Mən digərləri ilə qurduğum bütün əlaqələrəm.

Albert Jakvard

Xülasə

• Bu məşğələdə müzakirə qrupları, beyin fırtınası, şəkil çəkmək və qrup müzakirəsindən istifadə olunaraq kimlik məsələləri araşdırılır.

Əlaqədar hüquqlar

• Ləyaqət və hüquqlarda bərabərlik
• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
• Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ

Məqsədlər

• Kimlik anlayışının dərk olunmasını artırmaq və özündən xəbərdarlığı genişləndirmək
• Ünsiyyət bacarıqlarını inkişaf etdirmək
• Həmrəylik və hörməti təbliğ etmək

Materiallar

• Rəngli qələmlər və markerlər, mümkündürsə, hər iştirakçı üçün fərqli rəngdə olmaqla
• Hər iştirakçı üçün bir ədəd vərəq
• Flipçart kağızı və markerlər

compass-key-date
  • 10 OktyabrDünya Əqli Sağlamlıq Günü

Təlimatlar

1. Başlamaq üçün iştirakçılardan müzakirə qrupları qurmaq üçün cütlüklərə ayrılmağı xahiş edin. Onlardan yad insanlar kimi davranıb bir-birlərinə özlərini təqdim etməyi xahiş edin.
2. İndi isə, iştirakçılardan insanı ilk dəfə gördükdə onun barəsində nəyi öyrənməyin maraqlı və ya vacib olduğu haqqında düşünməyi xahiş edin və ümumi məlumat kateqoriyaları ilə bağlı beyin fırtınası aparın. Məsələn, ad, yaş, cins, milliyyət, ailədəki rol, din, yaş, gender, etnik mənsubiyyət, iş/təhsil, musiqi zövqü, hobbilər, idman, ümumi olaraq bəyəndikləri və bəyənmədikləri, digərləri.
3. İndi isə, iştirakçılara qrupdakı digər şəxslərlə nə qədər ortaq xüsusiyyətləri olduğunu müəyyən edəcəklərini deyin. Vərəq və qələmləri paylayın və ilk şərtin hər bir iştirakçının kimliyini təmsil edən şəkili çəkməsi olduğunu izah edin. Onlar özlərini ulduz kimi düşünməlidirlər; onların kimliklərinin aspektləri cəmiyyətlərinə işıq saçır. İştirakçılardan kimliklərini əks etdirən ən vacib səkkiz – on aspekti nəzərdən keçirməyi və öz şəxsiyyət ulduzlarının şəklini çəkməyi xahiş edin.
4. İştirakçılardan bir-birinə yaxınlaşıb ulduzlarını müqayisə etməyi xahiş edin. Şüalarından hər hansı biri eyni olan iştirakçını tapdıqda həmin şəxsin adını şüanın yanında
yazmalıdırlar. (Məsələn, əgər Jan və Parvez, hər ikisi, “reper” şüasını qeyd ediblərsə, bir-birlərinin adlarını həmin şüanın yanında yazmalıdırlar). Bu hissə üçün 15 dəqiqə
ayırın.
5. İndi isə, ümumi sessiyaya qayıdın və iştirakçılardan hər birinin nə qədər fərdi olması barədə danışmağı xahiş edin. Soruşa bilərsiniz:
• İştirakçıların kimliyinin hansı aspektləri ümumi, hansılar xüsusi idi?
• Qrupdakı iştirakçılar nə qədər bənzər və fərqlidirlər? Onların ümumi cəhətləri fərqlərdən daha çoxdur?
6. Nəhayət, iştirakçıların seçdiyi və anadan olduqları kimliklərin aspektləri barədə beyin fırtınası aparın. Bunları flipçartda iki sütuna yazın.

Təhlil və qiymətləndirməGoto top

İndi isə, iştirakçıların özləri və digərləri haqqında nə öyrəndiyini və bunların insan hüquqları tərəflərini müzakirə edin.
• İştirakçılar özləri haqqında nə öyrəniblər? Kimliklərinin ən vacib on aspektini müəyyən etmək çətin idi?
• İştirakçılar ulduzları müqayisə edərkən ortaya çıxan nəticələr onları təəccübləndirdi? Gözlədiklərdindən daha az yoxsa daha çox ortaq cəhətləri var idi?
• İştirakçılar qrupdakı müxtəlifliklə bağlı özlərini necə hiss etdilər? Bu, qrupu daha maraqlı edirdi yoxsa bir yerdə işləməyi daha da çətinləşdirirdi?
• Digərlərinin kimliyində iştirakçıların kəskin reaksiya verdiyi və “Mən isə yox” deməyə meyilli olduğu hər hansı aspektlər olub? Məsələn, mən futbol fanatı deyiləm, texno musiqi fanatı deyiləm, itləri sevmirəm və ya xristian deyiləm.
• Şəxsiyyətimiz necə inkişaf edir? Hansı aspektlər sosial yanaşmalar və hansılar anadangəlmə və dəyişməzdir?
• Xüsusilə, gender məsələləri ilə bağlı hansı aspektlər sosial yanaşmaların nəticəsi və hansılar anadangəlmə və dəyişməzdir?
• İştirakçılar “qadın” və ya “kişi” yazıblar? Onlar “qadın” və ya “kişi” sözləri ilə nəyi assosiasiya edirlər? Bu assosiasiyalar hər iki cins, eləcə də bütün kişi və qadınlar üçün
eynidir?
• İnsanlar öz fərdi kimlikləri və mənsub olduqları qrupa görə nə qədər mühakimə olunurlar?
• İnsanlar öz kimliklərini seçməkdə nə qədər sərbəstdirlər? Onların özləri və cəmiyyətləri, xüsusilə də bərabərlik və hörmətlə bağlı insan hüquqları üçün bunun nəticələri hansılardır?

