Bəzi insanlar öz xəyalları uğrunda, digərləri isə var-dövlət və güc üçün mübarizə aparırlar!

Xülasə

Bu məşğələdə var-dövlət və güc uğrunda mübarizə, bərabərsizlik və yoxsulluğun ədalətsizliyinə toxunulur.

Əlaqədar hüquqlar

• Ləyaqət və hüquqlarda bərabərlik
• Uyğun yaşayış şəraiti hüququ
• Sağlamlıq, ərzaq və sığınacaq hüququ

Məqsədlər

• Var-dövlət və gücün qeyri-bərabər bölgüsü nəticəsində ortaya çıxan ədalətsizliyin başa düşülməsini inkişaf etdirmək
• Tənqidi düşünmək bacarıqlarını inkişaf etdirmək
• İnsan ləyaqətinə hörməti və ədalət hissini təbliğ etmək

Materiallar

• 120 qəpik
• 3 – 4 cüt corab
• 2 böyük vərəq və markerlər
• Kağız və qələmlər
• Açıq məkan

Hazırlıq

• Məşğələ haqqında tam təsəvvürünüzün olması üçün təlimatları diqqətlə oxuyun. Simulyasiyanın üç hissəyə ayrıldığını nəzərə alın: 1-ci hissə, Mübarizə (10 dəqiqə); 2-ci hissə, İanələr (10 dəqiqə); və 3-cü hissə, İqtisadi Ədaləti Yaratmaq (40 dəqiqə). Sonda, müzakirə aparılır.
• Qəpiklərdən 20 ədəd götürün və onları kənarda saxlayın,
• Üç nəfəri miqrant rolu oynaması üçün seçin,
• Oyunçuların var-dövlətini qeydə almaq üçün divar cədvəli hazırlayın (şəklə baxın),
• “Fəxri Donorlar” başlıqlı cədvəl hazırlayın.

Key Date
  • 17 OktyabrBeynəlxalq Yoxsulluğun Aradan qaldırılması Günü

Təlimatlar

Bu məşğələnin simulyasiya oyunu olduğunu izah edin. İştirakçılar dünyanın var-dövləti və gücünü öz aralarında bölüşdürəcəklər.
1-ci hissə: Mübarizə (10 dəqiqə)
1. Oyunun məqsədinin mümkün qədər çox qəpik əldə etmək olduğunu izah edin. Sadəcə bir qayda var: heç bir iştirakçı qrupun digər üzvünə heç bir halda toxuna bilməz. (Siz bu hal üçün cəza tədbiri fikirləşə bilərsiniz, məsələn, 1 qəpik ödəmək).
2. Hamıdan, “miqrant” rolunu oynayanlar istisna olmaqla, döşəmədə böyük dövrə qurub oturmağı xahiş edin (belə ki, onların oynamaq üçün kifayət qədər yeri olmalıdır).
3. Kənara qoyduğunuz iyirmi qəpiyi götürün və onları dörd və ya beş iştirakçı arasında bölüşdürün.
4. Digər dörd iştirakçının hərəsinə bir corab cütü verin. Onlara corabları əllərinə geyinməyi və bütün oyun boyu belə qalmağı tapşırın. Qəpiklər və corabların bölüşdürülməsinin səbəbləri ilə bağlı bütün müzakirələri təhlilə saxlayın.
5. 100 ədəd qəpiyi dövrənin ortasına səpələyin.
6. “Başla!” əmri verildikdə iştirakçılar mümkün qədər çox qəpik toplamalıdırlar. Bu mərhələ 2 dəqiqədən çox vaxt almamalıdır!
7. Bütün qəpiklər yığılandan sonra iştirakçılardan öz sərvətləri barəsində qrupun qalanına məlumat verməyi xahiş edin. Var-dövlət cədvəlində hər iştirakçının adını və onların malik olduğu qəpiklərin sayını yazın.
8. Qrupa bu qəpiklərin onların dünyada malik olduğu var-dövlət və gücü əks etdirdiyini xatırladın. Onların əlində olan məbləğ öz ehtiyaclarını ödəmək (məs., ərzaq, ev, paltarlar, sağlamlıq və ibtidai təhsil) və istəklərini təmin etmək (məs., ali təhsil, avtomobillər, kompyuterlər, oyuncaqlar, televizorlar, tətillər və digər lüks əşyalar) imkanlarına təsir edəcəkdir. Nəticələr aşağıdakı kimidir:
• altı və ya daha artıq qəpik – insanlar öz əsas “ehtiyacları”nı və “istəkləri”nin əksəriyyətini ödəyə biləcəklər
• üç – beş qəpik – insanlar əsas ehtiyaclarını ödəyə biləcəklər
• iki və ya daha az qəpik – insanlar xəstəlik, aclıq, lazımi səviyyədə olmayan yaşayış şəraiti və iş tapmaq üçün yetərli təhsilləri olmadığından sağ qalmaqda çətinlik çəkəcəklər.

