Hər kəsin irqçi zülm və insidentlərə diqqət yetirmək və onların qarşısını almaq öhdəliyi vardır

Xülasə

Bu məşğələdə iştirakçılar aşağıdakı önəmli məsələləri araşdırmaq üçün rol oynayacaqlar:
• İrqçilik, stereotiplər və mədəni fərqlər
• Bəzi irqçilik və qərəz formalarının, xüsusilə roma insanlarına qarşı, daha çox yayılması
• Məktəb və ya digər təhsil müəssisəsində irqçiliklə necə mübarizə aparılması

Əlaqədar hüquqlar

• Ləyaqət və hüquqlarda bərabərlik
• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
• Düşüncə, vicdan və din azadlığı

Məqsədləri

• Mədəni fərqlər və institusional irqçilik barəsində anlayışı dərinləşdirmək
• Demokratik iştirak, ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək
• Məsuliyyət, ədalət və həmrəyliyi təbliğ etmək

Materiallar

• Böyük ölçüdə vərəqlər və ya flipçart vərəqi və markerlər
• Rol oyununu təqdim etmək üçün 4 könüllü
• Rol kartları
• Əsas insident kartı
• Fasilitator üçün təlimatlar
• İrqçi insidentlər üzrə məktəb siyasəti və təlimatlarının nüsxələri;iki iştirakçı üçün biri kifayətdir
• “Nəzərdən keçirilməli bəzi praktiki məqamlar” materialının nüsxələri, və ya əsas məsələləri böyük vərəqdə qeyd edin
• Kağız və qələmlər

Hazırlıq

• Əsas insidenti nəzərdən keçirin və lazım olarsa, onu öz şəraitinizə uyğunlaşdırın.
• Dörd nəfər könüllü seçin və onlardan qrupun qalanına nümayiş etdirmək üçün əsas insident ilə bağlı çox qısa səhnəcik qurmağı xahiş edin.
• Əsas insident səhnəsi kartının 5 ədəd surətini çıxardın (rolları ifa edənlərin hərəsi üçün bir ədəd və fasilitator üçün bir ədəd olmaqla).
• Fasilitator üçün təlimatların surətini çıxardın.

compass-key-date
  • 21 Martİrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üçün Beynəlxalq Gün (İrqçilik əleyhinə Gün)

Instructions

Bu məşğələ iki hissədən ibarətdir: 1-ci hissədə bizim irqçilikdən nə başa düşdüyümüzə baxılır; 2-ci hissədə məktəbiniz, klubunuz və ya təşkilatınızda irqçi insidentlərlə mübarizə aparmaq üçün siyasət hazırlanır.

1-ci hissə. Baxış: irqçilik anlayışından nə başa düşürük?
1. Məşğələyə “irqçilik”lə bağlı beyin fırtınası aparmaqla başlayın.
2. İrqçi insidentlər və mümkün mədəniyyətlərarası anlaşılmazlıqlar hər gün baş verir. İştirakçıların hansı gündəlik davranış və insidentləri irqçi hesab etdiyi ilə bağlı beyin
fırtınası ilə davam edin.
3. Dörd könüllüdən rolları oynamağı xahiş edin. Onlara rol kartlarını və əsas insidentin nüsxəsini verin və hazırlaşmaları üçün 15 dəqiqə vaxt ayırın.
4. Digərlərinin müşahidəçi olduğunu izah edin. Kağız və qələmləri paylayıb üç kiçik səhnəciyə baxacaqlarını deyin. Səhnəciklər arasında müşahidəçilərin öz rəylərini əsas
sözlərlə yaza bilməsi üçün qısa fasilələr olacaqdır.
5. Könüllülərdən rolları oynamağı xahiş edin.
6. Sonda, iştirakçıların rəylərinin qısa təhlilini keçirin:
a. Birinci fasilədə müşahidəçilər nə yazıblar? Onların bu nəticələrə gəlməsinə nə səbəb olub?
b. İkinci fasilədə müşahidəçilər nə yazıblar? Onların bu nəticələrə gəlməsinə nə səbəb olub?
c. Sonda, iştirakçılar nəyi başa düşüblər? Onların mülahizələri nələr olub?
7. İştirakçıların fikrincə, müəllimlər, Gyulanın atası və direktorun ədalətli nəticə üçün nə etməli olduğunu müzakirə edin.

