Image: Theme 'Globalisation' by Pancho

Hər bir insan, hazırkı Bəyannamədə ifadə edilən hüquq və azadlıqların tam şəkilə həyata keçirilməsinə şərait yaradan sosial və beynəlxalq idarə üsulu hüququna malikdir.
ÜİHB, maddə 28

Qloballaşmanın nə olduğuna dair bir çoxumuzun fikirləri olsa da, qloballaşma anlayışı mürəkkəbdir və insan hüquqları ilə əlaqələri çoxdur.
"Qloballaşma" termini son 50 illik bir dövrdə informasiya texnologiyalarında baş tutmuş çoxsaylı inqilablardan, mallar, xidmətlər və sərmayələr üzrə daim artan transmilli hərəkətlərdə milli və geosiyasi sərhədlərin azaldılmasınadək dünyada formalaşmış müxtəlif iqtisadi, mədəni, sosial və siyasi dəyişikliklərin müxtəlifliyini təsvir etmək üçün istifadə olunan bir termindir. İstehlakçı zövqləri üzrə homogenliyin artması, korporativ gücün konsolidasiyası və genişləndirilməsi, zənginlik və yoxsulluq üzrə kəskin artımlar, ərzaqların "Mc- Donaldlaşması" və mədəniyyət, və hər yerdə liberal demokratik ideyaların artması, bütünlüklə, bu və ya digər bir şəkildə qloballaşmaya aiddir.1
 Şalmali Guttal

Qloballaşma malların və xidmətlə rin beyn əlxalq ticarət həcminin və çeşidinin liberallaşdırılması və nəticələrinin artması, nəqliyyat xərclərinin düşməsi, kapitalın beynəlxalq nüfuzunun intensivliyinin artması, qlobal işçi qüvvəsində böyük artımın olması, texnologiyanın, xüsusilə də kommunikasiya texnologiyalarının yayılması ilə nəticələnməklə bütün dünya ölkələrinin daha sıx iqtisadi inteqrasiyası kimi təsvir edilə bilər.
Avropa Şurası Parlament Assambleyası

İnsanların vəziyyətinin universal olduğunu və bənzər hissləri, qorxuları, istəkləri və arzuları paylaşdığımızı bilirik, lakin bunun, sərbəst sərmaye hərəkatlarının nəticəsi kimi milli sərhədlərin "silinməsi" ilə heç bir əlaqəsi yoxdur.
Eduardo Galeano

Bu terminə hansı formada tərif verməyimizdən asılı olmayaraq, qloballaşma günümüzdə həyatın və ictimai təşkilatların bütün əsas sahələrinə təsir göstərir. Qloballaşma hər bir yerdə mövcuddur və onun mənfi və müsbət cəhətləri vardır

Bir tərəfdən qloballaşmanın insan hüquqları pozuntularına görə məsuliyyət daşıdığı ehtimal edildiyi halda, digər bir tərəfdən qloballaşma insan hüquqları hərəkatlarına onun artıq olmasına və mənfi təsirlərinə qarşı çıxmağa imkan verir. Qloballaşma nəticəsində əkinçiyə məhsulları üçün aşağı qiymət təklif edilir və uşaq əməyinin istifadəsi daxil olmaqla istismarçı iş şəraiti yaratmaq təşəbbüsləri artır.

Ticari və iqtisadi sahələrdəki əlaqələr yaşayış səviyyəsinin yüksəldilməsi, tam məşğulluğun təmin edilməsi və geniş və davamlı artan real gəlir həcminin və effektiv tələbin təmin edilməsi məqsədi ilə həyata keçirilməlidir.
Ümumdünya  Ticarət Təşkilatının yaradılması haqqında Saziş

Bununla yanaşı, qloballaşma qlobal insan hüquqları hərəkatlarının, məs ələn, ədalətli ticarətin yaradılması, uşaq əməyinin azaldılması və universal insan hüquqları mədəniyyətinin təbliğ edilməsi kimi hərəkatların yaranmasına gətirib çıxaran şəbəkə səviyyəsini təmin edir.

Sual: Öz təcrübənizdən, qloballaşmanın bir müsbət, bir mənfi nümunəsini verə bilərsiniz?

Qloballaşmanın təsiri

İqtisadi sahədə qloballaşma, çox zaman özü-özünü tənzimləyən bazar mexanizminə əsaslanan iqtisadi bir sistem kimi kapitalizmin inkişafı ilə müşaiyət olunur. Qloballaşma iqtisadi azadlığın yaranmasına səbəb olmuşdur və hətta nisbət baxımından zənginlər və kasıblar arasındakı fərqin artmasına baxmayaraq, ehtimal edilir ki, dünya miqyasında yaşayış standartları qloballaşma nəticəsində yüksəlmişdir.

Qloballaşma beynəlxalq ticarətdə maneələrin azalması ilə, məsələn, tariflər, ixrac haqları və idxal kvotaları və investisiya və kapitalın hərəkətinə qoyulan məhdudiyyətlərin azaldılması kimi bir çox tədbirl ər vasitəsi ilə beynəlxalq ticarətin inkişafı və malların və xidmətlərin istehsalının qlobal səviyyədə paylanması ilə əlaqəlidir. Qloballaşma xarici resurslardan istifadə etmə xidmətlərini və ofşorinq proseslərini sürətləndirmişdir. Transmilli şirkətlər (TMŞ) xarici resurslardan istifadə etdiklərindən kiçik və orta tipli müəssisəl əri dünya miqyasında mümkün olan ən aşağı qiymətə intensiv olaraq istismar edə bilərlər. Kiçik və orta ölçülü müəssisələr qlobal yarışa tab gətirməkdə və öz işçilərinin hüquqlarını təmin etməkdə çətinlik çəkə bilərlər. Hüquqi cəhətdən bir dövlətdə yaradılmış və digər dövlətd ə fəaliyyət göstərən korporasiya insan hüquqlarına pozuntularına görə məsuliyyət daşımasını sübuta yetirmək asan olmaya bilər.
Qloballaşma həmçinin su, səhiyyə, təhlükəsizlik və hətta həbsxananın idarə olunması kimi kommunal xidmətlərin və malların özəlləşdirilməsinə də təsir göstərmişdir. Son dövrlər, toxum və ya dərmanlar kimi digər məhsullar iqtisadi mallar hesab edilmiş və ticari razılaşmalara inteqrasiya olunmuşdur.

