Azadlığa ən böyük təhdid tənqidin olmamasıdır.

Vol Soyinka

Xülasə

Bu məşğələ nəşr olunacaq qəzetlərinin ilk səhifəsini hazırlayan bir qrup jurnalistin simulyasiyasıdır. İştirakçılar kiçik qruplarda aşağıdakı məsələlər üzərində çalışacaqlar:
• KİV-də qərəz, stereotipləşdirmə və obyektivlik.
• İnsan hüquqları məsələlərinə münasibətdə KİV-in rolu və imici.

Əlaqədar hüquqlar

• Düşüncə, fikir və ifadə azadlığı
• Şəxsi, ailə həyatına, şəxsi mülk və yazışmalara müdaxilə edilməməsi hüququ
• Cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ

Məqsədlər

• KİV və onun insan hüquqlarına yanaşması barədə məlumatlılığı genişləndirmək
• Əməkdaşlıq şəraitində işləmək və ünsiyyət bacarıqlarını inkişaf etdirmək
• Məsuliyyət və sosial dəyişiklik öhdəliyi hislərini aşılamaq

Materiallar

• İki və ya üç kiçik qrupun işləməsi və ümumi iş üçün kifayət qədər yer olan böyük otaq
• Qəzetlər və ya jurnallardan 40-45 şəkil
• Qeydlər üçün kağız və qələmlər
• Böyük ölçüdə kağız vərəqi (A3 ölçüdə) və ya flipçart kağızı və markerlər
• Hər kiçik qrup üçün qayçı və yapışdırıcı
• İşləyən qrupların bütün kağızlarını qoya biləcəyi qədər böyük ölçüdə stollar

Hazırlıq

• Jurnallar və ya yerli qəzetlərdən 40-45 şəkil seçin. Qeyd: hər kiçik işçi qrup üçün 40 eyni şəkil dəsti (üç ədəd olmaqla) olmalıdır. Buna görə də, ya şəkilləri seçdiyiniz qəzetdən üç ədəd almalı, ya da şəkillərin surətlərini çıxarmalısınız.
• Şəkillərin bir dəstini stolun üstündə nümayiş etdirin.

Key Date
  • 3 MayDünya Mətbuat Azadlığı Günü

Təlimatlar

1. Məşğələni təqdim edin. Onun axşam qəzet ofisində qəzetin növbəti buraxılışının ön səhifəsi üzərində çalışan bir qrup jurnalistin simulyasiyası olduğunu izah edin. Baxmayaraq ki, cəmiyyətə xidmət edən yerli qəzetdən söhbət gedir, həmin qəzet qlobal məsələlərə də, o cümlədən insan hüquqlarına toxunaraq oxucularını bu barədə məlumatlandırır.
2. Qəzetin ön səhifəsini nümunə olaraq göstərin və ənənəvi ön səhifənin quruluşunu və xüsusiyyətlərini izah edin.
3. İştirakçılara şəkillərin nümayiş etdirildiyi stolu göstərin. Onlardan stol ətrafında səssizcə hərəkət etməyi və heç bir fikir bildirməməyi xahiş edin. Onlara bu şəkillərdən istifadə edəcəklərini izah edin; şəkillərdən istədikləri kimi istifadə edə və şərh verə bilərlər.
4. İndi isə iştirakçıları altı – səkkiz nəfərlik üç kiçik qrupa ayırın. Hər qrup fərqli qəzet üzərində çalışan redaktə komandası olduğunu təsəvvürünə gətirməlidir. Onların tapşırığı sabah səhərki qəzetin ön səhifəsinin dizayn və sxemini hazırlamaqdır.
5. Hər qrupdan qəzet üçün ad seçməyi xahiş edin.
6. İndi isə redaktə komandaları işə başlasın. Onlara kağız, qələm, yapışdırıcı və qayçını ötürün – şəkilləri isə hələ verməyin.
7. Təlimatları sadalayın. Onlar qəzetin ön səhifəsinin dizayn və sxemini hazırlamalıdırlar.
8. İştirakçıların təqdim edəcəkləri dörd və ya beş xəbəri seçmək üçün bir saat vaxtı var. Onlar ön səhifənin təsirinə diqqət etməlidirlər. Tam xəbəri yazmaq əvəzinə, şəkli seçmək, başlıq, müəllifin adı və girişi yazmaq kifayətdir. Məqalənin əsas hissəsini yazmaq lazım deyil; sadəcə məqalənin səhifəsi kölgələnmiş qutuda göstərilə bilər.
9. İştirakçıların hesabatlarında əhatə edəcəkləri məsələləri və ya mövzuları müzakirə etməklə başlaya biləcəyini bildirin. Onlara on dəqiqə sonra “çap şöbəsi”ndən şəkilləri alacaqlarını deyin.
10. Qruplar on dəqiqə işlədikdən sonra, hər qrupa bir dəst olmaqla şəkilləri paylayın. İşlərini tamamlamaq üçün onlara 50 dəqiqə vaxt verin.
11. Komandalar işi bitirdikdən sonra, işlərini hər kəsin oxuması üçün nümayiş etdirməli olduqlarını deyin. Təhlil və qiymətləndirmə ilə davam edin.

