Image: Theme 'Gender' by Pancho

Bəzi əsas anlayışlar

Avropada yaşayan milyonlarla insan faktiki və ya qəbul edilən cinsi oriyentasiya və ya gender kimliyi səbəbi ilə ayrı-seçkiliyə, damğalanmağa və hətta zorakılığa məruz qalırlar.
Tomas Hammarberq Avropa Komissiyasının İnsan Hüquqları üzrə Komissarı1

Gender hər kəsə kompleks, incə və açıq şəkildə təsir edir. Bizim cinsiyyətimiz və gender kimliyimiz insan təbiətinin ayrılmaz aspektləridir. Cinsiyyət, gender, gender kimliyi və cinsəllik terminləri fərqli mənalara malikdir, lakin çox zaman bu terminlər səhv salınır.

Cinsiyyət, kişi və qadınları fərqləndirən bioloji və fizioloji xüsusiyyətlərə istinad edir. Biz doğum zamanı kişi və ya qadın kimi müəyyən edilirik və bu andan bizim cinsiyyətimiz ictimai və hüquqi bir gerçək halına gəlir. Bəzi insanlar doğum zamanı adətən oğlanları qızlardan fərql əndirən fiziki xüsusiyyətl ərinin (bədən xüsusiyyətləri) tipik olmayan nümunələri ilə doğulur. Bu şəxslər "cinslərarası" adlandırıla bilər. Çox zaman həkimlər, şəxsin və ya valideynlərin razılığı olmadan, bədən quruluşunu "düzəltmək" üçün şəxsin üzərində dərhal (və ya da doğulduqdan sonra) əməliyyat həyata keçirirlər. Onlar Yogyakarta Prinsiplərinin 18-ci prinsipinə istinad edirlər (bir qrup beynəlxalq insan hüquqları ekspertləri tərəfindən hazırlanmış sənəd) və dövlətləri aşağıdakılara çağırırlar: “Uşaqlarla bağlı bütün növ fəaliyyətlərdə əsas diqqət uşaqların maraqlarına ayrılacaqdır prinsipinə söykənməklə, uşağın yaş və yetkinliyin ə uyğun olaraq onun tam, müstəqil və məlumatlı razılığı olmadan bədəninin gender kimliyi tətbiq etmək məqsədilə tibbi prosedurlar vasitəsilə qaytarılmaz şəkild ə dəyişdirilməsinin qarşısını almaq üçün bütün lazımi qanunvericilik, administrativ və digər addımları atın.”

Gender, qadınlar və kişilərin öz cinslərinə xas olan davranışlarına və fəaliyyətlərinə onlara aid olan sosial gözləntilərə istinad edilir. Hər hansı bir gender rolunun müəyyənləşdirilməsi ilə bağlı sosial gözləntilər müəyy ən bir sosial-iqtisadi, siyasi və mədəni kontekstdən asılıdır və irq, etnik qrup, sinif, cinsi oriyentasiya və yaş kimi digər amillərdən də təsirlənir. Genderin rolları öyrənilir və müxtəlif insan cəmiyyətləri daxilində və arasında dəyişir və zamanla dəyişilməkdə davam edir. Biz dünyaya gələn andan etibarən sosiallaşırıq və yaşadığımız cəmiyyətin gözlədiyi normalara uyğun olaraq necə davranmalı olduğumuzla bağlı ailəmizdən, məktəbimizdən, iş yerimizdən, mətbuatdan, yeni informasiya texnologiyalarından və mədəniyyətimizdə n təsirlənərək inkişaf edirik, böyüyürük, öyrənirik. Sosiallaşma insan qrupunun funksional üzvləri olmaq üçün mühüm bir prosesdir. Lakin sosiallaşmanın bir hissəsi kimi qəbul etdiyimiz hər bir məlumat özümüzə yaxud cəmiyyətimizə hər zaman faydalı olmaya da bilər. Gender sosiallaşması oğlan və qızların potensialına əsasən onların qabiliyyətlərini və maraqlarını məhdudlaşdıra bilər. Bununla yanaşı, çox zaman qeyri-realist və ziddiyyətli gözləntil ər daxili münaqişəl ərə, psixoloji problemlərə səbəb ola bilər və bu gözl əntiləri yerinə yetirmək istəməyənlər və ya bu gözləntiləri qarşılaya bilməyənlər digərləri tərəfindən müəyyən cəzalara məruz qala bilərlər.

Gender kimliyi şəxslərin aid olduqlarını hiss etdikləri genderə istinad edir, həmin gender onların anadangəlmə cinsi ilə eyni ola və ya olmaya bilər. Buraya genderin hiss edilən daxili və fərdi təcrübəsi, bədənin şəxsi hissiyyatı və digər ifadəetmə yolları, məsələn, geyim, nitq və adətlər daxildir.

Transgender, identikliyin və təcrübənin geniş diapozonunu təsvir etmək üçün çox zaman istifadə edilən ümumi bir termindir. Bu termin adətən gender kimliyi doğum zamanı təyin edilmiş cinsdən fərqli olanlara və gender kimliyini doğum zamanı təyin olunan cinsdən fərqli şəkildə göstərmək istəyən şəxslərə aiddir.

