Təhsil vermək dəyişikliyə inanmaqdır .

Paulo Freire

Xülasə

Bu, aşağıdakılar üzrə kiçik qruplarda və ümumi şəkildə müzakirə məşğələsidir:
• Təhsil nədir, insanların ehtiyaclarını necə qarşılayır və ya qarşılamır
• Qərar vermə proseslərində iştirak

Əlaqədar hüquqlar

• Təhsil, o cümlədən insan hüquqları təhsili hüququ
• Fikir və ifadə azadlığı
• Ölkəsinin idarəçiliyində iştirak etmək hüququ

Məqsədlər

• Təhsil sistemi və onun insanların ehtiyaclarını necə təmin etdiyini öyrənmək
• Məktəb və klub səviyyəsində əməkdaşlıq və demokratik qərar vermə prosesində iştirak bacarıqlarını inkişaf etdirmək
• Ədalət və daxil etməni təbliğ etmək

Materiallar

• 4 nəfərlik kiçik qrupların hər biri üçün bir böyük kağız vərəqi və ya flipçart vərəqi və qələmlər
• İştirakçıların istədikləri halda qeydlər aparmaları üçün əlavə kağız

Hazırlıq

• Hər kiçik qrup üçün materialın surətini çıxardın

compass-key-date
  • 15 oktyabrın daxil olduğu həftəAvropa Yerli Demokratiya Həftəsi

Təlimatlar

Bu məşğələ iki hissədən ibarətdir: 1-ci hissə (35 dəqiqə) insanların nə cür təhsil istədiyi haqqında müzakirədir və 2-ci hissə (60 dəqiqə) gənclərin aldıqları təhsil barəsində öz sözlərini deyə bilməsi üçün demokratik sistemlərin necə qurulması haqqında müzakirədir.

1-ci hissə. Bizim aldığımız təhsil necədir və onun necə olmasını istəyərdiniz? (35 dəqiqə)
1. İnsanların “təhsil” anlayışından nə başa düşdüyünün ümumi qısa müzakirəsi ilə başlayın Təhsilin məktəb və ya kollecdə baş verənlərdən daha artıq olduğunu qeyd edin. Rəsmi, qeyri-rəsmi və formal olmayan təhsilin fərqlərini sadalayın. İştirakçılar təhsil almağın insan hüququ olduğunu bilməlidirlər (ÜİHB 26-cı maddə).
2. Ölkənizdəki məktəb sisteminin müsbət və mənfi cəhətləri haqqında beyin fırtınası aparın və əsas sözləri flipçart kağızında qeyd edin.
3. 3. Qısaca əsas sözləri və təhsil sisteminin belə olmasının səbəblərini flipçartda qeyd olunmuş məsələlərin bəzilərinə, məsələn, kurrikulum, sinif ölçüsü, geyimlə bağlı məktəb qaydaları dərsdən kənar məşğələlərə istinad etməklə nəzərdən keçirin.
4. İştirakçılardan 4 – 5 nəfərlik kiçik qruplara ayrılmağı xahiş edin. Uşaq hüquqları Konvensiyasının (CRC) 28-ci maddəsinin mətnini paylayın. Qruplara təhsil hüququnun dəyərini müəyyən etmək üçün 15 dəqiqə vaxt verin. Məsələn, sizin cəmiyyətinizdə ibtidai təhsil hamı üçün əlverişli və pulsuzdur? Əgər belə deyilsə, kim təcrid olunur və niyə? Hansı nizam-intizam qaydaları var və fərdin ləyaqətinə hörmətlə yanaşılır? Kurrikulum hər kəsin şəxsiyyəti, bacarıq və qabiliyyətini möhkəmləndirir? Məsələn, yaxşı
vətəndaşlar və ya bacarıqlı işçi qüvvə hazırlayarkən əsas diqqət nəyə ayrılır? İnsan hüquqları təhsili əhatə olunub?
5. Ümumi şəkildə toplanın və iştirakçılardan fikirlərini bildirməsini xahiş edin.

