Çox kiçik bir şey edə bildiyinə görə, heç nə etməyən insan hər kəsdən daha böyük səhv edir.

Edmund Burke

Xülasə

Bu məşğələdə iştirakçılar pambıq köynək istehsalının sosial, iqtisadi və ətraf mühit xərcləri barədə məlumatlanırlar. Daha sonra, onlar insan hüquqları pozuntuları hallarını aradan qaldırmaq üçün fəaliyyət planı hazırlayır və həyata keçirirlər.

Əlaqədar hüquqlar

• Arzuolunan iş və həmkarlar ittifaqına qoşulmaq hüququ
• Yaxşı həyat standartı hüququ
• Təhlükəsiz və sağlam mühit hüququ 

Məqsədlər

• Geyim sənayesinin qloballaşmış xüsusiyyəti barədə öyrənmək və aldığımız paltarların əsl dəyərini anlamaq
• Məlumatı təhlil etmək, fəaliyyəti planlaşdırmaq və həyata keçirmək bacarıqlarını inkişaf etdirmək
• Kreativlik, təxəyyül və aktivizmə sadiqliyi təşviq etmək

Materiallar

• Flipçart və marker qələmləri
Paylanmalı material

Hazırlıq

• Hər iştirakçı üçün bir ədəd olmaqla məlumat materialının nüsxələrini çıxarın
• İnsanların iştirakına dəstəklə bağlı öz rolunuzun fərqində olun

Key Date
  • Mayın ikinci Şənbə günüDünya Ədalətli Ticarət Günü

Təlimatlar

1-ci hissə: Məsələlərin nəzərdən keçirilməsi
1. Qrupa aldıqları paltarları və öz seçimlərinin sosial, iqtisadi və ətraf mühitə təsirlərini daha diqqətlə nəzərdən keçirməli olduqlarını izah edin.
2. İnsanlardan geyindikləri köynək və ya sviterlərin harda istehsal olunduqları və nədən hazırlandıqlarını bilmək üçün onların etiketlərinə baxmağı xahiş edin. Onların qiyməti neçədir? Flipçartda bütün ölkələr və qiymətləri yazaraq cədvəl çəkin.
3. Pulun yeganə meyar olub-olmadığını soruşun; daha sonra “Pambığın əsl dəyərinin izlənilməsi” və “Bir pambıq köynəyin əsl dəyəri” adlı məlumat materiallarını paylayın və iştirakçılara onları oxumaq üçün 5 dəqiqə vaxt verin.
4. Daha sonra, məlumatda əks olunan məsələlər üzərində beyin fırtınası edin. Buna misal olaraq, uşaq əməyi də daxil olmaqla əmək hüquqları, resursların istifadəsi (su və yana-caq), pestisidlər və digər toksinlər vasitəsilə ətraf mühitə vurulan ziyan və qloballaşmanın nəticələri kimi mövzuları göstərmək olar.
5. Əldə etdikləri məlumat əsasında qrupdan köynək alınması ilə bağlı nə düşündüklərini soruşun. Onlar qanun pozuntularının qarşısını almaq üçün nə edə bilərlər? Onların ideyalarından fəaliyyətə keçmək üçün istifadə edin. Məsələn, paltarların sıradan çıxmasının qarşısını almaq üçün onlara daha diqqətlə yanaşılması, gələcəkdə yalnız ədalətli ticarət edilən köynəklərin alınması və ya öz yoldaşları arasında bu məsələlərlə bağlı maarifləndirilmənin aparılması məqsədilə yerli səviyyədə kampaniya başladılması. Hansı ideyaları daha da inkişaf etdirmək istədiklərini müzakirə edin. Daha çox məlumat üçün araşdırma aparılması və öz ideyalarının uyğunluğu barədə düşünmək üçün onlara imkan yaradın.

