Mənim bacarıqlarım var!

Xülasə

Bu məşğələ əlilliyi olan insanların əmək hüququnu araşdırmaq üçün rol oyunundan istifadə edir.

Əlaqədar hüquqlar

• Əmək hüququ
• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
• Uyğun yaşayış şəraiti hüququ

Məqsədlər

• İş yeri və cəmiyyətdə əlilliklə bağlı ehtiyacları başa düşmək
• Öz hüquqlarını müdafiə bacarıqlarını məşq etdirmək
• Məsuliyyət və insan ləyaqətindən xəbərdarlıq hislərini inkişaf etdirmək

Materiallar

• Rol kartlarının nüsxələri
• Müşahidəçilər üçün qələmlər və kağız
• Rolları oynayanlar üçün kiçik stol və 2 stul; müşahidəçilər üçün stullar

Preparation

Rol kartlarının surətini çıxardın.

compass-key-date
  • 7 OktyabrDünya Layiqli İş Günü

Təlimatlar

1. İştirakçıların “işləmək hüququ” dedikdə nə başa düşdüyünü öyrənin. Bu məşğələnin sonundakı məlumatdan istifadə edərək, əlillik aspektinə toxunmadan insan hüquqları
hüququnda nəyin əhatə olunduğunu izah edin.
2. İndi iştirakçılardan əlil insanların işə müraciət zamanı üzləşdiyi maneələr barəsində düşünməyi xahiş edin. “Münasib şərait” anlayışını qısa şəkildə izah edin.
3. İştirakçılara kiçik şirkətin müştəri xidmətləri şöbəsində ofis köməkçisi işi üçün bir neçə müsahibəni əhatə edən rol oyunu oynayacaqlarını izah edin. Müraciət edənlərin hər
birinin əlilliyi var. Beş könüllüdən işə götürən rolunu oynayıb müsahibə götürməyi, digər beş iştirakçıdan iş üçün müraciət edən rolunu canlandırmağı xahiş edin.
4. Rol kartlarını paylayın. Hər oyunçuya onlara hazırlaşmaq üçün kömək etməsi məqsədilə bir və ya iki nəfər dostunu seçməyə icazə verin. Hazırlaşmaq üçün onlara 10-15 dəqiqə vaxt verin.
5. Stol və 2 stulu otağın ortasına yerləşdirin və digər qrup üzvlərindən müşahidəçi kimi əyləşməyi xahiş edin. Müşahidəçilərdən birindən vaxtı ölçməyi xahiş edin.
6. Rol oyununa başlayın. İlk işə götürəndən ilk namizədi çağırmağı xahiş edin. Müsahibə qısa olmalı və 5 dəqiqəni keçməməlidir.
7. İkinci işə götürəni masa arxasında yerini tutmağa və ikinci namizədi müsahibə etməyə dəvət edin.
8. Müsahibələr bitdikdən sonra, iştirakçılardan roldan çıxmağı və təhlil və qiymətləndirmə üçün müşahidəçilərə qoşulmağı xahiş edin.

Təhlil və qiymətləndirməGoto top

Müsahibə olunanlardan aşağıdakıları soruşmaqla başlayın:
• Simulyasiya zamanı özünüzü necə hiss etdiniz? Nəyi bəyəndiniz və ya bəyənmədiniz?
• Sizcə, rolun öhdəsindən gələ bildiniz? Ən çətin tərəfi hansı idi?

Sonra, müsahibə götürənlərdən soruşun:
• Simulyasiya zamanı özünüzü necə hiss etdiniz? Nəyi bəyəndiniz və ya bəyənmədiniz?
• Sizcə, rolun öhdəsindən gələ bildiniz? Ən çətin tərəfi hansı idi?

Sonda, müşahidəçilərin fikrini öyrənin:
• Real həyatda bu hallar baş verə bilər?
• Müsahibə götürənlər qarşılarındakı namizədlərə hörmət və diqqəti nümayiş etdirdilər?

