Tarix hər şeyi, o cümlədən gələcəyi öyrədir.

Lamartin

Xülasə

İştirakçılar hüquqlar anlayışının e.ə. 2000-ci ildən başlayaraq indiyə qədər keçdiyi inkişaf yolunda əsas rol oynamış və oynaması gözlənilən hadisələrin ümumi vaxt şkalasını hazırlayırlar. Bu metod istənilən insanlar qrupunun keçmişini araşdırmaq üçün istifadə oluna bilər.

Əlaqədar hüquqlar

• Təhsil, o cümlədən insan hüquqları təhsili hüququ
• Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ
• Din və vicdan azadlığı

Məqsədlər

• Tarix boyu insan hüquqlarının inkişafı barəsində bilikləri artırmaq
• Ünsiyyət və tənqidi düşünmək bacarıqlarını inkişaf etdirmək
• İnsan hüquqlarına marağı və onları müdafiə etmək öhdəliyini təşviq etmək

Materiallar

• Enli izolyasiya skoçu rulonu
• 10-12 metr uzunluğunda divar
• 3 müxtəlif rəngdə stiker dəstləri
• Flipçart və müxtəlif rəngdə markerlər

Hazırlıq

• İnsan hüquqlarının inkişaf tarixi barədə məlumat əldə etmək üçün 4-cü fəsildən 395-400-cü səhifələri oxuyun.
• Divarda izolyasiya skoçu ilə uzun xətt çəkin. Bu xətt göz səviyyəsində olmalıdır. Xəttin sol ucundan təqribən 50 sm məsafədə “e.ə. 2000” və sağ ucundan 50 sm məsafədə “2010” (və ya cari il nədirsə) yazın. E.ə. 1000, 0 və eramızın 1000-ci illərini qeyd edin.
• Üzərində göstərilənlər qeyd olunmuş 4 stiker hazırlayın: “Misir və Çindəki sivilizasiyalar”, “Assuriya, Babil və Minan sivilizasiyalarının çiçəklənməsi”, “Romalılar əsas güc idi“ və Qərbi Avropadakı krallıqlar və şərqdə Bizans imperiyası.

compass-key-date
  • 23 AvqustKölə Ticarəti və onun Ləğvinin Xatırlanması üzrə Beynəlxalq Gün

Instructions

1. İştirakçıları vaxt şkalası ilə tanış edin. Onlara 4000 il əvvəl (e.ə. 2000) Misir və Çində ilk sivilizasiyaların çiçəkləndiyini izah edin. E.ə. 1000-ci ildə isə Assuriya, Babil və Minan sivilizasiyaları inkişafın yüksək mərhələsinə çatmışdı. 0-cı ildə Romalılar əsas qüvvə idi, eramızın 1000-ci ilində isə Qərbi Avropada çoxlu krallıqlar vardı və şərqin əksər hissəsində Bizans imperiyası hökmranlıq edirdi. Bugünkü tarixi qeyd edin.
2. Qrupa vaxt şkalasını insan hüquqları ilə bağlı hadisələrlə doldurmağı tapşırın. Məsələn, qanunlar hazırlamış, ədalətə səsləmiş və ya onun uğrunda mübarizə aparmış insanların anadan olma və ya ölüm tarixləri, insanların hüquqlar barəsində düşüncələrini dəyişmiş və onların cavab reaksiyalarına təkan vermiş hadisələrin tarixləri, insanların hüquqlarını qoruyan qanun və konvensiyaların qəbul olunma tarixləri.
3. Hər iştirakçıya müxtəlif rənglərdə stikerləri paylayın. Müxtəlif rənglərin müxtəlif kateqoriyaları təmsil etdiyini izah edin. Məsələn, insan hüquqları ilə bağlı önəmli hadisələrüçün göy, vacib şəxslər və ya qurumlar üçün sarı, əhəmiyyətli sənədlər və qanunlar üçün yaşıl. Sonrakı istinadlar üçün flipçartda bu təlimatı qeyd edin.
4. Hadisələrin yerli, regional, milli və beynəlxalq ola biləcəyini izah edin. İştirakçılar fərdi işlə başlamalı, onların hər biri bir şəxs, bir hadisə və bir qanun və ya konvensiya haqqında düşünməlidir. Onlar hadisənin və ya şəxsin adını və tarixini müvafiq rəngdə olan stikerə yazmalı və onu vaxt şkalasında yerləşdirməlidirlər.
5. Məqsəd hər bir şəxsin 3 stiker yerləşdirməsi və qrupun mümkün qədər çox sayda müxtəlif hadisələri irəli sürməsidir. Beləliklə, əgər kimsə hər hansı hadisənin artıq yazıldığını görürsə, başqa hadisə barədə düşünməlidir. Əgər iştirakçılardan kiminsə ağlına heç bir hadisə gəlmirsə, dostları ilə məsləhətləşə və ya İnternetdə axtarış apara bilər.
6. İştirakçıları başqalarının təqdim etdiyi hadisələrdən ilhamlanmağa həvəsləndirin. Əgər kimsə üçdən artıq hadisəni şkalaya yerləşdirmək istəyirsə, bunu edə bilər.
7. İşin sürəti aşağı düşdükdə, iştirakçıları dövrə qurub yazılanlara baxmağa çağırın. Qrup üzvlərindən seçdikləri hadisələri izah etməyi və ya aydınlaşdırmağı xahiş edin.
8. Məşğələni bu günlük dayandırın və hamıdan növbəti sessiyaya yeni fikirlərlə gəlməyi xahiş edin. Növbəti sessiyadan sonra, məşğələni tam şəkildə nəzərdən keçirin və təhlil
aparın.

