(Qeyri-rəsmi xülasə)

1-ci Maddə məcburi itkin düşməni qadağan edir; müharibə vəziyyəti və ya müharibə təhlükəsi, daxili siyasi qeyri-sabitlik və ya ictimai fövqəladə hallar kimi heç bir istina xarakteri daşıyan vəziyyət məcburi itkin düşməyə bəraət kimi qəbul edilə bilməz.

Konvensiyanın 2-ci maddəsində “məcburi itkin düşmədövlətin agentləri və ya insanlar və ya insanlar qrupu tərəfindən dövlətin icazəsi, dəstəyi və ya razılığı ilə azadlıqdan məhrumetmə, həbs, oğurluq və ya məhrumetmənin digər hər hansı bir forması, bunun ardınca isə itkin düşmüş şəxsin azadlıqdan məhrum edilməsinin danılması və ya onun taleyinin və ya yerinin gizli saxlanılması və bununla da, həmin insanın qanunla müdafiəsinin qarşısının alınması kimi izah olunur.

Məcburi itkin düşmənin geniş yayılmış və ya sistemli şəkildə tətbiq olunması 6-cı maddədə insanlığa qarşı cinayət kimi müəyyən edilir.

Konvensiyanın tərəfləri, həmçinin, aşağıdakılar üzrə öhdəlik götürür:

• məcburi itkin düşmə aktlarını araşdırmaq və cavabdehləri ədalət qarşısına çıxarmaq;
• məcburi itkin düşmənin cinayət qanunu altında cinayət kimi qəbul olunduğunu təmin etmək;
• cinayətkar olduğu iddia edilən şəxs öz ərazisində olduqda, hətta bir vətəndaş və ya rezident olmadıqda belə, məcburi itkin düşmə ilə əlaqədar yurisdiksiya təsis etmək;
• cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsi və ya təhvil verilməsini təmin etmək və məcburi itkin düşmə qurbanlarına yardım etmək və ya qalıqlarını tapmaq və geri qaytarmaq məqsədilə başqa dövlətlərlə əməkdaşlıq etmək;
• azadlıqdan məhrumetmə məsələsinə məhkəmədə baxılması hüququ da daxil olmaqla, azadlıqdan məhrum etmə ilə bağlı minimum hüquqi normalara hörmət etmək;
• həbsdə olanların siyahısını hazırlamaq və onun həmin şəxslərin qohumları və vəkilləri tərəfindən yoxlanılmasına icazə vermək;
• məcburi itkin düşmə qurbanlarının və ya bundan birbaşa təsirlənmiş şəxslərin təzminat və kompensasiya almaq hüququna malik olmasını təmin etmək. (Maddə 24. 4)
• təzminat almaq hüququ maddi məsələləri və təhlükələri və lazım olduğu yerlərdə, məsələn, a) Restitusiya b) Reabilitasiya c) məmnunluq, eləcə də ləyaqətin bərpası və təzminat d) Eyni halın təkrar edilməyəcəyinin təmin edilməsi - kimi təzminat formalarını əhatə edir. (Maddə 24. 5)

Konvensiya onun tərəfləri tərəfindən seçilmiş Məcburi İtkin Düşmə üzrə Komitə tərəfindən idarə olunacaqdır. Tərəflər, Konvensiya üzrə öhdəlik götürdükləri gündən iki il ərzində Komitəyə onun icra edilməsi üzrə hansı addımları atdıqları barədə hesabat təqdim etmək öhdəliyi daşıyır.

Konvensiya tərəflərin itkin düşmüş şəxsin yerinin müəyyən edilməsində yardım göstərilməsi üçün Komitəyə müraciət edə biləcəyi qeyri-məcburi şikayət sistemini əhatə edir. Tərəflər istənilən vaxt bu sistemə qoşula bilərlər, lakin ancaq imza əsasında imtina edə bilərlər.

Mənbə: Wikipedia, 25 May 2012-ci il.