Əgər siz heç nə uğrunda mübarizə aparmırsınızsa, sizi istənilən şəkildə aldatmaq mümkündür.

Malkolm X

Xülasə

Bu məşğələdə şəhər şurasının görüşünün silmulyasiyası vasitəsilə ənənəvi olaraq xristianların yaşadığı ərazidə yeni məscidin tikilməsi ilə bağlı mübahisə araşdırılır.

Əlaqaədar hüquqlar
  • • Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
    • Din və inam azadlığı
    • Düşüncə və məlumat azadlığı
Məqsədlər
  • • Müxtəlif cəmiyyətlərin ehtiyaclarının qarşılanması zamanı ortaya çıxa biləcək real münaqişələri təcrübədən keçirmək
    • Din və inam azadlığı hüququnun araşdırılması
    • Debat və təhlil bacarıqlarının inkişaf etdirilməsi
Materiallar

• Adların yazılması üçün vərəqlər
• Flipçart kağızı
• Qol və ya divar saatı
• Bələdiyyə başçısı üçün kiçik zəng

Hazırlıq

Problemin izahı və debat qaydalarının (istəyə uyğun olaraq) nüsxələrini çıxardın.
• Görüşdə təmsil olunacaq müxtəlif partiya/qruplarının adları yazılan etiketləri hazırlayın.
• Flipçartda müxtəlif rolların siyahısını hamının görə biləcəyi şəkildə yazın.
• “Şura Görüşü” üçün uyğun yerin və müxtəlif qrupların öz mövqelərini
öncədən müzakirə etməsi və digərləri ilə görüşməsi üçün ayrıca yerin olduğundan əmin olun.

Key Date
  • 21 SentyabrBeynəlxalq Sülh Günü

Təlimatlar

  1. Problemin izahını oxuyun. Bütün iştirakçıların Slipivilin sakinləri olduğunu və hər kəsin sahibsiz şura torpaqlarında yeni məscidin tikilib-tikilməməsi məsələsi ilə bağlı narahatlığını izah edin.
  2. İştirakçılara müxtəlif rolların siyahısını təqdim edin və hər kəsdən özü üçün bir rol seçməsini xahiş edin. Rol kartlarını və problemin izahını hər kəsə paylayın və insanlar və qrupların daha öncə harada görüşməli olduqlarını və daha sonra “Şura Görüşünün” harada keçiriləcəyini göstərin.
  3. Görüş zamanı keçiriləcək debatın qaydalarını izah edin. 
  4. Əsas görüşdən qabaq 30 dəqiqə vaxt olacağını, beləliklə, insanların digər vətəndaşlarla görüşə, öz nitqlərinə hazırlaşa və necə səs vermək istədikləri barəsində qərar verə biləcəyini izah edin! Onlara Şəhər Şurası görüşünün 40 dəqiqə davam edəcəyini və iştirak edən insan sayına görə nitqlər üçün az vaxt qala biləcəyini deyin. Bu səbəbdən, onlar bildirmək istədikləri bir və ya iki məsələni qeyd etməlidir.
  5. “Şura Görüşü” üçün yer hazırlamaq məqsədilə hazırlıq mərhələsindən istifadə edin. İdeal olaraq, insanlar yarımdairəvi formada və ya nal formasında oturmalı, mer isə öndə, bir qədər yüksəldilmiş mövqedə oturmalıdır. Partiya və ya qruplar birlikdə oturmalı, siz isə onların qarşısında stolların üzərində adları yazılan lövhələri yerləşdirməlisiniz.
  6. 30 dəqiqədən sonra vətəndaşları görüşə çağırın (və ya merdən çağırmasını xahiş edin). O, insanlara debatın əsas qaydalarını xatırlatmalı və görüşə başlamaq üçün kiçik nitq söyləməlidir.
  7. 40 dəqiqədən sonra, görüşün sonunda mer hər kəsi səs verməyə dəvət etməlidir. Səslər hesablandıqdan və nəticə elan olunduqdan sonra, siz məşğələnin bitdiyini elan etməli və insanlardan öz stullarını təhlil mərhələsi üçün dairəvi düzməklərini xahiş etməlisiniz.

Təhlil və qiymətləndirmə

  1. İnsanların əsl adları ilə salamlamaqla və ya insanların simulyasiya zamanı oynadıqları rollardan qurtulması üçün digər üsuldan istifadə edərək əks əlaqə sessiyasını başlayın. Təhlil mərhələsinə başlamazdan əvvəl bunu etmək çox vacibdir. İştirakçılardan az öncə iştirak etdikləri proses barədə nə hiss etdiklərini soruşun:
        • Siz səs vermənin nəticəsinə təəccübləndiniz və bu nəticə sizin rolunu oynadığınız insanın mövqeyini əks etdirir?
        • Sizin fikrinizcə, siz (öz rolunuzda) bu nəticəyə nə qədər təsir edə bildiniz?
        • Digər insanlar və ya qruplarla qarşılıqlı əlaqə problemlə bağlı fikriniz və ya münasibətinizi dəyişdirdi?
        • Sizin rolunuzla bunu müəyyənləşdirmək nə dərəcədə asan oldu? Niyə və niyə yox?
        • Sizin fikrinizcə, bu vəziyyət real həyatda meydana çıxa bilər? Buna oxşar başqa bir məsələ bilirsiniz?
        • Bu problem sizin şəhəriniz və ya yaşadığınız yerdə baş versə, necə reaksiya verərdiniz? Məşğələ sizin düşüncənizi tamamilə dəyişdi?
        • Düşüncə, vicdan və din azadlığı dedikdə nə başa düşürsünüz? Tarixdə (və ya yaxın zamanda) bu hüququn rədd olunduğu bir hadisə ilə qarşılaşmısınız?
        • Sizcə, din azadlığı fundamental insan hüququdur?
        • Sizcə, sizin cəmiyyətinizdə bu hüquq nə dərəcədə təmin olunur?

Fasilitator üçün məsləhətlərGoto top

Əgər mümkündürsə, suallara cavab verə bilmək və məşğələnin hər mərhələsini eyni zamanda koordinasiya edə bilmək üçün bu məşğələni başqa fasilitator ilə birlikdə həyata keçirəsiniz. Əlavə vaxt qalması xüsusilə əsl görüş vaxtı insanların digərlərinin şərhlərinə qarşılıq verməsinə imkanlarının olması baxımından məşğələ üçün faydalıdır. Siz, həmçinin, sessiya vaxtı vaxta qənaət etmək məqsədilə rolları daha öncədən və ya təsadüfi qaydada paylaya bilərsiniz. Hazırlıq mərhələsi zamanı, insanların digər insanlarla görüşmək üçün vaxt sərf etdiyini və ya görüş vaxtı nə deyəcəklərini planlaşdırdığını yoxlamaq yaxşı olardı.

Rolları təyin edərkən mer rolunda iştirak etmək üçün çox böyük tələbat olacağını, eləcə də bu rolu oynayacaq insanın görüşü keçirməklə bağlı özündən əmin olmalı olduğunu və hər kəsə danışmağa imkan yaratmaq üçün ehtiyac olduqda insanların nitqini kəsməyə qadir olmalı olduğunu nəzərə alın. Siz mer rolunu canlandıracaq insanla həqiqi simulyasiyadan öncə məşğələni nəzərdən keçirməlisiniz.

Bundan sonra, mer rolunu oynayacaq şəxsin sizin ona güvəndiyinizi hiss etməsi və digər iştirakçıların sizə üz tutmaq əvəzinə onun qərarlarına güvənə bilməsi məqsədilə görüşün keçirilməsini birbaşa mer rolunu oynayan şəxsə həvalə etməyiniz daha arzuolunandır. Əlbəttə ki, simulyasiya vaxtı çətinliklər yarandıqda buna mütləq müdaxilə etmək ehtiyacı hiss edə bilərsiniz. Lakin siz bunu mer rolunu oynayan şəxsin nüfuzunu pozmadan etməyə çalışmalısınız.

Əgər simulyasiyaya nəzarət əldən çıxsa – məsələn, insanlar mövzudan kənara çıxsa və ya yeni informasiya ortaya çıxsa – və ya Şura çıxılmaz vəziyyətdə qalsa və müəyyən razılıq əldə edə bilməsə, iştirakçılara real həyatda da belə nəticə ola biləcəyini və bunun məşğələnin öhdəsindən gələ bilmədikləri demək olmadığını bildirin.

Siz bundan sonda təhlil mərhələsində bu tip məsələlərdə razılıq əldə etmənin çətinliyini müzakirə edərkən istifadə edə bilərsiniz.

Təhlil zamanı simulyasiyanın təkrarlanması halından qaçınmaq çox vacibdir. İnsanlar nə təcrübə yaşadıqları barədə lazımi qaydada düşünmək məqsədilə özlərini məşğələ zamanı oynadıqları roldan uzaqlaşdırmalıdırlar. Siz onların simulyasiya haqqında danışarkən oynadıqları rol əvəzinə, “öz papaq”larında olmalarına şərait yaratmalısınız.

Təhlil və qiymətləndirmə mərhələsinə hazırlaşmaq məqsədilə siz Din və İnam mövzusu ilə bağlı əlavə məlumatı oxuya bilərsiniz.

VariantlarGoto top

İşlədiyiniz mühitdən asılı olaraq, məşğələni “Slipivildə Kilsə” və ya “Slipivildə məbəd” kimi uyğunlaşdırmaq və onu, məsələn, əsasən müsəlmanların yaşadığı ərazidə yerləşdirmək mümkündür. Və ya siz başqa bir kombinasiyadan istifadə edə bilərsiniz. Siz məşğələyə həmçinin daha uzaq proses barəsində fikir əldə etmək üçün xəbər müxbirlərini də əlavə edə bilərsiniz; lakin hesabatları qrupla müzakirə etməyi planlaşdırırsınızsa, bu, daha çox vaxt ala bilər (aşağıdakı təkliflərə nəzər yetirin).

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Din və inam azadlığının bütün aspektlərini və ölkənizdə bununla bağlı baş verən gərginlikləri müzakirə edin. Xəbərlərdəki vacib hadisələr (tematik araşdırmalar), xüsusilə kiçik qruplarda yaxşı başlanğıc kimi istifadə oluna bilər. Siz, həmçinin “İnananlar” məşğələsi vasitəsilə iştirakçıların dinlə bağlı daha dərin fikirlərinin araşdırılmasını və onun gənclərin həyatına təsiri barədə müzakirələr aparmaqla sonrakı fəaliyyət mərhələsini həyata keçirə bilərsiniz.

Əgər xəbər müxbirləri də iştirak edirsə, siz ayrıca sessiyada onların proseslə bağlı təhlilindən istifadə edə bilərsiniz. Bu, xüsusilə KİV-in rolu və təsiri barədə məsələ qaldırmaq məqsədilə hesabatlar arasındakı fərqlərə baxmaq üçün çox effektiv olacaqdır. “Ön səhifə” məşğələsində fikirlərin, xüsusilə KİV tərəfindən, necə formalaşdırılması və dəyişməsi araşdırılır.

Siz təhlil mərhələsi zamanı ortaya çıxan mübahisəli və qütbləşdirici bəyanatları götürməklə, 164-cü səhifədəki “Seçkiqabağı kampaniya” məşğələsini bu bəyanatlardan əsas kimi istifadə edərək yerinə yetirməklə debat, təhlil və inandırma bacarıqlarını inkişaf etdirə bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

İştirakçıları öz ətraflarına nəzər yetirməyə və müxtəlif dini icmaların hüquqlarına nə dərəcədə hörmət edildiyini araşdırmağa sövq edin. Bu icmaların bəzilərinin nümayəndələri ilə görüşlərin təşkil edilməsinə və onları öz hüquqlarına hörmət edildiyini hiss edib-etməmələri ilə bağlı danışdırmağa çalışın.

Sizin və iştirakçıların harada yaşadıqları və ya işlədikləri və Şurada hal-hazırda debat aparılan mövzulardan asılı olaraq, cəmiyyətdəki hər kəsin insan hüquqlarına təsir edən yerli siyasi müzakirələrə cəlb olunmaq məqsədilə Şura görüşündə iştirak etmək maraqlı ola bilər.

Əlavə məlumatGoto top

Beynəlxalq İnsan Hüquqları Hüququnda Din Hüququ: Siz aşağıdakı məlumatın Slipivildəki Müsəlman Assosiasiyası və İnsan Hüquqları uğrunda Gənc Slipililər qrupundakı insanlar üçün nüsxəsini çıxartmaq istəyə bilərsiniz.

Avropa İnsan Hüquqları Konvensiyası, Maddə 9:

Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.

Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Maddə 18:

Hər bir insan dusuncə, vicdan və din azadlığı huququna malikdir: bu huquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir…

Uşaq Hüquqları Konvensiyası, Maddə 30:

Etnik, dini və ya dil azlıqlarının və ya yerli əhali sırasından olan şəxslərin yaşadıqları dövlətlərdə belə azlıqlara və ya yerli əhaliyə mənsub olan uşaq öz qrupunun digər uzvləri ilə birlikdə öz mədəniyyətindən bəhrələnmək, öz dininə etiqad etmək və onun ayinlərini yerinə yetirmək, habelə ana dilindən istifadə etmək huququndan məhrum edilə bilməz. 

