Çubuqlar və daşlar mənim sümüklərimi sındıra bilər – və sözlər də məni incidə bilər!

Xülasə

Bu məşğələnin məqsədi iştiakçıların ümumilikdə informasiya kommunikasiya texnologiyalarının (İKT) sui-istifadəsi, xüsusilə kiber xuliqanlıq üzrə məlumatlılığını inkişaf etdirməkdir.

Əlaqədar hüquqlar

• Fikir, düşüncə və ifadə azadlığı
• Şəxsi həyat, ailə həyatı, şəxsi mülk və yazışmalara müdaxilə olunmaması hüququ
• İnsani olmayan və alçaldıcı rəftara məruz qalmamaq hüququ

Məqsədlər

• Mobil telefonlar və İnternetin sui-istifadəsi ilə bağlı məlumatlılığı genişləndirmək
• Kreativ düşünmək və “kiber cinayətlər”ə qarşı mübarizə aparmaq yolları tapmaq bacarıqlarını inkişaf etdirmək
• Şəfqət və həmrəyliyi aşılamaq

Materiallar

• Flipçartlar və qələmlər
• Bəyanatlar siyahısı
• Döşəmə boyunca uzun xətt çəkmək üçün skoç və ya ip

Hazırlıq

Fasilitator üçün məsləhətləri oxuyun, kiber-xuliqanlığın nə olduğu, necə aparıldığı və onunla mübarizə yolları haqqında geniş məlumata malik olun. Ölkənizdə kiber-xuliqanlıq haqqında qanunlar barəsində ümumi fikirə malik olmaq üçün tədqiqat aparın.

Key Date
  • 8 FevralDaha təhlükəsiz İnternet Günü

Təlimatlar

1“Çubuqlar və daşlar mənim sümüklərimi sındıra bilər, sözlər
isə məni heç vaxt incitməyəcək”
ABŞ-da köləlik zamanı kölələrə aid edilir. Əgər sahib köləni təhqir edib ona alçaldıcı adlar desəydi, bu, onun qamçısının qəddar zərbələrindən daha yaxşı hesab edilirdi.

1. Xuliqanlıq haqqında beyin fırtınası sessiyası ilə başlayın. İştirakçılara xuliqanlığın nə olduğu və özünü necə göstərdiyi haqqında düşünmələri üçün bir neçə dəqiqə verin. Daha sonra, cavabları toplayın və onları flipçartda yazın.
2. Eyni tapşırığı təmiz flipçart vərəqində bu dəfə kiber-xuliqanlığın nə olduğu və onun formaları barəsində düşünməklə edin.
3. Döşəmədə skoç və ya iplə “bəli xətti” adlandırdığınız xətt çəkin. İştirakçılardan “bəli xətti”nin hər iki tərəfində düz xətt şəklində düzülməyi xahiş edin.
4. Onlara kiber-xuliqanlıq barəsində bəyanatlar oxuyacağınızı və bu bəyanatlara sözlərdən istifadə etmədən cavab verməli olduqlarını izah edin. Əgər onlar bəyanata “bəli” cavabını verirlərsə, “bəli xətti” istiqamətində addım atmalıdırlar. Onlar dürüst şəkildə cavab verməlidirlər.
5. İlk bəyanatı oxuyun. İştirakçılara düşünmək və cavab vermək üçün vaxt verin. Bundan sonra, onlardan ətrafa baxıb “bəli xətti”ndə neçə nəfər olduğuna diqqət etməyi xahiş edin.
6. İştirakçılardan başlanğıc xətlərə qayıtmağı xahiş edin və növbəti bəyanatı oxuyun.
7. Sonda, hamını dövrəyə çağırın, təhlil və qiymətləndirməyə keçin.

