Maneə yoldur.

Zen atalar sözü

Xülasə

Bu məşğələdə kiçik qrup işi, təxəyyül və rəsm çəkmək vasitəsilə gender bərabərliyi və qadınlara qarşı ayrı-seçkilik məsələləri araşdırılır.

Əlaqədar hüquqlar

• Cins və gender əsaslı ayrı-seçkiliyə mərur qalmamaq hüququ
• Evlənmək və ailə qurmaq hüququ
• Qanun qarşısında bərabərlik hüququ

Məqsədlər

• Bərabərliyin norma olduğu gələcək dünyanı təsəvvür etmək
• Ünsiyyət, təxəyyül, kreativlik və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək
• Ədalət və hörməti təbliğ etmək

Materiallar

• Hər kiçik qrup üçün 2 böyük vərəq (A3 ölçüdə) və ya flipçart vərəqi
• Bütün kiçik qruplar üçün kifayət edəcək qədər müxtəlif rəngli markerlər
• Xəritə, yürüyüş xəritəsi və ya fiziki xüsusiyyətləri, məsələn, dağlar, dərələr, çaylar, meşələr, kəndlər, körpülər və digərlərini əks etdirən istənilən növ xəritə

Hazırlıq

• Xəritə və istifadə olunmuş simvollarla tanış olun.

compass-key-date
  • 8 MartBeynəlxalq Qadınlar Günü
  • 3 NoyabrDünya Kişilər Günü

Təlimatlar

1-ci hissə. Problemləri müəyyən etmək və həll yolları üzrə beyin fırtınası aparmaq.
1. İştirakçılardan üç – beş nəfərlik kiçik qruplara ayrılmağı xahiş edin. Hər qrupa vərəq və qələmləri ötürün. Vərəqdə eyni enlilikdə üç şaquli sütun çəkməyi tapşırın.
2. İştirakçılara Bərabərlik Ölkəsində tam şəkildə gender bərabərliyi olduğunu xatırladın. İştirakçılardan bu ölkə ilə bağlı konkret nümunələr üzrə beyin fırtınası aparmağı xahiş
edin. Qrupdan bir nəfər birinci sütunda siyahını qeyd etməlidir.
3. İndi isə iştirakçılardan hazırda həyatın necə olduğu barəsində düşünməyi, 1-ci sütunda qeyd olunmuş hər bir sahəyə toxunmağı və gələcək Bərabərlik Ölkəsinə çatmaq üçün lazımi addımları müzakirə etməyi xahiş edin. İkinci sütunda hər sahənin qarşısında atılmalı addımlar yazılmalıdır.
4. Növbəti olaraq, iştirakçılardan Bərabərlik Ölkəsinə gedən yolda rastlaşacaqları maneələr və onların öhdəsindən necə gələcəkləri barəsində düşünməyi xahiş edin. Bunlar isə üçüncü sütunda qeyd olunmalıdır.

2-ci hissə. Xəritə çəkmək. 40 dəqiqə.
1. Qısa şəkildə, xəritəni nəzərdən keçirdin. Konturların necə çəkildiyini, dağlar və çayların kölgələrinin necə verildiyini, meşələr, quru torpaq, tikililər, elektrik naqilləri və digərləri üçün hansı simvollardan istifadə edildiyini göstərin. 
2. İndi isə digər simvollar fikrini təqdim edin. İştirakçılardan mənəvi idealları təqdim etmək üçün səfərə çıxan şəxsin metaforasından istifadə edən xalq nağılı və ya digər hekayə bilib-bilmədiklərini soruşun. Qaranlıq meşənin şeytan metaforası kimi və ya qırmızı almanın tamahı göstərmək üçün istifadə oluna biləcəyi haqqında danışın. Səyyah
sürətlə axan çay boyu üzərək mənəvi gücünü və ya çətinlikdə olan heyvana kömək etməklə təvazökarlığını nümayiş etdirə bilər.
3. Hər qrupa ikinci böyük kağızı ötürün. Hər qrupdan hazırki və gələcək landşaftları əks etdirən, aralarında yol və ya yollar olan xəritələr çəkməyi xahiş edin. Onlar səyyahın
indidən Bərabərlik ölkəsinə səyahəti zamanı ona kömək edən və ya yolunu çətinləşdirən coğrafi vahidlər və maneələri göstərmək üçün öz simvollarını hazırlamalıdırlar.
4. Hamını ümumi sessiyaya toplayıb xəritələrini bölüşməyi xahiş edin

