compass-group-size12 – 20 (6-7 nəfərlik kiçik qruplar)
compass-time90 dəqiqə
Xülasə
Bu məşğələ insanların zorakılıq aktlarına cəlb olunmasının səbəblərini müəyyən etmək üçün rol oyunundan istifadə edir.
Əlaqədar hüquqlar
• Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ
• Qanun qarşısında şəxsiyyət kimi tanınmaq hüququ
• Qanunla bərabər səviyyədə qorunmaq hüququ
Məqsədlər
• İnsanların zorakı davranmasının səbəbləri və onların zorakılığının nəticələrinin başa düşülməsini inkişaf etdirmək
• Zorakılığa dinc şəkildə cavab vermək bacarıqlarını inkişaf etdirmək
• Şəfqət, ədalət və məsuliyyət hislərini təbliğ etmək
Materiallar
• Hər kiçik qrup üçün materialın nüsxələri
• Daşlar (istəyə görə)
Hazırlıq
• Hər kiçik qrup üçün bir ədəd olmaqla materialın surətini çıxardın. Hər qrupun məşq etməsi və kiçik səhnəciyi qrupun qalanına göstərə bilməsi üçün kifayət qədər yeri təmin edin.
compass-key-date
12 FevralQırmızı Əl Günü
Instructions
1. İştirakçılardan özlərini qəzəbli və ya məyus hiss etikləri və dağıdıcı davranmağı arzuladıqları halı xatırlamağı xahiş edin. İştirakçıların özlərini əqli olaraq həmin vəziyyətə
qaytarması üçün bir neçə saniyə səssiz qalın.
2. Bir neçə könüllüdən öz vəziyyətlərini qrupun digər üzvləri ilə bölüşməyi xahiş edin, belə ki, onlar baş verənləri və həmin vaxtda keçirdikləri hisləri təsvir etməlidirlər.
3. Daş atmağa hazırlaşan şəxs kimi dayanaraq rol oyununu təqdim edin. Sizin duruşunuz qəzəbli və ya məyus, eləcə də məqsədli şəkildə daş atan şəxsi nümayiş etdirməlidir. Bir neçə saniyə bu vəziyyətdə qalın.
4. İştirakçıları 6-7 nəfərlik kiçik qruplara ayırın. Onlara zorakı hadisəni əks etdirən və sonda, daş atmağa hazırlaşmaq aktı ilə yekunlaşan kiçik səhnəcik qurmaq üçün 30 dəqiqə vaxtları olduğunu deyin.
5. Nəzərə alınmalı suallar materialının nüsxələrini paylayın və bunun qrupların səhnəcəyi planlamasına kömək məqsədi daşıdığını izah edin.
6. 30 dəqiqə sonra kiçik qrupları bir yerə toplayın və onları qrupun qalanına öz səhnəciklərini nümayiş etdirməyə dəvət edin. Hər nümayişdən sonra, tamaşaçıların gördüklərinə reaksiya verməsi və sualları cavablandırması üçün bir neçə dəqiqə vaxt ayırın.
7. Bundan sonra, təhlil və qiymətləndirməyə keçin.
Təhlil və qiymətləndirmə
• Müxtəlif səhnəciklərin məna kəsb etdiyini hiss etdiniz? Onlar sizin kimisə daş atmağa nəyin vadar edə biləcəyini başa düşməyinizə kömək etdi?
• Müxtəlif rol oyunlarında özünü göstərən və zorakılıq etmək istəyini oyatmaqda mərkəzi yer tutan hislər və ya emosiyalar oldu?
• Sizin fikrinizcə, niyə insanlar kimisə incitmək və ya nəyisə zədələmək ehtiyacı hiss edirlər? Zərər vermək və ya incitmək aktı ona səbəb olan məsələni həll etməyə kömək
edir? Niyə? Niyə yox?
• Bu məşğələ sizin və ya ətrafınızdakıların zorakılıq aktlarını başa düşməyinizə kömək etdi? Necə?
• Heç başa düşə bilmədiyiniz zorakılıq aktları var? İnsanları müharibələrdə savaşmağa, binaları və ya digər insanları partlatmağa nəyin vadar etdiyini başa düşə bilirsiniz?
• Bəzi ölkələrin üzləşdiyi terror təhdidlərini necə başa düşürsünüz?
• Zorakılıq aktına nəyin səbəb olduğunu başa düşmək və onu əsaslandırmaq arasında fərq var? Zorakı aktların arxasında nəyin olduğunu başa düşmək vacibdir? Niyə?
Niyə yox?
• Zorakılıq aktlarına cavab verməyin ən yaxşı yolu nədir? Daha zorakı şəkildə və ya dinc yolla cavab verməyin üstünlükləri və çatışmazlıqları nələrdir?
• Hər rol oyununda toxunulan insan hüquqları hansılar idi?
Fasilitator üçün məsləhətlər
Əgər qrup üzvləri bir-birini yaxşı tanımırlarsa, ilkin öz təcrübələrini bölüşmə tapşırığını etməyə bilərsiniz. Alternativ kimi, siz fərdi təcrübələri bölüşmə tapşırığının birinci hissəsini edə, lakin hisləri digərləri ilə bölüşmək hissəsini, istədikləri halda, kiçik qruplarda aparmağı iştirakçıların öz ixtiyarına buraxa bilərsiniz.
Rol oyunları iştirakçıların real qəzəblərini dilə gətirməsinə imkan verə bilər. Buna görə də, siz bu məşğələyə daha çox vaxt ayırmaqla iştirakçıların məsələləri tələsmədən nəzərdən keçirməsini təmin edə bilərsiniz.
Hər qrupun səhnəciyindən sonra onların qiymətləndirilməsi və təqdimatları ilə bağlı sp-esifik məsələlərə baxılması üçün bir neçə dəqiqə vaxt ayırın, lakin bu mərhələdə müzakirələrin həddən artıq uzanmasına imkan verməyin. İlk əvvəl, bütün səhnəciklərə baxmaq, daha sonra isə onlarda qaldırılan ümumi məsələlərin müzakirəsinə keçmək daha yaxşı olar.
Təhlildə, terrorçuların zorakılığı məsələsinə birbaşa toxunmağınız faydalı ola bilər və ya gənclər özləri onu qaldıra bilər. Terrorçu aktları açıq şəkildə qınamağa başlamaq yerinə müm-kün motivlərin sərbəst müzakirəsinə şərait yaradın. Bu aktların mümkün psixoloji səbəblərini onların nəticələrindən ayırmaq faydalı ola bilər; bunu etmək üçün qrupla problem ağacı düzəltmək məşğələsini edə bilərsiniz (aşağıya baxın).
Bir tərəfdən zorakılıq aktlarını törədənlərin də fərdlər və insanlar olması, digər tərəfdən isə, zorakılıq aktlarının qəbuledilməzliyi, xüsusilə də, onların nəticələri digərlərinə əziyyət verdikdə, arasında balansı gözləmək olduqca vacibdir. Bu məsələlərin hər ikisi insan hüquqları fikrinə uyğundur və hər ikisi zorakılıq və qarşılıqlı etibarsızlıq dövründən çıxış yolu tapmaq üçün əhəmiyyətlidir.
Variantlar
Daş atmaq duruşu bir çox insanların gözündə İşğal olunmuş Fələstin Ərazilərindən olan şəkilləri və İsrail əsgərlərinə daş atan Fələstin gəncləri, o cümlədən uşaqları ilə bağlı mətbuatda yayımlanan xəbərləri canlandırır. Siz müharibənin uşaqların insan hüquqlarını necə pozduğunu iştirakçıların diqqətinə çatdırmaq üçün qeyd olunanları məşğələ çərçivəsində və ya daha sonra ssenari şəklində səhnəcik kimi oynaya bilərsiniz.
Suggestions for follow-up
İcmanızda olan real zorakılıq nümunəsini götürün və ona aparıb çıxaran aktları nəql etməyə çalışın. Siz bunu bir hadisənin digərinə apardığı vaxt şkalası şəklində təqdim edə bilərsiniz. Qrupdan vaxt şkalasında zorakılığın qarşısının alına biləcəyi və ya münaqişənin yumşaldıla biləcəyi məqamları müəyyən etməyi xahiş edin.
Daş atmaq bəzən daşlamaqla edam etmək ənənəsi ilə əlaqələndirilir. Dini və mədəni ənənələr və insan hüquqları arasındakı əlaqə həmişə maraqlı və əksər hallarda mübahisəlidir. Qrup ənənələr və inamların zaman ərzində necə dəyişdiyini öyrənmək istəyərsə, “Tezliklə köhnələcək” məşğələsinə baxın.