Təhlil və qiymətləndirməGoto top

Bəyanatlar və iştirakçıların təcrübəsi ilə bağlı rəylərlə başlayın, daha sonra, xuliqanlığın müxtəlif növlərinə nə qədər çox rast gəlindiyi və onları aradan qaldırmağın yolları barəsində danışın.
• Bu məşğələdən əvvəl kiber-xuliqanlıq haqqında nə bilirdiniz?
• Bütün bəyanatlar kiber-xuliqanlıq adlandırılmaq üçün kifayət qədər ciddidir? Niyə? Niyə yox?
• Kiber-xuliqanlığın qeyd edilməyən başqa növləri var?
• Kiber-xuliqanlığa sizin icmanızda və ölkənizdə nə qədər tez-tez rast gəlinir?
• Kiber-xuliqanlıq hansı insan hüquqlarını pozur?
• Niyə insanlar xuliqanlıq edirlər? Niyə insanlar qurbana çevrilirlər?
• Niyə qurbana çevrilmiş insanlar özləri digərlərinə qarşı xuliqanlıq edirlər?
• Kiber-xuliqanlığı dayandırmaq üçün nə edilə bilər? Qurban tərəfindən? Digərləri tərəfindən?
• Özünüzü kiber-xuliqanlıqdan qorumaq üçün nə edə bilərsiniz?
• İnsanlara qarşı xuliqanlıq olunduqda hansı insan hüquqları pozulur?
• ÜİHB-in 19-cu maddəsində qeyd olunur, “Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində
qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.”
• Söz azadlığına məhdudiyyət qoyulmalıdır? Əgər belədirsə, nəticələr hansılardır və məhdudiyyətlər kim tərəfindən müəyyən edilməlidir? Əgər söz azadlığı məhdudlaşdırılmamalıdırsa, nəticələr hansılardır?

Fasilitator üçün məsləhətlərGoto top

Xuliqanlıq və kiber-xuliqanlıq həssas məsələlərdir və bəzi iştirakçılar pis təcrübələrini xatırlayanda emosional ola bilərlər. Xuliqanlıq qurbanı olan insanlar özlərini günahkar hiss edir və utanırlar; onlar özlərini qurban kimi görmürlər və onlara qarşı xuliqanlıq edən şəxslər bunu niyə etdiklərini tam şəkildə başa düşmürlər. Beləliklə, kiber-xuliqanlıq mövzusunu müzakirə etməmişdən əvvəl özünüzü yaxşı hazırlayın və sizə kömək olmaq üçün bu sahədə təcrübəsi olan mütəxəssisi çağırmaq barədə düşünün.

Xuliqanlığa cavab verməyin nümunələrinə daxildir:
• Hədələyici və ya təhqiramiz mesajlara cavab verməyin
• Elektron məktub ünvanlarını qara siyahıya salın
• Elektron məktub ünvanınızı dəyişin
• İnternet xidmət təminatçınızı (ISP) dəyişin
• Mobil telefon hesabınızı dəyişin
• Təhqir mesajlarını sübut kimi saxlayın
• Problemi etibar etdiyiniz bir şəxslə bölüşün. Uşaqsınızsa, müəyyən mərhələdə böyüklərə müraciət etməli olacaqsınız.
• Bəzi şərtlər daxilində, siz xuliqan ilə üz-üzə gələ bilərsiniz. Vasitəçi ilə görüş təşkil edin və ona hərəkətinin nəticələrini başa düşməyə kömək edin.
• Bəzi hallarda, yerli polis departamentinə məlumat vermək və ya vəkillə məsləhətləşmək lazımdır.

Nəzərə alın ki, sizin qarşılıq verməyiniz, yəni xuliqanlıq edənə qarşı eynisini etməyiniz məsləhət görülmür, çünki bu sizə qarşı mülki və ya cinayət işi açılması ilə nəticələnə bilər.

İnsanların xuliqanlıqdan özlərini qorumaq üçün görə biləcəyi tədbirlərə daxildir:
• Kompyuterin qoşulma vaxtını məhdudlaşdırın – həmişə onlayn olmayın.
• Tanımadığınız mənbələrdən olan elektron məktubları heç vaxt açmayın.
• Müntəzəm olaraq parollarınızı dəyişin.
• Profilinizə çoxlu şəxsi məlumat qoymayın.

İştirakçıların məşğələdən öyrənəcəyi ən vacib məsələ problemlə üzləşdikdə və ya ona şahid olduqda bu barədə açıq şəkildə danışmaq və onu bölüşməkdir.
Təhsil ilk növbədə xuliqanlığın qarşısını almaq və baş verdikdə onu dayandırmaq üçün əsas vasitədir. Mexanizmlər mürəkkəbdir və hər məsələdə səbəblər fərqlənir, lakin həm qurban, həm də xuliqan həll tapmaq üçün müvafiq sosial və psixoloji aspektləri başa düşməlidirlər. Qurban olan insanlar utancaq, həssas, narahat və etibarsız olacaq, onların özünə hörməti aşağı və sosial bacarıqları zəif olacaq. Qurban kimi seçilmək üçün lazımi fiziki xüsusiyyətlərə artıq çəki, fiziki balaca olmaq, əlillik və ya başqa irqi, dini və sosial qrupa daxil olmaq aiddir. Xuliqanlıq edən insanlar özlərini daha yaxşı, daha önəmli hiss edir və başqalarını idarə edirlər. Başqaları bunu etdikdə onları populyar hesab edirlər. Xuliqanlıq həmçinin diqqət çəkmək, istədiklərini almaq və paxıllıq etdikləri şəxsləri cəzalandırmaq üçün vasitədir.

