Mən, həqiqətən, çox istərdim ki, bunun barəsində kiminləsə danışa bilim.

Xülasə

Bu, aşağıdakı mövzuları əhatə edən məşğələdir:
• İnsanlar arasında zorakılıq
• Təhqiramiz davranış

Əlaqədar hüquqlar

•    Alçaldıcı münasibətdən azad olmaq
•    Ləyaqət hüququ
•    Fiziki və ya əqli zorakılığın bütün formalarından azad olmaq

Məqsədlər

•    Təhqiramiz davranışın səbəbləri və nəticələri haqqında biliyin və anlamanın inkişaf etdirilməsi
•    Problemlərlə üzləşmək bacarıqlarının inkişaf etdirilməsi
•    Təhqiramiz davranış qurbanları ilə empatiyanın qurulması

Materiallar

•    Rol oyunu həyata keçiriləcək səhnələrin nüsxələri (hər bir qrup üçün bir səhnə)
•    “Real hekayələr” vərəqinin bir nüsxəsi
•    Rol oyunlarını göstərmək üçün yer

Key Date
  • 4 İyunAqressiyaya məruz qalmış Günahsız Uşaqların Günü

Təlimatlar

1. Məşğələni təqdim edin. İştirakçıların təhqiramiz davranış mövzusunda kiçik rol oyunları həyata keçirmək üçün kiçik qruplarda işləyəcəklərini izah edin.
2. Hər kəsin təhqiramiz davranışın nə olduğu barədə ümumi fikirdə olması, onun ala bildiyi müxtəlif formalar barədə xəbərdar olması və təhqiramiz davranışın məktəbdə, kollecdə, klubda, təşkilatda və ya iş yerində baş verə biləcəyi barədə məlumatlı olmasından əmin olmaq məqsədilə “Təhqiramiz davranış nədir?” mövzusunda qısa beyin fırtınası sessiyası həyata keçirin.
3. İştirakçıları üç alt qrupa ayırın və səhnələrdən hər birini bir qrupa tapşırın. Onlara öz rollarını məşq etmək və hazırlamaq üçün 15 dəqiqə vaxt verin.
4. Onlar hazır olduqda, hər bir qrupdan növbə ilə öz səhnəsini təqdim etməyi xahiş edin.
5. Bütün qruplar öz səhnələrini nümayiş etdirməyənə qədər heç bir şərh verməyin, daha sonra, müzakirə üçün plenar iclasda bir araya gəlin.

Təhlil və qiymətləndirməGoto top

Rol oyunlarını nəzərdən keçirməklə başlayın.
•    Öz səhnələrini inkişaf etdirmək üçün qruplar materialları haradan əldə etdi? Bu, təhqiramiz davranışla bağlı hekayələr və ya filmlərdən idi yaxud öz təcrübələrinə əsaslanırdı?
•    Səhnələr realistik idi?
•    1-cü səhnədə insanların vurğuladığı hansı məqamlar konstruktiv idi və vəziyyətin yaxşılaşdırılmasına kömək etdi, hansı məqamlar isə vəziyyəti daha da çətinləşdirdi?
•    2-ci səhnə ilə əlaqədar, təhqiramiz davranışa malik bir dostunuzla səmimi danışmaq nə dərəcədə asan idi? Ümumilikdə, hansı üsullar müsbət təsir, hansı taktikalar isə mənfi təsir göstərməyə meyillidir?
•    3-cü səhnə ilə əlaqədar, təhqiramiz davranışa məruz qalmış dostunuzla səmimi söhbət aparmaq nə dərəcədə asan idi? Buna məruz qalmış insanın qəbul edə biləcəyi həll yollarını tapmaq üçün ən yaxşı üsullar hansılardır?
    