Təhlil və qiymətləndirməGoto top

• Vaxt şkalası üçün məlumat tapmaq asan idi? Yaxşı resurslar hansılar idi?
• İştirakçılar hansı məlumatı ən maraqlı, təəccübləndirici və ya inanılmaz hesab ediblər? Niyə?
• İnsan hüquqlarının tarix boyu inkişafında əsas rol oynayan qüvvələr hansılar olub?
• İnsan hüquqlarının tarixini bilmək vacibdir? Niyə?
• Gələcəkdə hansı yeni hüquqlara ehtiyacımız olacaq?

Fasilitator üçün məsləhətlərGoto top

Əgər qrupda tarix üzrə mütəxəssis varsa, ona təqvimi yoxlamağı tapşırın. Dünyada 40-dan artıq müxtəlif təqvimdən, o cümlədən Çin, İslam, Hindu, İbrani, Fars və Buddist təqvimlərindən istifadə olunduğunu nəzərə alın.

Buna görə də, tarixlər anlaşılmazlıq yarada bilər; məsələn, Xristian təqvimində 2010-cu il İslam təqvimində 1431-ci il sayılır. Beləliklə, tarixlərlə bağlı qarışıqlıqların olmasına hazır olun və bu haldan mədəniyyətlərarası fərqləri göstərmək üçün istifadə edin.

VariantlarGoto top

Aşağıda verilmiş tarixlər və hadisələr üzrə etiketlər hazırlayın və sorğu keçirdin. Şəxsin, hadisənin və ya qanunun adını oxuyun və iştirakçılardan onun tarixini tapmağı xahiş edin. Bundan sonra, etiketləri vaxt şkalasına yerləşdirin. Bu nişanların qrupu həvəsləndirməsinə şərait yaradın.

İştirakçılardan insan hüquqlarını təbliğ edən aforizmlər, musiqi parçaları, incəsənət və ədəbiyyat nümunələri, idman hadisələri tapmağı xahiş edin; bunları da vaxt şkalasına əlavə edin.

Bu məşğələ açıq havada (seminar vaxtı, sinifdə….) aparıla və vaxt şkalası istənilən vaxttamamlana bilər.

Bu metod insanların xatırlanması və tarix üzrə müzakirəyə başlamaq üçün olduqca yaxşı vasitədir. Ehtiyacınız olan məlumatı toplamaq üçün İnternetdə axtarış aparın. Məsələn, istənilən axtarış motorunda “Roma vaxt şkalası” və ya “Sami Laplandiyanın vaxt şkalası” daxil edin.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Təqviminizdə olan tarixlərdən birini seçin və həmin gündə insan hüquqlarını təbliğ edən tədbir təşkil etmək üçün digər qruplarla toplanın. Əgər qrup müasir insan hüquqları qəhrəmanları haqqında daha çox məlumat əldə etmək istəyərsə, “Hüquq mübarizləri” məşğələsini edə bilərsiniz. Əgər qrup fikirlərin vaxt ərzində necə dəyişdiyini və inkişaf etdiyini öyrənməkdə maraqlıdırsa, 272-ci səhifədəki “Tezliklə köhnələcək” məşğələsinə baxa bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Vaxt şkalasını foto şəkillər və ya karikaturalarla bəzəyin və sərgi kimi təqdim edin; və ya vaxt şkalasını açıq havada düzəldin və ictimaiyyəti iştirak etməyə dəvət edin.

Əlavə məlumatGoto top

Ümumilikdə insan hüquqları tarixi ilə bağlı bəzi hadisələrin bir neçəsinin qısa xülasəsi:

E.ə. 1760 Babil kralı Hammurapi “Hammurapi Qanunları”nı tərtib edir. (Böyük daşda yazılmış qa-nunlar “krallıqda ədalətin hökm sürməsini… və insanların rifahının təmin olunmasını” vəd edir.)

E.ə. 1440 (təqribən) Musanın Tövratı İsrail qəbilələrinə on hökmü, o cümlədən onları pozmağa görə ətraflı cəzaları təqdim edir, “Öldürməyin”.

E.ə 528 – E.ə. 486 Hindistanda Budda mənəviyyatı, həyata hörməti, qeyri-zorakılığı və düzgün davranışı təbliğ edir.

B.e. 26 – 33 İsa Məsih insanları mənəviyyat, dözümlülük, ədalət, bağışlama və sevgiyə səsləyir.

B.e. 613 – 632 Məhəmməd Peyğəmbər Quranda göstərilən bərabərlik, ədalət və şəfqət prinsiplərini öyrədir.

930 İslandiyada dünyada ən qədim parlament institutu Altinqin əsası qoyulur.

1215 İngiltərədə Maqna Karta imzalanır. (Bu sənəd Kralın səlahiyyətlərini məhdudlaşdırır və azad insanlara öz səviyyələrində olan şəxslər tərəfindən mühakimə olunmaq hüququnu verir.)

1789 İnsan və Vətəndaş Hüquqları üzrə Fransız Bəyannaməsi. (Milli Assambleya azadlıq, bərabərlik, mülkiyyət, təhlükəsizlik və istismara qarşıdurma hüquqlarını təmin edən bəyannamə barəsində razılığa gəlir.)

1791 Amerika Birləşmiş Ştatları: Hüquqlar haqqında Bill (ABŞ Konqresi Hüquqlar haqqında Billi qəbul edərək ABŞ Konstitusiyasına dəyişikliklər edir və oraya jüri tərəfindən mühakimə olunma, ifadə, nitq, vicdan və sərbəst toplaşmaq hüquq və azadlıqlarını daxil edir.)

1807 Britaniya və Amerikada köləlik əleyhinə qanunlar qəbul olunur.

1859 Anri Dünanı Beynəlxalq Qırmızı Xaç Komitəsini yaratmağa sövq edən və ilk Cenevrə Konvensiyalarına (Beynəlxalq Humanitar Hüquq üzrə) təkan verən Solferino döyüşü

1863 Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaradılması

1864 Cenevrə Konvensiyası qəbul olunur.

1899 İlk Haaqa Konvensiyası imzalanır. O, Cenevrə Konvensiyaları ilə birlikdə Beynəlxalq Hu-manitar Hüququn əsasını təşkil edir.

1893 Yeni Zelandiya qadınlara səs vermək hüququ verir. (Dünyada bunu ilk dəfə edən ölkədir)

1945 II Dünya Müharibəsinin sonu

1945 Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradılır. (“İnsan hüquqları, insanın ləyaqəti və dəyərinə inamı bir daha təsdiqləyərək…”)

1948 BMT tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul olunur.

1950 Avropa Şurası tərəfindən Avropa İnsan Hüquqları Konvensiyası qəbul olunur.

1961 Azadlıq şərəfinə sağlıq dediklərinə görə yeddi il həbsə məhkum olunmuş iki portuqaliyalı tələbənin azad edilməsi uğrunda hərəkat nəticəsində Beynəlxalq Amnistiya Təşkilatı yaradılır.

1965 İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi üzrə Beynəlxalq Konvensiya (1969-cu ildə qüvvəyə minib)

1966 Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt və İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt (1976-cı ildə qüvvəyə miniblər)

1969 Amerika İnsan Hüquqları Konvensiyası, 1978-ci ildən bəri qüvvədədir.

1976 Cənubi Afrikanın müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olan Soveto üsyanı

1979 Qadınlara qarşı Ayrı-seçkiliyin Aradan qaldırılması üzrə Konvensiya (CEDAW) (1981-ci ildə qüvvəyə minib)

1981 İnsan və Xalqların Hüquqları üzrə Afrika Nizamnaməsi (Afrika Birliyi Təşkilatı, hazırki Afrika İttifaqı tərəfindən qəbul olunub)

1984 İşgəncə əleyhinə Konvensiya (1987-ci ildə qüvvəyə minib)

1989 Uşaq Hüquqları Konvensiyası (1990-cı ildə qüvvəyə minib. Ən geniş şəkildə ratifikasi-ya olunmuş insan hüquqları müqaviləsidir; yalnız ABŞ və Somali onu ratifikasiya etməyiblər.)

1990 İslamda İnsan Hüquqları üzrə Qahirə Bəyannaməsi (CDHRI)

1992 Ətraf Mühit və İnkişaf üzrə BMT Konfransı; Rio Bəyannaməsi

1990 Bütün Miqrant İşçilər və onların Ailə Üzvlərinin Hüquqlarının qorunması üzrə Beynəlxalq Konvensiya (ICRMW) (2003-cü ildə qüvvəyə minib)

2007 Əlil İnsanların Hüquqları haqqında Konvensiya (Konvensiya imzaya açıldığı gündə BMT tarixindəki Konvensiyalar arasında ən yüksək sayda imza əldə etdi və 2008-ci ilin mayında qüvvəyə mindi.)

http://www.gwu.edu/~erpapers/humanrights/timeline/
http://www.hreoc.gov.au/info_for_students/essentials/timeline/index.html