Eyni iş üçün eyni maaş!

Xülasə

Bu, insanları əmək bazarındakı reallıqlarla üz-üzə qoyan məşğələdir. Bu məşğələ aşağıdakı məsələləri əhatə edir:
• Eyni işə görə verilən müxtəlif maaşlar
• İş yerində ayrı-seçkilik
• Gənc işçilər üçün az maaş siyasəti

Əlaqədar hüquqlar

•    Arzuolunan iş və həmkarlar ittifaqına qoşulmaq hüququ
•    Ədalətli maaş və eyni iş üçün cins/yaş fərqi olmadan eyni maaş hüququ
•    Yaş və cinslə bağlı heç bir ayrı-seçkiliyə məruz qalmamaq hüququ

Məqsədlər

•    İştirakçıları iş yerində ayrı-seçkilik reallığı ilə üzləşdirmək
•    Ədalətsizliyə cavab vermək və hüquqlarını müdafiə etmək bacarıqlarını inkişaf etdirmək
•    Həmrəylik, bərabərlik və ədaləti təşviq etmək

Materiallar

• “İşçilərin maaş cədvəlinin” bir nüsxəsi
• Hər iştirakçı/ işçi üçün bir ədəd olmaqla yapışqan kağızlar
• Pul vəsaitləri. Siz Kompas pulundan istifadə edə bilərsiniz.

Hazırlıq

• Yapışqan kağızları hazırlayın. Bu, yalnız işçilərin yaşı və cinsi ilə bağlı məlumatı özündə əks etdirməlidir. İstinad olaraq, işçilərin siyahısı, maaş göstəricilərindən istifadə edin.
• İştirakçıların edə biləcəyi konkret bir tapşırıq üzərində düşünün. İşi yerinə yetirmək üçün tələb olunan cihaz və materialları bir yerə toplayın.

Key Date
  • Aprelin ikinci Çərşənbə axşamıAvropa Bərabər Maaş Günü

Təlimatlar

1. İştirakçılara onların işçi olduqlarını və öz rəhbərləri üçün (sizin üçün) iş görməli olduqlarını izah edin! İştirakçılar narahat olmamalıdır; hər kəsə maaş veriləcək. Heç kəs köləliyə razı deyil!
2. Təsadüfi qaydada yapışqan kağızları paylaşdırın, hər iştirakçıya bir ədəd verilməlidir.
3. Tapşırığı izah edin və hər kəs nə etməli olduğunu başa düşdüyündən əmin olun.
4. İnsanlara işə başlamağa icazə verin!
5. Tapşırıqlar hamısı tamamlandıqdan sonra insanlardan maaş almaq üçün növbəyə durmağı xahiş edin. İşçilərin maaş cədvəlində göstərildiyi qaydada hər kəsə öz yaşı və cinsinə uyğun olaraq maaşını verin. Siz pulu səsli şəkildə hesablamalısınız ki, hər kəs digərlərinin nə qədər maaş aldığını eşidə bilsin.
6. İştirakçılar sual verməyə və ya şikayət etməyə başlayarsa, qısa şəkildə “izahlar” verin, lakin müzakirəyə keçməkdən qaçının.
7. Nə qədər irəliyə getməklə bağlı qərarı siz özünüz verirsiniz, lakin mübahisənin qızışdığını gördükdə dayanın! Hər kəsə sakitləşmək üçün vaxt verin və roldan çıxın, daha sonra, təhlil üçün dairəvi formada əyləşin.

Təhlil və qiymətləndirməGoto top

    Müzakirəni mərhələlərlə həyata keçirin. Simulyasiyanın özünü müzakirə etməklə başlayın:
•    Hər kəsin eyni tapşırığı yerinə yetirməsinə baxmayaraq, digər işçilərdən daha çox (az) maaş almaq necə hissdir?
•    Nəyə görə bəzi insanlar digərlərindən daha çox (az) maaş almışdır? Kriteriyalar nə idi?
•    Digərlərindən daha çox maaş almaq necə hisdir? Digərlərindən daha az maaş almaq necə hisdir?
•    Sizin ölkənizdə və ya cəmiyyətinizdə bu formada ayrı-seçkilik baş verir?

