“Əgər o qayıtsa, ona işgəncə veriləcək!”

Xülasə

Avropa İnsan Hüquqları Məhkəməsi qarşısına çıxarılan real məhkəmə işinin simulyasiyası (kiçik məşq)

Əlaqədar hüquqlar

• İşgəncəyə məruz qalmamaq hüququ
• Sığınacaq axtarmaq hüququ
• Ədalətli ictimai dinləmə hüququ

Məqsədlər

• Avropa İnsan Hüquqları Məhkəməsi və insan hüquqları qanununun maddələrindən istisnalar barədə biliyin artırılması
• Tənqidi təfəkkür və məntiqi arqumentlərin düşünülməsi bacarıqlarının inkişaf etdirilməsi
• Ədalət hissi və insan ləyaqəti hissinin aşılanması

Materiallar

• Rol kartlarının nüsxələri
• Qeyd götürülməsi üçün qələm və kağız
• Fasilitator üçün məlumat kartı

Hazırlıq

Kartların nüsxəsini çıxarın və kəsin. Hər kəsin öz kartı olmalıdır və siz eyni sayda (və ya mümkün olan ən yaxın sayda) hakimə, Birləşmiş Krallıq hökumətinin nümayəndələrinə və cənab Çahalın nümayəndələrinə malik olmalısınız.
• Hər bir qrup üçün kartları 1, 2, 3, 4 və s. kimi nömrələyin.
• “Məhkəmələrin” (3 nəfər) hər birinin bir-birindən ayrı otura bilməsi üçün sizin kifayət qədər sahəniz olmalıdır.

compass-key-date
  • 26 İyunİşgəncə Qurbanlarına Dəstək üçün Beynəlxalq BMT Günü

Təlimatlar

1. Qrupa sessiyanın Avropa İnsan Hüquqları Məhkəməsi qarşısına çıxarılan bir məhkəmə işinə həsr olunacağını bildirin. İştirakçılardan Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa İnsan Hüquqları Konvensiyası barədə nə bildiklərini soruşun.
2. Məhkəmə işi ilə bağlı məlumatı oxuyun və hər kəsin əsas sualın “Cənab Çahalın sürgün edilməsi 3-cü Maddənin pozulması olacaq?” olduğunu anladığından əmin olun.
3. İştirakçıları 3 bərabər qrupa ayırın.
•    Qrup A cənab Çahalı təmsil edir
•    Qrup B Birləşmiş Krallıq Hökumətini təmsil edir
•    Qrup C Avropa İnsan Hüquqları Məhkəməsindəki hakimləri təmsil edir
4. Hər bir qrupa müvafiq rol kartını təqdim edin və iştirakçıların öz mövqeyini müzakirə etmək və aydınlaşdırmaq üçün 30 dəqiqə vaxtları olduğunu izah edin. Qrup A və Qrup B bu vaxtı öz arqumentlərini hazır etmək, hakimlərdən ibarət Qrup C isə hər iki tərəf üçün sualların hazırlanmasına sərf etməlidir.
5. 30 dəqiqədən sonra iştirakçılara yenidən qruplaşmağı tapşırın: iştirakçılar rəqəmləri sıra ilə saymaqla özlərinə nömrə seçməlidirlər, bundan sonra, nömrə 1 bir qrupda, nömrə 2 digər qrupda və digər nömrələr eyni şəkildə qruplaşmaqla hər bir qrup cənab Çahalın bir nümayəndəsi, Birləşmiş Krallıq hökumətinin bir nümayəndəsi və bir hakimi özündə birləşdirməlidir.
6. Bu yeni kiçik qruplardan hər birinin mini məhkəməni təmsil etdiyini izah edin. Məhkəmələrin hər iki tərəfin arqumentlərinə qulaq asmaq və hakimlərin suallar ünvanlaması üçün 20 dəqiqə vaxtı mövcuddur.
7. Bundan sonra, hər bir hakim cənab Çahal sürgün edildiyi təqdirdə, 3-cü Maddənin pozulub pozulmayacağı barədə fərdi mühakimə irəli sürməlidir. Yenidən bütün qrupu bir araya toplayın və hakimlərdən səbəblərini də izah etməklə öz qərarlarını təqdim etməyi xahiş edin.
8. Digər iki qrupun nümayəndələrinə verilmiş məhkəmə qərarlarına cavab vermək imkanı yaradın və əslində Avropa Məhkəməsinin bu məhkəmə işini necə yekunlaşdırdığı barədə məlumat verin (Aşağıdakı “Paylanmalı materiallar” bölməsinin altında məlumat kartına baxın).
9. İştirakçılardan qərara mövqe bildirməyi xahiş edin və daha sonra təhlil və qiymətləndirmə mərhələsinə keçid alın.