2-ci hissə: İanələr (10 dəqiqə)
1. İştirakçılara, əgər istəsələr, qəpikləri başqalarına verə biləcəklərini bildirin. Lakin bunu etmək məcburiyyətində deyillər. Qəpiklərini bölüşən şəxslər donorlar kimi təltif olunacaq və adları “Fəxri donorlar” siyahısına salınacaqdır.
2. Əgər istəsələr, qəpikləri yenidən bölüşmələri üçün iştirakçılara 3-4 dəqiqə vaxt verin.
3. Bundan sonra, qəpiklərini digərlərinə verən şəxslərin adlarını və onların verdiyi məbləği öyrənin. Onların adlarını “Fəxri donorlar” cədvəlinə yazın.
4. Qəpikləri vermək və ya almaq nəticəsində hər hansı iştirakçının kateqoriya dəyişdirib – dəyişmədiyini soruşun və bu dəyişiklikləri cədvəldə oxla qeyd edin.

3-cü hissə: İqtisadi ədaləti yaratmaq (40 dəqiqə)
1. Oyunçuları qəpiklərinin sayına görə üç qrupa ayırın (böyük var-dövlət, müəyyən var-dövlət və az var-dövlət)
2. Üç qrupun hər birinə bir “miqrant” yerləşdirin. Onların bu və ya digər qrupda olmağa reaksiyasını qısa şəkildə müəyyən edin, lakin bu barədə geniş müzakirəni təhlilə saxlayın.
3. Qələmlər və kağızı paylayın. Hər qrupa var-dövlət və gücün müxtəlif kateqoriyaları arasında fərqləri azaltmaq üçün qəpiklərin (dünyanın sərvəti) ədalətli bölgüsü ilə bağlı plan qurmağı tapşırın. Hər qrupun fəaliyyət planı:
– Nəyin edilməli olduğunu izah etməli (əgər varsa)
– Qrupun nəyi və niyə etməli olduğunu təsvir etməli və
– planlarının niyə ədalətli olduğunu göstərməlidir.
4. Qruplara planları hazırlamaq üçün on dəqiqə vaxt verin. İştirakçılara planı qurmaqla bağlı dərindən iş aparmağın vacib olmadığını, yoxsulluq probleminin həlli üçün bir
neçə mümkün addımın təsvirinin yetərli olduğunu izah edin.
5. Hər qrupdan planlarını digərlərinə izah etmək və suallara cavab vermək üçün təmsilçi təyin etməyi xahiş edin. Təklif olunan planları böyük kağızda sıralayın.
6. İndi isə, hansı planın qəbul edildiyinə qərar vermək üçün səs vermə keçiriləcəyini elan edin. Səslərin bölgüsü aşağıdakı kimi olacaqdır:
– “Böyük var-dövlət və güc” qrupundan olan hər iştirakçı - beş səs
– “Müəyyən var-dövlət və güc” qrupundan olan hər iştirakçı - iki səs
– “Az var-dövlət və güc” qrupundan olan hər iştirakçı - yarım səs
7. İştirakçıları səs verməyə çağırın. Hər plan üzrə səsləri böyük vərəqdə qeyd edin. Hansı planın həyata keçiriləcəyini elan edin.
8. Müvafiq planı həyata keçirin, lazım gələrsə, var-dövləti yenidən bölüşdürün.

Təhlil və qiymətləndirməGoto top

Məşğələnin özü və iştirakçıların ondan necə həzz aldığı barəsində fikirləri öyrənməklə başlayın. Sonra, nə baş verdiyini, iştirakçıların nə öyrəndiyini və məşğələnin insan hüquqları ilə əlaqəsini müzakirə edin. Müzakirəni canlandırmaq üçün aşağıdakı suallara əsaslanın.

• İştirakçılar qəpiklərin əldə edilməsi və bölüşdürülməsi üsulları barəsində nə düşünürlər? Onlara qarşı ədalətlə rəftar olunub?
• Qəpikləri digərlərinə verənlər niyə belə etdilər? Təltif olunmaq üçün? Özlərini günahkar hiss etdiklərinə görə? Başqa hər hansı səbəbdən?
• 2-ci hissədə qəpikləri alan iştirakçılar özlərini necə hiss etdilər? Minnətdar? Himayəyə alınmış?
• Bəs əllərində corab olan iştirakçılar? Onlar kimləri təmsil edirdilər? Sonda, hansı qrupda oldular?
• “Miqrant” olmaq tapşırılmış və qruplara salınmış üç iştirakçı necə? Onlarla ədalətlə rəftar olundu?
• Onların başına gələnlər dünyadakı insanların qarşılaşdığı rəftarla eynidir? Hansı insanlarla belə rəftar olunur? Bizim harada olacağımızı yalnız bəxt təyin edir?
• Ədalətli bölgü üçün məsləhət görülən planlarda hansı fərqlər var idi? Planlar onları hazırlayan qrupların var-dövlətini əks etdirirdi?
• Niyə bəzi şəxslərə digərlərindən daha çox səs verildi? Bu, dünyada çox və ya az gücə malik olanları dəqiq şəkildə nümayiş etdirməyə imkan verdi?
• Var-dövlət və gücdə belə fərqlərin olması insan hüquqlarının pozulmasıdır? Əgər belədirsə, hansıların?
• Dünyada, ölkənizdə və cəmiyyətinizdə “malik olanlar” və “malik olmayanlar” kimlərdir? Onların bu mövqedə olması nəyin nəticəsidir?

Fasilitator üçün məsləhətlərGoto top

Məşğələnin məqsədi iştirakçıları dünyada var-dövlət və gücün qeyri-bərabər bölgüsü barəsində məlumatlandırmaqdır, lakin qrupun özündə mövcud bərabərsizliklər üzə çıxa bilər. Buna görə də, qrupun sosial və iqtisadi tərkibindən xəbərdar olmalı və müzakirəni uyğun şəkildə aparmalısınız. Bunu vurğulayın ki, əgər onlar real həyatda öz qəpiklərini digərlərinə versələr, var-dövlətlərinin və onun gətirdiyi üstünlüklərin bəzilərini itirəcəklər.

İştirakçıların oyun ruhuna girməsinə çalışın ki, onlar tam şəkildə cəlb olunsunlar və qəpiklərlə, həqiqətən, onların var-dövləti kimi davransınlar. Onlara qəpikləri özlərində saxlayıb məşğələdən sonra və ya çay fasiləsində içkilər və/və ya şirniyyat “almaq” üçün onlardan istifadə edə biləcəklərini deyə bilərsiniz. Əgər corablardan istifadə etmək üçün çox istidirsə, bəzi iştirakçıların digərlərinə nisbətdə daha çox var-dövlət və gücü olduğunu göstərmək üçün başqa vasitələrdən istifadə edin. Məsələn, bəzi iştirakçılar geridə daya-na və onların qoşulmasına 15 – 30 saniyə sonra icazə verilə bilər. 3-cü hissədə “iqtisadi ədaləti yaratmaq” üçün aşağıdakıları iştirakçılara təqdim etməklə üstünlükdə və əlverişsiz vəziyyətdə olmaq hislərini oyada bilərsiniz:

• böyük var-dövləti olanlara: stollar, stullar, su stəkanları, şirniyyat və s.
• müəyyən var-dövləti olanlara: bir neçə stul
• az var-dövləti olanlara: heç nə, yalnız döşəmədə iştirakçıların oturması üçün yer.

