Uşaq əməyi ailələr və cəmiyyət üçün lazım olan gəliri təmin edir. Bunun qarşısını aldıqda ən çox əziyyət çəkən elə uşaqlar olacaqdır. Razı deyilsiniz?

Xülasə

Bu, müzakirə əsaslı məşğələdir. Başlanğıc nöqtəsi uşaq əməyi ilə bağlı tematik araşdırmadır. İştirakçılar uşaq əməyinin aspektlərini, səbəbləri və onu necə dayandırmaq yollarını araşdırırlar.

Əlaqədar hüquqlar

• İqtisadi istismardan qorunma
• Təhsil hüququ
• İstirahət və asudə vaxt hüququ

Məqsədlər

• Xüsusilə Minilliyin İnkişaf Məqsədləri ilə əlaqəli olaraq, uşaq əməyi barədə biliyin artırılması
• Çətin problemləri təhlil etmək üçün tənqidi düşüncə və bacarıqların inkişaf etdirilməsi
• İnsan hüquqları pozuntularının qarşısının alınması üçün ədalət və məsuliyyət dəyərlərinin inkişaf etdirilməsi

Materiallar

• Aşığın həyatı ilə bağlı faktların nüsxələri; hər iştirakçı üçün bir ədəd
• Hər kiçik qrup üçün bir ədəd olmaqla qələmlər və ya markerlər
• Flipçart kağızı və ya böyük kağız vərəqələr (A3)

Hazırlıq

• “Həll yolu ilə bağlı ideyalar” dizaynını böyük, A3 ölçülü kağızlara köçürün: hər kiçik qrup üçün bir və plenar üçün bir ədəd olmaqla
• Uşaq əməyi, uşaq əməyinin mənası və bunun nə dərəcədə geniş yayıldığı ilə bağlı məlumat toplayın.
• Minilliyin İnkişaf Məqsədləri ilə bağlı məlumat əldə edin.

Key Date
  • 12 İyunUşaq Əməyinə qarşı Mübarizə Günü

Təlimatlar

1. İştirakçılara uşaq əməyi haqqında nə bildikləri barədə sual verin.
2. Məşğələnin Pakistanda uşaq işçi olan Aşıq haqqında praktik məşğələyə əsaslandığını izah edin. Tapşırıq Aşığın vəziyyətinin dəyişdirilməsi üçün mümkün yolları tapmağa çalışmaqdan ibarətdir.
3. Hazırlıq hissəsi kimi, “uydurulmuş hekayə danışmaq” tapşırığını həyata keçirin. Aşığın həyatının bir gününün necə keçməsi ilə bağlı uydurma bir hekayə hazırlayın. Növbədə olan hər bir iştirakçıya daha bir cümlə əlavə etməsini xahiş etməklə dövrə vurun.
4. İştirakçıları hər qrupda maksimum 5 nəfər olmaqla kiçik qruplara ayırın. Hər kəsə Aşığın praktik məşğələsinin bir nüsxəsini təqdim edin. Oxumaq və şərhləri bölüşmək üçün iştirakçılara 10 dəqiqə vaxt verin.
5. Hər kəsə “həll yolu üçün fikirlər” vərəqinin bir nüsxəsini təqdim edin. Onların tapşırığının Aşığın və onun kimi digər uşaq işçilərin üzləşdiyi problemlərə həll yolu ilə bağlı beyin fırtınası etməkdən ibarət olduğunu izah edin. Onlar müvafiq sütunlarda “sabaha qədər”, “gələn aya qədər” və “2025-ci ilə qədər” problemi həll etmək üçün mümkün addımları yazmalıdırlar. Bu tapşırığı sona yetirmək və məruzəçinin təqdimatı həyata keçirməsi üçün ümumi 30 dəqiqə vaxtı olacaqdır.
6. Plenar iclas zamanı hər bir sütun üzrə şərhləri növbə ilə alın. İdeyaları flipçarta yaza-raq ümumiləşdirin. Sözügedən ideyalarla bağlı müzakirəyə icazə verin, lakin vaxt məhdudiyyətini nəzərə alın!
7. Cədvəl tamamilə hazır olduqda, müzakirə və təhlil mərhələsinə keçid alın.