2-ci hissə. İrqçi insidentlərin qarşısını almaq üçün siyasət hazırlamaq
1. Məşğələnin bu hissəsində məqsədin irqçi insidentlərlə mübarizə aparmaq üçün təlimatlar hazırlamaq və məktəb üçün siyasət formalaşdırmaq olduğunu izah edin.
2. Məktəbdəki müxtəlif insan qruplarının, məsələn, şagirdlər/tələbələr, müəllimlər, direktor, xadimələr, kitabxanaçılar, məktəb avtobusu sürücüləri, nəzarət heyəti (oyun meydançası nəzarətçiləri) beyin fırtınası sessiyasını təşkil edin.
3. Bundan sonra, iştirakçılardan dörd – beş nəfərlik kiçik qruplara ayrılıb irqçi insidentlərin qarşısını almaq üçün məktəbin müxtəlif üzvlərinin öhdəlik və məsuliyyətlərini nəzərdən keçirməyi xahiş edin. Qruplara müzakirə üçün 30 dəqiqə vaxt verin və flipçartda əsas məqamlar üzrə hesabat hazırlayın.
4. İştirakçıları ümumi sessiyaya toplayıb işləri barəsində hesabat verməyi xahiş edin. Fasilitator flipçartda və ya lövhədə əsas məqamların xülasəsini hazırlamalıdır.
5. İştirakçılardan məktəblərində olan siyasət və ya təlimatları nəzərdən keçirməyi xahiş edin.
6. Nə yenilənməlidir?
7. İndi isə iştirakçıları siyasət üzərində işləməyə həvəsləndirin. Hər kiçik qrup bir aspekt (addım və ya meyar) üzrə işləməlidir. Məsələn: irqçilik və ayrı-seçkiliklə bağlı ümumi
məktəb bəyanatı hazırlanmalıdırsa, bir qrup onu yazmalıdır. Qruplar həmçinin nəticələri necə təqdim etməyi müzakirə etməlidirlər, məsələn, hislərini qarşı tərəfə daha yaxşı
çatdırmaq üçün yazılarla yanaşı şəkillər, kollajlar və bədən heykəllərindən istifadə etmək.Ümumi sessiyada, qruplardan nəticələrlə bağlı hesabat verməyi və fikirlərini necə həyata keçirmək barədə müzakirə aparmağı xahiş edin

Təhlil və qiymətləndirməGoto top

Məşğələnin özünü və hansı insan hüquqlarına toxunulduğunu nəzərdən keçirməklə başlayın, daha sonra, iştirakçıların nə öyrəndiyi və növbəti addımda nə etməli olduqları
barəsində danışın.
• Ümumilikdə, sizin məktəbinizdə və cəmiyyətinizdə irqçilik nə qədər geniş yayılıb?
• Məktəbinizdə və ya icmanızda baş vermiş hər hansı irqçi insident bilirsiniz?
• Hər hansı qruplar digərlərindən daha çox hədəf seçilirlər? Hansı qruplar? Niyə? İyirmi və ya əlli il əvvəl hədəf alınan qruplar eyni idi?
• Sizin ölkənizdə və Avropanın digər ölkələrində roma insanlarına necə yanaşılır?
• Roma insanları ilə bağlı hansı stereotipləriniz var? Bu stereotiplər haradan gəlir? Onlara qarşı nə edilə bilər?• Əsas insidentdə hansı insan hüquqları diqqət mərkəzindədir?
• İştirakçıların irqçi insidentlə bağlı fikirləri bu məşğələ nəticəsində dəyişib? Necə? Nümunələr gətirin.
• Məktəbiniz və ya təşkilatınızda irqçi insidentlərin baş verməməsini təmin etmək kimin məsuliyyətindədir?
• İrqçi insidentlərlə bağlı siyasətin olması vacibdir, lakin, ilk növbədə, ona ehtiyac duyulmaması daha yaxşı olmazdı? Həm məktəbdə, həm də ümumilikdə cəmiyyətdə irqçi davranışın səbəblərini aradan qaldırmaq üçün nə edilə bilər və nə edilməlidir?