Təhlil və qiymətləndirmədəki suallar mürəkkəb olduğundan uzun və dərin müzakirələrə apara bilər. Əgər vaxt azdırsa və ya qrup böyükdürsə, sualları kiçik qruplar arasında bölə bilərsiniz. Bu kiçik qruplar “qarışıq” olmalı, yəni hər kateqoriyadan insan daxil olmalıdır. Müxtəlif qrupların ümumi sessiyada fikirlərini bölüşməsinə şərait yaratmaqla hamının bütün suallar üzrə qulaq asmaq və fikirlərini bildirmək imkanı olmasını təmin edin.

VariantlarGoto top

Məşğələnin mübarizə hissəsi əlillik barədə məsələləri qaldırmaq üçün uyğunlaşdırıla bilər. Bəzi iştirakçıların bir əli arxalarına bağlana bilər: əgər adətən sağ əlləri ilə işləyirlərsə, sol əldən istifadə etməlidirlər və əksinə. Bəziləri gözlərini bağlaya, digərləri döşəmədə düz şəkildə uzana, başqaları isə stullarda oturub döşəməyə əyilə, bəziləri ayaqlarını çarpazlaya-raq oturub hərəkət etməyə, digərləri isə hərəkət edə bilər və s.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

“Var-dövlət” anlayışını başa düşməyin müxtəlif yolları ola bilər, məsələn, cəmiyyətdə nə qədər insan kasıbdır, ölümlərin sayı və İnsan İnkişaf İndeksi. Qrup üzvlərinə “var-dövlət” anlayışının nə ifadə etdiyini öyrənmək üçün müzakirə təşkil edin. İnkişaf üzrə çalışan QHT-dən bir nəfəri töhfə vermək üçün dəvət edə bilərsiniz.

Siz bu mövzular üzrə debatı davam etdirə və ya iştirakçılardan hesabat yazmağı xahiş edə bilərsiniz. Təklif olunan mövzulara aiddir:

• Var-dövlət və güc insanların insan hüquqları və ləyaqətindən faydalanmaq imkanlarına necə təsir edir?
• Var-dövlət və gücə malik olmaqla bağlı məsuliyyətlər var?

Qrup var-dövlət və onun bölüşdürülməsi mövzusuna davam edib “Bizim nə qədərə ehtiyacımız var?” məşğələsini etmək istəyə bilər.

Fəaliyyət üçün fikirlərGoto top

Sizin cəmiyyətinizdə çətin vəziyyətdə olan şəxslərin yerli ehtiyaclarını ödəmək üçün çalışan təşkilatla əlaqə saxlayın. Bundan sonra, kömək etmək üçün layihə planlaşdırın. Bəzən, sadəcə məsələ barəsində “söz yaymaq” dəyişiklik etmək üçün yaxşı addım ola bilər. Belə ki, iştirakçıların var-dövlətin bölgüsü məsələsini valideynləri və dostları ilə müzakirə etməsini təklif edə bilərsiniz.

Əlavə məlumatGoto top

Ədalətli ticarət məhsullarını almaq inkişaf etməkdə olan ölkələrdəki istehsalçıları dəstəkləmək üçün güclü
vasitədir. Ədalətli ticarət işçilər və fermerlərə yaşayışlarını təmin etmək və özləri üçün daha təhlükəsiz gələcək qurmaq imkanı verir.

http://www.fairtrade.net/
http://www.european-fair-trade-association.org

Yerli Mübadilə Ticarət Sistemləri (LETS) yerli, öz daxili valyutalarından istifadə edən ticarət şəbəkələridir. Onlar əməkdaşlıq əsasında qurulub və istifadəçilər tərəfindən idarə olunur, belə ki, digərlərindən daha çox LETS krediti olan şəxslər daha güclü deyillər və ya resursların onlara düşən hissəsindən artığını istehlak edə bilməzlər. Bu şəbəkələr ye-rli iqtisadiyyatı, xüsusilə böhranda olan şəhərlərdə, canlandırmaq üçün sübut olunmuş həll yollarıdır. Axtarış motorunuzda Yerli Mübadilə Ticarət Sistemləri (LETS) axtarın və ya http://www.gmlets.u-net.com/ saytına baxın.

Var-dövlət və gücü ölçməyin müxtəlif yolları üzrə statistika 5-ci fəsilin Yoxsulluq bölməsindən tapıla bilər.


Goto top