Bütün insanlar ümumi olaraq bərabər və xüsusi olaraq isə fərqlidirlər. Ümumi bərabərliklər və xüsusi müxtəlifliklər hörmətlə qarşılanmalıdır.

Xülasə

Bu kiçik sorğu özü-özlüyündə kifayət qədər provokativ, buna görə də olduqca maraqlıdır, o, eyni zamanda, effektiv qrup müzakirəsi üçün əsas təşkil edir.

Əlaqədar hüquqlar

• Ləyaqətlə bağlı bərabərlik
• Heç bir fərq olmadan, hüquqlar və azadlıqlarla bağlı hüquqlar 
• Milliyyət hüququ

Məqsədlər

• İnsan hüquqlarının universallığı barədə dərketmənin genişləndirilməsi
• Məlumatı tənqidi və azad oxuma bacarığının inkişaf etdirilməsi
• Özləri və digərlərində etnosentrizm və qərəzlilik barədə maarifləndirilmənin təşviqi və mədəniyyətlərarası tədris bacarıqlarının inkişafı

Materiallar
  • Paylanmalı material
  • Hər şəxs üçün bir ədəd olmaqla qələm və ya karandaşlar, 
  • Böyük kağız vərəqi (A3) və ya flipçart və marker
Hazırlıq

Hər bir iştirakçı üçün bir ədəd paylanmalı material nüsxəsi çıxarın. Alternativ olaraq, lövhə üzərində yazın və ya proyektordan istifadə edin.

compass-key-date
  • 5 MayAvropa Günü

Təlimatlar

1İnsanların Hüquqları və Vəzifələri üzrə Bəyannamə (1989)

1. İştirakçılara bu məşğələnin sorğu-sual xarakteri daşıdığını, lakin məqsədin kimin doğru, kimin yanlış cavab verdiyini görmək olmadığını bildirin; bu, yalnız başlanğıc nöqtəsidir.
2. 2 sitat yazılmış vərəqləri paylayın və ya göstərin. İştirakçılara onları oxumaq üçün 5 dəqiqə vaxt verin.
3. Daha sonra onlardan fərdi olaraq aşağıdakıları müəyyənləşdirməyi xahiş edin:
•    Birinci mətnin mənbəyi; bu hansı kitab və ya sənəddən çıxarılmışdır?
•    İkinci mətnin müəllifi dünyanın hansı ölkəsi/regionundandır?
4. Hər kəs hazır olduqda, iştirakçılardan hər biri 3 nəfərdən ibarət kiçik qruplara bölünməyi xahiş edin. Onlara öz fərdi seçimlərini müzakirə etmək və təhlil etmək üçün 20 dəqiqə vaxt verin. Onlar aşağıdakı suallar barədə düşünməli və mümkün olduğu təqdirdə, kollektiv cavablar verməlidirlər:
• Nə üçün onlar bir cavabı digərlərindən üstün tutub seçir?
• Mətnlər öz müəllifləri barədə nə deyir?
• Müəlliflər nə üçün bu mətnləri yazır?
• Mətnlər barəsində onlar nə şərh verir?
5. Qruplar bitirdikdə, otağı dövr edərək a) sualına cavabı hər bir qrupdan toplayın. Qrupları onları bu seçimləri etməyə sövq edən səbəbləri qeyd etməyə dəvət edin. Daha sonra b) sualı üçün cavabları eyni formada toplayın. Cavabları flipçartda qeyd edin.
6. Müəllifi – Said Al Andalusi (İspaniyalı) qeyd edin və təhlil və qiymətləndirmə mərhələsinə keçid alın.

