Vətəndaşlar olaraq, bizim müdaxilə etmək və cəlb olunmaq öhdəliyimiz var – dəyişiklikləri həyata keçirən məhz vətəndaşlardır

Joze Saramaqo

Xülasə

Bu məşğələ rol oyunu və müzakirəni əhatə edir. İştirakçılar gənclərin iştirakı barəsində öyrənib özlərinin yerli icmada iştirakını artırmağın yollarını müzakirə edəcəklər

Əlaqədar hüquqlar

• İdarəçilikdə və azad seçkilərdə iştirak etmək hüququ
• Mədəni həyatda iştirak etmək hüququ
• Fikir və məlumat azadlığı

Məqsədlər

• Gənclərin iştirak etmək vasitələrini və onun qarşısını alan və ya asanlaşdıran faktorlar barəsində öyrənmək
• Əməkdaşlıq, təşkilati və digərləri ilə birgə addım atmaq bacarıqlarını inkişaf etdirmək
• Öz fəaliyyətinə görə məsuliyyət hissini aşılamaq

Materiallar

• “İştirak Nərdivanı” materialı (həmçinin, 5-ci fəsildəki Vətəndaşlıq və İştirak üzrə məlumata baxın)
• Böyük vərəq, marker, qələm və qayçı
• “Stikerlər” və ya divara yapışdırmaq üçün kiçik kağızlar
• Divar

Hazırlıq

• Hər kiçik qrup üçün materialın surətini çıxardın
• 6 işarə düzəldin: maneələr, nəzarətdədir, nəzarətdə deyil, imkan verən faktorlar, nəzarətdədir, nəzarətdə deyil

compass-key-date
  • 28 SentyabrBilmək hüququ Günü

Təlimatlar

1-ci hissə. İştirak nərdivanı nədir? (45 dəqiqə)
1. İştirakçılardan “gənclərin iştirakı” dedikdə nə başa düşdüklərini soruşun.
2. İştirak nərdivanı diaqramını paylayın və iştirakçılara onun iştirak barədə düşünməyin müxtəlif yollarından birini göstərən model olduğunu izah edin. Müxtəlif səviyyələri qısaca müzakirə edin.
3. Qrupu 8 kiçik qrupa ayırın. Hər iştirak səviyyəsini bir qrupa tapşırın və onlardan müvafiq iştirak səviyyəsi barəsində 2-3 dəqiqəlik qısa rol oyunu hazırlayıb nümayiş etdirməyi xahiş edin.
4. Qruplar hazır olduqda onları sıra ilə rol oyunlarını nümayiş etdirməyə dəvət edin. İştirakçılar istəsələr, müxtəlif rol oyunları arasında suallar və rəylər üçün vaxt ayırın.

2-ci hissə. Necə iştirak etməli?
5. İştirakçılardan 5 dəqiqə ərzində fərdi şəkildə işləyib 8 səviyyə üzrə həyatlarında baş verən hadisələrə dair nümunələr tapmağı xahiş edin. Həyatlarının bütün aspektlərində
nə baş verdiyi barədə düşünməyə dəvət edin: evdə, məktəbdə, klublarda, işdə, ailədə və dostlar arasında.
6. Daha sonra, iştirakçılardan 4-5 nəfərlik kiçik qruplarda nümunələrini bölüşməyi xahiş edin. Nümunələri müzakirə edərkən, iştirakçılar maneələr (onların nərdivanda irəliləməsinə mane olan faktorlar) və imkan verən faktorlar (nərdivanda irəliləməyə təkan verən faktorlar) irəli sürməlidirlər. Onlar hər bir fikiri ayrıca “stikerdə”
yazmalıdırlar.
7. Qruplar müzakirəni davam etdirərkən hazırlanmış “maneələr” və “imkan verən faktorlar” başlıqlarını divarda bir-birindən 2 metr aralıda yapışdırın. Bundan sonra, qrupları
ümumi sessiyaya toplayın və kağızlarını başlıqların aşağısında yapışdırmağı xahiş edin.
8. İki siyahını iştirakçılarla nəzərdən keçirin. İstənilən anlaşılmaz bəyanatı aydınlaşdırın və iştirakçılar arasında bəyanatların yeri ilə bağlı istənilən narazılığı həll edin.
9. İndi isə “nəzarətdədir” və “nəzarətdə deyil” başlıqlarını divarda əvvəlki başlıqların aşağısına yapışdırın və iştirakçılardan hər iki siyahıdakı bəyanatları həmin başlıqlar üzrə alt siyahılara ayırmağı xahiş edin, belə ki, iştirakçıların nəzarəti altında olan (və ya ola biləcək) məsələlər bir siyahıda, xarici faktorlarla bağlı və iştirakçıların nəzarəti altında olmayan məsələlər digər siyahıda əks olunmalıdır.
10. Nəhayət, dörd siyahıdakı kağızları nəzərdən keçirin. Bundan sonra, təhlil və qiymətləndirməyə keçin.