Fasilitator üçün məsləhətlərGoto top

Qrup üzvlərinin kimliklərindən xəbərdar olun və məşğələni müvafiq qaydada uyğunlaşdırın. Əgər qrupun rastlaşdığı halları müzakirə etsəniz, onlar iştirak etməyə daha həvəsli olacaqlar. Eyni zamanda, siz nəticədə ortaya çıxa biləcək hislərə hazır olmalısınız. Özlərinin məktəbdə ayrı-seçkiliyə məruz qaldığını hiss edən iştirakçıların emosiyalarına diqqətlə yanaşmağınız vacibdir.

Beyin fırtınası məşğələyə başlamaq üçün ənənəvi yoldur, lakin siz məşğələni daha canlı apara və irqçi zarafatı deməklə provokativ ola bilərsiniz. Sinfiniz və ya qrupunuzda olmayan hər hansı insan qrupunu ələ salan zarafatı səsləndirməyə çalışın. Hər bir ölkədə başqa xalqların nümayəndələri haqqında zarafatlar demək ənənəsi var. Qupunuzdan bir və ya iki zarafatı bölüşməyi xahiş etməklə müzakirəyə təkan verə bilərsiniz. Bundan sonra, irqçi və irqçi olmayan zarafatlar arasında ayırıcı xətt çəkmək barəsində danışa bilərsiniz. Məsələn, romalar və ya yəhudilər haqqında zarafatlar irqçi yoxsa milliyyətçidir? Bununla, siz irqçi zara-fat və irqçi insidentin tərifini verməyə keçə bilərsiniz (aşağıdakı “əlavə məlumat”a baxın).

1-ci hissənin 5-ci bəndində Forum Teatrı və ya Şəkil Teatrı metodundan istifadə edə bilərsiniz.

1-ci hissənin 6-cı bəndində iştirakçılar olduqca emosional davrana bilərlər. Bu, onların hər səhnəciyin sonunda yazdığı qeydlərdə əks oluna və prosesi izləməyi çətinləşdirə bilər. Siz məsələyə dəqiqliklə yanaşıb aktyorların nə etməli olduğuna diqqəti yönəltsəniz, daha yaxşı olar.

2-ci hissənin 4-cü bəndinin sonunda gəlinmiş nəticələr iştirakçıların növbəti addımda istifadə edə bilməsi üçün kifayət qədər dəqiq olmaya bilər. Bu halda, siz “Nəzərdən keçirilməli bəzi praktiki məqamlar” materialından istifadə edə və qrupları ilk dörd addımı tətbiq etməyə həvəsləndirə bilərsiniz.

VariantlarGoto top

Bu məşğələ xuliqanlıq kimi məsələlərin qarşısını almağa uyğunlaşdırıla bilər. Bu halda, siz, ilk öncə, “Bizim alternativlərimiz var?” məşğələsini etməklə məsələni öyrənə, daha sonra, xuliqanlıq əleyhinə siyasət hazırlaya bilərsiniz.