Təhlil və qiymətləndirməGoto top

•   Müzakirənin dərinliyi iştirakçıların mövzu üzrə ümumi biliyindən asılı olacaqdır, lakin həm onların uşaq əməyi ilə bağlı fikirlərini, həm də mümkün həll yolları ilə bağlı sualları əhatə etməyə çalışın.
•    Bu məşğələdən əvvəl insanlar uşaq əməyinin mövcudluğu ilə bağlı nə qədər məlumatlı idi? Onlar bunu haradan bilirdi? Bu məlumatı haradan alıblar?
•    Onların öz ölkəsi/şəhərində uşaq əməyi mövcuddur? Uşaqlar hansı işlərdə işləyir və nəyə görə işləyir?
•    Uşaqlar özləri istədiklərdi təqdirdə, onlara çalışmağa icazə vermək lazımdır?
•    “Uşaq əməyi ailələr və cəmiyyət üçün lazım olan gəliri təmin edir. Bunun qarşısını aldıqda ən çox əziyyət çəkən elə uşaqlar olacaqdır” Buna necə cavab verərsiniz?
•    Biz, istehlakçılar olaraq, uşaq əməyindən hansı yollarla bəhrələnirik?
•    Uşaq əməyi probleminin mümkün həll yolu barədə düşünmək nə dərəcədə çətin idi? Üç sütundan – “sabaha qədər”, “gələn aya qədər” və “2025-ci ilə qədər” – hansını doldurmaq ən çətin idi? Nəyə görə?
•    Uşaq əməyi məsələsi ilə bağlı bir çox dövlət səviyyəli və beynəlxalq bəyannamələr mövcuddur və konfranslar keçirilmişdir. Nəyə görə bu, dünyada hələ də genişmiqyaslı problem olaraq qalır?
•    Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Uşaq Hüquqları Konvensiyası uşaqların istismarının qarşısını necə alır?
•    Problemi həll etmək üçün kim məsuliyyət daşımalıdır? (Fərqli rəngli qələmi götürün və təklifi cədvəldə yazın)
•   Bizim kimi adi insanlar Minilliyin İnkişaf Məqsədlərinə, xüsusilə kəskin yoxsulluğun və aclığın qarşısının alınması və universal ibtidai təhsilin əldə olunması ilə bağlı məqsədlərə çatmaq üçün nə edə bilər? Necə və nə zaman?

Fasilitatorlar üçün məsləhətlərGoto top

Əgər iştirakçılar uşaq əməyi barədə çox az məlumatlıdırlarsa, siz məşğələyə onlara uşaq əməyi və onun nəticələri barədə bəzi faktlar verməklə başlaya bilərsiniz. Bunun
əyləncəli yolu aşağıdakı “Əlavə məlumat” bölməsindəki cədvəl və ya fakt qutusundakı statistikanı götürüb kiçik sorğuya çevirmək ola bilər.

Siz qeyd etməlisiniz ki, 2015-ci il Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün hədəfdir, lakin ekspertlər bu tarixə qədər onlara dünya üzrə nail olmağın mümkün olmaması və
2015-ci ildən sonra da fəaliyyətin davam etdirilməli olması ilə razılaşırlar:

Məqsəd 1: Kəskin yoxsulluq və aclığın aradan qaldırılması
- Gündə 1 dollardan az məbləğə yaşayan insanların sayının iki dəfə azaldılması
- Qadınlar, kişilər və gənclər üçün məşğulluğa nail olmaq
- Aclıqdan əziyyət çəkən insanların sayının iki dəfə azaldılması

Məqsəd 2: Universal ibtidai təhsilə nail olmaq
2015-ci ilə qədər bütün uşaqlar ibtidai təhsilin tam kursunu bitirə bilməlidir.