VariantlarGoto top

Xuliqanlığın qurbanı olan insanların çoxu xuliqanlara çevrilir, buna görə də, insanları şəxsi məsuliyyət haqqında düşünməyə vadar etmək lazımdır. Bəyanatları oxuduqdan sonra, eyni bəyanatlar üzrə ikinci turu keçirdin, lakin bu dəfə məsələyə xuliqanlıq edən şəxsin perspektivindən baxın. İnsanlar “bəli xətti”nə keçmədən sırada dayanıb düşünməlidirlər. Məsələn, “Heç istifadəçinin razılığı olmadan kiminsə elektron məktub qutusunu açmısınız?” və “Heç razılıq olmadan kiminsə mobil telefonundan istifadə etmisiniz?”

Əgər xuliqanlıq artıq müəyyən edilmiş problemdirsə, onu daha dərindən araşdıra bilərsiniz. Forum teatrı xuliqanlığın səbəbləri və onu aşkarlamağın yolları haqqında anlayışı
inkişaf etdirmək üçün yaxşı yoldur. İştirakçılardan kiçik qruplara ayrılıb xuliqanlıqla bağlı real həyat hadisələri haqqında danışmağı xahiş edin. Bu, onların başına gəlmiş hadisə və ya tanıdıqları kiminsə təcrübəsi ola bilər. Hər qrup üzərində işləmək istədiyi bir nümunəni seçməlidir. İştirakçılar xuliqanın davranışının səbəblərini, xuliqanlığın əslində necə baş verdiyini, daha sonra nə olduğunu və hansı nəticələrin ortaya çıxdığını təsəvvür etməyə çalışmalıdırlar. Bundan sonra, qruplar öz işlərini yerdə qalan iştirakçılara nümayiş etdirmək üçün qısa tamaşa kimi hazırlamalıdırlar. Tamaşadan sonra, “nəticədə nə baş verdi” sualına cavab verən son səhnəni yenidən oynadın və “tamaşaçılar”dan qurbanın ata biləcəyi alternativ addımlar barəsində təkliflər irəli sürməyi xahiş edin.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Kiber-xuliqanlıq əleyhinə kampaniya üzrə şüar hazırlayın. Məktəbiniz və ya klubunuz üçün kiber-xuliqanlıq əleyhinə siyasət hazırlayın və ya belə siyasət varsa, onu nəzərdən
keçirin.
317-ci səhifədəki “Mənim həyatımdakı zorakılıq” məşğələsi ilə zorakılığın digər aspektlərini araşdıra bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Yuxarıda ikinci dəyişiklikdəki fikirlərdən istifadə edin, tamaşanı digər siniflərə, gənclər qrupları və valideynlərə göstərin.
Məktəbinizdə və ya klubunuzda mövzu üzrə ictimai debat təşkil edin, çünki əksər müəllimlər və valideynlər nə baş verdiyindən xəbərsizdir.
İKT-nin sui-istifadəsi və riskləri barəsində yerli məlumat kampaniyası tapın və ona necə töhfə verə biləcəyinizi öyrənin.