Təhlil və qiymətləndirməGoto top

• Məşğələ sizə həyatınızın müxtəlif sahələrindəki iştirakınızla bağlı daha aydın düşünməyə kömək etdi? Sizi ən çox təəccübləndirən nə oldu?
• Sizin fikrinizcə, ümumilikdə iştirakınızın səviyyəsi yuxarı yoxsa aşağıdır – məktəbinizdə, klubunuzda, icmanızda? Bunun səbəbləri hansılardır?
• Gənclərin fəal iştirak etməsinin əhəmiyyəti var? Niyə?
• Onların fikrincə, aşağı səviyyədə iştirak daha çox daxili (psixoloji) faktorlarla yoxsa xarici faktorlarla bağlıdır?
• İnsanlar həqiqətən iştirak edə bildikdə özlərini necə hiss edirlər – başqa sözlə, onların iştirakı simvolik olmadıqda?
• İştirakçılar indikindən daha yuxarı “səviyyə”də iştirak etmək istəyərlər? Əgər belədirsə, hansı sahələrdə? Bunu etmək və etməmək üçün hansı səbəblər var?
• İştirakçılar indikindən daha aşağı “səviyyə”də iştirak etmək istəyərlər? Əgər belədirsə, hansı sahələrdə? Bunu etmək və etməmək üçün hansı səbəblər var?
• Neçə nəfər iştirakçı indikindən daha çox iştirak edə biləcəyini və neçə nəfər bunuedəcəyini düşünür? Əgər belədirsə, harada və necə?
• Qərar vermə prosesində iştirak etmək hüququ insan hüquqları sənədlərində necə təmin olunub?

Fasilitator üçün məsləhətlərGoto top

2-ci hissədə iştirakçıları iştirak etməyin mümkün qədər çox yolunu irəli sürməyə həvəsləndirin. Fikir əldə etmək üçün Vətəndaşlıq və İştirak bölməsinə baxın.

İştirak nərdivanını təqdim edərkən modelin “ən yüksək” səviyyədə olmağı ən yaxşı hal kimi nəzərdə tutmadığını qeyd edin. Müxtəlif hallarda və insanların təcrübəsi, vaxtın imkan verməsi və ya maraq səviyyəsindən asılı olaraq fərqli səviyyələrdə iştirak, məsələn, məsləhətçi və ya nümayəndə kimi iştirak daha uyğun ola bilər. Bəzi hallarda sadəcə məsləhət verməkdə (və ya sadəcə məlumatlı olmaqda) heç bir “mənfi” cəhət yoxdur. Buna baxmayaraq, ilk üç səviyyə - manipulyasiya, dekorasiya və simvoliklik qəbul olunmur və bu səviyyələrdə cəlb olunma minimal olduğundan və nəzərə çarpmadığından onlar “iştirak” sayıla bilməz. Siz məsələnin bu tərəfini vurğulamalı və heç kimin bu haqda şübhəli qalmadığına əmin olmalısınız.

Qrup imkan verən faktorlar və maneələr haqqında düşünərkən onlara mümkün qədər çox bəyanatı “nəzarətdədir” kateqoriyasına qoymağa kömək edin. Siz bir neçə nümunə verə və onlara “maneələr”in psixoloji, eləcə də fiziki və struktur ola biləcəyini xatırlada bilərsiniz. Müzakirələr zamanı, iştirakçıları maneələrlə bağlı həll yolları tapmağa həvəsləndirin, məsələn, əgər onlara “səlahiyyətli orqanın (klub və ya kollecdə müəllimlər və ya idarə heyətinin) icazə vermədiyini” iddia edirlərsə, bu barədə həmin orqana müraciət edib-etmədiklərini soruşun!

Əgər onlar, “Biz bunu edə biləcəyimizi düşünmürük” deyirlərsə, onlardan bunu edə biləcəklərini necə sübut edə biləcəklərini soruşun!

Əgər onlar, “Bu, yalnız mənim valideynlərimi/ müəllimlərimi/ yerli səlahiyyətli orqanı qəzəbləndirəcəkdir”, deyirlərsə, müraciət edilən şəxsin reaksiyasını dəyişmək üçün problemi daha fərqli şəkildə necə təqdim edə biləcəklərini soruşun.

Siz bu məşğələdən iştirakçıların ümumilikdə dərslərdə və klubun fəaliyyətində necə iştirak etdiyi barədə danışmaq üçün imkan kimi istifadə edə bilərsiniz. Tərəfinizdən və ya onlar tərəfindən daha geniş iştirakı təşviq etmək və təşəbbüslər göstərmək yollarını araşdıra bilərsiniz.

