Tarixdən öyrəndiyimiz tək şey tarixdən heç nə öyrənmədiyimizdir.

Heqel

Xülasə

Bu məşğələdə iştirakçılar Holokostun roma qurbanları barəsində məlumatlılığı artırmaq üçün fəaliyyət layihəsini hazırlayıb həyata keçirirlər.

Əlaqədar hüquqlar

• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
• Yaşamaq hüququ
• Mədəni hüquqlar

Məqsədlər

• Nazi holokostunun bütün qurbanları barəsində - xüsusilə roma əhalisi haqqında məlumatlı olmaq
• İctimai fəaliyyətin seçilməsi, hazırlanması və həyata keçirilməsi üçün lazımi bacarıqları məşq etdirmək
• İnsan ləyaqəti və ədalət hislərini inkişaf etdirmək

Materiallar

• Flipçart kağızı və markerlər
• “X-in təqibinin qısa tarixçəsi” materialının nüsxələri (istəyə görə)
• 2-ci hissə üçün: Fəaliyyətin seçilib hazırlanması zamanı İnternet və ya çap olunmuş istinad materiallarının təmin edilməsi faydalı ola bilər
• 3-cü fəsildə fəaliyyət layihəsi blok-sxeminin nüsxələri (istəyə görə)

Hazırlıq

• Sessiyadan əvvəl qrupa Holokostu müzakirə edəcəyinizi bildirin, çətinliklə üzləşən istənilən iştirakçı ilə ayrıca danışın
• Hər kiçik qrup üçün bir ədəd olmaqla materialın surətini çıxardın.
• Kompas-ın 3-cü fəsli olan “Hərəkətə Keçməyə” müraciət edin.

compass-key-date
  • 8 AprelDünya Roma Günü
  • 2 AvqustRoma və Sinti Soyqırımı Xatırlama Günü

Təlimatlar

1-ci hissə: Qrupu hazırlamaq (90 dəqiqə )
1. İştirakçılardan kimlikləri barəsində bənzər fikirlərə malik olan 2 – 3 şəxsdən ibarət qru plara ayrılmağı xahiş edin. Bu, onların etnik və ya milli kimliyi, eyni zamanda, müxtəlif sosial və ya dini qruplaşmalarla bağlı ola bilər. Onlara kiçik qruplarda bu kimliklərlə bağlı hislərini bölüşmək üçün vaxt verin.
2. Ya “X-in təqibinin qısa tarixçəsi” materialını paylayın, ya da X əhalisinin məruz qaldığı ardıcıl qəddar rəftar barəsində iştirakçılarda fikir yaratmaq üçün müəyyən məlumatları seçin, lakin yenə də onlara müzakirə ediləcək qrupun adını deməyin (roma).
3. Qısa şəkildə onların reaksiyalarını müzakirə edin, daha sonra, yenə də kiçik qruplarda onlara aşağıdakı sualların müzakirəsi üçün 15 dəqiqə vaxt verin:
•    “Sizin” insanlarınız müasir tarixin müəyyən mərhələsində belə rəftara məruz qalar-sa, siz özünüzü necə hiss edərdiniz? (İştirakçılardan 1-ci bənddə seçdikləri qrupla çalışmağı xahiş edin)
•    Qeyd edilənləri yaşayan icma üçün ən çətin məqamlar hansılar ola bilər, yerli, milli və ya beynəlxalq səviyyədə hansı addımlar faydalı və ya vacib sayıla bilər – məsələn, digər icmaların üzvlərinin dəstək tədbirləri?

4. İndi isə balaca qruplardan cavablarını bölüşmək üçün cüt-cüt qruplaşmağı xahiş edin. Bu qruplara əlavə 15 dəqiqə verin və onları sözügedən rəftara məruz qalmış icmanın üzvləri üçün spesifik təkliflər siyahısı hazırlamağa çağırın.
5. Qrupu bir yerə toplayın və bütün təklifləri bir flipçartda qeyd edin. Məşğələnin 2-ci hissəsinin qrupun təkliflərdən birini seçib onun üzərində çalışması ilə bağlı olduğunu izah edin. Buna baxmayaraq, davam etməzdən əvvəl, soruşun:

•    Materialın kimlərlə bağlı olduğunu tapa bilərsiniz?
•    Başqa hansı qruplar Nazilərin zorakılığına məruz qalıblar?
•    İkinci Dünya Müharibəsi zamanı sizin ölkənizdə bu qrupların başına nə gəlib?