Qloballaşma, fəaliyyətləri xüsusilə ətraf mühitə, cəmiyyətlərə və digər obyektlərə mənfi təsir göstərən transmilli korporasiyaların öz hesabatını verməsi ilə, korporativ sosial məsuliyyətin inkişafına və qeyri-dövlət qurumlarının hesabatlılığına dair narahatlıqların aradan qaldırılmasına kömək edir. Bu gün biz həmçinin şirkətlərin fəaliyyətində davranış kodeksinin inkişafı üzrə artımı da görə bilərik. İstehlakçıların boykotları və kampaniyaları, TMŞ-lərin sosial məsuliyyətə və öz ad-sanı ilə əlaqəli risklərə daha diqqətli yanaşmasına səbəb olmuşdur.

Qlobal beynəlxalq iqtisadi qurumlar

Beynəlxalq "azad    ticarət" razılaşmaları meqakorporasiyaların  dövlət sektorunun əhəmiyyətli dəstəyi sayəsində yaranan dərmanların monopolist qiymətləri ilə böyük mənf əət qazanmasına imkan verən bir çox mühüm hallarda (xüsusilə də dərman preparatları ilə əlaqəli) liberallaşdırmanın və "müdafiəçiliyin" mürəkkəb birləşməsini özündə əhatə edir.
Noam Çomski

Beynəlxalq Valyuta Fondu (BVF) üzv ölkələrə iqtisadi çətinliklərlə bağlı siyasi məsləhətl ər və maliyyələşmə təklif edir, həmçinin makroiqtisadi sabitliyə nail olmaq və yoxsulluğun azaldılmasına kömək etmək üçün inkişaf etməkdə olan ölk ələrlə işləyir. BVF-nin şərti maliyyə resursları mübadiləsində onun tələb etdiyi bir sıra siyasət və ya "tələbl ər"-dir. BVF-nin əsas maraqları iqtisadi və valyuta qərarları olduğundan, "İMG" siyasəti ilə insan hüquqları məsələləri arasında inteqrasiya çox az və ya heç yoxdur.
Dünya Bankı, xarici investisiyaların təşviq edilməsini, beynəlxalq ticarətin təşkilini və kapital sərmayələrin asanlaşdırmasını öz qərarlarında öhdəlik götürərək inkişaf etməkdə olan ölkəl ərə yoxsulluğun azaldılması üçün kreditlər verir. Dünya Bankı inkişaf etməkdə olan ölkəl ər üçün əhəmiyyətli bir gücə sahib olmasına və h ətta bu qurumda 186 ölkənin təmsil olunmasına baxmayaraq, bank kiçik sayda bir sıra iqtisadi cəhətdən güclü ölkələr tərəfindən idarə olunur. 1990-cı illərdə həm Dünya Bankı, həm də BVF bazarların inzibati tənziml ənməməsi və liberallaşdırması, özəlləşdirmə və hökumətin səlahiyyətlərinin azaldılması kimi məsələlər daxil olan siyasət hazırlamışdır.
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) beynəlxalq ticarətin idarə olunmasını və liberallaşdırılmasını təşkil edən bir təşkilatdır. 1995-ci ildə yaradılan ÜTT, iştirakçı ölkələr arasında ticarətin tənzimlənməsi ilə məşğul olur, ticarət razılaşmalarının müzakirəsi və rəsmiləşdirilməsi üçün çərçivəni və iştirakçılarınn ÜTT razılaşmalarına qoşulmalarını həyata keçirmək üçün mübahisələrin həlli prosesini təmin edir.

Sual: Qloballaşma təşkilatınıza və ya məktəbinizə nə kimi təsir göstərir?

Siyasi sahədə, bir ölkənin digər ölkənin daxili inkişaf artımı ilə bağlı marağı, liderlərin öz ölkələrində az legitimliyi olsa belə, xarici siyasi dəstək əldə edə bilməsinə gətirib çıxardı. İqtisadi və maliyyə gücünün konsentrasiyası milli siyasətçilərə və demokratik proseslərə təsirlərin azaldılmasına səbəb olur. Sərvətl ərin qeyri-bərabər bölüşdürülməsi ilə əlaqəli olan ümumi bərabərsizlik cəmiyyətdə gərginliklər yaradır və sosial hüquqlardan hamının səmərəli istifadə edə bilməsinə təhlükə törədir. Hökumətlər tərəfindən bir çox ticari razılaşmalara ictimaiyyətin iştirakı olmadan qərar verilir. İnsan hüquqları ilə bağlı fikirlər çox nadir hallarda ticari razılaşmalara (hətta bu razılaşmaların insan hüquqlarına təsiri olsa belə) daxil edilir.
Bununla yanaşı, qloballaşma demokratiyanın yayılmasının dəstəkləməsinə və insan hüquqlarının daha çox məlumatlandırılmasına yardımçı olur. Kütl əvi texnoloji boşluqlara baxmayaraq, siyasi təsirl ər, sosial şəbəkə saytları vasitəsilə kütləvi informasiya vasit ələrinin demokratikləşməsinə gətirib çıxarır və nəticədə siyasi açıqlığın artırılmasına, korrupsiya və hakimiyyətin sui-istifadə edilməsi ilə bağlı cəzasızlıqların aradan qaldırmasına və siyasi nümayəndəliyin inkişaf etdirilməsi ilə bağlı hərəkatların təşkil olunmasına səbəb olur.

Mədəniyyət sahəsində qloballaşma, qlobal xoşbəxtlik üçün lazımlı bir addım kimi, qloballaşma ətrafında ideoloji müzakirələr və maariflənmənin həyata keçirildiyi kommunikasiya şəbəkələrinin inkişafı ilə bağlıdır.
Qloballaşma ümumi həyat tərzinin və istehlak vərdişlərinin inkişafına səbəb olmuşdur. Mədəni qloballaşma mətbuata təsir edərək, insan faciəl ərinin təcili diqqətə çatdırmasına və kütləvi əhali köçündə dünyanın vicdanının səfərbər edilməsinə şərait yaradır. "Mətbuat qloballaşması" yanlışlıqlarla dolu olma və qeyri-obyektivlik kimi riskləri özündə daşıya bilən əsas mətbuat orqanlarının bu sahədə nəzarətinə, kütləvi inhisarına gətirib çıxartdı.
Qloballaşma, cəmiyyətin müxtəlif hisslərinin, məsələn, rəqəmsal cəmiyyətl ərin mövcudluğu kimi hisslərin inkişafını yüksəltmişdir. Qloballaşma həmçinin sənətdə mübadiləni və mükəmməlliyi təşviq etmişdir və yeni musiqi janrlarının və müxtəlif mədəniyyətlərin mətbəxlərinə əsaslanan yeməklərin ortaya çıxması üçün impuls yaratmışdır! Mədəni qloballaşma, istehlak etdiyimiz mallar ilə əlaqəli narahatlıqların, məsələn, satın aldığımız məhsulların hansı iş və ətraf mühit şəraitində istehsal edildiyi ilə bağlı narahatlıqların da artmasına səbəb olmuşdur.
Qloballaşma çərçivəsində mədəniyyətlərarası dialoq həm beynəlxalq həmrəylik, həm də universal insan hüquqlarına hörmət üçün zəruri olmuşdur. Bundan başqa, qloballaşma bu prosesə müqavimət mədəniyyətinin inkişafına və "fərqli dünya" hərəkatlarının başlanmasına da səbəb olmuşdur.