Daha sonra, insanların cinsinə əsasən maaş alması haqqında danışın:
•    Eyni iş qadın və kişi tərəfindən görüldükdə, fərqli ödənişin edilməsi əsaslandırıla bilər? Niyə əsaslandırıla bilər? Niyə yox? Hansı halda?
•    Bəs kişi işi qadından daha yaxşı gördükdə? Bu səbəb qadına daha az maaş vermək üçün kifayət edir?
•    Əgər kişi qadından daha çox ixtisaslaşmışdırsa, bu, ona daha çox maaş verilməsini əsaslandırır?
•    Sizin fikrinizcə, yalnız kişilər tərəfindən görülməli olan işlər var? Niyə var? Niyə yox? Əgər varsa, bu hansı işlərdir?
•    Sizin fikrinizcə, yalnız qadınlar tərəfindən görülməli olan işlər var? Niyə var? Niyə yox? Əgər varsa, bu hansı işlərdir?
•    Sizin fikrinizcə, sosial yanaşmaları dəyişmək üçün pozitiv ayrı-seçkilik təcrübəsini əsaslandırmaq olar?

Ən sonda, yaşa əsasən maaş almaq barədə danışmaqla davam edin:
•    Sizin ölkənizdə yaşa əsaslanaraq müxtəlif maaş verilməsi siyasəti mövcuddur? Mövcud deyilsə, sizcə, olmalıdır?
•    Bu siyasətin, xüsusilə gənclər üçün tətbiq olunmasının məntiqli izahı nədir?
•    Bu siyasət barədə nə düşünürsünüz? Bu yaxşıdır? Pisdir? Lazımdır? Lazım deyil? Səbəbləri göstərin.
•    Məşğələ zamanı hansı insan hüquqları pozulur və ya pozulma təhlükəsi altındadır?
•    İnsanlar bu hüquqları necə tələb edə bilər?

Fasilitator üçün məsləhətlərGoto top

Əgər siz siyahıya bəzi işçiləri əlavə etmək və ya siyahıdan çıxarmaq istəsəniz, hələ də cinslər və müxtəlif yaşda insanların balansını qoruduğunuzdan əmin olun. Əgər qrup böyükdürsə və ya siz ayrı-seçkiliyin iki müxtəlif forması barədə daha dərin müzakirə aparmaq istəyirsinizsə, qrupu iki yarım qrupa bölmək yaxşı fikirdir. O halda, bir qrup cins mənasında ayrı-seçkilik, digəri isə yaş mənasında ayrı-seçkilik üzrə müzakirə apara bilər.

Bu məşğələ üçün hansı növ tapşırıqlar uyğundur? Bu, hər bir işçi üçün tamamilə eyni tapşırıq olmalıdır. Həmçinin, insanlar üçün oturub digərlərini gözləmək yorucu olmasın deyə bir neçə insan tərəfindən eyni vaxtda görülə biləcək bir iş seçin. Aşağıdakılar haqqında düşünün:
•    Əgər siz çölə çıxmaq istəyirsinizsə, ilin bu fəsilində bunu edə bilərsiniz?
•    Yeriniz var?
•    Bu, müxtəlif yaşdan olan və həm qadın, həm də kişi tərəfindən asanlıqla və yaxşı şəkildə həyata keçirilə biləcək?
•    Bu, təhlükəsizdir?
•    İnsanlar etik səbəblərdən utanacaq və ya imtina edəcəklər?
•    Bu, nə qədər zaman alacaqdır?
•    Bunun üçün çox bacarıq lazımdır?
•    Bu, bir neçə dəfə necə təkrarlana bilər?

Tapşırıqların nümunələri:
•    Lövhəni təmizləyin və verilmiş ifadəni səliqəli şəkildə yazın.
•    Kitabları rəfdən götürün və qutuya yerləşdirin. Qutunu otağın digər tərəfinə aparın və kitabları çıxararaq ikinci kitab rəfinə yerləşdirin.
•    Oriqami düzəldin (təyyarə və ya sadə papaq).
•    İş otağını və ya bağın müəyyən hissəsini təmizləyin.
•    Qonşuluqda müəyyən hissədə zibilləri toplayın.
•    Toplaşdığınız məktəb/binanın pəncərələrini yuyun və ya müəllim/fasilitatorların maşınlarını yuyun!
•    Üç müxtəlif formada yarpaqları toplayın və bir vərəqə onları yapışdırın.
•    Bir sözün izahına baxın və bir vərəqdə onu yazın (Əgər hər biri insan hüquqlarına aid olan müxtəlif sözlər seçirsinizsə, sonda kiçik terminlər lüğətiniz olacaqdır!)
    

Maaşları paylaşdırdıqda və müxtəlif maaşlara görə izah verdikdə, “səbəblər” barədə düşünməlisiniz. Onlar, həqiqətən, nəyin baş verdiyi əsasında tərtib edilə və ya gülməli ola bilər.
    Məsələn:
•    Kimsə çaşsa, o daha az maaş alacaq
•    Gülümsəyən və xoşbəxt görünən şəxs daha çox maaş alacaq
•    Cümə günüdür!

VariantlarGoto top

Fasilitatorun pulu paylaması əvəzinə, iştirakçılardan ikisi kassir ola bilər. Seçdiyiniz tapşırıqdan asılı olaraq, siz zavoddakı kimi işin tamamlanması üçün vaxt limiti qoya bilərsiniz. Əgər tapşırıq çox asandırsa və ya sizin altı nəfərdən az iştirakçınız varsa, tapşırığı üç və ya dörd hissədən ibarət edə bilərsiniz və hər hissə də bir günün işini əhatə edəcəkdir. Hər bir hissədən sonra işçilər banka gedir, sənəd imzalayır və günlük maaşını alır. Bəzi iştirakçıların maaşın nə dərəcədə ədalətsiz olduğunun çox tez fərqinə varacağına və şikayət edəcəyinə hazır olun. Bu halda, siz onları işdən qova bilərsiniz və digər işçilərə daha da çox işləməli olacaqlarını deyə bilərsiniz. Bu halda, işçilərin tətil elan edə biləcəyinə hazır olun. İştirakçıların əsas məsələdən uzaqlaşmadığından əmin olun və onların diqqətini ilkin öyrənmə məqsədləri üzərində saxlayın.

Siz bu məşğələni simulyasiya kimi etməyi uyğun görmürsünüzsə, məlumatı müzakirədə əsas kimi istifadə etmək üçün uyğunlaşdıra bilərsiniz. Hər bir işçi üçün onların gördüyü iş, yaşı, cinsi və maaşı ilə bağlı məlumatlardan ibarət “fakt vərəqi” hazırlayın. Siz, həmçinin, təhsil haqqında məlumat və professional təcrübəni də buraya daxil edə bilərsiniz. Alterna-tiv olaraq, müxtəlif işçilər üçün bir neçə daha təfərrüatlı tematik araşdırmalar da hazırlaya bilərsiniz. Lakin siz yalnızca müzakirə aparmağın simulyasiyanı təcrübədən keçirdiyiniz za-man əldə edəcəyiniz güclü emosional reaksiyanı oyatmayacağını bilməlisiniz.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Əgər qrup rol oyununu oynamaqdan zövq alsa və ədalətli maaş və şərtlər üçün işçilərin hüquqlarını müdafiə etməkdə həmkarlar ittifaqının rolunun nədən ibarət olduğunu araşdırmaq istəsə, “Həmkarlar ittifaqının görüşü” məşğələsini həyata keçirə bilərsiniz. 335-ci səhifədəki “İş və uşaqlar” rol oyunu məşğələsi iş yerində bərabərlik və qadın hüquqları məsələləri ilə əlaqəlidir.

Fəaliyyət üçün fikirlərGoto top

Ölkənizdə işçilərin hüquqları və qanunla bağlı məlumat əldə edin. Əgər siz cib xərci üçün işləyirsinizsə (axşamlar, həftəsonları və ya tətillər vaxtı) işçi kimi öz hüquqlarınız barədə məlumatlı olduğunuzdan əmin olun; məsələn, axşamlar və həftəsonları daha çox maaş alırsınız? Sığortanız var? Sizin istifadə etdiyiniz avadanlıq yaxşı vəziyyətdədir və sağlamlıq və təhlükəsizlik qaydalarına əməl edilir? “Qara” işləməyin, yəni həm siz, həm də işçinizin vergi orqanlarına işinizi bildirməkdən yayınmağınızın nə ilə nəticələnəcəyi barədə məlumat əldə edin.

Əlavə məlumatGoto top

Qadınlar, orta hesabla, kişilərdən daha az qazandıqları üçün onlar eyni məbləğdə maaş üçün daha çox işləməlidir. Bunu göstərmək üçün, çərşənbə axşamı günləri Avropa Bərabər Maaş Günü keçirilir, çünki çərşənbə axşamı günü qadınların kişilərin ötən həftə qazandığı pulu qazanmaq üçün həftə ərzində nə qədər işləməli olduğunu göstərir.