Cinsi oriyentasiya, kişilərə, qadınlara, və ya heç birinə göstərilən emosional və cinsi marağı təsvir edir. Cinsi oriyentasiya gender kimliyi ilə əlaqəli deyil.

Cütlük “gendersiz” uşaq böyüdür

İsveçdə bir cütlük, iki yaşındakı uşağını "gendersiz" yetişdirmək qərarına gəldi. Onlar Popun qız və ya oğlan olduğunu onun bezini dəyişdirən bir neçə nəfər istisna olmaqla heç kimə demədilər. Onlar uşağın azad şəkildə, xüsusi gender şablonlarına məruz qalmadan böyüməsini istədilər.2

Sual: Cütlüyün Popun cinsini gizli saxlamaq qərarı barədə nə düşünürsünüz?

Gender və seksuallıq ilə əlaqəli insan hüquqları məsələləri

Gender bərabərliyi əsas insan hüququdur. Ancaq insanlar çox zaman gender kimliyi və ya cinsi oriyentasiyası səbəbindən insan hüquqlarının pozulmasına məruz qalırlar. Əsas problemlərdən bəziləri, iştirak, cinsiyyətə əsaslanan zorakılıq, silahlı münaqişələr, yoxsulluq, həmçinin cinsi və reproduktiv hüquqlar ilə bağlıdır.

İştirak

Cinsə və gender kimliyinə əsaslanan ayrı-seçkilik dünyada geniş yayılmışdır. Bu ayrı-seçkilik əsasən qadınların cəmiyyətdə iştirak edə bilmə imkanlarını məhdudlaşdırır. Təhsil, məşğulluq, siyasi və ictimai qərarların qəbulunda tam və bərabər iştirak üçün əhəmiyyətli maneələr mövcuddur.

Bütün dünyada qızların oğlanlara nisbətən təhsilə daha az çıxış imkanını vardır; Ölkələrin 60%-ində ibtidai və orta təhsildə qızların sayı oğlanlara nisbətən daha azdır.3 Avropanın bir çox ölkəsinin təhsil sahəsində oğlan və qızların sayı bərabər olsa da - əslində ali təhsil müəssisələrində qadınlar daha çox üstünlük təşkil edir - gender tarazlığı dolğun gender bərabərliyi istiqamətində atılan addımlardan yalnız biri hesab edilir. Çox zaman qızların tam iştirakı üçün digər maneələr mövcud olur. Qızlar, əsas ən öz cinsi stereotiplərinə daha çox uyğun hesab edilən mövzuları (məsələn, elm və mühəndislikdən fərqli olaraq, incəsənət və humanitar yönümlü sahələri) öyrənmək üçün digərləri tərəfindən həv əsləndirilə bilərlər. Çox ehtimal ki, bunlar, əldə olunan nailiyyətlərin də fərqli olmasına səbəb olur. Məsələn, Avropada qızlar elm və texnologiya sahəsində daha aşağı dərəcələrə sahib olurlar, oğlanlar isə oxuma qabiliyyətinə gözlənildiyindən daha az nail olurlar.4 Məktəblərdə cinsi zorakılıq və təcavüz halları da geniş yayılmışdır.

İş yerlərində, xüsusilə də Avropada son on illliklər ərzində gender bərabərliyini təşviq edən qanunvericilik sahəsində böyük irəliləyişlərin əldə edilməsinə baxmayaraq, təcrübə də hələ də iş yerlərində ayrı-seçkiliyin olmaması ilə bağlı əminliklə danışmaq üçün bizim hələ çox uzun yolumuz vardır. Qadınlar çox zaman hansı işləri əldə edə biləcəkləri ilə əlaqəli, nə qədər vəzifə maaşlarının olması ilə bağlı və liderlik rollarına yüksələ bilmələri baxımından da ayrı-seçkiliyə məruz qalırlar. Məsələn, Avropa İttifaqında kişilər orta hesabla eyni iş üçün qadınlardan 17,5% daha çox qazanc əldə edirlər.5 Qadınlar həmçinin ofis yerlərində də cinsi təhdidlər və zorakılıqlar ilə rastlaşa bilərlər və ya həmkarları tərəfindən cinsi xarakterli zarafatlara və münasibətlərə məruz qala bilərlər. Bəzi qadınlar hamiləlik və ya doğum səbəbiylə təşviqatlara və ya işə qəbul edilməmişdir. Ailə məsuliyyətləri kişilər və qadınlar arasında bərabər bölüşdürülmür və nəticədə bu qadınların kişilərə nəzərən daha çox karyera fasilələsinin olmasına və tez-tez yarım ştat işləməl ərinə səbəb olur. Bu hallar qadınlar təqaüddə olan zaman onların pensiya hüquqlarına da təsir göstərə bilər.

Sual:Cəmiyyətinizdə qızlara/oğlanlara və ya qadınlara/kişilərə qarşı hansı formalarda fərqli münasibətlər göstərirlər?

