Sabahın bütün gülləri bu günün toxumlarındadır.

Hind atalar sözü

Xülasə

Bu məşğələnin sonunda qrupun fərqliliyini əks etdirən güllərdən ibarət divar görəcəksiniz. Bu kreativ məşğələ insan hüquqları haqqında ümumi müzakirəyə aparır: onlar hansılardır, niyə mövcuddurlar və onları necə qorumalıyıq.

Əlaqədar hüquqlar

Bütün hüquqlar

Məqsədlər

• İnsanların ehtiyacları, şəxsi xoşbəxtlik və insan hüquqları arasında əlaqənin başa düşülməsini inkişaf etdirmək
• Düşünmək və təhlil etmək bacarıqlarını inkişaf etdirmək
• Həmrəylik və fərqliliyə hörməti gücləndirmək

Materiallar

• Bütün şəkilləri asmaq üçün kifayət qədər yerə malik düz divar
• Hər şəxs üçün materialın nüsxəsi
• Hər iştirakçı üçün bir qələm; pozanlar; ortaq istifadə üçün rəngli
markerlər
• Şəkilləri divara asmaq üçün skoç
• Flipçart və markerlər

Hazırlıq

.Hər şəxs üçün materialın surətini çıxardın.

compass-key-date
  • 28 MayAvropa Qonşuları Günü

Təlimatlar

Bu məşğələnin insan hüquqları barəsində müzakirəyə aparacağını, lakin iştirakçıların ilk öncə insan olmağın mənası haqqında düşünməyə başlayacığını izah edin.

1-ci hissə. Yetkin insan olmağın nə demək olduğunu müəyyən etmək
1. Yetkin insan olmağı hiss etmək üçün ilk öncə müəyyən ehtiyacların ödənməli olduğunu izah edin. Məsələn, sağ qalmaq üçün bizim ərzaq, su, yuxu və nəfəs almağa ehtiyacımız. Biz, həmçinin, təhlükəsizliyə ehtiyac duyuruq: şəxsi və maliyyə təhlükəsizliyi və sağlamlığa. Bizim, həmçinin, sevgiyə və yaxınlarımıza ehtiyacımız var: dostluq, yaxınlıq və ailə. Hörmət də bizim ehiyaclarımız arasındadır: digərləri tərəfindən qəbul olunmaq və dəyərləndirilmək, həmçinin, potensialımızı tam şəkildə
inkişaf etdirə və reallaşdıra biləcəyimizi hiss etmək.
2. İştirakçıların hər birindən insan olaraq ehtiyaclarını göstərən gül şəkli çəkməyi xahiş edin. Gülün səkkiz ləçəyi olmalıdır:
• əsas ehtiyaclar
• şəxsi təhlükəsizlik
• maliyyə təhlükəsizliyi
• sağlamlıq
• dostluq
• ailə
• hörmət
• özünü təsdiq etmək

Ləçəklərin ölçüləri səkkiz ehtiyacdan hər birinin onların hazırkı həyatları üçün əhəmiyyətinə uyğun gəlməlidir. İzah edərkən flipçartda nümunə kimi şəkil çəkin, lakin bu
şəkilin yalnız bir nümunə olduğunu vurğulayın; hər şəxsin gülü fərqli olacaqdır.
3. Kağız, qələm və markerləri paylayın, hər iştirakçıdan kağızın kənarında yer buraxmaqla orta hissədə gül şəkli çəkməyi xahiş edin. Düzgün və ya yanlış, yaxşı və ya pis “cavab”ın olmadığını izah edin; hər kəsin gülü özünəməxsus olacaqdır. İnsanları motivasiya etmək üçün vərəqlərdə adlarını yazmamalarını bildirin. Bu mərhələ üçün onlara on dəqiqə vaxt verin.
4. İndi isə iştirakçılardan yetkin insan olmaq və özlərini təsdiqləmək üçün hansı şərtlərin vacib olduğu haqqında düşünməyi xahiş edin. İştirakçılardan gülün ətrafında şərtləri
göstərən yarpaqları çəkməyi və əsas sözləri yarpaqlara yazmağı xahiş edin. Bu mərhələ üçün on dəqiqə vaxt verin.
5. Sonda, iştirakçılardan öz işlərini divara yapışdıraraq sərgiləməyi xahiş edin.