Bundan sonra, ümumi müzakirəyə başlayın:
• Əlil insanların işləmək hüququ barəsində nə deyə bilərsiniz? Sizin fikrinizcə, praktikada onların bu hüququ təmin olunur?
• Sizin fikrinizcə, əlil insanlar arasında yüksək səviyyədə işsizliyin əsas səbəbləri hansılardır? Bu, ədalətlidir?
• Sizin fikrinizcə, əlil insanların ədalətli rəftar almasını təmin etmək kimin məsuliyyətində olmalıdır? “Münasib şərait” fikri barəsində nə düşünürsünüz?
• İşə müraciət edərkən – istənilən formada – ayrı-seçkiliklə üzləşmiş birini tanıyırsınız? Özünüz belə halla üzləşmisiniz?
• Cəmiyyətdəki ayrı-seçkilik meyillərini dəyişmək üçün nə edə bilərsiniz?
• Əlil insanlar üçün iş imkanlarını nəzərdən keçirərkən hansı insan hüquqlarına müraciət edilməlidir?

Fasilitator üçün məsləhətlərGoto top

İştirakçıların rollarını mübaliğə etməməsi və real həyatda verilmiş vəziyyətdə göstəriləcək rəftarı nümayiş etdirməsini təmin etməyə çalışın. Bu, “qəddar” işə götürən rolunu oynamağa çalışan iştirakçılar üçün xüsusilə vacibdir.

Müsahibələr zamanı, rol oynamayan iştirakçılar prosesi səssizcə izləməli, rolların təqdim olunması və işə götürən və ya namizədin oyununda müşahidə etdikləri çətinliklərlə bağlı qeydlər götürməlidirlər.

Müsahibə olunan rolunu oynayan iştirakçılara əlil insanların ədalətli rəftarla təmin olunması üçün işə götürənlərə verilmiş rol kartlarında “münasib uyğunlaşdırmalar”ın göstərilə biləcəyini bildirin.

Siz işə götürənlərin yanaşmasını dəyişmək üçün əlil insanlar və gənclərin istifadə edə biləcəyi mümkün davranış formalarını müzakirə edə bilərsiniz. Eyni zamanda, siz rol oyunundakı “işə götürənlər”in əlillik və ya əlil insanlara qarşı ənənəvi yanaşmanı nə qədər nümayiş etdirə bildiyini müzakirə edə bilərsiniz.

Əlil insanlar arasında işsizliyin yuxarı səviyyəsinin mümkün səbəblərini müzakirə edərkən, aşağıdakı nümunələrdən bəzilərini qeyd edə bilərsiniz:
• iş yerində əlillərin ehtiyacları ilə bağlı biliyin olmaması
• əlil insanların bacarıqları barəsində biliyin olmaması
• əksər əlil insanlar üçün aşağı keyfiyyətli işlər
• “yanlış” səbəblərdən işə götürmə (məs., qayda/kvotaya əməl etmək, lakin yer təmin edə bilməmək)
• yeni və adaptiv texnologiyalardan qorxu
• əksər əlil insanların bu faktı gizlətmək tendensiyası.

İşə götürənlərin məsuliyyətini və əlil insanların öz hüquqlarını müdafiə etməli olmasını vurğulayın. Əlil insanların niyə əksər hallarda işə götürmə prosesində öz əlilliyini gizlətmək ehtiyacı duyduğunu müzakirə edə bilərsiniz. İştirakçılar belə nümunələr gətirə bilərlər? Bunun qarşısını necə almaq olar?

VariantlarGoto top

İştirakçıların əvvəlcədən rol oyunu üçün iş təsviri və şəxsi profili göstərən iş elanını yazmasını təklif edə bilərsiniz.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Vaxt məhdudiyyətini və qrup üzvlərinin əlillik və əlillərin iş məsələləri ilə bağlı məlumatlılığını nəzərə alaraq, qrupdan aşağıdakılarla bağlı məsləhətlər hazırlamağı xahiş edə bilərsiniz:
• İşə götürənlərin yanaşmasını necə dəyişməli
• İşləmək hüququ ilə bağlı kampaniya keçirmək və müvafiq məsələlər üzrə məlumatlılığı artırmaq.

Qruplara müzakirə və flipçart çəkmək üçün 30 dəqiqə vaxt verin və hər qrupun flipçartı təqdim etməsinə 5 dəqiqə vaxt ayırın. Əgər qrup rol oynamağı xoşlayırsa və işləyən analara qarşı ayrı-seçklilik məsələlərini araşdırmaq istəyirsə, “İş və uşaqlar” məşğələsini edə bilərsiniz. Əmək mövzusunda digər məşğələ “Həmkarlar İttifaqı görüşü” məşğələsidir. Bu, işə götürən və işçilər arasında həmkarlar ittifaqı nümayəndələrinin iştirakı ilə maaş və iş şərtləri haqqında danışıqlar üzrə görüşün simulyasiyasıdır.