Təhlil və qiymətləndirməGoto top

Müxtəlif qrupların birgə necə işlədiyi, nəyi təqdim etmək barəsində necə qərar verdiyi və xəritəni necə çəkdiyi barəsində müzakirə ilə başlayın. Bundan sonra, Bərabərlik ölkəsinin əslində necə görünə biləcəyi və ona çatmaq üçün mövcud maneələr barəsində danışın.
• İştirakçılar məşğələdən həzz aldılar? Niyə?
• Doldurulması ən asan və ən çətin sütun hansı oldu? Niyə?
• Bərabərlik ölkəsinin əsas xüsusiyyətləri hansılar oldu?
• Gender bərabərliyi olan cəmiyyət qurmaq üçün nələr dəyişdirilməlidir?
• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ ilə əlaqədar müsbət ayrı-seçkilik siyasətləri gender bərabərliyini təbliğ etmək üçün qısamüddətli tədbirlər kimi əsaslandırıla bilər?
• Əgər öz ölkənizin kişi və qadınlara bərabər imkanların verilməsi üzrə dünya ölkələri arasında yerini müəyyən etsəydiniz, onu 1 – 10 şkalasında necə qiymətləndirərdiniz? 1
bərabərsizliyin ən yüksək həddini göstərir, 10 isə, demək olar ki, ideal bərabərliyi əks etdirir.
• Niyə qadın hüquqlarına diqqət ayırmaq vacibdir?
• Qadınlardan başqa, hansı digər qruplar sizin cəmiyyətinizdə ayrı-seçkiliyə məruz qalır? Bu, özünü necə göstərir? Hansı insan hüquqları pozulur?
• Çətin vəziyyətdə olan qruplara öz hüquqlarını tələb etmələri üçün necə səlahiyyət verilə bilər?
• Bu prosesdə təhsilin rolu nə olmalıdır?
• Bu prosesdə insan hüquqları təhsilinin rolu nə olmalıdır?

Fasilitator üçün məsləhətlərGoto top

İştirakçıların Bərabərlik ölkəsində həyatın necə olacağı barəsində konkret nümunələr irəli sürməsini təmin edin. Qrupun öz nümunələrini təqdim etməsinə çalışın, lakin onlar çətinlik çəkərsə, siz göstərilən fikirləri təklif edə bilərsiniz: parlamentdə qadınların sayı, biznesə rəhbərlik edən qadınların sayı, gəlirdə fərqlər, kişi və qadınların gündəlik iş saatlarının miqdarı, onların asudə vaxtlarını necə keçirdiyi, ev işlərinin bölgüsü, yarım-ştat işçilərin sayı, məişət zorakılığı, məktəbdə və işdə incidilmə, kişi və qadınların KİV-dəki imici.

Simvollara olan ehtiyacı həddən artıq vurğulamayın, çünki bəzi insanlar üçün metaforalar irəli sürmək o qədər də asan deyil. Əgər iştirakçılar fikirlərini hansı çərçivədə təqdim etmək barəsində qərara gələ bilmirlərsə, siz onlara istiqamət vermək üçün təkliflər edə bilərsiniz: bir qadın hüquqşünas olmaq istəyən qadınlara qarşı qərəz çayı üzərindəki təhsil körpüsündən keçir və ya bir kişi körpələr evində işləyib balaca uşaqlara baxaraq məmnunluq mücəvhərini tapır. Əlbəttə, siz öz cəmiyyətinizdəki stereotipləşdirməni əks etdirən nümunələr barəsində düşünməli olacaqsınız.

VariantlarGoto top

Qruplar “lazımsız” materiallardan istifadə edib landşaft modelləri qura bilərlər. Bu hal-da, sizin kiçik qutular, borular, çəlləklər, kağız, daşlar, qaykalar, ip və yun hissələri, kağız sancaqları və s., həmçinin, modelin bünövrəsini qurmaq üçün yapışqan və karta ehtiyacınız olacaqdır.

İndidən gələcəyə doğru xəritə çəkmək metodu iştirakçıların müstəqil surətdə düşünərək və təxəyyülərindən istifadə edərək problemlərə həll yolları tapmasını istədiyiniz əksər məsələlərə tətbiq oluna bilər.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

İndi və gələcəkdə gender bərabərliyi haqqında düşünən iştirakçılar məhşur qadınları “nəzərdən keçirmək” üçün “Vaxt şkalası” məşğələsindəki metoddan istifadə edə bilərlər;
onları gender bərabərliyi anlayışı və təcrübəsinin tarix boyu necə dəyişdiyini araşdırmağa həvəsləndirin. İnternetdə “məhşur qadınların vaxt şkalasını” axtarın.

Alternativ kimi, davamlı inkişaf kontekstində ayrı-seçkilik və mədəni kimlik hüququ məsələlərini araşdırmaq üçün 215-ci səhifədəki “Makah balina ovu” məşğələsini edə bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Məktəbiniz, klubunuz və ya iş yerinizdə gender əsaslı bərabər imkanlar üzrə siyasətləri nəzərdən keçirin, onların necə yerinə yetirildiyini müzakirə edin və qurumunuzu Bərabərlik ölkəsi statusuna çatdırmaq üçün hər hansı dəyişiklik və ya əlavə səylərə ehtiyac olubolmadığını müəyyən edin.
Axtarış motoruna “Bərabərlik demokratiyası üçün arqumentlər” yazıb olduqca praktiki Avropa Qadınlar Lobbisi (EWL) və fəaliyyət təlimatları barədə məlumat tapın. Həmçinin, siyasətdə olan qadınlar barəsində daha çox məlumatı www.iknowpolitics.org saytında tapa bilərsiniz.

Ətraflı məlumatGoto top

Bu məşğələnin əsas anlayışı “Səlahiyyət vermədir”. Bu anlayışı tərcümə etmək, hətta ingilis dilində izah etmək çətindir! “Səlahiyyət vermə” bir çoxlarının “Azad” təhsil adlandırdığı pedaqogikanın həm nəticəsi, həm də vasitəsidir. Oxfam tərəfindən “səlahiyyət vermə” anlayışına belə tərif verilir: Səlahiyyət vermə anlayışı milyonlarla insanı öz cəmiyyətlərində bərabər olmayan əsasda iştirak etməyə məcbur edən və ya onların insan hüquqların pozulması ilə nəticələnən istismar formalarına qarşı görülən tədbirləri əhatə edir.