2-ci hissə. İnsanların öz fikirlərini bildirməsi üçün demokratik sistemlərin inkişaf etdirilməsi. (60 dəqiqə) 
1. Qrupdan onların aldıqları təhsilin növü haqqında kimin qərar verdiyini soruşun.
2. İştirakçılardan kiçik qruplara qayıdaraq məktəblərində qərarların necə qəbul edildiyini nəzərdən keçirməyi xahiş edin. Məsələn, nəyin tədris olunacağına və hansı
əlavə məşğələlərin təşkil ediləcəyinə kim qərar verir? Məktəb və ya kollec necə idarə olunur? Büdcə və xərclərlə bağlı qərarlar necə qəbul olunur? Siyasətlər necə hazırlanır və razılaşdırılır? Gənclərin öz fikirlərini bildirmək hüququ nə qədərdir?
3. Onlara bildirin ki, təhsil hüququ ilə yanaşı, UHK-nın 12-ci maddəsinə görə, “uşağın ona təsir edən istənilən məsələ ilə bağlı fikir bildirmək hüququ var və onun fikirlərinə lazımi qiymət verilməlidir.”
4. Hər kiçik qrupdan yerli səviyyədə onların təhsili ilə bağlı qərarların qəbul edilməsi üçün demokratik şəkildə seçilmiş qurumun, məsələn, tələbə şurasının olmasının müsbət və mənfi cəhətlərini nəzərdən keçirməyi xahiş edin.
5. Növbəti mərhələ qrupun xüsusiyyətlərindən asılıdır. Əgər məktəbinizdə şura yoxdursa, qruplar necə bir şura istədikləri, onun səlahiyyətləri və onu yaratmağın üsulları barəsində qərar qəbul etmək üçün çalışmalıdırlar. Əgər məktəb və ya kollecdə artıq şura varsa, iştirakçılar onun necə işlədiyini nəzərdən keçirməli və şuranın işini yaxşılaşdırmaq üçün planlar hazırlamalıdırlar. SWOT analizin necə aparıldığını izah edin və qruplara fəaliyyət planı hazırlayıb böyük flipçart vərəqində yazmaları üçün otuz dəqiqə vaxt verin.
6. Ümumi şəkildə toplanın və qruplardan nəticələri bildirməyi xahiş edin.

Təhlil və qiymətləndirməGoto top

Bir çox fikirlər əvvəlki müzakirələrin müxtəlif mərhələlərində artıq bildirilib. Buna baxmayaraq, məşğələni tam şəkildə nəzərdən keçirin, ümumi öyrənmə bəndlərini sadalayın və daha sonra nə ediləcəyini planlaşdırın.
• İştirakçılar məşğələni bəyəniblər? O, faydalı idi? Niyə? Niyə yox?
• Mövcud qərar vermə strukturları niyə belədir? Tarixi presedentlər hansılardır? Keçmişdə strukturlar öz funksiyalarını yerinə yetirirdi? Onlar indiyə uyğundur? Əgər uyğun deyilsə, niyə?
• Niyə qərar vermə strukturları və prosedurları müntəzəm olaraq nəzərdən keçirilməlidir?
• Müxtəlif qrupların fəaliyyət planları necə fərqlənir?
• Onlar vaxt, səylər və pul baxımdan nə qədərə başa gəlir?
• Onlar nə qədər realdır? (Qeyd: böyük planlar qurmaq yaxşıdır, lakin siz məqsədə doğru zamanla addımlar atmalısınız!)
• “Uşağın ona təsir edən istənilən məsələ ilə bağlı fikir bildirmək hüququ var və onun fikirlərinə lazımi qiymət verilməlidir”. Bu, milli təhsil kurrikulumu ilə bağlı reallığı əks etdirən tələbdir? Gənclər necə töhfə verə bilər?
• Sinifdə 12-ci maddəyə nə dərəcədə hörmət olunur? “Fikrinizi bildirmənizə” nə qədər vaxt ayrılmalıdır?
• Bəzi qrupların, məsələn, romaların, təhsil hüquqları tez-tez pozulur. Bu, niyə belədir və onların təhsilə çıxışı necə asanlaşdırıla bilər?
• Məktəbinizdə insan hüquqları təhsili necə çatdırılır? İnsan hüquqları və müxtəlif konvensiyalar haqqında öyrənirsiniz? Məktəbiniz və cəmiyyətinizdə insan hüquqlarınıtəbliğ edən layihələrə cəlb olunmaq imkanınız var?