Nə üçün ABŞ Birləşmiş Krallığın istehsalı olan geyimə tətbiq etdiyi vergi ilə müqayisədə Banqladeş istehsalçısı tərəfindən hazırlanan bir geyimə iyirmi dəf ə daha çox vergi tətbiq edir? Nə üçün dünya üzrə kakao bitkisinin doxsan faizini becə rən ölkəl ər, dünya üzrə olan şokoladın yalnız beş faizini istehsal edir?
Arundati Roy

Sosial sahədə qloballaşma, məşğulluq səviyyələri və şərtləri barədə və işçilərin sosial hüquqları haqqında nəticələrin olmasına gətirib çıxarmışdı. Yerdəyişmələr və ofşorinq ilə müşayiət olunan qlobal rəqabət, şirkətləri işçilərin əmək haqqlarının və sosial müdafiəsinin daha aşağı olduğu ölkələrə köçməyə və orada istehsalı həyata keçirməyə sövq edir. Nəticədə, zəngin ölkələrdə olan həmkarlar ittifaqları və işçilər daha az əlverişli şərtləri qəbul etmək "məcburiyyətində olurlar" və bu hal çox zaman sosial təxribat adlanır.
Həmkarlar ittifaqları qloballaşma prosesinin ən həssas və səs-küylü tənqidçilərindən biridirlər. Məsələn, Avropa Həmkarlar İttifaqı Konfransı davamlı inkişafı dəstəkləyən bir çərçivənin yaradılması   üçün çağırışlar edir. Bunlara aşağıdakılar daxildir:

  • miqrantların qorunması ilə əlaqəli çoxtərəfli çərçivə;
  • sosial qorunmanın təşviq edilməsi üçün çoxtərəfli çərçivə;
  • yoxsulluğun azaldılması üçün əsas vasitə kimi layiqli və ədalətli işin təşviq edilməsinə dair çoxtərəfli çərçivə;
  • işçilərin hüquqlarını n qorunması, qida təhlükəsizliyi, sağlamlıq, təhsil, gender bərabərliyi və qadınların tam müstəqlilliyi üçün çoxtərəfli çərçivə 2

Daha yaxşı qloballaşma?
Biz qloballaşma üzrə dominant perspektivin bazarlar ilə əlaqəli dar qayğılardan insanlar ilə əlaqəli geniş narahatlıqlara keçidinə inanırıq. Qloballaşmanın sosial ölçüsü iş, sağlamlıq və təhsil ilə bağlı olmaqla yanaşı bu çərçivələrdən də kənara çıxır. Demokratik iştirak və maddi rifah üçün insanların istəklərinin bütövlüyü onların gündəlik həyatlarında və işlərində rastlaşdıqları qloballaşmanın bir ölçüsüdür. Daha yaxşı bir qloballaşma, 21-ci əsrdə istənilən bir yerdə yaşayan insanlar üçün daha yaxşı və təhlükəsiz həyatın açarı hesabedilir. BƏT, Qloballaşmanın Sosial Ölçüsü üzrə Dünya Komissiyası

Qloballaşmanın tənqidçiləri insanların bu prosesin kənarında saxlanıldığını bildirir. Belə ki, kapital və malların azad dövriyyəsi artdığı halda, insanların azad hərəkəti dəyişən şərtl ərdə bir o qədər də nəzərə alınmır. Buna baxmayaraq, qloballaşma ya iqtisadi səbəblərdən, ya da ekoloji fəlakətlər səbəbindən qanuni və qeyri-qanuni miqrasiyaların artımı ilə müşayiət olunur.

Bu gün qloballaşma artıq qeyd olunan hadisələrlə məhdudlaşmır. Qloballaşma ilə əlaqəli mühüm bir aspekt ozonların tükənməsi, biomüxtəlifliyin azalması, torpaqların pisləşməsi, hava və suyun çirklənməsi, ekoloji fəlakətlər, neft dağılmaları, daşqınlar, iqlim dəyişikliyinə görə quraqlıqlar, tullantıların təmizlənməsi, nüvə yayılmaları, meşələrin yoxa çıxması kimi digər müxtəlif problemlər ilə bağlı olan qlobal mühitin vəziyyətidir. Qloballaşmanın ətraf mühitə təsirləri qaçqın axınlarına səbəb ola biləcəyi kimi, bunlar da insanların axınlarına təsir göstərir.

Ədalətli ticarət standartları

Ədalətli ticarət standartları sosial məsuliyyətli istehsal və ticarət üçün minimum standartlardan ibarətdir; bu standartlar həmçinin lazımi imkanlara malik olmayan və təcrid olunmuş kiçik miqyaslı fermerlərin və əkin işçilərinin inkişafına dəstək verməyi nəzərdə tutur. Ədalətli ticarət standartları davamlı inkişafın üç sahəsinə aiddir: sosial, iqtisadi və ətraf mühitin inkişafı üzrə sahələrə.
Sosial inkişaf baxımdan fermer təşkilatları üzvləri tərəfindən effektiv nəzar əti təmin etmək üçün demokratik struktura və şəffaf idarəçiliyə malik olmalıdır; təşkilatlar da öz üzvlərinin sosial və iqtisadi inkişafını təşviq etmək potensialına malik olmalıdır; və burada heç bir ayrı-seçkilik olmamalıdır.
İqtisadi inkişaf kriteriyası təşkilatın məhsulunu effektiv şəkildə ixrac etmək və Ədalətli ticarət premiumuna (sosial, ətraf mühit və iqtisadi inkişaf layihələrində investisiya üçün razılaşdırılmış Ədalət ticarət qiymətinə əlavə ödənilən məbləğ) öz üzvləri adından şəffaf və demokratik, effektiv şəkildə nəzarət etmək keyfiyyətini təmin edir.
Ətraf mühitin inkişaf meyarları ətraf mühitin mühafizəsi məsələsini təsərrüfat idarəçiliyinin ayrılmaz bir tərkib hissəsi kimi nəzərdə tutur. Burada, kimyəvi maddələrin istifadəsi, tullantıların istifadəsi ilə əlaqədar fermerl ərin və işçilərin qorunması ilə bağlı qaydalar və təbii ehtiyatların  mühafizəsi məsələləri mövcuddur. Bu standartlar həmçinin genetik cəhətdən  modifikasiya  olunmuş  orqanizmlərin (GMO) istifadəsini də qadağan edir.3

