birinizə diqqətlə qulaq asın. Hər bir fikrin sonunda siz qənaətbəxş həll yolunu əldə etmək üçün imkanlar barədə indi nə düşündüyünüzü bildirməkdən ötrü rəngli kartınızı qaldırmalısınız.
   5. Konsensus prosesinin sonunda plenar iclasda nəticələri təqdim etmək üçün bir nəfər seçin.