6. İştirakçılardan roma insanlarının hazırki vəziyyəti barəsində nə bildiklərini soruşun. Onların hansı insan hüquqları pozulur?
7. Qrupa Dosta! hərəkatı barəsində danışın və onların hərəkatı dəstəkləmək üçün fəaliyyət layihəsini həyata keçirməsini təklif edin.
 

2-ci hissə: Fəaliyyət layihəsinin seçilməsi və hazırlanması
Məşğələnin bu hissəsi Kompas-ın 3-cü fəsilinə – Hərəkətə Keçməyə – əsaslanır, daha çox fikir əldə etmək üçün həmin hissəyə baxa bilərsiniz.
8. Onların hazırlayacağı fəaliyyət layihəsinin əvvəlki sessiyada müəyyən edilmiş problemləri tam şəkildə həll edə bilməyəcəyini, lakin roma icmasına müəyyən fayda gətirəcək, dəqiq və ölçülə bilən nəticə əldə etməyə imkan verə biləcəyini izah edin.
9. İştirakçılardan flipçartdakı təkliflərdən qrupun həyata keçirə biləcəyi istənilən təklifi müəyyən etməyi xahiş edin. Onlar bəzi təklifləri hissələrə ayıra və ya digərlərini əlavə edə bilərlər.
10.Təklifləri müzakirə edin və qrupun bütövlükdə fəaliyyəti üçün ümumi qərara gəlin. 3-cü fəsildəki fəaliyyət layihəsi blok-sxemindən istifadə edin. Aşağıdakıları yoxlayın:
•    onların müəyyən etdiyi fəaliyyət problemin həllinə töhfə verəcəkdir
•    qrupun resursları və onların qarşılaşacağı maneələr nəzərə alınmaqla fəaliyyət realdır
•    “həll” ona nail olub – olmadıqlarını müəyyən edəcək qədər dəqiqdir
11. Qərar Vərəqini çəkin. Belə ki, hər kəs nə vaxt nə etməli olduğunu bilməlidir.
12. İşə başlayın!

3-cü hissə: Faəliyyət layihəsinin həyata keçirilməsi

Təhlil və qiymətləndirməGoto top

Fəaliyyətlə bağlı suallar:
•    Ümumilikdə, siz fəaliyyətdən razısınız? Niyə? Niyə yox?
•    Siz öz töhfəniz və qrupun işi barəsində nə düşünürsünüz?
•    Siz fəaliyyətin əsas uğurları barəsində nə düşünürsünüz? Onlar sizin ilkin məqsədlərinizlə üst-üstə düşür?
•    Fəaliyyətin daha səmərəli olması üçün nəyi daha fərqli şəkildə edərdiniz? Zəhmət olmasa, fikrinizi izah edin.
•    Hansı səhvləri etmisiniz?
•    Əgər başqa bir fəaliyyət təşkil etsəydiniz (istənilən mövzuda), əsas “öyrənmə bəndləri” kimi nələri sıralayardınız?

Öyrənmə prosesi haqqında suallar:
•    1. Şəxsən sizin üçün ən vacib nəticələr hansılar oldu? Sizin fikirləriniz və ya yanaşmalarınızda hər hansı dəyişikliyin olduğunu hiss edirsiniz? Zəhmət olmasa, fikrin-izi izah edin.
•    2. Bütün məşğələ ərzində, ilk sessiyadan fəaliyyətə qədər, sizin üçün ən çətin məqam hansı oldu?
•    3. Ən çox razı qaldığınız nə oldu?
•    4. Sizin etdiyinizin davamı olaraq nə etmək olar? Bunu etmək niyyətindəsiniz?
•    5. Bu məşğələdən insan hüquqları barəsində nə öyrəndiniz?
•    6. İnsan hüquqları uğrunda hərəkat aparmaq çətindir? Bu məşğələdən sonra, siz insan hüquqları uğrunda hərəkata qoşulardınız?
•    7. Roma insanlarının tələb etdiyi hüquqlar “istisna” təşkil edir, yoxsa onlar təcrid olunmuş və təqibə məruz qalan digər qruplara da şamil oluna bilər? Fikrinizi izah edin.
•    8. İnsan hüquqları təhsili üçün yaddaşla iş niyə əhəmiyyətlidir?
•    9. Sizin ölkənizdə Holokost təhsilinə necə yanaşılır və ya təşkil olunur?