Təhlil və qiymətləndirməGoto top

  • Bu məhkəmə işinin ən çətin aspektləri nə idi?
  • Öz rolunuzu oynamaqda çətinlik çəkdiniz?
  • Kiçik qrupunuzdakı “hakim”in düzgün qərar verdiyini düşünürsünüz? Yekun qərarda ən önəmli faktorlar nə idi?
  • Sizin fikrinizcə, nəyə görə Avropa İnsan Hüquqları Konvensiyası hətta təcili hallarda belə işgəncə hüququna heç bir məhdudiyyətə icazə vermir?
  • İşgəncəyə bəzən icazə verildiyi təqdirdə, bunun nə ilə nəticələnəcəyini düşünürsünüz?
  • Bunların hamısı hazırki “terrorizmlə müharibə” ilə necə əlaqəlidir? Eyni fəaliyyətlər və ya işlərlə bağlı bir məlumatınız var?
  • Avropa İnsan Hüquqları Məhkəməsinə nəyə görə ehtiyac duyuruq?
  • Öz ölkənizdən məhkəmə qarşısına çıxarılan hər hansı bir məsələ ilə bağlı məlumatınız var?
  • Avropa İnsan Hüquqları Məhkəməsinə kim müraciət edə bilər?

Fasilitator üçün məsləhətlərGoto top

İnsanların digərləri ilə görüşüb öz rollarını bölüşdüyü 4-cü hissədə siz onlara əsl məhkəmə işi vaxtı ayrılmalı olacaqları barədə xəbərdarlıq etməlisiniz. İnsanları vaxtın bir hissəsini işin təfərrüatlarını müzakirə etmək, digər hissəsini isə öz açılış bəyanatlarını hazırlamaq üçün sərf etməyə sövq edin. Hakimlər məhkəmə işinin detallarını aydınlaşdırmalı və qərar vermək üçün hər iki tərəfin təmin edəcəyi əlavə məlumat növü ilə bağlı düşünməlidirlər.

Məşq zamanı hər iki tərəfə hətta təmsil etdikləri mövqe ilə şəxsən razılaşmasalar belə, hakimlərə ən yaxşı müdafiəni təqdim etməli olduqlarını izah edin.

Müxtəlif “məhkəmələri” müxtəlif otaqlarda görüşməyə (6-cı bənd) və ya ən azından bir-birilərini eşitməkdə çətinlik çəkmələri üçün bir-birilərindən uzaq məsafədə olmağa imkan yaratsanız çox yaxşı olar.

Hakimlərdən “məşqlər” zamanı vaxtı idarə etməyi xahiş edin. Onlar suallar üçün nə qədər vaxt verməli olduqlarını və vaxtı tərəflər arasında necə bölüşdürməyi planlamaq istəyə bilərlər. Hər bir tərəfə təqribən eyni vaxt verməli olduqlarını, lakin tərəflərin mübahisə etdiyi məsələlərin aydınlaşdırılması üçün əlavə vaxtın olduğundan əmin olmalarını xüsusi vurğulayın.

Əgər iştirakçılar artıq bununla bağlı məlumatlıdırlarsa, sonda Dik Martinin Quantanamo körfəzində gizli saxlanmalar və vəziyyət barədə “Avropa Şurasına üzv ölkələrin də cəlb olunduğu, tutulan məhbusların gizli saxlanılması və qeyri-qanuni köçürülməsi: ikinci hesabat” adlı hesabatı ilə bağlı məlumat bölüşə bilərsiniz (Müharibə və Terrorizmlə bağlı əlavə məlumatla tanış olun).

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Terrorizm” məşğələsi mümkün terrorist hücumları nümunələrindən istifadə etməklə terrorizmin müxtəlif yollarla izahını verir. Siz, həmçinin, məhdudlaşdırıla bilməyəcək digər insan hüququ – yaşamaq hüququ – barədə “Sabah gələndə” məşğələsi vasitəsilə məlumat əldə edə bilərsiniz. Burada ölüm hökmünə məhkum edilmiş gənc tərəfindən yazılmış mətndən istifadə olunur.