Qadınlar siyasi proseslərdə əhəmiyyətli dərəcəd ə aşağı sayda təmsil edilirlər. Dünya əhalisinin təxminən yarısını əşkil etmələrinə baxmayaraq, dünya milli parlamentarilərinin 18.4%-i və dünya üzrə dövlət və ya hökumət başçılarının 17-si qadınlardır.6 2011-ci ilin fevral ayında olan vəziyyətə əsasən Avropa İttifaqında yalnız iki qadın dövlət başçısı kimi və iki qadın da hökumət başçısı kimi fəaliyyət göstərirdi və milli parlamentl ərdəki gender balansı 24% qadın və 76% kişi kimi dəyərləndirilmişdi.7 Qadınlar Avropanın ən böyük şirkətlərinin yalnız 3%-nə prezidentlik edirlər.8

Yalnız qadınlar siyasi fəaliyyətlərd ə və institusional mühitin qurulmasında tam iştirak etdikləri zaman onların perspektivləri həqiqətən də inteqrasiya olunacaqdır. Demokratiya anlayışı yalnız qərarlar qadınlar və kişilər tərəfindən birgə qəbul olunduqda və qadınların institusional yenidənqurmada tam iştirakına zəmanət verildikdə həyata keçəcəkdir.
BMT İnsan Hüquqları üzrə Ali Komissarı, Navi Pillay9

Hal-hazırda Avstraliya pasportlarının cins bölməsində "X" seçimi də mövcuddur.

Avstraliya pasportları indi üç gender seçiminə malikdirlər - kişi, qadın və qeyri-müəyyən. Transseksual və “interseks” insanlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün yeni qaydalara əsasən, ... ikitərəfli bioloji xarakteristikaları olan “interseks” insanlar pasportlarında cinslərini artıq "X" kimi qeyd edə biləcəklər. Öz genderlərini bioloji genderlərindən fərqli şəkild ə qəbul edən transgender insanlar, həkimin yazılı bildirişi olmaqla, öz genderlərini qadın və ya kişi olaraq seçə biləcəklər. Transgender şəxslər "X" seçə bilməzlər.11

Sual: Genderinizin "X" işarəsi kimi yazılmasına imkan verən Avstraliya pasportları barədə fikiriniz nədir?

Avropa ölkələri evlilik bərabərliyinin müxt əlif dərəcələrini təmin edir. Bəzi dövlətlər heteroseksual cütlüklərə üstün verən yanaşmanı aradan qaldırmışdır, bəziləri isə eyni cinsdən olan cütlüklər və ya biri və ya hər ikisinin transgender olduğu (eyni cins hesab oluna bilərlər) cütlüklər üçün evlilik və bənzər hallar üçün məhdud imkanlar təmin edir və ya ümumiyyətlə şərait yaratmır.

Sual: Məktəblərdə və iş yerlərində cinsi ayrı-seçkilik qanunazidd hərəkətdirsə, niyə hələ də davam edir?

"Qadınlara qarşı zorakılıq", ictimai və ya şəxsi həyatda olmasından asılı olmayaraq, şiddət dolu hərəkətlərə dair təhdidlər, zorakılıq və ya
səbəbsiz azadlıqdan məhrumetmə də daxil olmaqla qadınlara fiziki, cinsi və ya psixoloji zərər və ya əziyyət verilm əsi ilə n əticələ nən hər hansı bir gender əsaslı zorakılıq hərəkətidir.
Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə BMT-nin Bəyannaməsi

Gender-əsaslı zorakılıq

Gender əsaslı zorakılığa qadın və qızlara qarşı zorakılıqlar daxildir, lakin yalnız bu zorakılıqlarla da məhdudlaşmır. Qadınlara qarşı zorakılıq Avropada gender əsaslı şiddətin ən ciddi formalarından biridir. Qadınlar və qızlar ailəiçi şiddətə, təcavüz və cinsi zorakılığa, qadın genital orqanlarının zədələnməsinə (FGM), "namus" əsasında baş verən qətllərə, insan alverinə, qız uşaqlarının bir yaşından erkən öldürülməsinə və cinsi seçmə abortlar da daxil olmaqla bir çox müxtəlif növ zorakılıq formalarına məruz qalırlar. Qadınlara və qızlara qarşı zorakılıq dünyanın bütün cəmiyyətlərində davam edir və bütün sosial qruplara öz təsirini göstərir.

Emosional, fiziki və ya cinsi istismar formaları ilə müşahidə oluna bilən ailəiçi şiddət xüsusilə geniş yayılmışdır və bu, yalnız zorakılığa cəlb olunan qadın və kişilərə deyil, həm də bu hadisəyə şahid olmuş və ya səhvləri olan, təcavüzkarın qisasına uğrayan və ya sadəcə analarını qorumağa çalışan uşaqlara da təsir edir.

