Avropa Şurası Nazirlər Komitəsinin 2010-cu il tarixli 7 nömrəli tövsiyəsi çərçivəsində qəbul olunmuşdur

I BÖLMƏ – ÜMUMİ MÜDDƏALAR

Məqsəd (Fəaliyyət dairəsi)

Hazırki Xartiya paraqraf 2-də müəyyən edildiyi kimi Demokratik Vətəndaşlıq və İnsan Hüquqları təhsili ilə bağlıdır. O, (Xartiya) mədəniyyətlərarası təhsillə, bərabər təhsil, dövləti dəstəkləyən, sülh təhsili və bu kimi bir-birinə yaxın olan sahələrlə məşğul olmur, istisnalıq təşkil edən isə onların demokratik vətəndaşlıq və insan hüquqların təhsili ilə üst-üstə düşməsi və qarşılıqlı əlaqədə olmasıdır.

Təyinatlar
Hazırki Xartiyanın məqsədləri üçün:
a) “Demokratik Vətəndaşlıq Təhsili”- öyrənənlərin bilik, bacarıq, dərk etmə, münasibət, davranışlarının təhsil, təlim, məlumat vasitəsilə artırılması, məlumatı, təcrübə və fəaliyyətlərlə təmin edilərək əldə etdiklərini tətbiq etmək, özlərinin cəmiyyətdə demokratik hüquqlarını, vəzifələrini tətbiq etmək, müxtəlifliyə dəyər vermək, demokratik həyatda fəal iştirak etmək, demokratiya və hüquqi qaydaların müdafiəsinin təşviqi üçün səlahiyyət verilməsidir.
b) “İnsan Hüquqları Təhsili” – öyrənənlərin bilik, bacarıq, dərk etmək, münasibət və davranışlarının təhsil, təlim, məlumat vasitəsilə artırılması, məlumat, təcrübə və fəaliyyətlərlə təmin edilərək öyrənənlərə cəmiyyətdə insan hüquqlarının hərtərəfli (universal) mədəniyyətinin qurulması və möhkəmlənməsi üçün əməkdaşlıq etmək, insan hüquqlarının, fundamental azadlıqların müdafiəsinin təşviqi üçün səlahiyyət verilməsidir.
c) “Formal təhsil”- məktəbəqədər, ibtidai, orta məktəbdən universitetə qədər davam edən təhsil və təlim sistemidir. Bir qayda olaraq bu ümumi və ya peşəkar təhsil müəssisələrində həyata keçirilir və sertifikatla başa çatan təhsildir.
d) “Qeyri-formal təhsil”- formal təhsil xaricində vərdiş və kompetensiyalar səviyyəsinin inkişafı üçün nəzərdə tutulan hər hansı planlaşdırılmış proqram deməkdir.
e) “İnformal təhsil” ömürlük proses olub hər bir şəxsin gündəlik təcrübələrindən (ailə, yaşıdlar, qonşular, təsadüfi görüşlər, kitabxana, kütləvi informasiya vasitələri, iş, oyun və s. ) və mövcud olduğu mühitdə olan vasitələr və maarifləndirici təsirlərdən əldə etdiyi münasibətlər, dəyərlər, bacarıqlar və biliklərdir.

Demokratik vətəndaşlıq və insan hüquqları təhsili arasında əlaqə
Demokratik vətəndaşlıq və insan hüquqları təhsili bir-biri ilə sıx əlaqəli və qarşılıqlı dəstəkvericidir. Məqsəd və təcrübələrdən daha çox onlar fəaliyyət dairəsi və istiqamətdə fərqlənir. Demokratik vətəndaşlıq üzrə təhsil ilkin növbədə cəmiyyətin mülki, siyasi, sosial, iqtisadi, hüquqi və mədəni sahələrində demokratik hüquqlar və vəzifələrə və fəal iştiraka diqqət yetirir, insan hüquqları təhsili isə insanların həyatlarının hər bir istiqamətində olan insan hüquqları və əsas azadlıqların daha geniş sahəsinə aiddir.

