Siz nə qədər inandırıcısınız?

Xülasə

Müzakirəyə əsaslanan bu məşğələ aşağıdakıları əhatə edir:
• Demokratiya ilə bağlı hüquqlar və öhdəliklər
• Demokratik müzakirə

Əlaqədar hüquqlar

• İdarəçilikdə və azad seçkilərdə iştirak etmək hüququ
• Fikir və ifadə azadlığı
• Düşüncə azadlığı

Məqsədlər

• Demokratik cəmiyyətin bəzi mübahisəli aspektlərini nəzərdən keçirmək
• Dinləmə, müzakirə və inandırma bacarıqlarını məşq və inkişaf etdirmək 
• Əməkdaşlıq və açıqfikirliliyi təbliğ etmək

Materiallar

• Açıq məkan, uzun divar və 2 stul
• Kart (A4) və işarələr qoymaq üçün rəngli qələmlər
• Skoç
• Qeydlər üçün kiçik kartlar və qələmlər (istəyə görə)

Preparation

• “Razıyam” və “Razı deyiləm” işarələrini düzəldin və onları uzun divarın əks künclərində yapışdırın. İnsanların divar boyunca düzxətt şəklində düzülməsi üçün kifayət qədər yer olmasını təmin edin.
• İki stulu otağın mərkəzində bir-birindən 50sm aralı yerləşdirin və onlar arasında insanların hərəkət etməsi üçün yer saxlayın.
• Aşağıdakı təkliflərdən bir bəyanat seçin və ya öz bəyanatınızı tapın.

compass-key-date
  • 19 SentyabrSəs vermək hüququ günü

Təlimatlar

1. Divarın künclərindəki iki işarəni göstərin, bəyanat oxuyacağınızı və iştirakçıların həmin bəyanatla az və ya çox səviyyədə razılaşa biləcəyini izah edin.
2. Seçilmiş bəyanatı ucadan oxuyun.
3. İnsanlara bəyanatla “nə qədər” razılaşıb-razılaşmadıqlarından asılı olaraq divar bo-yunca iki işarənin arasında dayanmağı deyin: əgər onlar tamamilə razıdılarsa və ya razı deyillərsə divarın müvafiq küncündə dayanmalıdırlar; digər halda, onlar iki nöqtə arasında bir yerdə dayanmalıdırlar.
4. İnsanlar sıra ilə düzüldükdən sonra, əks künclərdə dayanan iştirakçıları otağın mərkəzindəki iki stulda oturmağa dəvət edin. Hər kəs stulların ətrafına toplanmalı və fikri ilə “ən çox” razılaşdıqları şəxsin arxasında dayanmalıdırlar; və ya qərarsız olduqda mərkəzdə dayanmalıdırlar.
5. Stullarda oturan şəxslərin hər birinə ilkin bəyanatla razılaşıb – razılaşmamalarının səbəblərini bəyan etmək üçün bir dəqiqə vaxt verin. Heç kim onlara müdaxilə etməməli və ya kömək göstərməməlidir. Hər kəs sakitcə dinləməlidir.
6. Dəqiqənin sonunda, qrupdakı digər şəxslərdən natiqlərdən birinin arxasına keçməyi xahiş edin (onlar qərarsız qala bilməzlər), belə ki, müzakirə edilən bəyanat “lehinə” bir qrup və onun “əleyhinə” digər qrup formalaşmalıdır.
7. Hər iki qrupa ayrılıqda öz mövqelərini dəstəkləyəcək arqumentlər hazırlamaq və arqumentlərini təqdim edəcək başqa natiq seçmək üçün on dəqiqə vaxt verin.
8. On dəqiqənin sonunda qrupları geri çağırın və iki natiqi “tərəfdarları” əhatəsində stul-larda əyləşməyə dəvət edin. Bu natiqlərə arqumentlərini çatdırmaq üçün üç dəqiqə vaxt verin, hər vaxtın sonunda, bu və ya digər tərəfdən olan tərəfdarlar öz mövqelərini dəyişə və qarşı tərəfin arqumentləri inandırıcı olduğu halda digər tərəfə keçə bilərlər.
9. Qruplara ayrılıqda öz arqumentləri üzərində işləmək və üçüncü natiqi seçmək üçün beş dəqiqə vaxt verin. Yenə də, çıxışlardan sonra istəyən şəxslərə mövqeni dəyişməyə im-kan verin.
10. Təhlil üçün hamını bir araya toplayın.

Təhlil və qiymətləndirməGoto top

İndi, müzakirə prosesinə və məqsədlər, eləcə də plüralist cəmiyyətin dəyərləndirilməsinin səbəbləri ilə bağlı fikir mübadiləsinə başlayın. Məsələnin müzakirəsinə qayıtmamağa çalışın.
•    Müzakirə zamanı kimsə fikrini dəyişib? Əgər dəyişibsə, onları inandıran arqumentlər hansılardır?
•    İnsanlar səsləndirilən arqumentlərdən başqa ünsürlərin onlara təsir etdiyini düşünür, məsələn, digərlərinin təzyiqi, emosional dil və ya rəqabət hissi?
•    Müzakirə zamanı fikrini dəyişməyənlər üçün bu məsələrin müzakirəsi hər hansı əhəmiyyət daşıyır? Onların fikrini dəyişdirə biləcək hər hansı sübut təsəvvür edə bilərlər?
•    Niyə insanların fikirləri fərqlidir? Demokratik cəmiyyətdə, bununla bağlı, nə edilməlidir?
•    Demokratiyada bütün fikirlərə dözülməlidir?
•    Müzakirələrdə başqa biri tərəfindən təmsil olunmaq və əksinə, rəsmi nümayəndə ola-raq tərəfdarların fikirlərini səsləndirmək necə bir hiss idi?
•    Yerli və milli səviyyədə siyasi həyatda təmsil olunmaq necə bir hisdir?
•    Və ya iştirakçıların təşkilatlarında yaxud assosiasiyalarında (yaxud məktəb sinfində)?
•    Bu məşğələdə hansı insan hüquqlarına toxunuldu?

Fasilitator üçün məsləhətlərGoto top

Bu məşğələnin ilk hissəsi, iştirakçıların divar boyu düzülməsi bir neçə dəqiqədən artıq vaxt almamalıdır. Burada məqsəd sadəcə insanların “başlanğıc mövqelər”ini nümayiş etdirmək və digərləri ilə müqayisədə harada dayandıqlarını göstərməkdir.

Məşğələnin məqsədi həm ünsiyyət və inandırma bacarıqlarını inkişaf etdirmək, həm də məsələlər barəsində düşünməkdir. Buna görə də, iştirakçılar təkcə fikirlərinin məzmunu və təqdimatı barəsində deyil, həmçinin, digər tərəfdəki insanlara ən inandırıcı görünəcək arqumentlərin tipi və ya forması barəsində düşünməyə vadar edilməlidir. Onlar mümkün qədər çox insanı öz “partiyaları”na çəkməyə çalışmalıdırlar. Onlar “çıxışlar” arasındakı fasilələrdə rəqibin mövqeyi barəsində düşünə və onu zəiflətmək üçün vasitələr tapa bilərlər.

Aşağıda təklif edilən mövzularla yanaşı müzakirə üçün əsas kimi digər mövzulardan istifadə edə bilərsiniz. Əsas məsələ qrup daxilində fikir ayrılığı yaradacaq bəyanatı seçməkdir.

Bir bəyanatın müzakirəsi üçün müxtəlif hissələri əhatə etməklə təxminən 30 dəqiqənin lazım olduğunu nəzərə alın. Daha artıq bəyanatı müzakirə etmək istəyirsinizsə, vaxtı uyğun şəkildə bölüşdürməlisiniz.

Hissələrin dəqiq ardıcıllığına, qrupun güclü və zəif tərəfləri, eləcə də müzakirənin canlılığından asılı olaraq, müəyyən dəyişikliklər etmək məsləhət görülür. Məsələn:

  • Qruplara arqumentlərin hazırlanması üçün bir və ya iki interval əlavə verməklə, müxtəlif natiqlərin öz fikirlərini səsləndirməsinə şərait yarada bilərsiniz.
  • Əgər bu məşğələni qrupla daha əvvəl etmisinizsə – və ya etməsəniz belə – ilk natiqlərin seçilmə üsulunu dəyişməklə müəyyən təəccüb elementini saxlaya bilərsiniz – məsələn, hər küncdən üçüncü dayanan iki nəfəri seçə bilərsiniz.
  • Arqumentləri hazırlamaq üçün intervalların birində bir natiqin “tərəfdarları”ndan digər natiqlə işləməyi– başqa sözlə öz tutduqları mövqenin əksinə arqumentlər hazırlamağı xahiş edə bilərsiniz. Bu, insanların digər yanaşma barəsində düşünməsi üçün yaxşı yoldur və insanlar öz mövqelərini müzakirə ərzində dəyişmirlərsə, maraqlı dəyişiklik ola bilər
  • Natiqlərə müxtəlif arqumentləri xatırlamaları və danışarkən onlara istinad etmələri üçün qısa qeydlər yaza biləcəkləri açıqca ölçüsündə kağızlar götürməyə imkan verə bilərsiniz.

Tolerant cəmiyyətdə “plüralizm” və ya ifadə azadlığına hər hansı məhdudiyyətlərin olub – olmaması barəsində məsələni qaldıra bilərsiniz: məsələn, faşist və ya milliyyətçi nümayişlərə icazə verilməlidir?

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Əgər fikirlərin, xüsusilə mətbuatın təsiri ilə necə formalaşması və ya dəyişməsini izləmək istəyirsinizsə, 181-ci səhifədəki “Ön səhifə” məşğələsinə baxa bilərsiniz. Əgər insanların fikirləri və onların dünya barəsindəki stereotipləri və təsəvvürləri arasındakı əlaqə haqqında düşünmək istəyirsinizsə, Hər kəs Fərqli - Hər kəs Bərabər Tədris Paketindəki “Mədəniyyət” məşğələsinə baxa bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Əgər səs vermək barəsindəki bəyanatı seçirsinizsə, məşğələni yerli icmanızdakı səs vermək vərdişləri ilə bağlı sorğu ilə davam etdirə bilərsiniz; “Səs vermək yoxsa verməmək” məşğələsinə baxın.

Əlavə məlumatGoto top

Səs vermək hüququ günü sentyabrın 19-da qeyd olunur. 1893-cü ildə həmin gündə Yeni Zelandiyada qadınlara səs vermək hüququ təqdim olunmuşdur, belə ki, dünyada ilk dəfə Yeni Zelandiyada universal şəkildə səs vermək hüququ təmin edilmişdir..

Paylanmalı materiallarGoto top

PDFDownload as PDF

Müzakirə üçün bəyanatlar
•    Bizim seçkilərdə səs vermək kimi mənəvi öhdəliyimiz var.
•    Biz bütün qanunlara, ədalətsiz olsalar belə, əməl etməliyik.
•    Demokratiyada hər hansı gücə malik olan yeganə şəxslər siyasətçilərdir.
•    “İnsanlar layiq olduqları rəhbərləri alırlar”.
•    Hökumətin gündəlik fəaliyyətinə nəzarət vətəndaşların məsuliyyətindədir.
•    İfadə azadlığı istədiyini deyə bilməkdir.
•    Neo-faşist partiyalar qadağan olunmalıdır.
•    Ekstremistlərin ictimai yerlərdə danışması qadağan olunmalıdır.
•    Səs vermək öhdəlik olmalıdır.
•    Məktəb şurasındakı nümayəndələrə səs vermək mənasızdır, çünki onlar yalnız müzakirə aparıb məsləhət verirlər; icbari qərar qəbul edə bilmirlər.