Səs vermək mülki ayindir.

Teodor Hezburq

Xülasə

Bu məşğələdə seçkilərdə səs vermək və mülki iştirakla bağlı məsələləri araşdırmaq üçün icma üzvləri arasında sorğu həyata keçirilir.

Əlaqədar hüquqlar

• İdarəçilik və azad seçkilərdə iştirak etmək hüququ
• Fikir və ifadə azadlığı
• Dinc şəkildə toplaşmaq və birləşmək azadlığı

Məqsədlər

• Seçkilərdə səs verməyin səbəblərini diqqətə çatdırmaq
• Məlumat tapmaq və onu tənqidi şəkildə təhlil etmək bacarıqlarını inkişaf etdirmək
• Demokratiyada hər vətəndaşın fərdi töhfəsini tərənnüm etmək

Materiallar

• Hər cütlük üçün bir dəst olmaqla, 1 və 2 saylı sorğu vərəqləri
• Hər cütlük üçün bir ədəd olmaqla, sorğu keçirməyin qaydaları üzrə qeydləri əks etdirən 1 saylı qutunun nüsxələri
• Hər kəs üçün qələm və ya karandaşlar
• Böyük ölçüdə kağızlar (A3) və markerlər
• Skoç

Hazırlıq

• Təlimatları verərkən istifadə etməkdən ötrü sorğu nümunəsi vərəqini əks etdirən 2 saylı qutunun böyük kağızda surətini çıxardın.
• Nəticələri qeyd etmək üçün flipçart vərəqində 1 və 2 saylı sorğu vərəqlərinin surətini çıxardın.
• Məşğələnin vaxt qrafikini planlaşdırın. 1-ci hissə (sorğunu təqdim etmək) üçün 60 dəqiqə, 2-ci hissə (sorğu) üçün minimum 120 dəqiqə və 3-cü hissə (nəticələrin təhlili, təhlil və qiymətləndirmə) üçün 90 dəqiqə ayırmalısınız.

Key Date
  • 18 MartAvropada bütün vətəndaşları əhatə edən ilk parlament seçkisi – Finlandiya, 1917

Təlimatlar

1-ci hissə: Sorğunu təqdim etmək
1. Bu məşğələnin əsas məqsədinin iştirakçıları insanların səs verməsi yaxud verməməsinin səbəbləri ilə bağlı sorğu aparmağa hazırlamaq olduğunu izah edin.
2. İştirakçılardan növbəti (birinci?) dəfə imkan olduqda, milli və ya yerli seçkilərdə səs vermək niyyətində olub-olmadıqlarını soruşun. Səs vermək niyyətində olanlardan əllərini qaldırmağı xahiş edin, bundan sonra, qrupu səs vermək niyyətində olanlar (A) və olmayanlar (B) olmaqla iki yerə ayırın. “Qərarsız olanlar” təsadüfi şəkildə, sayı balanslaşdırmaq üçün, qruplardan hər hansı birinə salına bilər.
3. Hər qrupdan səs vermək və ya verməmək niyyətlərinin səbəblərini sıralamağı və onları böyük ölçüdə kağıza yazmağı xahiş edin. Siyahıları hazırlamaq üçün onlara 15 dəqiqə vaxt verin.
4. Qrupları yenidən bir araya gətirin, A və B qruplarının nümayəndələrindən siyahılarını oxumağı xahiş edin. Sonda, qısa müzakirə üçün vaxt ayırın və istənilən əlavə təklifləri
siyahılara əlavə edin.
5. 1 və 2 saylı sorğu vərəqlərinin nüsxələrini paylayın. Hazırladığınız böyük ölçüdə nüsxəyə istinad edin. İştirakçıların 1-ci vərəqin səs verməyənlərin, 2-ci vərəqin isə səs
verənlərin cavablarını qeyd etmək üçün olduğunu gördüyündən əmin olun. Vərəqlərin, 2-ci sual istisna olmaqla, bənzər olduğunu, yalnız həmin sualın iki vərəqdə fərqləndiyini qeyd edin. Sualları nəzərdən keçirin və hamının onları başa düşməsini təmin edin.
6. İndi isə, cavabları qeyd etmək metodunu izah edin. Qrupa nümunəni göstərin və hesabı tutmaq üçün “5 sütunlu qapı” metodundan necə istifadə etməyi izah edin.
7. Hər cütlüyə bir ədəd olmaqla, müsahibə aparmaq qaydaları üzrə qeydlər vərəqinin nüsxələrini paylayın. Onu nəzərdən keçirin və aşağıdakılar barəsində danışın:
• Müsahibə olunanların təsadüfi qaydada seçilməsini necə təmin edə bilərlər?
• Hər cütlük neçə nəfərdən müsahibə götürəcəkdir? (Nə qədər çox, o qədər yaxşı!)
• Sorğu harada və nə vaxt keçiriləcək?
• Sorğu nə vaxt tamamlanacaq?
• Geri qayıtmaq və nəticələri müzakirə etmək vaxtı.

