Hisslər üçün hava metaforasından istifadə olunur.

Vaxt: 30 dəqiqə

Material

• Kağız və qələmlər (istəyə görə)

Təlimatlar

1. İştirakçıların öz hisslərini ifadə etmək üçün hava metaforasından istifadə edəcəklərini qısaca izah edin.

2. İştirakçılara cəlb olunduqları gün/təlim/layihə/iş barəsində düşünmələri və özlərinə qeyd olunan sualları vermələri üçün 5-10 dəqiqə vaxt verin: Məşğələdən hələ ki həzz alıram? Ondan nə əldə edirəm? O, faydalı olacaq?

3. Daha sonra, onların hər birindən hava proqnozu terminlərindən istifadə edərək his-lərini təsvir etməyi xahiş edin.

Fasilitator üçün məsləhətlər

Metafora ideyasını izah edərkən bir neçə nümunə verin. Məsələn, “Günüm bir az dumanlı başladı. Daha sonra, güclü yağış yağdı. Nahardan sonra yüngül yağış oldu, lakin günortanın sonuna doğru günəş çıxdı.” Bu, günə bir az qərarsız başladığınızı, daha sonra, işlərin daha da mürəkkəbləşdiyini göstərir. Nahardan sonra vəziyyət yaxşılaşdı, indi isə, günün sonunda çox şey öyrəndiyinizi hiss edirsiniz.

Variantlar

İştirakçılar hava proqnozu barəsində danışmaq yerinə onun şəklini çəkə bilərlər. Bu sadə fikirdən istifadə edərək layihənizi futbol və ya xokkey oyunu barəsində şərh verilməsi yaxud iştirakçılara maraqlı olacaq digər bir hadisə kimi nəzərdən keçirə bilərsiniz.