Siyasətçilərin güclü lobbiçiliyindən sonra əlil insanların iş şəraiti yaxşılaşdırılmışdır. Hansı siyasətçilərə səs verdiyinizin əhəmiyyəti var! Əgər insanların seçkilərdə səs vermək və vətəndaş iştirakı barəsində yanaşmalarını öyrənmək üçün sorğu keçirmək istəyirsinizsə, “Səs vermək yoxsa verməmək” məşğələsindən istifadə edin.

Fəaliyyət üçün fikirlərGoto top

Yerli təşkilatlar və ya şirkətlərin əlillərlə bağlı siyasətləri olub – olmadığını öyrənin. Qrup sorğu keçirdərək həmin təşkilatların BMT-nin Əlilliyi olan İnsanların Hüquqları üzrə
Konvensiyasından xəbərdar olub-olmadıqlarını öyrənə və onların buna reaksiyasını müəyyən edə bilər.

Əlavə məlumatGoto top

Avropa Əlillik Forumundan əlilliklə bağlı faktlar və rəqəmlər

• Avropa İttifaqında 65 milyon insan əlildir.
• Əlil insanlar digərləri ilə müqayisədə iki – üç dəfə daha çox işsizlik riski ilə üz-üzədirlər.
• İş məhdudiyyətləri ilə üzləşənlərin yalnız 16 %-i işdə müəyyən köməklə təmin olunur.
• Əksər əlil insanlar “imtina edilmiş işçilər”dir və əmək bazarına daxil olmağa cəhd belə etmirlər. Buna görə də, passiv sayılırlar.
• Əlilliyin dərəcəsi nə qədər ağırdırsa, işçi qüvvəsində iştirak o qədər aşağıdır. Digər insanların 68%-i işlədiyi halda, kəskin əlilliyi olan
insanların yalnız 20%-i işləyir.
• Avropa boyunca, 16-34 yaşlı əlil insanların cəmi 38%-i, digər insanların isə 64%-i gəlir qazanır. Əlil insanların gəliri digərləri ilə
müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.

Mənbə: www.edf-feph.org

Avropa Şurası dövlətlərinin əhalisi təqribən 800 milyon nəfərdir və onun sərhədləri daxilində təxminən 80 milyon əlil insan yaşayır. ÜST hesablamalarına görə, hazırda dünya əhalisinin 15%-i, təqribən bir milyard insan əlilliyin müəyyən formasından əziyyət çəkir. Bu rəqəm müharibə və dağıntı, ziyanlı yaşayış şəraiti, əlillik, onun səbəbləri, qarşısının alınması və müalicəsi barəsində biliyin çatışmazlığı ucbatından daha da artmaqdadır. Əlil insanlar arasında qadınlar, uşaqlar, yaşlılar, işgəncə qurbanları, qaçqınlar və köçkünlər, miqrant işçilər xüsusilə həssasdırlar. Məsələn, əlil qadınlar həm gender əsaslı, həm də əlilliyə görə ayrı-seçkiliyə məruz qalırlar.

Əmək hüququ
İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt
6-cı maddə: Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar (…)
7-ci maddə: Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır (…)

Avropa Sosial Xartiyası (ESC)
I hissə
Hər bir kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq imkanı olmalıdır... . Bütün əməkçilərin əməyin ədalətli şəraitinə hüquqları var.

BMT-nin Əlil insanların hüquqları haqqında Konvensiyası.
Bu konvensiya 2007-ci ilin martında imzaya açılmışdır
27-ci maddə: 1. Bu konvensiyada iştirak edən dövlətlər əlil insanların digərləri ilə bərabər əsasda əmək hüququnu tanıyırlar; buraya azad şəkildə seçilmiş və ya əmək bazarında qəbul edilmiş işlə qazanc əldə etmək imkanı və açıq, inkluziv və əlil insanlar üçün əlverişli iş şəraiti daxildir. Tərəf dövlətlər lazımi addımlar atmaqla, qanunvericilik daxil olmaqla, əmək hüququnun, o cümlədən iş prosesində əlil olmuş insanların müvafiq hüququnun təmin olunmasını təbliğ edəcək və ona zəmanət verəcəklər… .

Əlillik və insan hüquqları təhsili haqqında əlavə məlumat üçün, baxın www.hrea.org

“Münasib şərait”
Münasib şərait əlil insanların işə müraciət etməsi, iş funksiyalarını yerinə yetirməsi və iş yerindəki imkanlardan digər şəxslərlə bərabər səviyyədə faydalana bilməsi üçün işə, iş şəraitinə və ya işlərin aparılma tərzinə edilən istənilən dəyişiklik və ya uyğunlaşdırmadır. Məsələn, kor makinaçı standart kompyuter və klaviaturadan istifadə edə bilməz. Bu maneələrin öhdəsindən gəlmək üçün münasib şərait anlayışı gətirilmişdir. Əgər iş yerinin bəzi aspektləri əlil insanları digərləri ilə müqayisədə əhəmiyyətli dərəcədə əlverişsiz vəziyyətə
salarsa, işə götürən iş şəraitini “bərabərləşdirmək” üçün lazımi addımları atacaqdır. Əlil insanların hüquqları üzrə yeni Konvensiyaya görə, işə götürənlər “münasib şərait”-i təmin etmək məcburiyyətindədirlər və buna riayət olunmaması ayrı-seçkilik sayılacaqdır.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Rol kartları:

1-ci namizəd:
Siz çətinliklə eşidirsiniz. Yaxşı işıqlandırma olduqda dodaqları asanlıqla oxuyursunuz. Başa düşdüyünüzün düzgün-lüyünü həmişə yoxlayırsınız, məsələn, “Mən düzgün başa düşmüşəm ki,…?” sualını verirsiniz. Təşkilatda effektiv şəkildə işləmək üçün, sizin görüş otağında induksiya telinə (səsləri birbaşa eşitmə cihazına ötürməyə kömək edən məftil), səsucaldıcısı olan telefona və işıq siqnalı və ya mətn telefonuna ehtiyacınız olacaq. Müsahibə üçün nəyə ehtiyacınız olacağını və bunu necə soruşacağınızı düşünün.

2-ci namizəd:
Siz kar insansınız və işarə dilindən istifadə edirsiniz. Müsahibə üçün sizin dilmanca ehtiyacınız olacaq və bu, əlavə vaxtın lazım olması deməkdir. İş yerində müştərilərlə ünsiyyət qurmaq üçün sizə mətn telefonu (Tele yazı maşını – tel-efon xətti vasitəsilə əlaqə qurmaq üçün səs yerinə mətndən istifadə olunan avadanlıq) və/və ya mətn ötürmə xidməti (kar, ağıreşidən, danışa bilməyən və ya kar-kor insanların standart telefon istifadəçilərinə klaviatura və ya köməkçi avadanlıqvasitəsilə zəng etməsini təmin edən operator xidməti) lazımdır. Müsahibə üçün nəyə ehtiyacınız olacağını və bunu necə soruşacağınızı düşünün. Qeyd: Digər iştirakçıların birindən sizin dilmancınız olmağı xahiş etməli olacaqsınız.

3-cü namizəd:
Siz kor insansınız və sizi (müsahibəyə) müşayiət etmək üçün lazım olan köməkçinin yol xərcləri işə götürən tərəfindənqarşılanmalıdır. İş yerində sizin xüsusi klaviaturalı kompyuterə və mətni ekrandan sizə “deyən” proqram təminatına ehtiyacınız olacaqdır. Yolunuzu tapa bilmək üçün, siz bələdçi itinizi gətirməli olacaqsınız. Bilirsiniz ki, işə götürənlər sizin üçün lazım olan texnoloji dəstəyin mövcudluğu və qiymətinə görə sizi işə götürməyə tərəddüd edirlər. Müsahibə üçün nəyə ehtiyacınız olacağını və bunu necə soruşacağınızı düşünün. Qeyd: Digər iştirakçıların birindən sizi müşayiət etməyi xahiş etməli olacaqsınız.

4-cü namizəd:
Siz əlil arabasından istifadə edirsiniz. Bina sizin üçün əlverişli olmalı, yaxınlıqda avtomobil dayanacağı olmalı və bütün keçidlər, liftlər, tualetlər, ofislər və ümumi məkanlar araba ilə keçmək üçün uyğun olmalıdır. Əgər bunların hər hansı birində pillələr varsa, sizin üçün rampa yerləşdirilməlidir. Həmçinin, arabanızın yerləşməsi üçün sizə xüsusi olaraq dəyişdirilmiş masa təmin edilməlidir. Müsahibə üçün nəyə ehtiyacınız olacağını və bunu necə soruşacağınızı düşünün.

5-ci namizəd:
Siz disleksiyadan əziyyət çəkirsiniz və müraciət etdiyiniz iş müəyyən oxu və məktub yazmaq işlərini əhatə edir. Siz iş üçün əla göstəricilərə maliksiniz, çox yaxşı oxuyub yaza bilirsiniz, lakin səs-küylü və stresli vəziyyətlərdə işləmək və qısa müddət ərzində işi təhvil verməkdə çətinlik çəkirsiniz. Müraciət prosesinin bir hissəsi olan məktub yazmaq testini bitirmək üçün əlavə vaxt istəyirsiniz. Müsahibə üçün nəyə ehtiyacınız olacağını və bunu necə soruşacağınızı düşünün.

İşə götürənin rol kartları:

1-ci işə götürən:
Siz çətinliklə eşidən şəxsi müsahibə edəcəksiniz. Siz müsahibinizlə ağzınız yarı qapalı şəkildə danışır, tez-tez kənara baxır və pis işıqlandırılan yerdə əyləşməklə ağzınızı aydın şəkildə görməyi çətinləşdirirsiniz. Sürətlə danışın, namizədin aydınlaşdırma üçün verdiyi suallara cavab vermək istəməyin. Namizəd nəyi isə təkrarlamağınızı istədikdə, bunu könül-süz, şişirdilmiş şəkildə edin və namizədin sualı ilk dəfədən başa düşmədiyinə görə axmaq olduğu təəssüratını yaradın. Müsahibədə namizədə ünvanlaya biləcəyiniz suallar haqqında düşünün.

2-ci işə götürən:
Siz tamamilə kar olan insanı müsahibə edirsiniz və onunla dilmanc vasitəsilə ünsiyyət quracaqsınız. Müsahibə zamanı namizədə deyil, dilmanca müraciət edirsiniz. Tələsirsiniz və dediklərinizin dilmanc tərəfindən namizədə çatdırılması və namizədin dilmanca öz fikirlərini deməsinə çox vaxt sərf etmək istəmirsiniz. Bu hallarda, siz tez-tez namizədə mane olursunuz. Siz kar insanın müştərilərlə necə ünsiyyətdə olacağını başa düşmürsünüz və müsahibə zamanı işarə dilindən istifadəni vaxt itkisi hesab edirsiniz. Siz kar insanın iş yerində də dilmanca ehtiyac duyacağına inanırsınız - o, buna etiraz etsə də - və iş yerində əlavə şəxs istəmirsiniz. Müsahibədə namizədə ünvanlaya biləcəyiniz suallar haqqında düşünün.

3-cü işə götürən:
Siz kor şəxsi müsahibə edirsiniz və onun işə uyğun olmadığını hesab edirsiniz. Lazım olan texnologiyanın çox bahalı olacağından və kor olmağı kompensasiya edə bilməyəcəyindən əminsiniz. Eyni zamanda, digər işçilərin onunla ünsiyyət qura bilməyəcəyindən narahatsınız. Müsahibədə namizədə ünvanlaya biləcəyiniz suallar haqqında düşünün.

4-cü işə götürən:
Siz əlil arabasında olan şəxsi müsahibə edəcəksiniz. Namizəd araba üçün uyğun şərtlər barəsində suallar verəcək, sizin binanız isə əlil arabası üçün heç də uyğun deyil. Bilirsiniz ki, bütün lazımi dəyişiklikləri etmək çox baha olacaq, lakin əlilliyə görə namizədi rədd etməyin qeyri-qanuni olduğunu bildiyinizdən bundan səbəb kimi istifadə etməyəcəksiniz. Bu namizədin işə uyğun olduğunu düşünsəniz də, onu işə götürməmək üçün başqa səbəb və bəhanələr tapmağa çalışacaqsınız. Müsahibədə namizədə ünvanlaya biləcəyiniz suallar haqqında düşünün.

5-ci işə götürən:
Siz disleksiyası olan şəxsi müsahibə edirsiniz və onun əlavə ehtiyacları sizi özünüzdən çıxardır. Bütün namizədlərə məktub yazmaq bacarığını yoxlamaq üçün test verilib və siz bu namizədə tapşırığı tamamlamaq üçün əlavə vaxt verilməsini qəbul etmək istəmirsiniz. Sizin fikrinizcə, o, verilmiş vaxtda və digərləri ilə eyni şərtlər daxilində məktubu yaza bilmirsə, işə qəbul edilməməlidir. Müsahibədə namizədə ünvanlaya biləcəyiniz suallar haqqında düşünün.