Fasilitatorlar üçün məsləhətlərGoto top

This activity has been written with reference to schools and colleges with mention of "school or college councils". This should not deter anyone who works in a non-formal setting; the activity is equally relevant to young people in youth clubs and associations who will have a board rather than a council as its governing body. Just adapt the terms you use accordingly.

Bu məşğələ “məktəb və ya kollec şuraları” olan məktəb və kolleclər nəzərə alınmaqla hazırlanmışdır. Bu, formal olmayan şəraitdə çalışan şəxsləri çəkindirməməlidir; məşğələ, həmçinin, idarəetmə orqanı kimi şura deyil, idarə heyəti olan gənclər klubları və assosiasiyalarındakı gənclər üçün istifadə oluna bilər.

Sadəcə istifadə etdiyiniz terminləri müvafiq qaydada uyğunlaşdırın. Uşaq hüquqları Konvensiyasının 12-ci və 28-ci maddələrinə baxın (605-ci səhifə). Əgər 18 yaşından yuxarı gənclərlə işləyirsinizsə, ÜİHB-dəki təhsil hüququna istinad edin (26-cı maddə).

www.coe.int/compass saytında Təhsil haqqında məlumat hissəsində təhsil və insan hüquqları haqqında ümumi məlumat verilib. Rəsmi, qeyri-rəsmi və formal olmayan təhsil haqqında məlumat burada göstərilmişdir. SWOT analizi 370-ci səhifədəki “Hərəkətə keçmək” bölməsində təsvir olunmuş və izah edilmişdir.

Niyə məktəb şurasına malik olmalı?
Məktəb/tələbə şurası onlara birbaşa təsir edən məktəb məsələlərində tələbələrə öz fikirlərini bildirmək imkanı verir. Məktəb şuralarını yaratmaq və onların effektiv şəkildə
işləməsini təmin etmək üçün çoxsaylı yaxşı səbəblər vardır. Eyni arqumentlər gənclər təşkilatlarının idarə heyəti və ya menecment komitələrinə şamil edilə bilər.
Şagirdlər üçün faydalar
• Məktəb şurasında iştirak şagirdlərin təhsil və ya şəxsi inkişafını aşağıdakı səbəblərdən inkişaf etdirir:
• Şuralar vətəndaşlıq bilgisi, siyasi effektivlik və demokratik yanaşmaları inkişaf etdirir.
• Şuralar sosial inam və şəxsi dəyərləri inkişaf etdirir.
• Tələbələr səlahiyyətli şəxslər qarşısında məsələ qaldırmaq bacarığını əldə edir.
• Tələbələr ədalətli və cavabdeh şəkildə qərar qəbul etməyi öyrənir.
• Tələbələr həyatın reallıqlarını öyrənir, məsələn, məhdud büdcə daxilində və ya məsuliyyətsiz qurumlarla necə işləmək.
Praqmatik faydalar
• Demokratik menecment üsulu diktator idarəçilik üsulundan daha effektivdir, çünki şagirdləri daha çox məsuliyyət götürməyə həvəsləndirir.
• Şuralar əməkdaşlığı inkişaf etdirir, enerjini faydalı istiqamətə yönəldir və yadlaşmanı azaldır.
• Şuralar məktəbdəki mühiti inkişaf etdirə bilər: müəllimlərə daha çox etibar olunur; qaydalar daha ədalətli əsasda qəbul edilmiş sayılır.
• Kənardakı sosial və siyasi təzyiqin dərəcəsindən asılı olmayaraq, tələbə şurası tələbələrə işçi heyətin xoş niyyətini və müəyyən dəyərlərə bağlılığını nümayiş etdirmək üçün praktiki vasitədir.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Qrupu bu məşğələdə irəli sürülmüş fikirlər üzərində işləməyə və Təhsil üzrə Hərəkətə keçmək bölməsindən məsləhətləri götürməklə məktəb, kollec və ya klublarında qərarların qəbul edilməsində daha çox iştirak etmək üçün çalışmağa çağırın.