İndi isə “real hekayələri” könüllü şəkildə oxumaq üçün 3 iştirakçıya müraciət edin. Məsələlər barədə ümumi şərh vermələrini xahiş edin, daha sonra isə təhqiramiz davranışın səbəbləri, necə həll oluna biləcəyi və hansı hüquqların bununla əlaqəli olduğu barədə müzakirə edin.
•    Təhqiramiz davranışa məruz qalmaq, sizcə, necə hisdir?
•    Təhqiramiz davranışa məruz qalan insan buna görə məsuliyyət daşıyır?
•    Təhqiramiz davranış göstərən insanlar bunu nəyə görə edir? Məsələn, onlar digər insanlarla pis davranmaqla nəyisə sübut etməyə çalışırlar?
•    Təhqiramiz davranış da zorakılığın bir növüdür?
•    Təhqiramiz davranış güclə bağlıdır?
•    Təhqiramiz davranış qaçınılmazdır?
•    Siz təhqiramiz davranışa məruz qalan insanla dost olduğunuz təqdirdə, dostunuz sizə etibar edərək bunun barəsində danışsa belə, səlahiyyətli orqanı yenə də, bununla bağlı, məlumatlandırarsınız?
•    Təhqiramiz davranışa məruz qalmış insanlar haqqında ən çox yayılmış qərəzli fikirlər nədir?
•    Təhqiramiz davranış probleminə nəzarət üçün kim məsuldur?
•    Siz təhqiramiz davranışa məruz qalmış insan olsaydınız, nə edərdiniz?
•    Təhqiramiz davranış göstərən insanla bağlı nə etmək olar? Onlar təhqiramiz davranışı dayandırmağı necə bacara bilər? Onlar cəzalandırılmalıdırlar?
•    Müxtəlif tematik hekayələrdə hansı insan hüquqları təhlükə altına alınır?

Fasilitator üçün məsləhətlərGoto top

Təhqiramiz davranış birbaşa və ya dolayı yolla ola bilər. Birbaşa təhqiramiz davranışa adla çağırmaq, sataşmaq, kimisə itələmək və ya özünə doğru çəkmək, vurmaq və ya hü-cum etmək, çanta və ya başqa əşyalarını götürmək və ətrafa tullamaq, kiminsə pullarını və ya digər sahib olduğu şeyləri əlindən almaq və ya dini, rəngi, fiziki qüsuru və ya hər hansı vərdişinə görə kimisə təhdid etmək və ya hücum etmək daxildir. Dolayı yolla göstərilən təhqiramiz davranış isə bir kəsi sosial cəhətdən təcrid etmək məqsədilə onun haqqında şayiə yaymaq davranışıdır. Bu cür davranış adətən xüsusi bir qurban və ya qurbanlara qarşı bir və ya bir neçə şəxs tərəfindən göstərilir. Həm birbaşa, həm də dolayı təhqiramiz davranış zamanı əsas komponent sistematik olaraq vaxtaşırı baş verən və davamlı olan təcavüz və sui-istifadə halı yaradan fiziki və ya psixoloji hədə-qorxudur.

Siz bir köməkçi qrupla və ya klubda, kollecdə və ya iş yerində çalışırsınızsa, sizin xüsu-si vəziyyətinizə uyğun səhnələri seçmək istəyə bilərsiniz. Qrupunuzdakı gənclər və şəxsi təhqiramiz davranış təcrübələri barədə məlumatlı olun. Qrupları formalaşdırın və buna uyğun olaraq, səhnələri paylaşdırın.

VariantlarGoto top

Rol oyununun əvəzinə, üç qrup hər bir səhnəni təhlil edə və problemi necə həll edəcəklərini izah edə bilər.

Siz bir səhnə üzərində fikirlərinizi cəmləməyi seçə və hər bir qrupa üzərində işləmək üçün eyni ssenari təqdim edə bilərsiniz. Belə ki, hər bir qrup hekayə ilə bağlı öz versiyalarını müxtəlif mümkün həll yolları və alternativlərlə birgə təqdim edəcəkdir. Bunun müsbət cəhəti ondan ibarətdir ki, siz məsələlərlə bağlı geniş anlayışa malik olacaq və problemlə bağlı daha çox həll yolları təqdim edə biləcəksiniz.

Əgər sizin vaxtınız azdırsa və ya rol oyunu üçün kifayət qədər yerə malik deyilsinizsə, kiçik qruplarda müzakirə üçün tapşırıq olaraq real hekayələrdən istifadə edə bilərsiniz. İnsanlardan vəziyyətlər ilə bağlı düşünməyi və mümkün konkret həll yolları və alternativləri təklif etməyi və təhqiramiz davranışa məruz qalan insan olduqları halda, nə edəcəkləri barədə düşünməyi xahiş edin.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Yerli səviyyədə münaqişəyə vasitəçilik üzrə tədrisçilər (gənc könüllülər) yetişdirən təlimlər keçirən hər hansı bir proqramın mövcudluğu barədə araşdırma aparın. Natiqdən gəlib qrup qarşısında çıxış etməyi xahiş edin və sizin məktəbinizdə, kollec və ya klubunuzda vasitəçilər sisteminin yaradılmasının mümkünlüyü barədə düşünün.

