Sivilizasiya bütün insanlara bərabər hörmətə əsaslanan yaşamaq üsulu və yanaşmadır.

Korazon Akino

Xülasə

Bu stolüstü oyunda iştirakçılar necə bir şəhərdə yaşamaq istədikləri və hansı imkanlardan faydalanmaq istədikləri ilə bağlı səs verirlər. Əhatə olunan məsələlərə daxildir:
• Sosial həmrəylik
• Vergiləri ödəməyin nəticələri
• Yerli demokratiyanın dəyəri

Əlaqədar hüquqlar

• Sosial təhlükəsizlik hüququ
• Şəxsi mülkiyyət hüququ
• Layiqli həyat şəraiti ilə təmin olunmaq hüququg

Məqsədlər

• İctimai həyat üçün sosial rifahın əhəmiyyətini başa düşmək
• Ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirmək
• Cəmiyyət üçün həmrəylik və məsuliyyətin dəyərini təbliğ etmək

Materiallar

• Stolüstü oyunun 1 nüsxəsi
• A3 ölçüdə kart və ya kağız (istəyə görə, lakin lazımlıdır)
• 1 zər
• İki rəngdə kağız sancaqları (məs., qırmızı və göy). Hər rəngdən bərabər sayda. Hər iştirakçı üçün kifayət qədər sayda.
• Qayçı
• Çıxarıla bilən yapışqanlı saqqız və ya “Blu-tack”
• 4 dəst dəyişiklik kartı
• 2 zərf
• Pul (Hər oyunçuya 6 000 Ems)
• Şəhər Bankirinin tapşırıq vərəqinin 2 nüsxəsi
• Oyun Bankirinin tapşırıq vərəqinin 1 nüsxəsi
• Kağız və qələmlər
• Vaxt ölçən
• Qaydaları nümayiş etdirmək üçün proyektor (istəyə görə)

Hazırlıq

• Stolüstü oyun, dəyişiklik kartları və qaydalarla tanış olmaq üçün təlimatları oxuyun.
• Dəyişiklik kartları vərəqindən iki ədəd götürün və onlardan kartları kəsin. Dəstlərin bir-birinə qarışmaması üçün hər dəsti A və ya B ilə işarələnmiş ayrıca zərfə qoyun. (Vərəqlərin digər 2 nüsxəsi şəhər şurası iclaslarında istinad üçün istifadə olunacaqdır)
• Stolüstü oyunun möhkəm və davamlı olması üçün onu karta və ya bərk kağız yapışdırın.
• Bankir rollarını oynamaq üçün üç nəfər seçin. Hər şəhərin bir bankiri və bir nəfər Oyun Bankiri olmalıdır. İki Şəhər Bankirinə onların tapşırıq vərəqini və Oyun Bankirinə onun tapşırıq vərəqini verin. Bankirlərə oyun ərzində aydın şəkildə fərqləndirilmək üçün kartlar düzəltməyi tapşırın.
• Qrupun qalanını iki bərabər qrupa ayırın. Qruplardan birinə qırmızı, digərinə isə göy kağız sancaqlarını verin.
• Hər oyunçuya kiçik kağız parçasına adını yazıb özünə ad nişanı düzəltməyi və onlar üçün nəzərdə tutulmuş rəngdə kağız sancağı ilə taxmağı xahiş edin.
• Pulu çap edin! Pulun nüsxəsini çıxardın və əskinaz hazırlamaq üçün kəsin. Hər oyunçu/vətəndaş üçün sizə 6000 Ems lazımdır.

compass-key-date
  • 1 OktyabrDünya Vətən Günü

Instructions

1. Bu məşğələnin stolüstü oyun olduğunu izah edin və lövhəni göstərin. A və B şəhərlərini təmsil edən cığırları qeyd edin. Həmçinin, iki cığırın kəsişdiyi yeri və insanların maaş aldığı, vergilərini ödədiyi və “dəyişmək imkanı” əldə etdiyi, yəni digər şəhərə köçüb orada oynamaq imkanı əldə etdiyi xanaları qeyd edin. 2. Oyunun qaydalarını izah edin (aşağıdakı materiala baxın). Hamının qaydaları başa düşdüyündən əmin olun. Oyunun nə zaman bitəcəyinə qərar verin.
2. Bankirlərdən sadə identifikasiya kartları düzəltməyi xahiş edin ki, oyunçular vergiləri kimə ödəyəcəklərini bilsinlər!
3. Oyuna başlayın! Bitdikdən sonra təhlil və qiymətləndirməyə keçin.