Bu məşğələ Avropa Şurası tərəfindən dərc edilmiş Müxtəliflik, İnsan Hüquqları və İştirakla bağlı dəyişiklik üçün təhsil və tədris haqqında təlimat vəsaiti olan Kompanyondakı “Slipvildə Məscid” məşğələsi əsasında hazırlanmışdır. Məşğələ Süzan Ulrixdən ilhamlanmışdır. 2000. Achtung (+) Toleranz – Wege demok-ratischer Konflikt-lösung. Verlag Bertelsmann Stiftung

Bu simulyasiya məşğələsinin xəyali hadisə olmasına baxmayaraq, Avropada və on-dan kənarda dini azlıqlar üçün ibadət yerlərinin tikilməsi ilə bağlı oxşar mübahisələr baş verir. 2009-cu ilin noyabrında İsveçrədə milli referendum minarələrin gələcək tikintisinin qadağan olunması üçün konstitusiyaya dəyişikliyi təsdiq etdi. Bu referendumun nəticələri müsəlmanların düşüncə, vicdan və din azadlığı hüququnun ayrılmaz hissəsi olan öz dinini ictimaiyyət içində sitayiş edərək, tədris edərək, təcrübədən keçirərək və ya müşahidə edərək bəyan etmə hüquqlarını poza bilərdi. Bundan əlavə, ictimaiyyət içində İslam örtüklərinin (bur-qa, niqab və ya hicab) geyinilməsini qadağan edən qanunlar qəbul etmiş və ya qanunvericilik təkliflərini nəzərdən keçirən bir çox Avropa və digər ölkələrdə son dövrlərdə bu trend halını almaqdadır və bu da dini baxımdan ayrı-seçkilik üçün əsas yaradır. Maddə 19 – Azad İfadə üçün Qlobal Kampaniya bütün üzü örtən örtüklərin qadağan olunması və insan hüquqları ilə bağlı hüquqi şərh nəşr edən insan hüquqları təşkilatıdır (www.article19.org). Siz, həmçinin, hal-hazırda Avropada digər dini azlıqların üzləşdiyi problemlərlə bağlı araşdırma aparmaq istəyə bilərsiniz.

Görüşdəki iştirakçıların siyahısı
Try to keep the numbers balanced by having the same number of  epresentatives for each political party, and the same number in each of the citizen’s groups. You can have as many “ordinary citizens” as you like.
• Slivipilin Meri
Şəhər Şura Üzvləri: 3 partiya təmsil lunmalıdır. Hər partiyada 2 və ya 3 insan ola bilər.
“İnsan Hüquqları üçün Cavan Slipililər!”: 1 və ya 2 nümayəndə
“Keçmiş və İndiki Asssiasiya”: 1 və ya 2 nümayəndə
“Slipivilin Müsəlman Asssiasiyası”: 1 və ya 2 nümayəndə
Adi vətəndaşlar: ehtiyacınız lduğu qədər
• Qeyri-məcburi: iclasla bağlı məruzə edən 1 və ya 2 jurnalist

Debatın qaydaları
Siz bu qaydaları öz qrupunuzun sayına və əlinizdə olan vaxta uyğun olaraq dəyişmək istəyə bilərsiniz.
• Görüşə mer sədrlik edəcək və bütün məsələlər üzrə yekun qərarı o verəcəkdir.
• Əgər danışmaq istəsəniz, əlinizi qaldırmalı və merin icazəsini almalısınız.
• Şərhlər qısa olmalı və 2 dəqiqədən çox olmamalıdır.
• Görüş 40 dəqiqədən sonra Məscidin tikiləcəyi və ya tikilməyəci ilə bağlı səs vermə ilə bitəcəkdir.
• Görüşdə iştirak edən hər kəs debatda danışmağa və sonda, səsvermədə iştirak etməyə cəlb olunacaqdır.