Qlokallaşma

Avropa  Həmkarlar  İttifaqları Konfederasiyası (ETUC), şirkətlərin yerdəyişməsi ilə əlaqəli olan sosial vəziyyəti, beynəlxalq xarici tədarük zəncirlərində    "vaxtında istehsal"-ın    inkişafını, iqtisadiyyatın qeyri-rəsmi komponentinın    artmasını, işdə təhlükənin yüksəlməsini, kollektiv qiymət danışıqlarını və həmkarlar ittifaqı hüquqlarına qarşı olan həmlələri, xüsusilə də ixrac emal zonalarında narahatlıq yaradan vəziyyəti tənqid edir. 
Avropa Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi

Maliyyə və iqtisadi qloballaşmaya cavab olaraq bir çox vətəndaş cəmiyyəti iştirakçıları böyük çoxmillətli korporasiyaların kifayət qədər tənzimlənməmiş gücünə, eləcə də ticarət sazişlərinin və tənzimlənməmiş maliyyə bazarlarının mənfi təsirlərinə qarşı çıxırlar. Qeyd olunan fəaliyyətlərin hər biri insan hüquqları, iş təhlükəsizliyi, ətraf mühit zərərləri ilə bağlı pozuntulara səbəb olur və hətta milli hökumətlərin bu standartları dəstəkləməsinə mənfi təsir göstərir. Bu qruplar və fərdlər özlərini adlandırdıqları kimi "insan üzü ilə qloballaşma"-nı təşviq edirlər. Bu tip qloballaşma, insanlara və insan hüquqları üzrə bərabərliklərə şirkətlərin etinasız münasibət göstərdikləri iqtisadi qloballaşmadan kəskin şəkildə fərqlənir.

Ümumilikdə, anti -qloballaşma və ya alter-qloballaşma adlandırılan bu beynəlxalq hərəkat həmkarlar ittifaqları, ətraf mühit üzrə qeyri- hökumət təşkilatları, siyasətçiləri, insan hüquqları fəallarını, alimləri, qadın təşkilatlarını və daha bərabər dünya üçün çalışan digər tərəfləri bir araya toplayır. Onların fikrincə, nizamsızlaşma və qlobal ticarətdə rəqabət iqtisadi əməkdaşlıq və inkişafın əsas dəyərlərini təşkil etdiyi müddətcə belə bir dünya mövcud ola bilməz.

Alternativ bir qloballaşma üçün hərəkatın enerjisi onun daxili müxtəlifliyindən və çoxşaxəli məqsədlərindən asılıdır.
Boaventura de Sousa Santos5

"Qlobal Düşün, Lokal Hərəkət et" şüarı, qlokal hərəkatların necə olması ilə bağlı məşhur ifadəyə çevrilibdir. Bu ifadə ilk dəfə şəhərsalma planı ilə bağlı bir ekoloji kontekstdə istifadə edilmişdir, lakin çox tez bir zamanda sosial ədalət və təhsil sahələrinə yayılmışdır və yerli tədbirlər, yerli qərarlar və qlobal resursların istifadəsi və ya istismarı arasında əlaqələrin artması barədə məlumatlılığı göstərmişdir. Qlokal hərəkətər qloballaşan iqtisadiyyat kimi məsələlərə cavab olaraq görülə bilər. Belə ki, qloballaşan iqtisadi yyatda məhsulun istehsalı ilə əlaqədar ətraf mühit təsirləri və ya insan hüquqlarının pozulması halları onun satınalma məntəqəsindən fərqli olaraq bir başqa ölkədə baş verə bilər. Eyni zamanda, bu hərəkatlar qlobal imkanlar yaratdığından gələcəkdə yerli məqsədlər üçün də istifadə edilə bilər.

Qloballaşma məsələləri ilə əlaqəli məlumatlılıq son onilliklərdə əhəmiyyətli dərəcədə yüksəlmişdir və beyn əlxalq orqanlara qarşı daha böyük hesabatlılıq tələbləri də artmışdır. Əvvəllər hökumətlər, bank və ticar ət orqanları, beynəlxalq təşkilatlar və ictimai qurumlar tər əfindən qapalı qapılar arxasında qəbul edilən qərarlar indi açıq şəkildə ictimaiyyətdə müzakirə olunur. Indignados və İşğal et etirazları
qlobal bir fenomen halına gəlmişdir və bu etirazlar hər qitədə baş vermişdir.4

Ümumdünya Sosial Forum (ÜSF)

ÜSF özünü ictimai hərəkatlar, şəbəkələr, QHT-lər və digər vətəndaş cəmiyyəti təşkilatlarının qeyri-liberalizmə qarşı olan düşüncələrini qurmaq, fikirlərini demokratik şəkildə müzakirə etm ək, təkliflərini formalaşdırmaq, təcrübələrini sərbəst bölüşmək və effektiv şəbəkə yaratmaq üçün onların bir araya gəldiyi açıq görüş yeri kimi təsvir edir. İlk dəfə 2001-ci ildə keçirilən bu Forum o zamandan etibarən qeyri-liberal siyasət üçün alternativlər axtarmaq və qurmaq üçün daimi bir dünya prosesi forması almışdır. Ümumdünya Sosial Forumu qeyri-konfessional, qeyri-hökumət və qeyri-tərəfli olmaqla plüarizmi və müxtəlifliliyi ilə xarakterizə olunur. Ümumdünya Sosial Forumu, nə də bir təşkilat deyildir. ÜSF bir çox regional sosial forumların, eləcə də yerli və milli sosial forumların keçirilməsinə təkan olmuşdur.

Sual: Qloballaşma necə "humanist" ola bilər?

