İnsanlar eyni yolla getmədən ümumi məqsədə çata bilərlər.

Amadu Hampate Ba

Xülasə

Bu məşğələ müzakirə və qərarverməni əhatə edir. Kiçik qruplarda çalışan iştirakçılar Minilliyin səkkiz İnkişaf Məqsədinin maliyyələşdirilməsi üçün qlobal hərbi büdcəni necə bölüşdürəcəkləri barəsində qərar verirlər.

Əlaqədar hüquqlar

• Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ
• İnkişaf hüququ
• Uyğun yaşayış şəraiti hüququ
• Sağlamlıq və təhsil hüquqları

Məqsədlər

• Minilliyin İnkişaf Məqsədləri haqqında biliyi genişləndirmək
• Problem həll etmək və tənqidi düşünmək bacarıqlarını inkişaf etdirmək
• Qlobal problemləri həll etmək üçün həmrəylik və istəyi aşılamaq

Materiallar

 

  • Kompas “pulu”
    • Flipçart və 2 müxtəlif rəngli qələm
    • Hər kiçik qrup üçün Minilliyin səkkiz İnkişaf Məqsədinin nüsxəsi
Hazırlıq
  • • Minilliyin İnkişaf Məqsədləri haqqında özünüzü məlumatlandırın: http://www.un.org/millenniumgoals
    • Kompas “pulu”nun aşağıdakı dəyərlər üzrə əskinazlar olmaqla surətini çıxardın (hər kiçik qrup üçün bir dəst). Asanlıqla paylamaq üçün pul dəstlərini zərflərə qoyun.
    8 x 100 Ems
    10 x 50 Ems
    20 x 10 Ems
    • Məqsəd vərəqlərinin surətini çıxardın və Minilliyin İnkişaf Məqsədlərinin şəkillərini kəsin. Kartları dəftərxana sancağı ilə dəstlərdə birləşdirin və ya asanlıqla paylamaq üçün zərflərə qoyun.
Key Date
  • 20 DekabrBeynəlxalq İnsan Həmrəyliyi Günü

Təlimatlar

1. Bu məşğələnin dünyanın hazırda üzləşdiyi ən ciddi sosial və iqtisadi problemlərin bəzilərini həll etmək üçün pulu haradan tapa biləcəyimiz haqqında olduğunu izah edin.
2. İştirakçılardan Minilliyin İnkişaf Məqsədləri (MDG-lər) haqqında nə bildiklərini soruşun. Onlar 8 məqsədi sadalaya bilərlər?
3. Materialın nüsxələrini paylayın və lazım gələrsə, hər məqsədə bir nümunə verməklə BMT-nin MİM öhdəlikləri barəsində qısa izahat verin.
4. İştirakçıları 5-6 nəfərlik qruplara ayırın və səhnə qurun: BMT-nin hər məqsədə nail olmaq üçün lazımi büdcəni nəzərdən keçirmək üçün mütəxəssisləri (“sizi!”) cəlb etmək
qərarına gəldiyini izah edin. Uzun və yaddaqalan müzakirələrdən sonra, BMT-nin maliyyə komitəsi bu məqsədlərə nail olmaq üçün illik toplam 1,500 Ems ayırmaq qərarına gəlmişdir. Kompas bank əskinazlarını paylayın.
5. 1 Em-in 1 milyard ABŞ dollarına bərabər olduğunu deyin. Belə ki, onlar ehtiyac olduğunu düşünürlərsə, 1,500 milyard ABŞ dollarına qədər xərcləyə bilərlər. Onlar bütün pulu xərcləməli deyillər; hər şəydən əvvəl, onların pula ehtiyac duyduğu digər BMT layihələri də var!
6. Qruplardan MİM-ləri müzakirə etməyi və hər biri üçün dünyanın nə qədər xərcləməli olduğunu təxmin etməyi xahiş edin. İştirakçılardan pulu 8 yerə ayırmağı və hər MİM
üçün xərclənəcək məbləği qeyd etməyi, eləcə də əllərində qalan məbləği göstərməyi xahiş edin.
7. İndi isə hər qrupdan hər MİM üçün ayırdıqları məbləği bildirməyi və müvafiq rəqəmləri flipçartda aydın şəkildə yazmağı xahiş edin. Bu mərhələdə heç bir müzakirə olmamalıdır; seçimlərin səbəbləri ümumi müzakirəyə saxlanmalıdır. Fasilitator üçün diqqəti fərqlərə və ayrılmış pulun məbləğinə çəkmək kifayət etməlidir.
8. Daha sonra, BMT tərəfindən hesablanmış həqiqi rəqəmləri təqdim edin. Onları flipçartda fərqli rəngdə qələmlə qeyd edin və qruplardan bank əskinazlarını uyğun şəkildə yenidən bölüşdürməyi, sonra isə hərbi büdcə üçün qalan məbləği hesablamağı xahiş edin.
• Kasıblıq 60
• Təhsil 30
• Qadınlar 3
• Uşaqlar 10
• Sağlamlıq 6
• QİÇS 18
• Ətraf mühit 21
• Qlobal tərəfdaşlıq 50
9. Bu mərhələdə hərbi büdcəni təqdim etməklə 8 MİM üçün nəzərdə tutulan xərclərlə onun müqayisəsini təmin edin. Oyunçulara, təsadüfən, 1,500 milyard ABŞ dollarının təqribən 2009-cu ildəki dünya hərbi büdcəsinə bərabər olduğunu bildirin.

