Şəkil minlərlə söz deyir və kamera yalan demir – yoxsa deyir?

Xülasə

Bu məşğələdə iştirakçılar Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (ÜİHB) maddələrini əks etdirən şəkilləri müəyyən edirlər.

Related rights

• Hamısı

Məqsədlər

• İnsan hüquqlarının gündəlik həyatla əlaqəsi barədə məlumatlılığı artırmaq
• “Vizual savadlılıq”, dinləmə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək
• İnsan ləyaqətinə şəfqət və hörməti təbliğ etmək

Materiallar

• Nömrələnmiş 20 – 30 şəkildən ibarət kolleksiya
• Böyük stol
• ÜİHB maddələrini əks etdirən divar cədvəli (qısaldılmış versiyanın surəti çıxarılmaqla)

Key Date
  • 25 OktyabrBeynəlxalq Rəssamlar Günü

Təlimatlar

1. Şəkilləri böyük stola düzün.
2. İştirakçılara fərdi şəkildə işləməyi tapşırın.
3. ÜİHB maddələrindən birini oxuyun və onu lövhədə/ flipçartda yazın.
4. İştirakçılardan şəkillərə baxıb, onların fikrincə, müvafiq maddəni ən yaxşı təmsil edən şəkili seçməyi xahiş edin.
5. Bundan sonra, hər iştirakçının sıra ilə hansı şəkili və nəyə görə seçdiyini deməsinə imkan verin.
6. Hansı şəkillərin seçildiyini qeyd edin; nömrələrini lövhədə yazın.
7. ÜİHB-in müxtəlif maddələrini sadalamaqla dörd və ya beş tur keçirdin. (Mülki, sosial və iqtisadi hüquqları qarışıq şəkildə seçin.)

Təhlil və qiymətləndirməGoto top

Məşğələnin özünü nəzərdən keçirməklə başlayın, daha sonra, iştirakçıların nə öyrəndiyi barəsində danışın.
• İştirakçılar müxtəlif turlarda fərqli şəkillər seçdilər yoxsa, onların fikrincə, bir və ya iki şəkil hər şeyi deməyə kifayətdir?
• Ayrı-ayrı iştirakçılar müxtəlif turlarda eyni şəkilləri seçdilər yoxsa onların müxtəlif hüquqları hansı şəkillərin təmsil etdiyi ilə bağlı fərqli yanaşmaları oldu? Bu, bizə hər birimizin dünyanı necə gördüyü barəsində nə deyir?
• Flipçartdakı siyahını nəzərdən keçirin. Hansı şəkillər daha çox seçildi? Bu şəkillərin əsas xüsusiyyəti nə idi? Niyə onlar daha çox seçildi? Şəkilin ölçüsü və ya rəngi diqqət çəkdi yoxsa orada təsvir olunanlar cəlbedici idi?
• Müxtəlif hüquqları təmsil etmək üçün hər hansı eyni şəkil seçildi?
• İştirakçılardan kiminsə hər hansı şəkilin digər iştirakçı tərəfindən şərhi ilə razılaşmadığı oldu?
• Heç seçilməyən şəkillər oldu? Bununla belə, həmin şəkillər başqa hüquqları təmsil etmək üçün seçilə bilər? Hansı hüquqlar üçün?

Fasilitator üçün məsləhətlərGoto top

Hər hansı şəkilin seçilmə sayı üçün heç bir məhdudiyyət yoxdur. Müəyyən şəkil bir turda bir neçə iştirakçı tərəfindən və ya müxtəlif turlarda seçilə bilər. Başqa sözlə, həmin şəkil ayrı-ayrı iştirakçılar üçün eyni hüququ və ya müxtəlif iştirakçılara müxtəlif hüquqları təmsil edə bilər.

Öz şəkillər dəstinizi düzəltmək üçün daha çox məlumatı “Əsas metodlar” başlıqlı 1-ci fəsildə tapa bilərsiniz. Bu məşğələdəki şəkillər “yer üzərindəki həyatın” müxtəlif aspektlərini əks etdirməlidir; onlar arasında müxtəlif şəxslər və qruplar, müxtəlif yaşlarda, fərqli mədəniyyətlərdən olan və bacarıqları fərqlənən şəxslərin şəkilləri olmalıdır. Bu şəkillərdə şəhər və kənd mühitləri, sənaye və kənd təsərrüfatı, müxtəlif işləri görən və asudə vaxtlarını fərqli şəkildə keçirdən insanlar göstərilməlidir. Şəkilləri nömrələyəndə onları məntiqi ardıcıllıqla düzməyin. Nömrələməkdə məqsəd şəkillərin asanlıqla müəyyən edilməsidir.
Həmişə istifadə etmək istədiyiniz şəkillərin üstündə müəllifə istinad olub-olmadığını yoxlayın. Qrupun “vizual savadlılıq” bacarıqlarından asılı olaraq onları şəkilləri təhlil etməkdə istiqamətləndirməli olacaqsınız. Məşğələni bir və ya iki şəkilin birgə təhlili ilə başlaya bilərsiniz. Aşağıda “əlavə məlumat” bölməsindəki suallar istiqamət vermək üçün istifadə oluna bilər.

VariantlarGoto top

Həmçinin, iştirakçılardan onlara ümumilikdə insan hüquqları anlayışını təmsil edən şəkili seçməyi xahiş edə bilərsiniz. Hər kəs seçdikdən sonra, onlardan səbəblərini deməyi xahiş edin.

5-ci fəsildəki Panço karikaturalarının surətini çıxardıb, iştirakçılardan onların hansı insan hüquqlarını təmsil etdiyini soruşa bilərsiniz.

Şəkillər əvəzinə videodan istifadə etmək istəyirsinizsə, insan hüquqları anlayışını araşdırmaq üçün teatrdan istifadə edən “Hərəkətə keç” məşğələsini edin və qupdan səhnəciklərinin videosunu çəkib youtube.com saytında yerləşdirməyi xahiş edin.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Kameralar borc alın və ya endirimdə olan kameralar alın və öz icmanızda “İnsan hüquqları üzrə yanaşmalar” foto şəkil çəkmək layihəsini həyata keçirdin.

Eynəyinizi dəyişdirin” məşğələsi insanların öz icmalarını insan hüquqları perspektivindən araşdırmasını və şəkilini çəkməsini əhatə edir.

Görüntülər yalnız şəkillərdən gəlmir; onlar vəziyyətləri və hadisələri əks etdirir. Qrupun “Bir addım irəli atın” məşğələsi vasitəsilə ayrı-seçkiliyi “görməsini” təmin edin.

Fəaliyyət üçün fikirlərGoto top

“İnsan hüquqları üzrə yanaşmalar” layihəsindəki fotoların sərgisini təşkil edin. Alternativ kimi, aşağıdakı digər təkliflər üzrə poster fikirlərini irəli sürün və onları sərgi üçün istifadə edin.

 

Şəkillərlə oynamağın digər yolları