Əlavə məlumatGoto top

Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Şurasına üzv ölkələrin insan hüquqlarına hörmətlə yanaşmasına nəzarət etmək məqsədilə Avropa İnsan Hüquqları Konvensiyası (1950) altında yaradılmış beynəlxalq məhkəmə orqanıdır.  www.echr.coe.int

Avropa İnsan Hüquqları Məhkəməsi və onun fəaliyyəti haqqında www.abouthumanrights.co.uk ünvanında qısa xülasə yer almaqdadır.

Məhkəmə Britaniya Hökuməti planlaşdırıldığı kimi cənab Çahalı sürgün etdiyi təqdirdə, 3-cü Maddəni pozmuş olacağını aşkar etmişdir. Onların əsaslandırması aşağıdakı kimi olmuşdur:

“3-cü Maddə demokratik cəmiyyətin fundamental dəyərlərindən ən vaciblərindən birini qoruyur …Məhkəmə dövlətlərin öz cəmiyyətlərini terrorist zorakılığından qo-rumaq istiqamətində üzləşdikləri böyük çətinliklərdən xəbərdardır. Lakin, hətta bu halda belə, Konvensiya qurbanın davranışından asılı olmayaraq, hər hansı işgəncə və ya qeyri-insani və ya alçaldıcı davranış və ya cəzanı tamamilə qadağan edir. Konvensiyanın əsas maddələrinin əksəriyyəti, eləcə də 1 və 4 nömrəli Protokol-lardan fərqli olaraq, 3-cü Maddə hətta xalqın həyatını təhlükə altına qoyan ictimai fövqəladə vəziyyət halında belə istisnalar üçün heç bir maddə nəzərdə tutmur və 15-ci Maddə altında ondan heç bir istisnaya yol verilmir. 3-cü Maddə ilə xəstəlik müalicəsinə qarşı irəli sürülən qadağa sürgün halı zamanı eynilə mütləqdir...

Buna görə də, fərd digər ölkəyə sürgün edildiyi halda 3-cü Maddəyə əks olaraq üzləşəcəyi münasibət riski barədə əhəmiyyətli səbəblər göstərildikdə, həmin şəxsin sürgün zamanı bu cür münasibətdən qorunması üçün müqavilə imzalayan dövlət məsuliyyət daşımış olur. Bu halda, sözügedən şəxsin fəaliyyəti, hətta xoşagəlməz və ya təhlükəli olduğu halda belə, müzakirə oluna bilməz.

İstisna. Bu, hüquqi öhdəlikdən imtina edilməsi və yaxud Avropa İnsan Hüquqları Konvensiyasında üzv dövlətin xüsusi məqalələrlə bağlı hüquqi öhdəliklərinin ləğv edilməsinə verilmiş addır. Avropa İnsan Hüquqları Konvensiyasının 15-ci Maddəsi üzv dövlətə “müharibə və ya digər ictimai fövqəladə hal zamanı” bunu etməyə icazə verir, lakin Dövlət Avropa Şurasının Baş Katibini bununla bağlı öncədən məlumatlandırmalı və istisna “vəziyyətin kəskin zərurətindən irəli gəlməlidir”. 15-ci Maddə, həmçinin, dəqiqləşdirir ki, 3, 4.1 və 7-ci maddələr üzrə heç bir istisna olmamalıdır və 2-ci maddəyə istisna yalnız “qanuni müharibə əməliyyatları nəticəsində baş verən ölüm hadisələri”nə tətbiq olunur.

Uzun illər boyu Birləşmiş Krallıq 5-ci Maddənin bəzi hissələrinə istisna tətbiq etmişdir və ABŞ-da 2001-ci il 11 sentyabr terror aktlarından sonra 2001-ci ilin noyabr ayından etibarən Birləşmiş Krallığın terror təhlükəsi ilə üzləşməsi səbəb göstərilməklə bunu bərpa etmişdir. Birləşmiş Krallıq Avropa Şurasına üzv dövlətlər içərisində yeganə dövlət idi ki, ABŞ-da 2001-ci il terror hücumları nəticəsində istisna hüququndan istifadə etmişdir. 2005-ci ildə Lord-lar Palatasının istisnanın ayrı-seçkiliyə yol açdığı və buna görə də, Konvensiyaya uyğun olmadığı barədə qərarının ardından ondan imtina edildi.

Avropa İnsan Hüquqları Bəyannaməsinin qısa məzmunu.