“Ayıldıcı” statistika

Dünyadakı hər üç qadından ən azı biri ona tanış olan təcavüzkar tərəfindən döyülüb, cinsi zorlamaya məruz qalıb və ya ömür boyu istismar edilib.14
Avropa ölkələrindən asılı olaraq orada yaşayan qadınların 20% - 50% -ə qədəri ailə daxili zorakılığın qurbanı olurlar.
Hazırda təxminən 100 milyondan 150 milyona qədər qızlar və qadınlar FGM-in, yəni qeyri-tibbi səbəblərlə qadın cinsiyyətinin qismən və ya tam şəkildə aradan qaldırılması təcrübəsinin nəticələri ilə yaşayırlar. Bunun sağlamlıq üçün bir çox zərərli nəticələri var və beynəlxalq səviyyədə qadın və qızların insan hüquqlarının pozuntusu kimi tanınır.15

Sual: Gender əsaslı zorakılığın böyük bir hissəsi hələ də "şəxsi məsələ" hesab olunur. Bu münasibət hədəflərə, günahkarlara və şiddətin şahidlərinə necə təsir edir?

Gənclər arasındakı münasibətlərdə baş verən zorakılıq halları Avropada ciddi narahatlıq doğurur; Məsələn, İngiltərə də aparılan son tədqiqatlar göstərir ki, 13 və 17 yaş arası qızların 25%-i və oğlanların isə 18%-i münasibətlərdə fiziki zorakılığın bəzi formalarına məruz qalmışdırlar.13

Bu, bir çoxları tərəfindən zorakılığın forması olaraq qəbul edildiyi halda, digərləri tərəfindən fahişəliyin tamamilə qanuni peşə olaraq qəbul edilməsi üçün lobbiçilik edilir. Bənzər parçalanmalar siyasət səviyyəsində mövcuddur. İsveç kimi bəzi ölkələrdə fahişəlik, fahişə qurbanları, alıcılar və həmçinin maddi cəhətdən fayda götürən digər şəxslərin fəaliyyəti qanuni olaraq cinayət xarakterli hesab edilmir. Bir sıra digər ölkələrdə fahişəlik xidmət kimi göstərilib və müəyyən hüquqi məhdudiyyətlər altında tətbiq oluna bilər.

 

İnsan alveri diqqət mərkəzində

 Hər il, dünya miqyasında milyonlarla insan qul ticarətinin müasir bir forması kimi insan alverinin qurbanı olurlar. Cinsi istismar məqsədilə insan alverinə məruz qalan qurbanların əksəriyyətini gənc qadınlar və uşaqlar təşkil edir. Bu, Avropada böyük bir problemdir. Orta və Şərqi Avropa ölkələrindən Avropa İtiifaqına gətirilən insan alverinə məruz qalmış qadın və uşaqların sayında artım baş vermişdir. İstənilən bir zaman çərçivəsində Avropada 140.000-dən çox qurban insan alverinin tələsinə düşür və bu rəqəmin azalması hələ də müşahidə edilmir.16
Konvensiya 43 üzv dövlət tərəfindən imzalanıb. Bu Konvensiya, İnsan Alveri ilə Mübarizə üzrə Ekspertlər Qrupu (İAMEQ) tərəfindən hazırlanmışdır. İAMEQ Konvensiyanın icra edilməsinə nəzarəti ümumi əsaslar ilə və ölkə üzrə xüsusi hesabatlar vasitəsilə həyata keçirir.

Fahişəliyin əsasən gizli xarakterli olması səbəbindən, onunla əlaqəli tədqiqatlar hələ də nisbətən azdır. Buna baxmayaraq, araşdırmalara əsasən fahişələrin 90%-i əgər mümkün olarsa, fahişəlik etməyi dərhal dayandıracaqlarını bildirmişlər – bu vəziyyətdə qalmaq üçün güclü xarici təsirin olduğunu aydın şəkildə görünür. Eyni zamanda, fahişəliklə məşğul olmaq adətən şəxsin məlumatlı şəkildə qəbul etdiyi qərar olmur: fahişəlik içərisində olan qadınların 90%-dən çoxu uşaq olarkən cinsi və / və ya fiziki istismar edilmişlər və fahişəliyə cəlbedilmə ilə bağlı orta yaş təxminən 14- ə bərabərdir.

Əllərində əgər silah olmasaydı, onlar kim olardılar ilə bağlı suala bütün gənc nəsillərin heç bir fikri yox idi. Qadınların bir neçə nəsli dul qaldı, təcavüzə uğradı, qızlarını və analarını təcavüzə uğramış gördülər, uşaqları isə öldürülmüşdü.
Leymah Qbovi19

Violence against LGBT people is also prevalent. Women may be raped to "cure" their lesbianism; individuals are beaten by police or become victims of violent attacks on the street, which the authorities fail to prevent or punish. Violence is also directed at people who are perceived to be other than heterosexual.

Sual: Hədəf seçilmiş şəxslərə gender əsaslı zorakılıqların hansı təsirləri vardır?

Silahlı münaqişələr

Hazırda silahlı münaqişələrdə həlak olanların təqribən 90%-i mülki şəxslərdir, onların əksəriyyəti qadınlar və uşaqlardır. Bundan əlavə, qadınlar münaqişələr zamanı çox zaman siyasi və ya hərbi strategiyanın bir hissəsi kimi tətbiq edilən cinsi zorakılıqların xüsusi və dağıdıcı formaları da daxil olmaqla (döyüş fahişəliyi və məcburi hamiləliklər və s.) insan hüquqlarının pozulmasının xüsusi formaları ilə üzləşirlər.

Qadınların təhlükəsizliyi və hüquqları uğrunda aparılan qeyri-zorakı mübarizəyə görə Nobel mükafatı
Liberiyanın sülh fəalı Leymah Qbovi, Liberiyada qadınları etnik və dini bölünmə yolu ilə səfərbər etməklə vətəndaş müharibəsinə son verilməsi üçün nümayiş etdirdiyi roluna görə 2011-ci il Nobel Sülh Mükafatına layiq görülmüşdür. O, qadınları müharibə və zorakılığa qarşı etiraz etməyə çağırdı və silahlı münaqişəyə son qoymaq üçün bir neçə ay davam edən "cinsi tətil" təşkil etdi.
Nobel mükafatı Tawakkul Karmanla, Yəməndən olan jurnalist və aktivist, qadınların hüquqları, eləcə də Yəməndə demokratiya və sülh uğrunda aparılan mübarizədə aparıcı roluna görə, Liberiya Prezidenti Ellen Johnson Sirleaf ilə, onun sülhün yaradılması və qadın hüquqlarının təbliğindəki roluna görə, bölüşüldü.
Nobel Komitəsi 2000-ci ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə istinad edərək, qadınlar və uşaqların müharibədən və siyasi qeyri-sabitlikdən böyük zərər gördüyünü və qadınların sülh prosesində daha böyük təsirlərə və rola malik olmasının lazım olduğunu bildirir.

Müharibə dövründə olan cinsi zorakılıqlar tarixin ən böyük sükutlarından biridir.
Elizabet Rehn və Elen Conson Sirlif, BMT-nin "Qadınlar, Müharibə, Sülh" hesabatının müəllifləri

Silahlı qarşıdurmalarda gender əsaslı zorakılıq çox zaman bütün c əmiyyətə yönəldilir və bu şiddət müəyyən bir qrupun bütün üzvlərini təhqir etmək, hökmranlıq etmək və qorxu yaratmaq kimi məqsədlər   daşıyır. Qadınlar və qızlar bu cür gender əsaslı zorakılıq qurbanlarının çoxluğunu təşkil etsələr belə, bu prosesdə həmçinin kişilər də xüsusi olaraq hədəflənirlər. Məsələn, 1995-ci ildə Srebrenitsa soyqırımında 8.000-dən çox Bosniyalı müsəlman kişilər və oğlanlar qətlə yetirilmişdi.18
Silahlı münaqişələr cəmiyyətlərdə cinsi stereotipləri - kişiliklə əlaqəli "müdafiəçi", "mühafizəçi" və ya "təcavüzkar" kimi və qadınlarla əlaqəli "zərər çəkmiş" və "həssas" kimi müəyyən stereotipləri – özündə birləşdirir. 

Sual: Sizin fikrinizcə, niyə gender əsaslı ayrı-seçkilik silahlı münaqişələrdə belə geniş yayılıb?

Yoxsulluq

Qadınlar dünya üzrə işlərin 66% -ni yerinə yetirir, ərzağın isə 50% -ni istehsal edirlər, lakin gəlirlərin 10% -ni qazanırlar və əmlakın 1% -nə sahib olurlar.
YUNİCEF20

İqtisadi bərabərlik həqiqi gender bərabərliyinə nail olmaq üçün vacib hesab edilir. Buna baxmayaraq, bəzi hesablamalara əsasən, qadınlar dünya üzrə yoxsul əhalinin 70%-ni t əşkil edir. Qadınlar daha aşağı əmək haqqı olan işlərdə çalışırlar, əsasən qeyri-formal iqtisadiyyatda təhlükəli şəraitd ə daha az hüquq və aşağı gəlirlə işləyirlər. Bərabər çıxış imkanının və təhsil keyfiyyətinin olmaması onların daha az bacarıqlara və ixtisaslara sahib olmasına və bu da öz növbəsində onların əldə edə biləcəkləri iş növünə təsir göstərir. İqtisadi cəhətdən asılılıq münasibətlərdə əsas rol oynaya və ailədə zorakılıqlarla əlaqəli ola bilər. Cütlüklərin və ya ailələrin ev təsərrüfatlarında, görülməli olan ev işlərinin çoxusu və ya hamısı qadınların və ailədə böyük qız uşaqların məsuliyyəti hesab edilir. Faktiki olaraq, işəgötürənlər tər əfindən evli kişilərin ev təsərrüfatında heç bir məsuliyyətə və ya ailə öhdəliyinə malik olmadığı qəbul olunduğu üçün ən etibarlı işçi qüvvəsi sayırlar, çünki bu işlərdə məsuliyyəti onların arvadları daşıyırlar. Daha yüksək əmək haqqı və daha yaxşı karyera imkanları sayəsində, kişilər həyat yoldaşlarının ödənişsiz ev işlərinə nəzərən maliyyə baxımından daha çox gəlir əldə edirlər.

sUAL: Qadınlar üzərində qeyri-mütənasib təsiri olan yoxsulluğun səbəbləri nə ola bilər?

Cinsi və reproduktiv hüquqlar

Qadınlara nəzarət etmək, onların seçimlərini məhdudlaşdırmaq və onları kişilərə tabe etmək üçün reproduksiyadan şüurlu və ya qeyri-ixtiyari şəkildə istifadə edilir.
Dr. Nafis Sadik, BMT-in Əhali Fondu

Cinsi və reproduktiv hüquqların təmin edilməsi gender bərabərliyini həyata keçirmək üçün vacibdir. Çox vaxt qadınlar cinsi və reproduktiv sağlamlıqlarına çox az nəzarə t edir və ya heç etmirlər. Bütün cə miyyətlərdə qadın bədəni üzərində kişi nəzarəti üçün mübarizə aparılır və bu yolla, kişilərin sosial, siyasi və mədəni dominantlığına nail olunur və saxlanır.

Bu hüquqlar üzərində nəzarətin olmaması ciddi zorakılıqlara, məsələn, zorla evlənmək, hamil əlikləri dayandırmaq məcburiyyətində qalmaq və ya zorla abort və sterilizasiyaya məruz qalmaq kimi zorakılıqlara səbəb olur. Qadınlar təcavüz nəticəsində və ya yaxın qohumları ilə cinsi əlaqə nətic əsində yaranan hamiləlikl ər üzrə və ya hamil əliyin onun sağlamlığına və ya həyatına ağır bir risk meydana gətirə biləcəyi hallar üzrə abort xidmətləri də daxil olmaqla digər reproduktiv sağlamlıq xidmətlərini əldə etmək imkanından məhrum edilirlər. Təhlükəsiz, əlverişli ana sağlamlığı xidmətin ə çıxış imkanının olması və cinsi və reproduktiv sağlamlıq haqqında məlumatlar həqiqi gender bərabərliyinə nail olmaq üçün çox vacibdir.

Gender və gənclərin fəaliyyəti

Gender Məsələləri
Gender Məsələləri Avropa Şurası tərəfindən nəşr olunan və gənclərin iştirakı ilə gender əsaslı zorakılıq mövzusuna müraciət edilən bir təlimat kitabıdır. Təlimat kitabından istifadə ilə əlaqəli təcrübə göstərir ki, insan hüquqları üzrə maariflənmə gender bərabərliyi məsələlərini, xüsusilə də gender əsaslı zorakılıq problemlərini həll etməkdə effektiv bir vasitədir.

Gənclərin fəaliyyət şəbəkəsi gender və cinsəlliklə əlaqəli fikirləri və təcrübələri müzakirə etmək və bölüşmək üçün çox zaman gənc kişilərə və qadınlara unikal və mühüm təhlükəsiz bir yer təmin edir. Gənclər çox zaman ailələri ilə bu cür həssas məsələləri müzakirə edə bilmirlər və səmimi suallar verməkdən çəkinirlər və formal təhsil şəraitində belə mövzular təşviq edilə bilməz. Açıq və məlumatlı olan gənclərin şəbəkəsi insanların rolunun gücləndilrilməsi və çətinliklər ilə əlaqəli dəstəkləyici öyrənmə mühiti təmin edə bilər.
İstənilən gənclər qrupunda demək olar ki, mövcud olan gender məsələlərindən xəbərdar olmaq vacibdir. Məsələn, kimsə məişət zorakılığına dair birbaşa və ya dolayı təcrübə yə malik ola bilər ya da digər birisi cinsiyyəti ilə əlaqəli p ərt edilə bilər və ya faktiki və ya qəbul edilən sosial normalara uyğun olmayan gender kimliyi səbəbindən təhdidlərə məruz qala bilər. Bu məsələlər üzrə təşkilatların və məsləhət mənbələrinin siyahısına malik olmaq vacibdir. Sessiyalar zamanı gənclər tərəfindən qadınlara və cinsi azlıqlara qarşı ayrı-seçkilik münasibətinin göstərilməsinə hazırlıqlı olun. İstifadə ediləcək mövzular, iştirakçılar və üsullar barədə qərar qəbul edərkən gender məsələsini bir vasitə kimi istifadə etmək də vacibdir.21

Hüquqların tanınmasından hüquqların gücləndirilməsinə doğru irəlilələmək çox vacib bir addımdır. Belə həssaslıqlar olmasa idi, insan hüquqları təhsili qadınların manipulyasiyasının və ya zülmünün başqa bir formasına çevrilə bilərdi. Cəmiyyətlərə aid normaların, biliklərin və bacarıqların təhsil ilə ötürülməsindən başlayaraq gender bərabərliyi üçün təhsil əsas hədəf hesab edilir.

