Bacarığı görün – əlilliyi deyil!

Xülasə

Əlil insanlara qarşı şəfqəti oyandırmaq üçün praktiki məşğələdir. Toxunulan məsələlərə aiddir:
• Əlil insanların cəmiyyətə inteqrasiya olunmaqda üzləşdiyi maneələr
• Əlil insanların hüquqlarının əsas insan hüquqları kimi qəbul olunması

Əlaqədar hüquqlar

• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
• Ləyaqət və hüquqlarda bərabərlik
• Sosial təhlükəsizlik hüququ

Məqsədlər

• Əlil insanların üzləşdiyi gündəlik problemlər barəsində məlumatlılığı artırmaq
• Əlil insanların ehtiyaclarının qarşılanması bacarıqlarını inkişaf etdirmək
• Şəfqət və həmrəyliyi təbliğ etmək

Materiallar

Giriş üçün:
• Hər iştirakçı üçün bir vərəq və qələm
2-ci hissə üçün, hər cütlüyə:
• İçərisində kələm və ya kahı yarpağı, karandaş, təbaşir parçası, yarpaq (istənilən ağacdan), rəngli kağız, istənilən spirtsiz içki butulkası və ya dəmir qutu olan plastik çanta
• Göz bağı
• Bir vərəq və qələm
3-cü hissə üçün, hər cütlüyə:
• 1 rol kartı
• Bir vərəq və qələm
4-cü hissə üçün:
• Hər səkkiz nəfərə bir əlil arabası
• Maneələr qurmaq üçün məkan (İkinci otaqdan istifadə oluna bilər, lakin mütləq deyil. Alternativ kimi, açıq havaya çıxışın olması istifadə oluna bilər)
• Maneələr, məsələn, stollar və stullar, taxta lövhələr, köhnə qəzet yığınları və s.
• Böyük ölçüdə bir kağız və ya lövhə, markerlər
• Saat və ya vaxtölçən

Hazırlıq

• Rol kartları hazırlayın. Bu məşğələ üçün təklif olunan vəziyyətlərdən birini seçin və ya özünüz fikir irəli sürün.
• Əgər mümkünsə, ikinci otağı maneəli yarış üçün əvvəlcədən hazırlayın və ya daha yaxşısı, açıq havaya çıxın və keçməsi daha çətin ərazidə maneələr düzəldin.
• Əgər içəridə maneələr qurursunuzsa, stol və stullardan dar keçidlər qurmaq üçün, döşəmədəki taxta lövhə və köhnə qəzet yığınlarından isə təbii şəkildə keçilməsi çətin ərazini əvəzləmək üçün istifadə edin.

Key Date
  • 3 DekabrBeynəlxalq Əlillər Günü

Təlimatlar

Bu məşğələ dörd hissədən ibarətdir: 1-ci hissə, giriş, 2-ci hissə, gözübağlı gəzinti, 3-cü hissə, işarə ilə göstərmə, 4-cü hissə, əlil arabası ilə maneəli yarış.

1-ci hissə. Giriş (10 dəqiqə)
1. Bu məşğələnin əlilliyin üç növünə həsr olunduğunu izah edin: korluq, karlıq, lallıq və iflic.
2. İştirakçıları bir neçə dəqiqə ərzində əgər əlil olsalar, onlarla necə rəftar olunmasını istədikləri – istəmədikləri – barəsində düşünməyə dəvət edin. Onlara bir neçə əsas sözü
yazmağa imkan verin.
3. İndi isə, iştirakçılardan əgər əlil olsa idilər, ən çox nədən qorxacaqlarını yazmağı xahiş edin.
4. Bu mərhələ bitdikdən sonra iştirakçılardan vərəqlərini üzü aşağı qoymağı və “reallığa addım atmağa” hazırlaşmağı xahiş edin.

2-ci hissə. Gözübağlı gəzinti
1. İştirakçılardan cütlüklərdə birləşməyi xahiş edin. Göz bağlarını paylayın. Hər cütlükdə iştirakçılardan biri əlil insan, digəri isə onun bələdçisi olmalıdır. Partnyorunun təhlükəsizliyini təmin etmək həmişə bələdçinin məsuliyyətindədir. Onlar yalnız təhlükəsizliklə bağlı sadə suallara “bəli” və ya “xeyr” cavabını verə bilərlər.
2. Bələdçilərdən öz partnyorlarını 5 dəqiqəlik gəzintiyə (yuxarı və aşağı pilləkənlər olan, mümkünsə açıq havada) çıxarmağı xahiş edin.
3. Otağa qayıdarkən bələdçilər öz partnyorlarını stula qədər aparmalıdırlar. Lakin stulda onları sürpriz gözləyir! Çanta! Onun içərisində nə var?
4. Kor oyunçular içəridə olanları müəyyən etməlidirlər. Bələdçilər isə onların təxmin etdiklərini yazmalıdırlar.
5. Bundan sonra, “kor” insanların bağları çıxardıb əşyaları görməsinə icazə verin. Partnyorları qısaca öz təcrübələrini nəzərdən keçirib təəccübləndirici məqamları bir-biri ilə bölüşməyə dəvət edin.
6. İştirakçılara roldan çıxmaları üçün bir neçə dəqiqə verin və 3-cü hissəyə keçin.

3-cü hissə. İşarə ilə göstərmə
1. Cütlüklərdəki iştirakçılara yerlərini dəyişməyi tapşırın; bu dəfə bələdçilər əlil insan olub lal (danışa bilmirlər) kimi davranmalı, digərləri isə onların əlil olmayan köməkçiləri
olmalıdır.
2. Hər əlil oyunçuya bir vəziyyət kartı verin. Onlar kartları öz partnyorlarına göstərməməlidirlər. Köməkçilərə vərəq və qələm verin.
3. Lal oyunçuların öz problemlərini köməkçilərinə çatdırmalı olduqlarını izah edin. Onlar danışa, yaza və ya şəkil çəkə bilməzlər. Köməkçilər məsələnin nə olduğunu necə başa düşürlərsə elə yazmalıdırlar.
4. “Lal” oyunçu bacardığı qədər ünsiyyət qurduqdan sonra, rol kartını köməkçisinə göstərməlidir. Cütlükləri öz niyyətləri, problemləri və məyusluqlarını qısaca nəzərdən keçirməyə dəvət edin.

4-cü hissə. Əlil arabaları ilə maneəli yarış
1. İştirakçılara maneəli yolu göstərin. Qalibin dövrəni ən qısa vaxtda tamamlayan şəxs olacağını izah edin. Yolboyu maneələrlə toqquşmağa görə cərimələr var.
2. Nəticələri böyük vərəqdə qeyd edin.
3. Arzulayan hər kəs yarışdıqdan sonra qısa fasilə verin və təhlil və qiymətləndirməyə keçin.

Təhlil və qiymətləndirməGoto top

Ümumi sessiyada aparın. Məşğələnin 2, 3 və 4 saylı hissələrini nəzərdən keçirməklə başlayın, daha sonra, iştirakçıların başlanğıcda nə bildiyini və məşğələ nəticəsində nə
öyrəndiyini müzakirə edin.

1. Gözübağlı gəzinti ilə başlayın: Gözübağlı olan və kömək edən iştirakçıları reaksiyalarını bölüşməyə çağırın:
• Məşğələ ərzində özlərini necə hiss ediblər?
• Ən çətin məqam hansı idi? Nə gülməli idi? Nə qorxuducu idi?
• Etibar etmək və etibarlı olmaq nə qədər çətin idi?

2. Bundan sonra, 2-ci hissəni – işarə ilə göstərməni nəzərdən keçirin:
• Tapşırıq zamanı onların hər biri özünü necə hiss edib?
• Ən çətin məqam hansı idi? Nə gülməli idi? Nə qorxuducu idi?
• İşarə ilə göstərmək və başa düşülməmək məyusedici idi?
• Başa düşməmək məyusedici və ya utandırıcı idi?

3. Növbəti olaraq, əlil arabaları ilə maneəli yarışı nəzərdən keçirin:
• Hərəkət edə bilməyən iştirakçılar özlərini necə hiss ediblər?
• Ən çətin məqam hansı idi? Nə gülməli idi? Nə qorxuducu idi?

4. İndi isə iştirakçıların tapşırığın əvvəlində ifadə etdiyi qorxu və ümidləri nəzərdən keçirin.
Onlardan yazdıqları sözlərə baxmağı xahiş edin.
• Məşğələ zamanı təsdiqlənən qorxular oldu?
• İştirakçılar öz partnyorlarına necə kömək ediblər?
• Alınan kömək necə idi?
• Nə qədər kömək etməyi müəyyən etmək asan idi?