Fəaliyyət üçün fikirlərGoto top

Sizin ölkənizlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində hansı məsələlərin qaldırıldığı və hüquq pozuntusu ilə bağlı qərarın olub-olmadığını araşdırın. www.echr.coe.int ünvanına daxil olub “HUDOC database” axtarışa verməklə siz məlumat bazasını əldə edə bilərsiniz.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Təlimatların 2-ci addımında istifadə üçün məhkəmə işi kartı Məhkəmə işi
Karamjit Sinq Çahal Hindistan vətəndaşıdır, lakin hal-hazırda Böyük Britaniyada yaşayır. O, Sikxdir və Hindistanın Pəncab əyalətində müstəqil Sikx dövlətinin yaranması kampaniyasını dəstəkləyir.
Britaniya Hökuməti cənab Çahalı Hindistana sürgün etmək istəyir, çünki hökumət onun Sikxin müstəqilliyinə dəstəyi və keçmiş fəaliyyəti, xüsusilə hal-hazırkı terrorist fəaliyyəti ilə bağlı narahatlıqlarla əlaqədar Birləşmiş Krallığın dövlət təhlükəsizliyinə təhdid xarakteri daşıdığını iddia edir.
Cənab Çahal Avropa İnsan Hüquqları Məhkəməsində sürgünlə mübarizə aparır, çünki o, Hindistana qayıdacağı təqdirdə, işgəncəyə məruz qalacağını iddia edir. O, bunun 3-cü Maddənin yerinə yetirilməməsi demək olduğunu, buna görə də, Hökumətə onu sürgün etmək səlahiyyəti verilməməli olduğunu bildirir.

Karamjit Sinq Çahal üçün rol kartı
Siz Hindistan vətəndaşısınız, lakin hal-hazırda Birləşmiş Krallıqda yaşayırsınız. Siz Sikxsiniz və Hindistanın Pəncab əyalətində müstəqil Sikx dövlətinin yaranması kampaniyasını dəstəkləyirsiniz.
Britaniya Hökuməti sizi Hindistana sürgün etmək istəyir, çünki hökumət iddia edir ki, sizin Sikxin müstəqilliyinə dəstəyiniz və keçmiş fəaliyyətiniz, xüsusilə hal-hazırkı terrorist fəaliyyətiniz ilə bağlı narahatlıqlarla əlaqədar Birləşmiş Krallığın dövlət təhlükəsizliyinə təhdid xarakteri daşıdığınızı iddia edir.
Siz Hindistana qayıtdığınız təqdirdə, sizin ailə üzvləriniz və bir çox dostlarınız kimi yenidən işgəncəyə məruz qalacağınızı düşünürsünüz – siz özünüz də sonuncu dəfə Hindistanda olduğunuz vaxt işgəncəyə məruz qalmısız. Bu cəmi 6 il öncə baş vermişdir və siz Pəncab polisi tərəfindən saxlanılmış və 21 gün müddətində həbsdə qalmışdınız. Bu vaxt ərzində siz dəhşətli şərtlər altında əlləriniz bağlı halda qalmış, huşunuzu itirənə qədər döyülmüş, bədəninizin müxtəlif hissələrinə elektrik cərəyanı ötürülmüş və rişxəndə məruz qalmışsınız. Daha sonra, siz heç bir cərimə olmadan azadlığa buraxılmışsınız.
Siz iddia edirsiniz ki:
1. Siz Birləşmiş Krallığın dövlət təhlükəsizliyinə hədə deyilsiniz, çünki Hindistandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirsiniz.
2. Siz Hindistana qayıtsanız mütləq şəkildə işgəncəyə məruz qalacaqsınız, çünki o vaxtdan bəri vəziyyət əsaslı şəkildə dəyişməmişdir və indi siz daha çox separatist kimi tanınırsınız.
3. Əgər Böyük Britaniya Hökuməti bunun baş verməsinə icazə versə, o, sizin işgəncəyə məruz qalmamaq hüququnu-zu rədd etmiş olacaqdır. Bu hal Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü Maddəsinə ziddir.
Avropa İnsan Hüquqları Konvensiyasının Maddələri:
3-cü Maddə: İşgəncənin qadağan olunması

Heç kim işgəncəyə, qeyri-insani və ya alçaldıcı davranışa və ya cəzaya məruz qalmamalıdır.
15-ci Maddə: Fövqəladə hal zamanı istisna
Müharibə və ya digər ictimai fövqəladə hal zamanı hökumət yalnız mütləq şəkildə vacib olduğu halda, bu konvensiyadakı bəzi hüquqlara məhdudiyyət tətbiq edə bilər.
3, 4(i) və 7-ci Maddələrdəki hüquqlara heç vaxt məhdudiyyət qoyula bilməz. Qanuni hərbi əməliyyat zamanı baş verən hallar istisna olmaqla, yaşamaq hüququna heç vaxt məhdudiyyət qoyula bilməz.