Rol kartlarıGoto top

PDFHandout

Slipivilində Məscid (bütün iştirakçılar üçün)                                                                                            Siz mənzərəli Slipivil şəhərində, 80,000 insanın yaşadığı şəhərdə yaşayırsınız. Son 60 ildə əsasən böyük şəhərlərdə iş imkanları daha yaxşı olduğundan, digər tərəfdən isə regiona əsasən müsəlman ölkələrindən olmaqla, çoxlu sayda miqrant ailələri gəldiyi üçün gənclər böyük şəhərlərə köçdüyündən şəhərin əhalisi köklü şəkildə dəyişmişdir. Bu ailələrin bəziləri artıq 3 nəsildir burada olsalar da, hələ də şəhərdəki bir çox insanlar onlara “yeni gələnlər” kimi münasibət göstərirlər. Onlar hal-hazırda ümumi əhalinin təqribən 15 fazini təşkil edirlər. İndi şəhəri iki yerə ayıran məsələ isə müsəlmanların Şuraya məxsus sahibsiz torpağın bir hissəsində məscid tikmək istəməkləridir. Bu torpaq sahəsi inkişaf etdirilməmişdir və Şuraya illər boyu daxil olan şikayətlərin mənbəyi olmuşdur: bu ərazi əsas alış-veriş küçəsinin yaxınlığındadır və vandalizm və narkotik vasitələrdən istifadə bu ərazidə daim problem olmuşdur. Beləliklə, varlı iş adamı bu problemin həllini Şuranın əlindən almağı təklif etdikdə, mer onun uğurlu gününün gəlib çatdığını fikirləşdi! Şura torpaq sahəsindən əl çəkməyə və sahədə yeni məscidin tikinti xərclərinin 20 faizini maliyyələşdirməyə razılaşdı. Tikinti xərclərinin biznesmen tərəfindən ödənilə bilməyən yerdə qalan 10 faizi müsəlman icmasından toplanıldı. Tikinti bu həftə başlamalı idi… lakin Şura layihənin əleyhinə olan qəzəbli sakinlər tərəfindən şikayət atəşinə tutuldu. On-lar xüsusi görüş təşkil etdilər və hər kəs bu məsələni həll etmək üçün oraya dəvət edildi. Görüş 30 dəqiqədən sonra keçiriləcəkdir.

Rol kartı: Slipivilin Meri                                                                                                                                 Siz Assembleyanın sədrisiniz və görüş başladıqda iştirakçıları salamlamaq və onlara debatın qaydalarını xatırlatmaq sizin rolunuza daxildir. Görüş zamanı, hər kəsə danışmaq imkanı verməyə çalışmalısınız – və heç kəsə çox uzun nitq söyləməyə icazə verməməlisiniz! Siz bu məsələnin ictimaiyyətdə pis qarşılanacağından narahatsınız və görüşdən əvvəl bəzi qruplarla danışıb, öz mövqelərini yumşaltmaq barədə inandırmağa cəhd etməyi planlaşdırırsınız.

Rol kartı: Şəhər Şurasının üzvü: Mühafizəkar Partiya (1 və ya 2 şəxs)                                                       Siz Şəhər Şurasında Mühafizəkar Partiyanı təmsil edirsiniz və qəti surətdə Məscidin tikilməsinə qarşısınız. Sizin fikrinizcə, bu ölkənin və bu şəhərin ənənələrinə hörmət qoymayan ibadət yeri üçün Şuranın torpaqlarının və resurslarının istifadəsi düzgün deyil. Siz burada yaşamağın miqrant ailələr üçün imtiyaz olduğuna və onların qonaq olduqları ölkədə fərqli həyat tərzini zorla qəbul etdirməməli olduqlarına inanırsınız. Siz, həmçinin, Məscidin terroristlərin cəlb olunması üçün görüş yerinə çevriləcəyindən narahatsınız.

Rol kartı: Şəhər Şurası Üzvü: Populist Partiyası (1 və ya 2 şəxs)                                                            Siz Şəhər Şurasında Populist Partiyasını təmsil edirsiniz. Siz bu ərazidə Məscid tikilməsi ilə bağlı ilkin qərarı dəstəkləyirsiniz, çünki siz müsəlman icmasının şəhərin iqtisadiyyatı üçün xeyir gətirdiyini anlayır və onları yadlaşdırmaq istəmirsiniz. Lakin siz sakinlərin şikayətlərinə görə xeyli narahatlıq keçirirsiniz və cəmiyyətdə lazımsız münaqişə yaratmaq istəmirsiniz. Siz, həmçinin, növbəti şura seçkilərində öz yerinizdən narahatsınız, beləliklə, yəqin ki, ən az mübahisəli görünəcək seçimi dəstəkləyəcəksiniz.