Fasilitator üçün məsləhətlərGoto top

Siz 1-ci hissə “qrupun hazırlanması” üçün 90 dəqiqə, 2-ci hissə “hərəkətə keçməyə hazırlıq” üçün 90 dəqiqə və 4-cü hissə təhlil və qiymətləndirmə üçün 60 dəqiqə ayırmalısınız. 3-cü hissənin, fəaliyyət layihəsinin uzunluğu aparılan fəaliyyətdən asılı olacaqdır! Müxtəlif hissələr ardıcıl şəkildə və ya başqa formada aparıla bilər.

Bu məşğələni həm təşkilati, həm də məzmun baxımdan mürəkkəbləşdirən bir sıra elementlər vardır.

Siz qrupun tərkibi və məşğələyə gözlənilən reaksiyaları barəsində əvvəldən məlumatlı olmalısınız. Əgər qrup üzvlərindən birinin qohumları Holokost və ya bənzər hadisələrin qurbanı ol-ubsa, siz onlarla əvvəlcədən məşğələ barəsində danışaraq onları hazırlamalı və ya özlərini hazır hiss etmədikləri halda iştirak etməmələrinə imkan verməlisiniz. Eyni zamanda, siz məşğələnin hər bir mərhələsinə həssaslıq və çevikliklə yanaşmalı, insanların öz hislərini dilə gətirmək üçün vaxta ehtiyacı olduğunu hiss etdikdə istənilən müzakirəni tələsdirməməlisiniz. Əgər qrup ilk dəfə bu cür suallara cavab verirsə, 1-ci hissənin 90 – 120 dəqiqə ərzində tam sessiya kimi aparılması daha səmərəli olar və 2 – 4 hissələrdən əvvəl müəyyən vaxt saxlanıla bilər.

1.1-ci hissədə, siz əvvəlcədən müəyyən çətinliklərin ola biləcəyi barədə düşünməlisiniz. Bu hallarda, siz iştirakçılara kateqoriyalar siyahısı təqdim etməli və onlardan özlərini kate-qoriyalardan birinə aid etməyi xahiş etməlisiniz, məsələn, hər hansı futbol komandasının azarkeşi, fransızca danışan, ispan dilini öyrənən və ya hip hopu sevən, tennis oynayan və ya üzgüçülüklə məşğul olan bir şəxs kimi.

Siz iştirakçılardan sadəcə “kişilər” və “qadınlar” olaraq ayrılmağı xahiş edə bilərsiniz. Əgər mümkünsə, 1.2 – ci və 1.3 – cü hissələri X qrupunun kim olduğuna dair müzakirələr olmadan aparın. Burada məqsəd iştirakçıların mövcud ədalətsizliklərdən qəzəblənməsidir və X –in romalar olduğunu bilmək bu təsiri azalda bilər. Belə ki, romalara qarşı güclü mənfi rəy mövcuddur və bəzi iştirakçılar qeyri-şüuri (və ya şüurlu şəkildə) onlara qarşı edilən rəftara bəraət qazandırmağa çalışa bilərlər.

Roman Holokostunun Qısa Xronologiyasında (aşağıda) roma və ya “qaraçılar”a istənilən istinad hər yerdə X-lə əvəzlənmişdir. Siz bu məlumatdan istifadə etdikdə, “qrup”a istinad edə, hətta iştirakçılardan öz qrupları barəsində düşünməyi xahiş edə bilərsiniz.

İştirakçılardan onlar üçün vacib olan kimliklərini seçməyi istəməkdə məqsəd onlarda bu qrupa mənsub olduqlarına görə hədəf olmaq “hissini” oyatmaqdır. Yenə də, onlar roma-lar barəsində kəskin rəyə malik olduqlarından romaların problemlərini qəbul etməyi çətin hesab edə bilərlər. Siz bu hallara diqqət ayırmalı və belə hal baş verdikdə, 1.3-cü hissədə iştirakçıların öz problemlərini müzakirə etməsi üçün xeyli vaxt təmin etməlisiniz.

Onlara Holokost zamanı Avropadakı roma əhalisinin 75% - 80% arası hissəsinin öldürül-düyünü və bəzi ölkələrdə bu rəqəmin 90%-ə qədər çatdığını bildirin. Onlardan öz insanlarının 90%-ni itirməyin və ya bu qrupdakıların 90%-ni: 20 nəfərlik qrupdan yalnız 2 nəfər sağ qalmaqla, necə bir hiss ola biləcəyini təsəvvürə gətirməyi xahiş edin.