Qloballaşma və insan hüquqları

Dünyadakı qadınların maariflənməsi və gücləndirilməsi hər kəsin daha qayğıkeş, dözümlü, ədalətli və dinc bir h əyatı üçün uğursuz nəticə verə bilməz.
Aung San Suu Kyi

Qloballaşma özlüyündə insan hüquqlarını pozmur; əsas narahatlıq ondan ibarətdir ki, o hər yerdə universal insan hüquqlarının həyata keçirilməsinə mənfi təsir göstərir. Belə narahatlıqlara qeyri-dövlət orqanlarının insan hüquqları üzrə öhdəlikləri aiddir. Məsələn, iqtisadi və siyasi qloballaşma səbəbindən milli hökumətlərin sosial və iqtisadi proseslərə daha az nəzarətinin olması faktı transmilli şirkətləri bu proseslərdə daha da qüvvətləndirmişdir. Digər nümunə isə, hökumət qərarlarında insan hüquqları məsələlərinə önəm verilməsi ilə bağlıdır ki, bu da xüsusilə sual doğurur. Belə ki, hökumətlərin iqtisadi siyasətləri bazar proseslərindən və xarici investorların fəaliyyətindən, həmçinin ticarət mübahisələrinin həllindən asılıdır.

Qloballaşma ilə əlaqəli təhlükədə olan bəzi insan hüquqları aşağıdakılardır:

  • Ləyaqətin bərabərliyi hüququ və ayrı- seçkiliyə yol verilməməsi hüququ: məsəl ən, inkişaf etməkdə olan ölkələrdə işçilər üçün zəif sağlamlıq və təhlükəsizlik şəraiti səbəbindən yaranan təhlükələr;
  • Sağlamlıq, ərzaq və sığınacaq hüququ: xüsusilə inkişaf etmə kdə olan ölkələrə ticarət maneələri tətbiq etm əklə və ya Afrika və Asiya ölkələrində ixrac məhsullarını və ya bio-yanacaq istehsal etmək üçün əkin sahələrinin alınması yolu ilə yaranan təhlükələr;
  • İşləmək hüququ: məsələn, sənayenin daha ucuz işçi qüvvəsi olan və daha aşağı sosial standartlar tətbiq olunan ölkələrə köçürülməsi ilə əlaqəli olan təhlükələr;
  • Yaşamaq hüququ: məsələn, kasıb ölkələrdəki insanların dərman vasitələrinə çıxış imkanına qadağa tətbiq edən ticarət müqavilələri vasitəsilə yaranan təhlükələr;
  • Mülkiyyət hüququ: məsələn, boru kəmərlərinin çəkilməsi və ya b əndlərin tikilməsi kimi böyük infrastruktur layihələri səbəbindən şəxsi mülkü tərk etməklə nəticələnən təhlükələr;
  • Sağlamlıq və sağlam mühit hüququ: məsələn, inkişaf etməkdə olan ölkələrdə t əhlük əli tullantıların konsentrasiyası və ya hökumətlər tərəfindən nəzərə alınmalı iqlim dəyişikliyi tədbirləri ilə bağlı beynəlxalq bir konsensusun olmaması səbəbindən yaranan təhlükələr;
  • Zərərli iş formasından və istismardan qorunmaq hüququ: m əsələn, xarici investorların maraqlarını itirməmək üçün zərərli iş formasını qəbul edə bilən hökumətlər tərəfindən yaradılan təhlükələr;
  • Yerli xalqların öz mədəniyyətlə ri və inkişafları ilə əlaqəli hüquqlar: məsələ n, yerli əhalinin yaşadıqları ərazil ərin sənaye məqsədləri üçün istismarı və müsadir əsi ilə həmin ərazilərin meşələrinin məhv edilməsi və/və ya ağır çirklənmələrə səbəb olması ilə nəticələnən təhlükələr.

Bu gün, qloballaşmanın bizi bir araya gətirdiyi dövrdə, biz bəzi kəslərin təhlükəsizliyini inkar etməyi seçsək, tezliklə onlar hamı üçün təhlükəyə çevriləcəklər.
Mohamed El Baradei

ÜTT-nin sazişlərində insan hüquqları vurğulanmasa belə, çox zaman bu sazişlər insan hüquqları üçün müsbət nəticələr verir. Məsələn, ÜTT-nin Əqli Mülkiyyət Hüququnun Ticarətlə Əlaqədar Aspektləri üzrə Sazişi (TRİPS), 2001-ci ildə qəbul edilmişdir, müəlliflik hüquqlarının qorunması üçün, o cümlədən dərman sənayesində və digər patentlər üzrə, milli qanunvericilikdə nəzərə alınmalı tələbləri əhatə edir. Patentli dərmanlara ödəniş etmək üçün maliyyə qaynaqları olmayan dövlətlərlə bağlı - və ya öz dərmanlarını istehsal etmək qabiliyyətinə malik olmayan dövlətlər üçün - bu tələb sağlamlıq hüququ ilə (və həmin dövlətin öhdəlikləri ilə) ziddiyyət təşkil edir.

2004-cü ildə Beynəlxalq Əməkdaşlıq Təşkilatının Qloballaşmanın Sosial Ölçüsü üzrə Dünya Komissiyası "Ədalətli Qloballaşma: Hamı üçün imkanlar yaratmaq" hesabatını dərc etmişdir və burada qloballaşma proseslərində insan hüquqlarına hörmətin zəruriliyi bildirilmişdir. Komissiya bu məqsədlə həyata keçiriləcək 9 tədbir müəyyənləşdirmişdir:

İnsanlara diqqət. Xalqın tələbləri qarşılanmalıdır: onların hüquqlarına, mədəni identikliyinə müstəqilliklərinə hörmət; layiqli iş; və yaşadıqları yerli icmaların gücləndirilməsi kimi. Gender bərabərliyi də vacib məsələdir.

Demokratik və effektiv bir dövlət. Dövlət, qlobal iqtisadiyyata inteqrasiyanı idarə edə bilmə qabiliyyətinə malik olmalı və sosial, iqtisadi imkanları və təhlükəsizliyi təmin etməlidir.

Dayanıqlı inkişaf. Yerli, milli, regional və qlobal səviyyədə iqtisadi inkişafın, sosial inkişafın və ətraf mühitin qorunmasının əsaslarını möhkəmləndirmək lazımdır.

Məhsuldar və ədalətli bazarlar. Qurumlar yaxşı fəaliyyət göstərən bazar iqtisadiyyatında imkanları və müəssisələri inkişaf etdirməlidirlər.