2-ci hissə. İnsan hüquqlarını insanların ehtiyacları ilə əlaqələndirmək
6. İştirakçılara çəkdikləri güllərə baxmaq üçün vaxt verin. Daha sonra, onlardan 3-4 nəfərlik kiçik qruplara ayrılaraq aşağıdakı sualları müzakirə etməyi xahiş edin:
• İnsan hüquqları, güllər və yarpaqlar arasında hər hansı əlaqə var? Əgər belədirsə, bu əlaqələr hansılardır?
• İnsan hüquqları vacibdir? Niyə?
• “İnsan hüquqları” sözləri sizin üçün nə deməkdir?
İndi isə hər qrupdan öz fikirlərini bildirməyi xahiş edin və daha sonra, təhlil və qiymətləndirməyə keçin.

Təhlil və qiymətləndirməGoto top

Məşğələni qısa şəkildə nəzərdən keçirməklə başlayıb kiçik qrup müzakirələrinə baxılması ilə davam edin və iştirakçıların insan hüquqları barəsində nə öyrəndiyini aşkarlayın:
• Məşğələni bəyəndiniz? Niyə? Niyə yox?
• Ləçəklərin ölçüsünü müəyyən etmək çətin idi? Yetkin həyat üçün səkkiz ehtiyacın hamısı əhəmiyyətlidir?
• Ləçəklərdə əhatə olunmayan başqa ehtiyaclar var, başqa ləçəklər əlavə edilməlidir?
• Kimsə gülün mərkəzində nəsə yazıb?
• Müxtəlif iştirakçıların ləçəkləri arasındakı hər hansı bənzərlik və ya fərq sizi təəccübləndirib?
• Bu, insanlar barəsində nəyi göstərir?
• Ləçəklərin zədələnməsinin şəxs üçün nəticələri nələrdir?
• Müxtəlif ləçəkləri qorumaq üçün nə lazımdır? İştirakçılar yarpaqlarda nə yazıblar?
• Yarpaqlarda yazılanlar və insan hüquqları ideyası arasında əlaqə var?
• İnsan olaraq kimliyiniz barəsində nə öyrəndiniz? Bunun insan hüquqları ilə əlaqəsi nədir?
• Yetkin insana çevrilmək və özümüzü təsdiq etmək üçün bizim hansı insan hüquqlarına ehtiyacımız var (yaşadığımız yerdə)?
• Bəzi insan hüquqları digərlərindən daha əhəmiyyətlidir? Kim üçün? Nə vaxt? Harada?
• Niyə insan hüquqlarını qoruyub inkişaf etdirməyin keşiyində dayanmalıyıq?
• İnsan hüquqlarını ən yaxşı formada qorumaq üçün nə edə bilərik?
• Mövcud insan hüquqları konvensiyalarında əhatə olunmayan hər hansı ehtiyaclar var?

Fasilitator üçün məsləhətlərGoto top

Aşağıda göstərilmiş gül yalnız nümunədir. İştirakçılara müxtəlif ləçəklərin ölçülərini özləri təyin etməli olduqlarını xatırlatmaq vacibdir. Müxtəlif hissələr üçün onların seçdiyi rənglər də şəxsi seçim olacaqdır.

Diqqəti gülün mərkəzinə çəkməməlisiniz; məşğələ ərzində əsas əhəmiyyət daşıyan hər hansı fikir oyana bilər. Bənzər şəkildə, məşğələ prosesində daha çox ləçəklər üçün fikirlər formalaşa bilər, məsələn, mədəni təhlükəsizlik, həyatın bütün sahələrində seçim azadlığı, bölüşdürmədə ədalət, iştirak, kimlik, din və inam. İstənilən halda, ehtiyac, onun ödənməməsinin nəticəsi, onun ödənməsinin faydaları və onun insan hüquqları qanunvericiliyi və sənədlərində necə qorunması arasındakı əlaqəni qeyd edin.

4-cü addımda iştirakçılara bir neçə məsləhət verməyə ehtiyac duya bilərsiniz. Yarpaqların güllərin günəş işığından, su və karbon dioksiddən qidalanması üçün lazımi maddələri təmin etdiyini qeyd edə,məsələn, maliyyə təhlükəsizliyini təmin etmək üçün iş, bank sistemi və həmkarlar ittifaqlarına ehtiyac duyulduğunu izah edə bilərsiniz. Əlbəttə, ÜİHB-in 23-cü maddəsindəki işləmək hüququnu da əlavə edə bilərsiniz, lakin iştirakçıların insan hüquqları ilə əlaqəni özləri tapması daha üstün tutulur. İnsan ehiyacları və insan hüquqları arasındakı əlaqəni qurmaq və insan hüquqlarının hamının ehtiyaclarının təmin edildiyi dünya üçün əsas olduğunu göstərmək vacibdir. Siz ÜİHBin preambulasını qrupla müzakirə edə bilərsiniz. Preambula dünyada azadlıq, ədalət və sülhün əsası kimi insan ailəsinin bütün üzvlərinin ləyaqəti, bərabərliyi və ayrılmaz hüquqları anlayışları ilə başlayır. Daha sonra, bütün insanların ən yüksək arzusu olan söz və vicdan azadlığı, eləcə də qorxudan azad olmağı təsvir edir.

