Gəlin cins barəsində danışaq; sən və mən haqqında danışaq.

Xülasə

Bu məşğələ seksuallığa yanaşmaları araşdırmaq üçün “balıq qabı” metodundan istifadə edir.

Əlaqədar hüquqlar

• Bərabərlik hüququ
• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
• İfadə və birləşmə azadlığı

Məqsədlər

• Seksuallıq və cinsi kimliklə bağlı məsələlər və hüquqların başa düşülməsini genişləndirmək
• Cinsi seçimlərdə fərqliliklə bağlı fikir bildirmək üçün özünə inamı inkişaf etdirmək
• Fərqli olanlara qarşı dözümlülük və şəfqəti təbliğ etmək

Materiallar

• 3 stul
• 2 fasilitator (məsləhət görülür)
• İştirakçıların hərəkət edə bilməsi üçün məkan
• Lövhə və ya flipçart, markerlər
• Kiçik kağız parçaları və qələmlər
• Papaq

Hazırlıq

• Bir çox insanlar – xüsusilə gənclər! – üçün seksuallığın çox şəxsi və həssas məsələ olduğundan xəbərdar olun. Metodologiya və ya mövzunu - ya da hər ikisini - şəraitə uyğunlaşdırmağa hazır olun!

Key Date
  • 17 MayHomofobiya və Transfobiyaya qarşı Beynəlxalq Gün

Təlimatlar

1Başlıq Amerikan hip-hop triosu Salt-n-Pepanın (1991) məhşur mahnısından götürülüb.

1. Səhnə qurun. İzah edin ki, bir çox insanlar seksuallığı şəxsi məsələ kimi nəzərdən keçirsələr də, cinsi oriyentasiyaya görə ayrı-seçkiliyə məruz qalmamaq hüququ əsas insan hüququ kimi tanınır və əksər Avropa ölkələrində qanunla qorunur. Bu məşğələ seksuallığa aid yanaşmaları araşdırmağa imkan verir. Daha sonra, seksuallıqları haqqında açıq şəkildə danışan məhşur şəxslər barəsində beyin fırtınası ilə davam edin.
2. Kağız parçalarını və qələmləri iştirakçılara ötürüb onlardan homoseksuallıq və ya ümumilikdə seksuallıq haqqında suallarını yazmağı və kağızları papağa atmağı xahiş edin. Suallar anonim olmalıdır.
3. Bu məşğələnin məqsədinin seksuallıqla bağlı yanaşmaları araşdırmaq olduğunu izah edin. Hər kəs ənənəvi və ya qeyri-ənənəvi, mübahisəli və ya cəmiyyətdəki normalara
qarşı olan fikirlərini səsləndirməkdə sərbəstdir. İştirakçılar razılaşdıqları və ya razılaşmadıqları fikirləri ələ salınma və təhqir olunma qorxusu olmadan bildirə bilərlər.
4. Üç stulu qrupun qarşısında yarım-dövrə şəklində yerləşdirin. “Balıq qabı”ndakı üç nəfər spiker burada oturacaq. Qrupun qalanı müşahidəçilərdir.
5. “Balıq qabı”nda söhbət zamanı sizə qoşulacaq iki könüllünü dəvət etməklə başlayacağınızı izah edin. Digər iştirakçılardan kimsə daha sonra sizə qoşulmaq istəsə, bunu edə bilər, lakin qabda yalnız üç balıq üçün yer olduğundan spikerlərdən biri yerini ona verməli olacaq. Söhbətə qoşulmaq istəyən şəxs qabağa çıxıb nəzakətlə “spikerlər”dən birinin çiyninə vurmalıdır. İki iştirakçı yerini dəyişir və ilkin spiker müşahidəçiyə çevrilir.
6. Hər kəs qabağa çıxıb öz fikirlərini bildirməkdə sərbəstdir, lakin onlar özlərinə aid olmayan fikirləri də bildirə bilərlər. Bu yolla, mübahisəli, “siyasi cəhətdən düzgün olmayan”
və ya ağlasığmaz fikirlər səsləndirilə və mövzu bir çox müxtəlif perspektivlərdən dərindən müzakirə oluna bilər. Qrupdakı şəxslərə qarşı təhqiramiz və incidici rəylərə icazə verilmədiyini vurğulayın.
7. Könüllüdən papaqdakı suallardan birini götürüb müzakirəyə başlamağı xahiş edin. İştirakçılar mövzunu qurtarana və fikirlər təkrarlanana qədər müzakirənin davam etməsinə imkan verin.
8. Daha sonra, digər üç könüllüdən eyni qaydalar əsasında digər sualla bağlı müzakirəyə başlamağı xahiş edin.
9. Vaxt imkan verdiyi qədər çox sualı müzakirə edin. Nəhayət, təhlil və qiymətləndirməyə keçməmişdən əvvəl, iştirakçıların “balıq qabı”ndan çıxması üçün qısa fasilə verin. Əgər müzakirə qızğın və mübahisəli keçibsə, bu, olduqca əhəmiyyətlidir.