Ədalətli qaydalar. Qlobal iqtisadiyyat bütün ölkələr üçün bərabər imkanlara və əlçatanlığa malik olmalıdır və milli potensialın müxtəlifliklərini və inkişaf ehtiyaclarını nəzərə almalıdır.

Həmrəylik ilə birgə qloballaşma. Qloballaşma həm ölk ə daxilində, həm də ölkələr arasında bərabərsizliyi aradan qaldırmağa və yoxsulluğun aradan qaldırılmasına kömək etməlidir.

İnsanlar üçün daha böyük məsuliyyət. İctimai və özəl iştirakçılar həyata keçirdikləri siyasət və hərəkətlər üçün demokratik bir şəkildə hesabat verən subyekt olmalıdırlar.

Dərin tərəfdaşlıq. Qloballaşmanın iştirakçıları - beynəlxalq təşkilatlar, hökumətlər və parlamentlər, biznes, əmək, vətəndaş cəmiyyəti - arasında olan dialoqlar və tərəfdaşlıqlar mühüm demokratik vasitədir.

Effektiv Birləşmiş Millətlər Təşkilatı. Qloballaşma üçün demokratik, qanuni və hər tərəfli bir çərçivə yaratmaqdan ötrü güclü və daha səmərəli çoxtərəfli bir sistem.6

Məsuliyyəti kim daşıyır?

Beynəlxalq Amnistiya təşkilatı bir çox kampaniyalar, məsələn, neft ticarət şirkəti olan "Trafigura"nın hərəkətlərinə qarşı kampaniya başlatdı. Trafigura, 2010-cu ildə təhlükəli tullantıların xüsusiyyətlərini gizlədərək Amsterdama çatdırılmasına və Fil Dişi Sahilinə ixrac edilməsinə görə Hollandiya məhkəməsi tərəfindən təqsirkar hesab edildi. Bu hadisə nəticəsində 15 nəfər həlak olmuş və 100,000-dən çox insan müxtəlif sağlamlıq problemləri ilə əlaqəli tibbi yardım almışdırlar. Maraqlıdır ki, Hollandiya prokurorluq orqanları bu məsələ ilə bağlı yalnız Hollandiyada baş verən hadisəl ərə nəzər yetirirdi. Fil Dişi Sahilindəki dempinqin təsiri il ə əlaqədar bu qurumun laqeydliyi sərhədlər boyunca hərəkətlərə görə şirkətlərin ittiham edilməsi ilə bağlı olan çətinliklərə öz təsirini əks etdirmişdi.

Bu, maneəsiz axtarışa üstünlük vermək üçün bir cavab olmaqla yanaşı həmçinin də insan hüquqları sahəsində, məsələn, inkişaf hüququnun aydınlaşdırılması, iqtisadi, sosial və mədəni hüquqların ədalətliliyinin artırılması və BMT-nin Qlobal Saziş prinsiplərindən irəli gələn hüquqlar sahəsində insan hüquqları cəmiyyətləri üçün bir sıra imkanlara yol açmışdı.

BMT-nin Qlobal Saziş üzrə 10 Prinsipi7
Prinsip 1: Müəssisələr beynəlxalq səviyədə elan olunan insan hüquqlarını dəstəkləməli və hörmət etməlidirlər.
Prinsip 2: Müəssisələr fəaliyyətlərinin insan hüquqlarının pozulması ilə nəticələnməyəcəyinə əmin olmalıdırlar.
Prinsip 3: Müəssisələr cəmiyyətin müstəqilliyini və kollektiv danışıqların tanınmasını dəstəkləməlidirlər.
Prinsip 4: Müəssisələr məcburi və icbari əməyin aradan qaldırılmasını dəstəkləməlidirlər.
Prinsip 5: Müəssisələr uşaq əməyinin ləğv edilməsini dəstəkləməlidirlər.
Prinsip 6: Müəssisələr peşə və sənətə görə olan ayrı-seçkiliyin aradan qaldırılmasını dəstəkləməlidirlər.
Prinsip 7: Müəssisələr ekoloji tələblərə olan ehtiyat tədbirlərini dəstəkləməlidirlər.
Prinsip 8: Müəssisələr ekoloji öhdəlikləri həyata keçirmək üçün böyük təşəbbüs göstərməlidirlər.
Prinsip 9: Müəssisələr ətraf mühitə ziyan vurmayan texnologiyaları inkişaf etdirməli və genişləndirməlidirlər.
Prinsip 10: Müəssisələr məcburi pul almaq və rüşvətxorluq da daxil olmaqla hər növ korrupsiyaya qarşı mübarizə aparmalıdırlar.

Yer kürəsi bir dənədir, lakin dünya deyil. Bəziləri Yer kürəsinin resurslarını gələcək nəsillər üçün çox az saxlamaqla istehlak edirlər. Digərləri isə bu nemətlərdən həddindən artıq az istifadə etməklə aclıq, baxımsızlıq, xəstəlik və erkən ölüm ehtimalı ilə yaşayırlar.
Gro Brundtland

2008-ci ilin maliyyə böhranının insan hüquqlarına, xüsusi lə də daha çox qlobal maliyyə hərəkatlarının nəticələrinə mənfi təsiri Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən 2012-ci ilin may ayında Portuqaliyaya səfər zamanı vurğulanmışdır. “Portuqaliyada indiy ə qədər həyata keçirilən maliyyə üzrə sərt qənaət tədbirləri nisbətən daha həssas olan sosial qrupların, xüsusilə uşaqların, yaşlıların və qaraçıların insan hüquqlarına qeyri-müt ənasib təsir göstərmişdir. Portuqaliya sosial məhdudiyyətl ər və ya yoxsulluq vəziyyətində yaşayan və ya yaşamaq təhlükəsi altında olan bütün şəxsləri səmərəli şəkildə qorumaq üçün öhdəlik götürmüş Avropa Sosial Xartiyasına tərəfdaş dövlətdir. Məşğulluq, mənzil, təhsil, sosial və tibbi yardım hüququ iqtisadi dövrlərdə belə inkar edilməyən mühüm sosial hüquqlardır.“ Nils Muižnieks demişdi. Komissar narahatlıqla bildirmişdir ki, uşaqlar və böyüklərin 20%-dən çoxu kasıblıq riski altında hesab edilmişlər.

Sual: Mobil telefonunuzun harada dizayn olunduğunu, istehsal edildiyini, yığıldığını və qablaşdırıldığını bilirsiniz?