Təhlil və qiymətləndirməGoto top

Məşğələni qısa nəzərdən keçirməklə başlayın və əgər qrupun hazır olduğunu görürsünüzsə, qərəzlilik və etnosentrizm anlayışlarını izah etməklə davam edin. Aşağıdakı sualları ünvanlayın (ya plenar iclasda, ya da ehtiyac varsa, kiçik qruplarda):
• İştirakçılar həll yoluna təəccübləndilər?
• İnsanlar öz orjinal fərdi seçimlərini necə etdilər? Bu seçimlər təxminlər əsasında edilmişdir? Ya intuisiya? Və ya real bilik?
• İnsanlar kiçik qruplarda müzakirələr zamanı öz seçimləri barədə fikirlərini dəyişdilər? Onları fikirlərini dəyişməyə sövq edən nə oldu? Yoldaşlarının təzyiqi? Və ya güclü arqumentlər?
• İnsanlar kiçik qrup müzakirələrində öz seçimlərini necə müdafiə etdilər? Onlar öz seçimlərinə müvəqqəti olaraq və ya qüvvətli şəkildə sadiq qaldılar?
• Nə üçün müəllif Şimaldan olan insanları belə formada təsvir edir?
• İkinci mətn bizə müəllif, onun fikirləri və mədəniyyəti barədə hansı məlumatları verir?
• Müəllifin fikri hansı dərəcədə onun öz etnosentrik yanaşmasının və qərəzli fikri-nin nəticəsidir? Və ya həmin dövrlərdə Şimali Avropadakı mədəniyyətlərin onun öz mədəniyyətindən daha az “sivil” olduğunu deyə bilərik?
• İştirakçılar digər insanlara eyni yanaşma nümunələri barədə nə vaxtsa eşidib və ya oxuyublar? Aşağı səviyyəli insan sayılmaq necə hisdir?
• İnsanlara özlərinə görə dəyər verilmədikdə, hansı nəticələr ortaya çıxır? Tarixdəki nümunələr haqqında düşünə bilərlər? Və hal-hazırdakı nümunələr?
• Qərəzli fikirin təsirlərinə qarşı çıxmaq üçün biz nə etməliyik? İştirakçıların ölkələrində və ya yaşadıqları ərazidə qərəzli fikirə məruz qalan insanlar və ya qruplar var? Onlar kimlərdir?
• Təhsil qərəzli fikirlərlə mübarizə aparmağın bir yoludur. Başqa nə etmək olar?

Fasilitatorlar üçün məsləhətlərGoto top

Parçalar Kordova, Əndəlüsdən (indi İspaniyadır) olan və 1029-cu ildə anadan olmuş məşhur elm xadiminin kitabından götürülmüşdür. Səid Əl-Əndəlüsi öz müdrikliyi və biliyinə görə məşhur elm xadimi idi. Ona görə, sivillzasiya və elm Müqəddəs Quranı bilməklə əlaqəli idi. O, yalnız din barədə məlumatlı deyildi, həmçinin, ərəb ədəbiyyatı, tibb, riyaziyyat, as-tronomiya və digər elmlərdə öndə gedirdi. Yadda saxlamaq lazımdır ki, o zamanlar Aralıq dənizi hövzəsi və xüsusilə, onun ətrafındakı Ərəb Krallıqları müəllif üçün “sivilizasiyanın” mərkəzini təşkil edirdi. Səidin “Şimal” adlandırdığı Şimali Avropa Ərəb dünyası, İran, Çin və Hindistandan bilik cəhətdən geridə qalırdı.

Qrupdan asılıq olaraq, sizin iştirakçılara mətnləri tənqidi oxumaq barədə məsləhətlər verməli ola biləcəyinizi nəzərə alın. Siz ikinci mətnin özündə müəllif haqqında, onun görünüşü və mədəniyyəti haqqında, məsələn, onun buruq saçları və tünd rəngli dərisinin olması barədə daha çox məlumat ehtiva etdiyini vurğulamalı olacaqsınız. Tənqidi oxuma yalnız mətnin məzmununu anlamanı deyil, həmçinin, məzmun, müəllifin kim olduğu və nə etdiyi barədə, müəllifin nəyə görə yazması barədə məlumatları da özündə birləşdirir. Bunu anlamaq bütün mesajları (tarix, xəbərlər, şeirlər, mahnıların mətnləri və s.) necə oxumaq və onların ötürdüyü dəyərlər haqqında məlumatlı olmaq üçün çox önəmlidir. Etnosentrizm məsələsini təqdim etməyin bir digər yolu Səidin öz tünd rəngli dərisi və bu-ruq saçları ilə “əks” – Avropadakı bir çox insanın “normal” hesab etməyəcəyi bir insanın çox yaxşı nümunəsi olduğunu iştirakçıların nəzərinə çatdırmaqdır. Həmçinin, müzakirə vasitəsilə sizin iştirakçılara mədəni fərqlərin insanları digərlərindən daha “yaxşı” və ya “pis” etmədiyini anlamağa kömək etməyiniz vacibdir. Siz bizim öz mədəni perspektivimizi “norma” olaraq qəbul etdiyimizdən digərlərini qərəzli fikir olmadan mühakimə etməyin insanlar üçün çətin olduğunu bildirməlisiniz. Bunu - bizim öz etnosentrikliyimizi – qiymətləndirmək onu digərlərində ayırd etmək və digər mədəniyyətlərdən olan insanlarla müvəffəqiyyətlə ünsiyyət qurmaq üçün çox önəmli addımdır.