Təhlil və qiymətləndirməGoto top

Məşğələnin necə keçdiyini müzakirə edin və iştirakçıların nə öyrəndiyi barəsində danışın.

• Qruplar necə işləyib? Prioritetlər və hesablamalar üzrə razılığa gəlmək asan idi? İstənilən fikir ayrılığının öhdəsindən necə gəliblər?
• Ən kiçik əskinazın dəyəri 10 Ems idi. Qruplar “qadınlara” 3 və “sağlamlığa” 6 ayırmaq probleminin öhdəsindən necə gəliblər?
• Əslində lazım olan məbləğ hesablamalardan çox yoxsa azdır? Bu, kimisə təəccübləndirib?
• Əgər MİM-lərə nail olmaq üçün lazım olan həqiqi məbləğ 200 milyard ABŞ dollarından aşağıdırsa, siz qalan 1,300 milyard ABŞ dollarını necə xərcləmək istəyərdiniz?
• İştirakçıların bu 8 məqsədə əlavə etmək istədiyi başqa məqsədlər var?
• Hər bir MİM-ə hansı ÜİHB maddəsi uyğun gəlir?
• Sizin fikrinizcə, MİM-lərdən hər hansı biri digərlərinə görə prioritetləşdirilməlidir? Əgər belədirsə, hansı? Prioritetlər barəsində necə qərara gəlirsiniz?

Fasilitator üçün məsləhətlərGoto top

Məşğələdəki rəqəmlər praktiki səbəblərdən yuvarlaqlaşdırıblar, lakin yenə də onlar həqiqi məbləğlərə olduqca yaxındırlar. Məsələn, 2009-cu ildə toplam hərbi büdcə 1,531 milyard ABŞ dolları olub.
Lazımi səviyyədə əsas bilik olmadan MİM-ləri prioritetləşdirmək və ya hesablamalar aparmaq çətin olar. İştirakçılardan malik olduqları biliklərdən istifadə etməyi, prioritetləri
öyrənməyi və mümkün olduğu qədər həqiqətə yaxın hesablamalar aparmağı xahiş edin. 7-ci addımda “qadın” və “sağlamlığa” müvafiq məbləğləri ayırmaq problemi iki yolla həll oluna bilər. Qruplar 3 + 9 – un təqribən 10-a bərabər olduğunu deyə və “qadınlar” və “sağlamlığı” bir yerdə təqdim edə bilərlər. Və ya qruplar, “bizim kifayət qədər pulumuz var, əliaçıq olaq və hər iki sahəyə 10 Ems verək!” deyə bilərlər.

Təhlildə siz mənzərənin əslində daha da təəccübləndirici olduğunu qeyd edə bilərsiniz! 1,500 milyard ABŞ dolları təkcə 2009-cu ildə dünya üzrə hərbi büdcənin məbləğidir. 208 milyard ABŞ dolları isə növbəti dörd il ərzində MİM-lər üçün xərclənəcək məbləğdir. Belə ki, 2009-cu ildə realda xərclənən məbləğin “qalığı” 6,792 milyard ABŞ dollarıdır.
Bəzi iştirakçılar MİM-lərə tənqidi yanaşa və onların hökumətlər tərəfindən öz “vicdanlarını təmizləmək” üçün istifadə olunduğunu və kifayət etmədiyini deyə bilərlər. Siz bildirə bilərsiniz ki, bu məşğələnin məqsədi MİM-ləri təbliğ etmək deyil, iştirakçıları onların mövcudluğu barəsində məlumatlandırmaq və onların BMT tərəfindən qəbul edilmiş məqsədlər olduğunu qeyd etməkdir.

VariantlarGoto top

Siz 4-cü addımda 1,500 ABŞ dollarının 2009-cu ildə dünya hərbi xərclərini təmsil etdiyini deyə bilərsiniz. Bu məlumat müzakirələrə yeni məsələni – hərbi xərclərin müsbət
və mənfi cəhətlərini əlavə edir. Siz məşğələnin hərbi və MİM büdcələri ilə bağlı danışıqları əhatə edən rol oyununa çevirə bilərsiniz. Qruplara hökumət nümayəndələri, kasıblıq, QİÇS, təhsil və digər sahələr üzrə çalışan QHT-lər, hərbi sənayenin nümayəndəsi, silah fabrikində çalışan işçilər, əsgərlər və digər əlaqədar maraq qruplarının təmsilçiləri rollarını verin. Hər rol üçün siz bəzi təlimatlar verməlisiniz, məsələn:

• Hökumətlər: Sizin prioritetiniz vətəndaşlarınızın həyat şəraitini yaxşılaşdırmaq, eyni zamanda, ölkənizin təhlükəsizliyini təmin etməkdir.
• QHT-lər: Sizin prioritetiniz hərbi xərcləri əhəmiyyətli dərəcədə azaltmaq və kasıb ölkələrin borc problemini həll etməkdir.
• Hərbi sənaye nümayəndəsi: Sizin prioritetiniz bazarları və pulu itirməməkdir, lakin danışıqlara razısınız.
• Hərbi sənaye işçilərinin həmkarlar ittifaqının rəsmisi: Sizin prioritetiniz sülh və əmin amanlıqda yaşamaqdır, lakin işinizi itirməkdən qorxursunuz.

Suggestions for follow-upGoto top

Dərmanlara çıxış”, miqrantlarla bağlı “Mən içəri girə bilərəm?” və ya “Var-dövlət və güc uğrunda mübarizə aparmaq” məşğələləri iştirakçıların kasıblıq və inkişafın olmamasının səbəb və nəticələri haqqında anlayışlarını tamamlamaq və dərinləşdirmək üçün istifadə oluna bilər.

Siz iştirakçılardan MİM-ləri araşdırmağı və ölkələrinin bu məqsədlərə çatmaq üçün nə etdiyini tapmağı xahiş edə bilərsiniz.

İştirakçılardan öz ölkələrinin (və ya bütövlükdə Avropanın) ÜMM-sini (ümummilli məhsul) və İİİ-sini (insan inkişaf indeksi) inkişaf etməkdə olan ölkə (və ya bütövlükdə Afrika) ilə müqayisə etməyi və tarixi və hazırki bərabərsizliyin səbəblərini araşdırmağı xahiş edin. Zəngin ölkələr digər yrlərdə inkişafın olmamasına görə məsuliyyət daşımalıdırlar?

Fəaliyyət üçün fikirlərGoto top

Ölkənizdə MİM-lər üzrə məsuliyyət daşıyan qurumlarla əlaqə saxlayın və aparılan kampaniyaya necə töhfə verə biləcəyinizi öyrənin.
Məktəb və ya digər fəaliyyətin hissəsi kimi, məşğələni sorğuya çevirin. 8 MİM-i sıralayın və düzgün cavabı tapmaq üçün üç variantdan birini seçməyi xahiş edin. Alternativ kimi, cədvəli həqiqi məlumatları daxil etməklə böyük poster şəklində hazırlayın və baş çəkənlərdən öz reaksiyaları ilə bağlı fikir bildirməyi xahiş edin.

Əlavə məlumatGoto top

Lazımlı məlumat

İnsan İnkişafı Hesabatları:
http://hdr.undp.org/en/

Stokholm Beynəlxalq Sülh
Tədqiqatı İnstitutu – SIPRI:  http://
www.sipri.org/

Üçüncü Dünya İnsitutu:
http://www.item.org.uy/eng/
index.php

MİM-lər barəsində əlavə
məlumat üçün  http://
www.un.org/millenniumgoals

Qeyd
MİM nişanları Braziliyadakı
MİM Kampanyası zamanı
hazırlanmışdır.