Təhlil və qiymətləndirməGoto top

Oyunun necə getdiyini nəzərdən keçirməklə başlayın, daha sonra, iştirakçıların nə öyrəndiyini müzakirə edin.
1. İştirakçılar oyunu bəyəniblər? Oyunla bağlı bəyəndikləri və bəyənmədikləri məqamlar hansı olub?
2. Başlanğıcda, iştirakçılar bəzi oyunçuların digərlərindən daha çox vergi ödəməsini ədalətsiz hesab ediblər? Müəyyən qədər oynadıqdan sonra onların fikirləri eyni qalıb?
3. Şəhər şurası iclasları necə gedib? Qərarlar necə qəbul olunub? Demokratik qaydada?
4. Şəhər şurasının qərarları ilə razılaşmayan insanlar özlərini necə hiss ediblər?
5. Kim bir şəhərdən digərinə köçüb? Bunu niyə ediblər?
6. Şəhər şurasının iclasında kimsə icmanın sosial rifahına töhfə vermək üçün öz cibindən pul verib?
7. Bunu niyə ediblər?
8. Oyunun başlanğıcında A və B şəhərlərində sosial şərtlər eyni idi. Sonda, vəziyyət necə idi? Hər hansı fərq var idi? Fərqlər nələr idi?
9. Hansı şəhərdə yaşamağı üstün tutardınız? Niyə? Hamı üçün daha yaxşı həyatı təmin etmək naminə daha yüksək vergiləri ödəməyə dəyər? Yoxsa maaşınızın hamısını
özünüzə saxlayıb ehtiyac duyduğunuz və istədiklərinizi almağı üstün tutardınız?
10. Oyunun sonunda iki şəhərlə bağlı vəziyyət necə idi? Onlar ictimai ruhlu sakinlərin sosial rifah üçün vergi ödəməyə hazır olduğu “Bərabərlik şəhəri” yoxsa sakinlərin fərdiyyətçilik etikasına malik olduğu və sosial rifah üçün vergi ödəmək istəmədiyi “Eqo şəhəri” idilər?
11. 1 – 10 şkalasında (1 tam Eqo şəhəri və 10 tam Bərabərlik şəhəri olmaqla) öz cəmiyyətinizi necə qiymətləndirərdiniz?
12. Stoldakı hər xanaya ardıcıllıqla baxın. Hansı insan hüquqları pozulur?
13. Sizin ölkənizdə hər hansı icma və ya qrupun sağlamlıq və rifahın təmin olunduğu layiqli həyat şəraitinə malik olmaq hüququ (ÜİHB-in 25-ci maddəsi) pozulur? Kimlərin və niyə?

Fasilitator üçün məsləhətlərGoto top

Bu məşğələ stolüstü oyunları bacaran şəxslər üçün olduqca asandır, bununla belə, oyunun qaydalarını diqqətlə izah edin. Qaydaları flipçart vərəqində yazmağınız, yuxarı səviyyədə şəffaflığı təmin etməyiniz və oyun qaydaları vərəqinin nüsxələrini paylamağınız oyunçulara kömək edə bilər.

Oyunun uğurlu alınması üçün vətəndaşların sayı maksimum 10 nəfər olmalı və oyunun başlanğıcında hər şəhərdə bərabər sayda vətəndaş yaşamalıdır. Əgər sizdə 16 iştirakçı varsa, bankirlərdən cütlüklər şəklində oynamağı xahiş edə bilərsiniz. Daha böyük qrupla işləyirsinizsə, iki oyun aparın. Bu halda, bütün materialları ikiyə vurun və ikinci oyuna nəzarət etmək üçün başqa fasilitatoru cəlb edin!