Suggestions for follow-upGoto top

Vəziyyəti və siyasəti müntəzəm şəkildə, məsələn, ildə bir və ya iki dəfə, nəzərdən keçi-rin. Siyasətləri nəzərdən keçirməklə onların, həqiqətən də, məqsədlərə uyğun gəldiyi təmin olunmalıdır. Cəmiyyət dəyişdikcə, siyasətlərin dəyişən şəraitdə üzə çıxan problemlərin öhdəsindən gələ bilməsini təmin etmək üçün onlar yenilənməlidir.

Əgər hərəkat aparmaq istəyirsinizsə, “Dosta!” məşğələsi fəaliyyəti qur-maqda sizə kömək olacaqdır.

Qərəz və ayrı-seçkiliyə həsr olunmuş digər məşğələ “Mənim həyatım tamaşa deyil” məşğələsidir. O, kiber-xuliqanlığa həsr olunmuşdur. Əgər qrup əlil insan-lara qarşı ayrı-seçkiliyi nəzərdən keçirmək istəyirsə, “Hamı üçün idman” məşğələsinə baxa bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Öz məktəbiniz və ya təşkilatınızdakı siyasətlər üzərində işləməyə və onların icrasını təmin etməyə davam edin. Qrup, həmçinin, digər ölkələrdəki irqçilik əleyhinə layihələrə qoşula bilər. Məsələn, “İrqçilik olmayan Məktəblər” proqramı məktəb əhalisinin ən az 60%-nin ayrı-seçkilik əleyhinə ümumi bəyanatı imzalayıb yerinə yetirməsini tələb edir http://members.multimania.nl/astrada/szr/swr.html

Əlavə məlumatGoto top

İrqçiliyin tərifi

İrqçilik, ümumi anlayış kimi, insanlara qarşı dərisinin rənginə, mədəni mənsubiyyəti və ya etnik mənşəyinə görə müsbət və ya mənfi ayrı-seçkiliyi əks etdirən davranış, sözlər və hərəkətləri əhatə edir. Onun gözlə görünməyən formaları açıq şəkildə görünən formaları qədər zədələyicidir.

İnstitusionallaşmış irqçilik dedikdə, təşkilatın insanlara dərisinin rənginə, mədəni mənsubiyyəti və ya etnik mənşəyinə görə kollektiv şəkildə lazımi və peşəkar xidmətləri göstərə bilməməsi nəzərdə tutulur. Bu, etnik azlıqlardan olan insanlara qarşı səbəbsiz qərəz, təcrid etmə, diqqətsizlik və irqçi stereotipləşdirmə vasitəsilə ayrı-seçkiliyi nümayiş etdirən proseslər, yanaşmalar və davranışda görünə və ya müəyyən edilə bilər. İrqçi insidentlər və istismar müxtəlif etnik kimlikləri olan şagirdlərin sayından asılı olmayaraq istənilən müəssisədə baş verə bilər.

İrqçi insident qurban və ya digər şəxs tərəfindən irqçi kimi qəbul edilən istənilən insident-dir. Məsələn:

Fiziki istismar: azlıq təşkil edən qruplardan olan uşaqlar və böyüklərə qarşı fiziki təhdidlər və zorakı hücumların daha açıq şəkildə görünən nümunələrini, eyni zamanda, “kiçik” təhdid sayılsa da, ümumi təsiri ola biləcək insidentləri əhatə edir.

Sözlə istismar: azlıq təşkil edən qrupların üzvlərinə müxtəlif adlar qoyulması və şəxsin kimliyi və ya mədəniyyətinin (məs., musiqi, geyim və ya mətbəx) ələ salınması ən aşkar nümunələrdir. Sözlə istismarın müəllimlər, şagirdlər və digər böyüklərin cəlb olunduğu daha gizli başqa formaları da ola bilər, məsələn, təhqir sayılan, qəflətən deyilən irqçi təbiətli sözlər.

