İştirakçılar bulvar qəzetinin ön səhifəsinin nümunəsini hazırlamaq üçün kiçik qruplarda işləyirlər.

Vaxt: 60 dəqiqə

Hazırlıq

• Sizin hər kiçik qrup üçün A3 ölçüdə bir kağıza və bir neçə flomaster qələmə ehtiyacınız olacaq.

Təlimatlar

    • 1. İştirakçılardan üç və ya dörd nəfərlik kiçik qruplara ayrılmağı xahiş edin. Onlar bulvar qəzetinin ön səhifəsini hazırlayacaqlar: burada uzun məqalələr deyil, böyük başlıqlar olmalıdır!
    • 2. Onlardan etdiklərini və layihədən yaxud məşğələdən nə öyrəndiklərini müzakirə etməyi, güclü və zəif tərəflər barəsində beyin fırtınası aparmağı xahiş edin.
    • 3. Hər kiçik qrup birgə 5 və ya 6 “hekayə” barəsində razılığa gəlməlidir. Onlar hər hekayə üçün başlıq və hekayənin qısa xülasəsini vermək üçün bir neçə cümlə yazmalıdırlar. Bütün hekayəni yazmaq gərəkli deyil. “Foto şəkil” istəyə görədir, lakin yaxşı fikirdir.
    • 4. Ön səhifələri nümayiş etdirin.
    • 5. Təqdimat və müzakirə istəyə görədir.
KOMPASS

Gənclərin iştirakı ilə insan hüquqlarının
təhsili üzrə təlimat vəsaiti