Lazımlı məsləhət: oyunu qrupla sınaqdan keçirməmişdən əvvəl, dostlarınız və qonşularınızla oynayın! Beləliklə, siz təlimatları verərkən daha inamlı olacaq və oyunun qaydasında getməsini təmin edə biləcəksiniz.

Qeyd 
Vergiləri toplamaq və şəhərlərin fondlarını idarə etməyə görə məsul olan şəxslər “bankirlər” adlandırılmışdır. Reallıqda
bankirlər bu funksiyaları yerinə yetirmirlər. Bu sözdən istifadə olunmasının səbəbi onun bir çox məhşur stolüstü oyunlarda,
məsələn, Monopoliyada istifadə olunmasıdır. Əgər siz “bankir” sözünün uyğun gəlmədiyini hiss edirsinizsə, başqa sözdən istifadə edin, məsələn, “maliyyə
administratoru”.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

 “Bərabərlik ölkəsinə yol” məşğələsi ilə siz daha bərabər cəmiyyətə nail olunmasına təkan verən və mane olan faktorları araşdıra bilərsiniz. “Bizim gələcəyimiz” məşğələsi insanların dəyişikliyi mümkün edən qüvvələrlə bağlı məsələləri araşdırmasına kömək edir və gəncləri görmək istədikləri kimi bir gələcək qura biləcəklərinə inandırır.

Fəaliyyət üçün fikirlərGoto top

Yaşadığınız yer üçün yerli inkişaf planının nüsxəsini əldə edin və onu qrupla müzakirə edin. Narahatlıq doğuran məsələləri araşdırın, məsələn, sizin ərazinizdəki gənclərin gələcək ehtiyacları nələr olacaq və onlar planda necə qarşılanır. Habelə, siz əlillər üçün şərait, küçələrdə təhlükəsizlik və təhlükəsiz velosiped sürməyi təşviq etmək planları ilə maraqlana bilərsiniz. İctimai görüşlərdə iştirak edib səlahiyyətli orqanlara öz fikirlərinizi bildirin və ya bloq yaratmaqla, qəzetə yazmaqla, ictimai görüş yaxud məlumatlılığı artırmaq üçün tədbir təşkil etməklə yerli qurumlardan digər şəxsləri cəlb edin.

Qrup “müştərək büdcə” haqqında daha çox öyrənib dünya üzrə icmaların göstərdiyi təşəbbüslərdən ruhlana bilər. Eyni zamanda, onlar Keçid Şəhərləri barədə araşdırma apara və digərləri ilə bir yerdə iqlim dəyişikliyinin qarşısını almaq və CO2 emissiyasını azaltmaq üçün dayanıqlı tədbirlər görmək məqsədilə yerli təşəbbüs başlada bilərlər.

Əlavə məlumatGoto top

“Müştərək büdcə” ictimai büdcənin xərclənməsi prioritetləri ilə bağlı, məsələn, yerli ətraf mühit layihələri, ictimai şərait, yol təhlükəsizliyi tədbirləri və ya cinayətə qarşı yerli təşəbbüslərlə bağlı qərarlara yerli əhalinin birbaşa cəlb olunmasını nəzərdə tutan demokratik prosesdir. Faydalı linklər tapmaq üçün axtarış motorunuza “müştərək büdcə” daxil edin.