Fasilitator üçün məsləhətlərGoto top

Məşğələnin adı səhv deyil! Məqsəd iştirakçıları çətinliyə salmaq deyil. Əgər məşğələ vaxtı fonda musiqi qoymaq istəsəniz, Frank Zappanın “Sən olduğunsan, mən sən olduğunam (You are what you is, I is what you am...)“ mahnısından istifadə edə bilərsiniz.

Girişdə iştirakçıların düzgün istiqamətdə fikir yürütməsini təmin etmək üçün onlara bəzi məsləhətlər verə bilərsiniz. Özünüzdən nümunə gətirə və ya nümunədəki kimi xəyali şəxsi təsvir edə bilərsiniz.

Hər iştirakçıya fərqli rəngdə qələm verməkdə məqsəd onların hər birinin xüsusi olduğu fikrini yaratmaq və qrupun göy qurşağı kimi rəngarəng şəxsiyyətlərdən ibarət olduğunu nümayiş etdirməkdir. Əgər böyük qrupla işləyirsinizsə və iki və ya daha çox iştirakçı eyni rəngdə qələmdən istifadə etməlidirsə, onlardan fərqli yazı stillərindən istifadə etməyi xahiş edin.

Əgər istəsəniz, məşğələni daha da inkişaf etdirmək üçün iştirakçılara kimliklərinin hər hansı aspektinin nə dərəcədə ictimai və ya şəxsi olduğunu göstərmək üçün ulduzlarının müvafiq şüalarını uzun və ya qısa çəkməyi təklif edə bilərsiniz. Daha uzun şüalar cəmiyyətə doğru uzanır, buna görə də, daha ictimaidir.

Yekun beyin fırtınasında aşağıdakı məqamlardan bəziləri ortaya çıxa bilər (6-cı addımda):
• Kimliyimin mənim seçə bildiyim aspektləri: ad, dost, iş, siyasi partiyanın üzvü, sevimli musiqi, geyim stili, dəstəklədiyim futbol komandası, yaşadığım yer,
• Kimliyimin anadangəlmə aspektləri: cins, yaş, boy, göz rəngi,
• Kimliyin mübahisə doğuran bəzi aspektləri olacaqdır, məsələn, milliyyət, gender və seksuallıq, din, azlığın nümayəndəsi olmaq.

Kimliyin necə inkişaf etdiyi, onun hansı aspektlərinin sosial yanaşmaların nəticəsi olduğu və hansıların anadangəlmə və dəyişməz olduğu, xüsusilə din və genderlə bağlı, mübahisə doğuracaqdır. İştirakçılardan özlərinin böyümə prosesini və illər ərzində kimliklərinin dəyişən müəyyən aspektlərini (hətta onların heç dəyişməyəcəyini düşündükləri aspektləri belə) nəzərdən keçirməyi xahiş edin.

Müzakirələrdən bəzi yekun mülahizələr çıxara bilərsiniz, məsələn, bütün insanların hüquqlara malik olması və həmin hüquqların irq, dərinin rəngi, mülkiyyət, anadan olma və ya digər statusla bağlı alına və ya başqasına hədiyyə oluna bilməyəcəyi.

VariantlarGoto top

Təlimatların 3-cü bəndində iştirakçılardan ulduzlarının mərkəzinə öz portretlərini çəkməyi və ya uşaqlıq şəkillərini yapışdırmağı xahiş edin.

Ulduzlarda adlar yazılmayıbsa, iştirakçılar hansı ulduzun kimə aid olduğunu tapmağa çalışa bilərlər.

Əlavə məlumatlarGoto top

Avropa Şurasının Hər kəs Fərqli - Hər kəs Bərabər Təhsil Paketində kimlik məsələləri ilə bağlı zəngin məlumat və çoxlu məşğələlər var.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Bu məşğələni dostlarınız, kolleqalarınız və ailənizlə edin.

Bu məşğələ bir çox başqa müzakirələrə apara bilər, məsələn, insan hüquqlarının universallığı ilə, ayrı-seçkilik və ksenofobiya, uşaq hüquqları və vətəndaşlıqla bağlı suallar üzrə.

Əgər qrup kimlik və gender məsələlərini nəzərdən keçirmək istəyirsə, “Qadın və kişi qəhrəmanlar” məşğələsinə baxın.

Əgər kimliyin müzakirəsi mövzusundan fərdin ləyaqət və ümumilikdə insan hüquqlarında bərabərlik hüququna keçmək istəyirsinizsə,  “Sözün şəklini çəkin” oyununa baxa bilərsiniz.

Qrupdan müxtəlif mədəniyyətlərin nümayəndələri varsa və iştirakçıların öz fərqli mədəniyyətləri ilə bağlı marağını oyandırmaq istəyirsinizsə, onda növbəti məşğələ kimi Hər kəs Fərqli - Hər kəs Bərabər Təhsil Paketindəki “Mənim hekayəm” məşğələsinə baxın.