2-ci hissə: Fəaliyyətə keçməklə bağlı qərarlar
6. İştirakçılara araşdırmanı nəzərdən keçirmələri, öz ideyalarını yeniləmələri və hansı addımları atacaqları barədə razılığa gəlmələri üçün icazə verin.
7. Onlardan keçmək istədikləri fəaliyyət növünə uyğun kiçik qruplara ayrılmağı və aşağıdakıları özündə birləşdirəcək qısa, ilkin təklif layihəsi hazırlamağı xahiş edin:
•    Aydın məqsəd və vəzifələr
•    Təklif olunan fəaliyyətin təsviri (boykot, konsertlər, televiziya və ya radio proqramları, küçə teatrı, bukletlərin paylanılması və s.) və seçimlərinin səbəbi
•    Fəaliyyəti hazırlamaq və həyata keçirmək üçün vaxt cədvəli
•    Fəaliyyətin həyata keçiriləcəyi yerlər (məktəblər, ictimai binalar və s.)
•    Təxmin edilən xərclər və lazım olan resurslar.
8. Hər bir qrupdan öz təklifini irəli sürməyi xahiş edin. Hər kəs şərh versin və daha da inkişaf etdirilməsi üçün təklifini qeyd etsin.

3-cü hissə: Həyata keçirmə
•    Ya bütün qrupun iştirak edəcəyi bir fəaliyyət seçin və ya iştirakçıların iştirak etmək istədiyi fəaliyyətə uyğun olaraq, kiçik qruplarda işləməyə imkan yaradın.
•    Fəaliyyətin və ya kampaniyanın sonunda onun necə keçirildiyi və qrupun nəyə nail olduğunu nəzərdən keçirin.

Təhlil və qiymətləndirməGoto top

1-ci hissədən sonra:
•  
 Pul ən önəmli xərcdir? Deyilsə, bunun səbəbi nədir?
•    Sosial, iqtisadi və ətraf mühit xərcləri nə dərəcədə önəmlidir? Onlardan biri digərindən daha önəmlidir? Hansı insan hüquqlarına riayət olunmur?
•    Siz bir köynək üçün nə qədər ödəməyə hazırsınız?
•    Yaxşı kampaniya necə olur?
•   Qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar, BMT Agentlikləri və anti-qloballaşma kampaniyaları həyata keçirən təşkilatlar kimi işçilərin hüquqlarının qorunması sahəsində çalışan qurumlar bir dəyişiklik edə bilir? Niyə edir? Niyə yox?
    2-ci hissədən sonra:
•  
 Fəaliyyət planına qərar vermək nə dərəcədə asan oldu? Kiçik qruplarda qərarların qəbul edilməsi prosesindən hər kəs razıdır? Niyə razıdır? Niyə yox?
•    Niyə insanlar məhz bu fəaliyyəti seçdi?
•    Hər kəs özünü cəlb olunmuş hiss edir? Nəyə görə? Nəyə görə yox?
•    Müxtəlif qruplar hansı insan hüquqları pozuntularını hədəf seçmişdir?
    3-cü hissədən sonra:
•  
 Fəaliyyət və ya kampaniya necə baş tutdu? O plana uyğun getdi? Əgər belədirsə, nəyə görə? Əgər belə deyilsə, nəyə görə?
•    Gələn dəfə üçün nəyi nəzərə almalısınız?
•    Hər kəs cəlb olunmuş və öz bacarıqlarından istifadə edilmiş hiss edir? Əgər hiss etmirsə, gələn dəfə nəyi və niyə daha yaxşı etmək mümkündür?
•    Məşğələni həyata keçirdikdən sonra və fəaliyyətə keçmək prosesindən nə öyrəndiniz?

Fasilitator üçün məsləhətlərGoto top

Yaxşı hazırlıqlı olun. Fəaliyyətə keçmək yollarını ətraflı nəzərdən keçirmək və onu necə təşkil etməklə əlaqədar məlumat əldə etmək üçün fəaliyyətə keçməklə bağlı 3-cü Fəsildəki bölməni oxuyun. Həmçinin, Vətəndaşlıq və İştirak bölməsinin ümumi məlumat hissəsində Hartın iştirak pilləkəni barədə oxuyun.
Siz www.coe.int/compass ünvanında Qloballaşma bölməsinin əlavə məlumat hissəsində transmilli şirkətlər barədə məlumat tapa bilərsiniz. Bu məşğələyə başlamazdan əvvəl “Təmiz Paltarlar Kampaniyası” və ya ona bənzər digər təşkilatların ölkənizdə nümayəndəliyinin olduğunu yoxlayın.