Keçid Şəhərləri, www.transitiontowns.org bütün dünyadan olan və göstərilən suallara cavab tapmağa çalışan insanların şəbəkəsidir: Sizin icmanız ən yüksək səviyyədə olan neft və iqlim dəyişikliyinin yaratdığı problemlərə və imkanlara necə cavab verə bilər? Onlar icma səviyyəsində enerjidən istifadəni azaltmaq və özünə inamı artırmaq üçün çalışırlar. İndiyə qədər olan təşəbbüslərə aşağıdakılar daxildir: ərzaq yetişdirmək üçün ictimai bağçaların yaradılması; biznes tullantılarının mübadiləsi, bir sənayenin tullantıları ondan istifadə edən digər sənayeyə ötürülür; köhnə əşyaları atmaq yerinə onları təmir etmək və yerli mübadilə ticarət sistemlərinin inkişaf etdirilməsi (LETS – http://www.gmlets.u-net.com).

Avropa Sosial Təhlükəsizlik Kodeksi

Avropa Şurasının Avropa Sosial Təhlükəsizlik Kodeksi 1968-ci ildə qüvvəyə minib. 2010-cu ilin martında 21 üzv dövlət tərəfindən ratifikasiya olunmuşdur. Bu sənəddə çoxsaylı sosial mühafizə zəmanətləri, o cümlədən:
• Ümumi praktikant və mütəxəssislər tərəfindən göstərilən, eləcə də təcili yardım üzrə tibbi xidmətlər
• İşləməməyə görə müavinət
• Yaşlılığa görə müavinət
• Əlilliyə görə müavinət öz əksini tapmışdır.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Oyunçuların sayı
7 – 13 arası. Üç nəfər bankir rolunu oynayır. Oyunun əvvəlində hər şəhərdə bərabər sayda oyunçu olmalıdır.
Oyunun məqsədi
Qalib oyunun sonunda ən çox pulu olan oyunçudur.
Necə oynamalı
1. Üç nəfərdən bankir rolu oynamağı xahiş edin: bir bankir A şəhəri, digəri B şəhəri, üçüncüsü isə Oyun Bankiri olmaqla.
2. Oyunçuların yarısında qırmızı, digər yarısında isə göy ad nişanları olmalıdır.
3. Başlanğıcda, oyunçular iki bərabər qrupa ayrılır. Hər qrupda bərabər sayda “qırmızı” və “göy” oyunçular var. Bir qrup A şəhərindəki cığır boyu, digəri isə B şəhərindəki cığır boyu səyahət edəcəkdir.
4. Bütün oyunçular “başlanğıc və maaş” xanasından başlayır.
5. Oyun ərzində oyunçu yalnız “dəyişmək imkanı” xanasında olarsa, yaşadığı şəhəri dəyişə bilər.
6. Hər oyunçu rənginə uyğun maaşla başlayır:
• Göy oyunçular: 500
• Qırmızı oyunçular: 100
7. Kimin başlayacağına qərar vermək üçün zər atın. Ən yuxarı atan başlayır, daha sonra, dövrə boyunca saat istiqamətinin əksinə hər oyunçu növbə ilə oynayır.
8. Öz növbəsində hər oyunçu zəri atır və öz şəhərindəki yol boyunca atdığı rəqəmə uyğun xanalar qədər irəliləyir. Oyunçu müəyyən xanaya çatdıqda oradakı təlimatı ucadan oxuyur və ona əməl edir.
9. Qeyd: Oyunçu arxaya doğru getmək təlimatını yerinə yetirərsə, hədəf xanaya çatdıqda dayanır. O, həmin xanadakı təlimatı yerinə yetirmir.
10. Əgər ödənişin vaxtı çatıbsa və oyunçunun kifayət qədər pulu yoxdursa, oyunçu olduğu xanada qalır və dilənçiyə çevrilir.
11. İki və ya daha artıq oyunçu eyni vaxtda eyni xanada ola bilər.
Xüsusi Xanalar
Vergi Töhfəsi