VariantlarGoto top

Bu məşğələni qısaltmaq üçün, 1 – 4 mərhələləri həyata keçirib bütün qrupla insan hüquqları haqqında ümumi müzakirəyə başlaya bilərsiniz. Bu, konseptual səviyyədə işləməyi çətin hesab edən gənc iştirakçılar üçün uyğun ola bilər. Bəzi iştirakçılar əhəmiyyətlilik dərəcəsindəki fərqləri göstərmək üçün müxtəlif ölçüdə ləçəklər çəkməyi başa düşməyə bilər. Həmçinin, onlar insan hüquqları ilə əlaqə qurmağı mücərrəd saya bilərlər. Hansı insan hüquqlarının məşğələ ərzində müəyyən edilmiş insan ehtiyaclarını qoruduğunu tapmağı soruşmaqla məşğələni genişləndirə bilərsiniz. ÜİHB-in xülasəsindən istifadə edin.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

İştirakçılara insan hüquqlarının tarixən necə inkişaf etdiyini araşdırmaqla bağlı layihə həyata keçirməyi və “inkişaf etməkdə olan hüquqlar” anlayışı haqqında məlumat toplamağı tapşıra bilərsiniz.
Əgər iştirakçılar həyatlarında nəyin vacib olduğu barəsində danışmağı xoşlayıbsa, 105 səhifədəki “İnananlar” məşğələsi ilə onların inamlarını araşdıra bilərsiniz. Alternativ kimi, iştirakçılar gündəlik həyat və insan hüquqları arasındakı əlaqəni öyrənməyin fəal yolu olan “Hüquqlar Binqosu” məşğələsini xoşlaya bilərlər. Əgər onlar inkişaf etməkdə olan hüquqlarla maraqlanırlarsa, “Barmaqlar və baş barmaqlar” məşğələsi ətraf mühit hüququna həsr olunub.

Fəaliyyət üçün fikirlərGoto top

İştirakçılara insan hüquqları haqqında müzakirəyə başlamaq üçün bu məşğələni ailələri, dostları və iş yoldaşları ilə etməyi təklif edin.

Əlavə məlumatGoto top

Yetkin insan olmaq üçün ehtiyacların ödənməsi fikri Maslou, Qriffin və Tirrelin işlərindən götürülüb inkişaf etdirilmişdir. Əsas ehtiyaclar bədənimizi canlı tutmaq üçün olan ehtiyaclardır; cinsi tələbat bu kateqoriyaya aiddir. Şəxsi təhlükəsizliyə sığınacağa – evə, “başımız üzərində dama” – malik olmaq və özümüzü oğrular və cinayətkarlardan, eləcə də müharibə və terror hücumlarından azad hiss etmək daxildir. Maliyyə təhlükəsizliyi dedikdə, layiqli həyat standartı üçün pula, həmçinin, işsiz qaldığımız halda təhlükəsizlik gəlirinə malik olmaq nəzərdə tutulur. Sağlamlıq dedikdə, sağlam olmaq, həmçinin, qəza baş verərsə və ya xəstələnəriksə, lazımi səhiyyə xidmətlərinin mövcudluğu nəzərdə tutulur. Dostluğa klublar və assosiasiyalara qoşulmaq imkanı, eləcə də dostları və intim münasibətlər üçün partnyoru azad şəkildə seçə bilmək daxildir. Ailə dedikdə, ailəmizdən zorla uzaqlaşdırılmamaq nəzərdə tutulur. Hörmət dedikdə, kim olduğunuza və etdiklərinizə görə digərlərindən hörmət və dəyər görmək nəzərdə tutulur. Potensialını reallaşdırmaq, həmçinin, “özünü reallaşdırma” adlandırılır: bu, sizin olmaq istədiyiniz şəxs olmaq imkanına malik olmağınız, bacarıqlarınızı tam şəkildə istifadə etməyiniz və özünüz və dünyadakı yeriniz haqqında özünüzü əmin hiss etməyiniz deməkdir.

Image: Flower Power

Goto top

Paylanmalı materiallar

PDFPDF kimi yüklə