Təhlil və qiymətləndirməGoto top

Məşğələnin özünü nəzərdən keçirməklə başlayın, daha sonra, KİV, insan hüquqları vəöhdəlik məsələlərinin müzakirəsi ilə davam edin.
• Qruplar işi necə təşkil ediblər? Onlar bir yerdə işləyiblər yoxsa müxtəlif “hekayələri” hazırlamaq üçün bir, iki və ya üç nəfərlik qruplara ayrılıblar? Necə işləmək və hansı xəbərləri çatdırmaq barədə necə qərara gəliblər? Lider olub yoxsa qərarı ortaq şəkildə qəbul ediblər? Hər kəs iştirak edərək töhfə verə bildiyini hiss edib?
• İştirakçılar üzərində işləyəcəkləri mövzu və ya məsələləri necə seçiblər? Hansı əvvəl gəlib, şəkil yoxsa məsələ? Yəni onlar ilk əvvəl məsələni müəyyən edib sonra uyğun
şəkil tapıblar yoxsa müəyyən şəkil onları xəbəri hazırlamağa vadar edib?
• Hansı mövzu və məsələlər təqdim olunub? Onların insan hüquqları ilə əlaqəsi nədir? Kiminsə istifadə etmək istədiyi, lakin etmədiyi məsələ olub? Niyə istifadə etməyiblər?
• Müxtəlif qəzetlərin ön səhifələri bir-birindən necə fərqlənir? Onlarda eyni mövzu və ya şəkillərdən istifadə olunub?
• Ayrı-ayrı qruplar eyni şəkli müxtəlif formalarda istifadə ediblər?
• İştirakçılar xəbərləri necə izləyirlər? Qəzetlərdə, televiziya, radio və ya İnternet vasitəsilə? Niyə xəbərləri izləyirlər (izləmirlər)?
• Bu simulyasiyada onlar ənənəvi ön səhifə hazırlamağa çalışıblar yoxsa fərqli görüntü seçiblər? Oxuyucuların diqqətini çəkməyin ən effektiv yolu hansıdır?
• Real həyatda KİV-də hansı xəbərlər əsas yer tutur?
• Ümumilikdə, insan hüquqları xəbərlərdə yaxşı əhatə olunur?
• İnsan hüquqları ilə bağlı xəbərlər hansı tezliklə təqdim olunur?
• KİV-lə bağlı müzakirənin əsas cəhətlərindən biri “obyektivlik”dir. İştirakçıların fikrincə, xəbərləri obyektiv şəkildə təqdim etmək mümkündür? Bu, mümkündür? Bu, arzu olunandır?
• Müxtəlif xəbərlərdə hansı insan hüquqları və ya hüquq pozuntuları əks olunub?
• İştirakçılar öz hesabatlarında səbəb və nəticə, Şimal və Cənub, inkişaf və ətraf mühit, zəngin və kasıb və ya digərlərini əlaqələndirməyə çalışıblar? Bu məsələlər real KİV-də
necə təqdim olunur?
• İştirakçıların digər ölkələrdəki gənclərlə bağlı hansı təsəvvürləri var? “Kasıb” ölkələrdə? “Varlı” ölkələrdə?
• Şəkillər dəstində əhatə olunmayan vacib mövzu və ya məsələlər var?

Fasilitator üçün məsləhətlərGoto top

Bu məşğələdə istifadə olunacaq şəkilləri seçərkən müxtəlif şəkilləri seçməyə və stereotiplərdən çəkinməyə çalışın. Real xəbərlər adətən cinayət, müharibə və digər fəlakətlərlə dolu olur və nadir hallarda müsbət mesajlar verir. (Afrikada müharibə və aclıqdan daha çox hadisə baş verir!) Seçdiyiniz şəkillərin iştirakçılara “yaxşı” və “pis” xəbərləri seçmək imkanı verməsinə çalışın. Yaş, cins, irq, mədəni qruplar, coğrafi yerləşmə və s. üzrə müxtəlifliyi əks etdirən şəkillər seçilməlidir. Həmçinin, gənclərin maraqlarını nəzərə alın və gündəmdə olan şəxslər və hadisələrin şəkillərini də seçin. Aşağıdakı siyahı sizdə müəyyən fikir oyandıracaqdır.