Oyunçu hər dəfə “vergi ödənişi” xanasından keçdikdə vergi ödəməlidir. (Oyunçular xananın üzərindən keçdikdə və orada qalmadıqda belə vergi ödəyirlər). Verginin məbləği oyunçunun maaşı və şəhərdən asılıdır.
A şəhəri 40% əgər maaş 500 və ya daha çoxdursa
10% əgər maaş 100 və ya daha aşağıdırsa
B şəhəri 10% maaşdan asılı olmayaraq
Qeyd: İşləməyən və işləməməyə görə müavinət almayan şəxs heç bir vergi ödəmir. Şəhərdən asılı olmayaraq, işləməyən və müavinət alan şəxs işsizliyə görə müavinətin 10%-ni ödəyir. Vergi müvafiq şəhərin Bankirinə ödənir (A şəhərindəki oyunçular A şəhərinin bankirinə, B şəhərindəki oyunçular isə B şəhərinin bankirinə)
Maaş
Hər dəfə oyunçu “başlanğıc və maaş” xanasından keçdikdə (xanada durmalı deyilsiniz, ondan sadəcə keçirsiniz) Oyun Bankiri oyunçuya müvafiq maaşı verir. Əgər oyunçu işsizdirsə və şəhərin sosial təhlükəsizlik sistemi varsa, Şəhər Bankiri ona işsizliyə görə müavinət ödəyir.

Dəyişmək İmkanı
“Dəyişiklik imkanı” xanasında duran istənilən oyunçu şəhəri dəyişib – dəyişməmək barəsində qərar qəbul edir (A şəhərindən B şəhərinə və ya əksinə). Dəyişmək üçün oyunçu yalnız öz qərarını qalan oyunçulara və bankirlərə elan etməlidir. Növbəti gedişdə onlar digər şəhərdəki cığırla hərəkət edirlər. Oyunçu şəhəri dəyişirsə, eyni maaşı almağa davam edir, lakin vergini yeni şəhərin vergi sxeminə uyğun ödəyir.
Şəhər Şurası İclasları
Şəhərdəki bütün oyunçular şəhər şurasının iclaslarında iştirak edirlər. İclas şəhər siyasətinə istənilən dəyişikliyi etmək üçün imkandır.
İclas vergilərin hər 5-ci ödənişində keçirilə bilər. Şəhər Bankirləri onların şəhərində neçə nəfər oyunçunun vergi ödənişi xanasından keçdiyinin qeydiyyatını aparırlar. Hər beşinci şəxs həmin xanadan keçdikdə, bankir iclas çağırır.
Şəhərdəki oyunçular iclası keçirib – keçirməmək barəsində qərar qəbul edirlər.
Şəhər şurasının iclası olduqda oyun dayanır və digər şəhərin oyunçuları da oyuna davam etmək üçün iclasın bitməsini gözləyirlər.
Oyunçuların şəhərin ehtiyacları və siyasətə dəyişikliklər barədə qərara gəlmək üçün 5 dəqiqə vaxtı var. Siyasət variantları dəyişiklik kartlarında göstərilib və vətəndaşlar hansı siyasətlərin “gündəlik”də olduğunu bilmək üçün dəyişiklik kartları vərəqinin nüsxəsinə istinad edə bilərlər (onların seçə biləcəyi variantlar buradadır).
Siyasəti dəyişmək üçün oyunçular şəhər vergilərindən xərcləyib dəyişiklik kartını almalıdırlar. Hər kartda qiymət göstərilib.
Şəhər Şurası yalnız büdcəsinə uyğun gələn dəyişiklikləri edə bilər. Şəhər Bankiri müvafiq məbləği Oyun Bankirinə ödəyir.
Vətəndaşlar istədikləri qədər siyasəti dəyişmək barədə qərar qəbul edə bilərlər, lakin onlar lazımi məbləği ödəyə bilməlidirlər.
Maliyyə çətinliyi çəkən şəhər şurası bir və ya daha artıq dəyişiklik kartını Oyun Bankirinə “geriyə satmaq” barədə qərar qəbul edə bilər. “Geriyə almaq” qiyməti ilkin qiymətin 50%-dir.
Zəngin fərdlər, istədikləri halda, dəyişiklik kartlarını almaq üçün şəhər fonduna töhfə verə bilərlər.
Bankir kiçik həcmdə yapışdırıcıdan istifadə edərək dəyişiklik kartını lövhədə razılaşdırılmış xanaya yapışdırır.
Dəyişiklik Kartları
Şəhər şurasının öz iclaslarında qəbul edə biləcəyi siyasətləri əks etdirən 17 dəyişiklik kartı var. Dəyişiklik kartları Oyun
Bankirindən kartın üzərində göstərilən qiymətə alınır. Kart alındıqda Şəhər Bankiri kartı lövhədə vətəndaşların razılığı ilə seçilmiş xanaya yapışdırır.
İstənilən xana “dəyişdirilə” bilər. Əgər dəyişdirmə vaxtı həmin xanada oyunçu varsa, ona yeni təlimatlar şamil olunmur.
Yalnız növbəti oyunçu bu xanada durduqda yeni siyasət qüvvəyə minir.
Şəhər Şurasının iclasında vətəndaşlar/oyunçular şəhər siyasətinə qərar verir və bir və ya bir neçə dəyişiklik kartı alır.
Bütün kartlar üçün müvafiq məbləğ ödənməlidir.
Dilənçilər
Oyunçunun vergiləri və digər ödənişləri ödəmək üçün pulu yoxdursa, olduğu xanada qalır və “dilənçi”-yə çevrilir. Buna baxmayaraq, əgər şəhərdə evsizlər üçün ev varsa, dilənçi, istədiyi halda, olduğu xanada qalmaq yerinə orada yatmağı seçə bilər. Yerini dəyişmək dilənçini borclarından azad etmir.
Dilənçi onun olduğu xanada duran hər oyunçudan pul dilənə bilər. Dilənçiyə pul verib-verməmək hər oyunçunun öz qərarıdır. “Dilənçi” borclarını ödəmək üçün kifayət qədər pul yığdıqda növbəti gedişi gözləyir, borclarını ödəyir, zəri atır və oyuna davam edir.
Dilənçilərin oynamaq növbəsi gəldikdə onlar hər dəfə zəri atırlar. Bu, onlar üçün imkandır.