Minilliyin İnkişaf Məqsədləri haqqında daha çox məlumat üçün 192-ci səhifədəki “Nə qədərinə ehtiyacımız var?” məşğələsinə baxın.

Qruplar üçün ilk iki sütun haqqında ideya tapmaq çətin ola bilər (sabah və gələcək ay), bu da gücsüzlük və çaşqınlıq hissi yarada bilər. Siz aşağıdakı bəyanatı oxumaqla onları həvəsləndirə bilərsiniz:
“Tapşırıq böyükdür, lakin sarsılmaz və ya məşəqqətli olacaq qədər də böyük deyil. Uşaq əməyi ilə mübarizə aparan ölkələrin inkişaf etdirilməsinə dəyər. Bu, onu göstərir ki, uşaq əməyi probleminin yaranmasına səbəb resurs çatışmazlığı deyil, real canfəşanlığın olmamasıdır. Bunun davam etməsinə icazə verməyin. M. C. Mehta Tamil Nadu Ölkəsi və Digərlərinə qarşı məhkəmə işi zamanı Ali Məhkəmə, Hindistan, 1986.

Adətən iştirakçılar problemə effektiv və uzunmüddətli həll yolu tapmaq üçün səbəblərin müəyyyənləşdirilməsinin lazım olduğunu anlayırlar. Səbəbləri təhlik etdikdən sonra adətən həll yolları daha aydın görünür. Lakin siz, xüsusən əgər bəzi qruplar həll yolu tapmaqda əziyyət çəkirlərsə, bunu onlara başa salmalı ola bilərsiniz. Aşağıdakılardan birini və ya bir neçəsini təklif etməklə həll yolları üçün ideyalar yaratmış olarsınız:
•    Yoxsulluğu azaldın və beləliklə, uşaqların işləməyinə ehtiyac azalacaqdır.
•    Yetkinlərin maaşlarını artırın və beləliklə uşaqların işləməyinə ehtiyac azalacaqdır.
•    Təhsili uşaqların ehtiyacları üçün daha cəlbedici və uyğun şəkildə inkişaf etdirin.
•    Beynəlxalq standartları uşaqların məşğulluğu üçün inkişaf etdirin.
•    Uşaq əməyi ilə hazırlanmış məhsulları qadağan edin.
•    Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük tələbi kimi qlobal minimum işçi standartlarını inkişaf etdirin.

Məşğələni mövzuya uyğun və aktiv etmək üçün uşaq əməyi ilə bağlı cari xəbərlərdən (həm yerli, həm bə qlobal səviyyədə) istifadə edin.

VariantlarGoto top

Siz məşğələdən öncə iştirakçıların uşaq əməyi barədə biliklərini artırmaq istəyirsinizsə, məsələn, www.unicef.org və ya www.thinkquest.org veb səhifələrindən sorğu seçə bilərsiniz.

“Uydurulmuş hekayə danışmaq” (təlimatlar bölməsində 2-ci mərhələ) ilə hazırlıq mərhələsi keçirməyin əvəzinə, iştirakçıları hər biri maksimum 5 nəfərdən ibarət qruplara ayırın. Hər bir qrupa beş ədəd A3 vərəqi verin və Aşığın həyatında adi bir gündə baş verən 5 hadisəni şəkil ilə izah etməyi və karikaturalarda olduğu kimi təqdim etməyi xahiş edin. Qruplar bunu etdikdən sonra öz hekayələrini təqdim etməyi xahiş edin.