Rol kartı: Şəhər Şurası Üzvü: Müxtəliflik Partiyası (1 və ya 2 şəxs)                                                           Siz Şəhər Şurasında Müxtəliflik Partiyasını təmsil edirsiniz. Siz dünyanın müxtəlif yerlərindən olan insanların nisbətən böyük hissəsinin Slipivil mədəniyyətinə və maraqlarına töhfə verdiyinə inanırsınız və bu insanların bir çoxunun uzun müddət öz dinini tətbiq etmək imkanından məhrum olmasını ədalətsizlik hesab edirsiniz. Eyni zamanda, bu sahibsiz torpağın şəhərdə sosial problemlərə yol açdığını və Şuranın hal-hazırda bu ərazini inkişaf etdirmək üçün kifayət qədər vəsaiti olmadığını başa düşürsünüz..

Rol kartı: Slipivilin “Keçmiş və İndiki” Assosiasiyasının üzvləri (2-4 şəxs)                                             Siz bu məscidə qarşı çıxan əsas qruplardan birisiniz. Sizin üzvləriniz Slipivildəki ənənəvi (qeyri-müsəlman) icmaların nümayəndələridir və siz bir çoxunuzun həyatının bütün hissəsini yaşadığı bu şəhərin qədim obrazının qorunub saxlanılmasının çox vacib olduğunu düşünürsünüz. Məscidin tikintisi üçün təklif olunan ərazi çox mərkəzi ərazi sayılır və o, şəhərin mərkəzindəki bir çox yerdən görünəcək. Siz şəhərinizin obrazının buraya yalnızca qısa vaxt öncə gəlmiş bir icma tərəfindən tamamilə dəyişdiriləcəyini düşünürsünüz. Siz başqa bir yerdən sizin ölkənizə gəlmiş insanların niyə sizin burada yaşadığınız qaydalarla yaşamalı olmadığını başa düşə bilmirsiniz..

Rol kartı: “İnsan Hüquqları uğrunda Gənc Slipililər” Gənclər Qrupunun üzvləri (2-4 şəxs)
Sizin qrupunuz bu gün Slipivildə gənclərin üzləşdiyi ən ağır problemlərlə mübarizə aparmaq üçün təsis olunmuşdur. Siz Məscidin tikilməsini həm müsəlman icmasının ibadət yeri probleminin, həm də uzun müddətdir ki, bu sahibsiz torpağa görə yaşanılan bir çox sosial problemin həlli kimi görürsünüz. Məscidin tikilişini dəstəkləyirsiniz, lakin Şura məscidin tikilişinə maddi dəstək verəcəyi təqdirdə, digər sosial problemlərə onlar tərəfindən göz yumulacağından narahatsınız. Xüsusilə, son 5 ildə gənclər büdcəsi şəhərdəki ehtiyacların ödənilə bilməyəcəyi dərəcədə azaldılıb.

Rol kartı: “Slipivilin Müsəlman Assosiasiyasının” üzvləri (2-4 şəxs)
Siz, illərdir ki, Şuradan Müsəlman icmasının ibadət edə biləcəyi yerin təmin olunmasını xahiş edirsiniz, lakin bu həmişə maddi səbəblər ucbatından rədd edilmişdir. Bir çox insan üçün iqtisadi vəziyyət çətin olduğundan, xristian icmasının 11 müxtəlif ibadət yeri olduğundan və bu ibadət yerlərinin müsəlmanlarla müqayisədə çox az insan tərəfindən ziyarət olunduğundan məscidin tikilmə xərclərinin 10 faizinin müsəlman icması tərəfindən qarşılanması üçün müraciət olunmasını ədalətsiz hesab edirsiniz. Sizin icmanızın şəhərə verdiyi töhfənin qiymətləndirilmədiyini, icmanızdakı insanların həyatlarının müxtəlif aspektlərində ədalətsiz şəkildə ayrı-seçkiliyə məruz qaldıqlarını və Məscidin tikilməsinə etiraz etməklə Şuranın icmanızın üzvlərinin dini ibadət yeri hüququnu rədd etdiyini düşünürsünüz.

Rol kartı: Slipivilin sakinləri
Siz Slipivildə baş verən münaqişə ilə bağlı narahatlıq keçirirsiniz və Şəhər Şurasının görüşünə səs vermək üçün getmək istəyirsiniz. Hal-hazırda siz nəyin lehinə səs verəcəyinizi bilmirsiniz: siz bacardığınız qədər çox sayda müxtəlif qruplar ilə danışmağı və daha sonra qərar verməyi planlaşdırırsınız.