6 atmaq = Zibil qutusunda 50 Ems tapmaq.
5 atmaq = 20 boş pivə butulkası toplayıb, əgər şəhərin təkrar emal mərkəzi varsa, depozitlər üçün 50 Ems əldə etmək!
4 atmaq = Növbəti keçən şəxsdən 10 Ems almaq.
3 atmaq = Üşümək, enerjisiz olmaq və növbəti gedişdə yatmaq.
2 atmaq = Parkda yatmaq və oturacağın altında 10 Ems-lik əskinaz tapmaq. Əgər şəhər parkı yeniləyibsə, 20 Ems tapmaq.
1 atmaq = Oğurluğun qurbanı olmaq. Aldığınız növbəti ianəni Şəhər Bankirinə vermək.
Dilənçinin qazandıqları onun yaşadığı şəhərin Bankiri tərəfindən ödənir.
Oyun nə vaxt bitir?
Oyun başlamamışdan oyunçular onu necə bitirəcəkləri barədə qərara gəlirlər. Onlar aşağıdakı variantlardan birini seçə bilərlər:
• ilk oyunçu 20 turu tamamladıqda
• razılaşdırılmış müddətdən sonra, məsələn, 45 dəqiqə.
Qeyd: əgər şəhərlərdən biri müflis olarsa, oyun avtomatik bitəcəkdir.
Qalib oyunun sonunda ən çox pulu olan şəxsdir.