Təmiz Paltarlar Kampaniyasının həyata keçirdiyi fəaliyyət barədə məlumatlanın və onların hazır vasitələrindən istifadə etməyi nəzərdən keçirin. Fəaliyyətə keçmək, məsələn, özünüz maarifləndirmə aparmaq üçün material hazırlamağın əvəzinə Təmiz Paltarlar Kampaniyasının idman geyimləri ilə bağlı hazırladığı videonu qrupun vebsaytı və ya blo-qunda yerləşdirmək daha asandır. Lakin bu məşğələnin əsas məqsədlərindən biri iştirak və aktivliyi təşviq etməkdir. Buna görə də, siz iştirakçıların kampaniya üçün yeni strategiyalar yaratmaq baxımından tamamilə azad olduğunu vurğulamalısınız.

Əgər siz xərcləri karbon ayaq izi baxımından müəyyənləşdirmək istəyirsinizsə, Ecometrica nümunə olaraq 3 dəst alt paltarını götürməklə paltarların karbon ayaq izi qiymətləndirməsini etmişdir. Alt paltarları və köynəklər eyni emissiyalara malikdir, lakin alt paltarları daha tez-tez yuyulmalı, bununla belə, daha az ütülənməlidir. Nəticədə, insan doğulandan ölənə qədər 57 kiloqram karbon qazı ortaya çıxır. www.ecometrica.co.uk ünvanına daxil olun və “paltarlarla bağlı faktlar vərəqini” (apparel fact sheet) axtarışa verin.

VariantlarGoto top

Siz məşğələnin 2-ci hissəsini insanları əsl xərclər barədə daha dərindən düşünməyə təşviq etmək üçün istifadə edə bilərsiniz; belə ki:
1. İştirakçılardan köynəklərinin qiymətlərini soruşmaq və orta qiymətlə bağlı razılığa gəlməklə başlayın.
2. Daha sonra, köynəklərin harada istehsal olunduğunu görmək üçün onlardan köynəklərin etiketlərinə baxmağı xahiş edin.
3. Daha sonra, kiçik qruplardakı insanlardan pambığı yetişdirməkdən başlayaraq mağazada geyimin satılmasına qədər istehsal prosesindəki bütün addımların siyahısı barədə beyin fırtınası etməyi xahiş edin.
4. Plenarda siyahıları müqayisə edin və nəqliyyat, əmək xərcləri, enerjidən istifadə və s. ümumi başlıqlar altında müxtəlif elementləri ümumiləşdirən bir ümumi siyahı hazırlayın.
5. Daha sonra, yenidən kiçik qruplarda olmaqla, iştirakçılara hər bir əşyaya qiymət qoymağı xahiş edin (məsələn pambığın yetişdirilməsi, ümumi əmək xərcləri, nəqliyyat və s.).
6. Plenarda yenidən qrupların hesablamalarını müzakirə edin.
7. Yekun olaraq, məlumat vərəqələrini paylayın və iştirakçılardan şərh bildirmələrini xahiş edin.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Təmiz Paltarlar Kampaniyasının yerli nümayəndəliyi ilə əlaqə saxlayın və qrupun başladığı işi inkişaf etdirin.
Siz idman ayaqqabıları ilə bağlı ədalətli ticarət məsələlərini araşdıra bilərsiniz; aşağıdakı linkdə idman ayaqqabılarının əsl xərcləri barədə statistika yer almışdır: http://www.vetementspropres.be

