Bir ölçüyə gəlməyən bu dünyada uşaqlar bizi ümumi etikaya dəstəklə bağlı bir araya gətirməyə qadir olan birləşdirici qüvvədir.

Qraça Makel-Mandela

Xülasə

Bu məşğələ brilliant sıralamasından istifadə etməklə Uşaq Hüquqları Konvensiyasını, həmçinin, aşağıdakı mövzuları müzakirə edir:
• Fundamental insan hüquqları və Uşaq Hüquqları Konvensiyası altında xüsusi uşaq hüquqları
• Konvensiya altında vəzifə və məsuliyyətlər
• Hüquqları necə tələb etmək

Əlaqədar hüquqlar

• Uşaqların hüquqları (bütün)
• Ona təsir edəcək bütün məsələlər üzrə azad şəkildə fikirlərini ifadə etmək
• İqtisadi istismardan qorunmaq hüququ
• İstirahət etmək və asudə vaxt keçirmək və öz mədəniyyətindən zövq almaq hüququ

Məqsədlər

•    Uşaq Hüquqları Konvensiyası barədə biliklə təmin etmək
•    Məlumatı tənqidi dəyərləndirmə və onu gündəlik təcrübə ilə əlaqələndirmə bacarığının inkişaf etdirilməsi
•    Məsuliyyət, həmrəylik, ədalət və bərabərlik hislərinin oyadılması

Materiallar
  • Bəyanat kartları – hər kiçik qrup üçün bir dəst
  • Divarda cədvəl hazırlanması üçün böyük kağız vərəq və marker qələmləri
  • Kiçik qrupların müstəqil işləyə bilməsi üçün kifayət edəcək yer
Hazırlıq

•  Uşaq Hüquqları Konvensiyasının qısaldılmış versiyasına istinad edin. Divar cədvəli hazırlamaq üçün böyük kağız vərəqdə maddələri qeyd edin.
• Aşağıda göstərilmiş bəyanat kartlarını nəzərdən keçirin və Uşaq Hüquqları Konvensiyasına istinad edin. Sizin qrupunuzla ən maraqlı müzakirəni hansı maddələrin təşviq edəcəyinə qərar verin. Hansı məsələlərin qrup üzvlərinə ən çox uyğun olduğu və hansıların mübahisəli olacağı barədə düşünün. Uyğun olduğu təqdirdə, digər hüquqları seçin və öz kartlarınızı hazırlayın.
• Hər kiçik qrup üçün bir kart dəsti hazırlayın. Hər bir dəsti qarışmaması üçün zərfə yerləşdirin!

compass-key-date
  • 20 NoyabrBeynəlxalq Uşaqlar Günü

Təlimatlar

1. Uşaq Hüquqları Konvensiyasını nəzərdən keçirməklə başlayın. İnsanlardan bununla bağlı nə bildiklərini soruşun. Divar cədvəlini çəkin və əsas maddələri nəzərdən keçirin.
2. İştirakçılardan 3-4 nəfərdən ibarət kiçik qruplara ayrılmağı xahiş edin. Bəyanat kartları içərisində olan zərfləri paylayın.
3. Brilliant sıralaması prosedurunu izah edin. Hər bir kiçik qrup 9 bəyanatı müzakirə etməli və hər birinin öz həyatlarına nə dərəcədə uyğun olduğu barədə düşünməlidir. Daha sonra, onlar həmin bəyanatları özləri üçün əhəmiyyətli olma dərəcələrinə uyğun ola-raq, brilliant sıralamasında yerləşdirməlidirlər. Onlar ən önəmli bəyanatı stolun üzərinə qoymalıdırlar. Onun aşağısında daha sonra ən önəmli olan 2 bəyanat yanbayan yerləşdirilməlidir. Onların aşağısında isə orta dərəcəli əhəmiyyətə malik 3 bəyanatı yerləşdirməlidirlər. 4-cü sırada 2 kart, 5-ci sırada isə bir kart, onların düşüncəsinə görə ən az əhəmiyyətə malik olan kart yerləşdirilməlidir. Bu üsulla kartlar brilliant formasında yerləşdirilmiş olacaqdır.
4. Qruplara sıralamanı müzakirə etmək və quruluşa qərar vermək üçün 25 dəqiqə vaxt verin.
5. Bütün kiçik qruplar bu mərhələni tamamladıqda, insanlara otaq boyunca gəzib digər qrupların necə sıraladıqlarını görməyə icazə verin. Daha sonra, hər kəsi təhlil üçün ple-nar iclasa dəvət edin.

Təhlil və qiymətləndirməGoto top

Hər bir qrupu növbə ilə öz müzakirələrinin nəticələrini təqdim etməyə dəvət etməklə başlayın. Daha sonra, iştirakçıların məşğələni necə keçirdikləri və nə öyrəndikləri barədə məlumat almaqla davam edin.
•    Bu müxtəlif qrupların brilliantları necə müqayisə olunur? Eyniliklər və fərqlər nələrdir?
•    Nə üçün müxtəlif insanların müxtəlif prioritetləri var?
•    İnsanlar cəmiyyətdə bir hüququn digərindən daha önəmli olduğunu deyə bilər, lakin bir hüququn özü-özlüyündə digərinə nisbətən daha əhəmiyyətli olduğunu demək düzgün deyil. Nəyə görə?
•    Digərlərinə qulaq asdıqdan sonra hər hansı bir qrup kartların sıralanması ilə bağlı verdikləri qərarları yenidən nəzərdən keçirmək istəyir? Hansı arqumentlər ən inandırıcı idi?
•    Ümumilikdə, hansı hüquqlara sizin cəmiyyətdə hörmət olunmur və nəyə görə?
•    Konvensiyada olmayan və sizin oraya əlavə edilməli olduğunu düşündüyünüz hüquqlar var?
•    Nəyə görə uşaqların özünün Konvensiyası olmalıdır?
•    Əgər uşaqların öz Konvensiyası olmalıdırsa, o halda, 18-30 yaşlı gənclərin də Konvensiyası olmalı deyil? Əgər olmalıdırsa, gənclər üçün bu Konvensiya hansı xüsusi hüquqları özündə birləşdirməlidir?
•    Uşaq Hüquqları Konvensiyasında uşaqların hüquqlarının olması önəmlidir, lakin reallıqda uşaqlar bu hüquqları nə dərəcədə tələb edə bilir?
•    Uşaqlar öz hüquqlarını necə tələb edə bilər?
•    Əgər demokratik prosesdə iştirak insanlar üçün öz hüquqlarını tələb etməyin bir yolu-dursa, iştirakçılar indi öz evlərində, məktəblərində və ya klublarında “öz hüquqlarını tələb etməyə” başlamaq üçün nə edə bilər? Qrupdakı gənc insanlara xüsusilə uyğun olan hüquqlar hansılardır?
•    Gəncləri ictimai yerlərdən uzaq tutmaq üçün hazırlanmış “ağcaqanad” cihazından sizin şəhərinizdə də istifadə edilir? Bu, gənclərin hansı hüquqlarını pozur?
•    Sizin cəmiyyətinizdə uşaqlar öz hüquqlarının ciddi şəkildə pozulduğunu gördükdə kimə müraciət edə bilər?

Fasilitator üçün məsləhətlərGoto top

“Vəsaitdən necə istifadə etmək” bölməsində brilliant sıralaması barədə daha çox məlumat əldə edə bilərsiniz. Qruplara kartları yerləşdirməyin yanlış və ya doğru yolu olmadığını bildirin. Onlar müxtəlif insanların müxtəlif təcrübəyə malik olduğunu başa düşməlidir, buna görə də, insanların müxtəlif prioritetləri var və buna hörmətlə yanaşılmalıdır. Buna baxmayaraq, onlar öz kiçik qrupları daxilində sıralama qaydası ilə bağlı konsensus əldə etməyə çalışmalıdır. Hər şeydən öncə, real həyatda məsələlər prioritetləşdirilməli və qərarlar hər kəsin marağı çərçivəsində verilməlidir!

İştirakçılar üçün təlimatlarda və qiymətləndirmə hissəsində iştirakçıların prioritetləşdirmənin hüquqların insanların həyatlarına uyğunluğuna əsasən aparıldığını anladığından əmin olun. Hüquqların vacibliyinin prioritetləşdirilməsi barədə danışmaq bu halda mənasızdır. İnsan hüquqları vahiddir və buna görə də, təhsil hüququnun nitq azadlığından daha vacib olduğunu bildirmək düzgün deyil. Lakin bizim cəmiyyətimizdə azad KİV olmasına baxmayaraq, heç bir məktəb olmadığı üçün təhsil hüququnun daha vacib olduğunu demək düzgündür.

VariantlarGoto top

Sıralama üçün 9 bəyanat vermək əvəzinə, siz 8 bəyanat paylaya və hər qrup üçün bir kart vərəqəsi verib doqquzuncu bəyanatı özlərinin müəyyənləşdirməsini xahiş edə bilərsiniz.

Bəyanat kartlarını papağın içinə qoyun və insanlara növbə ilə birini çıxarmağı və onun haqqında bir dəqiqə ərzində danışmağı xahiş edin. Bu metodla bağlı məlumat əldə etmək üçün “Bircə dəqiqə” məşğələsinə baxın.

Kiçik qruplardan seçilmiş məqalələrlə bağlı kiçik hekayə yazmağı və ya kiçik rol oyunu təqdim etməyi xahiş edin. Alternativ olaraq, hekayələr/rol oyunları KİV-də yer alan hadisələrlə bağlı ola bilər: fil və ya teatrda gördükləri və ya kitab və ya jurnalda oxuduqları bir məsələ. Rol oyunları iştirakçıların hadisə ilə başlayıb, daha sonra, həll yollarını və ya xüsusilə hadisənin və ya ümumilikdə hüquq pozuntusunun yenidən baş verməsinin qarşısının alınması yollarını improvizə etməsi ilə inkişaf etdirilə bilər.

Suggestions for follow-upGoto top

Qrup qarşısında çıxış etmək üçün hakim, vəsatətçi, dövlət vəkili, uşaqlara yardım qay-nar xəttinin rəhbəri, uşaq psixoloqu və ya ombudsmanın ofisindən nümayəndə kimi Uşaq Hüquqları Konvensiyası ilə tanış olan bir nəfəri dəvət edin. Çıxışdan öncə, məsələn, uşaqların sui-istifadəsi, cinsi istismar, laqeydlik və zorakılıq kimi uşaqların insan hüquqlarından sui-istifadə halları barədə beyin fırtınası həyata keçirin. Natiqdən valideynlər, polis, yardım qay-nar xətləri, sosial işçilər kimi yerli cəmiyyətdə qayğı və məsuliyyət vəzifəsi daşıyan insan-lar barədə soruşun. Eyni zamanda, hüquq pozuntusunun şahid olduqda, xüsusilə əgər bu qonşunun öz övladı ilə pis davranışı kimi vacib bir məsələdirsə, nə etməli olduğunuz barədə məsləhət alın. Bu cür məsələlər qayğı, narahatlıq və ehtiyyatla həll olunmalıdır.

Qrupa aid olan bir məsələni seçin və bu mövzunu müzakirə etməyi və öz hüquqlarının necə pozulduğu barədə daha aydın araşdırma aparmağı xahiş edin. Onlar daha da irəli gedə və debatapediyada debatda iştirak edə bilərlər. Təklif olunan mövzular bunlardır: uşaq əməyinin qarşısını almaq üçün sanksiyaların tətbiq olunması, uşaq öz bioloji valideynlərini tanımaq hüququna malikdir?, məktəblərdə kondomlar, məktəblərdə şagirdlərin mobil telefon istifadəsi, səsvermə yaşı aşağı salınmalıdır?, spirtli içki içmək yaşının aşağı salınması. http://debatepedia.idebate.org/en/index.php/Category:Youth ünvanında bu və digər mövzuların debatı ilə tanış ola bilərsiniz.

Avropa Şurasının gənclərlə bağlı fəaliyyəti haqqında daha çox məlumat əldə edin; axtarış motorunuzda “Uşaqlar üçün və uşaqlarla birlikdə Avropa qurmaq” axtarışa verin. “Nərdivanda” məşğələsi vasitəsilə gənclərin iştirakı ilə bağlı müxtəlif məsələlərə nəzər salın. Uşaqlar və gənclər adətən ayrı-seçkiliyə məruz qaldıqlarını düşünür. Qrup ayrı-seçkiliklə bağlı məsələləri nəzərdən keçirmək istədiyi təqdirdə, “Hər kəs Fərqli - Hər kəs Bərabər” məşğələsini həyata keçirə bilər.

Fəaliyyətlə bağlı fikirlərGoto top

Əgər siz məktəbdə işləyirsinizsə, şagirdlərlə birgə məktəbin idarəetmə siyasəti və kur-rikulumunun Uşaq Hüquqları Konvensiyası ilə bağlı vəzifə və məsuliyyətləri nə dərəcədə qarşıladığını anlaya bilmək üçün onu nəzərdən keçirin. Məsələn, o, uşağı şəxsiyyəti, istedadları və bacarıqlarının inkişafına yönəlmiş təhsillə təmin edir və ya imtahanlar üçün əzbərləmə üsuluna yönəlir? Şagirdlər onlara təsir edəcək bütün mövzularla bağlı öz fikirlərini azad şəkildə ifadə etmək hüququna malikdir? Şagirdlərin fikirlərinə önəm verilir? Başqa sözlə, məktəb şurası var və o, nə dərəcədə effektivdir? Məktəb nizam-intizamına uşağın ləyaqətinə uyğun şəkildə nəzarət olunur? Məktəb irqçi hadisələrlə və ayrı-seçkiliklə necə mübarizə aparır? İnkişaf üçün hansı imkanların olduğunu və məsələləri həll etmək üçün hansı addımların atıla biləcəyini və atılmalı olduğunu müzakirə edin. “Hərəkətə keçmək” bölməsinə baxın və layihə planlaşdırın. Məsələlərlə bağlı tələsməyin, xüsusilə əgər müəllimlər onların gücünü əllərindən aldığınızı düşünüb sizdən inciyə bilərlərsə, işi müəllimləri məyus edəcək şəkildə qurmayın. 

Əgər gənclər klubu və ya təşkilatında işləyirsinizsə, üzvləri idarəetmə siyasəti və iştirak imkanları ilə bağlı məsələlərə nəzər salmağa dəvət edin. http://debatepedia.idebate.org ünvanında (kateqoriya: gənclər) debatlara qoşulun.

Əlavə məlumatGoto top

“Əgər 16 yaşlılar sizin nizamladığınız sənayelərin çirkləndirdiyi suları içmək üçün kifayət qədər böyükdürsə, əgər 16 yaşlılar hökumətin tikdiyi zibil yandırmaq üçün yerlər tərəfindən çirkləndirilmiş hava ilə nəfəs almaq üçün kifayət qədər böyükdürsə, əgər 16 yaşlılar dəhşətli narkotik və cinayət siyasətləri nəticəsində təhlükəli olan küçələrdə gəzmək üçün kifayət qədər böyükdürsə, əgər 16 yaşlılar dünyanın ən varlı ölkəsində yoxsul-luq şəraitində yaşamaq üçün kifayət qədər böyükdürsə, əgər 16 yaşlılar dünyanın ən pis səhiyyə sisteminə malik ölkədə xəstələnmək üçün kifayət qədər böyükdürsə və əgər 16 yaşlılar sizin maliyyələşdirmədiyiniz rayonlarda məktəbə getmək üçün kifayət qədər böyükdürsə, o halda, siz onlara bu vəziyyətləri yaxşılaşdırmaqda rol oynamağa icazə verməlisiniz".

Rebeka Tilsen, 14, 1991-ci ildə Minnesota Palatasının alt komitəsinə səsvermə yaşının aşağıya salınması ilə bağlı əsaslandırma.

Konvensiyanın tam mətni, illik əsasda dərc olunan və dünya uşaqlarının vəziyyəti barədə məlumatı əhatə edən müvafiq YUNİSEF sənədləri və uşaq hüquqları ilə bağlı digər kitab və nəşrlər üçün 5-ci Fəsilin Uşaqlar bölməsində istinadlar hissəsinə nəzər salın.

Avropa Şurasının Parlament Assambleyası akustik “gənclərin yayılması” (ağcaqanad) cihazlarının qadağası üçün müraciət etmişdir. 2010-cu ilin iyun ayında keçirilmiş görüşdə Assambleya 20 yaşdan aşağı hər kəs tərəfindən eşidilən, lakin 25 yaşdan yuxarı çox az insan tərəfindən eşidilən güclü səs siqnalı verən, gənclərin boş-boş gəzməyinin qarşısını almaq üçün istifadə olunan Ağcaqanad “gənclərin yayılması” cihazı kimi bütün akustik ci-hazlara qadağa qoymuşdur. Avropa Şurasının bütün üzv dövlətlərini bir araya gətirən Assambleyanın yekdilliklə qəbul etdiyi tövsiyədə deyilirdi ki, bu “çox incidici” cihaz gənclərə qarşı ayrı-seçkilik edir və onlara “istənilməyən quşlar və ya heyvanlar” kimi yanaşılır. Bu cihaz, həmçinin, şəxsi həyat hüququ və toplaşma azadlığı kimi insan hüquqlarını poza bilər və “akustik ağrı” yaratdığına görə alçaldıcı münasibət göstərə bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Bəyanat kartları

Aşağıdakı maddələrin nüxsələrini çıxarın və bəyanat kartları hazırlamaq üçün kəsin.

Uşaq özü ilə bağlı hər hansı məsələlərin həlli zamanı öz baxışlarını azad ifadə etmək hüququna malikdir və uşağın bu baxışlarına diqqət yetirilməlidir. Uşaq ifadə azadlığı hüququna malikdir.

Uşağın fikir, vicdan və din azadlığına hörmət edilməlidir. Uşaq assosiasiya və dinc toplaşmaq azadlığı hüququna malikdir.

Heç bir uşaq onun şəxsi həyat, ailə həyatı, mənzilin toxunulmazlığı və ya yazışma sirri hüququnun həyata keçirilməsinə özbaşınalıqla və ya qanunsuz sürətdə müdaxilə obyekti ola bilməz. Uşaq onun şərəf və nüfuzuna qanunsuz qəsd edilməkdən qorunmalıdır.

Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyır.

Dövlət ibtidai təhsili pulsuz və icbari etməli və hamıya ibtidai təhsil almaq imkanı təmin etməlidir. Məktəb intizamına uşağın ləyaqətinə hörmət bəslənməsi şərti ilə təmin olunmalıdır. Təhsil şəxsiyyətin, əqli və fiziki qabiliyyətin maksimum inkişaf etdirilməsinə, insan hüquqlarına və əsas azadlıqlara hörmətin tərbiyə olunmasına, uşağın azad cəmiyyətdə anlaşma, sülh, dözümlülük, dostluq ruhunda şüurlu həyata hazırlanmasına və ətraf mühitə hörmətin tərbiyə edilməsinə yönəldilməlidir.

Uşaq istirahət etmək və asudə vaxta malik olmaq, mədəni və yaradıcılıq həyatında hərtərəfli iştirak etmək hüququna malikdir.

Uşaq iqtisadi istismardan və onun sağlamlığı və inkişafı üçün təhlükə törədən hər hansı işin yerinə yetirilməsindən müdafiə edilmək hüququna malikdir. Uşaq cinsi istismarın və cinsi cəhətdən pis yola salınmağın bütün formalarından, uşaqlardan fahişəlikdə və ya digər qanunsuz cinsi praktikada, pornoqrafiyada və pornoqrafik materiallarda istifadə edilməsindən qorunmaq hüququna malikdir.

Dövlət silahlı münaqişələrin qurbanı olmuş uşağı qorumaq və kömək etmək üçün bütün lazımi tədbirləri görməlidir.

Cinayət qanunvericiliyini pozmuş hesab edilən hər bir uşaq onun təqsiri qanuna əsasən sübuta yetirilməyincəyə qədər təqsirsizlik prezumpsiyasına malik olmalı, müdafiəsini həyata keçirərkən hüquqi yardım göstərilməli, şahid ifadələri verməyə və ya təqsiri boynuna almağa məcbur edilməməli, uşağın şəxsi həyatına tam hörmət edilməli və uşaqla onun yaşına, vəziyyətinə və onun rifahına uyğun rəftar təmin edilməlidir. 18 yaşdan aşağı uşaqlar tərəfindən törədilmiş cinayətlərə görə nə ölüm cəzası, nə də azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbs cəzası tətbiq edilməməlidir.