Təcrid və hörmətsizlik: rməktəb/təhsil müəssisəsində azlıq təşkil edən qrupdan olan şagirdlər, tələbələr, müəllimlər, fasilitatorlar, gənc liderlər və digərləri ilə əməkdaşlıq edilməməsinin və onlara qarşı hörmətsizliyin irqçi motivlərlə törədilməsi sübut olunubsa və ya “qurban” irqçiliyi əsas motiv kimi qəbul edibsə, bu hallar irqçi insident sayılacaqdır. Hörmətsizlik məqsədli şəkildə törədilməyə də bilər, məsələn, müəllim və ya fasilitatorun şagirdin mədəni ənənələrinə qarşı diqqətsizliyi qurbanı təhqir olunmuş və narahat hiss etdirə bilər.

Digər insidentlər: irqçi zarafatlar və irqçi ifadələrdən istifadə, irqçi işarələrin, yazıların olduğu köynəklərin və s. geyinilməsi, irqçi qraffiti, irqçi ədəbiyyat və ya posterlərin paylanması, məktəbdə və ya ətrafda irqçi və ya faşist təşkilatların mövcudluğu və ya böyüklər tərəfindən ayrı-seçkiliyə aparıb çıxara biləcək stereotipləşdirmə.

Bir çox irqçi insidentləri müəyyən etmək daha çətindir. Belə gizli hərəkətləri aşkar edib onların öhdəsindən gəlmək olduqca mürəkkəb məsələdir. Şagirdlər və ya tələbələrin cəlb olunduğu əksər irqçi insidentlər müəllimlər və ya valideynlərin iştirakında baş vermir. Buna görə də, məktəblər məktəb icmasının bütün üzvlərinin bu cür insidentlərə qarşı həssas olması, məsuliyyət götürməsi, onlar barəsində məlumat verməsi və onlarla mübarizə aparmasına nail olmaq üçün strategiyalar işləyib hazırlamalıdırlar.

İrqçilik, antisemitizm, antigipsizm və romafobiya haqqında əlavə məlumat www.coe.int/ compass linkindən 5-ci fəsildəki Ayrı-seçkilik və Dözümsüzlük bölməsindən tapıla bilər.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Rol kartları

Direktorun rol kartı
Sizin ən böyük narahatlığınız məktəbinizin təhlükəsizlik və oğurluq baxımdan nüfuzudur.

1-ci müəllimin rol kartı
Siz, yalnız pul deyil, başqa əşyaların da məktəbdən yoxa çıxdığını müşahidə etmisiniz. Keçən həftə Gyulanın mobil telefonla məktəbə gəlməsi sizin diqqətinizi çəkib..

2-ci müəllimin rol kartı
Siz Gyulanın sinif rəhbərisiniz. Onu olduqca yaxşı tanıyır və xoşlayırsınız. O, mehriban, qayğıkeş oğlandır, amma sinifdə dostları yoxdur.

Atanın rol kartı
Gyula yaxşı oğlandır. Siz təhsilin əhəmiyyətini başa düşür və Gyulaya futbol oynamağa getməsinə icazə verməmişdən əvvəl ev tapşırıqlarını bitirməsinə həmişə diqqət edirsiniz. Keçən həftə onun ad günü idi.

Əsas insident
Bütün səhnələr direktorun ofisində baş tutur.