Əgər siz yaxşı qarşılıqlı təhsil təcrübəsi nümunələri ilə maraqlanırsınızsa, Dominonun 5.1 Bölməsində “Almaniyanın Offenbax şəhərində sülhməramlı layihə, məktəblərdə qarşılıqlı təhsil nümunəsi”nə nəzər salın.

Əgər siz internet üzərindən təhqiramiz davranışla bağlı məlumat əldə etmək istəyirsinizsə, “Mənim həyatım tamaşa deyil” məşğələsinə nəzər salın. Alternativ olaraq, qrup öz məktəbi və ya təşkilatı üçün təhqiramiz davranışa qarşı bir siyasət formalaşdırmaq istəyə bilər. “İrqçiliyə cavab vermək” məşğələsində irqçilik əleyhinə siyasətin necə hazırlanması barədə izah olunan metod, həmçinin, təhqiramiz davranışa qarşı siyasətin formalaşdırılması üçün də uyğundur.

Dominonun 4-cü bölməsindəki “Gənclər tərəfindən danışılan hekayələr”də siz Gaborun yəhudi olduğu üçün məktəbdə necə təhqiramiz davranışa məruz qalması barədə hekayəsini oxuya bilərsiniz. Siz bu hekayədən antisemitizm barədə müzakirə başlatmaq və ya “Siz bu vəziyyətdə nə edərdiniz?” sualını vermək üçün istifadə edə bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Ölkənizdə təhqiramiz davranış məsələsi ilə məşğul olan qrup və ya assosiasiyanı tapın və özdəstəyinizi təklif edin.
Əgər sizin xüsusilə kreativ bir qrupunuz varsa, onların özlərinin öz səhnələrinin ssenarisini hazırlamasını və digərlərinə nümayiş etdirməsini təklif edin.
Qrupun üzvləri, həmçinin, öz məktəbləri və ya icmalarında təhqiramiz davranış mövzusu ilə bağlı debatlar təşkil edə və ya apara bilərlər.
Digər dostlarla birgə öz məktəb və ya icmanızda təhqiramiz davranışa məruz qalmış gənclərə kömək etmək üçün dəstək qrupu yaradın.

Əlavə məlumatGoto top

Təhqiramiz davranan şəxslər bəzən digər insanın necə pis hiss etmələrinə səbəb olduqlarını anlamırlar. Bəlkə də, onlar sadəcə bir insana sataşdıqlarını və ya ağılsız zarafatlar etdiklərini və bunun sadəcə “yaxşı gülüş!” olduğunu düşünürlər. Bu, o formada başlaya bilər, lakin bir neçə gün və ya həftədən sonra onların zarafat etdikləri insanı məyus etməyə başlayır. Bəzən təhqiramiz davranış göstərən insanlar insanlara sataşmağın onların səviyyəli görünmələrinə səbəb olduğunu düşünürlər. Onlar kiməsə paxıllıq edə bilər. Bəlkə də, onlar həmişə diqqət cəlb etməyə öyrəşmişdir və kimsə onlardan daha çox diqqətə səbəb olduqda bu, onların xoşuna gəlmir və onlar bu insanı incitmək istəyirlər. Adətən təhqiramiz davranan insanların sosial bacarıqları olmur və yaxşı dost ola bilmir. Təhqiramiz davrananların ailələrində problemləri ola bilər; insanlar öz evlərində zorakılıq və ya insanların bir-birilərinə qarşı çox pis rəftar etdiklərini gördükdə, gördüklərini digərlərinə tətbiq etməyə başlayırlar. Fiziki cəza da təhqiramiz davranışa səbəb ola bilər, çünki bu, uşaqlara zorakılığın münaqişənin həll olunması üçün və ya insanlara istədikləri bir şeyi etdirmək üçün qəbul edilən və uyğun strategiya olduğunu öyrədir. Avropa Şurasının fiziki xəsər yetərmənin dayandırılması üçün kampaniyası barədə burada oxuya bilərsiniz: www.coe.int “Uşaqlara qarşı fiziki cəzanın aradan qaldırılması, suallar və cavablar”.

BTəhqiramiz davranan insanların köməyə ehtiyacı var; onlar nəyə görə təhqiramiz davrandıqlarının səbəbini anlamalı və öz davranışlarını necə dəyişdirməyi, xüsusilə öz hislərini digər insanları incitməyəcək şəkildə dəyişməyi və istədikləri şeyi əldə etmək üçün necə israrlı olmağı öyrənməlidirlər. Onları təhqiramiz davranışdan uzaq tutacaq yeni maraq dairələri kəşf edəcəkləri və öz istedadlarını göstərə biləcəkləri praktiki fəaliyyətə cəlb olun-maq özlərinə güvən hissini inkişaf etdirmələri və özləri barəsində digərlərini incitməyən yaxşı insan kimi düşünə bilmələri üçün onlara kömək edəcəkdir. Daha ətraflı məlumat əldə etmək üçün www.bullying.co.uk , www.bullying.org, www.bullyonline.org ünvanlarına daxil olun və ya axtarış motorunuzda “təhqiramiz davranış” (bullying) axtarışa verin.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Rol oyunları üçün səhnələr

Səhnə 1
Tələbə səlahiyyətli orqanda işləyən şəxslərə müraciət edir və bir sinif yoldaşının təhqiramiz davranışa məruz qalmasını izah etməyə çalışır. Baş müəllim avtoritardır və ənənəvi düşüncəyə malikdir. O, standartların dəyişdiyini düşünür və bu günlərdə gənclərin standart davranışı barədə çox az məlumata sahibdir. Sinif müəllimi vəziyyətə görə məsuliyyəti öz üzərinə götürmək istəmir. Digər müəllimlər problemi lazımınca qiymətləndirmir və təhqiramiz davranan insanın davranışını olduğu kimi qiymətləndirmir. Yerli hakimiyyət orqanının dəstək xidmətinin nümayəndəsi məsələ ilə bağlı narahatdır, lakin hal-hazırda çox iş yükünə sahib olduğu üçün məsələyə qarışa bilmir.

Səhnə 2
Bir qrup tələbə gənc tələbəyə qarşı təhqiramiz davranan dostları ilə danışmağa çalışır.

Səhnə 3
Müxtəlif tələbələr yaşca daha böyük tələbə qrupu tərəfindən təhqiramiz davranışa məruz qalmış bir dostları barədə danışmaq üçün bir araya toplaşır. Onlar öz dostlarına yardım etmək və ona kömək etmək üçün bütün mümkün həll yollarını təhlil etmək istəyir.

Real hekayələr

Hekayə 1
“Mənim 12 yaşım var və mən məktəbə getməyə nifrət edirəm, çünki heç kəs məni sevmir. Bir qrup uşaqlar imkan tapdıqca məni müxtəlif adlarla çağırır. Onlar mənim eybəcər və gom-bul olduğumu və valideynlərimin məndən utanmalı olduqlarını deyir. Ən yaxın dostum artıq mənimlə danışmır və o, indi hətta həmin qrupdakı uşaqların bəziləri ilə dostluq edir. Mən ona nifrət edirəm. Mən özümü çox yalnız hiss edirəm və onların mənim valideynlərim barədə dediklərinin doğru olduğundan qorxuram”.
Rozanna

Hekayə 2
“Mən bu il yeni kollecdə dərslərə başladım və ilk gündən qızların bəzilərinin mənə gülərək baxdığını hiss etdim. Daha sonra, mən oğlanlar arasında məşhur olduğumdan onların mənə paxıllıq etdiyini anladım. İndi mən öz şkafımın qapısında məni təhdid edən yazılarla qarşılaşıram. Mən həmçinin evə təhqiredici zəngləri alıram. Onlar hətta bir neçə dəfə mənim kitablarımı oğurlayıblar. Ötən həftə mən ayaqyoluna getdikdə üç qız mənim arx-amca gəldi, mənə qışqırdı və bıçaqla məni təhdid edərək, başqa bir məktəbə getməli olduğumu dedilər və məni fahişə adlandırdılar. Mən artıq buna dözə bilmirəm. Mən qorx-uram və qəzəbliyəm. Mən məktəbin direk-toru ilə danışmağa çalışdım, lakin o, mənim problemimə qulaq asmadı. Mən nə edəcəyimi bilmirəm”.
Lizbet

Hekayə 3
“Mənim ən yaxın dostum digər şagirdlərin onu məktəbdə narahat etdiklərini dedi. Mən ona yardım etmək istədiyim üçün gedib on-larla danışmağa qərar verdim, lakin bundan sonra onlar eyni şeyi mənə də etməyə başladılar. İndi biz hər ikimiz təhqiramiz davranışa məruz qalırıq: onlar bizimlə əylənir, ədəbsiz zarafat-lar edir və bizi döyməklə təhdid edirlər. Hər ikimiz susmağa qərar verdik, çünki kiməsə deyəcəyimiz halda, vəziyyətin daha da pisləşəcəyindən qorxuruq”.
Andrey