2-ci hissə: Sorğu
1. Hamının tapşırığı başa düşməsini təmin edin və sorğuya başlayın.
2. Geri qayıtmaq vaxtını razılaşdırın.

3-cü hissə: Nəticələri təhlil etmək
Qruplar nəticələri müqayisə, təhlil və müzakirə etmək üçün görüşürlər. Bu hissə üçün 60 dəqiqə ayırmalısınız.
1. Cütlüklərdən hər qutudakı toplamları cəmləməyi və bunları iki böyük cədvəldə yazmağı xahiş edin. Bu yolla, hər qrupun məlumatları müqayisə oluna bilər və bütün qrupun
toplamları hesablana bilər. Onlar, həmçinin, müsahibə olunanların səsləndirdiyi “səbəbləri” qeyd etməlidirlər. Əgər eyni səbəb bir neçə dəfə səsləndirilibsə, cavabın verilmə sayını qeyd edin, “beş sütunlu qapı” metodundan istifadə edin.
2. Bütün məlumat toplandıqdan sonra, iştirakçılardan aşağıdakı statistikanı hesablamağı xahiş edin:
• Sorğuda iştirak etmiş insanların ümumi sayı
• Sorğuda iştirak edənlər arasında səs verənlərin və səs verməyənlərin sayı
• Kişi və qadın respondentlərin sayı
• Hər yaş qrupundan sorğuda iştirak edənlərin sayı
• Ən az sayda səs verən olan yaş qrupu
• Ən çox sayda səs verən olan yaş qrupu
• Səs verməmək üçün ən çox irəli sürülən səbəblər
• Səs vermək üçün ən çox irəli sürülən səbəblər
• Daha çox insan şəxslərlə yoxsa partiyalarla bağlı səbəblər (istənilən formada) irəli sürüb.
3. İndi isə, iştirakçıların sorğunu nə qədər bəyəndiyini, təcrübələrini və nə öyrəndiklərini müzakirə etməklə davam edin.

Təhlil və qiymətləndirməGoto top

Nəticələrin ümumi müzakirəsi zamanı bir sıra müxtəlif məsələlərə toxuna bilərsiniz, məsələn:
• Sorğunu apararkən qruplar hansı hisləri keçirdiblər? İnsanlar, ümumilikdə, sorğunun suallarına cavab verməyə hazır idilər?
• Sorğunu aparmaq çətin idi? İştirakçılar sorğu aparmağı xoşlayıblar?
• Qrup ümumi əhalinin mövqeyini əks etdirən nümunəvi “təmsilçiləri” tapa bilib? Bunu edərkən onlar hansı çətinliklərlə üzləşiblər?
• Qrupların nəticələrindən yekun mülahizələri çıxararkən hansı problemlər özünü göstərir? Bu problemlərin qarşısını necə almaq olar?
• Qrupu xüsusilə təəccübləndirən statistik məlumatlar olub?
• Sorğunun nəticələri, hər hansı cəhətdən, gözlənilməz olub?• İnsanların cavabları sizin qrupunuzdakı üzvlərin fikirləri ilə uyğun gəlirdi? Sizin fikrinizcə, qrupunuz əhalinin ümumi mövqeyini əks etdirən “təmsilçi”dir?
• Sorğunu yenidən keçirsələr, nəyisə fərqli edərdilər? Hər hansı səhvləri olub?
• Nəticələr sizin icmanızdakı səs vermə meyilləri ilə bağlı real mənzərəni əks etdirir? Niyə? Niyə yox?
• Yekun mülahizələrə əsaslana bilərsiniz? Yoxsa nəticələr şərti qəbul olunmalıdır?
• Statistika adətən faktları dəstəkləmək üçün arqument kimi təqdim olunur. İnsanlar statistikaya nə qədər ehtiyatla yanaşmalıdırlar?
• Hazırda qrupda səs vermək və ya verməməyin əhəmiyyəti ilə bağlı yanaşma necədir? Kiminsə fikri dəyişib (bu və ya digər istiqamətdə!)? Əgər belədirsə, ən inandırıcı
arqumentlər hansılar olub?
• Səs vermək bizim insan hüququmuzdur? Demokratiya insan hüquqları sənədlərində öz əksini necə tapıb?