Təhlil və qiymətləndirməGoto top

İştirakçıların “balıq qabı”nın içində və ondan kənarda özlərini necə hiss etdiyini qısa şəkildə nəzərdən keçirməklə başlayın. Bundan sonra, səsləndirilmiş müxtəlif fikirlər
haqqında danışın və sonda, iştirakçıların məşğələdən nə öyrəndiyini müzakirə edin:
• İştirakçılardan kimsə ifadə olunmuş fikirlər qarşısında təccübləndi və ya sarsıldı? Hansı fikirlər qarşısında? Niyə?
• Sizin cəmiyyətinizdə insanlar seksuallıq haqqında nə qədər açıq danışırlar?
• Gənc kişi və qadınların müəyyən spesifik cinsi oriyentasiyanı seçməsi və rolları yerinə yetirməsi gözlənilir? Bunlar hansılardır?
• Bu gözləntilərə uyğun gəlməyən insanlarla (gənclərlə) necə rəftar olunur və onlara necə yanaşılır?
• Bəzi qruplar digərlərindən daha açıqdır? Niyə?
• Seksuallığımızın inkişafına hansı faktorlar təsir edir?
• İnsanlar seksuallıqla bağlı dəyərləri haradan əldə edirlər?
• İştirakçıların seksuallıqla bağlı yanaşmaları valideynlərinin və onların valideynlərinin yanaşmalarından fərqlənir? Əgər belədirsə, hansı cəhətdən fərqlənir? Niyə?
• Ölkənizdə qarşılıqlı şəkildə razılıq olduğu halda şəxslər arasında cinsi əlaqəni qadağan edən qanunlar var? Əgər varsa, həmin qanunlar nəyi qadağan edir? Niyə belə qanunlar var? Sizin fikrinizcə, onların olması məntiqidir?
• ÜİHB-in 16-cı maddəsində qeyd olunur: “Yetkinlik yaşına çatmış kişilər və qadınlar, irqi,milli və ya dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə qurmaq hüququna malikdirlər.” Niyə “cinsi oriyentasiya” bu siyahıda “irq, milliyyət və din” kateqoriyaları ilə birgə daxil edilməyib? Daxil edilməlidir?
• Bəzi ölkələrdə qanunlar və sosial təzyiq şəxsin hörmət və ləyaqət, seçdiyi insana aşiq olmaq və sərbəst şəkiIdə ailə qurmaq və s. hüquqlarına zidd olur. Bu ziddiyyətlər necə həll oluna bilər?

Fasilitator üçün məsləhətlərGoto top

İşlədiyiniz sosial kontekstdən xəbərdar olun və məşğələni ona uyğun şəkildə aparın. Məşğələnin məqsədi iştirakçıları öz seksuallığı və cəmiyyətdə mövcud normalar haqqında öyrənməyə təşviq etmək və onları başqalarının fikirlərinə hörmətlə yanaşaraq bu mövzuda fikirlərini özünə inamlı şəkildə bildirməyə cəsarətləndirməkdir. Məqsəd insanları bu və ya digər fikrə inandırmaq yaxud ümumi qərar qəbul etmək deyil.

Məşğələni aparmamışdan əvvəl, 5-ci fəsildəki Gender barəsində məlumatı oxumağınız məsləhət görülür. Hansı mövzuların ortaya çıxa biləcəyini düşünün.
Sizin fasilitator olaraq özünüz, ailəniz və digərləri üçün düzgün hesab etdiyiniz dəyərlərinizi və inamlarınızı əks etdirməyiniz vacibdir, çünki bu dəyərlər sizin etdiyiniz və dediyiniz, həmçinin, etmədiyiniz və demədiyiniz hər şeydə özünü göstərəcək. Sizin dəyərləriniz və qərəzinizi, eləcə də bu dəyərlərin mənşəyini başa düşməyiniz önəmlidir. Belə olduqda, iştirakçılar da öz dəyərlərinin mənşəyi barəsində fikir əldə edə biləcəklər. Seksuallıq haqqında açıq şəkildə danışan məhşur şəxslərlə bağlı beyin fırtınası aparmağın məqsədi iştirakçıları da bu məsələni müzakirə etməyə açıq olmağa cəsarətləndirməkdir. Bu, eyni zamanda müxtəlif anlayışları aydınlaşdırmaq üçün yaxşı imkandır. 5-ci fəsildəki məlumata baxın.