Konstitusiya quruluşu və üzv dövlətin üstünlükləri
Aşağıda göstərilən məqsəd, prinsip və strategiyalar tətbiq edilməlidir:
a) hər bir üzv dövlətin konstitusiya quruluşuna lazımi hörmət edərək, həmin quruluşa uyğun vasitələrdən istifadə edilməsi; b) hər bir üzv dövlətin üstünlük və tələbatlarının nəzərə alınması.

II BÖLMƏ – MƏQSƏDLƏR VƏ PRİNSİPLƏR

Məqsədlər və prinsiplər

Bu məqsəd və prinsiplər üzv dövlətlərin öz siyasət, qanunvericilik və təcrübələrini formalaşdırmaqda onlara yol göstərməlidir.
a) Hər bir şəxsi öz ərazisi daxilində demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsil almaq imkanı ilə təmin etmək məqsədi
b) Demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsildə öyrənmə ömrüboyu prosesdir. Bu sahədə səmərəli öyrənməyə siyasətçilər, təhsil işçiləri, öyrənənlər, valideynlər, təhsil müəssisələri, təhsil orqanları, dövlət qulluqçuları, qeyri-hökumət təşkilatları, gənclər təşkilatları, kütləvi informasiya vasitələri və ümumi ictimaiyyət olmaqla geniş əhatəli maraqlı tərəflər daxildir.
c) Təhsil və təlimin bütün vasitələri, formal, qeyri-formal və ya informal olmasından asılı olmayaraq öyrənmə prosesində rol oynayır, prinsipləri təşviq etmək və məqsədlərə çatmaqda əhəmiyyətlidir.
d) Qeyri-hökumət və gənclər təşkilatlarının demokratik vətəndaşlıq və insan hüquqları təhsilinə, xüsusilə qeyri-formal və informal təhsil vasitəsilə dəyərli töhfələri var və bunları etmək üçün onların dəstəyə və maliyyə vəsaitinə ehtiyacı var.
e) Öyrətmə və öyrənmə təcrübələri və fəaliyyətləri demokratik və insan haqlarının dəyər və prinsiplərinə riayət etməli və irəli çəkməlidir; xüsusilə məktəblər daxil olmaqla, təhsil müəssisələrinin idarəçiliyi insan haqları dəyərlərini özündə əks etdirməli və irəli çəkməlidir və öyrənənlərin, təhsil işçilərinin, həmçinin, valideynlər daxil olmaqla, maraqlı tərəflərin fəal iştirak və səlahiyyətlərinə imkan yaratmalıdır.
f) Bütün demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsilin vacib elementi sosial birlik, mədəniyyətlərarası dialoq, irqi bərabərlik daxil olmaqla müxtəliflik və bərabərliyin qiymətləndirilməsini təbliğ etməkdir; bu münaqişəni azaltmaq və qarşılıqlı anlaşmanı inkişaf etdirmək, etiqad və etnik qruplar arasında fərqlilikləri anlamaq və qiymətləndirməni artırmaq, insan ləyaqətinə və ümumi dəyərlərə qarşılıqlı hörmət yaratmaq, dialoq qurmağa həvəsləndirmək, problemlərin və mübahisələrin həllində qeyri-zorakılığı təbliğ etmək məqsədilə bilik, şəxsi və sosial bacarıqları və qavramanı inkişaf etdirmək vacibdir.
g) Bütün demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsilin əsas məqsədlərindən biri öyrənənləri yalnız bilik, qavrama və bacarıqlarla təmin etmək deyil, eyni zamanda cəmiyyətdə insan hüquqları, demokratiya və hüquqi qaydaların irəli çəkilməsi və müdafiəsində hərəkətə keçmək üçün hazırlığını gücləndirməkdir.
h) Demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsilin prinsip və təcrübələrinə əsasən təhsil mütəxəssisləri, gənc liderlər, eləcə də təlimçilər üçün təşkil olunmuş davamlı inkişaf təlimləri bu sahədə effektiv təhsilin davamlılığı və təqdim edilməsində vacib rol oynayır və müvafiq olaraq uyğun şəkildə planlaşdırılmalı və istifadə olunmalıdır.
i) Siyasətçilər, təhsil mütəxəssisləri, şagirdlər, valideynlər təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, gənc təşkilatlar, KİV və ümumi ictimaiyyət daxil olmaqla, demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsilə cəlb olunmuş geniş spektrli maraqlı tərəflər arasındakı ölkə, regional və yerli səviyyədə olan tərəfdaşlıq və əməkdaşlıqlar onların edə biləcəkləri töhfələrdən tam istifadə etmək üçün müdafiə edilməlidir.
j) Demokratiya və hüquq qaydalarını dəstəkləyən Insan hüquqlarının dəyərləri, öhdəlikləri və prinsiplərinin beynəlxalq keyfiyyətini nəzərə alaraq, üzv ölkələr Xartiyanın əhatə etdiyi fəaliyyətlər, təcrübələr mübadiləsi və tanınma çərçivəsində beynəlxalq və regional əməkdaşlığı izləməli və müdafiə etməlidir.