Fasilitator üçün məsləhətlərGoto top

Part 1, 1-ci hissədə, sorğunu planlaşdırmaqda, məqsəd 2-ci hissə, sorğunun aparılması, üçün əsas yaratmaqdır.

Başlanğıcda, siz açıq şəkildə məşğələnin məqsədinin gənclərə demokratik prosesə töhfə verməkdə öz dəyərlərini göstərmək olduğunu deyə bilərsiniz. Onları səs verməyə “inandırmaq” barədə danışmaq yerinə, bu aspekti vurğulamağınız məsləhət görülür. Qru-pun hər bir üzvünün sessiyaların sonunda öz qərarını qəbul etməsini istədiyinizi, lakin buna nail olmaqdan ötrü, qrup üzvlərinin səs vermək üçün mövcud çoxsaylı səbəbləri dəyərləndirməsinin vacib olduğunu izah edin.

“Səs verənlər”in “səs verməyənlər”i öz təsiri altına almasına imkan vermədən, insanların “obyektiv” səs verib-verməməsi barəsində müzakirə (4-cü bənd) aparmağa çalışın. Müzakirəyə çox vaxt ayırmayın; məqsəd sorğu üçün səhnəni qurmaqdır.

Müsahibəni necə aparmağı müzakirə edərkən (7-ci bənd), qrupun belə sorğunu apararkən üzləşə biləcəyi çətinlikləri nəzərə almalısınız. Bəzi cəmiyyətlərdə insanlar küçədə tanımadıqları şəxslər tərəfindən onlara yönləndirilən suallara cavab vermək istəməyə bilərlər. Bu halda, qrup üzvlərinin öz dostlarını və tanışlarını sual-cavab etməsi daha yaxşı olar.

Qrupun hansı həcmdə məlumatı təhlil edə biləcəyini hesablamağınız olduqca əhəmiyyətlidir. İştirakçıları hesablamalarda çətinliklərlə üzləşməyə gətirib çıxaracaq qədər çox məlumat toplamayın. Əgər qrup böyükdürsə, kiçik qrupla müqayisədə cütlüklər daha az insanı müsahibə etməlidirlər.

Vərəqi necə doldurmaq nümunəsi
1 saylı sorğu vərəqi: Səs verməyənlər

1-ci sual. Hansı yaş qrupundansınız? (İstəyə görə)

  25-dən aşağı 25 – 40 40 – 60 60-dan yuxarl Demək istəmirəm
Kişi
Qadın

2-ci sual. Sonuncu seçkilər zamanı səs verməməyinizin əsas səbəbi nə olub?

Mənim fikrimcə,
səsim nəticəyə
heç bir təsir
göstərməyəcəkdi
Səs vermək
istədiyim heç bir namizəd yox idi
Təklif olunan
siyasətlərin heç biri ilə razı deyildim
Nəticə mənim üçün maraqlı
deyildi
Digər səbəb (daha ətraflı):
Həmin vaxt ölkədə deyildim
Siyasətçilərə etibar etmirəm
Kimsə məndən səs verməməyi
xahiş etmişdi

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

5-ci fəsildə Demokratiya haqqında ümumi materialdan məlumat toplayın, eyni zamanda, ölkənizdə qadınlara səs vermək hüququnun ilk dəfə hansı ildə verildiyini müəyyən edin. Həmçinin, ölkənizdə hansı qrupların səs vermək hüququ-nun olmadığını tapa bilərsiniz (məsələn, uşaqlar, miqrantlar və ya məhbusların). Bunun səbəblərini və ədalətli olub-olmadığını müzakirə edin.

Gənclərə səs vermək hüququnun verildiyi yaşın dəyişdirilməsinin vacibliyi barəsində digər qruplar və ya məktəblərlə debat təşkil edə bilərsiniz.

Demokratik cəmiyyətdə gənclərin onları narahat edən məsələlərlə bağlı addım atması üçün çoxlu imkanlar var. “Elektrik Stansiyası” məşğələsi iştirakçılara sosial dəyişikliyi təbliğ etmək üsulları haqqında düşünmək imkanı yaradır.

Fəaliyyət üçün fikirlərGoto top

Ölkənizdə qadınlara səs vermək hüququnun verildiyi günü qeyd etmək üçün tədbir təşkil edin. Əgər cəmiyyətinizdə səs vermək hüququ olmayan qrupları müəyyən etmisinizsə və bunun ədalətsiz olduğunu düşünürsünüzsə, Parlament Üzvlərinə bu məsələ ilə bağlı məktub yazın. Digərlərinin də imzalarını əldə etməyə çalışın.

Əlavə məlumatGoto top

Siz Dotmokratiya barəsində, səs vermək yolu ilə iştirakı təbliğ etmək vasitəsi, öyrənmək istəyə bilərsiniz. Dotmokratiya, bərabər əsaslı və hamının iştirak etdiyi kollektiv qərar vermə prosesi, çoxsaylı insanlar qrupunda fikirlərin toplanması və prioritetləşdirməsinə imkan verən metoddur. İştirakçılar fikirləri yazmalı və seçdikləri hər bir fikirin aşağısında nöqtələr qoymalıdırlar. Son nəticə qrupun kollektiv seçimlərini əks etdirən qrafik şəklində vizual təmsildir. http://www.dotmocracy.org/

Paylanmalı materiallarGoto top

PDF kimi yükləyin

Sorğunu keçirmək qaydaları üzrə qeydlər
Müsahibə olunanları tapmaq

Təsadüfi qaydada seçdiyiniz şəxslərə yaxınlaşın: başqa sözlə, siz insanları gənc, yaşlı, gözəl, qadın və s. xüsusiyyətlərinə görə sorğuya cəlb etməməli və ya əksinə sorğudan kənarda qoymamalısınız. Qərəzli yanaşmanın qarşısını almağa çalışın.
Müsahibə etmək istədiyiniz şəxslərdən sorğu üçün bir neçə suala cavab vermək istəyib-istəmədiklərini soruşun. Kim olduğunuzu izah edin, cavabların anonim olduğunu deyin və sorğunun nəticələrinin ictimaiyyətə açıqlanmayacağını bildirin; nəticələr yalnız sizin qrup tərəfindən istifadə olunacaqdır.
Müsahibəni qeydə almaq
Əgər yaxınlaşdığınız şəxs sorğuda iştirak etməyə razılıq verərsə, onlardan sonuncu seçkilər zamanı səsvermədə iştirak edib-etmədiklərini soruşun. Əgər cavab “xeyr”dirsə, 1 saylı vərəqi, “səs verməyən” vərəqini, doldurun. Əgər cavab “bəli”dirsə, 2 saylı vərəqi, “səs verən” vərəqini doldurun.
1-ci sual: İştirakçılar, istədikləri halda, yaşlarını söyləməlidirlər. Digər halda, sonuncu sütuna işarə qoyun.
2-ci sual: Müsahibə olunanlara variantları göstərin və birini seçməyi xahiş edin. Əgər onların başqa səbəbi varsa,
E sütununda qeyd edin. Qeyd: B və C variantları arasındakı fərq B səbəbinin yalnız şəxslə, C səbəbinin isə partiya ilə bağlı olmasıdır.
Daha sonra sayıla bilməsi üçün işarələr aydın olmalıdır. Mümkün qədər çox insan eyni vərəqdə qeyd olunmalıdır.
Hər şəxs üçün hər sual qarşısında yalnız bir işarə qoyulmalıdır.

1 saylı sorğu vərəqi: səs verməyənlər

1-ci sual. Hansı yaş qrupundansınız? (İstəyə görə)

  25-dən aşağı 25 – 40 40 – 60 60-dan yuxarı Demək istəmirəm
KİŞİ          
QADIN          

 

2-ci sual. Sonuncu seçkilər zamanı səs verməməyinizdə əsas səbəb nə olub?
A. Mənim fikrimcə, səsim nəticəyə heç bir təsir göstərməyəcəkdi
B. Səs vermək istədiyim heç bir namizəd yox idi
C. Təklif olunan siyasətlərin heç biri ilə razı deyildim
D. Nəticə mənim üçün maraqlı deyildi
E. Digər səbəb (daha ətraflı):

A B C D E

 

 

 

       

 

2 saylı sorğu vərəqi: səs verənlər

1-ci sual. Hansı yaş qrupundansınız? (İstəyə görə)

  25-dən aşağı 25 – 40 40 – 60 60-dan yuxarı Demək istəmirəm
KİŞİ          
QADIN          

 

2-ci sual. Sonuncu seçkilərdə səs vermək səbəbiniz nə olub?
A. Bunun mənim demokratik öhdəliyim olduğunu hiss etmişəm.
B. [Şəxsin adı] üçün səs vermək istədim.
C. [Partiyanın adı] üçün səs vermək istədim
D. [Başqa şəxsin/partiyanın adı] qalib gəlməsini istəmədim
E. Digər səbəb (daha ətraflı):

A B C D E