Əgər mümkünsə, hazırlıq mərhələsində və fəaliyyətə başlamazdan əvvəl, roma icmasının üzvlərini cəlb etməyiniz məsləhət görülür. Heç olmazsa, icma üzvləri ilə qrupunuz tərəfindən hazırlanacaq fəaliyyətin müsbət qarşılanacağını razılaşdıra bilərsiniz. Alternativ olaraq, ro-malarla çalışan və ya onları dəstəkləyən yerli qruplarla əlaqə saxlaya bilərsiniz.

Əgər vaxtınız azdırsa və ya iştirakçılar hazırlama prosesində çətinlik çəkirsə, 3-cü fəsildəki nümunə blok-sxemdən istifadə edə bilərsiniz.

VariantlarGoto top

Aydın şəkildə görünən imkanlardan biri romaları Holokost qurbanı olan başqa qrupla əvəzləməkdir. Siz Holokost Xatırlama Günü Təşkilatının veb səhifəsindən www.hmd.org.uk əvəzsiz məlumatlar əldə edəcəksiniz. Burada məktəblər üçün materiallar, Nazilər tərəfindən təqib olunan qruplar, o cümlədən Yəhudilər, əlilliyi olan insanlar, Roma insanları və Sinti, Qaradərili və qarışıq irqə malik olan Avropalılar, Yehova Şahidləri, Yəhudi olmayan Polyaklar və digər Slavyan xalqları, kommunistlər, sosialistlər və Həmkarlar İttifaqı üzvləri barəsində məlumatlar əks olunmuşdur. Eyni zamanda, vebsaytda müasir dövrdə Kamboca, Bosniya və Hertseqovina, Ruanda və Darfur/Sudanda baş vermiş soyqırımlar barəsində məlumat vardır. Digər seçiminiz sistemli şəkildə məruz qaldıqları zorakılıq diqqətdən kənarda qalan in-sanlar, qrup və ya icmadan danışmaqdır.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Əgər iştirakçılar qonşuluqda baş verənləri çətin vəziyyətdə olan və ya cəmiyyətin hüdudlarında yaşayan şəxsin gözü ilə nəzərdən keçirmək istəsələr, “Eynəyini dəyişdir” məşğələsini həyata keçirin. Alternativ olaraq, əgər qrup rol oynamağı xoşlayırsa və insanların zorakı hərəkətlər etməsinin səbəblərini öyrənmək istəyirlərsə, onda 299-cu səhifədəki “Daş atmaq” məşğələsinə baxın.

Əlavə məlumatGoto top

“Dosta”, roma dilindən tərcümədə “kifayətdir” deməkdir, roma vətəndaşlarla digərlərini yaxınlaşdırmaq məqsədi daşıyan məlumatlandırma hərəkatının adıdır. Dosta! hərəkatı haqqında əlavə məlumat http://dosta.org saytından əldə edə bilərsiniz. İnternetə qoşula bilməyiniz faydalı ola bilər, belə ki, iştirakçılar sayta baxmağa müəyyən qədər vaxt ayıra bilərlər. Holokost barəsində məlumat olan və onların tədqiqat üçün istifadə edə biləcəyi bir sıra saytlar var: http://isurvived.org; http://www.preventgenocide.org

Avropa Roma Məlumat Bürosu Avropada roma-lara təsir edən məsələlər barəsində mütəmadi məlumat təmin edir. http://www.erionet.org

Avropa Roma Hüquqları Mərkəzi anti-roma irqçiliyi və romaların insan hüquqlarının pozulmasına qarşı mübarizə aparan ictimai hüquqi  http://www.errc.org

Holokost təhsili ilə məşğul olan digər təşkilatlara Xatırlama Fondu, Məsuliyyət və Gələcək (alman dilində abbreviaturası EVZ), www.stiftung-evz.de. daxildir. Bu təşkilatın fəaliyyət sahələri və məqsədlərinə tarixi tənqidi şəkildə nəzərdən keçirmək, insan hüquqları üçün çalışmaq və Milli Sosializmin qurbanlarına töhfə vermək daxildir. Onun vebsaytında İnsan hüquqları və tarix, təhsil üçün çağırış nəşrini oxuya bilərsiniz. Holokost təhsili ilə məşğul olan digər təşkilat Anna Frank Fondudur (AFF) www.annefrank.ch. AFF-nin məqsədi xeyriyyə işini təşviq etmək, Anna Frank xatirəsinə sosial və mədəni rol oynamaq, müxtəlif dinlər arasında anlayışı yaxşılaşdırmaq, insanlar arasında sülhə təkan vermək və gənclər arasında beynəlxalq əlaqələri canlandırmaqdır. Onların dünyanın bir çox yerlərində layihələri vardır, məsələn, Hindistanda Dalitlər üçün, Peruda kənd icmaları və şəhər xarabalıqlarında təcrid olunmuş uşaqlar və ailələr üçün.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

X-in təqibinin qısa tarixçəsi

1890

Almaniyada “X çirkabı” mövzusunda konfransın təşkili. Hərbçilərə X-in hərəkətlərinə nəzarət etmək səlahiyyətinin verilməsi.

1909

“X Məsələsi” mövzusunda siyasi konfrans keçirilir. Bütün X-lərin asanlıqla müəyyənləşdirməsinin təmin edilməsi məsləhət görülür.

1920

İki akademik “yaşamağa dəyərsiz həyatlar“ anlayışını təqdim edir və X-lərin sterilizasiya edilib insan kimi yoxa çıxarılmalı olduğu fikrini irəli sürür.

1922

(1920-ci illər ərzində): Alman ərazilərindəki bütün X-lərin şəkli çəkilir və barmaq izləri götürülür.

1926

“X virusu“na nəzarət edilməsi üçün Almaniyada qanun qəbul edilir. (Bu cür rəftar Almaniyanın Veymar Konstitusiyasının şərtlərinə birbaşa ziddir).

1927

Almaniya, Bavariyada X-lərin həbsi üçün xüsusi düşərgələr tikilir. Bu düşərgələrdə səkkiz min X saxlanılır.

1928

Bütün X-lər daim polis nəzarətində saxlanılır. X-lər üçün daha çox düşərgə tikilir.

1934

X-lər iynə və axtalama yolu ilə sterilizasiya olunur, Daçau, Dizelştras, Saşsenhausen və digər düşərgələrə göndərilir. Bu ildə verilmiş iki qanunla almanlara digər irqlərlə evlənmək qadağan olunur.

1938

12 iyun və 18 iyun arasında Almaniya və Avstriyada yüzlərlə X saxlanılır, döyülür və həbs edilir. X-lər məktəbə getməsi qadağan edilən ilk qrup olur.

1939

İrqi Gigiyena İdarəsi bəyanat yayır ki, “Bütün X-lər irsi xəstədir; yeganə həll onların yox edilməsidir.

(Buna görə də, məqsəd əhali arasındakı bu qüsurlu ünsürün qəti şəkildə məhv edilməsi olmalıdır).
1940

Holokostun ilk kütləvi soyqırım tədbiri: 250 X uşağı qvineya donuzu kimi Buşenvald toplama düşərgəsində sianid qaz kristalının sınaqdan keçirilməsi üçün istifadə edilir. Həmin ildə X-lər üçün hər növ iş qadağan edilir.

1941

İyulda Nazi Yekun Həlli “bütün Yəhudilər, X-lər və əqli qüsuru olan xəstələri öldürmək” planı həyata keçirilir. Holokost başlayır. 800 X 24 dekabr gecəsində Krımda qətlə yetirilir.

1944

Avqustda kütləvi qırğın zamanı Auşvitz-Birkenauda 14,000 X qazla yandırılır və külə döndərilir.

1945

Müharibənin sonuna doğru X əhalisinin 70-80%-i Nazilər tərəfindən qətlə yetirilmişdi. Nürnberq Tribunalında heç bir X şahid kimi çağrılmadı və heç kim onların adından şahidlik etmədi. X əhalisinə heç bir müharibə cinayəti təzminatı ödənmədi.

1950

Alman hökuməti tərəfindən onların X əhalisinə müharibə cinayəti təzminatı olaraq heç bir borcunun olmadığına dair ilk bəyanat səsləndirildi və sonrakı illərdə bənzər bəyanatlarla çıxış edildi.

1992

Almaniya 21 milyon ABŞ dollarına X qaçqınlarını Rumıniyaya “satır” və noyabrın 1-də onların qandallarla daşınmasına başlayır. X-lərdən bəziləri geriyə getməkdənsə intihar edir. Alman mətbuat agentliyi qərb jurnalistlərindən “deportasiya” ifadəsindən istifadə etməməyi xahiş edir, çünki bu söz “xoşagəlməz tarixi assosiasiyalar“ yaradır.

1992

Fransa prezidenti X-ləri cinayətlə əlaqələndirir və onların düşərgələrini fahişəlik və uşaqların istismarı mənbəyi adlandırır. Fransız qurumları 100-dən artıq düşərgəni dağıdır və 1,000-dən artıq X-i əsasən Rumıniyaya deportasiya edir.