Təbiətdə nədənsə tutun və onun dünyanın qalanı ilə əlaqəli olduğunu görəcəksiniz!

Xülasə

Bu məşğələdə iştirakçılar qlobal ərzaq şəbəkəsindəki əlaqələr üzrə beyin fırtınası aparırlar. Onlar aşağıdakıları nəzərdən keçirirlər:
• Canlı və cansız təbiət arasındakı qarşılıqlı asılılıq
• Bütün növ insan fəaliyyətinin ətraf mühitə qaçılmaz təsiri və bunun nəticələri
• Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ  

Əlaqədar hüquqlar

• Öz (əhalinin) təbii sərvət və resursları ilə bağlı azad şəkildə sərəncam vermək hüququ
• Vicdan və din azadlığı
• Canlı və cansız təbiət arasındakı qarşılıqlı asılılıq barəsində öyrənmək

Məqsədlər

• Vicdan və din azadlığı
• Canlı və cansız təbiət arasındakı qarşılıqlı asılılıq barəsində öyrənmək

Materiallar

• Nazik ip və ya qalın yun yumağı

Key Date
  • 2 OktyabrTəbii Fəlakətin Azaldılması üzrə Beynəlxalq Gün

Təlimatlar

Bu məşğələ 3 hissədən ibarətdir: 1-ci hissə - həyat şəbəkəsini qurmaq; 2-ci hissə - onu dağıtmaq; 3-cü hissə - ətraf mühiti qorumaq üzrə tədbirlərlə bağlı beyin fırtınası.
1-ci hissə
1. İştirakçılardan dövrədə dayanmağı xahiş edin.
2. İştirakçılara həyat şəbəkəsi modelini hazırlayacaqlarını izah edin.
3. Başlayın. İp yumağını əlinizdə saxlayın və yaşıl bitki adı deyin, məsələn, kələm.
4. İpin ucundan tutun və topu dövrədəki kiməsə atın. Onlar topu tutmalıdırlar! İndi, ikiniz arasında ipdən ibarət düzxətt var.
5. Həmin şəxs kələm yeyən bir heyvan adı deməlidir, məsələn, tırtıl. Bundan sonra, ipdən tutub topu dövrədəki üçüncü şəxsə atmalıdır.
6. Üçüncü şəxs tırtıllarla qidalanan heyvan adı deməlidir, məsələn, quş və ya bildikləri quş növünün adını, məsələn, qaratoyuq. Bundan sonra, yumağı dördüncü şəxsə atmalıdır.
7. Oyunu davam edin və dövrə üzrə topu bir-birinizə atmaqla “həyat şəbəkəsi”ni təmsil edən çarpaz tor yaradın.

2-ci hissə
8. İndi isə, hər iştirakçıdan sıra ilə həyat şəbəkəsini zədələyən spesifik nümunə verməyi xahiş edin (məsələn, təsərrüfat sahəsində maşın yollarının salınması, həddən artıq çox balıq ovlanması və ya fosil yanacaqların yandırılması). Onlar nümunəni səsləndirdikdən sonra, ipi buraxmalıdırlar.
9. Hər kəs danışdıqdan sonra, iştirakçılardan döşəmədə lazımsız şəkildə qalan dolaşıq iplər yığınına baxmağı xahiş edin. Heç bir addım atmasaq, dünyamızın bu yığına çevriləcəyini, lakin bunun qarşısını almağın mümkün olduğunu deyin; indiki vəziyyətdə nəyisə xilas etmək üçün hər birimiz müəyyən sadə addımlar ata bilərik.

3-cü hissə
10. İştirakçıları növbə ilə dünyanı xilas etmək üçün sadə və praktiki addımlar atacaqları barədə söz verməyə dəvət edin. Məsələn, elektrik enerjisinə qənaət etmək üçün kompyuteri gözləmə rejiminə qoymaq yerinə söndürmək, daha az ət yemək və ya daha az uçmaq.
11. Hər bir iştirakçı vəd verdikdən sonra, döşəmədəki ipliyin təsadüfi bir hissəsindən tutub qaldırır.
12. Sonda, bir dəqiqəlik yeni şəbəkəyə baxın və onun əvvəlki ilə eyni olmadığını qeyd edin; əvvəlki şəbəkəni bərpa etmək üçün çox gecdir; tam sağalmaq mümkün deyil, çünki nəsli kəsilmiş növlərini geri qaytarmaq mümkünsüzdür.