Televiziya xəbərlər
aparıcısı - qadın
Yanan neft Mərakeşli qız F16 bombalarla
Qlobus Qrinpis hərəkatı Dövlət polisi Partizan
İkinci dünya müharibəsində kamera komandası Sənaye tüstüsünün tuğu Qrafiti İki ölü əsgər
 Philips reklamında çəkməsilən oğlan Reklam: Batida İrqçilik əleyhinə konsert Silahlar yox fermalar
Daş atan uşaqlar Kofe ilə dolu vaqonlar Parlament Qalaqlanmış taxıl kisələri
Bənd tikən qadınlar Reklam: Coca Cola Narkotiklər Üçüncü dünya məhsullarını satmaq
İşsizliyin faydası Çimərlikdə satıcı Məhşur siyasətçi, məs., ABŞ Prezidenti Qadınların görüşü
Afrikalı kömürçü Üçüncü dünya bazarı Mandela Ailə planlaşdırması
Batareya tavanları Tənha qadın Dünya liderləri COP15-də görüşür QİÇS-lə mübarizə
Kifayət qədər ərzaq
olduğu halda uşaqlar
niyə acdır?
Brüssel xarabalıqları Qaçqın düşərgəsi İnsan kütləsi
Pestisidlər Üçüncü dünya
xarabalıqları
Qaçqınlar səfirlikdə İctimai nəqliyyat
Hamburqer
restoranının reklamı
Həddən artıq dolu zibil
qabı
Erik Kantona Müharibə cinayətləri
tribunalı
Tropik meşədə düşən
ağac
Tənəkələri ayırmaq Sığınacaq mərkəzində
uşaqlar
Maşın sərgisi
Quru torpaq Dempinq yerində
soyuducular
Futbol oyunçusu Tıxac
Suda oynayan uşaqlar Qitaralı qara oğlan Beynəlxalq Amnistiya
Hərəkatı
Velosipedçilər hərəkatı
İrriqasiya Nintendo Filippində nümayiş Mikrofonlu gənc kişi
Maşın yumaq Rok ulduz Əfqanıstanda ABŞ
qoşunları
Kosmos məkiyində
partlayış
  Küçə uşaqları Somali piratları
fəaliyyətdə
Sakit Okeanda
daşqın
  Çoxmədəniyyətli şənlik    

 

Məşğələni təqdim edərkən ənənəvi ön səhifənin xüsusiyyətlərini və sxemini təsvir edin: oxucunun diqqətini çəkmək üçün cəlbedici başlıq; müəllifin adı (məsələn, “ətraf mühit
müxbirimiz Məhəmməd Şmidt tərəfindən”). Daha sonra, xəbərin mövzusunu əks etdirən kiçik giriş və əsas mətn verilir. Hekayəni dəstəkləmək və oxucunun diqqətini çəkmək üçün şəkillərdən necə istifadə olunduğunu müzakirə edin. Şəkillərin nəyi göstərmədiyini də qeyd edin! Şəkillərin fotoqraf – və ya şəkil redaktoru tərəfindən – baxanların diqqətini müəyyən məsələyə çəkmək üçün kəsildiyi barəsində danışın. Şəkil başlıqlarının necə yazıldığını qeyd edin. Bunu xarici dildə olan qəzetdən istifadə etməklə göstərmək öyrədici ola bilər; bu zaman məzmuna deyil, təsirə diqqət yönəldilir.

Qrupları fikirlərində və onların təqdimatında kreativ olmağa həvəsləndirin. Onlar yaza, şəkilləri kəsə və karikatura çəkə bilərlər. Onların qəzeti ciddi, gülməli və ya ironik ola bilər. Qrupdan asılı olaraq, bu haqda iştirakçılarla nə qədər danışmağa və ya onların işə başlamasına icazə verib nə edəcəklərini görməyə qərar verməli olacaqsınız.