Məşğələnin sonunda qaldırılmış mövzular və ideyaların müzakirəsi üçün əlavə vaxt saxlayın. Məsələn, siz tarixi tədris etmək və ya bizim Avropada digər mədəniyyətlər barədə nə qədər çox (az) öyrəndiyimiz haqqında müzakirə aparmaq və ya təhlil etmək istəyə bilərsiniz.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Əgər siz insan hüquqlarının universallığı barədə daha çox fikir əldə etmək istəsəniz, yaradıcılıq və teatrı özündə birləşdirən “Bunu həyata keçirin” məşğələsindən istifadə edə bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Qeyd
Sitatlar Sai al-Andalusinin müəllifi olduğu “Millətlərin Kateqoriyaları Kitabı – Orta Əsr Dünyasında Elm” kitabından götürülmüşdür. Sema’an I. Salem və Alok Kumar tərəfindən tərcümə olunmuşdur, Texas Univer-siteti Nəşri, Austin, 1991.

Ölkənizdə/cəmiyyətinizdə hal-hazırda baş verən və ya tarixdə baş vermiş hadisələrin müxtəlif formalarını qəzetlərdə və ya internetdə axtarın və müxtəlif tərəflər/maraq qruplarının hesabatlarını müqayisə edin. Presse Europe vebsaytı müxtəlif ölkələrin müxtəlif qəzetlərində təqdim edilən xəbərləri müxtəlif dillərdə oxumaq üçün yaxşı vasitədir: www. presseurop.eu/en Başqa bir mənbə müstəqil KİV təşkilatları və qeyri-mütəşəkkil və qeyri-korporativ əhatə dairəsi təklif edən yüzlərlə jurnalistdən ibarət İndymediadır. O, müxtəlif dillərdə mövcuddur. http://www.indymedia.org/en/

 

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Hər kəs Fərqli - Hər kəs Bərabər sorğusu

a) Aşağıdakı mətnin mənbəyi hansıdır? Bu hansı kitab və ya sənədın bir hissəsidir?
“Şərqdən Qərbə, Şimaldan Cənuba dünyadakı bütün insanlar bir qrupu təşkil edir; (onlar) üç fərqli xüsusiyyətə görə fərqlənir: davranış, fiziki görünüş və dil.”
Aşağıdakı cavablardan birini seçin:
   a) İrqçilik üzrə YUNESKO bəyannaməsi, 1958
   b) Herodot “Səyahət qeydləri”, e.ə. 198
   c) Vedalar, Hindistan, e.ə. 3.000
   d) “Hər kəs Fərqli - Hər kəs Bərabər” gənclər kampaniyasının hesabatları, Avropa Şurası, 1996
   f) Səid Əl-Əndəlüsi, 1029-cu il/ 420-ci il hicri təqviminə görə
   g) Marko Polo Səyahətlərdə, e.ə. 1300
b) Aşağıdakı mətn dünyanın hansı ölkəsi/regionundan olan müəllifə aiddir?
“Tam Şimalda (Avropanın) yaşayan insanlar günəşdən çox uzaq olmaqdan əziyyət çəkmişlər. Onlarda hava soyuq və səma isə buludludur. Nəticədə, onların temperamenti soyuq və davranışı isə kobuddur. Nəticədə, onların bədənləri nəhəng olmuş, dəriləri ağ rəngə çevrilmiş və saçları aşağı düşmüşdür. Onlar dərketmənin kəskinliyi və qavrayışın itiliyini itirmişlər. Cahillik və tənbəllik onlara qalib gəlmiş və yorğunluq və ağılsızlıq ilə dolmuşlar.
Aşağıdakı cavablardan birini seçin:
a) Çin    b) Avropa    c) Hindistan    d) Afrika    e) İran    f) Bunlardan heç biri