Birləşmiş Krallıq Hökuməti üçün rol kartı
Məhkəmə işi

Karamjit Sinq Çahal Hindistan vətəndaşıdır, lakin hal-hazırda Böyük Britaniyada yaşayır. O, Sikxdir və Hindistanın Pəncab əyalətində müstəqil Sikx dövlətinin yaranması kampaniyasını dəstəkləyir.
Siz cənab Çahalı Hindistana geri sürgün etmək istəyən Birləşmiş Krallıq Hökumətini təmsil edirsiniz, çünki hökumət onun Sikxin müstəqilliyinə dəstəyi və keçmiş fəaliyyətinin, xüsusilə hal-hazırkı terrorist fəaliyyəti ilə bağlı narahatlıqlarla əlaqədar Birləşmiş Krallığın dövlət təhlükəsizliyinə təhdid xarakteri daşıdığını iddia edir.
Cənab Çahal Avropa İnsan Hüquqları Məhkəməsində sürgünlə mübarizə aparır, çünki o, Hindistana qayıdacağı təqdirdə, işgəncəyə məruz qalacağını iddia edir. O, bunun 3-cü Maddənin yerinə yetirilməməsi demək olduğunu, buna görə də, Hökumətə onu sürgün etmək səlahiyyəti verilməməli olduğunu bildirir.
Siz iddia edirsiniz ki:
1. Cənab Çahal işgəncəyə məruz qalmaqla bağlı ciddi risk altında deyil, çünki o Hindistanda olduğu sonuncu dəfədən sonra orada vəziyyət dəyişmişdir və cənab Çahalın orada təhlükəsizlikdə olacağı ilə bağlı sizin hökumətdən zəmanətiniz var.
2. O, Sikx hərəkatı daxilində fəaliyyətinə görə Birləşmiş Krallıqda dövlət təhlükəsizliyinə təhlükə daşıyır. Buna görə də, onun işgəncədən azad olmaq hüququ məhdudlaşmalı və dövlət təhlükəsizliyinə mümkün hədələr üzərindən üstünlüyə sahib olmamalıdır.
Avropa İnsan Hüquqları Konvensiyasının Maddələri:
3-cü Maddə: İşgəncənin qadağan olunması

Heç kim işgəncəyə, qeyri-insani və ya alçaldıcı davranışa və ya cəzaya məruz qalmamalıdır.
15-ci Maddə: Fövqəladə hal zamanı istisna
Müharibə və ya digər ictimai fövqəladə hal zamanı hökumət yalnız mütləq şəkildə vacib olduğu halda, bu konvensiyadakı bəzi hüquqlara məhdudiyyət tətbiq edə bilər.
3, 4(i) və 7-ci Maddələrdəki hüquqlara heç vaxt məhdudiyyət qoyula bilməz. Qanuni hərbi əməliyyat zamanı baş verən hallar istisna olmaqla, yaşamaq hüququna heç vaxt məhdudiyyət qoyula bilməz.

Hakimlər üçün rol kartı
Məhkəmə işi

Karamjit Sinq Çahal Hindistan vətəndaşıdır, lakin hal-hazırda Böyük Britaniyada yaşayır. O, Sikxdir və Hindistanın Pəncab əyalətində müstəqil Sikx dövlətinin yaranması kampaniyasını dəstəkləyir.
Birləşmiş Krallıq Hökuməti cənab Çahalı Hindistana sürgün etmək istəyir, çünki hökumət onun Sikxin müstəqilliyinə dəstəyi və keçmiş fəaliyyətinin, xüsusilə hal-hazırkı terrorist fəaliyyəti ilə bağlı narahatlıqlarla əlaqədar Birləşmiş Krallığın dövlət təhlükəsizliyinə təhdid xarakteri daşıdığını iddia edir.
Cənab Çahal Avropa İnsan Hüquqları Məhkəməsində sürgünlə mübarizə aparır, çünki o Hindistana qayıdacağı təqdirdə, işgəncəyə məruz qalacağını iddia edir. O, bunun 3-cü Maddənin yerinə yetirilməməsi demək olduğunu, buna görə də, Hökumətə onu sürgün etmək səlahiyyəti verilməməli olduğunu bildirir.
İşgəncə ehtimalı: Müxtəlif mənbələrdən məlumat
1995-ci il hesabatında BMT-nin işgəncələrə dair Xüsusi Məruzəçisi polis həbsi zamanı işgəncə tətbiqinə münasibət bildirib: “… yerli xarakter daşımadığı halda, həqiqətən, geniş yayılmış hesab olunan çox az sayda hadisə məhkəməyə cəlb edilir və ondan daha da azı isə cinayətkarların mühakimə olunması ilə nəticələnir”.
Beynəlxalq Amnistiya Təşkilatının sonuncu hesabatında öz ölkələrindən kənardakı gizli əməliyyatlarda iştirak edən Pəncab polisi tərəfindən törədilən insan hüquqları pozuntuları nümunələrindən bəhs olunur. Beynəlxalq Amnistiya Təşkilatı məşhur Sikx separatistlərinin hələ də adətən Pəncab polislərinin əli ilə olmaqla “yoxa çıxmaq”, məhkəmə olmadan həbs olunmaq, işgəncə və ya məhkəmədən kənar ölüm cəzası riski ilə üzləşdiyini iddia edir.
Avropa İnsan Hüquqları Konvensiyasının Maddələri:
3-cü Maddə: İşgəncənin qadağan olunması