Alternativ kimi, kiber-xuliqanlar tərəfindən həyata keçirilən zorakılığı araşdırmaq üçün “Mənim həyatım tamaşa deyil” məşğələsindən istifadə edə bilərsiniz.
Əlavə məlumat
Məşğələdə sizin icmanızdakı zorakılıq aktlarının müəyyən edilmiş nümunələrindən seçin, həmin problemlərlə məşğul olan, həm zorakılıq edənlərə, həm də qurbanlara yardım edən təşkilatları tapın. Qrupun müxtəlif zorakılıq aktlarını dayandırmaq üçün nə edə biləcəyini aşkar edin.
Qlobal Qırmızı Əl Hərəkatını dəstəkləyən təşkilatlara Human Rights Watch, Beynəlxalq Amnistiya Təşkilatı, Almaniya Gənclər Qırmızı Xaçı, Terre des Hommes və Plan İnternational daxildir. www.redhandday.org.
BMT 2008-ci ildə dünya üzrə 250,000-dən artıq uşaq əsgər olduğunu müəyyən etmişdi. Zorakılıq aktlarına məcbur edilən bu uşaqlar haqqında daha çox məlumat toplayın və kiçikyaşlıların əsgər kimi istifadə olunmasının qarşısını almaq üçün çoxsaylı hərəkatlardan birinə qoşulun. Eyni zamanda, siz keçmiş əsgər olan uşaqların islah edilməsi üzrə iş aparan təşkilatlar barəsində məlumat toplaya bilərsiniz. Axtarış motorunuza “uşaq əsgərlər” yazın və ya www.warchild.org, human rights watch, www.hrw.org, www.redhandday.org saytlarına baxın.
Əlavə məlumat
Qeyd
Məşğələ Fiona Makbet və Nik Faynın Odla Oynamaq kitabındakı (New Society Publishers, 1995) fikirə əsaslanır.
Problem ağacı problemlərin təhlili üçün faydalı vizual üsuldur. Bu metod beyin fırtınası və beyin xəritəsinin kombinasiyasıdır.
Ağacın gövdəsi problemi təmsil edir. İnsanlar prob-lemin ağacın kökləri ilə təmsil olunmuş səbəblərini müəyyən etməklə başlayır, daha sonra, budaqlarla təmsil olunmuş nəticələri müəyyən edirlər. Problemlər və nəticələr sosial, iqtisadi və siyasi faktorlarla bağlı ola bilər. Onlar, həmçinin, insanların yanaşmaları və davranışından ortaya çıxa bilər. Daha ətraflı məlumat üçün www.thechangeagency.org saytına daxil olun və “problem ağacı təhlili” barəsində axtarış aparın.
Nəzərə alınmalı suallar
Rol oyununu planlayarkən aşağıdakı suallar barəsində düşünməlisiniz:
• Bu şəxs kimdir və onlar nəyə yaxud kimə daş atırlar?
• Daşı atan şəxs və daş atılan şəxs və ya obyekt arasında əlaqə nədir?
• Onların yanında kimsə var yoxsa təkdirlər?
• Əgər yanlarında başqaları varsa, onlar bu insidentə necə cəlb olunurlar (əgər olunublarsa)?
• Şəxs daş atmaqla nəyə nail olmaq istəyir?
• Daş atılmasına gətirib çıxaran hadisələr hansılar olub: bu qəflətən baş verən haldır yoxsa əvvəlcədən planlaşdırılıb?
• Daş atmaq qərarını oyadan konkret bir hadisə olub?
• Daş atmağa hazırlaşan şəxsin ağlından hansı fikirlər keçir?
• Bu akta gətirib çıxaran müddətdə şəxsin ağlından hansı fikirlər keçib?
KOMPASS
Gənclərin iştirakı ilə insan hüquqlarının
təhsili üzrə təlimat vəsaiti
Qlobal Qırmızı Əl Hərəkatını dəstəkləyən təşkilatlara Human Rights Watch, Beynəlxalq Amnistiya Təşkilatı, Almaniya Gənclər Qırmızı Xaçı, Terre des Hommes və Plan İnternational daxildir.
www.redhandday.org.