Karikatura çəkməyi yaxşı bacaran təlimçilər Aşığın hekayəsini həyatının hər səhnəsini ayrı-ayrı dördbucaqda karikatura kimi çəkmək istəyə bilər. Bunları sadə, yalnız əsas məlumatı göstərəcək şəkildə hazırlayın. Hekayənin nüsxəsini (hər bir qrup üçün bir nüxsə) çıxarın və dördbucaqları kəsin. Hər bir qrupa bir şəkil dəsti verin və bu şəkillərə Aşıq barədə kiçik mətnlər əlavə etməklə hekayə hazırlamağı xahiş edin. Qruplar bunu etdikdən sonra hekayələrini təqdim etməyi xahiş edin.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

12 yaşlı Kanadalı oğlanın uşaq əməyinə qarşı çıxdığına görə qətlə yetirilən 12 yaşlı Pakistanlı zavod işçisinin qatili haqqında qəzet məqaləsi oxuduqdan sonra dostları ilə birgə “Uşaqlar uşaqları azad edə bilər” adlı təşkilat yaratması barədə danışmaqla qrup üzvlərini aktiv hüquq kampanyaçıları olmağa təşviqedin. http://en.wikipedia.org/wiki/Free_the_Children Peruda uşaq işçilərin Perulu Gənc İşçilərin Milli Hərəkatı Təşkilatına (ispan dilində) qoşulmaları barədə məlumat toplayın: http://mnnatsop-natsperu.blogspot.com/

“Bir addım irəli atın” məşğələsi vasitəsilə öz cəmiyyətinizdə gənclər üçün imkanlar barədə bərabərsizlik məsələlərinə nəzər sala bilərsiniz.

Yoxsulluğun aradan qaldırılması və bütün digər Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq və bütün dünyada hərbi məqsədlər üçün nə qədər vəsaitin tələb olunduğunu müqayisə etmək istəsəniz, 189-cu səhifədəki “Bizim nə qədərə ehtiyacımız var?” məşğələsinə nəzər salın.

Bu məşğələni qrupa daha yaxın edin. Qrupa Aşıq kimi uşaqları istismar edən işəgötürənlərlə cib xərci qazanmaq üçün və ya məktəb və ya kollec xərclərini ödəmək üçün axşamlar və ya şənbə günləri işləyən gənclərə gülünc səviyyədə aşağı maaşlar ödəyən işəgötürənlər arasındakı fərqi düşünməyi tapşırın. Bəs uşaqlarını evdə və ya ailə biznesində məsuliyyətə cəlb edən valideynlər necə? Iştirakçıların öz təcrübələri necədir? Əgər iştirakçılar bu ideyalar üzərində mövzuya da-vam etmək istəsə, Hər kəs Fərqli - Hər kəs Bərabər Təhsil Paketinin “Mənim uşaqlığım” məşğələsinə nəzər salın.

Fəaliyyət üçün fikirlərGoto top

Siz bəzi kampaniyalarda iştirak edə bilərsiniz, məsələn: http://www.cleanclothes.org və istehsal olunduğu ölkə əsasında geyim və ya aldığınız digər əşyaları seçə bilərsiniz. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsasən 2006-2010-cu illərdə uşaq işçilərinin sayı qlobal olaraq, 11% azalmış və təhlükəli işlərdə işləyən uşaqların sayı 26 % aşağı düşmüşdür. Bu yaxşı göstərici olsa da, dünyada hələ də 218 milyon uşaq işçi var və onların 126 milyonu təhlükəli işlərə cəlb olunmuşdur.

Əlavə məlumatGoto top

Ətraf Mühit Ədalət Fond-unun “Bizim pambığımızın arxasındakı uşaqlar” hesabatı bir milyondan çox olduğu gü-man edilən uşaqların – bəziləri cəmi 5 yaşında olan , olduqca isti və soyuq havada gündə 12 saat işləyən, fiziki, sözlə və bəzən cinsi istismara məruz qalan – üzləşdiyi şok edici vəziyyətləri açıqlayır: http://www.ejfoundation.org/ page481.html

Uşaq əməyi dedikdə uşaqların müntəzəm və davamlı əməyə cəlb olunmasına istinad edilir. Bu təcrübə bir çox beynəlxalq təşkilatlar tərəfindən istismar kimi qəbul olunur və bir çox ölkələrdə qeyri-leqaldır. Uşaq əməyi bir çox uşaqların və ya gənclərin cib xərci qazanmaq və ya təhsil xərclərini qarşılamaq üçün işlədiyi müvəqqəti və ya yarımştat işlərdən fərqlənir. Lakin bu, o demək deyil ki, cib xərci qazanmaq üçün işləyən insanlar istismar olunmur.

