Bu elektrik stansiyası kreativ insan enerjisi istehsal edir!

Xülasə

İştirakçılar gündəlik həyatlarında rast gəldikləri zorakılıq halları barəsində beyin fırtınası aparır, daha sonra, onların öhdəsindən gəlmək və problemlərə həll tapmaq üçün kreativ yollar axtarırlar.

Əlaqədar hüquqlar

• Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ
• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
• Şəxsi, ailə həyatı, şəxsi mülk və yazışmalara müdaxilə olunmaması hüququ

Məqsədlər

• Zorakılıq halları və onların səbəblərini müəyyən etmək, həlləri araşdırmaq
• Əməkdaşlıq və komanda işi bacarıqlarını inkişaf etdirmək
• Başqalarına qarşı ədalət və məsuliyyət hislərini aşılamaq
• Elektrik kabeli kimi istifadə olunmaq üçün otağın eninə bərabər uzunluqda möhkəm kəndir və ya ip

Materiallar

• 2 fərqli rəngdə, məsələn, qırmızı və yaşıl, A4 ölçüdə vərəqlər
• Hər kiçik qrup üçün bir marker
• Avadanlıqlar: yüksək səsli zəng və ya fit, kaskalar, ağ palto, kabel kəsici (həqiqi və ya kartdan düzəldilmiş)
• 2 rulon skoç
• 2 otaq (istəyə görə, lakin məsləhət görülür)
• Zənglər, işıqlar və digər xüsusi effektləri idarə etmək üçün köməkçi

Hazırlıq

• Bir otağı “elektrik stansiyası” olmaq üçün hazırlayın. Ortada yer açın. İpi (elektik kabeli sayılan) otaq boyunca çiyin hündürlüyündə çəkin və uclarını yaxşıca bərkidin

compass-key-date
  • 4 NoyabrAvropa İnsan Hüquqları Konvensiyası 1950- ci ilin bu günündə imzalanmışdır.

Instructions

1. İştirakçılara elektrik stansiyasında işləyəcəklərini izah edin. Normal elektrik stansiyaları uran, kömür, qaz, tullantılar, bio-yanacaqlar, günəş, külək və ya dalğadan elektrik istehsal edir. Bu elektrik stansiyası isə zorakılıq aktlarından enerji istehsal edir, buna görə də, potensial olaraq təhlükəlidir, bağlanmalı və ya başqa yanacaqla işləməlidir. Siz (fasilitator) elektrik stansiyasının meneceri, iştirakçılar isə texniklərdir.

1-ci hissə. Zorakılıq aktları barəsində beyin fırtınası
2. İştirakçılardan fərdi qaydada cəld şəkildə “mənim ətrafımdakı zorakılıq” mövzusunda beyin fırtınası aparmağı xahiş edin. Onların terrorizm və ya soyqırım kimi “böyük məsələləri” deyil, gündəlik həyatda məktəbdə, gənclər klublarında, küçədə və ya evlərimizdə rastlaşdığımız zorakılıq aktlarını nəzərdən keçirəcəyini izah edin. 
3. İştirakçıları 3 – 5 nəfərlik kiçik qruplara ayırın və hər qrupa üç vərəq (qırmızı) və marker verin. İştirakçılardan beyin fırtınası etdikləri mövzuları bölüşməyi xahiş edin və hansı zorakılıq formalarının baxılmaq üçün ən vacib olduğu ilə bağlı kollektiv şəkildə razılığa gəlin. Onlar hər vərəqə böyük hərflərlə müvafiq əsas sözlər və çox qısa ifadələri yazmalıdırlar.
4. Vərəqləri toplayın, cəld nəzərdən keçirib təkrarlamaları müəyyən edin. Təkrarları ləğv edin.
5. Növbəti hissəyə hazırlaşarkən iştirakçılara beş dəqiqəlik fasilə verin. Vərəqləri birbirindən 0.5 m aralı olmaqla “elektrik kabelindən” asın. Onları ipə skoçlayın ki, yerlərində
qalsınlar və sürüşməsinlər.

