(Qeyri-rəsmi xülasə)

İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt (1966) Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948) və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktla (1966) birlikdə İnsan Hüquqları üzrə Beynəlxalq Billi təşkil edir. Pakt Ümumdünya Bəyannaməsinə əsasən, “... qorxu və ehtiyacdan azad insan şəxsiyyəti idealının yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni, həmçinin, mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçirilə biləcəyini” etiraf edir.

Pakt 1976-cı ildə qüvvəyə minmiş və 2012-ci ilin may ayına qədər 160 dövlət tərəfindən təsdiqlənmişdir.


Maddə 1

Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququ, həmçi-nin, öz siyasi statuslarını müəyyənləşdirmək və azad şəkildə sosial-iqtisadi və mədəni inkişaflarını təmin etmək hüququna malikdir.

Maddə 2

Bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir.

Maddə 3

Bu Paktda iştirak edən dövlətlər kişi və qadınların Paktda nəzərdə tutulmuş hüquqlardan bərabər istifadə etmələrini təmin etməyi öhdələrinə götürürlər.

Maddə 4

Hüquqlardan istifadə yalnız bu hüquqların təbiətinə uyğun olduğu qədər və yalnız demokra-tik cəmiyyətin ümumi rifahının yaxşılaşdırılması məqsədilə, qanunla müəyyənləşdirilən dərəcədə məhdudlaşdıra bilər.

Maddə 5

Heç bir şəxs, qrup və ya hökumət bu hüquqları məhv etmək hüququna malik deyil.

Maddə 6

Hər bir şəxs azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququ da daxil olmaqla, əmək hüququna malikdir.

Maddə 7

Hər bir şəxsin ədalətli və müna-sib iş şəraiti hüququ; özlərinin qənaətbəxş yaşayışını təmin edən ədalətli əmək haqqı; eyni dəyərli iş üçün hamının bərabər əmək haqqı alması;təhlükəsiz və sağlam iş şəraiti; hər kəs üçün daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərait imkanı;istirahət və asudə vaxt.

Maddə 8

Hər bir şəxsin həmklarlar ittifaqı yaratmaq və qoşulmaq hüququ, tətil keçirmək hüququ var.

Maddə 9

Sosial sığorta da daxil olmaqla, hər bir şəxsin sosial təminat hüququ var.

Maddə 10

Ailəyə hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. Nikah ona daxil olanların azad razılığı ilə bağlanmalıdır.

Analar xüsusi himayə ilə təmin olunmalıdır. Uşaqlara heç bir ayrı-seçkilik omadan xüsusi himayə və kömək tədbirləri görülməlidir.

Uşaqlar və yeniyetmələr iqtisadi istismardan müda-fiə olunmalıdırlar. Onların əməyinin zərərli və həyatları üçün təhlükəli olan sahələrdə istifadəsi qadağan olunmalıdır. Muzdlu uşaq əməyindən istifadə üçün yaş hədləri müəyyənləşdirilməlidir.

Maddə 11

Hər bir şəxs özünün və ailəsinin kifayət qədər qidalanmasını, geyimini, yaşayış yerini və həyat şəraitinin daimi yaxşılaşmasını əha-tə edən münasib həyat səviyyəsi hüququna malikdir. Hər bir şəxsin aclıqdan azad olmaq hüququ var.

Maddə 12

Hər bir şəxsin fiziki və psixi sağlamlığının ən yüksək sə-viyyəsinə çatmaq hüququna malikdir.

Maddə 13

Hər bir şəxs təhsil hüququna malikdir. İbtidai təhsil ha-mı üçün icbari və pulsuz olmalıdır.

Maddə 14

Hər kəs üçün ibtidai təhsilin icbari və pulsuz olmadığı dövlətlər belə təhsili təmin etmək üçün fəaliyyət planı hazırlamağı öhdəsinə götürür.

Maddə 15

Hər bir şəxs mədəni həyatda iştirak etmək; elmi tərəqqinin nəticələrindən istifadə etmək hüququna malikdir.


Pakta Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi nəzarət edir.

Mənbə: Minnesota İnsan Hüquqları Resurs Mərkəzi, BMT İnsan Hüquqları Mərkəzi altında fəaliyyət göstərir, Beynəlxalq Hüquqlar Billi, Fakt Vərəqi #2. .