www.coe.int/compass ünvanında 5-ci Fəsildə UşaqlarƏməklə bağlı məlumat hissəsində uşaq əməyi, uşaq əməyi vasitəsilə istehsal edilən məhsullar, uşaq əməyi ilə bağlı beynəlxalq hüquq və uşaq əməyinin uşağın özü üçün nəticələri barədə daha çox məlumat əldə edə bilərsiniz.

İnkişaf etməkdə olan ölkələrdə hər altı uşaqdan biri uşaq əməyinə cəlb olunmuşdur. Aşağıdakı cədvəldə regionlar üzrə (1999-2008) uşaq əməyinə cəlb olunmuş 5-14 yaş arası uşaqların sayı göstərilmişdir.

Regionlar üzrə (1999-2008) uşaq əməyinə cəlb olunmuş 5-14 yaş arası uşaqlar (%)

 

Region(a) Children in employment Child labour Hazardous work
  (‘000)      %             (‘000)      % (‘000)      %

Asia and the Pacific

129,358   15.5 77,723     9.3 33,860     4.1
Latin America and the Caribbean 17,843     12.5 12,505     8.8 9,638       6.8
Sub Saharan Africa 83,570     30.3         59,031     21.4 28,767     10.4
Middle East and North Africa 13,307     12.1 9,244       8.4 5,224       4.7
World total 2012    264,427   16.7 167,956   10.6

85,344     5.4

Reference. Tables 1 and 2 from Marking progress against child labour Global estimates and trends 2000-2012 ILO

Note: (a) The regional totals sum to less than the world totals because the latter include countries that are outside of the four main regions reported here.

Uşaq əməyi probleminin miqyası o qədər böyükdür ki, bu məsələ ilə əlaqədar olduqca çox məlumat mövcuddur. Yararlı internet saytları Beynəlxalq Əmək Təşkilatı (http://www.ilo.org), YUNİSEF (http://www.unicef.org) və Uşaqları Qoruyundur (http://www.oneworld.org).

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

1-ci material: Aşığın həyatı barədə faktlar

Şəxsi məlumat
Ad: Aşıq Haşmir
Yaş: 11 yaş
Milliyyət: Pakistanlı
Ailə: Valideynlər, 2 nənə və baba,
1 bacı və 3 qardaş
Ailənin gəliri: təxminən 70 €/aylıq
“Professional” məlumat
“Peşə”: kərpic fabrikində işçi
İş saatları: gün ərzində 12 - 16 saat arası (1/2 saat fasilə) – həftədə 6 gün
İş istehsalı: gün ərzində təxminən 600 kərpic
Maaş: 1000 kərpic üçün 1.3 avro (lakin bunun 50%-i ailəsinin borcunun ödənilməsinə gedir)
5 yaşından etibarən işləyir
Digər məlumat
Onun ailəsi təqribən 6000 pakistan rupisi (110 avro) kredit götürdüyündən 2 il müddətinə borclu idi. Hal-hazırda kredit faizi ilə birgə borcun miqdarı 280 avroya çatmışdır. Aşıq atası tərəfindən 3 ay müddətinə məktəbə göndərildi, lakin fab-rikin sahibi onu məktəbdən çıxarıb yenidən işə qaytardı. Onun atası etdiyi işə görə cəzalandırıldı. Ailənin gəliri çox azdır və nəticə olaraq, uşaqları məktəbə göndərmək və yaxşı ərzaq və səhiyyə təmin etmək üçün kifayət deyil.

Mənbə: http://www.freethechildren.org

Vərəqə 2: Aşığın həyatı barədə faktlar

Aşığın – və digər uşaq işçilərin vəziyyəti ilə bağlı nə edilə bilər?

Sabaha qədər? Gələn aya qədər? 2025-ci ilə qədər