VariantlarGoto top

Bu məşğələni təqdim etməyin digər yolu radio və ya televiziya xəbərlər proqramını təqdim etməkdir. Əgər televiziya yayımı üzərində işləyirsinizsə, şəkilləri qaranlıq otaqda
kompyuter və ya slayd proyektoru vasitəsilə ekranda göstərərək televizora baxmaq “hissi”ni yaratmağınız məsləhət görülür. Digər seçim veb səhifə və ya bloq hazırlamaqdır

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Qruplar tərəfindən xəbərlər üçün seçilmiş hüquqların aspektlərini müzakirə edin. Məsələn, ölkənizdə onlara necə yanaşılır? İştirakçılar yerli qəzet, radio və ya televiziya stansiyası ilə əlaqə saxlayıb jurnalistlərlə onların necə işlədiyi barəsində danışa, obyektivlik məsələsini, qlobal və insan hüquqları məsələlərinin KİV-də necə təqdim olunduğunu müzakirə edə bilərlər. Əgər qrup şəkillərlə və onların KİV-də necə istifadə/sui-istifadə olunduğu ilə maraqlanırsa, bu halda, onlar “Şəkillərlə oynamaq” məşğələsinin sonunda “Şəkillərlə oynamağın digər yolları” kimi təsvir olunan “Şəklin hissəsi” və “Başlıqlar” məşğələlərindən zövq ala bilərlər. Qrup cəld düşünməyi tələb edən məşğələləri xoşlayırsa, onlar idman və insan hüquqları arasındakı əlaqəyə həsr olunmuş “Bircə dəqiqə” məşğələsini edə bilərlər.

Alternativ olaraq, əgər qrup dincəlib musiqiyə qulaq asmaq, eyni zamanda, digər insanlar, mədəniyyətlər, musiqi və dillər haqqında öyrənmək istəyirsə, Hər kəs Fərqli - Hər kəs Bərabər Təhsil Paketindəki “Knysna mavi” məşğələsinə baxın.

Fəaliyyət üçün fikirlərGoto top

Bir çox yerli radio stansiyalarının icma qruplarının öz yayımını etməsini təmin etmək imkanı var. Qrup üçün maraqlı olan mövzuda, məsələn, “qlobal səviyyədə düşün, yerli
səviyyədə hərəkət et” başlığı altında araşdırma aparmaq və radio yayımı hazırlamaq üzrə layihə üzərində çalışın.
Danimarkada sığınacaq axtaran şəxslərin mətbuatdan necə istifadə etdiyini görmək üçün www.newtimes.dk saytına baxın. Ölkənizdə sığınacaq axtaran şəxslərə (və ya digər azlıq təşkil edən qrupa) bənzər halla bağlı kömək edə bilərsiniz.
Mesajınızı ötürmək üçün yerli KİV (radiolar, qəzetlər) və qlobal KİV-dən, o cümlədən Hi5, facebook, twitter və bloqlar kimi sosial şəbəkələrdən istifadə edə bilərsiniz.

Əlavə məlumatGoto top

Bu məşğələdə qaldırılan bəzi məsələlərə daxildir:

a) KİV
1. Gənclər, həmçinin yaşlı insanlar davamlı şəkildə bütün növ KİV vasitəsilə çoxlu məlumatla yüklənirlər. Bəzilərimiz bunu başa düşsə də, digərləri anlaya bilmirlər. Biz özümüzdən soruşa bilərik: bu məlumatla nə edirik? Bu, bizim yaxşı məlumatlandırılmağımız deməkdir yoxsa yox?
2. KİV get-gedə daha çox kommersiyalaşır və çatdırılan mesajlar sadələşir; stereotipləşdirmə və cəmiyyətin diqqətini çəkmək məqsədilə hər zaman dəqiq olmayan xəbərlərin verilməsi təhlükəli tendensiyalardır. Keyfiyyətli xəbər tapmaq get-gedə çətinləşir?
3. Bərabərsizliklə bağlı məsələlərdə, xüsusilə inkişaf etməkdə olan ölkələrlə bağlı, keyfiyyətli xəbər tapmaq olduqca çətindir. Qərbə aid olmayan xəbərlərə əksər hallarda yalnız qərb perspektivindən baxılır. Bu isə mənfi və kədərli xəbərlərlə nəticələnir. Birtərəflilik və mənfilik normaya çevrilir. Razısınız? İnternetin istifadəsindəki artım jurnalistikanın geriləməsinə səbəb olub. Vaşinqton Postun keçmiş müxbiri, hazırda Berklidə Kaliforniya Universitetində jurnalistika üzrə professor Neyl Henri bildirir, “Mən hazırki texnoloji nizamsızlığın əhatəsində ictimai marağa xidmətdə həqiqət axtarışının mədəni dəyər olaraq gerilədiyini görürəm; bizim ən son “yeniliyi” təqdim edən veb təcrübəsinə keçərək xəbərlər və məlumat sistemlərimizi genişləndirdiyimiz bir vaxtda geniş miqyasda qəbul olunmuş etik dəyərlərə uyğun peşəkar jurnalistikanın mövcud olduğu dünya get-gedə yoxa çıxır. Eyni zamanda, gələcək məni qorxudur: bacarıqlı jurnalistlərin yoxa çıxması, “xəbərlər” axtararkən təməl bloqqerlərin ən son boş qəhrəmanlıq nitqlərinin, hökumət rəsmilərinin, reklamçılar tərəfindən jurnalistika adı altında peşəkar satıcı kimi öyrədilmiş, istəyi yalnız satmaq, satmaq, satmaq olan PR mütəxəssislərinin yalançı xəbərlərinin tapılması“.
4. Bloqqerlər və sosial şəbəkələrdəki yazılar dünyada baş verənləri bizə daha da yaxınlaşdırır.
5. Xam material güclüdür; zəlzələlər, digər fəlakət və müharibə zonalarından göndərilən sosial şəbəkə postları, şəxsi videolar və bloqların sürətini və təsirini nəzərə alın.
6. İnternet dünya üzrə hər ölkədəki insanların müxtəlif mənbələrdən xəbərlər və məlumata çıxışının olması deməkdir. Bu, senzuranı çətinləşdirir.
7. Obyektivlik mümkün və arzu olunandır? Etnosentrizmdən azad olmağımız mümkündür?
8. Balanslaşdırmaq – hekayənin “hər iki” tərəfini demək – özlüyündə məlumat qərəzi ola bilər? Məsələn, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) insan fəaliyyətinin iqlimə “gözəçarpan” təsirinin olması və qlobal istiləşmənin dərhal həll edilməli ciddi problem olması ilə bağlı davamlı təkidlərinə baxmayaraq, “o dedi” hesabat kampaniyası qlobal istiləşmə skeptiklərinin kiçik qrupunun öz fikirlərini geniş şəkildə qüvvətləndirməsinə imkan vermişdir.

b) İnsan hüquqları məsələləri
KİV insan hüquqları haqqında ictimai məlumatlılığın artırılmasında mühüm rol oynayır. Bununla belə, biz onların necə təqdim olunduğundan və motivlərdən xəbərdar olmalıyıq. Hər kəs bizə nəyin təqdim olunması – olunmaması, eləcə də məlumat və faktların necə verilməsinə tənqidi yanaşmalıdır. Məsələn, müharibədəki döyüşçülər müxtəlif siyasi görüşlərə malik qəzetlərdə azadlıq mübarizləri və ya terrorçu kimi təqdim oluna bilər. Digər mədəniyyətlərdən olan insanlar qeyri-obyektiv şəkildə təqdim oluna bilər. Məsələn, inuitlər ekzotik, iqlularında ənənəvi yaşayış tərzi uğrunda çətinliklərlə mübarizə aparan insanlar kimi təqdim oluna bilər, lakin balina ovu ilə bağlı müzakirələrə gəldikdə onlar “cinayətkar” kimi təsvir olunurlar.

Qeyd
Bu məşğələ Rob Adriansen və Qrinviç komandası tərəfindən NCOS, flaman
inkişaf QHT-ləri platforması, üçün holland dilində hazırlanmış “Xəbərlər Fabriki”
əsasında hazırlanmışdır. O, daha sonra, Nel Hiers tərəfindən EFİL, Avropa Mədəniyyətlərarası Öyrənmə Federasiyası, adından ingilis dilinə tərcümə olunmuş və uyğunlaşdırılmışdır.

c) Öhdəlik
Simulyasiyada istifadə olunan bəzi şəkillər insanlara, xüsusilə gənclərə praktiki şəkildə öhdəlik götürmək imkanlarını göstərməlidir. Müəllim, gənclərlə çalışan şəxslər və s. kimi biz gəncləri daha yaxşı dünya uğrunda çalışmağa motivasiya etməyi arzulayırıq. Özümüzdən gəncləri cəlb etmək üçün ən yaxşı yolun hansı olduğunu və mövcud imkanların gənclər üçün cəlbedici olub – olmadığını soruşa bilərik. Suallarımıza cavabları gənclərin seçdiyi slaydlardan ala bilərik.