Avropadakı bir çox beynəlxalq gənclər təşkilatları Avropa Gənclər Mərkəzləri ilə əməkdaşlıq çərçivəsində gender və gender bərabərliyinin müxtəlif aspektlərinə yönəlmiş tədris sessiyaları təşkil edirlər. Tədris sessiyaları gənclərə məsələləri dərindən araşdırmağa və təmsil etdikləri təşkilatın tərkibində və kənarda olan məsələlərdə səmərəli işləmək üçün faydalı bacarıqlar əldə etməyə imkan verir. 22

Gender Zorakılığına Qarşı 16 günlük Fəallıq Kampaniyası

Siz əgər gender əsaslı zorakılığa qarşı nəsə etmək istəyirsinizsə, 1991-ci ildə başlanan "16 günlük Gender Əsaslı Zorakılığa Qarşı" beynəlxalq kampaniyaya qoşulmaqla buna başlaya bilərsiz. İştirakçılar kampaniya günlərini, qadınlara və insan hüquqlarına qarşı olan zorakılıqları simvolik şəkildə əlaqələndirmək və bu cür zorakılıqların insan hüquqlarının pozulması olduğunu vurğulamaq üçün 25 noyabr tarixi ilə (Qadınlara Qarşı Zorakılıqla Mübarizə üzrə Beynəlxalq Gün) və 10 dekabr tarixi ( Beynəlxalq İnsan Hüquqları Günü) aralığını seçmişdilər. 1991-ci ildən etibarən "16 günlük kampaniya"da təxminən 164 ölkədən 3,700-dən çox təşkilat iştirak etmişdir.23

sUAL: Qrupunuzda gender və ya cinsi əsaslı ayrı-seçkilik yanaşmaları ilə bağlı hansı addımları atardınız?

Gender məsələsi ilə əlaqəli insan hüquqlarının qorunması

Homophobic hate crimes and incidents often show a high degree of cruelty and brutality. … They are also very likely to result in death. Transgender people seem to be even more vulnerable within this category.
OSCE Repor17

Bütün beynəlxalq insan hüquqları sənədləri, kişilərə və qadınlara bərabər formada tətbiq edilir. Lakin qadınların və qızların xüsusilə insan hüquqlarının pozulması hallarında daha həssas qrup olduğunu nəzərə alaraq, 1979-cu ildə BMT Baş Assambleyası tərəfindən Qadınlara qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması haqqında Konvensiya (QAAQK) qəbul edilmişdir. QAAQK qadınlara qarşı ayrı-seçkiliyi müəyyənləşdirir və milli hökumətlər tərəfindən ayrı-seçkiliyə qarşı mübarizə aparmaq üçün hansı tədbirlərin görülməli olduğunu təyin edir. Bütün Avropa ölkələri daxil olmaqla, dünya üzrə 187 ölkə bu sənədi imzalayıbdır.

BMT Qadınlar (UN Women) - Birləşmiş Millətlər Təşkilatının gender bərabərliyi və qadınların gücləndirilməsi üçün fəaliyyət göstərən bir qurumudur. Bu qurum genderlə əlaqəli olan siyasət və standartların inkişaf etdirilməsində və onların təcrübədə tətbiq edilməsində hökumətlərarası orqanlara və hökumətlərə dəstək göstərir. BMT-nin Qadınlar qurumu gender bərabərliyi üçün əsas sayılan beş məsələni prioritet hesab edir və bu sahələrdə gedən irəliləyişlər bütün istiqamətlərdə irəliləmələrə səbəb ola biləc əyini vurğulayır. Bu sahələrə qadınlara qarşı zorakılıq, sülh və təhlükəsizlik, liderlik və iştirak, iqtisadi gücləndirmə, milli planlaşdırma və büdcədən pul ayırmaq kimi məsələlər aiddir.

Gender kimliyi və cinsəllik baxımından ayrı-seçkiliklə mübarizə və gender bərabərliyi Avropa Şurasının və Avropa İttifaqının ən vacib məsələlərindəndir. Avropa Şurası 2011-ci ilin may ayında Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının qarşısının Alınması və Ona qarşı Mübarizə haqqında Konvensiyanı24 imza üçün açıq elan etməklə əhəmiyyətli bir addım atdı. Bu Konvensiya hərtərəfli hüquqi çərçivə yaratmaqla şiddətin qarşısının alınmasında, zərər çəkmiş şəxslərin qorunmasında və günahkarların cəzasızlığının aradan qaldırılmasında dünyada qəbul olunmaqla hüquqi cəhətdən ilk məcburi sənəddir. Bu Konvensiya qadınların məcburi evlənməsi, qadın genital orqanlarının zədələnməsi, gizlicə izlənməsi, fiziki və psixoloji zorakılıq və cinsi zorakılıq da daxil olmaqla, qadınlara qarşı müxtəlif şiddət növlərini müəyyənləşdirir və onlara qarşı cəza tətbiq edir. Bu sənəd, həmçinin, milli səviyyədə Konvensiyanın icrasına nəzarət etmək üçün müstəqil ekspertlərdən ibarət beynəlxalq qrupun yaradılmasını da nəzərdə tutur.

