Bu məşğələ sözsüz tapşırıqdır və Kompas-ı yeni auditoriyaya təqdim etməyin əyləncəli yoludur.

Təlimatlar

  1. Kompasın nüsxəsini döşəməyə qoyun və iştirakçılardan onun ətrafında dövrə qurmağı xahiş edin.
  2. Bu məşğələnin pantomima olduğunu izah edin və iştirakçılardan Kompası istədikləri şəkildə istifadə edərək – kitab oxumaqdan başqa – bir hərəkəti göstərməyi xahiş edin. Qrupun qalanı kitabın nəyi təmsil etdiyini tapmalıdır.
  3. Kitabı əlinizə alıb “Bu, kitab deyil… bəs nədir?” deməklə başlayın. Daha sonra kitabdan istifadə etməklə özünüzü sendviç yeyən şəxs kimi göstərin. İştirakçılardan biri “sendviç” tapdıqdan sonra, kitabı yenidən döşəməyə qoyun və dövrədəki yerinizə qayıdın.
  4. İştirakçılara növbə ilə nəyisə pantomimadan istifadə edərək göstərməyə dəvət edin. Onların bir-birləri ilə yeni fikirləri bölüşməsinə və hazır olduqda irəli çıxmasına şərait yaradın.

Fasilitator üçün məsləhətlərGoto top

Bu metod təlim kursu zamanı məşğələlərin və metodların qiymətləndirilməsinə başlayarkən istifadə oluna bilər.