Heç kim işgəncəyə, qeyri-insani və ya alçaldıcı davranışa və ya cəzaya mərzu qalmamalıdır.

Fasilitator tərəfindən təlimatların 8-ci bəndində istifadə olunacaq məlumat kartı
Çahal Birləşmiş Krallığa qarşı məhkəmə işinin qısa məzmunu (22414/93) [1996] Avropa İnsan Hüquqları Konvensiyası (15 Noyabr 1996)
Faktlar: Müraciət edən şəxs Birləşmiş Krallığa qeyri-qanuni daxil olmuş, lakin Birləşmiş Krallıqdakı yaşaması daha son-ra, qeyri-qanuni miqrantlar üçün ümumi amnistiya altında rəsmiləşdirilmişdir. O, Birləşmiş Krallıqdakı Sikx icmasında siyasi fəal idi və Beynəlxalq Sikx Gəncləri Federasiyasının təsis olunması və idarə edilməsində önəmli rolu vardır. O, o zamankı Hindistanın Baş Nazirini öldürmək üçün sui-qəsdlə bağlı həbs olunmuş, lakin günahkar hesab olunmamışdır və daha sonra, hücum və davaya görə günahkar hesab olunmuş, lakin hökm ləğv olunmuşdur. Ona qarşı sürgün hökmü onun siyasi fəaliyyəti və ona qarşı qaldırılan cinayət araşdırmaları səbəbindən verilmişdir və o, Avropa İnsan Hüquqları Konvensiyasının hökmünə qədər həbsdə qalmışdır.
Şikayət: Müraciət edən şəxs onun Hindistana sürgününün Avropa Konvensiyasının 3-cü Maddəsini pozaraq ona qarşı işgəncə, qeyri-insani və alçaldıcı münasibətlə nəticələnəcəyini iddia edirdi. O, həmçinin, 5-ci maddə ilə təmin edilən azadlıq hüququnun pozulduğunu da iddia etmişdir.
Hökm: Avropa İnsan Hüquqları Konvensiyası 3 və 5 (4) və 13-cü maddələrin pozulduğunu aşkar etdi, lakin 5 (1) –ci maddənin pozulmadığı qənaətinə gəldi.
Əsaslandırma: 3-cü Maddə sürgün məsələlərində mütləq xarakter daşıdığı ilə bağlı zəmanəti özündə birləşdirir, buna görə də, Birləşmiş Krallıq müraciət edən şəxsin deportasiyasını əsaslandırmaq üçün öz dövlət təhlükəsizliyi marağından istifadə edə bilməz. Müraciət edən şəxs Hindistana sürgün edildikdə, doğrudan da, pis davranış riski ilə üzləşəcəkdir. 5 (1) Maddəsinin pozulması aşkar olunmamışdır, çünki qərar çox önəmlidir və çox tələsik şəkildə verilə bilməzdi. Dövlət təhlükəsizliyi marağının müdafiəsi dövlət hakimiyyət orqanlarını dövlət məhkəmələri tərəfindən effektiv nəzarətdən azad etməməlidir, buna görə də, İngiltərə məhkəmələrindəki məhkəmə araşdırmaları 5(4)-cü Maddənin tələblərini qarşılamırdı. 
http://www.hrcr.org/safrica/citizenship/Chahal.html