Əgər qrup necə təhsil istədiyi barədə düşünmək istəyirsə, onlar insanların yaşamaq istəyəcəyi şəhərin xüsusiyyətlərindən bəhs edən “İki şəhərin nağılı” masa oyununu bəyənə bilərlər. Əgər iştirakçılar səsvermə ilə bağlı ümumi yanaşmaları nəzərdən keçirmək istəyərsə, “Səs vermək və ya verməmək” məşğələsini edin.

Fəaliyyət üçün fikirlərGoto top

İştirakçılar, milli və ya beynəlxalq səviyyədə, ərazilərindəki digər tələbə şuraları ilə əlaqə saxlayıb onlarla fikir mübadiləsi apara bilərlər.

Əlavə məlumatGoto top

Gənclərin qərar vermə proseslərində iştirak etmək dərəcəsi onların yaşları və qərar verilən məsələdən asılıdır. Faydalı model kimi, Roger Hartın gənclərin iştirakı
nərdivanına baxın, www.freechild.orgİştirak nərdivanı haqqında daha çox məlumat 5-ci fəsildəki Vətəndaşlıq və İştirak bölməsində verilib.

Bir çox ölkələrdə qərar vermə proseslərində birbaşa iştirak imkanları genişlənir, məsələn, Müştərək Büdcə prosesində insanların cəlb olunmasının təsiri siyasi dəyişiklik və ya xərcləmə prioritetlərində birbaşa görünür. Bu, sadəcə məsləhətləşmə tapşırığı deyil, birbaşa və məşvərətçi demokratiyanın təcəssümüdür: http://www.participatorybudgeting.org.uk. Nümunələrdən biri Nyukaslın (Birləşmiş Krallıq) Udesid müştərək büdcə proqramıdır, bu proqram çərçivəsində 2008-ci ilin mayında gənclərin £2.25m Uşaqlar Fondu üçün xidmətlərin alınmasında 20% səsi olmuşdur. Uşaqlar və gənclərin mütəxəssis olduğunu qəbul edərək, layihə Fonddan faydalanacaq şəhər gənclərinə onun necə bölüşdürülməsində fikir bildirmək imkanını təmin etməyi qarşıya məqsəd qoymuşdur.

Avropa Məktəb Tələbə Birliklərinin Təşkilat Bürosu (OBESSU) məktəb tələbə təşkilatlarının Avropadakı çərçivə təşkilatıdır. Bu təşkilatın əsas məqsədləri aşağıdakılardır:
• Avropadakı məktəb şagirdlərinin müxtəlif təhsil qurumları və platformaları haqqında fikirlərini nümayiş etdirmək
• Avropada təhsilin və təhsil demokratiyasının keyfiyyətini və əlverişliliyini dəstəkləmək və inkişaf etdirmək
• Məktəblilər arasında daha geniş səviyyədə həmrəylik, əməkdaşlıq və anlayışı təbliğ etmək üçün Avropada orta məktəblərində şəraiti inkişaf etdirmək
• Avropa ölkələrinin təhsil sistemlərində mövcud ayrı-seçkilik və ədalətsizliyə son qoymaq.

Əlavə məlumat: www.lightontherights.eu

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Uşaqların hüquqları Konvensiyası, 28-ci maddə:
Uşaq təhsil hüququna malikdir. Dövlətin vəzifəsi pulsuz və icbari ibtidai təhsili təmin etməkdən, hər bir uşağın ala biləcəyi orta təhsil verilməsini həvəsləndirməkdən, bilik əsasında hamının ali təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Məktəb intizamı uşağın hüquqlarının nəzərə alınması və onun ləyaqətinə hörmət bəslənməsi şərti ilə təmin olunmalıdır. Təhsil şəxsiyyətin, əqli və fiziki qabiliyyətin maksimum inkişaf etdirilməsinə yönəldilməlidir. Təhsil uşağı azad cəmiyyətdə fəal yaşlı şəxs həyatına hazırlamalı, öz valideynlərinə, mədəni özgünlüyə, dilə və dəyərlərə, başqalarının mədəni ənənələrinə və dəyərlərinə hörmət tərbiyə etməlidir.