III Bölmə – SİYASƏTLƏR

Ümumi və peşə təhsili

Üzv ölkələr demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsili məktəbəqədər, ibtidai və orta məktəbdə, eləcə də peşə təhsili və təlimində formal təhsil üçün tədris planlarına daxil etməlidirlər. Üzv ölkələr eyni zamanda, demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsili bu sahənin davamlılıq və uyğunluğunu təmin etmək məqsədi ilə tədris planında nəzərdən keçiməyə, yeniləməyə və dəstəkləməyə davam etməlidirlər.

Ali təhsil
Üzv ölkələr akademik azadlıq prinsiplərini nəzərə alaraq, xüsusilə gələcək təhsil mütəxəssisləri üçün demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsilin ali təhsil müəssisələrinə daxil olunmasına yardım etməlidirlər.

Demokratik idarəçilik
Üzv ölkələr idarəçiliyin həm arzu olunan və faydalı üsulu kimi, həm də insan hüquqlarına hörmət və demokratiya ilə tanış olmaq və öyrənmənin praktiki vasitəsi kimi bütün təhsil müəssisələrində demokratik idarəçiliyi təşviq və müdafiə etməlidir. Onlar müvafiq vasitələrlə təhsil alanları, təhsil işçilərini və digər maraqlı tərəfləri, o cümlədən valideynləri təhsil müəssisələrinin idarə olunmasında fəal iştirakına kömək etməli və həvəsləndirməlidirlər.

Təlim
Üzv ölkələr demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsildə müəllimləri və digər təhsil işçilərini, gənc liderləri və təlimçiləri lazımi ilkin və davamlı təlimlərlə və inkişafla təmin etməlidirlər. Bu, onlarda nizam-intizamın məqsəd və prinsipləri, müvafiq tədris və öyrənmə metodları, eləcə də təhsil sahələrinə uyğun digər vacib bacarıqlar haqqında tam bilik və qavramanın olmasını təmin etməlidir.
Qeyri-hökumət təşkilatları, gənclər təşkilatları və digər maraqlı tərəflər Üzv ölkələr qeyri-hökümət və gənclər təşkilatlarının rolunu xüsusilə qeyri-formal təhsildə olmaqla, demokratik vətəndaşlıq üçün təhsil və insan hüquqları üzrə təhsildə böyütməlidir. Bu təşkilatlar və onların fəaliyyətləri təhsil sisteminin əhəmiyyətli hissəsi kimi tanınmalı, mümkün olduqda lazımi dəstəklə təmin olunmalı və təhsilin bütün formalarında təklif etdikləri təcrübədən tam istifadə edilməlidir. Üzv ölkələr eyni zamanda demokratik vətəndaşlıq və insan hüquqları üzrə təhsili digər maraqlı tərəflər, xüsusən KİV və ümumi ictimaiyyətdə onların bu sferaya edə biləcəkləri yardımı artırmaq üçün təşviq etməli
və ictimailəşdirməlidir.

Qiymətləndirmə üçün meyar
Üzv dövlətlər demokratik vətəndaşlıq və insan hüquqları təhsili proqramlarının effektivliyini qiymətləndirmə meyarını inkişaf etdirməlidir.