2-ci hissə. Elektrik stansiyasında
6. Hazır olduqda və bütün “zorakılıq formaları” üzrə kağızlar ipə yapışdırıldıqda, qrupa sizin indicə Sağlamlıq və Təhlükəsizlik Məmurundan - əgər “texniklər” başqa yanacaq
tapmazsa - stansiyanın bağlanacağı ilə bağlı bildiriş aldığınızı deyin.
7. “Texnikləri” “elektrik stansiyası”na dəvət edin. Onları 2 komandaya ayırın və onlara çoxlu vərəq (yaşıl), marker və hər birinə bir rulon skoç verin.
8. Elektrik kabeli və zorakılıq aktlarını əks etdirən kağızları göstərin.
9. Elektrik stansiyasının təhlükəli olmasının səbəblərindən birinin zorakılığın verdiyi enerjinin qeyri-bərabər axınla gəlməsi olduğunu izah edin; tez-tez böyük həcmdə enerji gəlir. Bu hal baş verdikdə stansiyanın partlamasının qarşısını almaq üçün kabel kəsilməlidir; lakin kabeli kəsmək olduqca təhlükəli üsuldur və mümkün olduqca, istifadə olunmamalıdır. Böyük həcmdə enerji gəldikdə, həyəcan işıqları yanacaq və zəng səslənəcəkdir. Bu zaman, onlar artıq enerjini çevirmək üçün cəld hərəkət etməlidirlər. Bunu etmək üçün elektrik kabelindəki zorakılıq aktlarını müsbət işlərə çevirməyin yollarını tapmalıdırlar.
10. Bunun əslində necə işlədiyini izah edin: Onlar zəng səsi eşidəcək və həyəcan işıqlarının yandığını görəcəklər. Siz kabelin kəsilməsi mümkün olan hissəsini göstərəcək və oradan asılmış iki vərəqdəki sözləri oxuyacaqsınız. Bundan sonra, iki komandanın zorakılığın iki müxtəlif formasını aradan qaldırmağın yolunu tapmaq üçün maksimum 1 dəqiqə vaxtları olacaq. Onlar öz təkliflərinin hər birini (yaşıl) vərəqdə yazıb, onları ipin sizin kəsməyə hazırlaşdığınız hissəsinə mümkün qədər cəld şəkildə yapışdırmaq üçün yarışmalıdırlar.
11. İndi isə, elektrik stansiyasını yenidən işə salın və yalnız bir və ya iki dəqiqə işləməsinə icazə verin. Köməkçiyə zəngi çalması və işıqları işə salması üçün siqnal verin. Bolt
kəsicisini götürün və kabeli müəyyən hissədən kəsməyə hazırlaşdığınızı nümayiş etdirin. Zorakılığın iki formasını oxuyun və komandaları xilas işinə başlamağa tələsdirin.
12. Bir dəqiqədən sonra, zəngi və işıqları dayandırın, kəsicini kənara qoyun və irəli gəlib “həll vərəqlərində” yazılanları oxuyun. Qısaca təklifləri bütün qrupla müzakirə edin.
Reallığı əks etdirməyən təkliflərə komandalarla birgə dəyişiklik edin və ya onları ləğv edin. “Zorakılığın formaları” üzrə iki vərəqi çıxardın və rahatladığınızı göstərin.
13. Bütün “zorakılıq kağızları” çıxarılıb “həll vərəqləri” ilə əvəzlənənə qədər 11-ci və 12-ci addımları təkrarlayın.
14. Nəhayət, bütün “həll vərəqləri”ni kabeldən çıxarın və divarda zorakılığın müxtəlif ifadə formalarının yanına yapışdırın.

Təhlil və qiymətləndirməGoto top

Təhlili məşğələnin özünü nəzərdən keçirməklə başlayın, daha sonra, hər bir zorakılıq forması və təklif olunan həlləri müzakirə edin:
• İştirakçılar məşğələ vaxtı özlərini necə hiss etdilər? Məşğələni bəyəndilər? Niyə (yox)?
• Hər kəs zorakılığın müxtəlif formalarının vacibliyi ilə razılaşdı?
• Müəyyən olunmuş zorakılıq formalarının səbəbləri nələrdir?
• Təklif olunan həllər və tədbirlər reallığa uyğun idi? Yaxın perspektivdə? Uzaq perspektivdə?
• Bu həlləri icra edərkən insanlar hansı maneələr və ya qarşıdurma ilə üzləşə bilər?
• Gənclər zorakılığın qarşısını alıb sülh alternativlərini müdafiə etmək üçün nə edə bilərlər?
• Zorakılıq hansı insan hüquqlarını pozur?

Tips for facilitatorsGoto top

Qeyd
Bu üsul problemlərin müəyyən edilməsi və həllərin tapılması ilə bağlı istənilən məsələ üçün istifadə oluna bilər.

Siz 1-ci hissə - beyin fırtınası üçün 10 dəqiqə, elektrik stansiyasında iş üçün 60 dəqiqə, təhlil və qiymətləndirmə üçün 20 dəqiqə ayırmalı olacaqsınız.

Əgər iştirakçılar ilkin beyin fırtınası zamanı köməyə ehtiyac duyarsa, onlara insan-lara qarşı zorakılıq aktlarından nümunələr verə bilərsiniz, məsələn, xuliqanlıq, başqa adla çağırma, sarkazm, xoşagəlməz zarafatlar, təhqiramiz telefon zəngləri və mətn mesajları (SMS), şəxsi mülkiyyətə qarşı vandalizm. Eyni zamanda, hər hansı konkret şəxsə qarşı yönəlməmiş zorakılıq hallarından danışa bilərsiniz, məsələn, filmlərdə gördüyümüz və ya mahnılarda eşitdiyimiz zorakılıq.

11-ci addımda komandalar hər bir zorakılıq formasına qarşı iki və ya üç təklif irəli sürməlidirlər, lakin biri də kifayətdir. Həllər reallığa uyğun olmalıdır.

Uğurlu olmaq üçün əsas məsələlərdən biri sizin iş atmosferi yaratmağınız və kabe-lin kəsilməsinin qarşısını almaq üçün tələsmək hissini oyatmanızdır. İnternetdən işləyən maşınların və çalan zənglərin səsini yükləyə bilərsiniz. Menecer kimi siz ağ palto və kas-ka taxa bilərsiniz; əgər mümkünsə, texnikləri də eyni şəkildə geyindirin. Eyni zamanda, məşğələni zirzəmidə su borularının arasında apara bilərsiniz. Əlbəttə, sizdə müəyyən qədər aktyorluq qabiliyyətinin olması məşğələyə əyləncə qata bilər, lakin sizin xüsusi bacarığa ehtiyacınız yoxdur. Sadəcə, məşğələ ardıcıllıqla getməli və turlar arasında müzakirələr qısa çəkməlidir. Ətraflı debat təhlilə saxlanmalıdır.

Əgər iştirakçıların problemlərə həll tapmaq üçün əlavə izahata ehtiyacı varsa, aşağıdakı nümunələri verə bilərsiniz. “Xuliqanlıq” üçün həll məktəblərdə xuliqanlığın formaları barəsində seminarlar təşkil etmək və ya yaşıdlar arasında vasitəçilər hazırlamaq ola bilər. “Televiziyada zorakılıq” üçün həll zorakılıq olan filmlərin axşam 11-dən sonra yayımlanması və ya uşaqlar üçün televizora baxmağa alternativ kimi başqa məşğələlərin təşkili ola bilər.

Qrup balacadırsa, bir “texniki” komanda ilə işləyə bilərsiniz. İki komanda ilə işləməkdə məqsəd eyni problemə müxtəlif yanaşmaları müəyyən etməklə variantları genişləndirməkdir. Eyni zamanda, məşğələnin sürətini artırmaq üçün yarış elementini əlavə edə bilərsiniz. Bunun üçün hər komandaya fərqli rəngdə kağız verin və kimin daha çox həll tapacağını müəyyən edin.

Fasilitator üçün məsləhətlərGoto top

Ayrı-seçkilik və ya gender məsələləri “elektrik stansiyasında” özünü göstərə bilər. Bu məsələlərə toxunulmayıbsa belə, kimlik, ləyaqət və hörmətdə bərabərlik hüququna baxa bilərsiniz. Bunun üçün, 332-ci səhifədəki “Mən kiməm?” məşğələsinə baxın.

Faəliyyət üçün fikirlərGoto top

Bu məşğələdə müəyyən edilmiş problemlərdən birini nəzərdən keçirin. Məsələn, əgər seçilmiş məsələ xuliqanlıqdırsa, qrup öz məktəbində bu mövzuda seminar təşkil etməyi
təklif edə bilər və ya həmin məsələni növbəti məktəb yaxud assosiasiya şurası görüşünün gündəliyinə sala bilər.

Ətraflı məlumatGoto top

“Elektrik stansiyası” Qloqov, Polşada, Uşaqlar və Gənclər üçün Assosiasiyadan (Chance) olan Darius Qrzemniy tərəfindən hazırlanmış məşğələdən götürülmüşdür.