5. İştirakçılar əlil olmaqla bağlı ən çox nədən qorxurlar? Onların qorxuları nəyə əsaslanır? İştirakçılar nə vaxtsa bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil qalmaqdan qorxublar?
6. İştirakçıların məşğələdən öyrəndiyi ən təəccübləndirici məqam nə olub?
7. İştirakçıların kor, lal və ya əlil arabasında olan tanışı var? Onların sosial həyatı necədir? Digər insanlar onlara necə reaksiya verirlər?
8. Ətrafdakı binalarda və küçələrdəki mühitə baxın, onlar “əlil insanlara uyğun” sayıla bilər?
9. Əlil insanların bərabərliyini və ləyaqətini təmin etmək üçün nə edilə bilər və edilməlidir?
10. Əlillik hüquqları insan hüquqları məsələsidir? Ümumdünya İnsan Hüquqları Bəyannaməsindəki (ÜİHB) hansı hüquqlar xüsusilə vacibdir?
11. Əlil insanların bərabərliyi və ləyaqətini təbliğ etmək üçün məktəbiniz, assosiasiyanız və ya yerli gənclər qrupunuz nə edə bilər?

Fasilitator üçün məsləhətlərGoto top

4-cü hissə üçün maneəli yolu çox uzun etməyin. 2-3 dəqiqə kifayətdir, xüsusilə, sizin iki və ya üç əlil arabanız olarsa, çünki iştirakçılar gözləməli olacaq və darıxacaqlar. Əlil arabalarını müvəqqəti ehtiyacı olan insanlara dəstək verən yerli xəstəxana və ya təşkilatdan borc götürə bilərsiniz. Alternativ kimi, iştirakçılarda fiziki qüsur hissini yaratmaq üçün başqa vasitələrdən istifadə edə bilərsiniz. Məsələn, onlar böyük ölçüdə rezin çəkmələri səhv ayaqlarına geyinməlidirlər!

Bu məşğələni necə aparmağınız daha çox qrupdan asılı olacaq. Hər kəsin əlil olmağın necə bir duyğu olduğunu öz reaksiyaları və hisləri vasitəsilə təcrübədən keçirəcəkləri ayrı-ayrı “reallıq simulyasiyalarında” iştirak edəcəklərini başa düşdüyünə əmin olun. Məqsədin kimisə ələ salmaq və ya hədsiz təzyiq və çətinlik altında qoymaq olmadığını izah edin. Onlar “təbii” davranmalı, həddi aşmamalıdırlar. İştirakçılara bəzi anlarda özlərini qəribə və təhlükədə hiss edəcəkləri, lakin onlarla heç bir zərərli və ya təhlükəli hadisənin baş verməyəcəyi barədə xəbərdarlıq edin.

Əgər sizin bütün “reallıq simulyasiyaları”nı etməyə vaxtınız yoxdursa, yalnız birini və ya  ikisini edin. Gözübağlı olmaq bu məşğələdəki təcrübələr arasında şəxsi cəhətdən ən çətin və həssas olanıdır. Buna görə də, əgər yalnız bir tapşırıq edə bilirsinizsə, onu seçin. İştirakçılar yerlərini dəyişib eyni tapşırığı etməklə əlillik təcrübəsini yaşaya bilərlər. Bu halda, müəyyən ediləcək əşyaların ikinci dəstini hazırlamağı unutmayın.

Bu məşğələ ciddi məsələlərə toxunur, lakin bir çox gülməli vəziyyətlərə hazır olmalısınız. Bunlara mane olmayın. Yalnız iştirakçılar təhlükəli nəsə edərsə və ya əlil insanları ələ sa-lan rəylər bildirərsə, müdaxilə edin və fikir bildirin. Bu məsələlərə təhlil və qiymətləndirmə hissəsində göstərilən suallarla toxuna bilərsiniz: nə vaxt insanlar əlil insanları ələ salırlar? Bunu kim və niyə edir? İnsanların əlilliyi ilə bağlı zarafatlar etmək nə vaxt qəbul olunandır? Yaxşı yumor və təhqir arasında sərhədi necə müəyyən edə bilərik?