Qrupun bəzi üzvlərinin digərləri üçün maneələr yaratdığını və onların daha dərindən iştirakının qarşısını aldığını müzakirə etmək yaşıdların təzyiqi və xuliqanlıq mövzularını araşdırmaq üçün istifadə oluna bilər.

VariantlarGoto top

Siz başlanğıcdakı rol oyunlarından gənclərin öz həyatlarında baş verən halları xatırlaması yerinə maneələr və imkan verən faktorları araşdırmaq üçün istifadə edə bilərsiniz. Hər nümayişdən sonra, Forum Teatrı metodundan istifadə edin və iştirakçılardan fərqli şəkildə addım atmağı xahiş edin. Bu yolla, onlar öz həyatlarında bənzər hallar baş verdikdə onların fəal iştirakına maneə törədən faktorlarla üzləşməyin yollarını axtarıb tapa biləcəklər. .

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Qrupa məsuliyyət hissini aşılamaq, etdikləri və öyrəndikləri məsələlər üzərində nəzarət vermək istəyirsinizsə, onlarla birlikdə fəaliyyət planını hazırlayın.

Diqqətli ol, biz baxırıq” məşğələsi şəxsi iştirak və məsuliyyəti təbliğ edir, eləcə də hərəkatda iştirak etməyin müxtəlif yollarını göstərir.

Fəaliyyət üçün fikirlərGoto top

Qrupdan yerli icmalarında dəyişmək istədikləri məsələlərin siyahısını tərtib etməsini xahiş edin. Daha sonra, onları həmin siyahıdan dəyişməsinə təsir edə biləcəklərinə inandıqları bir və ya iki məsələni müəyyən etməyə və səslərini necə eşitdirə biləcəkləri və ya dəyişikliyə başqa hansı yolla töhfə verə biləcəkləri barədə düşünməyə dəvət edin. Bundan sonra, iştirakçıları həmin fikirləri həyata keçirməyə həvəsləndirin!

Əlavə məlumatGoto top

Gənclərin iştirakı gənclərin öz icmalarında fəal iştirakını nəzərdə tutur və gənclərin tarixən cəlb olunmadığı istənilən sahədə planlaşdırma və qərar vermədə gənclərin yüksək səviyyədə iştirakına şamil edilir; məsələn, buraya idman, məktəb, klub, assosiasiya və yerli icma ilə bağlı tədbirlər daxil edilə bilər. Bu cür iştirak zamanı gənclər mövcud ehtiyacları ödəyən və təsiri yaxud nəticəsi gənclərdən başqa digərlərində də özünü göstərən bəzi tədbirlərin təşkilinə cəlb olunurlar.

Avropa Şurasının Gənclərin Yerli və Regional Həyatda İştirakına dair yenilənmiş Avropa Xartiyası üzrə “Fikrini bildir” başlıqlı təlimat vəsaiti vardır. Bu vəsait gənclərin iştirakı üzrə mükəmməl resursdur və məşğələlər üzrə ayrıca bölməsi vardır.

Avropada gənclərin iştirakı və təmsil olunmanın birləşdirilmiş ənənəsi vardır. Məsələn, Avropa Şurasının gənclərin daha geniş səviyyədə iştirakını təşviq etmək öhdəliyi onun gənclər sektorunda birgə idarəçilik sistemi vasitəsilə həyata keçirilir. Gənclər üzrə Məşvərət Şurası gənclərin beynəlxalq qeyri -hökumət təşkilatları və milli gənclər şuralarından 30 nəfər nümayəndəni bir araya gətirir. Bu nümayəndələr Avropa Gənclərə Rəhbərlik Komitəsindəki hökumətin gənc məmurları ilə birlikdə prioritetlər və proqramlarla bağlı qərar verir, gələcək siyasət və proqramlar üzrə məsləhətlər təqdim edirlər. Məşvərət Şurası, eyni zamanda, Avropa Şurası daxilindəki gənclərlə bağlı istənilən məsələ üzrə fikir və təkliflər hazırlayır.

Avropa Gənclər Forumu müstəqil, demokratik, gənclər tərəfindən rəhbərlik edilən platforma olmaqla 100 Milli Gənclər Şurası və Beynəlxalq Gənclər Təşkilatlarını təmsil edir. Bu Forum gənclərin ehtiyacları və maraqlarını Avropa İnstitutları, Avropa Şurası və BMT qarşısında təmsil və müdafiə edərək gənclərin öz həyatlarını inkişaf etdirmək üçün cəmiyyətdə fəal iştirakını təmin etmək istiqamətində çalışır. Forum “iştirak mədəniyyəti”nin yaradıla biləcəyinə inanır. Bu, o deməkdir ki, gənclər siyasətinin gündəliyi gənclərin onlara təsir edən və onları narahat edən məsələlərlə bağlı qərar vermə proseslərində artan iştirakı ilə bir yerdə inkişaf etdirilməlidir.

Image: Roger Hart's model for “Children’s participation from tokenism to citizenship”

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə