Uşaq Hüquqları Konvensiyası
(Qeyri-rəsmi xülasə)
Uşaq Hüquqları Konvensiyası dünyada 2 dövlət istisna olmaqla, bütün dövlətlər tərəfindən təsdiq olunmuş, dünya səviyyəsində ən geniş qəbul olunmuş insan hüquqları alətidir. Konvensiya uşaqların insan hüquqlarının bütün növlərini – mülki, siyasi, iqtisadi, sosal və mədəni – bir sənəddə birləşdirir. Konvensiya BMT Baş Assambleyası tərəfindən 20 noyabr, 1989-cu il tarixində qəbul olunmuş və 1990-cı ilin sentyabrında qüvvəyə minmişdir.
Konvensiyanın 41 maddəsində 18 yaşdan aşağı hər bir uşağın insan hüquqlarına hörmət olunması və müdafiə edilməsi təsvir edilir.
Maddə 1
18 yaşına çatmamış olan şəxs uşaq sayılır. O hallar istisna təşkil edir ki, milli qanunlara uyğun olaraq yetkinlik yaşı daha erkən yaş çağında nəzərdə tutulur.
Maddə 2
Bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlar heç bir ayrı-seçkiliyə yol verilmədən təmin edilir.
Maddə 3
Uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır.
Maddə 5
Dövlət valideynlər və ya genişləndirilmiş ailənin hüquqlarına, məsuliyyətinə və vəzifələrinə hörmət bəsləməlidir.
Maddə 6
Hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir.
Maddə 7
Uşaq ona ad verilməsi, kim olduğunu bilməsi üçün vətəndaşlıq almaq və valideynləri tərəfindən qayğı görmək hüququna ma-likdir.
Maddə 8
Uşaq ad və vətəndaşlıq hüququna malikdir.
Maddə 9
Uşaq valideynlərindən ayrılmamaq hüququna malikdir, bunun uşağın ən yaxşı mənafeləri naminə labüd olması və məhkəmə prosesi ilə baş verməsi istisna təşkil edir.
Maddə 12
Uşaq özünə təsir edəcək məsələlərlə bağlı öz baxışlarını azad ifadə etmək hüququna malikdir və bu baxışlar nəzərə alınmalıdır.
Maddə 13
Uşaq öz rəylərini ifadə etmək və hər cür informasiya almaq, informasiya və ideyalar vermək hüququna malikdir.
Maddə 14
Uşağın fikir, vicdan və din azadlığına hörmət edilməlidir.
Maddə 15
Uşaq assosiasiyalara daxil olmaq və ya onları yaratmaq hüququna malikdir.
Maddə 16
Heç bir uşaq onun şəxsi həyat, ailə həyatı, mənzilinin toxunulmazlığı və ya yazışma sirri hüququnun həyata keçirilməsinə özbaşınalıqla və ya qanunsuz sürətdə müdaxilə obyekti yaxud onun şərəf və nüfuzuna qanunsuz qəsd edilmək obyekti ola bilməz.
Maddə 17
Dövlət uşaqlar üçün yerli və beynəlxalq mənbələrdən informasiya və materiallar almaq imkanı təmin etməlidir.
Maddə 18
Valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar.
Maddə 19
Dövlət uşağı fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın hər cür formasından qorumaq məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görməlidir.
Maddə 24
Uşaq ən yüksək standartlara müvafiq olan tibbi yardım hüququ-na malikdir, xüsusi diqqət ilkin sağlamlıq, profilaktik səhiyyənin inkişafına verilməlidir.
Maddə 26
Uşaq sosial sığortadan istifadə etmək hüququna malikdir.
Maddə 27
Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir.
Maddə 28
Uşaq təhsil hüququna malikdir, buna görə də dövlətin vəzifəsi pulsuz və icbari ibtidai təhsili təmin etməkdən, hər bir uşağın ala biləcəyi orta təhsil verilməsini həvəsləndirməkdən, bilik əsasında hamının ali təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Məktəb intizamına uşağın hüquqlarının nəzərə alınması və onun ləyaqətinə hörmət bəslənməsi şərti ilə təmin olunmalıdır. Təhsil uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki bacarığının inkişaf etdirilməsi, insan hüquqlarına və əsas azadlıqlara, azad cəmiyyətdə sülh, dostluq, anlaşma, tolerantlıq və bərabərlik içində həyata, ətraf mühitə hörmət tərbiyə edilməsinə yönəldilməlidir.
Maddə 30
Hər bir uşağın öz mədəniyyətindən bəhrələnmək hüququ var.
Maddə 31
Hər bir uşağın istirahət etmək və asudə vaxta malik olmaq, oyunlarda iştirak etmək, mədəni həyatda iştirak etmək və incəsənətlə məşğul olmaq hüququ var.
Maddə 32
Hər bir uşağın iqtisadi istismardan və onun sağlamlığı və inkişafı üçün təhlükə törədən hər hansı işin yerinə yetirilməsindən müdafiə edilmək hüququ var.
Maddə 33
Hər bir uşaq narkotik vasitələrdən qanunsuz istifadə etməkdən qorunmalıdır.
Maddə 34
Uşaq cinsi istismarın və cinsi yola çəkmənin bütün formaları, uşaqlardan fahişəlikdə və ya digər qanunsuz cinsi praktikada, pornoqrafiyada və pornoqrafik materiallarda istifadə edilməsindən müdafiə olunmalıdır.
Maddə 38
İştirakçı dövlətlər silahlı münaqişənin toxunduğu uşaqların müdafiəsini və onlara baxılmasını təmin etmək üçün bütün müm-kün tədbirləri görməlidir.
Maddə 40
Cinayət qanunvericiliyini pozmuş hesab edilən və ya onu poz-maqda təqsirləndirilən hər bir uşaq onun təqsiri qanuna əsasən sübuta yetirilməyincə təqsirsizlik prezumpsiyasına, müdafiəsini həyata keçirərkən hüquqi yardım göstərilməsi, şahid ifadələri verməyə və ya təqsiri boynuna almağa məcbur edilməkdən azad olmaq, uşağın şəxsi həyatına tam hörmət edilməsi, onların yaşı, vəziyyəti və rifahına uyğun olaraq rəftar edilməsi hüququna malikdir. 18 yaşından aşağı uşaqlar tərəfindən törədilən cinayətlərə görə heç bir ölüm cəzası və ya azadlıq imkanları olmadan ömürlük həbs cəzası tətbiq edilmir.
Konvensiyanın və Fakultativ Protokolların tam mətnini YUNİSEF-in vebsaytı (www.unicef.org/crc) kimi internet saytlarından tapa və yükləyə bilərsiniz.
Mənbə: BMT İnsan Hüquqları Mərkəzi və Xalqların İnsan Hüquqları Təhsili Hərəkatı www.pdhre.org

KOMPASS
Gənclərin iştirakı ilə insan hüquqlarının
təhsili üzrə təlimat vəsaiti
- 1-ci Fəsil – İnsan Hüquqları üzrə təhsil və Kompas: ümumi məlumat
- 2-ci Fəsil –İnsan Hüquqları Təhsili üzrə praktiki məşğələlər və metodlar
- 3-cü Fəsil – İnsan Hüquqları uğrunda hərəkətə keçmək
- 4-cü Fəsil – İnsan Hüquqlarını başa düşməkUnderstanding Human Rights
- 5-ci Fəsil – Qlobal İnsan Hüquqları Mövzuları üzrə Ümumi Məlumat
- Əlavələr
- İzahlı lüğət