Minilliyin İnkişaf Məqsədləri (MİM-lər) 192 BMT üzv dövləti və ən azı 23 beynəlxalq təşkilat tərəfindən 2015-ci ilə qədər nail olunması razılaşdırılmış səkkiz beynəlxalq inkişaf məqsədidir.
Minilliyin İnkişaf Məqsədlərinin xülasəsi
1-ci məqsəd: İfrat kasıblığı və aclığı aradan qaldırmaq
• Günə 1 dollardan az məbləğə yaşayan insanların sayını yarıya endirmək
• Qadınlar, Kişilər və Gənclər arasında məşğulluğu artırmaq
• Aclıqdan əziyyət çəkən insanların sayını yarıya endirmək

2-ci məqsəd: Ümumi ibtidai təhsilə nail olmaq
• 2015-ci ilə qədər bütün uşaqlar, qızlar və oğlanlar ibtidai məktəbi tam şəkildə bitirə biləcəkdir

3-cü məqsəd: Qadınlara səlahiyyət vermək və gender bərabərliyini təmin etmək
• 2005-ci ilə qədər ibtidai və orta məktəb təhsilində, 2015-ci ilə qədər bütün səviyyələrdə gender bərabərsizliyini aradan qaldırmaq

4-cü məqsəd: Uşaq ölümü hallarını azaltmaq
• 1990 – 2015 – ci illər arasında beş yaşdan aşağı uşaqlar arasında ölüm sayını üçdə ikiyə qədər azaltmaq

5-ci məqsəd: Ana sağlamlığını inkişaf etdirmək
• Ana ölümü əmsalını 1990 – 2015 – ci illər arasında dörddə üçə qədər azaltmaq
• 2015-ci ilə qədər reproduktiv sağlamlığa universal çıxışa nail olmaq

6-cı məqsəd: QİÇS, malyariya və digər xəstəliklərlə mübarizə aparmaq
• 2015-ci ilə qədər QİÇS-in yayılmasını dayandırmaq və əks fəaliyyətə başlamaq
• 2010-cu ilə qədər ehtiyacı olan hər kəs üçün QİÇS müalicəsinə universal çıxışa nail olmaq
• 2015-ci ilə qədər malyariya və digər başlıca xəstəliklərin yayılmasını dayandırmaq vəonlara qarşı fəaliyyətə başlamaq

7-ci məqsəd: Ətraf mühitin davamlılığını təmin etmək
• Davamlı inkişaf prinsiplərini ölkə siyasəti və proqramlarına inteqrasiya etmək; ətraf mühit resurslarının itkisinin qarşısını almaq
• İtki əmsalında 2010-cu ilə qədər əhəmiyyətli azalmaya nail olmaqla, biomüxtəliflik itkisini azaltmaq
• 2015-ci ilə qədər təmiz içməli su və əsas sanitariyaya davamlı çıxışı olmayan insanların sayını yarıya endirmək
• 2020-ci ilə qədər ən azı 100 milyon xarabalıq sakininin həyatında əhəmiyyətli inkişafa nail olmaq

8-ci məqsəd: İnkişaf naminə qlobal tərəfdaşlığı inkişaf etdirmək
• Açıq, qaydalara uyğun, proqnozlaşdırılan, ayrı-seçkiliyə yol verilməyən ticarət və maliyyə sistemini daha da inkişaf etdirmək
• Ən az inkişaf etmiş ölkələrin xüsusi ehtiyaclarını qarşılamaq
• Dənizə çıxışı olmayan və kiçik adada yerləşən inkişaf etməkdə olan ölkələrin xüsusi ehtiyaclarını qarşılamaq
• Borcun uzaq perspektivdə davamlılığını təmin etmək üçün milli və beynəlxalq tədbirlər vasitəsilə inkişaf etməkdə olan ölkələrin borc problemini tam şəkildə həll etmək.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

 

  • İFRAT KASIBLIQ VƏ ACLIĞI ARADAN QALDIRMAQ
  • ÜMUMİ İBTİDAİ TƏHSİLƏ NAİL OLMAQ
  • GENDER BƏRABƏLİYİNİ TƏMİN ETMƏK VƏ QADINLARA SƏLAHİYYƏT VERMƏK
  • UŞAQ ÖLÜMÜ HALLARINI ARADAN QALDIRMAQ
  • ANA SAĞLAMLIĞINI İNKİŞAF ETDİRMƏK
  • QİÇS, MALYARİYA VƏ DİGƏR XƏSTƏLİKLƏRLƏ MÜBARİZƏ APARMAQ
  • ƏTRAF MÜHİT DAVAMLILIĞINI TƏMİN ETMƏK
  • İNKİŞAF NAMİNƏ QLOBAL TƏRƏFDAŞLIĞI İNKİŞAF ETDİRMƏK