Qrup korporativ sosial məsuliyyətlə bağlı məsələlər və dilemmaları araşdırmaq istəyə bilər. Məsələn, bir çox tədbirlər üçün insan hüquqları pozulmalarına görə məsuliyyət daşıyan şirkətlər tərəfindən maliyyə vəsaiti ayrılır. Bu şirkətlər, həmçinin, məhsul istehsalı prosesi zamanı ətraf mühiti çirkləndirə də bilər. Qrup “Bir gün Sülh” təşkilatının yaradıcısı və film istehsalçısı olan Jeremy Gilleyin aşağıdakı bəyanatında qaldırılan bəzi məsələləri müzakirə etmək istəyə bilər: “Bir gün Sülh” təşkilatının yanaşmasına görə, biz korporativ sponsor-luq olmadan mövcud ola və ya fəaliyyət göstərə bilmərik. Mənim mövqeyim çox aydındır. Mən ciddi şəkildə inanıram ki, təklif zəncirinə təsir etmək üçün biz “otaqda” olmalıyıq. Bütün təklif zəncirinin tamamilə, başdan ayağa beynəlxalq insan hüquqları/ticarət qanunu ilə 100% uyğun olduğu bir şirkət tapmaq çox çətin, bəlkə də mümkünsüzdür, lakin bu, əlbəttə ki, ar-zuolunan haldır”.

Əgər qrup arzuolunan iş hüququ və həmkarlar ittifaqına qoşulmaq hüququnu araşdırmaq istəyirsə, uşaq əməyi məsələsi ilə əlaqədar olan “Aşığın hekayəsi” və ya  “Həmkarlar İttifaqı görüşü” məşğələsini edə bilər. Əgər idman paltarları mövzusuna toxunulmuşdursa və insanlar idmanla əlaqəli insan hüquqlarının digər aspektlərini nəzərdən keçirmək istəyirsə, siz “Bircə dəqiqə” məşğələsinə keçid ala bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Digər yerli maraq qrupları ilə birlikdə fəaliyyətə keçməyə başladığınız işə davam edin və Dünya Ədalətli Ticarət Gününü qeyd edin. http://www.wftday.org/ ünvanında bunu həyata keçirmək üçün çoxlu sayda məlumat əldə edə bilərsiniz. 

Siz, həmçinin, qrupu narahat edən digər məsələ ilə bağlı keçirdiyiniz kampaniya zamanı əldə etdiyiniz bilik və təcrübədən istifadə edə bilərsiniz. İl ərzində digər insan hüquqları məsələləri ilə bağlı maarifləndirmənin həyata keçirilməsi üçün digər insanlarla birləşmək məqsədilə çoxlu sayda imkan mövcuddur, məsələn, Martın 8-i Beynəlxalq Qadınlar Günündə qadın; iyunun 20-də qaçqınlar və dekabrın 10-da insan hüquqları günlərində. Digərləri ilə əməkdaşlıq etdikdə siz insan hüquqları uğrunda mübarizə aparan bütün insanlarla həmrəylik nümayiş etdirir, yeni dostlar qazanır, həmçinin, əylənir və öyrənirsiniz.

Əlavə məlumatGoto top

Ədalətli istehsal və ədalətli ticarət uğrunda çalışan bir çox təşkilat var. Sizin ölkənizdə fəaliyyət göstərən təşkilatları tapmaq üçün axtarış proqramınızdan istifadə edin. Aşağıdakı təşkilatların bir çox Avropa ölkələrində tərəfdaşları var:
•    www.cleanclothes.org kifayət qədər məlumata sahibdir və sizin iştirak edə biləcəyiniz kampaniyalar həyata keçirir.
•    Dəyişiklik üçün Paltarlar Kampaniyasının belə bir məqaləsi var: “Sizin köynəyiniz uşaq əməyi ilə hazırlanır?” http://www.organicconsumers.org
•    İnsanlar Ağacı beynəlxalq səviyyədə ədalətli ticarət sahəsində ilk təşkilatdır: http:// www.people-treefoundation.org/
•    Ətraf Mühit Ədalət Fondunun “Bizim pambığımızın arxasındakı uşaqlar” hesabatı bir milyondan çox olduğu güman edilən uşaqların – bəziləri cəmi 5 yaşında olan, olduqca isti və soyuq havada gündə 12 saat işləyən, fiziki, sözlə və bəzən cinsi istismara məruz qalan – üzləşdiyi şokedici vəziyyətləri açıqlayır: http://www.ejfoundation.org
•    Ədalətli Geyim Fondunun missiyası paltar sənayesində əmək vəziyyətinin inkişaf etdirilməsidir: http://fairwear.org
•    Ədalətli Ticarət Resurs Şəbəkəsi ədalətli ticarəti inkişaf etdirmək və “bizim yediyimiz qidaları və istifadə etdiyimiz məhsulları hazırlayan insanları dəyərləndirən bazar yarat-maq” üçün yaradılan məlumat şəbəkəsidir: www.ftrn.org
•    Ədalətli Oyna Kampaniyası öz təklif zəncirlərində işçilərin ağır iş şəraitinin aradan qaldırılması və işçi hüquqlarının qorunması üçün Olimpiya Oyunlarına məhsullar istehsal edən idman brendlərinə təzyiq göstərməyi nəzərdə tutan, işçi hüquqlarını müdafiə edən qruplardan ibarət koalisiyadır: www.clearingthehurdles.org.