Təhlil və qiymətləndirməGoto top

Şəbəkənin dağıldığını və yenisinin yaradıldığını gördükdə iştirakçıların özlərini necə hiss etdiyini soruşmaqla başlayın. Daha sonra, əhatə olunmuş məsələlər və ətraf mühiti qorumaq üçün atılmalı addımlar barəsində danışın.
• Şəbəkənin tədricən dağıldığını gördükdə özünüzü necə hiss etdiniz?
• Müxtəlif qida şəbəkələrində heyvanlar və bitkilərin adlarını sadalamaq asan idi? İnsanların təbiət tarixi barədə bilikləri nə dərəcədə yaxşı idi?
• Məsələn, qütb ayıları növbəti 10 il ərzində yoxa çıxsa, bu sizi narahat edər?
• Yeni şəbəkənin qurulduğunu gördükdə özünüzü necə hiss etdiniz? Ətraf mühitə təsirimizi azaltmaq üçün fərdi şəkildə görüləcək işlər barədə düşünmək asan idi?
• Fərdi görülən işlər nə qədər effektivdir?
• Ətraf mühiti qorumaq kimin məsuliyyətidir? BMT, hökumətlər, QHT-lər yoxsa fərdlərin?
• Təbiətin balansı olduqca mürəkkəbdir və hər hansı fəaliyyətin qlobal səviyyədə nəticələrini proqnozlaşdırmaq asan deyil. Bu halda, dünyanın resurslarını necə istifadə etməklə bağlı qərarları hansı üsulla qəbul edə bilərik?
• Resursu necə istifadə etmək barədə qərar hansı üsulla qəbul olunmalıdır? Məsələn, ərazidə məhsul yetişdirmək üçün oradakı meşə kəsilməlidir? Meşədən yaşayışını təmin
edən insanlar kənd təsərrüfatından gəlir götürən insanlara görə əziyyət çəkəcəklər. Bərabərlik prinsipi müzakirə mövzusudur.
• İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın 1-ci maddəsində bildirilir ki, “bütün insanlar, öz məqsədləri üçün, azad şəkildə təbii sərvət və resurslar üzərində sərəncam verə bilərlər”. Buna əsasən, insanlar ətraf mühitə zərər vurmaq hüququna malikdirlər?
• Biz ətraf mühitdən yemək üçün qida və nəfəs almaq üçün hava əldə edirik. Sağlam mühit olmadan biz yaşaya bilmərik. Bu, həyat üçün ilkin şərtdir. Buna görə də, bizim ətraf mühitdən istifadə hüquqlarımızı məhdudlaşdıran, ətraf mühitə hörmətə əsaslanan daha yüksək dərəcəli öhdəliyimiz var (bizim fərdlər olaraq hüquqlarımızı məhdudlaşdıran başqalarının hüquq və azadlıqlarına hörmət öhdəliyinə bənzər şəkildə)?
• Bizi iqlim dəyişikliyinin nəticələrindən qoruması üçün hər hansı insan hüququna ehtiyac var?

Fasilitator üçün məsləhətlərGoto top

Bu məşğələ üçün ən yaxşı qrup ölçüsü 10-15 nəfərdir. Əgər iştirakçıların sayı çoxdursa, məşğələni müxtəlif qruplarda aparın.

Hər qida zənciri həqiqi və ya mümkün əlaqələri əks etdirməlidir: məsələn, ot – qo-yun – insanlar; vəya plankton – balinalar; və ya plankton – siyənək balıqları – donuzlar (donuzlar adətən dəniz məhsulu ilə yemlənir) – insanlar – pələnglər! Yadda saxlayın ki, heyvan öldükdə, onun bədənindəki bakteriya parçalanır və buraxılan minerallar digər yaşıl bitkilər tərəfindən mənimsənilir. Beləliklə, həyat dövrü yenidən başlayır. Həyat şəbəkəsini formalaşdırmaq üçün milyardlarla və milyardlarla belə dövrlər bir-biri ilə əlaqələnir.