Məşğələdə ümumi şəraitin qurulmasında sizin rolunuz vacibdir. Başlamağın bir yolu iki fasilitatordan spiker kimi istifadə etməkdir. Bu yolla, siz söhbətin ortaq dost haqqında olduğunu, beləliklə, nəzəri debat deyil, “yerli” səviyyədə müzakirə olduğunu göstərəcəksiniz. Bu, həmçinin, insanların nə düşündüyü və yanaşmalarının necə olduğu barədə müzakirəni açmağa kömək edəcəkdir. Ümidvar olaq ki, müşahidəçilərdən biri tezliklə sizi əvəzləyəcək və müzakirəni iştirakçılar aparacaq.
Buna baxmayaraq, siz müşahidəçi kimi iştiraka davam etməlisiniz ki, lazım gəldikdə yenidən spiker ola biləsiniz. Bu, sizə müzakirəni nəzarət altında saxlayıb debat üçün yeni
məqamları açmağa və ya qaydaları pozan iştirakçını ehmallıca kənarlaşdırmağa imkan verəcək. Əgər istəsəniz, bir yanaşmanın yalnız bir dəfə səsləndirilə biləcəyi qaydasını təqdim edə bilərsiniz.
Bu mövzunun yalnız bir neçə aspektinin müzakirə olunmasının və əksəriyyətdə olan qərəzli fikirlərin təkrarlanmasının qarşısını alacaq. Əgər qrup böyükdürsə, bütün sualları müzakirə etmək üçün vaxt kifayət etməyə bilər.
Bəzi iştirakçılar suallarını səsləndirə bilmədiklərinə görə məyus ola və ya inciyə bilər. Bunun qarşısını almaq üçün sessiyanın sonunda bütün sualları divara yapışdıra bilərsiniz. Bu, iştirakçıları müzakirəni öz aralarında davam etməyə həvəsləndirəcəkdir.

VariantsGoto top

Bu metod başqa mövzuya, məsələn, irqçilik, təhsil və ya iqlim dəyişikliyinə uyğunlaşdırıla bilər.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Seksuallığın KİV-də necə təqdim olunduğuna baxa bilərsiniz. Qəzetlər, jurnallar və İnternetdən şəkillər toplayın, iştirakçılardan onlara başlıqlar və ya nitq qabarcıqları yazmağı xahiş edin; “Şəkillərlə oynamaq” məşğələsinin sonundakı “Şəkillərlə oynamağın başqa yolları” hissəsinə baxın.

Tezliklə köhnələcək” məşğələsində yanaşmalar, o cümlədən cinsi əlaqə ilə bağlı yanaşmaların zamanla necə dəyişdiyinə baxılır.

Hərəkətə keçmək

Ölkənizdə bu sahə üzrə fəaliyyət göstərən təşkilatla əlaqə saxlayın. Onların nümayəndələrindən bir nəfəri qrupla danışmaq üçün dəvət edin və ölkənizdə hansı bərabərlik və hüquq məsələlərinin ən vacib olduğunu müəyyən edin.

Ətraflı məlumatGoto top

İnsan seksuallığı həyatımızın ayrılmaz hissəsi və əsas ehtiyaclarımızdan biridir. Seksuallığımız bizim digərləri ilə münasibətlərimizdə aydın şəkildə görünən kimliyimizə və
davranış xüsusiyyətlərimizə – sosial, şəxsi, emosional, psixoloji – təsir edir. Seksuallığımız bizim cins və gender xarakteristikamız, eləcə də digər mürəkkəb təsirlər altında formalaşır və həyat boyu davam edən dinamik dəyişikliyə məruz qalır.

Cinsi fərqlilik və insan hüquqları
İlk baxışdan bu iki məsələ əlaqəsiz kimi görünə bilər. Onlardan birincisinin şəxsi və fərdi seçim olduğu, digərinin isə vətəndaşlıqla bağlı olan hüquqi və siyasi strukturların ictimai domeninə aid olduğu iddia edilə bilər. Yenə də, hazırki tarixi, antropoloji və sosioloji araşdırmalar cinsi kimliyin və cinsi istəyi ifadə etmək formalarının müxtəlif dövrlərdə və mədəniyyətlərdə sosial nizamın qorunub saxlanmasında potensial olaraq pozucu rol oynaya biləcəyini nümayiş etdirir. Bəzi kontekstlərdə, eyni və ya anlaşılmaz cinsi istəklər ənənəvi və ya dini inamlarla toqquşur yaxud ziddiyyətdə olur, digərlərində onlar psixoloji xəstəlik kimi qəbul edilir. İnsan hüquqlarının bərabər əsasda təmin olunmasının qarşısını almağa çalışan sosial və dini hökmranlığın olduğu iddia edilə bilər. İnstitutlaşdırılmış yanaşmaya görə, heteroseksuallıq cinsi istəyin ifadə olunmasının “təbii” və “normal” formasıdır, eləcə də mənəvi cəhətdən qəbul olunur, cinsi istəyin digər ifadə formaları “təbii deyil” və mənəvi cəhətdən qəbul oluna bilməz.

Note: Adapted from the The Gay and Lesbian Human Rights Commission website, www.iglhrc.org