Paylanmalı materiallarGoto top

PDF kimi yükləyin

Pambığın əsl dəyərinin hesablanması
Pambıq köynəklər, demək olar ki, dünyanın hər bir ölkəsində istehsal olunan bir çox müxtəlif qlobal sənayelərin məhsuludur. Aşağıdakı nümunədə bunu görə bilərsiniz:
Burkina Fasoda tipik pambıq təsərrüfatı 6 və ya 8 hektar torpaq sahəsini bir ailənin becərdiyi azad torpaq sahəsidir. Burkina Fasoda istehsal olunan xam pambığın bir kiloqramının qiyməti 0.23 avrodur. Bir çox pambıq istehsalçısı üçün pambığın satışından əldə olunan nağd pul il ərzində qazandıqları yeganə puldur.
Təsərrüfatdan pambıq çiyiddən ayrılıb sarğı materialına çevrilmək üçün zavoda göndərilir və bu proses bir kilo üçün 0.56 avroya başa gəlir. İşçilər hər 2 həftə üçün 73.40 avro məvacib alır.
Daha sonra, pambıq Toqonun Lome limanına ixrac üçün göndərilir və burada hər kilosu 0.88 avroya ticarətçilərə satılır. Onun yarısından çoxu Çinə satılır: onlar Şanxay kimi limanlar üçün karqo gəmilərinə yüklənir və orada yerli iplik fabriklərinə kilosu 0.97 avroya satılır. İşçilərin çoxu adətən Çinin sərhəddən çox uzaq rayonlarından, kasıb yerlərdən gəlir. Onlar yataqxanalarda yaşayır və kiçik əmək haqqı ilə çox uzun saatlar işləyir.
İpliyin əyrildiyi eyni böyük zavodda Qərbin ən böyük brendləri üçün hazırlanan paltarlar isə limana aparılır və ixrac üçün yüklənir. ABŞ-a idxal olunan köynəyin orta qiyməti 1.10 avrodur, lakin Manhettenin mərkəzində mağazada isə o, 14.70 avroya satışa qoyulacaqdır.
Afrikada kilosu 0.56 avroya başa gələn pambıq indi kilosu 18.40 avro dəyərindədir.

This information is from the Internet: BBC news channel programme, “Tracking the true cost of cotton”, 2 May 2007.

Bir pambıq köynəyin əsl dəyəri
•    Su istifadəsi: 2,157 litr (45%-i suvarma üçün istifadə olunur)
•    Enerji istifadəsi: ipəyirən və tikiş maşını üçün 8 kilovat saat (28,800,000 Joules) elektrik enerjisi
•    Torpaq və su nəqliyyatı üçün 41.6 – 110 litr yanacaq
•    Nəqliyyat məsafəsi: 8,851 – 15,128+ km
•    Qaz emissiyaları: NOx, CO, CO2, (istixana qazı) SO2, N2O, uçucu tərkiblər
•    Toksinlər: 1-3g pestisidlər, dizel buraxması, ağır metallar (boyalar)
•    İdxal xərci: €0.44 – 0.77
•    Uşaq əməyi: 17 ölkədə, orta məvacib günlük 0.37 avrodur
•    Müxtəlif: 53-91 q gübrə

Mənbə: Dünya Kəşfiyyat Şəbəkəsi,
http://true-cost.re-configure.org/
http://forum.re-configure.org