Gənclər təşkilatları və qloballaşma

Qloballaşma və gənclər

Gənclər, artıq yetkinlik həyatına keçid ilə əlaqədar olaraq, cəmiyyətdəki digər qruplara nisbətən iqtisadi, sosial, mədəni və siyasi quruluşun dəyişməsinə daha həssas olan qruplardır. BMT-nin 2011-ci il üzrə Dünya Gənclər Hesabatı8 göstərdi ki, 2010-cu ildə qlobal gənclərin işsizlik səviyyəsi 12,6%-ə bərabər olmuş və bununla da böyüklər üzrə qlobal işsizlik səviyyəsindən 4,8% çox olmaqla onu kəskin bir şəkildə kölgədə qoymuşdur. 2011-ci ildə təxminən 152 milyon gənc işçi yoxsulluq xəttindən aşağı olan evlərdə yaşayırdı və kasıb yaşayan ümumi işçilərin 24% -ni təşkil edirdi. Yetkinlik həyatına keçid daha uzun sürür. Gənc qadınlar üzrə işsizlik səviyyəsi Orta Şərqdə 39,4%, Şimali Afrikada isə 34.1% olmaqla xüsusilə diqqət çəkirdi. 2011-ci ildə, inkişaf etməkdə olan ölkələrdə gənclərin 87%-i yaşayırdı, onlar ya işsiz qalır, ya da qeyri-formal iqtisadiyyatda ağır şərtlərdə işləyirdilər.

Mən hər bir şeyimi supermarketdə itirdim. 
Mən artıq xoşbəxt alış-veriş edə bilmərəm.
Mən bu xüsusi təklif üçün buraya gəldim.
Zəmanətli şəxs
The Clash

Gənclər üçün qloballaşma, hətta bütün gəncləri nəzərə almasa belə, onların mədəniyyət və həyat tərzi seçimləri üzrə müxtəlifliklərdə daha çox məlumat, daha çox mobil olmaq üçün daha geniş imkanlar anlamına gəlir və dünya miqyasında öz yaşıdları ilə şəbəkələri genişləndirmək və həmrəylik nümayiş etdirmək üçün daha çox imkanlar təklif edir. Gənclər dəyişən qloballaşma hərəkətlərində də fəaldırlar və qlobal əhatəli bir çox gənclər təşkilatları daha ədalətli qloballaşma üçün proseslərin və tərəfdaşlıqların qəhrəmanları olmağa çalışırlar.

Ən kasıb 48 ölkənin ümumi borcu 168 milyard ABŞ dollarıdır və ümumilikdə ən kasıb 128 ölkənin borcu isə 3,7 trilyon ABŞ dollarından artıqdır.11  Milyarderlər - yalnız 497 nəfərdir (dünya əhalisinin təqribən 0.000008%- i) və onların sərvəti 3.5 trilyon ABŞ dolları dəyərindədir.12

2004- cü ildə Avropa Şurasının gəncl ər sektoru "Sənin Dünyan nə qədər Böyükdür?- Avropa, Gənclər və Qloballaşma" adlı tədbir təşkil etmişdilər. 83 ölkədən 317 gənc qloballaşma şəraitində yaşamla bağlı fikirlərini və təcrübələrini, Avropanın dünyadakı yerini müzakirə etmək, yaxşı idarəçiyi və dünya üzrə insan ləyqaətinin qorunmasını təşviq etmək məqsədilə qloballaşmanın təsirlərinə cavab vermək üçün effektiv tədbirlər irəli sürmək məqs ədilə bir araya gəlmişdilər. İştirakçılar əsas narahatlıqlar kimi bəzi sosial hüquqlara, məsələn, iş və təhsil hüquqlarına və layiqli yaşayış standartlarına çıxışın olmaması məsələlərini diqqətə çatdırmışdılar. Tədbir iştirakçıları iqtisadi qloballaşma proseslərindən daha çox fayda götümüş bir bölgə kimi Avropanın xüsusi məsuliyyətini vurğuladılar və onun dünyanın digər ölkələri üçün nümunə olaraq göstərilən liberal demokratiyanın məskəni sayıla biləcəyini bildirdilər, el əcə də gəncləri gələcəyin (mövcud böyüklərin gücə malik olmayacağı bir gələcək) aktyorları kimi deyil, günümüzün fəalları olaraq nəzərdən keçirilməsi üçün çağırışlar etdilər.9

Avropada staj keçmə

Qloballaşma kontekstində gənclər əmək bazarının kəskin rəqabətinə daxil olmaq üçün yüksək təzyiqlərə məruz qalırlar və öz bacarıqlarını artırmaq üçün stajkeçmə kimi təcrübə imkanlarından istifadə edirlər. Avropa Gənclər Forumu, avropada çalışmış təxminən 4000 stajçının dəlillərindən toplanan bir araşdırma vasitəsilə Avropada gənclər üçün çox vacib sayılan sahəyə, yəni stajkeçmə məsələsinə diqqət yetirmişdir. Onların 25% -i müvafiq məvacib aldıqlarını, 37%-i isə üç və ya daha çox təcrübə keçdiklərini söylədilər.
Dörd təcrübə proqramı keçmiş bir stajçı, təcrüb ələri haqqında fikirlərini ümumilikdə belə bildirdi: "Universiteti təzə qurtarmış məzunların təcrübəyə "ehtiyacı" olduğundan işəgötürənlər bilirlər ki, stajçılara bu halda məvacib verməyə də bilərlər, nəticədə işəgötürənlər istənilən bir şəxsin işə başladığı ilk gündən onlardan hər bir şeyi bilmələrini gözləyirlər ".10

Ədalətli bir qloballaşma üçün gənclərin fəallıq nümayişləri təhsil və məlumatlandırma kampaniyaları, etirazlar, fəaliyyət kampaniyaları, nəşrlər və tətillər şəklində olur. Onlar fərdlərdən, xüsusi təşkilatlardan və geniş koalisiyalardan yarana bilərlər. Onlar həmçinin yerli, milli və ya beynəlxalq ola bilərlər. Müntəzəm olaraq insan qloballaşması üçün təşkil edilən gənclər təşkilatlarının kampaniyaları Avropa Gənclər Mərkəzlərinin illik fəaliyyət proqramlarına daxil edilir. Aşağıda qeyd olunanlar gənclər təşkilatlarının hərəkətlərinin yalnız bir neçə nümunəsidir:

Via Campesina Avropa Koordinasiyası

ECVC daha çox legitimlik, ədalət, həmrəylik və dayanıqlılığa əsaslanan müxtəlif ərzaq və kənd təs ərrüfatı siyasətləri ilə bağlı kampaniyalar aparan fermer və kənd təsərrüfatı işçiləri təşkilatlarını bir araya gətirir.