1-ci səhnə: Direktor, 1-ci və 2-ci müəllimlər
Direktor, 1-ci və 2-ci müəllim son vaxtlar məktəbdə cibəgirmə hallarının artması problemini və bu problemə öz reaksiyalarını müzakirə edirlər. Bir neçə insident baş vermişdir: məsələn, ilk öncə, bir qələm itmiş, daha sonra, bir çox əşyalar, əksər hallarda pul yoxa çıxmışdır. Oğrunun kim ola biləcəyi barədə şayiələr gəzir və günahkarın roma oğlan Gyula olması ehtimalı böyükdür.
Vaxt: 3-5 dəqiqə
2-ci səhnə: Direktor, Gyulanın atası və 1-cü müəllim
Direktor Gyulanın atasına oğlunun oğurluq etdiyini qəbul etməsi üçün təzyiq göstərir. Gyulanın atası oğlunun belə şey etməyəcəyini bildirir. Buna baxmayaraq, o üzr istəyir və oğurlanmış pulu geri ödəməyi təklif edir. Müəllimlər vəziyyətlə bağlı özlərini qəribə hiss edirlər və onu sirr olaraq saxlamağa söz verirlər. Gyula məktəbdə qala bilər, lakin atası ona yaxından nəzarət etməlidir.
Vaxt: 3-5 dəqiqə
3-cü səhnə: Direktor və 2-ci müəllim
Direktor və 2-ci müəllim məktəbdə mühitin yaxşılaşdırıldığını müzakirə edirlər. Onlar problemin həll olunmasından razıdırlar. 1-ci müəllim daxil olur: O, polisin məktəb darvazasında oğurluq edən şagirdi (Gyula deyil) həbs etdiyi xəbərini çatdırır. Belə görünür ki, həmin şagird bütün pulu oğurladığını etiraf edib. Onlar bu xəbərlə bağlı reaksiyalarını müzakirə edirlər.
Vaxt: 3-5 dəqiqə

Fasilitator üçün təlimatlar

Könüllülərin səhnəciyi göstərməsinə imkan verin. Səhnələr arası fasilələrdə siz suallar verməli və müşahidəçilərdən təqdimatın müvafiq mərhələsində fikirlərini əsas sözlərlə kağızda qeyd etməyi xahiş etməlisiniz.
Birinci fasilə: Müşahidəçilərə birinci sual: Əgər direktor siz olsaydınız, nə edərdiniz?
İkinci fasilə: Müşahidəçilərə ikinci sual: Sizcə, məsələ lazımi səviyyədə həll olunub?
Üçüncü fasilə: Müşahidəçilərə üçüncü sual: İndi nə düşünürsünüz?
İrqçilik əleyhinə siyasəti hazırlayarkən nəzərə alınmalı bəzi praktiki məqamlar.
İrqçi istismar və insidentlərə qarşı tədbirlər görərkən siyasətin hazırlanması və yerinə yetirilməsinə bütün məktəb (təşkilat) üzvlərinin cəlb olunması vacibdir. İrqçi insidentlərə yanaşma ümumi məktəb/təşkilat siyasəti və təcrübəsinə uyğun gəlməlidir.
Bu məsələlər “ayrı deyil xüsusi” hesab edilməlidir. Nəzərə alınmalı bəzi praktiki məqamlara aiddir:
• Heç bir irqçi insident və ya istismara dözülməyəcəyini əks etdirən siyasət açıq şəkildə bəyan olunmalıdır.
• Siyasətdə irqçi insidentlər baş verərsə, məktəbin tətbiq edəcəyi prosedurlar açıq şəkildə göstərilməlidir.
• Ümumi məktəb yanaşması, o cümlədən bu cür insidentlərlə bağlı razılaşdırılmış proseslər və tədbirlər məktəb icmasının bütün üzvlərinə şamil olunmalıdır: idarəçilər, heyət (pedaqoji və digər), valideynlər, şagirdlər, tələbələr və qonaqlar.
• Məktəb icmasındakı hər kəsin irqçi istismar və insidentlərə diqqət yetirmək və onlara qarşı addım atmaq məsuliyyətinin olduğu açıq şəkildə başa düşülməlidir.
• Davamlı yanaşma vasitəsilə hamının onlardan nə tələb olunduğunu başa düşməsi təmin edilməlidir.
• İnsident baş verdikdə və ya bildirildikdə ona qarşı ilkin cavab tədbiri görülməlidir.
• İnsidentlə bağlı istənilən sonrakı cavab tədbiri razılaşdırılmış vaxt müddətində görülməlidir.

Mənbə: http://www.northants-ecl.gov.uk/apps/IPS/msc/rig/hme.asp