Terrorizm heç vaxt qəbul oluna bilməz.
Biz onunla birgə mübarizə aparmalı və bizim qanunun aliliyinə və insan hüquqlarına hörmətimizi tam şəkildə əks etdirən və ya digərləri tərəfindən bəhanə kimi istifadə olunmayan metodlardan istifadə etməliyik.

Anna Lind

Xülasə

İştirakçılar konkret nümunələr üzrə araşdırmalardan istifadə edərək hadisəni nəyin terror aktına çevirdiyini müzakirə edir və terrorizmin tərifini formalaşdırırlar.

Əlaqədar hüquqlar

• Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ
• İşgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüququ
• Sülh şəraitində yaşamaq hüququ

Məqsədlər

• Terrorizmin səbəbləri və onlara qarşı mübarizə üsullarının başa düşülməsini dərinləşdirmək
• Məlumatı təhlil etmək və tənqidi düşünmək bacarıqlarını inkişaf etdirmək
• Öyrədici yanaşmanı və müstəqil düşüncəni təşviq etmək

Materiallar

• Nümunə kartları
• “Nəzərə alınmalı məqamlar” materialı
• Hər kiçik qrup üçün bir A4 vərəqi və qələm
• Flipçart və markerlər

Hazırlıq

• Nümunə kartlarının surətini çıxardın və kəsin. Hər qrup üçün bir dəst hazırlamalısınız.
• Hər qrup üçün “nəzərə alınmalı məqamlar” materialının surətini çıxardın.

compass-key-date
  • 21 MayDünya Anti-terrorizm Günü

Instructions

1. Qrupdan “terrorizm” sözündən nə başa düşdüklərini soruşun. Bir neçə fikir ətrafında beyin fırtınası aparın və hər kəsin işçi tərif verə bildiyini yoxlayın. İstənilən təklifi flipçartda yazın.
2. İştirakçılara terrorizmə qarşı çoxsaylı beynəlxalq müqavilələr olsa da, onların heç birində “terrorizm” anlayışının tam tərifinin verilmədiyini bildirin! Bunun səbəblərindən biri adətən BMT üzvü olan dövlətlərin davam etməkdə olan münaqişələrlə bağlı fərqli yanaşmalar nümayiş etdirməsi və müəyyən aktları “terrorçu” adlandırıb-adlandırmamaqla bağlı müxtəlif maraqlarının olmasıdır.
3. Üzv olmayan dövlətlər, məsələn, sizin iştirakçılar qrupu tərəfindən tərif verilməsi üçün nələrə ehtiyac olduğunu müzakirə edin. İştirakçılara bu məşğələnin köməyi ilə sessiyanın sonunda terrorizmə öz təriflərini verəcəklərini izah edin.
4. İştirakçıları 4-5 nəfərlik qruplara ayırın və hər kiçik qrupa nümunə kartları dəstini və vərəq verin. Onlardan ardıcıllıqla hər bəyanatı müzakirə etməyi və səbəblərini göstərməklə nümunənin niyə terror aktı sayılıb-sayılmadığına qərar verməyi xahiş edin.
5. Təqribən 20 dəqiqə sonra qrupları yenidən bir araya toplayın və nəticələri dinləyin. Nümunələrdən bəzilərinin terror aktı sayılmamasının əsas səbəblərini qeyd etməyə çalışın.
6. Qruplar arasındakı istənilən fərqləri müzakirə edin və hər tərəfə öz qərarını izah etmək imkanı verin. İştirakçılardan hansı nümunələrlə bağlı mühakimə yürütməyin ən çətin olduğunu soruşun.
7. İştirakçılardan yenidən kiçik qruplara ayrılıb əvvəlki qərarlarını və müzakirələr zamanı ortaya çıxan istənilən fikirləri nəzərə alaraq, terrorizmə öz təriflərini formalaşdırmağı xahiş edin.
8. 10–15 dəqiqə sonra qruplardan öz təkliflərini təqdim etməyi xahiş edin. Bundan sonra,təhlil və qiymətləndirməyə keçin.

Təhlil və qiymətləndirməGoto top

• “Terrorizm”-ə tərif vermək təsəvvür etdiyinizdən daha çətin yoxsa asan idi? Niyə?
• Göstərilən nümunələrin reallığı əks etdirdiyini hiss etdiniz: kimsə nümunələrdən istənilən birinin real hadisələrlə bağlı olduğunu “müəyyən etdi”? Hansı hadisələrdən söhbət gedir? Bu hal sizin mühakimənizə təsir etdi?
• Sizin fikrinizcə, BMT üzvü dövlətlərin təriflə bağlı razılığa gəlməsi niyə bu qədər çətindir?
• Terror aktları hansı xüsusiyyətlərinə görə müharibə aktlarından fərqlənirlər (əgər fərqlənirlərsə)? Sizin fikrinizcə, onlardan biri digəri ilə müqayisədə daha əsaslandırılmışdır?
• Sizin fikrinizcə, “terrorizmə qarşı müharibə”də bütün tərəflər üçün (dövlətlər daxil olmaqla) bəzi əsas qaydalar tətbiq olunmalıdır? Heç bir tərəfin etməsinə icazə verilməyən məsələlər olmalıdır? Hansılar?
• Sizin fikrinizcə, nümunələrdə göstərilmiş aktlar necəsə əsaslandırıla bilər? Niyə yaxud niyə yox?
• Müzakirə etdiyiniz nümunələrdə hansı insan hüquqları əhatə olunub?
• Nümunələrdən hər hansı biri “insan hüquqları nöqteyi-nəzəri”ndən əsaslandırıla bilər?
• Niyə insanlar terrorçuya çevrilirlər? Niyə onlar başqalarına ağrı və qorxu gətirən cinayətləri törədirlər?
• Hansı insanların terrorçuya çevrildiyini demək mümkündür? Nəsə barəsində başqasının həyatını alacaq qədər güclü hislərə malik olmağı təsəvvür edə bilirsiniz?
• Vətəndaşları qətlə yetirmək əsaslandırıla bilər? Terrorçunu? İstənilən digər şəxsi?

Fasilitator üçün məsləhətlərGoto top

Bu mövzu olduqca həssas və mübahisəlidir, buna görə də, sizin ona necə yanaşmağınız əsasən regionunuz və ya qrupunuzun spesifik xüsusiyyətlərindən asılıdır. Siz kartlardakı nümunələrdən, eləcə də təhlildəki suallardan uyğun olmayanları istifadə etməyə bilərsiniz. Eyni zamanda, qrupunuzun gündəlik həyatı ilə bağlı nümunələri əlavə edə bilərsiniz.

Məşğələnin effektiv olması üçün iştirakçılar siz və ya digər qrup üzvləri tərəfindən qınağa məruz qalmadan öz fikirlərini ifadə edə biləcəklərini hiss etməlidirlər. Başlanğıcda bunu qeyd edib hamının məxfiliklə bağlı razılığını ala bilərsiniz. İştirakçılara bu məşğələnin məqsədinin çətin suallara insanların “düzgün” hesab etdiyi cavablarla hislərimizin toqquşduğu məqamlar üzərində çalışmaq olduğunu deyin.

Əgər məşğələnin başlanğıcında bir neçə fakt və rəqəmlərlə iştirakçıların marağını artırmaq istəyirsinizsə, terrorizmlə bağlı maraqlı statistikanı www.nationmaster.com saytında tapa bilərsiniz.

6-cı bənddə, qruplar terrorizmə öz təriflərini hazırlayarkən, ümumi nəticələri aydınlaşdırmaq üçün əvvəlki nümunələrdən qeydlər vermək faydalı ola bilər. Təriflər üzərində işləməzdən əvvəl, iştirakçılara “nəzərə alınmalı məqamlar” materialını verə bilərsiniz və ya sonda suallar verməklə müxtəlif tərifləri yoxlaya bilərsiniz.

Terrorizmin insan hüquqları aspektlərini müzakirə edərkən iştirakçıların aşağıdakı məsələlərdən xəbərdar olmasından əmin olun:
a) ÜİHB-in 3-cü maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi və bir sıra digər beynəlxalq sənədlərə əsasən hamının yaşamaq hüququ var.
b) Hətta müharibə zamanı – davranış qaydaları beynəlxalq humanitar hüquqla (IHL) tənzimləndikdə – mülki hədəflərə məqsədli şəkildə hücum olunması qadağandır. IHL silahlı münaqişə zamanı bütün tərəflərin əməl etməli olduğu müəyyən əsas qaydaları irəli sürür. (Aşağıda Əlavə məlumat hissəsinə baxın)

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Qrupu nümunələrdəki hadisələr haqqında daha çox məlumat tapmağa və ya tarixdə baş vermiş digər terrorçu hərəkatlar və onların necə yekunlaşdığı barədə düşünməyə sövq edin. Qrup insanların zorakılıq aktlarında iştirak etməsinin səbəblərini nəzərdən keçirmək istəyərsə, “Daş Atmaq” məşğələsinə baxın. Əgər zorakılığın digər formalarını araşdırmaq istəyirsinizsə, “Həyatımdakı zorakılıq” məşğələsindən istifadə edin.

Ətraflı məlumatGoto top

Beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquqda əlaqədar maddələr:
İnsan Hüquqları Hüququ: Yaşamaq hüququ
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi:
“Hər kəsin yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ var”. (3-cü maddə)
Avropa İnsan Hüquqları Konvensiyası:
“Hər kəsin yaşamaq hüququ qanunla qorunacaqdır (...)” (2-ci maddə)

Beynəlxalq Humanitar Hüquq: Fərqləndirmə Prinsipi
Beynəlxalq Humanitar Hüquq (IHL) silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq hüquq sahəsidir.
IHL, özünü müdafiə məqsədilə savaşmasından asılı olmayaraq, silahlı münaqişədəki bütün tərəflərə şamil olunur. O, həm beynəlxalq, həm də beynəlxalq olmayan münaqişələrə tətbiq olunur, eləcə də dövlətə qarşı savaşan silahlı qruplar və dövlətlər onun müddəalarına bərabər səviyyədə əməl etməlidirlər.
IHL-in ən vacib prinsiplərindən biri “Fərqləndirmə prinsipi”-dir. Həmin prinsipə görə, döyüşən tərəflər vətəndaşlar və döyüşçülər, eləcə də mülki və hərbi obyektlər arasında
fərq qoymalıdırlar.
Cenevrə Konvensiyalarının I Protokolu:
“Mülki əhali, eləcə də ayrı-ayrı vətəndaşlar hücum obyekti olmayacaqdır. Başlıca məqsədi
mülki əhali arasında qorxunu yaymaq olan zorakılıq aktları və təhdidlər qadağan olunur.”
(51.2-ci maddə)

Beynəlxalq Humanitar Hüquq: Terrorizm aktlarının qadağan olunması
Dördüncü Cenevrə Konvensiyası:
“Bütün təhdid və terrorizm aktları, eləcə də bənzər kollektiv tədbirlər qadağan olunur” (33- cü maddə)
Cenevrə Konvensiyalarının 1-ci və 2-ci Protokolları:
“Mülki əhali, eləcə də ayrı-ayrı vətəndaşlar hücum obyekti olmayacaqdır. Başlıca məqsədi mülki əhali arasında qorxunu yaymaq olan zorakılıq aktları və təhdidlər qadağan olunur.” (51.2-ci maddə, 1-ci Protokol; və 13.2-ci maddə, 2-ci Protokol)
IHL-in digər maddələri girov götürməyi və dini məkanlara hücum etməyi qadağan edir.

Avropa Şurasının terrorizmlə mübarizə üzrə apardığı iş barəsində məlumat, eləcə də terrorizmlə mübarizə və insan hüquqlarına hörmətlə bağlı təlimatlar üçün 5-ci fəsildəki Müharibə və Terrorizm bölməsindəki məlumata baxın.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Nümunə kartları

Nümunə 1: Qrup totalitar hökumətdən xilas olmaq üçün silahlı hərəkat aparır. Onların Müdafiə Nazirliyinə qoyduğu bombanın partlaması nəticəsində 12 nəfər qətlə yetirilir. Nümunə 2: Şəxs tənha analara təhdidedici
məktublar ünvanlayaraq onları uşaqları ilə qorxudur. Heç bir zorakılıq halı qeydə alınmayıb, lakin analar uşaqlarını küçəyə çıxarmaqdan qorxurlar.
Nümunə 3: İki ölkə arasında müharibə zamanı bir ölkə digərinə qarşı nüvə silahından istifadə edərək 100,000 vətəndaşı qətlə yetirir. Nümunə 4: Böyük kosmetika şirkətinin direktoruna göndərilmiş içərisində bomba olan məktub onu ağır şəkildə yaralayıb. Anonim bombaçı həmin şirkəti heyvanları istismar etməkdə günahlandırır.
Nümunə 5: Qrup hərbi yerləşmələrə, eləcə də
partlayıcıların müntəzəm istifadəsinə qarşı uzunmüddətl ihərəkat aparır. Silahlı qüvvələrin üzvlərinin bir neçəsi qətlə yetirilib.
Nümunə 6: Müstəqillik uğrunda hərəkat gedişində etnik azlığın nümayəndələri ictimai yerlərə müntəzəm olaraq bomba yerləşdirirlər. Onlar evakuasiyanın aparılması üçün əvvəlcədən xəbərdarlıq edirlər, lakin qurbanlar arasında vətəndaşlar da var.
Nümunə 7: Ölkənin kimyəvi silahları var və istənilən digər ölkədən özünə qarşı təhdid hiss edərsə, onlardan istifadə etməyə hazır olduğunu bildirir. Nümunə 8: Cinayətkarlar qrupu bankı ələ keçirir, işçi heyətin üzvlərini girov götürür və daha sonra, izlərini itirmək üçün girovları güllələyir.
Nümunə 9: Milliyyətçi qruplar əsas şəhərlərə idarəçilik və nəzarət edir, etnik azlıqların nümayəndələrini müntəzəm olaraq döyür və təhdid edirlər. Nümunə 10: Totalitar dövlət vətəndaşlarını qorxutmaqla nəzarətdə saxlayır: dövlətə qarşı çıxan istənilən şəxs həbs olunur; insanlar müntəzəm qaydada həbs olunur, işgəncəyə məruz qalır və edam olunur
Nümunə 11: Mütəşəkkil cinayətkarlar qrupu yerli
iş adamlarından pul tələb edir. Buna etiraz edənlərin əmlakları yandırılır, hətta, bəzən, özləri qətlə yetirilirlər.
Nümunə 12: Üsyançılara qarşı müharibə gedişində işğalçı ordu kəndlərə dronlarla (pilotsuz təyyarələrlə) hücum edir. Bir neçə vətəndaşın həlak olduğu, bəzi hücumlar nəticəsində bütöv ailələrin qətlə yetirildiyi barədə məlumat verilib.
Nümunə 13: A ölkəsindən olan işçilər hər gün B
ölkəsinə keçməlidirlər. B-nin sərhəd bələdçiləri A-nın vətəndaşlarının şəxsiyyət vəsiqələrini yoxlayır, eləcə də tez-tez üstlərini axtararaq onları narahat edirlər. Sərhəd bələdçiləri A-dan olan şəxsləri tez-tez əsassız şəkildə saxlayırlar.
Nümunə 14: On il davam edən vətəndaş müharibəsi zamanı 19 yaşlı qadın 10 nəfər üsyançı ilə qarşılaşıb. Əvvəl qrupun rəhbəri onu təcavüz edib, daha sonra öz adamlarına eynisini etməyi əmr edib.
Nümunə 15: Şəhərdə Beynəlxalq Konfrans keçirilir. Polis istənilən şəxsi heç bir ittiham irəli sürmədən həbs edə və 12 saat nəzarət altında saxlaya bilər. Onlar insanlara nümayiş keçirməməklə bağlı xəbərdarlıq edirlər. Nümunə 16: “Siz daha çox işləməlisiniz, qəbirlər
hələ dolu deyil”, deyə Ruanda radiosundan səs
xəbərdarlıq edirdi.

 

Nəzərə alınmalı məqamlar

Müzakirələr zamanı nəzərə alınmalı məqamlar:
• Terror aktı həmişə əhali arasında qorxu (dəhşət) oyandırmaq məqsədi daşıyır?
• İnsanları qorxuya salan istənilən akt terror aktı sayılmalıdır?
• Dövlət (hökumət) terrorizmlə məşğul ola bilər yoxsa terrorizm mütləq dövlətin rəsmi qurumlarına qarşı yönəlməlidir?
• Terrorizm həmişə mülki qurbanlara qarşı yönəlir yoxsa hərbi hədəflər və ya mülkiyyət də hədəf kimi seçilə bilər?
• Terror aktı necəsə əsaslandırıla bilər?