Ətraflı məlumatGoto top

Kiber-xuliqanlıq elektron məktub, tez-tez mesaj yazmaq, çat otaqları, xəbərlər, mobil telefonlar və ya digər texnoloji vasitələrdən məqsədli şəkildə kimisə qorxutmaq, hədələmək və ya narahat etmək üçün istifadədir. Buraya aşağıdakılar daxil ola bilər:

• Hədələmək
• Provokativ, irqi və etnik təhqirlər göndərmək
• Qeylərə qarşı hücumlar
• Qurbanın kompyuterini virusla yoluxdurmaq cəhdi
• Elektron məktub qutusunu mənasız mesajlarla doldurmaq
• Şəxsə və ya onun reputasiyasına xələl gətirmək məqsədilə onun barəsində yanlış məlumat yaymaq və paylaşmaq
• Kimisə təkləmək, digərlərini ona hücum etməyə və ələ salmağa dəvət etmək
• Özünü başqası kimi təqdim edərək onların adından özləri haqqında yanlış və ya inanmadıqları fikirlər səsləndirmək
• Şəxsin icazəsi olmadan, onun şəkillərini, xüsusilə utandırıcı şəkilləri paylaşmaq
• Yazanın icazəsi olmadan elektron məktubları paylaşmaq
• Kimisə cəmiyyətdən təcrid etmək üçün digərlərinə təzyiq etmək (onlayn və ya oflayn).
• Davamlı şəkildə kiməsə ədəbsiz, layiqsiz və təhqiramiz mesajlar göndərmək.

Kiber-xuliqanlıq tez-tez uşaqlar tərəfindən edilir, lakin heç bir halda uşaqlarla məhdudlaşmır.
Kiber-xuliqanlığa qarşı mübarizədə ən böyük problemlərdən biri xuliqanın anonim olması və onun izini tapmağın çətinliyidir.
İnternetdə kiber-xuliqanlığı aşkarlamaq üçün çoxlu saytlar var. Yerli təşəbbüsləri tapmaq üçün axtarış motorundan istifadə edin. Aşağıdakı vebsaytlarda ümumi məlumat tapıla bilər:
http://www.stopcyberbullying.org/
http://yp.direct.gov.uk/cyberbullying/
http://europa.eu/legislation_summaries

Kiber cinayət üzrə Avropa Şurasının Konvensiyası
1 iyul 2004-cü ildə qüvvəyə minmiş Konvensiya İnternet və digər kompyuter şəbəkələri vasitəsilə törədilən cinayətlər üzrə ilk beynəlxalq müqavilə olmaqla, xüsusilə, müəlliflik
hüquqlarının pozulması, kompyuter əsaslı saxtakarlıq, uşaq pornoqrafiyası və şəbəkə təhlükəsizliyinin pozuntularına qarşı yönəlmişdir.
Burada, həmçinin, kompyuter şəbəkələrinin axtarışı və nəzarətə alınması kimi səlahiyyətlər və prosedurlar əks olunmuşdur. http://conventions.coe.int linkinə baxın və 185 nömrəli müqaviləni axtarın.

Bəyanatlar

• Nə vaxtsa kimsə sizin razılığınız olmadan elektron məktub qutunuzu açıb?
• Nə vaxtsa kimsə sizin razılığınız olmadan mətn (SMS) mesajınızı oxuyub?
• Nə vaxtsa kimsə sizə mobil telefon və ya elektron məktub vasitəsilə təhqiramiz mesajlar, ədəbsiz şəkil və videolar göndərib?
• Nə vaxtsa kimsə sizin razılığınız olmadan məlumatınızı/ şəkillərinizi/ videolarınızı başqa kiməsə göndərib?
• Nə vaxtsa kimsə sizin razılığınız olmadan şəkillərinizi və ya məlumatınızı vebsaytda və ya sosial şəbəkədə paylaşıb?
• Nə vaxtsa kimsə sizin razılığınız olmadan şəkillərinizi və ya videolarınızı manipulyasiya edib/ dəyişdirib?
• Nə vaxtsa parollarınızı başqasına vermisiniz?
• Nə vaxtsa kimsə sizi interaktiv oyun və ya çat otağında təhqir edib?
• Nə vaxtsa sizə narahat edən/ ədəbsiz telefon zəngləri gəlib?
• Nə vaxtsa kimsə bloqunuzda/ sosial şəbəkələrdə uyğun olmayan rəylər yazıb?
• Nə vaxtsa kimsə sizin barənizdə elektron məktub və ya SMS vasitəsilə yanlış/ ədəbsiz məlumat/ şayiələr yayıb?
• Kiber-xuliqanlıq qurbanı olan tanışınız var?
• Bu zorakılıqla bağlı xüsusi qanunlar olduğundan xəbərdarsınız?
• Sizin fikrinizcə, insanların İnternetdə nəyi yerləşdirə bildiyinə məhdudiyyət qoyulmalıdır?
• Məktəblərdə mobil telefonların qadağan olunması düzgündür?

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə