Yalnız bir dəqiqə danışa bilərsiniz - dayanmadan – təkrarsız?

Xülasə

Bu məşğələdə iştirakçılar cəld olmalı və idman və insan hüquqları barəsində bir dəqiqə ərzində danışmağa cəhd etməlidirlər.

Əlaqədar hüquqlar

Hamısı

Məqsədlər

• İnsan hüquqlarının bölünməzliyini və qarşılıqlı əlaqəsini qiymətləndirmək
• Tənqidi düşüncəni inkişaf etdirmək
• Şəxsi fikirləri ifadə etmək üçün özünə inamı aşılamaq

Materiallar

• Hər iştirakçı üçün bəyanatlar
• Papaq
• İstifadə olunmuş saat və ya vaxt ölçən

Hazırlıq

• Aşağıdakı vərəqin surətini çıxardın və bəyanatları kəsin.
• Kağız zolaqlarını qatlayın və papağa atın.

compass-key-date
  • 7 AprelDünya Sağlamlıq Günü (ÜST)

Təlimatlar

1. İştirakçılardan dövrə qurub oturmağı xahiş edin.
2. Papağı sıra ilə ötürün. Hər nəfərdən, baxmadan, əlini papağa salıb bir kağız götürməyi xahiş edin.
3. İştirakçılar 5 dəqiqə ərzində kağızda yazılmış bəyanatla bağlı dayanmadan bir dəqiqə danışmaq üçün hazırlaşmalıdırlar. Qaydalara görə, heç bir fasilə və təkrar olmamalıdır.
4. Dövrə üzrə hər iştirakçıdan “çıxış”ını təqdim etməyi xahiş edin.
5. Hər “çıxış”dan sonra, rəy bildirilməsi üçün iki və ya üç dəqiqə vaxt verin. Əgər iştirakçılar daha çox müzakirə aparmaq istəyirlərsə, mövzunu qeyd edin və sonda ona qayıdacağınızı bildirin.
6. Hamı bitirdikdən sonra, geri qayıdın və qısa kəsilməli olmuş müzakirələri tamamlayın.
7. Daha sonra, təhlil və qiymətləndirməyə keçin.

Təhlil və qiymətləndirməGoto top

Məşğələnin necə keçdiyinə baxmaqla başlayın, daha sonra, qaldırılan məsələləri müzakirə edin və sonda, insan hüquqları ilə əlaqəyə toxunun.
• Verilmiş mövzular barəsində bir dəqiqə dayanmadan danışmaq çətin idi?
• Ən çətin mövzular hansı idi və niyə?
• Hansı bəyanatlar ən mübahisəli idi və niyə?
• İştirakçıların eşitdiyi ən təəccübləndirici məlumat hansı oldu?
• Hər bəyanatda əhatə olunan insan hüququ hansı idi?
• İdman hüququ insan hüququdur? Əgər belədirsə, o, müxtəlif insan hüquqları sənədlərində necə işıqlandırılıb?
• Sizin cəmiyyətinizdə hamının seçdikləri idmanı etmək imkanı var? Yoxdursa, niyə? Bunu düzəltmək üçün nə etmək olar?

Tips for facilitatorsGoto top

Bu məşğələ bir çox səviyyələri əhatə edir və suallar fərqli şəkildə şərh oluna bilər. Məşğələnin gənclərə uyğun şəkildə aparılması vacibdir. Daha dərin düşüncəni oyatmaq üçün nəsə deyə bilərsiniz, lakin “müəyyən cavab”ı gözlədiyiniz təəssüratını yarada biləcəyinizdən xəbərdar olun.

Əgər aşağıdakı bəyanatların qrupunuz üçün maraqlı olmadığını düşünürsünüzsə, başqalarını hazırlayın. Qrupunuz çox böyükdürsə, məşğələni onları daha kiçik qruplara bölməklə aparın.

Tərəddüd edən iştirakçıları da danışmağa cəsarətləndirin. Yarım dəqiqə və ya yalnız iyirmi saniyə danışmağı yaxud ilk öncə dostları ilə məşq etməyi və ya daha sonra danışmağı təklif edin. Buna baxmayaraq, bəzi şəxsləri inandırmağın mümkün olmamasına hazır olun.

Davam etməyin yaxşı yolu assosiasiya oyununu oynamaqdır. “İdman”, “əlillik” və ya “Olimpiya oyunları” kimi sözlər yazılan söz kartları hazırlayın.

VariantlarGoto top

Kiçik qrupda siz iki və ya daha artıq dövrə edə bilərsiniz. Hər dövrədə iştirakçılar bir kağız götürürlər. Oynamağın digər yolu kartları təlimatlarda göstərildiyi kimi papağa qoymaqdır. Hər iştirakçıdan bir bəyanat seçib onu ucadan oxumağı xahiş edin. Onlar mövzu haqqında danışmağa başlayırlar və bir dəqiqə əvəzinə dayanmaq istədikləri vaxta qədər danışırlar, növbəti iştirakçı əvvəlki oyunçunun istifadə etdiyi sonuncu sözdən başlayaraq davam edir.

Bəyanatları papaqdan çıxarmaq metodu müzakirə etmək istədiyiniz istənilən mövzu və ya məsələyə tətbiq oluna bilər

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Əgər iştirakçılar idman mövzusunda davam etmək istəyirlərsə və özlərini enerjili hiss edirlərsə, 276-cı səhifədəki “Hamı üçün idman” məşğələsini edin.

Əgər digər hər hansı mövzu xüsusi maraq oyadıbsa, təlimat vəsaitinin sonundakı indeksdən həmin mövzuya uyğun məşğələni tapın.

Əgər qrup insan hüquqlarına yumorlu yanaşmaq və Pançonun 5-ci fəsildəki karikaturaları ilə oynamaq istəyirsə: 76-cı səhifədəki “Şəkillərlə oynamaq” məşğələsinə baxın; və ya onlar gülməli əhvalatlar danışmağı xoşlayırlarsa: Hər kəs Fərqli - Hər kəs Bərabər paketindəki “Avrozarafat yarışına” baxın.

Fəaliyyət üçün fikirlərGoto top

İzləmək üçün bir məsələ barəsində qərara gəlin və addım atmaq üçün növbəti mərhələ haqqında razılıq əldə edin. Seçilmiş mövzu üzrə işi davam etdirmək üçün layihə hazırlayın. Bu sahədə çalışan yerli təşkilatla əlaqə qurun. Layihədən öyrənmək imkanı kimi istifadə edin və iştirakçıların qrup işi bacarıqları və fəaliyyət qabiliyyəti üzrə əldə etdikləri barəsində düşünməsinə kömək edin.

Qeyd
Bəyanatlar idmanı 20 Kompas
mövzusu ilə əlaqələndirir. Bu insan
hüquqlarının bölünməzliyini
və qarşılıqlı əlaqəsini göstərir.

Ətraflı məlumatGoto top

http://www.athletesunitedforpeace.org

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Bəyanatlar vərəqi

İdman və ümumi insan hüquqları
Sizin fikrinizcə, Emmanuel Adebayor UNAIDS Xoşməramlı Səfiri olmaq üçün uyğundur?

İdman və ümumi insan hüquqları
Atletlər beynəlxalq səviyyədə davranış qaydalarına əməl etməlidirlər. Bu qaydalara əməl etməyən, məsələn, idman yarışından siyasi bəyanat etmək üçün istifadə edən atletlər cəzalandırılır. Bu, şəxsin ifadə azadlığının pozulmasıdır?

İdman və ümumi insan hüquqları
Polis problem yaradacağından şübhələndiyi futbol tərəfdarlarının oyunlarda iştirak etmək üçün başqa ölkələrə getməsinə mane olmaq səlahiyyətinə malikdir. Bu, şəxsin hərəkət azadlığı və sərbəst şəkildə birləşmək hüququnun qanuni pozulmasıdır?

İdman və ümumi insan hüquqları
Sizin fikrinizcə, Olimpiya Oyunlarının keçiriləcəyi ölkələr insan hüquqlarının təmin edilməsi şəraitinə uyğun seçilməlidir?

İdman və uşaqlar
Uşaqlarını saatlarla məşq etməyə məcbur edən şöhrətpərəst valideynlər və məşqçilərə nə deyərdiniz? Gənclərin sağlamlığı və asudə vaxtlarını necə keçirəcəklərinə kim qərar verməlidir?

İdman, vətəndaşlıq və iştirak
Bir çox insanlar bir ölkədə anadan olur, amma ikinci ölkədə məskunlaşır və həmin ölkənin vətəndaşına çevrilirlər. Yenə də, onlar evlərinə çevrilmiş ikinci ölkənin milli komandasını deyil, anadan olduqları ölkənin milli komandasını dəstəkləyirlər. Yaxşı vətəndaş məskunlaşdığı ölkənin milli komandasını dəstəkləməlidir?

İdman və mədəniyyət
Mədəniyyət qurum, təşkilat və ya qrupu xarakterizə edən ortaq yanaşmalar, dəyərlər, məqsədlər və adətlər kimi təsvir oluna bilər. “Futbol mədəniyyəti” mədəniyyət sayıla bilər?

İdman və demokratiya
Sizin fikrinizcə, ölkənizdəki siyasətçilər insanların diqqətini siyasi və iqtisadi məsələlərdən yayındırmaq üçün idman və
ya idman hadisələrindən istifadə edirlər?

İdman və əlillik
Paralimpiya oyunları əlil insanlara qarşı qərəzi nə dərəcədə yoxa çıxara bilir?

İdman, ayrı-seçkilik və dözümsüzlük
Atletlərin cinsi sınaqdan keçirilməsi ədalətli yarış üçün vacibdir yoxsa bu, insanların ləyaqətinə və şəxsi həyat hüququna ciddi müdaxilədir?

İdman və ətraf mühit
Qolf kursları tez-tez insanlar və ətraf mühit üçün zərərli olmaqla tənqid edilir, çünki insanların heyvandarlıq və əkinçilik üçün istifadə edə biləcəyi ərazilər qolf meydançası kimi istifadə olunur. Həmçinin, bu meydançaların saxlanması üçün çoxlu su, herbisid və pestisidlər tələb olunur. Bütün bunlar qolfu insan hüququ məsələsinə çevirir?

İdman və gender
Bəzilərinin fikrincə, aparıcı məşqçilər və idman administratorları arasında qadınların az olmasının səbəbi onlara qarşı ayrı-seçkilikdir. Razısınız? Əgər belədirsə, onu aradan qaldırmaq üçün nə etmək olar?

İdman və qloballaşma
İdman ayaqqabıları və digər bir çox idman avadanlıqları Şərqi Avropa və Uzaq Şərqdə istismar olunan əməklə ucuz dəyərə istehsal olunur. İşçilər işlərini itirmək istəmirlər və bu vəziyyətə qarşı etiraz etmirlər. Biz, müştərilər olaraq, onların istismarının qarşısını almaq üçün nə edə bilərik?

İdman və sağlamlıq
İdmanda narkotiklərdən istifadəyə qarşı yerli səviyyədə mübarizə üçün nə edilə bilər?

İdman və KİV
Sizin fikrinizcə, hər hansı xüsusi televiziya şirkəti istənilən idman yarışının istisna yayım hüququnu ala bilməlidir?

İdman və miqrasiya
Miqrantların inteqrasiyası üçün ən asan və əhəmiyyətli yol idman və idman məşğələləridir. Razısınız? Niyə? Niyə yox?

İdman, sülh və zorakılıq
Rəqabət əsaslı yarışlar hansı səviyyədə insanlar arasında əməkdaşlıq və anlayışı artırır və hansı səviyyədə millətçilik və ksenofobiyanı gücləndirir?

İdman və kasıblıq
Bir çox ölkələrdə idman, xüsusilə də futbol şəxslərə “kasıblıqdan çıxış vəsiqəsi” almaq imkanı təklif edir. Bu səbəbdən, kasıb ölkələr futbola daha çox diqqət ayırmalıdır?

İdman və kasıblıq
Avropada bir çox futbol oyunçuları işlərinə görə çox yuxarı maaş alır. Bu, əsaslandırıla bilər və ədalətlidir?

İdman, din və inam
Bir çox idman klubları həftəsonu oynayır. Bu, şənbə və ya bazar günü dini ibadətlərini həyata keçirmək istəyən şəxslərə qarşı ədalətsiz ayrı-seçkilikdir?

İdman və əlillik
Paralimpiya oyunları əlil insanlara qarşı qərəzi nə dərəcədə yoxa çıxara bilir?

İdman və tarixi yaddaş
Berlindəki Olimpiya stadionu 1936-cı il Olimpiya Oyunlarında Hitlerin nümayiş meydançası olmuş və Nazilər tərəfindən təbliğat məqsədilə istifadə olunmuşdur. Buna görə də, bir çoxları üçün bu tikili faşizmin simvoludur. Bu stadion, bəzilərinin onu tamamilə məhv etmək və digərlərinin onu “Romadakı Kolizey kimi” yavaş-yavaş yoxa çıxmağa tərk etmək təkliflərinə baxmayaraq, hazırda yenilənib. Sizin fikrinizcə, bu tikili ilə nə baş verməli idi?

İdman, müharibə və terrorizm
“Ciddi idmanın ədalətli oyunla heç bir əlaqəsi yoxdur. O, nifrət, paxıllıq, lovğalıq, bütün qaydaların pozulması və vəhşiliyi izləməkdən alınan sadist zövqlə əhatə olunub: başqa sözlə, bu atışma olmayan müharibədir.”, 1945, Corc Oruel. Razısınız?

İdman və əmək
Professional atletlər digər işçilərlə eyni hüquq və öhdəliklərə (məsələn, iş saatları, vergiləri ödəmək və həmkarlar ittifaqlarında birləşmək) malik olmalıdır, fikir ilə razısınız?