İştirakçıların mümkün qədər çox və fərqli qida zənciri barəsində düşünməsinə çalışın. Meşəlik ərazidə, meşədə, dağda, bataqlıq, gölməçə, çay və dənizdəki yaşayış məskənlərindən nümunələr gətirin. Siz, “indi isə, minerallar dənizə yuyulub aparılır və dəniz fitoplanktonu (bitki plankton) tərəfindən istifadə olunur” kimi nümunələr verməklə müdaxilə edə bilərsiniz. Yaxud, məsələn, dəniz ekosistemindən torpaqdakı ekosistemə keçmək üçün “indi isə, sahil krabını yemiş qağayı öldüyü ərazinin təmizlənməsi zamanı quruya daşındı”. Əgər oyunçu növbəti əlaqəni düşünə bilmirsə, qrupdakı digər şəxslərdən təkliflər istəyə bilər.

2-ci hissədə ilk iştirakçıların ipi buraxması böyük fərq yaratmayacaq, çünki sapların bir-biri ilə çarpazlaşması şəbəkəni bu və ya digər şəkildə qoruyub saxlayacaq. Buna baxma-yaraq, daha artıq iştirakçı ipi buraxdıqca, döşəmədə qalan lazımsız saplar yığını və onların ətrafında dayanan bir qrup çarəsiz insanla üz-üzə qalacaqsınız.

3-cü hissə təhlildə “şəbəkəni nə zədələyir?” sualına veriləcək mübahisəli cavablara hazır olun. Bəzi insanlar, məsələn, vegetariyanlar ət yeyən insanları günahlandıra bilər. Siz onların düşüncə tərzini nəzərə almalı və digər oyunçuların da fikrini soruşmalısınız. Bununla belə, bu mərhələdə böyük debata daxil olmayın; əvvəlcə, oyunu bitirin, daha sonra, təhlil və müzakirə mərhələsində bu məsələyə yenidən qayıdın.

Müzakirənin dərinliklərinə getməməyə və məşğələnin əsas məqsədi - ətraf mühit üzərində insan fəaliyyətinin təsiri mövzusunu diqqət mərkəzində saxlamağa çalışın.

Uğur hekayələrinin yaxşı nümunələrini göstərilən vebsaytdan tapa bilərsiniz - www.ecotippingpoints.org. Həmçinin, yerli məlumat mənbələrinə müraciət edin. Məsələn, Portuqaliyada Quercus assosiasiyası (www.quercus.pt) müntəzəm olaraq ictimai televiziyadan istifadə etməklə əhalini ətraf mühit məsələləri və bizim ətraf mühitə mənfi təsirimizi azaltmaq üzrə məsləhətlərlə təmin edir – “ətraf mühitə dost” şəkildə necə yaşaya bilərik. İnsan hüquqları və ətraf mühit arasındakı əlaqə barəsində suallar verməzdən əvvəl, www.coe.int/compass saytından 5-ci fəsildə Ətraf mühit üzrə verilmiş ümumi məlumatı oxuya bilərsiniz.

Bu məşğələni təbii elmlər təmayüllü siniflə etmək yaxşı olar.

VariantlarGoto top

2-ci hissədə iştirakçılardan həyat şəbəkəsini zədələyən təsirlərlə bağlı spesifik nümunələr verməyi xahiş edin, qayçı götürün və verilən hər nümunəyə görə ipin bir hissəsini kəsin. Tədricən, şəbəkə dağılacaq və sonda, ayaqlarınız altında lazımsız iplər yığını ola-caq. Dağılmış şəbəkə çox dəhşətli mənzərədir və qlobal vəziyyət öz-özlüyündə olduq-ca məyusedicidir, lakin iştirakçılar qarşıda duran tapşırıqla əlaqədar özlərini çarəsiz hiss etməməlidirlər. Buna görə də, ətraf mühitin qorunması ilə bağlı hazırda əldə olunan inkişafla əlaqədar müzakirə və ya qısa beyin fırtınası məşğələsinə vaxt ayırmağınız vacibdir.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Yerli və qlobal səviyyədə uğur hekayələri ilə bağlı beyin fırtınası aparın. Vəziyyət çıxılmaz deyil! Dünya üzrə gələcək nəsillər üçün dayanıqlı inkişafı təmin etməyə çalışan çoxsaylı insanlar var. Act International Alliance tərəfindən istehsal olunan “İqlim dəyişikliyini izləmək, dəyişiklik yaradan icmalar” bunun üçün mükəmməl resursdur.