VariantlarGoto top

Qrupunuzun reallıqlarına daha yaxın olan digər əlillik növlərini, daha görünməz olanlar daxil olmaqla, məsələn, öyrənmək və ya dildə çətinliklər, simulyasiya edə bilərsiniz. Yaşla bağlı əlilliyi də simulyasiya edə bilərsiniz; bu yolla qrupdakı gənclərin yaşlılar və onların lay-iqli həyat şərtləri (olmaması) ilə bağlı məlumatlılığını artıra bilərsiniz.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Əgər uşaqlarla işləyirsinizsə, UHK-nın 23-cü maddəsinə baxa bilərsiniz. Həmin maddədə əlil uşaqların tam və layiqli həyat yaşamaq üçün xüsusi qayğı, təhsil və təlimlə təmin olunmaq hüququ qeyd olunur. İştirakçılardan öz sosial mühitlərində (ailə daxil olmaqla) əlilliyin müəyyən formasından əziyyət çəkən şəxslər barəsində məlumat tapmağı xahiş edə bilərsiniz. İştirakçılar bu şəxslərin hansı xidmətlər və imkanlarla təmin olunduğunu araşdıra bilər. Gənclər qrupu, assosiasiya və ya məktəbinizdə əlilliyi olan uşaqlar var? Onlar digərləri ilə eyni cür yaşaya bilirlər? Belə deyilsə, niyə?

Əgər qrup rol oynamağı xoşlayırsa, əlil insanların iş taparkən üzləşdikləri baryerləri araşdırmaq üçün “Mən işləmək istəyirəm” məşğələsini edə bilərsiniz.

Əgər qrup “gündəlik həyat”da ayrı-seçkiliyin digər formasının problemlərinə - irqi əsaslı ayrı-seçkilik – necə cavab verməyi araşdırmaq istəyirsə, “İrqçiliiyə cavab vermək” məşğələsini edə bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Qrup çətin vəziyyətdə olan hər hansı əhali qrupunu müəyyən edə və onları dəstəkləmək üçün nə edə biləcəklərinə/nə etməli olduqlarına qərar verə bilər. İstiqamət verməsi və fikirlər əldə etmək üçün təlimat vəsaitinin “Hərəkətə Keçmək” bölməsinə baxın. Əlil insan-larla işləyən təşkilatlarla birgə işləmək və əlil insanların özləri tərəfindən müəyyən olunmuş ehtiyaclarından başlamaq vacibdir.

Əlavə məlumatGoto top

Müxtəlif ölkələrdə əlil insanların hüquqlarına qayğı göstərilməsi və onların qorunması səviyyəsi kəskin şəkildə fərqlənir. Bunun əsas səbəbi kimi iqtisadi vəziyyət göstərilir, lakin həqiqətdə bərabərlik və sosial həmrəyliyin digər hər şeydən daha vacib hesab olunması ilə bağlı səbəblər daha önəmlidir. Ölkədən ölkəyə vəziyyət dəyişir. Məsələn, karlar üçün eşitmə yardımları sosial təhlükəsizlik tərəfindən ödənə və ya ödənməyə bilər. Kar insanlar üçün əlavə telekommunikasiya avadanlığı xüsusi şəkildə təqdim oluna və ya olunmaya bilər, eyni zamanda, elektrikli əlil arabasına ehtiyac varsa, bəzən cəmiyyətdəki digər insanlar və ya dövlət onun xərclərini qarşılaya bilər.

Əlil insanlara qarşı ayrı-seçkiliklə bağlı məlumat Əlillik və Əlil insanlara qarşı ayrı-seçkilik hissəsindən tapıla bilər..

Qeyd
Bu məşğələ Ortaq Tale Təşkilatının (Közös Sors, əlil və əlil olmayan insanların sosial inteqrasiyasını təbliğ edən macar QHT-si) Prezidenti, Dr. Monika Madai tərəfindən təklif olunmuşdur. O, beynəlxalq gənclər təlimçisi və anadan gəlmə əlil olan insandır.

 

 

 

 

 

 

 

 

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Rol kartları

1-ci vəziyyət.
Sözlərdən istifadə etmədən, dostunuza zorakılığın şahidi olduğunuzu izah edin. Bir qrup gənc xuliqan parkda sizə hücum edib, çantanızı oğurlayıb və sizi döyüb. Polis məntəqəsinin harada olduğunu soruşun. Danışa, sözləri yaza və ya kağızda şəkil çəkə bilməzsiniz.

2-ci vəziyyət.
Yeməkxanadasınız; məktəbdə və ya Avropa Gənclər mərkəzlərinin birində. Aşpaza veqan olduğunuzdan Spaqetti Bolonez yeyə bilməyəcəyinizi izah edin: siz təkcə əti deyil, istənilən süd məhsulunu yemirsiniz (məs., süd, yumurta və ya pendir) Danışa, sözləri yaza və ya kağızda şəkil çəkə bilməzsiniz.