İşçilərin maaşları ilə bağlı bərabərsizlik müxtəlif ölkələrdə müxtəlifdir və həmçinin, məsələnin yaş və ya cins ayrı-seçkiliyi olmasından asılıq olaraq da fərqlənə bilir. Gender əsaslı ayrı-seçkilik qadınlara qarşı ayrı-seçkiliyin sübutundan başqa bir şey deyil. Tarixən, qadınlar sosial, siyasi və iqtisadi sahələrdə əlverişsiz vəziyyətdə olublar. İş yerində qadınlara qarşı ayrı-seçkiliyə nümunə olaraq, iş üçün müraciət edənlərin seçimi və müsahibə mərhələsi zamanı üzləşdikləri ayrı-seçkilik, vəzifədə yüksəlmə ilə bağlı ayrı-seçkilik və orta hesabla, onların kişilərdən daha az maaş alması faktını göstərmək olar. Eyni iş üçün qadınların kişilərdən daha az maaş alması ədalətli maaş hüququnun pozulması halıdır.

Gənclər də işçi olaraq, ədalətli şəkildə maaş almalıdır. Lakin burada vəziyyət çətindir və ölkədən-ölkəyə fərqlənir. Ümumilikdə, gənclər üçün işsizlik səviyyəsi daha yaşlı insanların işsizlik səviyyəsindən daha yüksəkdir.

Eyni iş üçün eyni əmək haqqı prinsipinin adətən qüvvədə olmasına baxmayaraq, gənclərin maaşı xüsusi məsələ olaraq qalır və bir çox dövlətlər eyni iş üçün gənclərin daha yaşlı in-sanlardan daha az maaş almasına şərait yaradan siyasətə malikdir. Bu siyasətlər 2 səbəblə əsaslandırılır. Bir tərəfdən, gəncləri əmək bazarına daxil olmaqdan çəkindirmək və yaxşı təhsil əldə etmək üçün məktəbi davam etdirməyə həvəsləndirmək məqsədi daşıyır. Digər bir tərəfdən isə, işəgötürənlər üçün təcrübəsiz və az bacarıqlı işçiləri işə götürmək cəzbedici görünməlidir, bu xüsusilə məktəbdən qovulan tələbələrə daha çox aiddir, onlar bu işlərə cəlb olunmadıqları təqdirdə, “küçələrdə avaralanacaq”, narahatlığa səbəb olacaq və dövlət üçün maneə yaradacadır. Bu siyasətin tətbiq olunması və gənclərin işsizlik səviyyəsinin aşağı salınmasında qazanılan müvəffəqiyyət ölkədən ölkəyə fərqlənir.

Sosial Hüquqlar üzrə Avropa Komitəsi (Avropa Sosial Xartiyasının icra orqanı) gənclər üçün aşağı maaşı, bu fərq məntiqli dərəcədə olduqda və aradakı fərq tez qapandıqda, ədalətli əmək haqqının təmin edilməsi baxımından uyğunsuz görmür. Məsələn, 15-16 yaşlı insanlar üçün daha yaşlı insanın başlanğıc maaşından 30% daha aşağı əmək haqqı məqbul hesab olunur. Lakin 16-18 yaşlı insanlar üçün bu fərq 20%-dən çox olmamalıdır.

Gənclərin maaşları həmişə aşağı olmur. Əslində, yaxşı təhsilli və çox pul qazanan gənclərin sayı kifayət qədər çoxdur – bəzi insanların gözündə həddindən artıq çox pul! Məsələn, yeni texnologiyalarla bağlı sahələrdə gənclər uğur qazanır və təqaüd yaşına yaxınlaşan daha yaşlı işçilərdən daha çox maaş alır.

Ədalətli əmək haqqı hüququ

İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, Maddə 7
Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən:
(a) Bütün zəhmətkeşlər üçün ən azı:
 (i) Ədalətli əmək haqqı və eyni dəyərli iş üçün heç bir fərq qoyulmadan hamının bərabər maaş alması; bu zaman qadınlara kişilər üçün olduğundan pis olmayan iş səraiti təmin edilməli və eyni əmək üçün bərabər haqq ödənilməlidir
Avropa Sosial Xartiyası
Maddə 7 (5) Gənc işçilərin və şagirdlərin ədalətli maaş və ya digər müvafiq müavinətlər almaq hüququnu tanımaq.
Maddə 8 (3) bərabər dəyərli əməyə görə əməkçi kişilərin və qadınların bərabər ödənilmə hüquqlarını tanımaq.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Cins və yaşa uyğun olaraq işçilərin əmək haqqı normaları.

  Cins Yaş Ems-lə ödəniş
1. Kişi 35 yaş 100
2. Qadın 16 yaş 30
3. Kişi 22 yaş 70
4. Qadın 32 yaş 90
5. Kişi 16 yaş 50
6. Qadın 19 yaş 60
7. Male 26 yaş 100
8. Kişi 20 yaş 70
9. Qadın 24 yaş 80
10. Kişi 37 yaş 100
11. Qadın 17 yaş 30
12. Qadın 23 yaş 80