Bu məşğələ insan hüquqları və ətraf mühit barədə debata başlamaq üçün giriş kimi istifadə oluna bilər. Məsələn, digər insan hüquqları ilə yanaşı, ətraf mühit üzrə insan hüququnun olması yaxşı olar? Ətraf mühitin instrumental dəyərindən daha artıq dəyəri var? Heyvanların hüquqları olmalıdır? (Daha ətraflı məlumat üçün)

Resurslardan dayanıqlı istifadənin inkişaf etdirilməsi üçün siyasi iradə, vaxt, səy və pul vəsaiti tələb olunur. Əgər ölkələr silahlanma və hərbiyə çox pul xərcləməsələr, onların ətraf mühit təhsili, elmi tədqiqat və ətraf mühitin praktiki qorunması ilə bağlı nə qədər çox tədbir görə biləcəyi barədə düşünün. Əgər qrup bu məsələləri araşdırmağa davam etmək istəyirsə, onlar “Bizim nə qədərə ehtiyacımız var?” məşğələsini edə bilərlər.

İqlim dəyişikliyi dünyanın hər yerində canlılara təsir edir. Daşqın, səhralaşma və dəniz səviyyəsinin yüksəlməsi kimi proseslərin kəskin təsirləri bir çox insanları öz hazırki yaşayış məkanlarından uzaqlaşmağa vadar edir. İqlim dəyişikliyi nəticəsində qaçqına çevrilmiş insan-larla bağlı bəzi məsələləri araşdırmaq istəyirsinizsə, “Üç əşya” məşğələsinə baxın.

Fəaliyyət üçün fikirlərGoto top

Yerli ətraf mühit layihələrində iştirak edin. Əlaqə saxlaya biləcəyiniz çoxlu QHT-lər var:

• Avropada Gənclər və Ətraf mühit (YEE). YEE Avropa üzrə təbiət və ətraf mühitin qorunması və tədqiqi üçün çalışan gənclərin qırxdan artıq regional və mill özünü
idarəetmə təşkilatlarını birləşdirən çərçivə təşkilatıdır. www.tigweb.org
• Avropada İqlim üzrə Fəaliyyət Şəbəkəsi (CAN-E). CAN-E Avropanın iqlim və enerji məsələləri üzrə çalışan aparıcı şəbəkəsi kimi tanınır. 25 Avropa ölkəsindən 127-dən artıq üzvü olan CAN-E Avropada təhlükəli iqlim dəyişikliyinin qarşısını almaq və dayanıqlı enerji və ətraf mühit siyasətini təbliğ etmək məqsədilə aparılan işi əhatə edir.
• Dünyanın Dostları www.foei.org
• WWF Şəbəkəsi insanlar və təbiətin, planetin onların payına düşən ədalətli hissəsi çərçivəsində, inkişafını təmin etmək məqsədilə dünyadakı hökumətlər, bizneslər və icmalarla işləyir www.wwf.org.

Karbon ayaq izinizi azaldın. www.cutco2.org saytında çoxlu praktiki məsləhətlər tapa bilərsiniz. Həmçinin, Facebook sosial şəbəkəsindəki Karbon Ayaq izini Azaltmaq üçün Həll Yolları Tapan Gənclər qrupu sizi həvəsləndirə bilər.

Ətraflı məlumatGoto top

Təbiətdə hər şey bir-biri ilə əlaqəlidir. Bütün canlı və cansızlar dövrlərlə bir-birinə bağlıdır, məsələn, karbon dövrü və ya su dövrü. Ərzaq zəncirləri bu dövrlərin bir hissəsidir. Ərzaq zənciri yaşıl bitki günəşdən gələn işıq enerjisini, torpaqdakı mineralları və suyu istifadə etməklə öz məhsulunu yetişdirdikdə və onun yaşaması və böyüməsi üçün enerjini təmin etdikdə başlayır. Yaşıl bitki, məsələn, kələm yeyildikdə onun yarpaqlarında saxlanmış minerallar və enerji tırtılın yaşaması və böyüməsi üçün ötürülür və istifadə olunur. Hər bir heyvan digəri tərəfindən yeyildikdə enerji və minerallar qida zənciri vasitəsilə ötürülür. Qida zəncirinin başında duran heyvan öldükdə onun bədəni bakteriya tərəfindən yeyilir və parçalanır. Bədəndəki minerallar yaşıl bitkilər tərəfindən mənimsənilir və yeni qida zənciri başlayır.