Avropa Yaşıl Gənclər Federasiyası - qlobal gündəlik

AYGF Avropada fəaliyyət göstərən gənc ekoloji və "yaşıl" siyasi qrupları bir araya gətirir. AYGF öz ümumi siyasi bəyanatında transmilli şirkətlərin ətraf mühitə təsiri və Dünya Bankı, BVF və ÜTT kimi təşkilatlarda demokratik idarəetmənin olmaması ilə bağlı narahatlıqları göstərir və mücərrəd pul köçürmələri üzrə Tobin-vergi tətbiq olunmasını və nəqliyyat, enerji və telekommunikasiya infrastrukturuna demokratik qurumlar tərəfindən nəzarət edilməsini tələb edir.

Beynəlxalq Şahin Hərəkatı - Sosialist Təhsil İnternasionalı (İFM- SEİ)

IFM – SEI 2011-ci ildə Afrika, Asiya, Avropa və Latın Amerikasından olan gənc könüllülərin güclü şəbəkəsini inkişaf etdirmək məqsədi ilə gənclərin yoxsulluğuna dair məlumatlılığın artırılması və layiqli iş uğrunda mübarizənin gücləndirilməsi üçün Yoxsulluğa qarşı Könüllülük layihəsini həyata keçirtmişdir.

Mülki Xidmətlər İnternasionalı “SCİ”- könüllü işçi düşərgələri

SCI yerli icmalara dəstək verməkl ə sülhün mədəniyyətini təşviq etmək və qurmaq üçün 90 ildən çox müddətə könüllü layihələr təşkil edir. Hər il minlərlə könüllü dünyanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq könüllü layihələr üzərində işləyirlər.

Qadın bələdçilərin və Qadın skautların Ümumdünya Assosasiyası-Qlobal Qızlar Fondu

Bu təşəbbüs dünyadakı bütün qızları və gənc qadınları qiymətli bacarıqlar, bilik və imkanlarla təmin etmək ilə onların həyatlarını dəyişdirməyə kömək etmək məqsədi daşıyır. Fondun məqsədi 2014-cü ilin iyununa qədər 10 milyon funt sterlinq toplamaqla, hər bir qızın öz potensialını tam şəkildə reallaşdırması üçün imkan yaratmaq məqsədilə müvafiq layihə və proqramları işləyib hazırlamaq və inkişaf etdirməkdir.

İstinadlar

1 Shalmali Guttal, “Qloballaşma” Təcrübədə İnkişafda, cild. 17 no. 4/5, Avqust 2007, s. 523-531 www.jstor.org/stable/25548249
2  İcraiyyə Komitəsinin Qloballaşmanın Sosial Ölçüsü üzrə Qətnaməsi, 2005: www.etuc.org/a/365
3 Ədalətli ticarət Fondu: Ədalətli ticarət standartları www.fairtrade.org.uk/what_is_fairtrade/fairtrade_certification_and_the_fairtrade_mark/fairtrade_standards.aspx
4 en.wikipedia.org/wiki/List_of_Occupy_movement_protest_locations
5 www.forumsocialmundial.org.br/dinamic/us/boaventurapor.php
6 Ədalətli Qloballaşmadan Uyğunlaşdırılıb: Hamı üçün İmkan Yaratmaq, Beynəlxalq Əmək Təşkilatı, Cenevrə, 2004
7 www.unglobalcompact.org/AboutTheGC/TheTenPrinciples/index.html 
8 “Gənclərin İşə götürülməsi: Dəyişən vaxtda layiqli iş axtarışı ilə bağlı gənclərin perspektivləri”: http://unworldyouthreport.org/index.php 
9 Avropa Şurası, 2005: www.coe.int/t/dg4/youth/Source/Resources/Publications/2005_How_Big_is_your_world.pdf
10 Avropa Gənclər Forumu, Stajçılar Tapılır: http://issuu.com/yomag/docs/yfj_internsrevealed_web
11 Yubiley Borc Kampaniyası, 2008
12 www.globalissues.org/article/26/poverty-facts-and-stats
Richard Falk, “Yuxarıdan Qloballaşmaya” “Aşağıdan Qloballaşma” vasitəsilə Müqavimət göstərmək, B. Gills (red.), Qloballaşma və Müqavimət Siyasəti, Basingstoke: Palgrave, 2001
Qlobal Maliyyə Jurnalı: www.gfmag.com
İnsan Hüquqları Siyasəti üzrə Beynəlxalq Şura, “Qlobal İqtisadiyyatda İnsan Hüquqları, Müsahibədən Hesabat”, Cenevrə: ICHRP, 2010:www.ichrp.org/files/documents/185/210_human_rights_global_economy_colloquium_report.pdf
Naomi Klein, Loqosuz: Brend xuliqanlarını nişan almaq, London: Flamingo, 2000
Shalmali Guttal, “Qloballaşma” Təcrübədə İnkişafda, cild. 17 no. 4/5, Avqust 2007

KOMPASS

Gənclərin iştirakı ilə insan hüquqlarının
təhsili üzrə təlimat vəsaiti

Web Content Display

Key Date
  • 22 MartÜmumdünya Su Günü
  • 7 AprelÜmumdünya Sağlamlıq Günü
  • 1 MayBeynəlxalq Əmək Günü
  • May ayının 2-ci şənbə günüÜmumdünya Ədalətli Ticarət Günü
  • 21 MayDialoq və İnkişaf üçün Dünya Mədəni Müxtəliflik Günü
  • 5 IyunÜmumdünya Ətraf Mühit Günü
  • 20 IyunÜmümdünya Qaçqınlar Günü
  • İyul ayının 1-ci şənbə günüBeynəlxalq Kooperativlər Günü
  • 11 IyulÜmumdünya Əhali Günü
  • 9 AvqustBeynəlxalq Yerli Xalqlar Günü
  • 12 AvqustBeynəlxalq Gənclər Günü
  • Oktyabr ayının 1-ci bazar ertəsiDünya Yaşayış yeri Günü
  • 7 OktyabrÜmumdünya Layiqli Əmək Günü
  • 16 OktyabrÜmumdünya Ərzaq Günü
  • 17 OktyabrBeynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü
  • 9 DekabrKorrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü
  • 18 DekabrBeynəlxalq Miqrantlar Günü
  • 20 DekabrBeynəlxalq İnsan Həmrəyliyi Günü