Dəyişiklik kartları

Parkın üzgüçülük
hovuzu və uşaqlar
üçün oyun
meydançası ilə
yenilənməsi.
Qiyməti: 200 Ems
Parkı təmizləmək
Qiyməti: 100 Ems
Yollar
qaydasındadır.
Tamamilə
yenilənmişdir. 3
xana irəli gedin.
Qiyməti: 400 Ems
Yollar normal
vəziyyətdədir,
deşiklər bağlanıb.
Yalnız növbəti Şəhər
şurası iclasına qədər dözə bilər.
Qiyməti: 200 Ems
İşinizi itirirsiniz!
İşsizlik fondu sizə
maaşınızın 30% ni ödəyir. Şəhərin 1000 Ems ehtiyatı olmalıdır.
Xəstələnirsiniz.
Dövlət xəstəxanası
tamamilə
subsidiyalaşdırılıb.
Yalnız 10 Ems
ödəyin.
Qiyməti: 600 Ems
Xəstələnirsiniz.
Dövlət xəstəxanası
qismən
subsidiyalaşdırılıb.
Müalicə üçün 30
Ems ödəyin.
Qiyməti: 400 Ems
Çimərliyə giriş
pulsuzdur! Dadını
çıxardın! Girişi
pulsuz etmək üçün
qiymət: 100 Ems
Nəqliyyat
problemləri
velosiped yolu ilə
yüngülləşdirilib.
Velosiped yolunun
xərci : 150 Ems.
Məktəbdə tətil bitib.
Əlavə gedişiniz var! Maaşları qaldırmaq
xərci: 400 Ems
Yeni teatr və kinoteatr açılıb.
Qiyməti: 400 Ems.
Atanız təqaüdə
çıxıb, lakin pensiya
almır. Təqaüd sxemi hazırlayın. Qiyməti: 400 Ems
Oxumaq istəyirsiniz
və indi kitabxana
var. Əlavə gediş
edin. Kitabxananın
xərci: 400 Ems
Daha küçə uşağı olmayacaq.
Yetimxana
tikilib. Yetimxana
xərci: 200 Ems
Təkrar emal sistemi
zibili azaldır. 3 xana irəli gedin. Təkrar
emal sisteminin
xərci: 150 Ems
Hüquqi probleminiz
var. İctimai
maliyyələşdirilən vəkil tutun. 2 xana irəli gedin.
Xərci: 200 Ems.
Evsiz insanlar indi
daha rahat yatacaqlar. Onlar üçün sığınacaq açılıb. Xərci: 200 Ems
     


Oyun üçün “pul” verilmişdir.

Şəhər Bankirlərinin tapşırıq vərəqi
Şəhərlərin hər ikisi oyuna pulsuz başlayır. Bütün gəlir vergi ödənişi xanasından keçən oyunçuların ödədiyi vergilərdən gələcəkdir.
1. Şəhər Bankirləri “vergi ödənişi” xanasından neçə oyunçunun keçdiyini qeydə almaq üçün hesab vərəqindən istifadə edirlər və hər 5-ci oyunçu bu xanadan keçdikdə şəhər şurasının iclasını çağırırlar.
2. Şəhər Bankirləri öz şəhərlərində vergi ödənişi xanasından keçən hər oyunçudan vergi alırlar.
Qeyd: Şəhəri dəyişən oyunçular yeni vergiləri ödəyirlər.
Vergi sxemi aşağıdakı kimidir:
A şəhəri 40% əgər maaş 500 və ya daha çoxdursa
10% əgər maaş 100 və ya daha aşağıdırsa
B şəhəri 10% maaşdan asılı olmayaraq
Müavinət almayan işsiz vətəndaşlar vergi ödəmir
Müavinət alan işsiz vətəndaşlar müvainətin 10%-ni ödəyir.
3. Şəhər Bankirlərinin digər tapşırıqları:
• şəhərin büdcəsinə nəzarət etmək
• dəyişiklik kartlarını almaq üçün Oyun Bankirinə müvafiq məbləğləri ödəmək
• dəyişiklik kartlarını şəhər şurası iclasında vətəndaşların razılaşdırdığı xanaya yapışdırmaq
• şəhərin yaratmağa qərar verdiyi işsizlik fonduna rəhbərlik etmək
• əgər şəhər sosial təhlükəsizlik sistemi yaratmağa razılaşıbsa, işsizlik müavinəti alan şəxslərə ödəniş etmək.
Sistemi qurarkən bankda ən azı 1000 Ems olmalıdır.
• Şəhərdəki dilənçilərə nəzarət etmək və onlar zər atarkən düzgün oynadıqlarını təmin etmək:
6 atmaq = Zibil qutusunda 50 Ems tapmaq.
5 atmaq = 20 boş pivə butulkası toplayıb, əgər şəhərin təkrar emal mərkəzi varsa, depozitlər üçün 50 Ems əldə etmək!
4 atmaq = Növbəti keçən şəxsdən 10 Ems almaq.
3 atmaq = Sərxoş olmaq və növbəti gedişdə yatmaq.
2 atmaq = Parkda yatmaq və oturacağın altında 10 Ems-lik əskinaz tapmaq. Əgər şəhər parkı yeniləyibsə, 20 Ems tapmaq.
1 atmaq = Oğurluğun qurbanı olmaq. Aldıqları növbəti ianəni və ya növbəti gedişdə qazandıqları pulu Şəhər Bankirinə vermək.
Qeyd: əgər onlar parkda və ya zibil qutusunda pul taparlarsa, pulu onlara siz verirsiniz, oğurluğun qurbanı olduqda isə pulu onlardan alırsınız.
Vergi ödənişlərinin qeydiyyatı
Hər dəfə oyunçu “vergi ödənişi” xanasından keçdikdə vergini alın və birinci çevrədə bir seqmentə işarə qoyun. 5 seqment işarələndikdən sonra ilk şəhər şurası iclasını çağırın. Oyun davam edərkən ikinci çevrədəki seqmentləri işarələyin və eyni qayda ilə davam edin.

