Bu məşğələ əməkdaşlıq yolu ilə problemlərə birgə həll yollarının tapılmasını təmsil edir.

Instructions

1. İştirakçılardan 6-8 nəfərlik kiçik qruplara ayrılmağı xahiş edin.

2. Hər kəsdən dövrədə çiyin-çiyinə dayanıb qollarını qabağa doğru uzatmağı xahiş edin.

3. İndi onlar irəliyə doğru uzanıb bir-birlərinin əllərini tuta bilməlidirlər. Şərtlər bunlardır: a) heç bir iki şəxs bir-birlərinin hər iki əlini tuta bilməzlər və b) heç kim birbaşa öz yanındakı şəxsin əlini tutmamalıdır. (Nəticə əllərdən ibarət böyük düyün kimi görünməlidir!)

4. İndi isə, iştirakçılardan bir-birlərinin əllərini buraxmadan düyünü açmağı xahiş edin.

Fasilitator üçün məsləhətlərGoto top

İştirakçılar bir-birlərinin qollarının üstündən və altından keçməli olacaqlar. Bunun üçün bir az səbr lazımdır, lakin təəccübləndirici nəticə bir və ya iki böyük dövrə olacaqdır.

Bu məşğələ enerjini qaldırmaq üçün əyləncəli oyun kimi də istifadə oluna bilər. Əgər istəyirsinizsə, iştirakçılardan ilk dəfə düyünü düzəldərkən özlərini necə hiss etdiklərini soruşa bilərsiniz: Düyünü açmaq ağılsız və ya ümidsiz tapşırıq kimi görünürdü? Tapşırığı tamamladıqdan sonra nəticə onları təəccübləndirdi? Mahatma Qandinin sözlərini iştirakçılara xatırladaraq davam edə bilərsiniz, “etdiklərimiz və etmək iqtidarında olduqlarımız arasındakı fərq dünyanın əksər problemlərini həll etməyə kifayət edər“.