Həm beynəlxalq, həm də milli səviyyədə qadın və cinsi azlıq hüquqlarının qorunmasında qeyri-hökumət təşkilatları fəal rol oynayır. Avropa Qadınlar Şiddətə Qarşı (WAVE) - Avropanın əksər ölkələrindən çoxsaylı üzvləri olan Avropa şəbəkə təşkilatıdır. Onun Avropadakı QHT-lərin onlayn bazasında coğrafi, ixtisaslaşma və fəaliyyət sahəsi üzrə axtarış aparmaq mümkündür. Avropa Qadınlar Lobbisi (EWL), başqa bir çərçivə təşkilatı, qadınların hüquqlarının müxtəlif sahələri və ya qadınlarla bağlı gender məsələləri üzrə çalışan regional, milli və ya yerli QHT-lərə dair müvafiq məlumatın, tədqiqat nəticələri və əlaqə məlumatının tapılması üçün yaxşı başlanğıc nöqtəsidir.

Məişət zorakılığını azaltmaq üçün mülki, dövlət və özəl tərəfdaşların əməkdaşlığı
İcma üzrə məsuliyyət proqramının tərkib hissəsi kimi, Vodafone Macarıstan, NANE Qadın Hüquqları Assosiasiyası, yerli polis və texniki dəstək təmin edən iki digər şirkət məişət zorakılığının qarşısını almaq üçün proqram başlatdılar. 2011-ci ildə başlayan pilot proqram fövqəladə hal siqnalı göndərən 30 qurğudan istifadə etməklə Vodafone şəbəkəsi vasitəsilə düyməyə basılmaqla təhlükədə olan qadınların dəqiq yerini müəyyən edəcəkdir. Nəticədə, intim əlaqədə zorakılığın müəyyən formasına məruz qalan qadınlar daha sürətli polis reaksiyasını gözləyə biləcəklər.

İstinadlar

1 Avropada cinsi oriyentasiya və gender kimliyi əsaslı ayrı-seçkilik, AŞ, iyun 2011;; http://www.coe.int/t/Commissioner/Source/LGBT/LGBTStudy2011_en.pdf
2  Daha çox oxuyun: http://www.thelocal.se/20232/20090623/
3 Qlobal Təhsil Xülasəsi 2010 http://www.uis.unesco.org/Library/Documents/GED_2010_EN.pdf
4 Təhsil Nəticələrində Gender Fərqləri: Hazırki vəziyyətlə bağlı aparılmış araşdırma və 2009-cu ildə Avropada görülmüş tədbirlər http://eacea.ec.europa.eu/education/eurydice/documents/thematic_reports/120EN.pdf
5 Avropa Komissiyası http://ec.europa.eu/social/main.jsp?catId=681&langId=en
6 BMT Qadınlar http://www.unifem.org/gender_issues/democratic_governance/facts_figures.php (statistics as of 2008). 
7 Avropa Komissiyası http://ec.europa.eu/social/main.jsp?langId=en&catId=681&newsId=1031&furtherNews=yes 
8 http://www.womenlobby.org/spip.php?rubrique36&lang=en 
http://www.ohchr.org/en/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=10810&LangID=E
10 Ibid.
11 “X” indi Avstraliya pasportlarında gender seçimidir, 15 sentyabr 20; http://www.msnbc.msn.com/id/44532536/ns/travel-news/t/x-now-gender-option-australian-passports/
12 Daha çox məlumat:http://www.time.com/time/world/article/0,8599,1706514,00.html
13 http://www.empowering-youth.de/downloads/speech_barter.pdf
14 BMT Qadınlar http://www.unifem.org/gender_issues/violence_against_women/facts_figures.php
15 Ümumdünya Səhiyyə Təşkilatı http://www.who.int/mediacentre/factsheets/fs241/en/index.html
16 İnsan alveri fakt vərəqi, 2010-cu il rəqəmləri əsasında BMT-nin Narkotik və Cinayət Ofisi; http://www.unodc.org/documents/human-trafficking/UNVTF_fs_HT_EN.pdf
17 ATƏT Regionunda Nifrət Cinayətləri – İnsidentlər və Cavablar, İllik Hesabat, 2006, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, 2007; http://www.osce.org/odihr/26759
18 http://www.gendercide.org/case_srebrenica.html
19 Leymah Gbowee, Bizim S ə lahiyyə tlə rimiz ola bilə r (Nyu York: Beast Books, 2011), Carol Mitherslə yazılıb, s. 168.
20 Gender Bərabərliyi – Böyük Şəkil, UNICEF, 07.
21 Gender yanaşması üzrə resurs: Gender Bərabərliyi və Təhsil, Ulrika Eklund, Coyote, No. 2., May 00
22 Tədris sessiyaları üzrə hesabatlar üçün: http://www.coe.int/t/dg4/youth/Training/Study_sessions/Study_sessions_reports_en.asp
23 Daha çox oxuyun http://16dayscwgl.rutgers.edu/
24 Konvensiyanın tam mətni üçün   http://conventions.coe.int/Treaty/EN/Treaties/HTML/DomesticViolence.htm

KOMPASS

Gənclərin iştirakı ilə insan hüquqlarının
təhsili üzrə təlimat vəsaiti

Web Content Display

Key Date
  • 8 MartBeynəlxalq Qadınlar Günü
  • 17 MayBeynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü
  • 19 NoyabrBeynəlxalq Kişilər Günü
  • 25 NoyabrQadınlara qarşı zorakılıqların aradan qaldırılmasına dair Beynəlxalq Gün