 

Oyun Bankirinin tapşırıq vərəqi
Oyunun başlanğıcında bütün pul Oyun Bankirindədir. O, aşağıdakıları təmin etməlidir:
1. Oyunun qaydasınca getməsini
• oyunu başladın
• qaydalara əməl olunmasını təmin edin
• bütün şəhər şurası iclaslarında vaxta nəzarət edin. Onlar maksimum 5 dəqiqə davam etməlidir və
• əvvəlcədən necə razılaşdırıldığından asılı olaraq, razılaşdırılmış vaxtda və ya oyunçu razılaşdırılmış sayda turu tamamladıqdan sonra oyunu yekunlaşdırın.
2. Qeydlərin aparılması
• oyunun başlanğıcında hər oyunçunun adını, rəngini və şəhərini qeydə alın
• hər oyunçunun neçə dəfə “başlanğıc və maaş” xanasından keçdiyini qeydə alın
3. Oyunun başlanğıcında və “başlanğıc və maaş” xanasından keçdikdə hər oyunçuya maaş ödəyin. Hansı şəhərdə olmalarından asılı olmayaraq maaş oyunçuların rənginə görə ödənir:
• Göy oyunçular: 500 Ems
• Qırmızı oyunçular: 100 Ems
4. Şəhər Bankirlərindən dəyişiklik kartlarına görə bütün ödənişləri toplayın.

Hesab vərəqi
Oyunçuların adlarını rənglərinə uyğun olaraq qırmızı və ya göy qələmlə yazın. Hesabı qeydə almaq üçün beş sütunlu qapı metodundan istifadə etməyiniz məsləhət görülür. İlk dörd tur bir xətlə qeydə alınır , beşinci turda isə onların üstündən xətt çəkilir. Altıncı turda növbəti beş xətlik dəstə başlayırsınız. Bu üsulla turları asanlıqla hesablaya bilərsiniz. Beləliklə, on ikinci turda görüntü aşağıda göstərildiyi kimi olacaqdır:  

A şəhərinin oyunçuları oyunun əvvəlində
Oyunçunun adı “Başlanğıc” xanasından keçidlərin sayı (20-yə qədər)
   
   
   
   
   
   

 

B şəhərinin oyunçuları oyunun əvvəlində
Oyunçunun adı “Başlanğıc” xanasından keçidlərin sayı (20-yə qədər)