Tədqiqat
Üzv dövlətlər ölkədəki demokratik vətəndaşlıq və insan hüquqları təhsilinin cari vəziyyətini dəyərləndirməyə təşəbbüs və təşviq etməli, siyasətçilər də daxil olmaqla maraqlı tərəfləri, təhsil institutları, məktəb rəhbərləri, şagirdləri, qeyri-hökumət təşkilatları və gənclər təşkilatlarını onların təcrübələrini qiymətləndirməyə, onların effektivliyini, səmərəliliyini artırmağa kömək edən müqayisəli informasiya ilə təmin etməlidir.
Bu tədqiqatda digər məsələlərlə yanaşı, kurikulum üzrə tədqiqat, yenilikçi təcrübələr, tədris metodları, qiymətləndirmə sistemlərinin təkmilləşdirilməsi, habelə qiymətləndirmə
meyarı və göstəriciləri ehtiva edilməlidir. Üzv dövlətlər öz tədqiqatlarının nəticələrini üzv dövlətlər və müvafiq maraqlı tərəflərlə paylaşmalıdırlar.
Sosial birliyin inkişafı üçün bacarıqlar, qiymətləndirmə müxtəlifliyi, yanaşma fərqliliyi və ziddiyyətlər Üzv dövlətlər təhsilin bütün sahələrində məqsədi demokratik
və çoxmədəniyyətli mühitdə birgə yaşamağı aşılayan, şagirdlərə ictimai birlik, dəyərlər müxtəlifliyi və bərabərliyi, xüsusilə müxtəlif məhzəblər və etnik qruplar arasında mövcud olan fərqliliklərə hörməti, ixtilaf və münaqişələri qeyri-zorakı, hər kəsin haqlarına hörmət etməklə həll etməyi və eyni zamanda bütün növ ayrı-seçkiliyə və zorakılığa, əsasən də sataşma və təcavüzə qarşı mübarizə aparmağı tərənnüm edən bilik və bacarıqları öyrədən təhsil yanaşması və tədris metodlarını təbliğ etməlidir.

IV Bölmə - QİYMƏTLƏNDİRMƏ VƏ ƏMƏKDAŞLIQ

Qiymətləndirmə və baxış

Üzv dövlətlər müntəzəm olaraq qarşıya məqsəd olaraq qoyulmuş strategiyaları və siyasətləri cari Xartiyaya hörmətlə qiymətləndirməli, bu strategiya və siyasətlər müvafiq olaraq uyğunlaşdırılmalıdır. Onlar bunu misal olaraq regional baza əsasında, digər üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində edə bilərlər. Həmçinin, hər hansı üzv dövlət Avropa Şurasından kömək xahiş edə bilər.

Növbəti fəaliyyətlərdə əməkdaşlıq

Avropa Şurası vasitəsilə bir-biri ilə müvafiq məqsədlər və prinsiplər yürüdən üzv dövlətlər cari Xartiyaya əsasən aşağıdakıları etməlidirlər:
a) ümummənafə mövzuları və eyniləşdirilmiş prioritetlər yürüdülməsi;
b) çoxşaxəli və sərhədlərarası fəaliyyətlər demokratik vətəndaşlıq cəmiyyəti və insan hüquqları təhsilinin mövcud olan şəbəkə koordinatorları daxil edilməklə dəstəklənməsi;
c) müsbət təcrübələrin mübadiləsinin, inkişafının, sistemləşdirilməsinin və yayılmasının təmin edilməsi; d) Xartiyanın məqsədləri və həyata keçirilməsi haqqında ictimaiyyət də daxil olmaqla bütün maraqlı tərəflərin məlumatlandırılması;
e) Avropa qeyri-hökumət təşkilatları şəbəkəsi, gənclər təşkilatları, təhsil mütəxəssisləri və onlar arasındakı əməkdaşlığın dəstəklənməsi.

Beynəlxalq əməkdaşlıq

Üzv dövlətlər demokratik vətəndaşlıq cəmiyyəti və insan hüquqları təhsilinə dair tədqiqat işlərinin nəticələrini Avropa Şurasının digər beynəlxalq təşkilatları çərçivəsində paylaşmalıdırlar.